Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1611/2023 15.12.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2021-ci il tarixdən sosial müavinət təyin edilməsi və xx.xx.2021-ci il tarixdən hazırkı vaxta qədər ödənilməli olan məbləğin birdəfəlik hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2021-ci il tarixdən sosial müavinət təyin edilməsi və xx.xx.2021-ci il tarixdən hazırkı vaxta qədər ödənilməli olan məbləğin birdəfəlik hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 45.4-cü, 47-ci, 49-cu maddələrinin tələblərinə müvafiq olaraq, işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb edilmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, o, xx.xx.1961-ci ildə anadan olmuş, hal-hazırda Salyan rayonu Arbatan kəndində qeydiyyatdadır və orada yaşayır. Dörd övladı var. 2013-cü il tarixdə ona 3-cü qrup əlillik təyin edilmişdir. 3-cü qrup əlillik təyin edilməsi səbəbindən ona 2018-ci ildə 57 yaşı tamam olmasına baxmayaraq xx.xx.2019-cu il tarixədək qüvvədə olan “Sosial Müavinətlər Haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.2-ci maddəsində qeyd edildiyi qaydada (3 və daha çox uşaq doğub 8 yaşına qədər tərbiyə etmiş, 57 yaşına çatmış qadınların sosial müavinət almaq hüququnun olması) sosial müavinət təyin edilmədir. Çünki qanunvericiliyin tələbinə əsasən bir növ sosial müavinət ala bilərdi və ona artıq 2013-cü ildə əlilliyə görə sosial müavinət təyin edilmişdi. Lakin ona təyin edilmiş 3-cü qrup əlillik xx.xx.2021-ci il tarixdən dayandırılmışdır. Bundan sonra xx.xx.2019-cu il tarixədək qüvvədə olan “Sosial Müavinətlər Haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.2-ci maddəsinin tələbinə uyğun olaraq (3 və daha çox uşaq doğub 8 yaşına qədər tərbiyə etmiş 57 yaşına çatmış qadınların sosial müavinət almaq hüququnun olması) ona sosial müavinət təyin edilməsi üçün cavabdeh təşkilata müraciət etmiş, lakin verilmiş cavabda “Sosial Müavinətlər Haqqında” Azərbaycan Respublikası Qanununa xx.xx.2019-cu il tarixdə edilmiş dəyişikliyə əsasən 3 və daha çox uşaq doğub 8 yaşına qədər tərbiyə etmiş, 57 yaşına çatmış qadınların sosial müavinət almaq hüququnun olması müddəasının Qanundan çıxarıldığı, xx.xx.2021-ci ildən sözügedən müavinət növü üzrə təyinat nəzərdə tutulmadığı, hazırda qüvvədə olan qanunvericiliyə əsasən pensiya yaşının 63 yaş müəyyən edildiyi, 5 və dalıa çox uşaq doğub 8 yaşına qədər tərbiyə etmiş qadınlara 5 il güzəşt edildiyi bildirilərək sosial müavinət təyin edilməsindən imtina edilmişdir. Ona sosial müavinət təyin edilməsindən imtina edilməsi qanunsuz və əsassızdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. xx.xx.1961-ci il tarixdə doğulmuş, onun 57 yaşı xx.xx.2018-ci il tarixdə tamam olmuşdur. Həmin vaxt qüvvədə olan qanunun tələbinə əsasən onun 3 uşaq doğub 8 yaşına tərbiyə etdiyi və 57 yaşı tamam olduğu üçün sosial müavinət almaq hüququ yaranmışdır. Bu səbəbdən də cavabdehin 2022-ci ildə qüvvədə olan maddi hüquq normasını əsas götürərək 2018-ci ildə yaranmış hüquqdan imtina etməsi qanunvericiliyin tələblərinə ziddir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində tələbinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Göründüyü kimi qeyd etdiyi səbəbdən də cavabdehin 2019-cu ildə “Sosial Müavinətlər Haqqında” Azərbaycan Respublikası Qanununa edilmiş dəyişikliyi bəhanə edərək ona sosial müavinət təyin edilməsi barədə müraciətindən imtina etməsi əsassızdır. Qeyd edilənlərə əsasən xx.xx.2021-ci il tarixdən sosial müavinət təyin edilməsi və xx.xx.2021-ci il tarixdən hazırkı vaxta qədər ödənilməli olan məbləğin birdəfəlik hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi filialı iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, İddiaçı cavabdeh Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına müraciət edərək, ona hüququnun yarandığı tarixdən 3 və daha çox uşaq doğub tərbiyə etmiş 57 yaşına çatmış qadın kimi sosial müavinətin təyin edilməsini tələb etmişdir. İddiaçı müraciətinə uyğun olaraq ona ünvanlanmış xx.xx.2022-ci il tarixli **********3 nömrəli məktubda müraciətin müsbət həllinin mümkün olmadığı bildirilmişdir. Məhkəməyə ünvanlanmış iddia ərizəsində sözügedən müavinətin hüququnun yarandığı tarixdən, yəni xx.xx.2021-ci ildən təyin edilməsi və əlilliyə görə əmək pensiyasının dayandırıldığı tarixdən, yəni xx.xx.2021-ci ildən ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması xahiş edilmişdir. İş üzrə iddia tələbi əsassızdır və təmin edilməməlidir. İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən xx.xx.2013-cü il tarixdən İİİ dərəcə əlilliyə görə əmək pensiyası təyin edilmiş və əlilliyinin müddətinin bitməsi ilə əlaqədar ödəniş xx.xx.2021-ci il tarixdən dayandırılmışdır. Belə ki, xx.xx.2020ci il tarixədək qüvvədə olan “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxslər - əlillər, o cümlədən 16 yaşınadək əlil uşaqlar, 62 yaşına çatmış qadınlar. 67 yaşına çatmış kişilər, 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş, yaxud uşaqlıqdan əlil övladını 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar, ana vəfat etdiyinə, yaxud analıq hüququndan məhrum edildiyinə görə 3 və daha çox uşağı və ya uşaqlıqdan əlil övladını növbəti nikah bağlamadan təkbaşına 8 yaşınadək böyüdən 62 yaşına çatmış kişilər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış, yaxud 18 yaşına çatanadək əlil olmuş 18 yaşından yuxarı uşaqlarıdır (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla). iddiaçının xx.xx.2018-ci il tarixdə 57 yaşı tamam olmuşdur. Həmin Qanunun 7.0.2-ci maddəsinə əsasən, yaşa görə müavinət əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ oimadıqda və işləmədikdə təyin edilir. Maddənin məzmunundan göründüyü kimi, 3 və daha çox uşaq doğub tərbiyə etmiş qadınların yaşa görə kimi sosial müavinət almaq hüququnun yaranması üçün (01 yanvar 2020-ci il tarixədək) üç şərtin birlikdə olması tələb olunmuşdur: şəxsin 57 yaşının tamam olması; şəxsin işləməməsi; şəxsin əmək pensiyası almaq hüququnun olmaması. İddiaçı 15 fevral 2018-ci il tarixdə 57 yaşının tamam olmasına və işləməməsinə baxmayaraq, 25 aprel 2013-cü il tarixdən 30 aprel 2021-ci il tarixədək əlilliyə görə əmək pensiyası alan, yəni əmək pensiyası hüququ olan şəxs olmuşdur. Bu səbəbdən onun yaşa görə sosial müavinət almaq hüququ yaranmamışdır. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxslər - əlilliyi olan şəxslər, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci və 8-ci maddələri ilə müəyyən edilmiş yaş həddinə çatan şəxslər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil övladlarıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır, (kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır). 01,07.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək qadınların pensiya yaşı 63 yaş müəyyən edilib. Həmin Qanunun 8.1-ci maddəsinə əsasən beş və daha çox uşaq doğub, övladlığa və (və ya) qəyyumluğa götürüb onları səkkiz yaşınadək tərbiyə etmiş və böyütmüş qadınların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Prezidentinin 29 noyabr 2019-cu il tarixli “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununda edilmiş dəyişikliyə əsasən 1.0.2-ci maddəsindən “3 və daha çox uşaq doğub, 8 yaşınadək tərbiyə etmiş, yaxud sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar” sözləri çıxarıldığı üçün xx.xx.2020-ci il tarixdən etibarən sözügedən müavinət növü üzrə təyinat qanunvericiliklə nəzərdə tutulmamışdır. Mövcud qanunvericiliyə əsasən qadınlara yaşa görə sosial müavinət təyin edilməsi üçün tələb olunan yaş həddi 63 il müəyyən edildiyindən, 4 uşağı olan qadınların güzəştli şərtlərlə yaşa görə sosial müavinət almaq hüququ olmadığından və iddiaçı tələb olunan yaş həddinə çatmadığından yaşa görə sosial müavinətin təyin edilməsi mümkün hesab edilməmişdir. İş materialları ilə təsdiq olunur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçı ona əmək pensiyası təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmişdir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq edilir. İddiaçı “hüququnun yarandığı tarixdən 3 və daha çox uşaq doğub tərbiyə etmiş 57 yaşına çatmış qadın kimi sosial müavinətin təyin edilməsi”nə dair iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazının məzmununa uyğun izahat verdi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1961-ci il tarixdə anadan olmuş, Salyan rayonu, Arbatan kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidməti 35 saylı Tibbi Sosial Ekspert Komissiyasının bildirişindən görünür ki, xx.xx.1961-ci il təvəllüdlü İddiaçı xx.xx.2016-cı il tarixdən xx.xx.2021-ci il tarixədək təkrar üçüncü dərəcəli əlilik təyin edilmişdir. İşdə olan Azərbaycan Respublikası Salyan rayon İcra Hakimiyyəti başçısının Arbatan kənd inzibati ərazi nümayəndəsinin xx.xx.2022-ci il tarixli, 334 nömrəli arayışından görünür ki, Salyan rayonu Arbatan kənd sakini İddiaçı həqiqətən özü doğduğu dörd uşağı səkkiz yaşına kimi böyüdüb tərbiyə etmişdir və heç bir yerdə işləmir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli, **********3 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 2 saylı Şirvan-Salyan regional filialından daxil olmuş ərizəsinə və ona əlavə edilmiş sənədlərə Mərkəzi Filialda aidiyyəti üzrə baxılmışdır. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxslər - əlilliyi olan şəxslər, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci və 8-ci maddələri ilə müəyyən edilmiş yaş həddinə çatan şəxslər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil övladlarıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır, (kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başiayaraq 2021 -ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artııılır). xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək qadınların pensiya yaşı 63 yaş müəyyən edilib. Həmin Qanunun 8.1-ci maddəsinə əsasən beş və daha çox uşaq doğub, övladlığa və (və ya) qəyyumluğa götürüb onları səkkiz yaşınadək tərbiyə etmiş və böyütmüş qadınların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2 maddəsinə əsasən yaşa görə müavinət əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. Məlumat üçün bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən xx.xx.2013-cü il tarixindən İİİ dərəcə əlilliyə görə əmək pensiyası təyin edilmiş və əlilliyin müddətinin bitməsi ilə əlaqədar ödənişi xx.xx.2021-ci il tarixindən dayandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin 29 noyabr 2019-cu il tarixli “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununda edilmiş dəyişikliyə əsasən 1.0.2-ci maddəsindən “3 və daha çox uşaq doğub, 8 yaşınadək tərbiyə etmiş, yaxud sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar” sözləri çıxarıldığı üçün xx.xx.2020-ci il tarixindən etibarən sözügedən müavinət növü üzrə təyinat qanunvericiliklə nəzərdə tutulmamışdır. Müraciəti ilə əlaqədar olaraq qadınların yaşa görə müavinət hüququ xx.xx.2022-ci il tarixindən 63 yaş müəyyən edildiyindən və beş və daha çox uşaq doğub səkkiz yaşınadək tərbiyə etmədiyindən ona yaşa görə sosial müavinətin təyin edilməsi qanunveriliciyin tələbləri baxımından mümkün hesab edilmir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququ vardır. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-17-1/2-11529/2023 nömrəli məktubundan görünür ki, İddiaçı xx.xx.2013-cü il tarixindən xx.xx.2014-cü il tarixinədək İİ dərəcə (orqanizm funksiyaları 61-80 faiz pozulmuş) əlilliyə görə müavinət, Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Pensiya altsisteminə əsasən xx.xx.2014-cü il tarixindən xx.xx.2021 -ci il tarixindədək əlilliyə görə əmək pensiyası ödənilmişdir. Məlumat üçün bildiririk ki. Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Sosial ödənişlər altsistemində İddiaçı müharibə veteranı müavinəti təyin edilməsi ilə bağlı hər hansı məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeydinə görə bu Qanunun 7ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 8-ci maddəsinə əsasən, beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş qadınların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi hər uşağa görə 1 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil olunur. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə xx.xx.2009-cu il tarixli 904-İİİQD nömrəli Qanunla dəyişiklik edilmişdir və dəyişiklik 2010-cu il yanvarın 1-dən qüvvəyə minir. Qanunun 8.1-ci maddəsinin xx.xx.2010-cu il tarixədək və ondan sonrakı tələbləri aşağıdakı kimidir: - (dəyişiklikdən əvvəlki redaksiyada) üç və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş və azı 5 il sığorta stajı olan qadınların aşağıdakı şərtlər əsasında yaşa görə əmək pensiyası hüququ vardır: 3 uşağı olanlar – 51 yaşına çatdıqda; 4 uşağı olanlar – 50 yaşına çatdıqda; 5 uşağı olanlar – 49 yaşına çatdıqda; 6 uşağı olanlar – 48 yaşına çatdıqda; 7 uşağı olanlar – 47 yaşına çatdıqda; 8 uşağı olanlar – 46 yaşına çatdıqda; 9 uşağı olanlar – 45 yaşına çatdıqda; 10 və daha çox uşağı olanlar – 44 yaşına çatdıqda və ya 10 il sığorta stajı olduqda yaşından asılı olmayaraq. - (dəyişiklikdən sonrakı redaksiyada) (maddə 8.1) Beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş və böyütmüş qadınların bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən olunmuş yaş həddi hər uşağa görə 1 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. (maddə 8.2) Sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən olunmuş yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. (maddə 8.3) Ana vəfat etdiyinə və ya ana ilə nikaha xitam verildiyinə, yaxud ana valideynlik hüququndan məhrum edildiyinə görə 5 və daha çox uşağı növbəti nikah bağlamadan, təkbaşına səkkiz yaşınadək böyüdən ataların, habelə 5 və daha çox uşağı övladlığa götürüb təkbaşına səkkiz yaşınadək böyüdən ataların, həmçinin 5 və daha çox uşağı səkkiz yaşınadək böyüdən qəyyum kişilərin bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən olunmuş yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. “Sosial müavinətlər haqqında” Qanunun 1.0.1-ci maddəsinə əsasən sosial müavinətlər (bundan sonra-müavinətlər) - bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. Həmin Qanunun 7.0.2-ci maddəsinə əsasən yaşa görə müavinət - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. “Sosial müavinətlər haqqında” Qanunun xx.xx.2020-ci il tarixinədək qüvvədə olan (“Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə xx.xx.2019-cu il tarixli Azərbaycan Respublikasının Qanunu qüvvəyə minmədən öncəki) redaksiyasına əsasən əmək qabiliyyəti olmayan şəxslər dedikdə əlillər, o cümlədən 16 yaşınadək əlil uşaqlar, 62 yaşına çatmış qadınlar, 67 yaşına çatmış kişilər, 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş, yaxud uşaqlıqdan əlil övladını 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar, ana vəfat etdiyinə, yaxud analıq hüququndan məhrum edildiyinə görə 3 və daha çox uşağı və ya uşaqlıqdan əlil övladını növbəti nikah bağlamadan təkbaşına 8 yaşınadək böyüdən 62 yaşına çatmış kişilər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış, yaxud 18 yaşına çatanadək əlil olmuş 18 yaşından yuxarı uşaqları (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla) nəzərdə tutulmuşdur (1.0.2-ci maddə). Hazırki mübahisənin hallarından görünür ki, iddiaçı ona yaşa görə sosial müavinət təyin edilməsi barədə cavabdeh orqana müraciət edərkən sosial müavinətin təyin edilməsi üçün qanunla müəyyən edilmiş yaşa çatmışdır. Belə ki, iddiaçı cavabdehə müraciət etdiyi vaxt qüvvədə olan qanunun müddəalarına əsasən 4 uşaq doğub 8 yaşınadək tərbiyə etdiyinə görə onun yaşa görə müavinət alması üçün 57 yaşa çatması tələb olunur. İddiaçının 57 yaşı isə 2018-ci il tarixində tamam olmuşdur. Lakin iddiaçının 15 fevral 2018-ci il tarixdə 57 yaşının tamam olmasına baxmayaraq, xx.xx.2013-cü il tarixdən xx.xx.2021-ci il tarixədək əlilliyə görə əmək pensiyası almışdır. Belə olan halda iddiaçıya 2018-ci ildə qüvvədə olan qanunvericiliyə əsasən sosial müavinətin təyin edilməsi barədə cavabdeh inzibati orqanın imtinasını qanunsuz hesab etmək olmaz. Belə ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinə əsasən zərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzulan ilə yalnız bir pensiya təyin edilir. Həmin Qanunun 5.3-cü maddəsində isə qeyd edilmişdir ki, Əmək pensiyalarının təyin edilməsi, hesablanması və yenidən hesablanması (bu Qanunun 26.3-cü maddəsi istisna olmaqla), bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli, 175 nömrəli Qərarının 6.4-cü maddəsinə görə Əmək pensiyasının bir növündən başqa növünə keçirilmə, Qanunun 34-cü maddəsinin şərtləri nəzərə alınmaqla yeni növ pensiya təyinatı ərizənin təqdim edildiyi tarixdən, şəhid ailə üzvlərinə münasibətdə isə Qanunun 5.1-ci maddəsinin şərti nəzərə alınaraq ailə başçısına şəhid statusunun verildiyi tarixdən hesablanmaqla aparılır. Bundan əlavə, qüvvədə olan qanunvericiliyə əsasən “Sosial müavinətlər haqqında” Qanunun tələbinə əsasən isə qadınlara beşdən çox uşağı olduqda və ya tələb olunan yaş həddinə çatdıqda sosial müavinət təyin edilir. Belə olan halda, İddiaçı sosial müavinət hüququnun yaranmadığı müəyyən edilir. Odur ki, məhkəmənin gəldiyi nəticəyə görə, cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının imtinası qanuna zidd qiymətləndirilə bilməz. İddiaçının ikinci tələbi keçmiş dövrlərin ödənilməyən məbləğlərinin ödənilməsi ilə bağlı olmuşdur ki, həmin hissəyə məhkəmə münasibət bildirərək qeyd edir ki, həmin hissə əsas tələbdən törəmə olduğundan və əsas tələb rədd edildiyindən qeyd edilən hissədə də tələb rədd edilməlidir. Bu səbəbdən də iddia tələbini əsassız, cavabdehin imtina dəlillərini əsaslı sayan məhkəmə hesab edir ki, iddia əsassız olduğundan rədd edilməldir. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2021-ci il tarixdən sosial müavinət təyin edilməsi və xx.xx.2021-ci il tarixdən hazırkı vaxta qədər ödənilməli olan məbləğin birdəfəlik hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası əsassızdır və rədd olunmalıdır. Göstərilənlərə əsasən və İPM-in 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 69-cu, 75-ci, 78 – 79-cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2021-ci il tarixdən sosial müavinət təyin edilməsi və xx.xx.2021-ci il tarixdən hazırkı vaxta qədər ödənilməli olan məbləğin birdəfəlik hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Hilal Nəcəfov
Məhkəmə qərarları › İş №2-1(120)-1611/2023
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1611/2023
15.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver