Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-1614/2024 16.10.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hаkim Nəcəfov Hilal Nəcəfalı оğlunun sədrliyi, Məhkəmə iclаsının kаtibi X1, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “X2 “Uşaq autizmi, Kanner Sendromu” xəstəliyi ilə bağlı əlillik dərəcəsinin müəyyən edilməsi və əlilliyə uyğun pensiya ödənişlərinin ödənilməsinin, həmçinin əlilliyin müəyyən edilməsi ilə bağlı ilkin müraciət tarixi olan xx.xx.2022-ci il tarixdən məhkəmənin yekun qərar verdiyi tarixə qədər olan ayların pensiya ödənişlərinin hesablanaraq birdəfəlik və tam həcmdə olmaqla tərəflərinə ödənilməsinin öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair işə Şirvan şəhərində, Şirvan İnzibati Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “X2 “Uşaq autizmi, Kanner Sendromu” xəstəliyi ilə bağlı əlillik dərəcəsinin müəyyən edilməsi və əlilliyə uyğun pensiya ödənişlərinin ödənilməsinin, həmçinin əlilliyin müəyyən edilməsi ilə bağlı ilkin müraciət tarixi olan xx.xx.2022-ci il tarixdən məhkəmənin yekun qərar verdiyi tarixə qədər olan ayların pensiya ödənişlərinin hesablanaraq birdəfəlik və tam həcmdə olmaqla tərəflərinə ödənilməsinin öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbini irəli sürərək iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 49-cu maddəsinin tələblərinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və hazırlıq icraatı üzrə məhkəmə iclası təyin edilərək, bu barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına İddiaçı, cavabdehin nümayəndəsi gəlməmişdirlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə iddiaçının cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi xx.xx.2024-cü il tarixli, 3-17-4/2-19797/2024 nömrəli məktubla məhkəməyə müraciət edərək, məhkəmə qərardadına əsasən Ə.Əsgərov əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə xx.xx.2024-cü il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq ümumi xəstəlik səbəbilə müddətsiz funksiyalarının 80 faiz pozulması barədə qərar qəbul edilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər (maddə 67.1). Sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər (maddə 67.2). Bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir (maddə 67.3). Məhkəmə müəyyən etdi ki, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən X4 əlillik təyin edilmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. İddiaçı X2 əlillik təyin edilməsi cavabdeh tərəfindən məhkəmə iclasına qədər təmin edildiyi üçün məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanaraq məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “X2 “Uşaq autizmi, Kanner Sendromu” xəstəliyi ilə bağlı əlillik dərəcəsinin müəyyən edilməsi və əlilliyə uyğun pensiya ödənişlərinin ödənilməsinin, həmçinin əlilliyin müəyyən edilməsi ilə bağlı ilkin müraciət tarixi olan xx.xx.2022-ci il tarixdən məhkəmənin yekun qərar verdiyi tarixə qədər olan ayların pensiya ödənişlərinin hesablanaraq birdəfəlik və tam həcmdə olmaqla tərəflərinə ödənilməsinin öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi üzrə işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “X2 “Uşaq autizmi, Kanner Sendromu” xəstəliyi ilə bağlı əlillik dərəcəsinin müəyyən edilməsi və əlilliyə uyğun pensiya ödənişlərinin ödənilməsinin, həmçinin əlilliyin müəyyən edilməsi ilə bağlı ilkin müraciət tarixi olan xx.xx.2022-ci il tarixdən məhkəmənin yekun qərar verdiyi tarixə qədər olan ayların pensiya ödənişlərinin hesablanaraq birdəfəlik və tam həcmdə olmaqla tərəflərinə ödənilməsinin öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi ilə bağlı iş üzrə icraata xitam verilsin. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Hilal Nəcəfov
Məhkəmə qərarları › İş №2-1(120)-1614/2024
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-1614/2024
16.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver