Məhkəmə qərarları › İş №2-1(120)-1610/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1610/2025

03.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1610/2025 03.04.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının yenidən hesablanması ” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Şirvan İnzibati Məhkəməsi Hakim Quliyeva Rəşidə Paşa qızının sədrliyi, məhkəmə iclas katibi Nəcəfov Ramin Ramiz oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının adından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının yenidən hesablanması” tələbinə dair iddiası üzrə inzibati işə 03 aprel 2025-ci il tarixdə, məhkəmənin binasında (Şirvan şəhəri, H.Z.Tağıyev küçəsi 10), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra mətndə Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) qarşı onun yanvar 1987-ci ildən iyun 1992-ci ilə kimi Lənkəran Rayon X10 (indiki rayon təhsil şöbəsi) baş mühasib vəzifəsində işlədiyi illərə görə ona Dövlət Qulluğu pensiyasının hesablanması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən iddia tələbinin dəyişdirilməsi ( tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, ona yəni İddiaçı 1987-ci ildən 1992-ci ilə kimi Lənkəran Rayon X10 (hazırkı rayon təhsil şöbəsi) baş mühasib vəzifəsində işlədiyi illərin dövlət qulluğu hesab olunaraq pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1954-cü ildə Lənkəran rayonunun Vilvan kəndində doğulmuşdur. Hazırda da həmin kənddə ailəsi ilə birlikdə yaşayır. Əmək fəaliyyətinə xx.xx.1971-ci ildə Lənkəran 8 saylı tikinti idarəsində başlamışdır. xx.xx.1972-ci ildə həmin işdən öz ərizəsi ilə azad olunmuşdur. xx.xx.1972-ci ildə Lənkəran Rayon Xalq Marif Şöbəsində mərkəzləşdirilmiş mühasibatlıqda kiçik mühasib vəzifəsinə təyin olunmuşdur. Həmin işdə xx.xx.1973-cü ilə kimi işləmiş və həmin tarixdən hərbi xidmətə getdiyi üçün işdən azad olunmuşdur. xx.xx.1975-ci ildə ordu sıralarından qayıtdıqdan sonra Lənkəran Rayon Xalq Marif Şöbəsində mərkəzləşdirilmiş mühasibatlıqda kiçik mühasib vəzifəsinə təyin olunmuşdur. xx.xx.1977-ci ildə baş mühasib müavini vəzifəsinə irəli çəkilmişdir. xx.xx.1979-cu ildə öz ərizəsi ilə həmin vəzifədən azad olunmuşdur. xx.xx.1979-cu ildə Lənkəran Məişət Xidməti idarəsində baş mühasib vəzifəsinə təyin olunmuşdur. xx.xx.1979-cu ildə həmin vəzifədən azad olunmuşdur. xx.xx.1979-cu ildə Lənkəran Rayon Xalq Marif şöbəsində baş mühasib müavini vəzifəsinə təyin olunmuşdur və xx.xx.1987-ci ildə Təhsil Şöbəsində baş mühasib vəzifəsinə müvəqqəti yəyin olunmuşdur. xx.xx.1987-ci ildə Təhsil Nzirliyinin razılığına əsasən Lənkəran Rayon Xalq Marif şöbəsində mərkəzləşdirilmiş mühasibatlığın baş mühasibi vəzifəsinə təyin olunmuşdur. xx.xx.1992-ci ildə başqa işə keçirilməsi ilə əlaqədar öz ərizəsi ilə həmin işdən azad olunmuşdur. xx.xx.1992-ci ildə Bakı Dövlət Universitetinin Lənkəran filialında 3 aylıq sınaq müddətinə mühasib təyin olunmuşdur. xx.xx.1992-ci ildə öz xahişi ilə həmin işdən azad olunmuşdur. 27 iyul 1992-ci ildə X7 şöbəsinə baş müfəttiş təyin olunmuşdur. xx.xx.1992-ci ildə isə Lənkəran şəhər Sosial Müdafiə şöbəsinə baş müfəttiş təyin olunmuşdur. xx.xx.2003-cü ildən DSMF-nin Lənkəran şəhər şöbəsinə bölmə müdiri vəzifəsinə keçirilmişdir. xx.xx.2004-cü il tarixində DSMF-nin Lənkəran şəhər şöbəsində müdir müavini vəzifəsində çalışmışdır. xx.xx.2005-ci ildən ona Azərbaycan Respublikası Qanununa əsasən (26 iyul 2000-ci il qanununa əsasən) ona 3-cü dərəcli dövlət qulluqçusu ixtisas dərəci verilmişdir. Həmin şöbəyə müdir vəzifəsinə təyin olunmuşdur. Həmin dövrdə ona 1-ci dərəcəli dövlət qulluqçu ixtisas dərəcəsi verilmişdir və dərəcə ilə əmək haqqı almışdır. İşlədiyi dövrlərdə onun adına bir sıra sənədlər, əmək kitabçası, əmək haqqı cədvəli yazılmışdır. Müxtəlif idarə və təşkilatlarda işlədiyi illər onun əmək kitabçasına yazılmaqla dövlət möhürü ilə təsdiq edilmişdir. X9 kimi əmək pensiyası təyin edilərkən, həqiqətən Dövlət Qulluğu stajı 25 il 10 ay olmuşdur. Lakin pensiya hesablanarkən 20 il 5 ay nəzərə alınmaqla hesablanmışdır. Aldığı əmək haqqının 80 faiz əvəzinə 66,25 faiz hesablanmışdır. O, Lənkəran Rayon X10 1987-ci ilin yanvar ayından 1992-ci ilin iyun ayına qədər 5 il, 5 ay mərkəzləşdirilmiş mühasibatlığın baş mühasibi vəzifəsində işləmişdir. Rayon X10 işlədiyi illərdə ona dövlət qulluğu pensiyası hesablanmamışdır. O, əmək haqqını Lənkəran rayon İcraiyyə Komitəsindən, Sonra isə Lənkəran Şəhər İcra Hakimiyyətindən almışdır. Təhsil Şöbəsi də Rayon İcra Hakimiyyətinin struktruna daxil olmuşdur. 1987-1992-ci illərdə həmin vəzifədə işlədiyi barədə arayışlar, Dövlət Xəzinədarlıq İdarəsindən, Lənkəran-Astara Regional Təhsil İdarəsindən və X4 Filialından aldığı arayışları cavabdeh inzibati orqana təqdim etmişdir. Lakin cavabdeh inzibati orqan həmin sənədlərə heç bir əhəmiyyət verməmişdir. Onun DSMF-nin Lənkəran şəhər şöbəsində işlədiyi 1992-2012-ci illərdə Fondun kadrlar şöbəsindən yerli şöbəyə göndərilən ştat cədvəlində göstərdiyi həmin dövrlər dövlət qulluğu kimi cədvələ daxil edilmişdir. Ona görə də ona vəzifə maaşı ixtisas dərəcəsi və əlavlər ödənilmişdir. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2024-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdehin etirazları: Cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın adından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə təqdim olunmuş xx.xx.2024-cü il tarixli 3-17-1/2-240388/2024 saylı iddiaya dair yazılı etirazında göstərilmişdir ki, İddiaçı 06 dekabr 2023-cü il tarixdə Mərkəzi Filiala müraciət edərək ona təyin edilmiş dövlət qulluqçusu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanmasını xahiş etmişdir.Mərkəzi Filialın 10 yanvar 2024-cü il tarixli 3-17-1/2-Ə-3645/3/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, müraciətində qeyd etdiyi vəzifə Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2005-ci il tarixli 290 nömrəli Fərmanına əsasən təsdiq olunmuş “Əmək pensiyaları haqqında” Qanuna əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin inzibati və yardımçı vəzifələrinin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nda nəzərdə tutulmadığından həmin vəzifədə işlədiyi müddətin dövlət qulluğu stajına aid edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İddiaçı 1 may 2021-ci il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.11.2-ci maddəsinə əsasən 20 il 5 ay 19 gün dövlət qulluğu stajına uyğun olaraq orta aylıq əməkhaqqının (1693,81 manat) 66,25 faizi- 1122,15 manat məbləğində sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir.Eyni zamanda Qanunun 1 yanvar 2023-cü il tarixdən qüvvədə olan 26.4-cü maddəsinə əsasən əmək pensiyası həmin tarixdən 1234,37 manata, 29.1-ci maddəsinə əsasən indeksləşdirmə ilə əlaqədar 1415,82 manata artırılaraq ödənilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.7-ci maddəsinə əsasən əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibativə yardımçı vəzifələr tutan, habelə 1991ci il oktyabrın 18-dən “Dövlət qulluğu aqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşlarına (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla) qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilir.Qanunun 20.1.8ci maddəsinə əsasən dövlət qulluqçusu və ya dövlət qulluqçusu kimi bu qanunla müəyyən olunan əmək pensiyasına əlavələri almaq hüququ olan əmək pensiyaçısı vəfat etdikdə, onun ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvlərinə (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçularının ailə üzvləri istisna olmaqla) qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilir.Qanunun 20.11.1-ci maddəsinə əsasən dövlət qulluğu vəzifəsində 15 il (bu Qanunun 20.11-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı olan şəxsə dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilir. Qanunun 20.11.2-ci maddəsinə əsasən dövlət qulluğu vəzifəsində 15 ildən yuxarı qulluq stajı olan şəxsə dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə təyin edilir.İddiaçı 25 aprel 2014-cü il tarixdən sabiq dövlət qulluqçusu kimi İİİ dərəcə orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə) əlilliyə görə əmək pensiyası təyin edilmişdir.İddiaçının pensiyasının ödənişi 1 may 2021-ci il tarixidən əlillik müddətinin bitməsi səbəbindən dayandırılmış, ona 20 aprel 2021-ci il tarixli müraciəti ilə əlaqədar 1 may 2021-ci il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası 20.11.2-ci maddəsinə əsasən 20 il 5 ay 19 gün dövlət qulluğu stajına uyğun olaraq orta aylıq əməkhaqqının (1693,81 manat) 66,25 faizi-1122,15 manat məbləğində sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. Qanunun 26.4-cü və 29.1-ci maddələrinə uyğun olaraq iddiaçının əmək pensiyasının məbləği indeksləşdirilərək xx.xx.2024-cü il tarixindən 1574.40 manata çatdırılmışdır.İddiaçı iddia ərizəsində 1987- 1992-ci il tarixlərdə Lənkəran rayon X10 baş mühasib vəzifəsində işlədiyi dövrlərin dövlət qulluğu stajı kimi nəzərə alınmaqla ona 25 aprel 2014-cü il tarixdən təyin edilmiş sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının yenidən hesablanmasını xahiş etmişdir.Lakin sözügedən vəzifə Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2005ci il tarixli 290 nömrəli Fərmanına əsasən təsdiq olunmuş “Əmək pensiyaları haqqında” Qanuna əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin inzibati və yardımçı vəzifələrinin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nda nəzərdə tutulmadığından həmin vəzifədə işlədiyi müddətin dövlət qulluğu stajına aid edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.Bu şəbədən də iddiaçının sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında yazılı etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu müraciəti təmin etmədiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Faktiki hallar və sübutlar: Lənkəran-Astara Regional Təhsil İdarəsinin 601 №-li, xx.xx.2023-cü il tarixli arayışında qeyd olunmuşdur ki, İddiaçı həqiqətən Lənkəran RXMŞ-nin 01 nömrəli, 04 yanvar 1987-ci il tarixli əmri ilə 04 yanvar 1987-ci il tarixdən RXMŞ-nin baş mühasib vəzifəsi müvəqqəti olaraq tapşırılmış. Lənkəran RXMŞ-nin 21 nömrəli , 13 fevral 1987-ci il tarixli əmri ilə 13 fevral 1987-ci il tarixdən Lənkəran RXMŞ-nin Mərkəzləşdirilmiş mühasibatlığa baş mühasib vəzifəsinə təyin edilmiş. Lənkəran RXTŞ-nin 355 nömrəli 01 iyun 1992-ci il tarixli əmri ilə 01 iyun 1992-ci il tarixdən ərizəsinə əsasən Lənkəran RXMŞnin baş mühasib vəzifəsindən azad edilmişdir. X4 Filialı tərəfindən İddiaçı ünvanlanmış: xx.xx.2023-cü il tarixli arxiv arayışında qeyd olunmuşdur ki, Lənkəran rayon icraiyyə Komitəsinin Lənkəran rayon Xalq Maarif şöbəsinin 1987-1992-ci illərə aid əmək haqqı kitablarında baş mühasibə vəzifəsində işləməsi yazılmışdır. xx.xx.2023-cü il tarixli 3-48-DA7F/Ə-8xx-xx/2023 saylı arxiv arayışında qeyd olunmuşdur ki, İddiaçı Lənkəran rayon İcraiyyə Komitəsinin Maarif şöbəsində baş mühasib vəzifəsində işləmiş 1987-1992-ci illərdə əmək haqqı almışdır.1987-1992-ci illər əmək haqqı cədvəllərində İddiaçı ata adı yazılmamışdır. Lənkəran rayon İcraiyyə komitəsinin 1987-1991-ci illər əmr kitabları yoxlanıldı. Həmin əmr kitablarında rayon Maarif şöbəsinin əmrləri müəyyən olunmadı. Lənkəran rayon İcraiyyə Komitəsinin Maarif şöbəsi üzrə əmək haqqı cədvəlləri arxivə tam verilmədiyindən 1988-ci ilin İ-X-cu aylarına və 1991-ci ilin İX- X,Xİİ-ci ayları üzrə əmək haqqın yazmaq mümkün olmamışdır. Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında X1 22 saylı Regional Xəzinədarlıq İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 3-23-2/22-4-18/2013 saylı xx.xx.2023cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, Rayon Xalq Maarif Şöbəsinin mərkəzi mühasibatlığının baş mühasibi vəzifəsi RXMŞ-nın fəaliyyətinə dair mühasibat işlərinin aparılmasına məsul şəxs olmaqla həmin şöbənin baş mühasib vəzifə funksiyalarını yerinə yetirmişdir. 1987-1992-ci illərdə RXMŞ-nin büdcəsinə bir ştat vahidi baş mühasib vəzifəsi nəzərdə tutulmuş və həmin ştat şöbənin xərclər smetasında büdcə xərclərinin funksional təsnifatının 1.1.10 ( yerli icra hakimiyyəti orqanlarının müstəqil şöbələrinin aparatının saxlanılması) paraqrafında nəzərdə tutulmuş vəsait hesabına maliyyələşdirilmişdir. Məhkəmənin müvafiq sorğusuna əsasən DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 3-17-1/2-237362/20024 saylı, xx.xx.2024-cü il tarixli məktubu ilə təqdim olunmuş İddiaçı məxsus 025582 №-li pensiya işinə əlavə olunmuş: Əmək pensiyasının təyin edilməsi haqqında **********8 №-li, xx.xx.2021-ci il tarixli qərardan müəyyən olunur ki, İddiaçı pensiya hüququ xx.xx.2021-ci il tarixdə yaranmış və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.7-ci maddəsinə əsasən yaşa görə pensiya təyin edilmişdir. Pensiya məbləği 1122,15 manat müəyyən edilmişdir. (Əlavə məlumat: Dövlət qulluğu stajı--; Dövlət məvacibi -1693,81 manat; Pensiya faizi 66,25 manat; Pensiya müddəti -müddətsiz.) Əmək pensiyasının yenidən hesablanması haqqında qərarın surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.2014-cü il tarixdən əlilliyə görə ( Dövlət qulluğu) təyin olunmuş pensiyanın yenidən hesablanması zamanı əsas götürülən dövlət məvacibi: Vəfizə maaşı 855,00 manat, ixtisas dərəcəsi 80,0 manat, qulluq stajına görə 30 faiz-256,50 manat, mükafatlar 1050 faiz-374,06 manat, hakimiyyət səlahiyyətinə görə 15 faiz- 128,25 manat, dövlət məvacibinin cəmi 1693 manat 81 qəpik qeyd olunmuşdur. Pensiya məbləği yenidən hesablanaraq 1268 manat 11 qəpik müəyyən edilmişdir. Azərbaycan Respublikası X8 tərəfindən verilmiş 9-3/2-3028/2024 saylı, xx.xx.2024-cü il tarixli və 9-3/2-3586/2024 saylı xx.xx.2024-cü il tarixli eyni məzmunlu cavab məktublarında qeyd olunmuşdur ki, İddiaçı haqqında məlumatlar Azərbaycan Respublikasının Dövlət Qulluqçularının Reyestrinə daxil edilməmişdir. 1987-1992-ci illərdə Lənkəran rayon xalq maarif şöbəsinin mərkəzləşdirilmiş mühasibatlığında iş müddətinin dövlət qulluğunda qulluq stajına daxil edilib-edilməməsi məsələsinə dair qeyd olunur ki, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 yanvar tarixli 665 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə aylıq əlavə haqqın məbləğinin müəyyənləşdirilməsi və ödənilməsi Qaydası”nın 9-cu maddəsinə əsasən dövlət qulluqçusunun stajı müəyyənləşdirilərkən onun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında ( o cümlədən Azərbaycan Respublikasının ərazisindən kənarda) habelə 1991-ci ilin oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir. 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarının aparatlarında mövcud olmuş vəzifələrin və həmin tarixdən İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu qüvvəyə minənədək (xx.xx.2003-cü il tarixədək) Azərbaycan Respublikası dövlət orqanlarında dövlət qulluğu vəzifələrinin həmin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2005-ci il tarixli 290 saylı Fərmanı ilə təsdiq edilmiş “əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üşün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci ilin oktyabrın 18dək dövlət, sovet partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nın 1-ci və 2-ci bəndlərinə əsasən aparılmışdır. “Maarif Nazirliyi sisteminin büdcə təşkilatlarının mərkəzləşdirilmiş mühasibatlıqlarının Nümunəvi Əsasnaməsinin təsdiq edilməsi haqqında” SSRİ Maarif Nazirliyinin 1980-ci il 8 oktyabr tarixli 134 nömrəli əmrinin 1.3-cü bəndinə uyğun olaraq mərkəzləşdirilmiş mühasibatlıqlar müstəqil struktur bölmə kimi ittifaq respublikalarının maarif nazirliklərinin, Muxtar Sovet Sosialist Respublikalarının maarif nazirliklərinin, şəhər, rayon xalq təhsili şöbələrinin yanında yaradılmışdır. Azərbaycan SSR Nazirlər Sovetinin “Respublikada xalq təhsilinin idarə olunmasının təşkili və strukturu haqqında” 1988-ci il 11 oktyabr tarixli 354 nömrəli qərarına 1 nömrəli əlavəyə əsasən Azərbaycan SSR Xalq Təhsili Nazirliyinin mərkəzi aparatının strukturu, 2 nömrəli əlavəyə əsasən Azərbaycan SSR Xalq Təhsili Nazirliyinin yanında olan təşkilatların siyahısı təsdiq edilmişdir. Mərkəzləşdirilmiş mühasibatlıqlar Nazirliyin mərkəzi aparatının strukturunda deyil, yanında olan təşkilatların siyahısında nəzərdə tutulmuşdur. Qeyd edilən Siyahının 1.15-ci bəndində Azərbaycan SSR nazirliklərinin aparatında, 2.12-ci bəndində Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının tabeliyində olan regional orqanların, ikili tabelikdə olan yerli bölmələrin aparatında mövcud olmuş vəzifələrin “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda nəzərdə tutulmuş dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması aparılmış, lakin Azərbaycan SSR nazirliklərinin və Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının yanında fəaliyyət göstərmiş təşkilatlarda mövcud olmuş vəzifələrin uyğunlaşdırılması aparılmamışdır. Eyni zamanda həmin Siyahının 1.17-ci bəndində rayon (şəhər) X2 icraiyyə komitəsinin idarələrində mövcud olmuş vəzifələrin “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda nəzərdə tutulmuş dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması aparılsa da, həmin bənddə mərkəzləşdirilmiş mühasibatlıqlarda mövcud olmuş vəziflər nəzərdə tutulmamışdır.1987-1992-ci illərdə Lənkəran rayon xalq maarif şöbəsinin mərkəzləşdirilmiş mühasibatlığında iş müddəti dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınmır. İddiaçının hazırkı iddia tələbi ilə bağlı müraciətinə cavabdeh inzibati orqan tərəfindən verilmiş 3-17-1/2-Ə-2869xx/xx-2023 saylı, xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, müraciətlərinə aidiyyəti üzrə baxılmışdır. Azərabycan Respublikası Prezidentinin 1 sentyabr 2005-ci il tarixli 290 nömrəli Fərmanına əsasən təsdiq olunmuş “Əmək pensiyaları haqqında” Qanuna əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci ilin oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin inzibati və yardımçı vəzifələrinin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nda müraciətində qeyd etdiyi vəzifə nəzərdə tutulmadığından həmin vəzifədə işlədiyi müddətin dövlət qulluği stajına aid edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Ona 1 may 2021-ci il tarixindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.11.20-ci maddəsinə əsasən 20 il 5 ay 19 gün dövlət qulluğu stajına uyğun olaraq orta aylıq əmək haqqının (1693,81 manat) 66,25 faizi-122,15 manat məbləğində sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilib. Eyni zamanda, Qanunun 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan 26.4-cü maddəsinə əsasən əmək pensiyası həmin tarixdən 1234,37 manata, 29.1-ci maddəsinə əsasən indeksləşdirmə ilə əlaqədar 1415, 82 manata artırılaraq ödənilir. Əmək pensiyasının hesablanması haqqında ona 16 noyabr 2023-cü il tarixli 3-17-1/2-Ə-267943/2023 nömrəli məktubla da məlumat verilib. Tətbiq edilən hüquq. Maddə 38. Sosial təminat hüququ İ Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: 20.1-ci maddəsinə görə qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: - 20.1.7-ci maddəsinə əsasən əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla). 20.11. Bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.11.1. dövlət qulluğu vəzifəsində 15 il (bu Qanunun 20.11-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında; 20.11.2. dövlət qulluğu vəzifəsində 15 ildən yuxarı qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə təyin edilir. xx.xx.2005-ci il tarixdə qüvvəyə minmiş və xx.xx.2007-ci il tarixdə qüvvədən düşmüş “Dövlət qulluqçularının pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun -5.1.müvafiq qanunvericiliyə uyğun olaraq pensiya yaşına çatmasına və ya əlilliyinə görə işdən çıxmış və azı 5 il dövlət qulluğunda çalışmış dövlət qulluqçusunun pensiya almaq hüququ vardır. (28 iyul 2005-ci il tarixədək olan redaksiyada) -5.1.Bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla pensiya təyin edilməsi üçün müraciət etdiyi zaman dövlət qulluğunda olmayan və dövlət qulluğunda azı 5 il çalışmış dövlət qulluqçusunun müvafiq qanunvericiliyə əsasən pensiya yaşına çatdıqda və ya əlil olduqda bu Qanunla pensiya almaq hüququ vardır (28 iyul 2005ci il tarixdən sonra dəyişiklik). 5.1. Pensiya almaq üçün dövlət qulluqçusunun qulluq stajına aşağıdakılar daxil edilir: 5.2.1."Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindikdən sonra dövlət qulluğu vəzifəsində qulluq stajı; 5.2.2. 1991-ci il oktyabrın 18-dən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında iş stajı; 5.2.3. 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti, 5.3.Dövlət qulluqçusunun qulluq stajı Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada hesablanır 5.4. Müvafiq qanunvericiliyə uyğun olaraq pensiya yaşına çatmasına və ya əlilliyinə görə işdən çıxmış və dövlət qulluğunda xidmət illərinin minimum həddinə malik olmayan dövlət qulluqçusunun müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş miqdarda və qaydada müavinət almaq hüququ vardır. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunu: 1.1.1. dövlət qulluğu – Azərbaycan Respublikasının Konstitusiyasına və digər normativ hüquqi aktlarına uyğun olaraq dövlətin məqsəd və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluğu vəzifəsində xidmətdir. 1.1.3-cü maddəsinə əsasən dövlət qulluqçusu – yalnız bu Qanunun 1.1.4-cü maddəsində nəzərdə tutulan mənbələrdən dövlət məvacibi alan, bu Qanunla müəyyən edilmiş qaydada inzibati və ya yardımçı dövlət qulluğu vəzifəsini tutan və ixtisas dərəcəsi verilən, inzibati vəzifə üzrə ilk dəfə daimi dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən, Azərbaycan Respublikasının vətəndaşı olan dövlət orqanının işçisidir. 15-1.2. Dövlət qulluqçusunun şəxsi işinə bu Qanunun 15-1.3-cü maddəsinə əsasən müəyyən olunan qaydalarda nəzərdə tutulmuş sənədlər və məlumatlar daxil edilir. 23.1. Dövlət qulluqçusunun və onun ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. 23.2. Dövlət qulluqçusunun pensiyasının məbləği dövlət qulluğu vəzifəsində qulluq stajından və dövlət məvacibinin məbləğindən asılıdır. Dövlət qulluqçusuna “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilməsi üçün dövlət qulluğu vəzifəsində minimum 15 il (bu Qanunun 23.2-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı tələb olunur. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 21 iyun tarixli 420 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Qulluqçuları Reyestrinin aparılması Qaydaları”: 2-ci bəndinə əsasən Dövlət Reyestri Azərbaycan Respublikasının dövlət qulluqçuları (o cümlədən stajçı kimi və sınaq müddətinə qəbul edilmiş və dövlət qulluğuna xitam verilmiş şəxslər də daxil olmaqla) barədə məlumatları əks etdirən və Azərbaycan dilində aparılan dövlət mərkəzləşdirilmiş məlumat bankıdır. 3-cü bəndinə əsasən Dövlət Reyestrinin yaradılmasında məqsəd dövlət qulluqçuları haqqında məlumatları toplamaq, təzələmək və təhlil etmək, onların qulluqda yüksəliş yolu ilə seçilməsi, yerləşdirilməsi, ixtisas dərəcələrinin artırılması məsələlərinin və dövlət qulluğu ilə bağlı digər məsələlərin həllində bu məlumatlardan istifadə etmək, müvafiq hallarda bu Qaydalarla və digər normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada dövlət orqanlarını həmin məlumatlarla təmin etməkdir. 5-ci bəndinə uyğun Dövlət Reyestri Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Azərbaycan Respublikasının X8 tərəfindən birgə aparılır. Məhkəmənin mövqeyi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan sənədlərdən görünür ki, iddiaçıya 25 aprel 2014-cü il tarixdən sabiq dövlət qulluqçusu kimi (20 il 5 ay 19 gün götürülməklə İİİ dərəcə əlilliyə görə) əmək pensiyası təyin edilmişdir. İddiaçı hazırda Lənkəran rayon X10 yanvar 1987-ci ildən iyun 1992-ci ilədək baş mühasib vəzifəsində işlədiyi illər nəzərə alınmaqla dövlət qulluqçusu kimi təyin olunmuş pensiyasının yenidən hesablanmasını arzulayır və bunu işlədiyi vəzifənin dövlət qulluğu vəzifələrinə uyğunluğu ilə əsaslandırır. İddiaçı həmin tələb ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu onun müraciətinin təmin edilməsindən imtina etmişdir. Cavabdehin imtinası onunla əsaslandırılmışdır ki, qeyd olunan vəzifə Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanına əsasən təsdiq olunmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrnin İnzibati və yardımçı vəzifələrinin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nda nəzərdə tutulmadığından həmin vəzifələr dövlət qulluğu stajına aid edilməmişdir. Məhkəmə ilk növbədə bildirir ki, 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında mövcud olmuş dövlət qulluğu vəzifələrinin və 1991-ci il oktyabrın18-dən İnzibati və yardımçı vəzifələrinin Təsnifat Toplusu qüvvəyə minənədək (xx.xx.2003-cü il tarixinədək) Azərbaycan Respublikası dövlət orqanlarında mövcud olmuş dövlət qulluğu vəzifələrinin “İnzibati və yardımçı vəzifələrinin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005ci il tarixli 290 saylı Fərmanı ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin inzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdı rılması Siyahısı”na əsasən həyata keçirilir. Həmin Siyahının 1.17-ci bəndində rayon (şəhər) X2 icraiyyə komitəsinin aparatında mövcud olmuş vəzifələrin “İnzibati və yardımçı vəzifələrin Toplusunda” göstərilən dövlət qulluğu vəzifələrinə uyğunladırılması aparılmışdır. Belə ki, hazırki iddia tələbilə bağlı iddiaçının hüquqi marağı yanvar 1987-ci ildən iyun 1992-ci il tarixə kimi Lənkəran rayon X10 işlədiyi baş mühasib vəzifəsi nəzərə alınmaqla, X9 kimi təyin olunmuş əmək pensiyasının yenidən hesablanmasından və ödənilməsindən ibarətdir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi qəbul etdiyi 2-1(102)- 1213/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarında həmin tələbin hansı qaydada baxılmasına aydınlıq gətirmiş, vətəndaşların hüquqi maraqlarının dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı olduğunu nəzərə alaraq həmin şəxslərin pensiya təyinatı barədə müraciət etməli olduğunu, mübahisənin həllinin isə onların işlədikləri vəzifələrin dövlət qulluğu olması ilə bağlı müvafiq aidiyyəti dövlət orqanlarından həmin dövrün dövlət qulluğu sayılması barədə rəylər alındıqda həllini tapacağı bildirilmişdir. Məhkəmə, Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qəbul etdiyi qərarın qəti olduğunu, qərarda şərh edilən göstərişlərin məcburiliyini, ayrı-ayrı vəzifələrin “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması öhdəliyinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin üzərinə qoyulmasının hakimiyyətlərin bölünməsi prinsipinə və qanunvericiliyə uyğun olmadığını nəzərə alaraq hesab edir ki, cavabdehin istinad etdiyi hallar (aidiyyəti qurumlar tərəfindən verilən müsbət rəylərin sözügedən vəzifələrin uyğunlaşdırılmasına əsas verməməsi və s.) hazırki iddianın təminini istisna etmir. Xülasə, qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi öz qərarında X5 fəaliyyət sferasını göstərərək vəzifənin dövlət qulluğuna aid olub-olmamasının müəyyən edilməsi zamanı həmin publik hüquqi şəxsin rəyinin zəruriliyini diqqətə çatdırmışdır. Məhkəmə öz xidməti vəzifəsinə uyğun olaraq iddiaçının həmin dövrdə işlədiyi vəzifənin dövlət qulluğu hesab olub-olmaması ilə bağlı aidiyyəti üzrə X6 müraciət etmişdir. Azərbaycan Respublikası X8 tərəfindən verilmiş 9-3/2-3028/2024 saylı, xx.xx.2024cü il tarixli və 9-3/2-3586/2024 saylı xx.xx.2024-cü il tarixli eyni məzmunlu cavab məktublarında qeyd olunmuşdur ki, İddiaçı haqqında məlumatlar Azərbaycan Respublikasının Dövlət Qulluqçularının Reyestrinə daxil edilməmişdir. 1987-1992-ci illərdə Lənkəran rayon xalq maarif şöbəsinin mərkəzləşdirilmiş mühasibatlığında iş müddətinin dövlət qulluğunda qulluq stajına daxil edilib-edilməməsi məsələsinə dair qeyd olunur ki, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 yanvar tarixli 665 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə aylıq əlavə haqqın məbləğinin müəyyənləşdirilməsi və ödənilməsi Qaydası”nın 9-cu maddəsinə əsasən dövlət qulluqçusunun stajı müəyyənləşdirilərkən onun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında ( o cümlədən Azərbaycan Respublikasının ərazisindən kənarda) habelə 1991-ci ilin oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir. 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarının aparatlarında mövcud olmuş vəzifələrin və həmin tarixdən İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu qüvvəyə minənədək (xx.xx.2003-cü il tarixədək) Azərbaycan Respublikası dövlət orqanlarında dövlət qulluğu vəzifələrinin həmin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2005-ci il tarixli 290 saylı Fərmanı ilə təsdiq edilmiş “əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üşün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci ilin oktyabrın 18dək dövlət, sovet partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nın 1-ci və 2-ci bəndlərinə əsasən aparılmışdır. “Maarif Nazirliyi sisteminin büdcə təşkilatlarının mərkəzləşdirilmiş mühasibatlıqlarının Nümunəvi Əsasnaməsinin təsdiq edilməsi haqqında” SSRİ Maarif Nazirliyinin 1980-ci il 8 oktyabr tarixli 134 nömrəli əmrinin 1.3-cü bəndinə uyğun olaraq mərkəzləşdirilmiş mühasibatlıqlar müstəqil struktur bölmə kimi ittifaq respublikalarının maarif nazirliklərinin, Muxtar Sovet Sosialist Respublikalarının maarif nazirliklərinin, şəhər, rayon xalq təhsili şöbələrinin yanında yaradılmışdır. Azərbaycan SSR Nazirlər Sovetinin “Respublikada xalq təhsilinin idarə olunmasının təşkili və strukturu haqqında” 1988-ci il 11 oktyabr tarixli 354 nömrəli qərarına 1 nömrəli əlavəyə əsasən Azərbaycan SSR Xalq Təhsili Nazirliyinin mərkəzi aparatının strukturu, 2 nömrəli əlavəyə əsasən Azərbaycan SSR Xalq Təhsili Nazirliyinin yanında olan təşkilatların siyahısı təsdiq edilmişdir. Mərkəzləşdirilmiş mühasibatlıqlar Nazirliyin mərkəzi aparatının strukturunda deyil, yanında olan təşkilatların siyahısında nəzərdə tutulmuşdur. Qeyd edilən Siyahının 1.15-ci bəndində Azərbaycan SSR nazirliklərinin aparatında, 2.12-ci bəndində Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının tabeliyində olan regional orqanların, ikili tabelikdə olan yerli bölmələrin aparatında mövcud olmuş vəzifələrin “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda nəzərdə tutulmuş dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması aparılmış, lakin Azərbaycan SSR nazirliklərinin və Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının yanında fəaliyyət göstərmiş təşkilatlarda mövcud olmuş vəzifələrin uyğunlaşdırılması aparılmamışdır. Eyni zamanda həmin Siyahının 1.17-ci bəndində rayon (şəhər) X2 icraiyyə komitəsinin idarələrində mövcud olmuş vəzifələrin “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda nəzərdə tutulmuş dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması aparılsa da, həmin bənddə mərkəzləşdirilmiş mühasibatlıqlarda mövcud olmuş vəziflər nəzərdə tutulmamışdır. 1987-1992-ci illərdə Lənkəran rayon xalq maarif şöbəsinin mərkəzləşdirilmiş mühasibatlığında iş müddəti dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınmır. Məhkəmə icraatı zamanı əldə olunmuş sorğuya cavab məktubunun yuxarıda göstərilmiş qanunvericiliyin müddəaları ilə birgə qiymətləndirilməsi nəticəsində məhkəmənin formalaşdırdığı hüquqi mövqeyi odur ki, iddiaçının dövlət qulluqçusu kimi pensiyasının yenidən hesablanması onun mübahisələndirilən dövrlərə aid vəzifələrindən aslıdır. Buna baxmayaraq təqdim olunmuş məktubdan da göründüyü kimi, həmin işlədiyi müddət iddiaçının dövlət qulluğunda qulluq stajına daxil edilməsinə imkan vermir. Başqa sözlə desək, işlədiyi peşə “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda nəzərdə tutulmuş dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması aparılaraq, dövlət qulluqçuların reyestrində əks olunmuş peşə və vəzifələrə uyğun olmalıdır. Məktublardan da göründüyü kimi, iddiaçı tərəfindən dövlət qulluğu stajına daxil olmasını tələb etdiyi 1987-1992-ci illərdə işlədiyi müddətin onun dövlət qulluğunda qulluq stajına daxil edilməsinə imkan vermir. Nəzərə alınmalıdır ki, X8 tərəfindən məhkəmə icraatı zamanı təqdim olunmuş sorğuya cavab məktubu hər hansı şübhə doğurmur. Belə ki, məlum olduğu kimi X8 dövlət qulluğu sahəsində fəaliyyət göstərən, dövlət qulluğu sahəsində dövlət siyasətinin formalaşdırılmasında iştirak edən və bu siyasətin həyata keçirilməsini təmin edən, həmçinin dövlət qulluğuna qəbul və dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üçün test imtahanlarını keçirən və dövlət qulluğu vəzifələrinin tutulması üçün keçirilən müsabiqənin, o cümlədən dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üçün keçirilən test imtahanlarının şəffaflığını təmin edən publik hüquqi şəxsdir. (Azərbaycan Respublikasının X8 publik hüquqi şəxsin Nizamnaməsi) Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının 1987-1992-ci illərdə işlədiyi Lənkəran rayon X10 “baş mühasib” vəzifəsi müvafiq Siyahıda dövlət qulluğu vəzifəsi kimi nəzərdə tutulmadığından, həmçinin X3 əldə olunmuş sorğuya cavab məktubunda göstərilən bu hal öz təsdiqi tapdığından iddianın təmin edilməsi mümkün deyildir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddia rədd olunmalıdır. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və İPM-nin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşidə Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar