Məhkəmə qərarları › İş №2-1(120)-1609/2020

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-1609/2020

12.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan Şəhəri İş № 2-1(120)-1609/2020 12.11.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “1991-1992-ci il tarixdə Şuşa və Laçın şəhərlərində Əli- Bayramlı şəhər Polis əməkdaşları ilə birlikdə ezamiyyətdə olmağı barədə məktubarayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında hazırlıq icraatı ilə bağlı açıq məhkəmə iclasında baxaraq müəyyən etdi, Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1991-1992ci il tarixdə Şuşa və Laçın şəhərlərində Əli-Bayramlı şəhər Polis əməkdaşları ilə birlikdə ezamiyyətdə olmağı barədə məktub-arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən cavabdehə təqdim olunmuş, sonuncuya iddiaya qarşı öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə bildirmək, həmçinin, etirazı əsaslandıran sübutların məhkəməyə təqdim olunması üçün müddət təyin olunmuşdur. Tərəflər xx xxxxxx 2020-ci il tarixdə, saat 10:00-da hazırlıq icraatı ilə bağlı məhkəmə iclasına dəvət olunmuşlar. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianın mümkünlük məsələsinin müzakirəsindən sonra hazırkı tələblə bağlı ümumi məhkəməyə müraciət edəcəyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya yazılı etirazını təqdim edərək, yazılı etiraza uyğun izahat vermişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, hazırkı iddia mümkün sayılmamalıdır. Belə ki, iddiaçı iddia tələbində 1991-1992-ci il tarixdə Şuşa və Laçın şəhərlərində Əli-Bayramlı şəhər Polis əməkdaşları ilə birlikdə ezamiyyətdə olmağı barədə məktubarayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş edir. Cavabdeh iddia ərizəsinə yazılı etirazında qeyd edilmişdir ki, iddiaçı ilkin olaraq Cavabdehn müraciət edərək onun 1991-1992-ci illərdə Şuşa və Laçın şəhərlərinə polis əməkdaşları ilə birlikdə ezamiyyətdə olması barədə arayış verlməsini xahiş etmişdir. Məsələ ilə bağlı araşdırma aparılmış və Azərbaycan Respublikası Dövlət Arxivinin Şirvan filialına həminki dövrə aid bu məzmunda sərəncamın olub-olmaması ilə bağlı sorğu verildi və müəyyən edildi ki, iddiaçının 1991-1992-ci illərdə Şuşa və Laçın şəhərlərinə polis əməkdaşları ilə birlikdə ezam olunması ilə bağlı sərəncam aşkar edilməmişdir. Əlavə olaraq bildirmişdir ki, 1991-1992-ci illərdə müharibə gedən bölgələrə mülki şəxslərin sürücü kimi ezam edilməsi yerli icra hakimiyyəti orqanlarının səlahiyyətində deyildi və bununla bağlı konkret halda Əli Bayramlı şəhər İcra Hakimiyyəti tərəfindən sərəncam verilmirdi. Şəxsin cəbhə bölgəsinə ezam edilməsi və bununla bağlı məsələlərin həll edilməsi həminki dövrdə Hərbi Komissarlıqların (indiki halda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli şöbələri) səlahiyyətinə aiddir. Hərbi Komissarlıqlar tərəfindən verilmiş ezamiyyə vərəqələri əsasında şəxs cəbhə bölgəsinə ezam edilirdi. Əlavə olaraq bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamədə şəxsin döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərin müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfndən verilmiş arayışlar əsasında müharibə veteranı adının verilməsi nəzərdə tutulmuşdur. Göründüyü kimi qanunvercilikdə yerli icra hakimiyyətləri tərəfindən arayış verilməsi nəzərdə tutulmamışdır. Şəxsin cəbhə bölgəsinə ezam edilməsi ilə bağlı məsələlər yerli icra hakimiyyətlərinin səlahiyyətlərinə aid olmadığı üçün şəxs, indiki halda isə İddiaçı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə və Xidmətin yerli şöbəsinə müraciət etməli idi. Bundan əlavə şəxs iddia ərizəsində Əli Bayramlı polis əməkdaşları ilə birlikdə ezam edildiyini qeyd etmişdir. Lakin iddia ərizəsinin məzmunundan göründüyü kimi şəxs 1991-1992-ci illərdə polis əməkdaşları ilə birlikdə Laçın və Şuşa şəhərlərinə ezam edilməsi ilə bağlı arayış verilməsi üçün nə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə, nə də Əli Bayramlı (indiki Şirvan) şəhər Polis Şöbəsinə müraciət etməmişdir.Hesab edirik ki, hazırki iddia tələbi üzrə cavabdeh orqan Cavabdeh olmadığı üçün iddia təmin edilməməlidir.Qeyd olunanlara əsasən İddiaçı 1991-1992-ci il tarixlərdə Şuşa və Laçın şəhərlərində Əli Bayramlı şəhər polis əməkdaşları ilə birlikdə ezamiyyətdə olması barədə məktub-arayış verilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması tələbinə dair iddia ərizəsinin rədd edilməsi xahiş olunur. İş materiallarında olan Dövlət Arxivinin Şirvan filialının Cavabdehnə ünvanladığı xx.xx.2020-ci il tarixli, 04 nömrəli məktubdan görünür ki, İddiaçı və ya digər şəxslərin Əli Bayramlı şəhər İcra Hakimiyyəti başçısının sərəncamı ilə 1991-1992-ci il tarixində Şuşa və Laçın şəhərlərinə şəhər Polis şöbəsinin əməkdaşları ilə birlikdə döyüş bölgəsinə ezam olunması barədə sərəncam aşkar olunmamışdır. İş materiallarında olan Cavabdeh iddiaçıya ünvanladığı xx.xx.2020-ci il tarixli, 676 nömrəli məktubdan görünür ki, şəhər İcra Hakimiyyətində araşdırma aparılmış və araşdırma nəticəsində iddiaçının həmin dövrlər ərzində cəbhə bölgəsinə ezam olunması barədə heç bir sənəd aşkar edilməmişdir. Göründüyü kimi iddia ərizəsinin məzmunundan və iş materiallarında olan sənədlərdən müəyyən etmək olur ki, iddiaçının tələb etdiyi dövrlərdə - 1991-1992-ci il tarixdə Şuşa və Laçın şəhərlərində Əli-Bayramlı şəhər Polis əməkdaşları ilə birlikdə ezamiyyətdə olması barədə müvafiq məlumat və sənədlər cavabdeh inzibati orqanda mövcud deyildir. İddiaçının tələb etdiyi dövrlərə aid məlumat və sənədlərin inzibati orqanda və ya ümumiyyətlə olmadığı təqdirdə inzibati orqandan yəni cavabdehdən həmin dövrlərə aid məlumatı əks etdirən sənədin verilməsinin tələb edilməsi düzgün deyildir. Yəni göründüyü kimi inzibati orqan yəni cavabdeh iddiaçının hüququnu və qanunla qorunan maraqlarını pozmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsindən inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə qeyd edir ki, iddiaçının gələcəkdə çətinliklərlə rastlaşmaması üçün yəni 1991-1992-ci il tarixdə Şuşa və Laçın şəhərlərində Əli-Bayramlı şəhər Polis əməkdaşları ilə birlikdə ezamiyyətdə olmağı barədə müvafiq sənədlərin əldə edilməsi mümkün olmadıqı təqdirdə, həmin faktın təsdiq edilməsi ilə bağlı ümumi rayon məhkəməsinə müraciət etmək hüququ vardır. Hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi haqqında işlərə isə inzibati icraat qaydasında deyil, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin XXXİ fəslinə əsasən xüsusi icraat qaydasında ümumi (rayon və ya şəhər) məhkəmələrdə baxılır. Bunun üçün iddiaçılar xüsusi icraat qaydasında aidiyyəti üzrə ümumi məhkəməyə (rayon və ya şəhər məhkəməsinə) müraciət etmək hüququndan istifadə edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı “1991-1992-ci il tarixdə Şuşa və Laçın şəhərlərində Əli-Bayramlı şəhər Polis əməkdaşları ilə birlikdə ezamiyyətdə olmağı barədə məktub-arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiası mümkün sayılmamalıdır. İş üzrə prosessual xərc yoxdur. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 50 və 80-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdehnə qarşı “1991-1992-ci il tarixdə Şuşa və Laçın şəhərlərində Əli- Bayramlı şəhər Polis əməkdaşları ilə birlikdə ezamiyyətdə olmağı barədə məktubarayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Samir Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar