Məhkəmə qərarları › İş №2-1(120)-1611/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1611/2025

30.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1611/2025 30.10.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ iddiaçı X6 (qanuni nümayəndəsi İddiaçı) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyi X17ə qarşı Sabirabad rayon Mərkəzi Xəstəxanası üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “qərarın ləğv edilməsi və əlilliyin təyin edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Şirvan İnzibati Məhkəməsi Hakim Quliyeva Rəşidə Paşa qızının sədrliyi, Əlili Nərgiz Elsevər qızının katibliyi, iddiaçı X6 qanuni nümayəndəsi İddiaçı iştirakı ilə, iddiaçı X6 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdehnə qarşı Sabirabad rayon Mərkəzi Xəstəxanası üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “qərarın ləğv olunması və əlilliyin təyin edilməsi” tələbinə inzibati işə 30 oktyabr 2025-ci il tarixdə, məhkəmənin binasında (Şirvan şəhəri, H.Z.Tağıyev küçəsi 10), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı Sabirabad Rayon Mərkəzi X10 şəxsi üçüncü şəxs qismində göstərilməklə iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2023-cü il tarixli T00105659CPU saylı elektron göndəriş üzrə qərarının ləğv edilməsi və himayəsində olan xx.xx.2010-cu ildə doğulmuş X13 adlı uşağına xx.xx.2023-cü il tarixdən etibarən müddətsiz 2-ci dərəcəli əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. X3 (qanuni nümayəndəsi İddiaçı) Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, Dövlət Tibbi-Sosial Ekspertiza və X4-Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli 6UUCDH30009 №-li qərarın ləğv olunması, qərar ləğv olunduğu tarixdən X6 (hazırda qüvvədə olan müyarlara əsasən orqanizim funksiyalarının pozulmasının faiz göstəricisinə uyğun olaraq ) sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsi barədə müvafiq qərar qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, azyaşlı övladı xx.xx.2010-cu il təvəllüdlü X14 xx.xx.2010-cu il tarixdə ünvan 1 ünvanında yerləşən Uroloji Mərkəzdə sağ tərəfli nefrektomiya İV dərəcəli xəstəliyi səbəbindən sağ böyrəyi cərrahi əməliyyat nəticəsində götürülmüşdür.Uşaq üzərində dinamik nəzarətin olunması təyin edilmişdir.Təyin edilən diaqnoz;Vahid qalmış sol böyrəyin pieloektariyası (Z90.5,0 62.0) DTSERA tərəfindən təyin edilən diaqnoz:Xronik tubulointerstersial nefrit.tək böyrəyin (sol böyrək) xronikipielonefritin kəskinləşməsi. Sağtərəfli nefrektomiyadan sonrakı vəziyyət. Ağırlaşma 113.1 böyrək çatışmamazlığı ilə müşayiət olunan, əsasən böyrəklərin zədələnməsi ilə hipertensiv (hipertoniya) xəstəliyi Renal hiporteniya İ mərhələ. Rieloekiaziya. Ağırlaşma D59.4 Digər qeyri-autoimmun hemolitik anemiyalar.Real anemiya.Yanaşı xəstəliklər N03 Xronik neftirik sindrom, Sağtərəfli nefroskleroz . Sağlamlıq imkanları məhdud uşaq kimi onun övladı X9 cavabdeh inzibati orqan tərəfindən xx.xx.2020-ci il tarixdə ( 3 il müddətinə ) ümumi xəstəlik səbəbindən əlillik təyin edilmişdir. xx.xx.2023-cü il tarixdə isə əlillik müddəti bitməsi səbəbdən yenidən əlillik təyinatı aparılmasından imtina edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış məhkəmənin 2-1(120)-4526/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə Sabirabad Rayon Mərkəzi X10 şəxsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuş, İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2024-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana və üçüncü şəxsə təqdim edilmiş, cavabdehdən və üçüncü şəxsdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdeh inzibati orqanın və üçüncü şəxsin iddiaya dair yazılı etirazı məhkəmətə daxil olmamışdır. Tərəflərin iştirakı və izahatları: Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş cavabdeh və üçüncü şəxs nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən və gəlmədikləri barədə məhkəməyə heç bir məlumat vermədiklərindən məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İddiaçı X6 qanuni nümayəndəsi İddiaçı məhkəmə iclasında verdiyi izahatında iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Qanunverici orqan mübahisələndirmə haqqında iddianın qaldırılmasını müddətə tabe tutmuş və müddətin başlanğıcını aşağıdakı kimi müəyyən etmişdir:

1. inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində;

2. şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi). İddia mümkündür.

Faktiki hallar və sübutlar:

AA0420558 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X13 xx.xx.2010-cu il tarixdə doğulmuşdur. X9 aid aşağıdakı; - xx.xx.2020-ci il tarixli, 6UUCDH30005 akt №-li qiymətləndirmə nəticəsindən görünür ki, X2: XİV sinif-Sidik-cinsiyyət sisteminin xəstəlikləri => N10-N16-Böyrəyin tubulointrestisial xəstəlikləri =>N11-Xronik tubulointerstisial nefrit => N11.0 Reflükslə bağlı, qeyri-obstruktiv xroni.... Diaqnozun mətni: Xroniki tubulointrestisial nefrit, Tək böyrəyin (sol böyrək) xroniki pielonefritin kəskinləşməsi.Sağtrəəfli nefrektomiyadan sonrakı vəziyyət.. Ağırlaşma 113.1 Böyrək çatmamazlığı ilə müşayiət olunan, əsas böyrəklərin zədələnməsi ilə hipertensiv ( hipertoniya) xəstəlik (yi), Renal hipertoniya İ mərhələ.Pieloktaziya...Ağırlaşma D59.4 Digər qeyri-autommun hemolitik anemiyalar, Renal anemiya..Yanaşı xəstəliklər N03 Xronik nefritik sindrom, Sağtərfəli nefroskleroz....Meyar: 3.1 Uşaqların sağlamlıq imkanlarının məhdudluğu =>3.1.22.cərrahi əməliyyatdan sonra üzunmüddətli sağalma və reabilitasiya müalicəsi tələb olunan hallar (Z98.8, K91.9, K92.-K92.9); Ümumi xəstəlik səbəbindən 3 il müddətinə sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmişdir. Sabirabad Rayon Mərkəzi Xəstəxanası tərəfindən xx.xx.2010-cu il təvəllüdlü X13 barəsində xx.xx.2023-cü il tarixdə tərtib olunmuş T00105659CPU №-li Forma 88-də TSEK-ə göndəriş zamanı təyin olunmuş əsas Diaqnoz: Dəqiqləşdiriləmiş xroniki tubulointerstisial nefrit, Tək böyrəyin pielonefriti (N11.9); Ağırlaşma-Başqa rubrikalarda təsnif edilən digər xroniki xəstəliklər zamanı rast gəlinən anemiya, Renal anemiya (D63.8*); Yanaşı xəstəliklər- Digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər, Sağtərəfli nefrektomiyadan sonrakı vəziyyət (Z98.8) qeyd olunmuşdur. xx.xx.2023-cü il tarixli, 6UUCDH30008 akt №-li qiymətləndirmə nəticəsindən görünür ki, Dəqiqləşdirilməmiş xroniki tubulointerstisial nefrit, Tək böyrəyin pielonefriti...İmtinanın səbəbi: Göndərişin natamam doldurulması-Səbəb: Əlilliyin təyini üçün XBT kodu düzgün seçilməyib. Agentliyin Tibbi-sosial ekspert komissiyasının 3-17-4/3-1-18307/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarında qeyd olunmuşdur ki, Saatlı rayon sakini xx.xx.2010-cu il təvəllüdlü X6 (FİN:6UUCDH3) əlillik müddəti tamamlandıqdan sonra anası İddiaçı (FİN:xxxxxxx) müraciəti əsasında 3 dəfə göndəriş rəsmiləşdirilsə də, əlillik təyinatı aparılmamış və qərardan narazı olan valideyn məhkəməyə müraciət etmişdir.Məhkəmənin qərardadı ilə iddiaçı qəyyum İddiaçı (FİN:xxxxxxx), övladı X6 əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı əyani müayinənin aparılması və müvafiq inzibati aktın qəbul edilməsi öhdəliyi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmuşdur.Bununla bağlı E.Salahova əyani müayinə aparılaraq məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla tibbi-sosial ekspertizası həyata keçirildi.Əlillik AS-də olan məlumatlara əsasən məlum olmuşdur ki, X6 əlillik vəziyyəti ilk dəfə Saatlı Rayon Mərkəzi Xəstəxanasının “Xronik tubulointerstisial nefrit. Tək böyrəyin (sol böyrək) xroniki pielonefritin kəskinləşməsi. Sağtərəfli nefrektomiyadan sonrakı vəziyyət" diaqnozu ilə rəsmiləşdirilmiş göndərişləri əsasında Tibbi Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilərək barəsində xx.xx.2020-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək ümumi xəstəlik səbəbindən 3 (üç) il müddətinə “ilkin” SİMU təyin edilmişdir.Əlillik müddəti tamamlandıqdan sonra, valideynin müraciəti əsasında Sabirabad Rayon Mərkəzi Xəstəxanası tərəfindən xx.xx.2023-cü il tarixli H00073683PNV nömrəli, xx.xx.2023-cü il tarixli U00085172BDP nömrəli və xx.xx.2023-cü il tarixli T00105659CPU nömrəli göndərişlər rəsmiləşdirilsə də, Tibbi Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilərək barəsində, göndərişin natamam doldurulması səbəbindən əlillik təyinatı aparılmamış, tibb müəssisəsinə geri qaytarılmışdır.Qərardan narazı olan valideyn məhkəməyə müraciət etmiş, xx.xx.2024-cü il tarixində məhkəmə qərardadı əsasında , övladı F.Süleymanzadə DTSERA-da Tibbi-Sosial Ekspert Komissiyasına dəvət olunaraq əyani müayinədən keçmiş, xəstənin hazırkı vəziyyəti qiymətləndirilmiş və bəzi instrumental müayinələr aparılmışdır. xx.xx.2024-cü il tarixdə DTSERA-da xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı, şikayətləri sol böyrək nahiyəsində olan daimi küt ağrıdan, sidik ifrazı zamanı yanma hissindən, ümumi narahatlıqdan olmuş, valideynlərindən alınan məlumatlara əsasən xx.xx.2019-cu il tarixində “Uroloji Mərkəz"də sağ böyrəyinin cərrahi əməliyyat ilə xaric edildiyi məlum olmuş, bunu təsdiq edən “Uroloji Mərkəz”in xx.xx.2019-xx.xx.2019-cu il tarixli epikrizi təqdim edilmişdir ki, orada da diaqnoz “Sağ tərəfli hidronefroz İV dərəcə. Xroniki piyelonefrit. Sağ tərəfli nefroskleroz.” şəklində göstərilmişdir.Təqdim edilmiş sənədlər arasında, Akademik M.C.Cavad-Zadə adına Respublika Kliniki Uroloji Xəstəxanasının xx.xx.2024-xx.xx.2024-cü il tarixli ambulator xəstənin tibbi kartından çıxarışına əsasən diaqnoz “Vahid qalmış sol böyrəyin pieloektaziyası.” şəklində göstərilmiş, orada aparılmış qanın biokimyəvi analiz nəticələrinə əsasən qanda '‘Kreatinin” miqdarı 47 (qırx yeddi) mkmol/l, “Sidik cövhəri’’ isə 4,5 (dörd tam onda beş) mmol/l kimi müəyyən edilmişdir.Obyektiv müayinə zamanı, dəri və görünən selikli qişaların rəngi solğun olmuş, ağciyər üzərində vezikulyar tənəffüs, ürək tonları aydın eşidilmiş, dili nəm, ərpsizdir, qarnı yumuşaq, göbəkətrafı və epiqastral nahiyədə ağrısız olmuş, böyrəkləri horizontal və vertikal vəziyyətdə əllənməmiş, döyəcləmə simptomu sol tərəfdən zəif müsbət qeyd edilmiş, periferik ödem izlənilməmiş, sağ qabırğaaltı nahiyədə sağ böyrəyin nefrektomiyasına dair cərrahi əməliyyat çapığı müşahidə edilmişdir.xx.xx.2024-cü il tarixində DTSERA-da E.Salahova aparılmış Uroloji ultrasəs müayinəsinin nəticəsi “Sağtərəfli nefroektomiyalı. Sol böyrəyin exogenliyində artma.” kimi müəyyən edilmiş, qanın biokimyəvi analiz nəticələrinə əsasən qanda “Kreatinin” miqdarı 84.9 (səksən dörd tam onda doqquz) mkmol/l olmuş, beləliklə əlillik təyinatına əsas verən heç bir patofunksional pozuntu aşkarlanmamışdır.Nəticədə dövlət tibb müəssisəsinin qiymətləndirməyə əsas verən xx.xx.2023-cü il tarixli T00105659CPU nömrəli göndərişində göstərilmiş əsas diaqnozun, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin hazırda qüvvədə olan 13 may 2022- ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq əlilliyin təyininə əsas verən ağırlaşmaları aparılmış müayinələr nəticəsində təsdiqini tapmadığından “Diaqnozun təsdiqini tapmaması” barədə qərar qəbul edilmişdi Xidmətin Tibbi-Sosial Ekspert Komissiyasının 6UUCDH30009 №-li, xx.xx.2024-cü il tarixli qərarı ilə xx.xx.2010-cu il təvəllüdlü X9-Diaqnoz öz təsdiqini tapmaması əsası ilə sağlamlıq imkanının məhdudluğu müəyyən edilməmişdir.

Məhkəmənin müvafiq sorğusuna əsas verilmiş:

Sabirabad Rayon Mərkəzi Xəstəxanası” X20 tərəfindən verilmiş 18-1-70/2- 951/2024 saylı, xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, xəstə X6 adına xx.xx.2023-cü il tarixli TOO105659 CPU seriyalı Forma 088 rəsmiləşdirilərək TSEKə göndərilmişdir. TSEK-in qərarı “Əlilliyin təyini üçün XBT kodu düzgün seçilməyib” səbəbi ilə imtina verilmişdir. xx.xx.2024-cü il tarixdə X1 rayon Mərkəzi Xəstəxanasının HMK-na müraciət edərək onun adına yenidən Forma 88 rəsmiləşdirilib Z90.5 XBT kodu ilə TSEK-ə göndərilmişdir. “Məhkəmə-Tibbi ekspertiza və Pataloji Anatomiya Birliyi” X17 ekspertləri tərəfindən verilmiş T328/2025 saylı ekspert rəyində ekspertizanın xx.xx.2024-cü il tarixdə başladığı xx.xx.2025-ci il tarixdə başa çatdığı və ekspertlərin aşağıdakı nəticəyə gəldiyi: 1.4.7.E.E.Salahov Akademik M.Cavadzadə adına Respublika Kliniki Uroloji Xəstəxanasına tibbi rəy üçün göndərildi. Tibbi rəydən görünür ki, o, 30.04.-xx.xx.2025-ci il tarixlərdə müayinə olunmuş və ona “Vahid qalmış sol böyrək (Z90.5), Nevrogen sidik kisəsi (N31.2) hipotonik forma. Xroniki sidik ləngiməsi R33)” Diaqnozu müəyyən edilmişdir. Müalicə olunmaqla göstərilən qüsurun aradan qalxması (sağalması) mümkün deyildir. 2.3.5.6.7.E.E.Salahovun iş materiallarında olan əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına Sabirabad Rayon Mərkəzi Xəstəxanası” PHŞ-də tərtib edilmiş xx.xx.2023- cü il tarixli T00105659CPU saylı Forma 088 göndərişində XBT 10 kodu ilə qeyd edilmiş “Əsas diaqnoz: N11.9- Dəqiqiləşdirilməmiş, xroniki tubulointerstisial nefrit. Tək böyrəyin pielonefriti; Yanaşı xəstəliklər: Z98.8-Digər dəqiqiləşdirilməmiş, cərrahi müdaxilədən sonrakı vəziyyətlər. Sağ tərəfli nerfrektomiyadan sonrakı vəziyyət” diaqnoz xəstənin anamnestik, kliniki, laboratorinstrumental müayinələri əsasında qoyulmuş, müalicə tədbirləri xəstəliyin dinamikasına uyğun aparıldığından onların proqnozu və səmərəliliyi qənaətbəxş olmuşdur. Diaqnoz nəzərə alınmaqla şəxsin DTSERA-da xx.xx.2024-cü il tarixdə əyani müayinəsi zamanı şikayətləri sol böyrək nahiyəsində olan daimi küt ağrıdan, sidik ifrazı zamanı yanma hissindən, ümumi narahatlıqdan olmuş, böyrəkləri horizontal və vertikal vəziyyətdə əllənməmiş, döyəcləmə simptomu sol tərəfdən zəif müsbət qeyd edilmiş, periferik ödem izlənilməmiş, sağ qabırğaaltı nahiyədə sağ böyrəyin nefrektomiyasma dair cərrahi əməliyyat çapığı müşahidə edilmiş ora aparılmış Uroloji ultrasəs müayinəsinin nəticəsində “Sağtərəfli nefroektomiyalı, sol böyrəyin exogenliyində artma” kimi müəyyən edilmiş, qanın biokimyəvi analiz nəticələrinə əsasən qanda “Kreatinin” miqdarı 84.9 (səksən dörd tam onda doqquz) mkmol/1 olmuş, beləliklə, əlillik təyinatına əsas verən heç bir patofunksional pozuntu aşkarlanmadığından ona istər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin istərsə də Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarf’nhər hansı bəndini aid etmək mümkün olmadı. 8.Qeyd edilən diaqnozlu xəstəliyin tam reabilitasiyası yoxdur.

“X5 adına Respublika Kliniki Uroloji Xəstəxanası” X22 tərəfindən verilmiş 18-1-4/2- 234/2025 saylı, xx.xx.2025-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, xx.xx.2025xx.xx.2025-ci il tarixlərdə xəstəxanalarında müayinədə olan 2010-cu il təvəllüdlü X12 analiz və müayinələrin nəticələrinə əsasən “Vahid qalmıs sol böyrək (Z90.5).Neyrogen sidik kisəsi (N31.2) hiptonik forma.Xroniki sidik ləngiməsi R33” diaqnozu qoyulmuşdur. E.Salahova qoyulmuş diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 №-li Qərarı ilə təsdiq edilmiş “əlilliyin müəyyən olunması meyarlarına dair” Əsasnamə ilə təsdiq olunmuş meyarlardan məktubda qeyd edilənlərdən heç birinə uyğun gəlmir.

Tətbiq edilən hüquq.

Azərbaycan Respublikası Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan redaksiya) 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. ...4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. ... 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.

“01 iyul 2022-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə” Bənd 1.1. Əlillərə münasibət sahəsində sosial siyasət həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, sosial rifah halının, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir. Bənd 1.3. Tibbi-sosial ekspertiza müayinəsi tibbi etika və deontologiya prinsiplərinə əsaslanmaqla həyata keçirilir. Şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyətdə tam və səmərəli iştirakına mane olan fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasını, sağlamlıq vəziyyətini və sosial uyğunlaşma dərəcəsini müəyyən etmək üçün funksional və laboratoriya müayinələrinin nəticələri anamnestik məlumatlar obyektiv qiymətləndirilir. Bənd 1.4. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu barədə qərar klinik, psixoloji, sosial-məişət, peşə amillərinin və şəxsin reabilitasiya potensialının kompleks halda qiymətləndirilməsinə əsaslanır. Bu zaman xəstəliyin xarakteri, funksiyaların pozulma dərəcəsi, müalicənin və reabilitasiya tədbirlərinin səmərəliliyi, orqanizmin kompensator (əvəzetmə) mexanizmlərinin vəziyyəti, klinik və əmək proqnozları, sosial uyğunlaşma (adaptasiya) imkanları, sosial yardıma və müdafiəyə ehtiyacı olması, əmək şəraiti, işinin mahiyyəti, peşə hazırlığı və yaşı nəzərə alınır. Bənd 1.5. Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. Bənd 3. Uşaqların sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarları: 3.1. Uşaqların sağlamlıq imkanlarının məhdudluğu aşağıdakı hallarda müəyyən edilir:

3.1.13. böyrəklərin nəzərəçarpan dayanıqlı funksiya pozulmaları, böyrək toxumasında patoloji prosesin yüksək fəallıq dərəcəsi (N00-N16.8, N17-N19, N20-N29.8); 3.1.34. xroniki böyrək çatışmazlığı, bədxassəli hipertoniya, böyrək mənşəli şəkərsiz diabet (N17-19, İ10-İ15, E23.2, N25.1); 3.1.37. daxili orqanların (ağciyər, qaraciyər, böyrəklər, sidik kisəsi və s.) çıxarılması, rezeksiyası və ya olmaması, həmçinin inkişafdan qalması nəticəsində funksiyaların dayanıqlı pozulması ilə nəticələnmiş patoloji hallar (Q33.3, Q44.7, Q60.0-Q60.2, Q64.5, J96., J98, K72, N17-N19); İkinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir. İkinci dərəcə əlillikfasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan redaksiya) 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra TSEK) tərəfindən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur.

1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81- 100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir.

1.11. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə bağlı çatışmazlıqdan irəli gələn orqanizmin funksiyalarının pozulmasının əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə halı olduqda, hər bir hal ayrılıqda qiymətləndirilir və orqanizmin funksiyalarının pozulması faizi müəyyənləşdirilir. Bu zaman orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri eyni olduqda, yekun göstərici 10 faiz artırılmaqla, fərqli olduqda ən yüksək olan göstərici 10 faiz artırılmaqla, ümumilikdə isə 100 faizdən çox olmamaqla müəyyən edilir. Hər hansı bir hal üzrə müddətsiz əlillik müəyyən edilməsinə əsas olduqda, əlillik müddətsiz müəyyən edilir. 1.14. Peşə xəstəliyi və istehsalat zədəsi istisna olmaqla, əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə hal üzrə orqanizmin funksiyalarının pozulmasının fərqli faizləri müəyyənləşdirildiyi hallarda, daha üstün sosial müdafiə təminatları nəzərdə tutulan əlillik səbəbi və orqanizmin funksiyalarının pozulmasının ən yüksək faizi müəyyən edilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrələnərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. ... 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. 4.2. Müddət göstərilməklə müəyyən olunmuş orqanizmin funksiyalarının pozulması 31-60 faiz aralığında ardıcıl olaraq 15 il, 61-80 faiz aralığında ardıcıl olaraq 10 il və 81-100 faiz aralığında ardıcıl olaraq 4 il müddətində müəyyən olunduğu halda, eləcə də fərqli faiz aralıqları üzrə bu Qaydanın 4.3-cü bəndi nəzərə alınmaqla 15 il əlillik müddəti olduqda, növbəti qiymətləndirmə zamanı əlillik müddətsiz müəyyən edilir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”: 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. 1.2. Bu Meyarların məqsədləri üçün köməkçi texniki vasitələr dedikdə funksionallığın təkmilləşdirilməsinə, fərdin asılılığının aradan qaldırılmasına, sağlamlıq vəziyyətinin ağırlaşmasının və ya xəstəliyin yaratdığı funksiya pozuntusunun azaldılmasına və ya qarşısının alınmasına xidmət edən xüsusi vasitələr (cihazlar, avadanlıqlar, alətlər və ya proqram təminatları) nəzərdə tutulur. 2.1. İnsanın həyat fəaliyyətinin əsas kateqoriyaları aşağıdakılardır: 2.1.1. özünəqulluq bacarığı; 2.1.2. sərbəst hərəkətetmə bacarığı; 2.1.3. istiqamətseçmə bacarığı; 2.1.4. ünsiyyət bacarığı; 2.1.5. davranışına nəzarətetmə bacarığı; 2.1.6. öyrənmə bacarığı; 2.1.7. əmək fəaliyyəti bacarığı. 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” (20 iyul 2023-cü il tarixədək qüvvədə olan redaksiyada)

4.1.1 dəqiqləşdirilməmiş xroniki tubulointerstisial nefrit..

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” (hazırda qüvvədə olan redaksiya)

4. Sidik-cinsiyyət sisteminin xəstəlikləri

Qeyd.

Orqanizmin sidik-cinsiyyət sistemi funksiyalarının xəstəlik, zədə və çatışmazlıqdan irəli gələn dayanıqlı pozuntuların təzahür dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi əsasən böyrək funksiyasının pozulmasının təzahür dərəcəsinin qiymətləndirilməsinə əsaslanır (XBX-nin təzahür edən dərəcəsindən başlayaraq). Patoloji prosesin digər amilləri də nəzərə alınır: gedişatın forması və ağırlığı, prosesin aktivliyi, kəskinləşmələrin olması və tezliyi, patoloji prosesin yayılması, hədəf orqanların qoşulması, immunitetin zəiflədilməsi zərurəti, fəsadların olması.

4.1.3 böyrəyin qazanılma olmaması Z90.5 4.1.6 sidik kisəsinin başqa rubrikalarda təsnif olunmayan neyrogen zəifliyi N31.2

“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu

Maddə 1. Qanunun müəyyən etdiyi qaydalar 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Maddə 2 Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: ... 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; .... 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət .... 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; … Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. … Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir.

İPM

58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Məhkəmənin mövqeyi:

Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası və iddiaçı barəsində qəbul etdiyi qərarı qanunsuz və əsassızdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Əlilliyi olan şəxs müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxsdir. Bu həssas kateqoriyadan olan şəxslərin cəmiyyətin həyatında bütün lazımi imkanlara malik bərabərhüquqlu subyekt kimi qəbulu, onların qarşısına çıxan problemlərin kompleks həlli, o cümlədən onların hüquqlarının effektiv müdafiəsinin təmin olunması zərurəti müvafiq beynəlxalq və daxili normativ hüquqi sənədlərin qəbulunu şərtləndirmişdir. Azərbaycan Respublikasında müstəqilliyin qazanıldığı ilk illərdən bu sahədə hüquqi tənzimləməni həyata keçirən müvafiq normativ hüquqi baza formalaşdırılmış və zamanla dəyişən ictimai münasibətlərə adekvat olaraq təkmilləşdirilmişdir. Azərbaycan Respublikası 02 oktyabr 2008-ci il tarixli, 686-İİİQ nömrəli Qanunla Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi tərəfindən 2006-cı il dekabrın 13-də qəbul edilmiş “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyaya qoşularaq əlilliyi olan şəxslər tərəfindən bütün insan hüquqlarının və əsas azadlıqlarının tam və bərabər səviyyədə həyata keçirilməsinin təmin edilməsi sahəsində üzərinə öhdəliklər götürmüşdür. Həmin öhdəliklərin icrası istiqamətində qəbul edilmiş “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu əlilliyi olan şəxslər barəsində dövlət siyasətinin əsaslarını və onların hüquqlarının müdafiəsi sahəsində dövlətin vəzifələrini müəyyən edir, əlilliyə səbəb olan risklərin, əlillik əlamətinə görə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılmasını, əlilliyi olan şəxslərin reabilitasiyasını, cəmiyyətin həyatında tam həcmdə iştirakını və sosial inteqrasiyasına şərait yaradılmasını, onlara aid olan strategiya və proqramlara dair qərarların qəbulu prosesinə fəal cəlb olunmasını, əlilliyi olan şəxslərin hüquq və azadlıqlarının tam və bərabər səviyyədə həyata keçirilməsini,onların şərəf və ləyaqətinin müdafiəsi sahəsində yaranan münasibətləri tənzimləyir. Əlilliyi olan şəxslərə münasibət sahəsində sosial siyasət həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, sosial rifah halının, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir. Bunun üçün də ilk növbədə qanunvericilik səviyyəsində şəxslərin əlilliyinin qiymətləndirilməsi qaydası və əlilliyin müəyyən edilməsi meyarları müvafiq normativ hüquqi aktlarla təsdiq edilmiş, habelə əlilliyin qiymətləndirilməsi sahəsində şəffaflığın artırılması və müasir informasiya texnologiyalarının tətbiqinin genişləndirilməsi, habelə əhaliyə göstərilən tibbi-sosial ekspertiza və reabilitasiya xidmətlərinin keyfiyyətinin yüksəldilməsi məqsədi ilə bir sıra tədbirlər (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş informasiya sistemində TSERAS yaradılmış və s.) görülmüşdür. Qeyd olunmalıdır ki, iddiaçıya əlilliyin təyin olunması ilə bağlı məsələni həll edərkən, cavabdeh eyni zamanda həm “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun və əlaqəli normaların əlilliyin qiymətləndirilməsi və əlillik dərəcəsinin təyin olunması ilə bağlı müddəalarını, həm də inzibati orqan kimi “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı, o cümlədən diskresion səlahiyyətin həyata keçirilməsi ilə bağlı normanın tələblərini nəzərə almağa borcludur. İddiaçıya əlilliyin təyin edilməsindən imtina edərkən istinad etdiyi hallarla bağlı hərtərəfli yoxlamanın aparılması, obyektiv və əsaslandırılmış qərarın qəbulunu təmin edən həcmdə araşdırmanın həyata keçirilməsi əslində və ilk növbədə şəxsə əlilliyin təyinatı üzrə inzibati icraatı həyata keçirən cavabdehin xidməti vəzifəsinə aiddir. Cavabdeh xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə isə cavabdehin qanunvericiliyin tələb etdiyi qaydada inzibati icraat apardığı, iddiaçının xeyrinə olan halları araşdırdığı və nəzərə aldığı, bunun üzərindən obyektiv və əsaslandırılmış qərar qəbul etdiyi iş üzrə materiallarla təsdiq olunmur. Belə ki, hazırkı işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, iddiaçıya ilk dəfə xx.xx.2020-ci il tarixdə Xronik tubulointerstisial nefrit, Tək böyrəyin (sol böyrək) xroniki pielonefritin kəskinləşməsi.Sağtərəfli nefrektomiyadan sonrakı vəziyyət: Ağırlaşma 113.1 Böyrək çatmamazlığı ilə müşayiət olunan, əsasən böyrəklərin zədələnməsi ilə hipertensiv (hipertoniya) xəstəlik(yi), Renal hipertoniya İ mərhələ.Pieloektaziya: Ağırlaşma D59 Digər qeyri-autoimmun hemolitik anemiyalar, real anemiya: yanaşı xəstəliklər N03 Xronik nefritik sindrom, Sağtərəfli nefroskleroz.. diaqnozu ilə sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmişdir. İddiaçı barəsində 2023-cü ildən etibarən tərtib olunmuş növbəti Forma 88 göndərişlərdə eyni diaqnozun qeyd edilməsinə baxmayaraq,cavabdeh tərəfindən müxtəlif səbəblər əsas gətirilərək onun sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunmasından imtina edilmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh orqanın iddiaçıya sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunmasından imtinasının dəlili olan, həmçinin xx.xx.2023-cü il xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə verilmiş göndərişlərdə öz əksini tapan “göndərişin natamam doldurulması” ilə əlaqədar əsaslar iddiaçıya münasibətdə əlilliyin təyin olunmaması ilə bağlı gəlinmiş nəticəyə münasibətdə öz təsdiqini tapmamışdır. Belə ki, iş materiallarından görünür ki, iddiaçı uzun müddət göstərilən xəstəliklərdən müalicə almış, bu davamlı xarakter daşımış, müalicə səmərəli nəticələrlə müşayiət olunmamışdır. Sabirabad Rayon Mərkəzi Xəstəxanası tərəfindən xx.xx.2010-cu il təvəllüdlü X13 barəsində xx.xx.2023-cü il tarixdə tərtib olunmuş T00105659CPU №-li Forma 88-də TSEK-ə göndəriş zamanı təyin olunmuş əsas Diaqnoz: Dəqiqləşdiriləmiş xroniki tubulointerstisial nefrit, Tək böyrəyin pielonefriti (N11.9); Ağırlaşma-Başqa rubrikalarda təsnif edilən digər xroniki xəstəliklər zamanı rast gəlinən anemiya, Renal anemiya (D63.8*); Yanaşı xəstəliklər- Digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər, Sağtərəfli nefrektomiyadan sonrakı vəziyyət (Z98.8) ” kimi qiymətləndirilmişdir. Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə-tibbi ekspertizası əsasında təqdim olunmuş ekspert rəyində də göndərişdə göstərilən diaqnozun mövcudluğu öz təsdiqini tapmasa da, ekspert rəyinin nəticə hissəsində ( rəyin 6-cı səhifəsinin 6-cı abzasında) 1.4.7.E.E.Salahov Akademik M.Cavadzadə adına Respublika Kliniki Uroloji Xəstəxanasına tibbi rəy üçün göndərildiyi. Tibbi rəydə X7 30.04.-xx.xx.2025-ci il tarixlərdə müayinə olunduğu və ona “Vahid qalmış sol böyrək (Z90.5), Nevrogen sidik kisəsi (N31.2) hipotonik forma. Xroniki sidik ləngiməsi R33)” Diaqnozu müəyyən edilmişdir. Müalicə olunmaqla göstərilən qüsurun aradan qalxması (sağalması) mümkün olmadığı qeyd edilmişdir. Bundan əlavə, iddiaçının sağlamlıq imkanlarının məhdud olması həm əvvəlki, həm də sonrakı qiymətləndirilməsi zamanı onun xəstəliyi ilə bağlı diaqnozların eyni olduğu görünür. Cavabdeh eyni diaqnoz əsasında iddiaçıya əvvəlki göndərişlər əsasında sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunmasına və yuxarıda qeyd olunan halların mövcud olmasına baxmayaraq, həmin diaqnoz əsasında sonradan əsassız olaraq əlilliyin müəyyən olunmasından imtina etmişdir. Məhkəmə buna münasibətdə qeyd edir ki, “İnzibati icraat haqqında” Qanunun 13-cü maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Bu baxımdan inzibati orqanlar mövcud inzibati praktikaya bağlıdırlar və həmin praktikaya uyğun davranmağa borcludurlar. Belə ki, 2020-ci ildən etibarən qoyulmuş diaqnoz əsasında əlilliyin müəyyən edilməsindən sonra həmin diaqnozda müəyyən edilən xəstəliklərin tam reabilitasiya olunmadığı təqdirdə, təkrar müayinə zamanı cavabdehin mövcud inzibati praktikasına və bununla bağlı onun eyni şərtlər daxilində inzibati orqanın davranışına münasibətdə iddiaçının etimad hüququnun yaxud da qanuni gözləntisinin yarandığı da nəzərə alınmalı, bununla belə, cavabdeh əlillik vəziyyətinin təkrar qiymətləndirilməsi zamanı tətbiq etdiyi fərqli yanaşmanı şərtləndirən və zəruri edən hüquqi və faktiki əsasları açıqlamamış, fərqli yanaşmasını bu baxımdan əsaslandırmalıdır. Həmçinin qeyd edilməlidir ki, əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin əlillik vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələrinin qiymətləndirilməsi, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur. Belə ki, İPM-in 74-cü maddəsinin tələbinə görə, inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Son olaraq qeyd olunmalıdır ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Həmin Qanunun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Yuxarıda göstərilənlərə əsasən məhkəmənin gəldiyi qənaətə görə cavabdehin iddiaçıya müvafiq əlilliyin təyin edilməsinin imtinasının heç bir hüquqi və qanuni əsasları mövcud deyildir. Məhkəmə diaqnozun eyniliyi barədə həmçinin onun da qeyd edilməsini zəruri hesab edir ki, SİMU-nun müddətli müəyyən olunması, təkrar yoxlanılmanın aparılmasının zəruriliyi məhkəmə hesab edir ki, iddiaçıda SİMU olmasına əsas verən xəstəliyin müddətin bitdiyi tarixdən sonra da yenidən SİMU təyin edilməsi üçün davam edib-etməməsinə xidmət edir ki, işin faktiki hallarından da göründüyü kimi iddiaçıda sağlamlıq imkanlarının məhdud olmasının təyininə əsas verən xəstəlik müddət bitdikdən sonra da davam etməkdədir ki, bu səbəbdən də məhkəmə hesab edir ki, sağlamlıq imkanlarının məhdud olmasının müddətli olması diaqnozun eyniliyi halında sağlamlıq imkanlarının məhdud olmasının növbəti müddətə həmin diaqnoz əsasında təyininin qanuniliyi halını dəyişmir. Beləliklə iddiaçının təyin olunmuş müddət bitdikdən sonra da həmin xəstəlikdən əziyyət çəkdiyi növbəti halda yoxlanılmalıdır ki, həmin yoxlamadan görünür ki, iddiaçıda diaqnozda hər hansı dəyişiklik mövcud olmamış, cavabdeh normativ hüquqi aktlarda göstərilən siyahıda nəzərdə tutulmuş xəstəliyin ağırlaşmalarının aşkar edilməməsi və yeni qanunvericiliyə uyğun müvafiq göndərişin rəsmiləşdirilməməsi ilə imtinasını əsaslandırmışdır ki, məhkəmə yuxarı instansiya məhkəməsinin təcrübəsini nəzərə almaqla hesab edir ki, iddia təmin edilməlidir. Göründüyü kimi istər iddiaçıda göndərişdə göstərilən xəstəliklərin qüvvədə olmuş Əsasnamənin tələbinə əsasən SİMU təyinatına əsas verməsi ilə bağlı hallar, istər ilkin SİMU təyinatına əsas olmuş həmin xəstəlik və diaqnozların hal-hazırda da iddiaçıda mövcud olmasını təsdiq edən hallar nəzərə alınmaqla müraciətin təminindən cavabdehin imtinası qanunsuz və əsassız olmuşdur. Bundan əlavə, məhkəmə həmçinin qeyd edir ki, məcburetmə haqqında iddialar üzrə məhkəmə tərəfindən inzibati orqanın əvəzinə qərar qəbul olunmur, əksinə, inzibati orqan şəxsin qanuni və əsaslı tələbinin təmin olunmasından imtina etdiyi hallarda, məhkəmə nəzarəti qaydasında məhkəmə tərəfindən həmin inzibati orqanın üzərinə qanunauyğun qərarın qəbul edilməsinə dair öhdəlik qoyulur. Belə yanaşma hakimiyyətlər bölgüsü prinsipinə əsaslanır və həmin prinsipdən irəli gəlir.

NƏTİCƏVİ HİSSƏ

İPM-nin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı: İddia təmin edilsin. Dövlət Tibbi-Sosial Ekspertiza və X4-Sosial Ekspert Komissiyasının X13 barəsində qəbul etdiyi xx.xx.2024-cü il tarixli 6UUCDH30009 №-li qərarı ləğv olunsun. İddiaçı X13 barəsində xx.xx.2024-cü il tarixdən sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsi (hazırda qüvvədə olan meyarlara əsasən orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisinə uyğun olaraq) ilə bağlı müvafiq qərar qəbul olunması vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Rəşidə Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar