Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-1613/2023 23.05.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi X5 iştirakı ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (“Ağcabədi rayon Mərkəzi Xəstəxanası” publik hüqiqi şəxsi adi cəlb etmə qaydasında üçüncü şəxs qismində cəlb edilmələ) qarşı xx.xx.2022-ci il tarixdə təyin edilmiş 2-ci dərəcə əlillik səbəbinin “Ümumi xəstəlik ilə əlaqədar əlillik” ifadəsinin dəyişdirilərək “Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar əlillik” ifadəsi ilə əvəz olunması barədə iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya xüsusi səbəblərdən əlillik dərəcəsinin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47 – 49-cu maddələrinin tələblərinə müvafiq olaraq işin hazırlıq icraatına başlanılmış və iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi ilə bağlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə inzibati iş baxılması üçün ərazi aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsinə göndərilmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(120)-1613/2023 nömrəli qərardadı ilə “Ağcabədi rayon Mərkəzi Xəstəxanası” publik hüqiqi şəxsi adi cəlb etmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(120)-1613/2023 nömrəli qərardadı ilə iddiaçının ərizəsinə əsasən,iddiaçı və cavabdeh olduğu kimi qalmaqla, iddia tələbi dəqiqləşdirilərək İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “xx.xx.2022-ci il tarixdə təyin edilmiş 2-ci dərəcə əlillik səbəbinin “Ümumi xəstəlik ilə əlaqədar əlillik” ifadəsinin dəyişdirilərək “Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar əlillik” ifadəsi ilə əvəz olunması” kimi baxılması davam etdirilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, birinci Qarabağ müharibəsinin iştirakçısı olmuş və müharibə zamanı hərbi əməliyyatların gedişində partlayış nəticəsində bədənində qəlpələr (yad cisimlər) və yaralanmalar olmuşdur, indiyə kimi müharibə zamanı aldığı qəlpələr bədənində qalmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2016-cıil tarixli, 213 nömrəli qərarına əsasən Azərbaycan Respublikasının müdafiəsi zamanı xəsarətlər aldığından və hərbi travma olduğundan ona 3-cü qrup Qarabağ əlili əlillik dərəcəsi təyin edilmişdir. Lakin 2021-ci ilin avqust ayından əsasız olaraq əlillik müavinətinin verilməsi dayandırılmışdır. Bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Respublika Əlillərin Bərpa Mərkəzində yenidən yoxlanışdan keçdikdən sonra ona “ümumi xəstəlik” səbəbindən müddətsiz (mülki əsaslarla) 2-ci dərəcə əlillik təyin edilmişdir. Həmin qəlpələr Qarabağda Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə almışdır, ancaq Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Respublika Əlillərin Bərpa Mərkəzi tərəfindən əsassız olaraq ona mülki qaydada əlillik təyin edilmişdir. Bundan sonra müxtəlif dövlət orqanlarına, həmçinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə ərizə ilə müraciət edərək Azərbaycan Respublikasının müdafiəsi zamanı xəsarətlər aldığından və hərbi travma olduğundan ona Qarabağ əlili əlillik dərəcəsi təyin edilməsini xahiş etmişdir. Lakin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən ona ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********8 nömrəli cavab məktubu ilə ona xx.xx.2022-ci ildən “ümumi xəstəlik” səbəbindən müddətsiz ikinci dərəcəli əlillik təyinatının aparılması göstərilməklə formal cavab verilmiş, əsassız olaraq Qarabağ əlili əlillik dərəcəsi təyin edilməsindən imtina edilmişdir. Hələ də bədənində olan qəlpələrdən əziyyət çəkir, hazırda bədənində onlarla qəlpə qalmışdır. Bununla bağlı müalicəni davam etdirir, eyni zamanda əlillik xəstəliyi səbəbindən iş tapmaqda da çətinlik çəkir. Ona qarşı edilən haqsızlığa görə özünü yandıraraq öldürməyə cəhd etmişdim, lakin həkimlərin səyi nəticəsində müalicə alaraq sağalmışdır. Hazırda isə qaraciyər serrozundan əziyyət çəkdiyi üçün 1 saylı X8 (Semaşko) müalicə olunur. Cavabdehin ona Qarabağ əlili əlillik dərəcəsi təyin edilməsindən imtinası əsassızdır. Belə ki, təxminən 2000-ci ilin əvvəllərindən 2021 -ci ilin avqust ayına qədər ona 3-cü qrup Qarabağ əlili əlillik dərəcəsi təyin edilmiş, həmçinin Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2016-cıil tarixli, 213 nömrəli qərarına əsasən bədənində olan xəsarətlər “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı almışdır. Ona İddiaçı xüsusi səbəblərdən əlillik dərəcəsinin təyin edilməsi vəzifəsini cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil oğl iddia ərizəsini müdafiə edərək, iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh qurum tərəfindən iddiaya yazılı etiraz təqdim edilmiş, etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı iddia ərizəsinə etirazı nəzərinizə çatdırmışdır. Hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin qiymətləndirilməsi barədə dövlət tibb müəssisələri tərəfindən rəsmiləşdirilmiş göndərişlərə əsasən əlilliyin qiymətləndirilməsi barədə qərarlardan verilmiş şikayətlərin baxılması.Dəvət olunanlar: Agentliyin həkim-eksperti --Xankişiyevə Məhluqə; Respublika Əlillərin Bərpa Mərkəzi, həkim nevropatoloq-Abdullayev Arif. Eşidildi: Komissiyanın sədri Ş.Əliyev xx.xx.2021-ci il tarixli iclası açıq elan edərək, Komisiyyanın yetərsay olmaqla səlahiyyətli olduğunu qeyd etdi. Agentlikdə mütəxəssislərin iştirakı ilə 21 nəfər şəxsin təqdim etdikləri tibbi sənədlər, eləcə də sağlamlıqlarının mövcud vəziyyətinə əsasən onların əlillik vəziyyətinə yenidən baxılması zəruri hesab edilmişdir.Əlilliyin müəyyən edilməsindən imtina edilmiş şəxslərin hər biri barəsində ayrı ayrılıqda verilmiş qərarın əsaslılığının yoxlanılması ilə bağlı komissiyanın üzvləri ilə birgə müzakirəyə başlanıldı.Ağcabədi rayon İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyəti tibb müəssisəsinin 0220003AAW4J göndərişi əsasında xx.xx.2021-ci il tarixdə qiymətləndirilərək göndərişin natamam doldurulması barədə qərar verilmişdir. Vətəndaşın yeni müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2016-ci il tarixli 213 nömrəli Qərar tərtib olunmuşdur. Həmin qərarda “Sağ sarğı və bud nahiyyəsinin çoxlu qəlpə yaraları, bud sümüyünün ostomiyeliti. Sağ diz oynağı və sarğı nahivvəsində qəlpə varası. Bud sümüyünün xroniki osteomieliti” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır.” kimi müəyyənləşdirilmişdir” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı göndərişdə əsas xəstəlik və ağırlaşması kimi qeyd edilmiş “Aşağı ətrafın açıq yaralanmasının nəticələri, Asaqı ətrafın açıq yaralanmasının nəticələri Açaqı ətraflarda odlu silah yaralanmasımdan sonrakı qalıq əlamətləri Digər posttravmatik koksartrozlar, Digər posttravmatik koksartrozlar Saq bud çanaq oynağının postrarmatik konsartrozu. Oynaqların kontrakturası, Oynaqların kontrakturası Sol bud-çanaq oynağının ,saq diz oynağının kontrakturası.” Anamnestik məlumatlar və obyektiv müayinələrdə öz təsdiqini tapmamışdır. Hərbi travmanın əlillik təyinatına əsas verən qalıq əlamətləri müəyyən edilmir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə’ yə müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Ağcabədi rayon sakini xx.xx.1971-cı il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyəti tibb müəssisəsinin 0220003AAW4J nömrəli göndərişi əsasında xx.xx.2021-ci il tarixdə DTSERA-da əyani müayinə zamanı qiymətləndirilmiş və ona Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərarı verilmişdir. (ESDAS **********7). Növbəti dəfə əlillik vəziyyətinin qiymətləndirməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın şikayəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2016-cı il tarixli 213 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Saq ayağın V barmağının qəlpə varası. Saq dizaltı çuxurun kor qəlpə varası. Saq sağrı və bud nahivvəsinin çoxlu qəlpə yaraları, bud sümüyünün osteomiveliti” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstə hazırkı vəziyyətinin obyektiv müayinəsinə təcili yardım işçilərinin vasitəsilə xərəkdə gətirilmişdir. Xəstə emosional gərgin, konfliktə meylli olmuş, hərbi qərarda və tibbi sənədlərdə qeyd olunmuş diaqnozlara uyğun bud-çanaq oynağında funksional sınaqların aparılmasına imkan verməmişdir. Vətəndaşın hər iki əli və sağ bud nahiyyəsi sarğıda olduğundan sarğı altında olan nahiyyələri müayinə etmək mümkün olmamışdır. Həyat yoldaşı vətəndaşın psixi problemləri olduğunu və dəfələrlə özünə qəsd etdiyini bildirmişdir. Anamnestik məlumatlara əsasən, xəstə özü-özünü yandırdığından 5 saylı X6 şöbəsində stasionar müalicədədir, lakin komissiyaya buna dair təsdiqləyici sənəd təqdim olunmamışdır. Müayinəyə sağ bud-çanaq oynağının xx.xx.2019-cu və xx.xx.2021-ci il tarixli rentgenoqrammaları təqdim edilmiş, hər iki rentgenoqrammada bud-çanaq oynağının ətraf yumşaq toxumalarında kiçik ölçülü yad cisimlər, sümük tamlığının pozulmaması və oynaq yarığının açıqlığı müəyyən edilmişdir. Təqdim olunmuş X7 xx.xx.2021-xx.xx.2021 -ci il tarixli 4749/1143 nömrəli Xəstəlik tarixindən çıxarışında diaqnoz “İdiopatik epilepsiya, teztez təkrarlanan generalizə olunmuş qıcolmalarla (avda 12 dəfə). Kəllədaxilli hipertenziva, koqnitiv funksiyanın zəifləməsi. Üzvi mənşəli şəxsiyyət pozuntusu. Odlu silah yaralanmasından sonrakı sol çanaq və diz oynadı ətrafı yumsaq toxumanın metal qəlpələri, sad diz oynağının kəskin kontrakturası, daimi ağrı sindromu və dayaq-hərəkət funksiyasının pozulması” kimi qeyd olunmuşdur. 1 saylı Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2021-xx.xx.2021 -ci il tarixli 2843/21 nömrəli Xəstəlik tarixindən çıxarışında diaqnoz “Üzvi (travma) mənşəli şəxsiyyət pozuntusu” kimi müəyyənləşdirilmişdir. Təqdim edilmiş AR SN Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının xx.xx.2021-ci il tarixli Baş beyin KT müayinəsinin nəticəsi “Retroserebellar sahədə 23x17 mm araxnoidal kista. Yan mədəciklərdə minimal assimetriya (s>d)” kimi qiymətləndirilmişdir. Hazırda əlillik təyinatına əsas verən xəstəliyin hərbi səbəb əlaqəsi təsdiqlənməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.4.4 bəndinə müvafiq olaraq Ümumi xəstəlik səbəbindən müddətsiz ikinci dərəcə əlillik təyinatı barədə qərar qəbul edilmişdir. Dövlət Tibbi-Sosial Ekspertiza və X2-sosial ekspert komissiyası (bundan sonra-Komissiya) xx.xx.2022-ci il tarixdə aşağıda adı göstərilən 34 nəfər vətəndaşın əlilliyinin qiymətləndirilməsi barədə verilmiş qərarlardan şikayətlərinə əsasən əyani müayinəsini həyata keçirmiş və aşağıdakıları müəyyən etmişdir:Ağcabədi rayon sakini xx.xx.1971-ci il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) əlillik vəziyyəti xx.xx.2022-ci il tarixdə DTSERA-da əyani müayinə zamanı qiymətləndirilmiş və “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.4.4. bəndinə müvafiq olaraq Ümumi xəstəlik ilə əlaqədar müddətsiz ikinci dərəcə əlillik təyinatı barədə qərar qəbul edilmişdir. (ESDAS:**********3). Bu qərardan narazı olduğu üçün əlillik vəziyyətini qiymətləndirməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmişdir, qərar verilməsi üçün Agentliyə göndərilmişdir, (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2016-cı il tarixli 213 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Sad ayadın V barmağının qəlpə varası. Saq dizaltı çuxurun kor qəlpə varası (xx.xx.1992). Saq sağrı və bud nahiyəsinin çoxlu qəlpə yaraları, bud sümüyünün osteomieliti. Sacı ayağın V barmağının qəlpə varası. Saq dizaltı çuxurun kor qəlpə varası. Saq diz oynağı və sağrı nahiyəsində qəlpə varası. Bud sümüyünün xroniki osteomieliti” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı emosional gərgin, konfliktə meylli olmuş, sağ dizin arxasında, sol sağrıda əməliyyat çapıqiarı, hərbi qərarda və tibbi sənədlərdə qeyd olunmuş diaqnozlara uyğun sağ diz oynağında funksional sınaqların aparılmasına imkan verməmişdir. Anamnestik məlumatlara əsasən xəstə özü-özünü yandırdırmış, özünə dəfələrlə xəsarət yetirdiyini ifadə etmişdir. Təqdim edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Nərimanov Tibb Mərkəzi xx.xx.2022-xx.xx.2022-ci il tarixli Çıxarışda diaqnoz “Hər iki əllərin və sol budun /-//-/// dərəcəli termiki (alov) yanığı izləri?' kimi qeyd edilmişdir.Təqdim olunmuş X7 xx.xx.2021-xx.xx.2021-ci il tarixli 4749/1143 nömrəli Xəstəlik tarixindən çıxarışında diaqnoz “İdiopatik epilepsiva, tez-tez təkrarlanan qeneralizə olunmuş qıcolmalarla (avda 12 dəfə). Kəllədaxilli hipertenziva, koqnitiv funksiyanın zəifləməsi. Üzvi mənşəli şəxsiyyət pozuntusu. Odlu silah yaralanmasından sonrakı sol çanaq və diz oynağı ətrafı yumsaq toxumanın metal qəlpələri, saq diz oynağının kəskin kontrakturası, daimi aqrı sindromu və davaq-hərəkət funksiyasının pozulması’’ kimi qeyd olunmuşdur. 1 saylı Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2021-xx.xx.2021 -ci il tarixli 2843/21 nömrəli Xəstəlik tarixindən çıxarışında diaqnoz “Üzvi (travma) mənşəli şəxsiyyət pozuntusu” kimi müəyyənləşdirilmişdir. Təqdim edilmiş AR SN Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının xx.xx.2021-ci il tarixli Baş beyin KT müayinəsinin nəticəsi “Retroserebellar sahədə 23x17 mm araxnoidal kista. Yan mədəciklərdə minimal assimetriya (s>d)” kimi qiymətləndirilmişdir. Hazırda əlillik təyinatına əsas verən xəstəliyin hərbi səbəb əlaqəsi təsdiqlənməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq Hərbi səbəbdən Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmiş və xx.xx.2022-ci il tarixli Ümumi xəstəlik ilə əlaqədar 2.4.4. bəndinə müvafiq olaraq müddətsiz ikinci dərəcə əlillik təyinatı barədə qərar qüvvədə saxlanılmışdır. Ağcabədi rayon sakini xx.xx.1971-ci il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) əlillik vəziyyəti DTSERA-da əyani müayinə zamanı xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərarı verilmişdir. (ESDAS **********7). Yenidən əlillik vəziyyəti DTSERA-da əyani müayinə zamanı xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərarı verilmişdir və Ümumi xəstəlik səbəbi ilə əlaqədar- xx.xx.2022-ci il tarixli qərar qüvvədə saxlanılmışdır. (ESDAS **********0). Növbəti dəfə səbəb-əlaqənin dəyişdirilməsi üçün tibb müəssisəsinin növbəti göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2016-cı il tarixli 213 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Sağ ayağın V barmağının qəlpə varası. Saq dizaltı çuxurun kor qəlpə varası (xx.xx.1992). Saq sağrı və bud nahiyəsinin çoxlu qəlpə yaraları, bud sümüyünün osteomieliti. Saq ayağın V barmağının qəlpə varası. Saq dizaltı çuxurun kor qəlpə varası. Saq diz oynağı və sağrı nahiyəsində qəlpə varası. Bud sümüyünün xroniki osteomieiiti” ölaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Vətəndaş xx.xx.2021-ci il tarixində DTSERA-da əyani müayinədə olmuş, "Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı göndərişdə əsas xəstəlik və ağırlaşması kimi qeyd edilmiş “Aşağı ətrafın açıq yaralanmasının nəticələri, Aşağı ətrafın açıq yaralanmasının nəticələri Aşağı ətraflarda odlu silah yaralanmasımdan sonrakı qalıq əlamətləri Digər posttravmatik koksartrozlar, Digər posttravmatik koksartrozlar Sağ bud çanaq oynağının postrarmatik konsartrozu. Oynaqların kontrakturası, Oynaqların kontrakturası Sol budçanaq oynağının ,sağ diz oynağının kontrakturası.” anamnestik məlumatlar və obyektiv müayinələrdə öz təsdiqini tapmamışdır. Hərbi travmanın əlillik təyinatına əsas verən qalıq əlamətiəri müəyyən edilmir” kimi qeyd olunmuş, Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Vətəndaş xx.xx.2022-ci il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı emosional qərqin, konfliktə meylli olmuş, sağ dizin arxasında, sol sağrıda əməliyyat çapıqları, hərbi qərarda və tibbi sənədlərdə qeyd olunmuş diaqnozlara uyğun sağ diz oynağında funksional sınaqların aparılmasına imkan verməmişdir. Anamnestik məlumatlara əsasən xəstə özüözünü vandırdırmıs, özünə dəfələrlə xəsarət yetirdiyini ifadə etmişdir” kimi qeyd olunmuş, Hərbi səbəbdən Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmiş və xx.xx.2022-ci il tarixli Ümumi xəstəlik ilə əlaqədar 2.4.4. bəndinə müvafiq olaraq müddətsiz ikinci dərəcə əlillik təyinatı barədə qərar qüvvədə saxlanılmışdır. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı sağ aşağı ətraflarda hərəkət məhdudluğu, bel nahiyəsində ağrıdan şikayətlənmişdir. Müayinə zamanı aşağı ətraflarda əzələ gücü və tonus normal, hər iki aşağı ətrafda reflekslər canlı, D=S, hərəkətlər tam həcmdə olmuşdur. X7 xx.xx.2021-xx.xx.2021 -ci il tarixli 4749/1143 nömrəli Xəstəlik tarixindən çıxarışında diaqnoz “İdiopatik epilepsiva, tez-tez təkrarlanan qeneralizə olunmuş qıcolmalarla (avda 12 dəfə). Kəllədaxilli hipertenziva, koqnitiv funksiyanın zəifləməsi. Üzvi mənşəli şəxsiyyət pozuntusu. Odlu silah yaralanmasından sonrakı sol çanaq və diz oynağı ətrafı yumsaq toxumanın metal qəlpələri, sağ diz oynağının kəskin kontrakturası, daimi ağrı sindromu və davaq-hərəkət funksiyasının pozulması’’ kimi qeyd olunsa da, obyektiv müayinə zamanı öz təsdiqini tapmamışdır. Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2021-xx.xx.2021-ci il tarixli 2843/21 nömrəli Xəstəlik tarixindən çıxarışında diaqnoz "Üzvi (travma) mənşəli şəxsiyyət pozuntusu” kimi qeyd olunmuşdur. Ağcabədi rayon Mərkəzi Xəstəxanasının xx.xx.2022-xx.xx.2022-ci il tarixli Çıxarışda diaqnoz “Sad dizaltı nahivvədə vad cisim (metal qəlpə), sol budun bas hissəsinin yad cismi' kimi qeyd edilmiş,əlillik təyinatına əsas verməmişdir. X3 və Ortopediya institutunun xx.xx.2022-ci il tarixli ********** nömrəli Arayışda qeyd olunmuş diaqnoz öz təsdiqini tapmamışdır.Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının xx.xx.2021-ci il tarixli Baş beyin KT müayinəsinin nəticəsi “Retroserebellar sahədə 23x17 mm araxnoidal kista. Yan mədəciklərdə minimal assimetriva (s>d)” kimi qeyd edilmişdir Vətəndaş səbəb-əlaqənin dəyişdirilməsi üçün müraciət etsə də, hərbi travmanın qalıq əlamətləri əlillik təyinatına əsas verməmişdir. Əlillik təyinatına əsas verən xəstəliyin hərbi səbəb əlaqəsi təsdiqlənməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları’ na müvafiq olaraq Xüsusi səbəbdən Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmiş və xx.xx.2022-ci il tarixli Ümumi xəstəlik ilə əlaqədar 2.4.4. bəndinə müvafiq olaraq müddətsiz ikinci dərəcə əlillik təyinatı barədə qərar qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(102)- 489/2022 nömrəli qərarının 18-cı bəndinə əsasən Həmçinin göndərişin natamam doldurulması ilə əlaqədar imtina edilmə qərarında nə Tibbi-Sosial Ekspertiza Agentliyinin, nə də ki iddiaçı tərəfin təqsiri mövcud deyil. Həmin halda məsuliyyəti tibb müəssisəsi daşıyır Bu halda iddiaçının əlilliyin səbəbinin dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etmək hüququ yaranmır. Lakin adıçəkilən şəxsin tibb müəssisəni məhkəməyə verərək tərəfindən hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə keçən müddət ərzində kompensasiyanın ödənilməsini tələb etmək hüququ mövcuddur.Qeyd olunanları nəzərə alaraq iddianm təmin edilməməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin və üçüncü şəxs “Ağcabədi rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin və üçüncü şəxs “Ağcabədi rayon Mərkəzi Xəstəxanası” publik hüqiqi şəxsinin nümayəndələrinin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. İddianın növü və mümkünlüyü: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 1.2-ci bəndinə əsasən, əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. X4-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən həyata keçirilmiş (bax 3cü bənd), şikayətə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən baxılmışdır. (bax 4-cü bənd). İddiaya cavab verməli olan şəxs Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyidir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş Dövlət Tibbi-Sosial Ekspertiza və X1 3.1.2-ci bəndinə əsasən, müvafiq sahədə tibbi-sosial ekspertiza keçirərək, şəxslərin əlilliyini və reabilitasiya imkanlarını qiymətləndirmək Agentliyin vəzifələrinə aid edilmişdir. Nizamnamənin 1.2-ci bəndinə əsasən, Agentlik Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərir. Nizamnamənin 1.8-ci bəndinə əsasən, Agentlik Bakı şəhərində yerləşir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”na əsasən: - 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. İddiaçı onun xeyrinə inzibati aktın qəbul edilməsini tələb etmir, artıq mövcud olan, iddiaçının xeyrinə qəbul edilmiş inzibati aktın (bax 18-ci bənd) icra edilməsini tələb edir. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Odur ki, hazırki iddia öhdəliyin icrasına dair iddiadır və iddia mümkün iddiadır. Əsaslandırıcı hissə: Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, mövcud qanunvericiliyi təhlil edərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə tərəfindən tədqiq edilən sübutlar: - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hərbi-Həkim Komissiyasının xx.xx.2016-cı il tarixli, 213 nömrəli Qərarına əsasən, İddiaçı Ağcabədi RHK tərəfindən 1992-ci ildə hərbi xidmətə çağırılmış, Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun xx.xx.2016-cı il tarixli məktubuna əsasən barəsində təqsirləndirici materialın və cinayət işinin olmadığı qeyd edilmiş, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1992-ci ildə aldığı və xx.xx.1992-ci ildən xx.xx.1992-ci ilə kimi Azərbaycan Dövlət Həkimlərin Təkmiləşdirilməsi İnstitutunun klinikasında müayinə və müalicə olunduğu yaralanma - diaqnoz: “Sağ ayağın V barmağının qəlpə yarası. Sağ dizaltı çuxurun kor qəlpə yarası”, və xx.xx.1993-cü ildən xx.xx.1993-cü ilə kimi Ağcabədi rayon mərkəzi xəstəxanasında müayinə və müalicə olunduğu yaralanmanın nəticəsi - diaqnoz: ”Sağ sağrı və bud nahiyyəsinin çoxlu qəlpə yaraları, bud sümüyünün ostomiyeliti” və 10.01,1994-cü ildə aldığı, xx.xx.1994-cü ildən xx.xx.1994-cü ilə kimi Əli Bayramlı şəhər mərkəzi xəstəxanasında müayinə və müalicə olunduğu yaralanma - diaqnoz:” Sağ ayağın V barmağının qəlpə yarası. Sağ dizaltı çuxurun kor qəlpə yarası” və xx.xx.1994-cü ildən xx.xx.1994-cü ilə kimi Ağcabədi rayon mərkəzi xəstəxanasında müayinə və müalicə olunduğu yaralanmanın nəticəsi - diaqnoz: ”Sağ diz oynağı və sağrı nahiyyəsində qəlpə yarası. Bud sümüyünün xroniki osteomiyeliti” (Azərbaycan Respublikası SHXÇDX-nin Ağcabədi rayon şöbəsinin xx.xx.2016-cı il tarixli 304 nömrəli göndərişi, xx.xx.2016-cı il tarixli 304 nömrəli arayışı, Azərbaycan Dövlət Həkimlərin Təkmiləşdirilməsi İnstitutunun klinikasından verilmiş xx.xx.1992-ci il tarixli çıxarış epikrizi, Ağcabədi rayon mərkəzi xəstəxanasından verilmiş xx.xx.1993-cü il və xx.xx.1994-cü il tarixli çıxarış epikrizləri, Əli Bayramlı şəhər mərkəzi xəstəxanasından verilmiş xx.xx.1994-cü il tarixli çıxarış epikrizi, MN Mərkəzi Hərbi Poliklinikası tərəfindən verilmiş xx.xx.1994-cü il tarixli 1040 nömrəli arayışı, MN MHHK-nın həkim mütəxəssisi- cərrahın rəyi ilə təsdiq edilir), “hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır. -Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hərbi-Həkim Komissiyasının məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 258 nömrəli məktubda göstərilmişdir ki, vətəndaş İddiaçı barədə xx.xx.2016-cı il tarixli 213 nömrəli qərar və həmin qərarın verilməsinə əsas olmuş sənədlərin surəti göndərilmişdir. - AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət tibbi-sosial ekspertiza və reabilitasiya Agentliyinin 17 sentyabr 2021-ci il tarixli **********0 nömrəli qərarı ilə İddiaçı diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. -AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət tibbi-sosial ekspertiza və X2 sosial ekspet komissiyasının 25 iyul 2022-ci il tarixli **********7 nömrəli qərarı ilə İddiaçı ümumi xəstəlik səbəbindən müddətsiz ikinci dərəcə əlillik təyinatı barədə qərar qəbul edilmişdir. - AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tibbi-sosial komissiyasında sonuncu müayinəyə dair məlumata əsasən, Tibbi Sosial Ekspert komissiyası (bundan sonra - TSEK) tərəfindən xx.xx.2022-ci il tarixdə iddiaçıya müddətsiz əlillik müəyyən olunmuşdur; əlillik qrupu: 2-ci dərəcə əlillik; əlilliyin səbəbi: ümumi xəstəlik. -AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət tibbi-sosial ekspertiza və X2 sosial ekspet komissiyasının 14 noyabr 2022-ci il tarixli **********5 nömrəli qərarı ilə İddiaçı həbi səbəbdən diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmiş və xx.xx.2022-ci il tarixli ümumi xəstəlik ilə əlaqədar 2.4.4 bəndinə müvafiq olaraq müddətsiz ikinci dərəcə əlillik təyinatı barədə qərar qüvvədə saxlanılmışdır. -AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət tibbi-sosial ekspertiza və X2 sosial ekspet komissiyasının 06 mart 2023-cü il tarixli 3-17-4/3-3- 1396/2023 nömrəli qərarı ilə İddiaçı xüsusi səbəbdən diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmiş və xx.xx.2022-ci il tarixli ümumi xəstəlik ilə əlaqədar 2.4.4 bəndinə müvafiq olaraq müddətsiz ikinci dərəcə əlillik təyinatı barədə qərar qüvvədə saxlanılmışdır. - Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli PHŞ-6/2-M-6xx-xx-6615/2023 nömrəli məktubunda göstərilmişdir ki, Ağcabədi RMX tərəfindən təqdim edilmiş məlumatda həyat yoldaşı İddiaçı sənədləri Ağcabədi RMX-nın Həkim Məsləhət Komissiyası tərəfindən əlilliyin səbəbi "Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar" seçilərək Tibbi Sosial Ekspert Komissiyasına göndərilmi, lakin ona ümumi səbəbdən əlillik təyin olunduğu bildirilmişdir.Əlillik dərəcəsinin təyin edilməsi Dövlət Sosial Tibbi-Sosial Reabilitasiya Agentliyinin səlahiyyətindədir. Aidiyyəti üzrə Dövlət Sosial Tibbi-Sosial Reabilitasiya Agentliyinə müraciət etməyiniz tövsiyə olunur. -AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət tibbi-sosial ekspertiza və reabilitasiya Agentliyinin xx.xx.2023-cü il tarixli 3-17-4/2-5252/2023 nömrəli məktubunda göstərilmişdir ki, İddiaçı xx.xx.2002-ci il tarixdə “ümumi xəstəlik” səbəbilə bir il müddətinə ilkin təyin edilmiş üçüncü dərəcə əlillik hər dəfə bir il olmaqla xx.xx.2016-cı il tarixinə kimi qüvvədə saxlanılmışdır. Sonrakı dövrdə vətəndaşın əlillik vəziyyəti xx.xx.2016-cı ildə qiymətləndirilmiş və “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” səbəbi ilə 5 (beş) il müddətinə (xx.xx.2021-ci il tarixədək) üçüncü dərəcə əlillik təyini barədə qərar qəbul edilmişdir.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq olunmuş "Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir.Əlillik müddətinin bitdiyi xx.xx.2021-ci il tarixdən sonra vətəndaşın əlillik vəziyyəti Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının 0220003AAVDC və 0220003AAW4J nömrəli göndərişləri əsasında müvafiq olaraq xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə elektron qiymətləndirilmiş və əsas diaqnozun ağırlaşmaları və ağırlıq dərəcəsi ətraflı qeyd edilmədiyindən, həmçinin ixtisaslaşdırılmış tibb müəssisəsində müayinə olunması məsləhət görüldüyündən, hər iki halda “Göndərişin natamam doldurulması” səbəbindən dövlət tibb müəssisəsinə geri göndərilmişdir.Növbəti dəfə şəxsin əlillik vəziyyəti dövlət tibb müəssisəsinin 0220003AAW4J nömrəli göndərişi əsasında xx.xx.2021-ci il tarixdə Agentliyin Tibbi-sosial ekspert komissiyasında əyani müayinə yolu ilə qiymətləndirilmişdir. Müayinə zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional dəyişikliklər aşkar olunmadığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir.Sonrakı dövrdə İddiaçı müraciəti əsasında xx.xx.2022-ci il tarixdə Agentlikdə mütəxəssislərin iştirakı ilə komissiyada təkrar əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər, Mərkəzi Hərbi Həkim Komissiyasının qərarı və əyani müayinənin nəticəsində əsas xəstəlik üzrə əlillik təyinatına əsas verən xəstəliyin hərbi səbəb əlaqəsi təsdiqlənmədiyindən xx.xx.2022-ci il tarixdən “ümumi xəstəlik” səbəbi ilə müddətsiz ikinci dərəcə əlillik təyinatı aparılmışdır.Qərardan narazı qalan vətəndaş əlillik vəziyyətinin yenidən qiymətləndirməsi məqsədilə xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixlərdə Agentlikdə mütəxəssislərin iştirakı ilə komissiyada yenidən əyani müayinə olunmuş və əlillik təyinatına əsas verən xəstəliyin hərbi səbəb əlaqəsi təsdiqlənməmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq hərbi səbəbdən “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmiş, “ümumi xəstəlik” səbəbindən isə xx.xx.2022-ci il tarixli qərar qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Konstitusiyanın 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Konstitusiyanın 71-ci maddəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Etimad hüququnun qorunması Konstitusiyadan və X9 Konvensiyasından irəli gəlir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinə (Dövlətin ali məqsədi) əsasən: İ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. -16-cı maddəsinin İ hissəsinə əsasən, Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. - 25-ci maddəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Dövlət, irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 16 mart tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi haqqında Əsasnamə”nin 3.1.2.-ci bəndinə əsasən, əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Agentliyin vəzifəsidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin: - 7.1-ci bəndinə əsasən hərbi qulluqçuların, orqanlarda xidmət keçən vətəndaşların, hərbi toplanışa çağırılmış vətəndaşların şəhadətləndirilməsi zamanı, onlara diaqnoz təyin edilmişdirsə, həmin şəxslərin istintaq altında olması və ya barələrindəki cinayət işinin məhkəməyə verilməsi halları istisna olunmaqla, hərbi-həkim komissiyası onların aldıqları xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsini təyin edir. - 7.2-ci bəndinin a) yarımbəndinə əsasən hərbi-həkim komissiyası xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi haqqında «Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır» qərarı çıxarır. «Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır» qərarına aşağıdakılar aiddir: əgər şəhadətləndirilən şəxs xəsarəti Azərbaycan Respublikasının ərazi bütövlüyünü, müstəqilliyini və konstitusional quruluşunu müdafiə edərkən və ya cəbhədə olduğu dövrdə hərbi xidmətin digər vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən, habelə sülh dövründə dövlət sərhədini mühafizə edərkən almışsa; əgər şəhadətləndirilən şəxs xəsarəti xarici dövlətlərdə olan dövrdə kəşfiyyat və ya əks-kəşfiyyatla bağlı vəzifələri yerinə yetirərkən, sülhməramlı qüvvələrin tərkibində xidməti vəzifələrini yerinə yetirərkən almışsa; əgər şəhadətləndirilən şəxs xəsarəti hərbi əməliyyatlar zonasında döyüş tapşırığını yerinə yetirərkən almışsa; əgər şəhadətləndirilən şəxsin xəstəliyi Azərbaycan Respublikasını müdafiə edərkən cəbhədə olduğu dövrdə, 1994-cü il may ayının 12-dək döyüş əməliyyatları aparan hərbi hissələrin tərkibində xidmət etdiyi dövrdə yaranmışsa, yaxud buna qədər yaranmış xəstəlik həmin dövrlərdə şəhadətləndirilən şəxsin hərbi xidmətə, orqanlarda xidmətə yararlılıq kateqoriyasını dəyişmişsə, o cümlədən, müvəqqəti yararsızlığına gətirib çıxaran dərəcəyə çatmışsa, habelə, şəhadətləndirilən şəxsdə tədricən artan xroniki xəstəlik olduğu halda, bu xəstəliyin başlanğıcını və ya kəskinləşməsini onun cəbhədə olduğu dövrə aid etməyə imkan verən tibbi sənədlər varsa; əgər şəhadətləndirilən şəxsin xəstəliyi xaricdə kəşfiyyatla və ya əks-kəşfiyyatla bağlı vəzifələri yerinə yetirən dövrdə, sülhməramlı qüvvələrin tərkibində xidmət etdiyi dövrdə yaranmışsa, yaxud buna qədər yaranmış xəstəlik həmin dövrlərdə şəhadətləndirilən şəxsin hərbi xidmətə, orqanlarda xidmətə yararlılıq kateqoriyasını dəyişmişsə, o cümlədən, müvəqqəti yararsızlığına gətirib çıxaran dərəcəyə çatmışsa, habelə, şəhadətləndirilən şəxsdə tədricən artan xroniki xəstəlik olduğu halda, bu xəstəliyin başlanğıcını və ya kəskinləşməsini göstərilən dövrlərə aid etməyə imkan verən tibbi sənədlər varsa; əgər şəhadətləndirilən şəxs xəsarəti, xəstəliyi bilavasitə döyüş əməliyyatları zamanı və döyüş tapşırığını yerinə yetirərkən əsir düşərək əsirlikdə olduğu dövrdə (əgər əsir düşmə könüllü olmamışsa və hərbi qulluqçu əsirlikdə olarkən Vətənə qarşı cinayət törətməmişsə) almışsa. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”nın 1.1-ci bəndinə əsasən bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Həmin Qaydanın 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Həmin Qaydanın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Həmin Qaydanın 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Həmin Qaydanın 2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Həmin Qaydanın 2.3-cü bəndinə əsasən göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. Həmin Qaydanın 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 26 dekabr 2017-ci il tarixli, 19-1 nömrəli qərar ilə təsdiq edilmiş “Ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən olunması barədə Təlimat”ın 2.2. bəndinə görə " Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlillik" səbəbi aşağıdakı hallarda müəyyən edilir: 2.2.1. Silahlı Qüvvələrdə, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) həqiqi hərbi xidmətdən (hərbi toplanışdan) ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçu; 2.2.1.1. yaralanmanı, travmanı, kontuziyanı (bundan sonra-xəsarət) Azərbaycan Respublikasının ərazi bütövlüyünü, müstəqilliyini və konstitusiya quruluşunu müdafiə edərkən və ya cəbhədə olduğu dövrdə hərbi xidmətin digər vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən, habelə sülh dövründə dövlət sərhədini mühafizə edərkən almışsa; 2.2.1.2. xəsarəti xarici dövlətlərdə olan dövrdə kəşfiyyat və ya əks-kəşfiyyatla bağlı vəzifələrin icrası zamanı, yaxud sülhməramlı qüvvələrin tərkibində xidməti vəzifələrini yerinə yetirərkən almışsa; 2.2.1.3. xəsarəti hərbi əməliyyatlar zonasında döyüş tapşırığını yerinə yetirərkən almışsa; 2.2.1.4. xəstəliyi Azərbaycan Respublikasını müdafiə edərkən cəbhədə olduğu dövrdə, 1994-cü il may ayının 12-dək döyüş əməliyyatları aparan hərbi hissələrin tərkibində xidmət etdiyi, yaxud xarici dövlətlərdə kəşfiyyatla və ya əks-kəşfiyyatla bağlı vəzifələri yerinə yetirən, yaxud sülhməramlı qüvvələrin tərkibində olduğu dövrdə yaranmışsa, yaxud buna qədər yaranmış xəstəlik həmin dövrlərdə şəhadətləndirilən şəxsin hərbi xidmətə yararlılıq kateqoriyasını dəyişmişsə, o cümlədən, müvəqqəti yararsızlığına gətirib çıxaran dərəcəyə çatmışsa, habelə, şəhadətləndirilən şəxsdə tədricən artan xroniki xəstəlik olduğu halda, bu xəstəliyin başlanğıcını və ya kəskinləşməsini onun cəbhədə olduğu dövrə aid etməyə imkan verən tibbi sənədlər varsa; 2.2.1.5. xəsarəti, xəstəliyi bilavasitə döyüş əməliyyatları zamanı və döyüş tapşırığını yerinə yetirərkən əsir düşərək əsirlikdə olduğu dövrdə (əgər əsir düşmə könüllü olmamışsa və hərbi qulluqçu əsirlikdə olarkən dövlətə xəyanət etməmişsə) almışsa; İddiaçının əlilliyinin səbəb əlaqəsinin dəyişdirilməsi barədə qərar qəbul edilən zaman qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 36 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”nin tələblərinə görə şəxslərin TSEK-də əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında aparılır. Göndərişlər “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə rəsmiləşdirilən tarixdə həkim-məsləhət və ya hərbi həkim ekspertizasının sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, elektron sənəd formasında daxil edilir və həmin gün şəxsə bu barədə məlumat verilir. TSERAS-a ötürülmüş göndərişlər sistem tərəfindən qəbul edildikdən sonra dərhal göndərişi verən səhiyyə müəssisəsinin, bu göndərişi təsdiq edən şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər dərhal TSERAS tərəfindən əlilliyin qiymətləndirilməsi məqsədi ilə TSEK-ə (göndərişi vermiş səhiyyə müəssisəsinin ünvanına və şəxsin yaşayış yerinə xidmət edən TSEK istisna olmaqla) göndərilir. TSEK 2 (iki) iş günü müddətində əlilliyin qiymətləndirilməsini həyata keçirir və onun nəticələrini 1 (bir) iş günü müddətində kollegial müzakirə etdikdən sonra dərhal qərar qəbul edir. “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”yə görə göndərişlər “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə rəsmiləşdirilən tarixdə hərbi həkim ekspertizasının sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, elektron sənəd formasında daxil edilir. Adsızlaşdırılmış göndərişlər dərhal TSERAS tərəfindən əlilliyin qiymətləndirilməsi məqsədi ilə TSEK-ə (göndərişi vermiş səhiyyə müəssisəsinin ünvanına və şəxsin yaşayış yerinə xidmət edən TSEK istisna olmaqla) göndərilir. TSEK 2 (iki) iş günü müddətində əlilliyin qiymətləndirilməsini həyata keçirir və onun nəticələrini 1 (bir) iş günü müddətində kollegial müzakirə etdikdən sonra dərhal qərar qəbul edir. İddiaçının əlilliyinin səbəb əlaqəsinin dəyişdirilməsi barədə qərar (göndəriş) verilməsinə baxmayaraq Əsasnamənin yuxarıda bəhs edilən tələbləri pozulmuş, düzgün olmayaraq əlilliyin səbəbinin dəyişdirilməsindən imtina edilmişdir. “Ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən olunması barədə Təlimat”ın tələbinə görə şəxsə hərbi xidmətdə aldığı xəsarət, xəstəlik ayrı-ayrı götürüldükdə ən azı üçüncü dərəcə əlillik təyin etmək üçün əsas vermiş olduqda hərbi xidmətlə əlaqədar əlillik müəyyən edilir. İddiaçının əlilliyi hazırda mübahisə predmeti deyildir. Mübahisə əlilliyin səbəb əlaqəsi ilə bağlıdır. Təlimata görə hərbi xidmətlə əlaqədar əlillik səbəbi hərbi xidmət zamanı alınmış xəsarətin, xəstəliyin bilavasitə nəticələrinə, yaxud fəsadlarına və uzaq nəticələrinə görə müəyyən edilir, əlillik səbəbləri müəyyən edilərkən xəstəlik haqqında şəhadətnamə, ştatlı HHK-nın xəsarətin, xəstəliyin səbəb əlaqəsi haqqında qərarı əsas götürülür. Hərbi xidmət (hərbi toplanış) zamanı alınmış xəsarətin, xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsi göstərilmiş hərbi tibbi sənədi olan şəxslərin əlillik səbəbi təqdim edilən hərbi tibbi sənəd (xəstəlik haqqında şəhadətnamə və ya arayış, yaxud ştatlı HHK tərəfindən tərtib edilmiş qərar) əsasında təyin edilir Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı ilk dəfə xx.xx.2002-ci il tarixdə müəyinədən keçmiş, xx.xx.2002-ci il tarixdə “ümumi xəstəlik” səbəbilə bir il müddətinə ilkin təyin edilmiş üçüncü dərəcə əlillik hər dəfə bir il olmaqla xx.xx.2016-cı il tarixinə kimi qüvvədə saxlanılmışdır. xx.xx.2016-cı il tarixdən xx.xx.2021-ci ilədək üçüncü dərəcə əlillik təyin edilmiş, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə elektron qiymətləndirilmiş və əsas diaqnozun ağırlaşmaları və ağırlıq dərəcəsi ətraflı qeyd edilmədiyindən, həmçinin ixtisaslaşdırılmış tibb müəssisəsində müayinə olunması məsləhət görüldüyündən, hər iki halda “Göndərişin natamam doldurulması” səbəbindən dövlət tibb müəssisəsinə geri göndərilmişdir. xx.xx.2021-ci il, xx.xx.2021-ci il tarixlərdə diaqnoz əlillik əlamətinin təyin edilməməsi səbəbi ilə imtina edilmiş, xx.xx.2022-ci il tarixdə “ümumi xəstəlik” səbəbi ilə müddətsiz ikinci dərəcə əlillik təyin edilmişdir. xx.xx.2022-ci il tarixdə diaqnoz əlillik əlamətinin təyin edilməməsi səbəbi ilə imtina edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X2sosial ekspert komissiyasının xx.xx.2022-ci il tarixli, **********5 saylı qərarına əsasən, halhazırda əlillik təyinatına əsas verən psixi xəstəliyinin hərbi səbəb əlaqəsi təsdiqlənməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2022ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq Hərbi səbəbdən diaqnoz əillil əlaməti təyin etmir barədə qərar qəbul edilmiş və xx.xx.2022-ci il tarixli Ümumi xəstəlik ilə əlaqədar 2.4.4 bəndinə müvafiq olaraq müddətsiz ikinci dərəcə əlillik təyinatı barədə qərar qüvvədə saxlanılmışdır. İddiaçı tərəfindən ona təyin edilmiş 2-ci dərəcə əlillik səbəbinin “Ümumi xəstəlik ilə əlaqədar əlillik” ifadəsinin dəyişdirilərək “Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar əlillik” ifadəsi ilə əvəz olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Eyni zamanda Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: - 12.1-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir. - 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. - 22.1-ci maddəsinə əsasən inzibati orqanlar öz səlahiyyətlərini qərəzsiz olaraq həyata keçirməyə borcludurlar. - 47.1-ci maddəsinə əsasən inzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. Məhkəmə hesab edir ki, iddiaçıya cavabdeh inzibati orqan tərəfindən müddətsiz ikinci dərəcəli əlillik təyin edilsə də, əlililiyin səbəb əlaqəsi ilə bağlı hərbi-həkim komissiyasının mübahisələndirilməyən qərarının mövcud olması və həmin sənəd əsasında əlilliyin səbəbinin dəyişdirilməsi ilə bağlı şəxsin özünün də müraciət etmək hüququnun olması nəzərə alınmamış, bununla da cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciətinin təmin edilməməsi əsassız və qanunazidd olmaqla iddiaçının hüquqlarının pozulması ilə nəticələnmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı TSEK-də xx.xx.2022-ci il tarixdə əyani müayinədə olmuş, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X2-sosial ekspert komissiyasının xx.xx.2023-cü il tarixli, 3-17-4/3-3-1396/2023 saylı qərarı ilə “Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı emosional qərqin, konfliktə meylli olmuş, sağ dizin arxasında, sol sağrıda əməliyyat çapıqları, hərbi qərarda və tibbi sənədlərdə qeyd olunmuş diaqnozlara uyğun sağ diz oynağında funksional sınaqların aparılmasına imkan verməmişdir. Anamnestik məlumatlara əsasən xəstə özü-özünü yandırdırmış, özünə dəfələrlə xəsarət yetirdiyini ifadə etmişdir” kimi qeyd olunmuş, Hərbi səbəbdən Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmiş və xx.xx.2022-ci il tarixli Ümumi xəstəlik ilə əlaqədar 2.4.4. bəndinə müvafiq olaraq müddətsiz ikinci dərəcə əlillik təyinatı barədə qərar qüvvədə saxlanılmışdır. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı sağ aşağı ətraflarda hərəkət məhdudluğu, bel nahiyəsində ağrıdan şikayətlənmişdir. Müayinə zamanı aşağı ətraflarda əzələ gücü və tonus normal, hər iki aşağı ətrafda reflekslər canlı, D=S, hərəkətlər tam həcmdə olmuşdur. X7 xx.xx.2021xx.xx.2021 -ci il tarixli 4749/1143 nömrəli Xəstəlik tarixindən çıxarışında diaqnoz “İdiopatik epilepsiya, tez-tez təkrarlanan qeneralizə olunmuş qıcolmalarla (ayda 12 dəfə). Kəllədaxilli hipertenziva, koqnitiv funksiyanın zəifləməsi. Üzvi mənşəli şəxsiyyət pozuntusu. Odlu silah yaralanmasından sonrakı sol çanaq və diz oynağı ətrafı yumşaq toxumanın metal qəlpələri, saq diz oynağının kəskin kontrakturası, daimi ağrı sindromu və dayaq-hərəkət funksiyasının pozulması” kimi qeyd olunsa da, obyektiv müayinə zamanı öz təsdiqini tapmamışdır. Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2021-xx.xx.2021 -ci il tarixli 2843/21 nömrəli Xəstəlik tarixindən çıxarışında diaqnoz “Üzvi (travma) mənşəli şəxsiyyət pozuntusu” kimi qeyd olunmuşdur. Ağcabədi rayon Mərkəzi Xəstəxanasının xx.xx.2022xx.xx.2022-ci il tarixli Çıxarışda diaqnoz “Saq dizaltı nahiyyədə yad cisim (metal qəlpə), sol budun bas hissəsinin yad cismi' kimi qeyd edilmiş, əlillik təyinatına əsas verməmişdir. X3 və Ortopediya institutunun xx.xx.2022-ci il tarixli ********** nömrəli Arayışda qeyd olunmuş diaqnoz öz təsdiqini tapmamışdır. Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının xx.xx.2021-ci il tarixli Baş beyin KT müayinəsinin nəticəsi “Retroserebellarsahədə 23x17 mm araxnoidal kista. Yan mədəciklərdə minimal assimetriya (s>d)” kimi qeyd edilmişdir. Vətəndaş səbəb-əlaqənin dəyişdirilməsi üçün müraciət etsə də, hərbi travmanın qalıq əlamətləri əlillik təyinatına əsas verməmişdir. Əlillik təyinatına əsas verən xəstəliyin hərbi səbəb əlaqəsi təsdiqlənməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlan’’na müvafiq olaraq Xüsusi səbəbdən Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmiş və xx.xx.2022-ci il tarixli Ümumi xəstəlik ilə əlaqədar 2.4.4. bəndinə müvafiq olaraq müddətsiz ikinci dərəcə əlillik təyinatı barədə qərar qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hərbi-Həkim Komissiyasının xx.xx.2016-cı il tarixli, 213 nömrəli Qərarına əsasən, İddiaçı Ağcabədi RHK tərəfindən 1992-ci ildə hərbi xidmətə çağırılmış, Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun xx.xx.2016-cı il tarixli məktubuna əsasən barəsində təqsirləndirici materialın və cinayət işinin olmadığı qeyd edilmiş, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1992-ci ildə aldığı və xx.xx.1992-ci ildən xx.xx.1992-ci ilə kimi Azərbaycan Dövlət Həkimlərin Təkmiləşdirilməsi İnstitutunun klinikasında müayinə və müalicə olunduğu yaralanma - diaqnoz: “Sağ ayağın V barmağının qəlpə yarası. Sağ dizaltı çuxurun kor qəlpə yarası”, və xx.xx.1993-cü ildən xx.xx.1993-cü ilə kimi Ağcabədi rayon mərkəzi xəstəxanasında müayinə və müalicə olunduğu yaralanmanın nəticəsi - diaqnoz: ”Sağ sağrı və bud nahiyyəsinin çoxlu qəlpə yaraları, bud sümüyünün ostomiyeliti” və 10.01,1994-cü ildə aldığı, xx.xx.1994-cü ildən xx.xx.1994-cü ilə kimi Əli Bayramlı şəhər mərkəzi xəstəxanasında müayinə və müalicə olunduğu yaralanma - diaqnoz:” Sağ ayağın V barmağının qəlpə yarası. Sağ dizaltı çuxurun kor qəlpə yarası” və xx.xx.1994-cü ildən xx.xx.1994-cü ilə kimi Ağcabədi rayon mərkəzi xəstəxanasında müayinə və müalicə olunduğu yaralanmanın nəticəsi - diaqnoz: ”Sağ diz oynağı və sağrı nahiyyəsində qəlpə yarası. Bud sümüyünün xroniki osteomiyeliti” (Azərbaycan Respublikası SHXÇDX-nin Ağcabədi rayon şöbəsinin xx.xx.2016-cı il tarixli 304 nömrəli göndərişi, xx.xx.2016-cı il tarixli 304 nömrəli arayışı, Azərbaycan Dövlət Həkimlərin Təkmiləşdirilməsi İnstitutunun klinikasından verilmiş xx.xx.1992-ci il tarixli çıxarış epikrizi, Ağcabədi rayon mərkəzi xəstəxanasından verilmiş xx.xx.1993-cü il və xx.xx.1994-cü il tarixli çıxarış epikrizləri, Əli Bayramlı şəhər mərkəzi xəstəxanasından verilmiş xx.xx.1994-cü il tarixli çıxarış epikrizi, MN Mərkəzi Hərbi Poliklinikası tərəfindən verilmiş xx.xx.1994-cü il tarixli 1040 nömrəli arayışı, MN MHHK-nın həkim mütəxəssisi- cərrahın rəyi ilə təsdiq edilir), “hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır. İddiaçının əlilliyinin səbəbini dəyişmək üçün üçüncü şəxs tərəfindən Forma 88 göndərişləri cavabdehə göndərilmiş, iddiaçı da cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh inzibati orqan tərəfindən heç bir münasibət bildirilməmişdir. X9 Konvensiyasının 1-ci maddəsinə (İnsan hüquqlarına hörmət olunması öhdəliyi) əsasən Razılığa gələn Yüksək Tərəflər onların yurisdiksiyası altında olan hər kəs üçün bu Konvensiyanın 2 bölməsində müəyyən olunmuş hüquq və azadlıqları təmin edirlər. Etimad hüququnun qorunması dövlətə münasibətdə pozitiv öhdəliklər yaradır və buna uyğun qaydada davranma tələb edir. Belə ki, dövlət bu hüququn reallaşdırılması üçün müvafiq işlək mexanizmlər yaratmalı; dövlət orqanları öz fəaliyyətlərində hüquq və azadlıqların səmərəli həyata keçirilməsini təmin edəcək qaydada davranmalıdırlar. Konstitusiya və AİHK ilə müəyyən edilən hüquqlar xəyali və nəzəri hüquq deyil, odur ki, dövlət tərəfindən təqdim edilən mexanizmlər səmərəsizdirsə, həmin hüquq və azadlıqların təmin edilməsi kimi qiymətləndirilə bilməz. Etimad hüququnun qorunmasının əsasları “İnzibati icraat haqqında” qanunun 2.0.8, 13, 67-69-cu maddələrində əksini tapmışdır. Həmin Qanunun 2.0.8-ci maddəsinə əsasən qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam kimi anlayış verilmişdir. Həmin Qanunun 13-cü maddəsinə əsasən etimad hüququnun qorunması prinsipinin mahiyyətini, nəzəri əsaslarını, 67-69-cu maddələr isə praktik tətbiqi zamanı təzahürünü müəyyən edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: - 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2. maddəsinə əsasən Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının etimad hüququ qanunla qorunur, bu baxımdan iddiaçının iddia tələbi əsaslı hesab edilməli və təmin edilməlidir. Cavabdehin hərəkətləri isə qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(102)-1012/2022 nömrəli qərarında hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən başqa bir işdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək, İddiaçı “xx.xx.2022-ci il tarixdə təyin edilmiş 2-ci dərəcə əlillik səbəbinin “Ümumi xəstəlik ilə əlaqədar əlillik” ifadəsinin dəyişdirilərək “Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar əlillik” ifadəsi ilə əvəz olunması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərc yoxdur. Nəticəvi hissə: Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı xx.xx.2022-ci il tarixdə təyin edilmiş 2-ci dərəcə əlillik səbəbinin “Ümumi xəstəlik ilə əlaqədar əlillik” ifadəsinin dəyişdirilərək “Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar əlillik” ifadəsi ilə əvəz olunması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Amilya Hüseynova
Məhkəmə qərarları › İş №2-1(120)-1613/2023
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1613/2023
23.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver