Azərbaycan Respublikası adından QƏRARDAD İş № 2-1(120)-1615/2023 09.03.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Cavabdehnə qarşı “informasiya sorğusuna cavab vermək öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə iş materiallarına 09 mart 2023-cü il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01 iyul 2022-ci il tarixli ərizəyə cavab verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 01 oktyabr 2022-ci il tarixində Bakı Şəhər Cavabdeh rəisinin ünvanına ərizə yazaraq, poçt vasitəsi ilə göndərmişdir. Lakin çox təəssüf ki, müraciəti bu günə kimi cavabsız qalmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 57-ci maddəsinin birinci hissəsinə əsasən Azərbaycan Respublikası vətandaşlarımn dövlət orqanlarına şəxsən müraciət etmək, habelə fərdi kollektiv yazılı müraciətlər göndərmək hüququ vardır. Hər bir müraicətə qanunla müəyyən edilmiş qaydada və müddətlərlə yazılı cavab verilməlidir. “Vətəndaşların müraciəti haqqında” Azərbaycan Respublikası Qanunun 2-ci maddəsində göstərilir ki, vətəndaşların müraciətləri haqqında qanunvericilik Azərbaycan Respublikasınm Konstitusiyasndan, Azərbaycan Respublikasımn tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən, bu Qanundan və Azərbaycan Respublikasınm digər normativ hüquqi aktlarından ibarətdir. Həmin Qanunun 5.1-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasınm Konstitusiya qanunlarında, başqa qanunlarda, onların əsasında qəbul edilmiş digər normativ hüquqi aktlarda, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa qayda nəzərdə tutulmayıbsa, bu Qanun müddəaları vətədaşların bütün müraciətlərinə şamil edir. Həmin Qanunun 5.1-ci maddəsində göstərilir ki, informasiya əldə edilməsi üçün sorğunun verilməsi və informasiya əldə edilmişi haqqında sorğuya baxılması qaydası “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasınm Qanunu ilə tənzimlənir. Həmin Qanunun 7.5-ci maddəsində göstərilir ki, müraciətdə göstərilən məsələyə baxıldıqda və bu barədə vətəndaşa (kollektiv müraciətlər - müraciət edən şəxslərdən birinə) əsaslandırılmıs cavab verildikdə müraciət baxılmıs hesab olunur. Müraciətə dövlət dilində cavab verilir. Həmin Qanunun 7.13-ci maddəsində göstərilir ki, vətəndaşların müraciətlərini aidiyyətə üzrə baxılmaq üçün qanunazidd hərəkətində (hərəkətsizliyindən) şikayət edilən müraciətə baxan subyektə və ya onun vəzifəli şəxslərinə göndərmək qadağandır. Həmin Qanunun 10.1-ci maddəsində göstərilir ki, bu Qanunun 9.2-ci, 9.6-cı və 10.2-10.4-cü maddələrində göstərilən hallar istisna olmaqla, vətəndaşların müaraciətlərinə ən geci 15 iş günü, əlavə öyrənilmə və yoxlanılma tələb edən müraciətlərə isə ən geci 30 iş müddətində baxılır. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. İş üzrə məhkəmə iclası təyin edilərək, bu barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlməmiş, bununla belə iddiaçı ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, cavabdeh tərəfindən iddiaçının tələbi təmin olunduğundan və işin mahiyyəti üzrə mübahisə artıq mövcud olmadığından iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan sənədlərdən və “İnformasiya sorğusu”ndan görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdə “KİA” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhərinin Pirşağı-Novxanı yolunda idarə edərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin İİ hissəsinin 1-ci bəndinin tələbini pozaraq müəyyən edilmiş surət rejiminə əməl etməməsi xüsusi texniki vasitənin köməyi ilə aşkar edilmişdir. DİN BDYPİ-nin X1 məlumatına əsasən nəqliyyat vasitəsinin iddiaçının istifadəsində olması müəyyən edildiyindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsinin tələbinə uyğun iştirakı olmadan barəsində Məcəllənin 328.2-ci maddəsi üzrə EQ ******* nömrəli Qanunvericiliklə müəyyən edilmiş qaydada inzibati tənbeh vermə haqqında elektron qərar qəbul edilmişdir. İddiaçı onun barəsində tərtib olunmuş EQ ******* nömrəli protokolun etibarsız sayılması və inzibati tənbeh vermə haqqında qərarın ləğv olunması barədə şikayət ərizəsi ilə Cəlilabad Rayon Məhkəməsinə müraciət etmişdir. Cəlilabad Rayon Məhkəməsinin müvafiq qərarına əsasən şikayəti təmin olunmuş və Azərbaycan Respublikası DİN-nin Baş DYPİ Yol Patrul Xidmətinin xx.xx.2021ci il tarixli, EQ ******* saylı inzibati xəta haqqında protokol və onun əsasında qəbul edilmiş xx.xx.2021-ci il tarixli qərar ləğv edilmişdir. Barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Məhkəmə qərarı qanuni qüvvəsini almışdır. Lakin iddiaçının ödədiyi cərimə geri qaytarılmamış və haqqında qəbul edilmiş 3 bal silinməmişdir. Odur ki, iddiaçı ondan alınmış cərimənin geri qaytarılmasını, 3 balın silinməsini, qəsdən qanunsuz qurulmuş yol nişanını, həmin sahədə qurulmuş radarın kimlər tərəfindən quraşdırılmasını aşkar edib, onlar barəsində qanunamüvafiq tədbirin görülməsini və ona rəsmi məlumat verilməsinə dair Bakı şəhər Cavabdehnə xx.xx.2022-ci il tarixli informasiya sorğusu göndərmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Cavabdeh X2 İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 44-7/2-1134 nömrəli məktubunda qeyd olunmuşdur ki, İddiaçı tərəfindən Bakı şəhər Cavabdeh X2 İdarəsinə daxil olmuş xx.xx.2022-ci il tarixli, 016-116115Ə-4121 nömrəli, xx.xx.2022-ci il tarixli 039-16097Ə-3122 və xx.xx.2022-ci il tarixli, 001-803202 nömrəli müraciətləri əsasında BPİ DYPİ-də araşdırmalar aparılmış, nəticələri barədə ona xx.xx.2021-ci il tarixli, 046-116115Ə-4221, xx.xx.2022-ci il tarixli, 046-16097Ə-3222 və 44-7/2-Ə-80320/11 nömrəli məktublarla yazılı cavablar verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Cavabdeh X2 İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 44-7/2-1134 nömrəli məktuba əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Cavabdeh X2 İdarəsinin İddiaçı ünvanladığı xx.xx.2021-ci il tarixli, 046-116115Ə-4221 nömrəli məktubunda qeyd olunmuşdur ki, Sizin, barənizdə əsassız inzibati tənbeh vermə haqqında elektron qərar qəbul edilməsi haqda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş X2 İdarəsinin rəhbərliyinə ünvanladığınız müraciət iştirakınızla araşdırılmışdır. Bildiririk ki, xx.xx.2021-ci il tarixdə Siz “KİA” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhərinin Pirşağı-Novxanı yolunda idarə edərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin İİ hissəsinin 1ci bəndinin tələbini pozaraq müəyyən edilmiş surət rejiminə əməl etməməyiniz xüsusi texniki vasitənin köməyi ilə aşkar edilmişdir. DİN BDYPİ-nin X1 məlumatına əsasən nəqliyyat vasitəsinin iddiaçının istifadəsində olması müəyyən edildiyindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsinin tələbinə uyğun iştirakı olmadan barəsində Məcəllənin 328.2-ci maddəsi üzrə EQ ******* nömrəli Qanunvericiliklə müəyyən edilmiş qaydada inzibati tənbeh vermə haqqında elektron qərar qəbul edilmişdir. Yol hərəkəti qaydasını pozmağınız xüsusi texniki vasitələrlə qeydə alınmış videogörüntülərə iştirakınızla baxış keçirilərkən təsdiqini tapmışdır. Müraciətinizlə bağlı Sizə DYP-nin xidməti fəaliyyətini tənzimləyən hüquqi aktların tələbləri barədə ətraflı məlumat verilmiş, araşdırma zamanı törətdiyiniz inzibati xətanın aşkar olunması və sənədləşməsində hüquqazidd hərəkətlərə yol verilməsi halları müəyyən edilməmişdir. Siz izahatınızda məhkəməyə müraciət etdiyinizi bildirdiyiniz üçün məhkəmənin qərarından asılı olaraq məsələyə müvafiq qaydada qiymət veriləcəkdir. Bundan əlavə, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Cavabdeh X2 İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 44-7/2- 1134 nömrəli məktuba əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Cavabdeh X2 İdarəsinin İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli, 046-160977-3222 nömrəli məktubunda qeyd olunmuşdur ki, Sizin, barənizdə tərtib olunmuş EQ ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar ləğv olunduğundan ödədiyiniz cərimənin qaytarılmasında köməklik göstərilməsi haqda Bakı şəhər Cavabdeh X2 İdarəsinə ünvanladığınız müraciətə baxılmışdır. Bildiririk ki, ödədiyiniz cərimənin Sizə qaytarılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X2 İdarəsinə müraciət edərək bank rekvizitlərinizi Maliyyə İdarəsinə təqdim etməlisiniz. Bundan əlavə, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Cavabdeh X2 İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 44-7/2- 1134 nömrəli məktuba əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Cavabdeh X2 İdarəsinin İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli, 44-7/2-Ə- 80320/11 nömrəli məktubunda qeyd olunmuşdur ki, Sizin, barənizdə əsassız inzibati tənbeh vermə haqqında elektron qərar qəbul edilməsi haqda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş X2 İdarəsinin rəhbərliyinə ünvanladığınız müraciətinizin bugünədək araşdırılmaması barədə təkrar müraciətinizə baxılmışdır. Bildiririk ki, eyni məzmunlu müraciətiniz əsasında tərəfimizdən araşdırma aparılmış və nəticəsi barədə Sizə xx.xx.2021-ci il tarixli, 046-116115Ə-4221 nömrəli məktubla cavab verilmişdir. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. «Vətəndaşların müraciətləri haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsinə və 94-cü maddəsinin İ hissəsinin 1-ci bəndinə uyğun olaraq, Azərbaycan Respublikası vətəndaşlarının müraciət etmək hüququnun həyata keçirilməsi ilə bağlı münasibətləri tənzimləyir, vəzifəli şəxslərin müraciətlərə baxılması qaydasını müəyyən edir. Həmin Qanunun 3.0.1-ci maddəsinə görə müraciət edən şəxs – fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 3.0.2-ci maddəsinə görə müraciət – müraciətə baxan subyektə və ya onun vəzifəli şəxsinə şəxsən və ya nümayəndə vasitəsilə yazılı (o cümlədən elektron) formada göndərilən (təqdim edilən) və ya şifahi formada edilən fərdi və ya kollektiv təklif, ərizə, şikayətdir. Həmin Qanunun 3.0.6-cı maddəsinə görə müraciətə baxan subyekt – fiziki və ya hüquqi şəxslərin müraciətlərinə baxmaq və qərar qəbul etmək səlahiyyəti olan dövlət və bələdiyyə orqanları, dövlət və bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslər və ya büdcə təşkilatlarıdır. Həmin Qanunun 4.0.5-ci maddəsinə görə müraciətlərə baxılmasında ayrı-seçkiliyə və süründürməçiliyə yol verilməməsi vətəndaşların müraciətlərinə baxılmasının əsas prinsiplərindəndir. Həmin Qanunun 7.1-ci maddəsinə görə müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri bu Qanunla müəyyən edilmiş qaydada verilən yazılı müraciətləri mütləq qəbul etməli, qeydiyyata almalı və onlara baxılmasını təmin etməlidir. Bu Qanunun tələblərinə uyğun olaraq verilən müraciəti qəbul etməkdən imtina qadağandır. Həmin Qanunun 7.5-ci maddəsinə görə müraciətdə göstərilən məsələyə baxıldıqda və bu barədə vətəndaşa (kollektiv müraciətlərdə - müraciət edən şəxslərdən birinə) əsaslandırılmış cavab verildikdə müraciət baxılmış hesab olunur. Müraciətə dövlət dilində cavab verilir. Həmin Qanunun 7.12-ci bəndinə görə vətəndaşın müraciətində göstərilən məsələlər «Dövlət sirri haqqında» Azərbaycan Respublikası Qanununa uyğun olaraq dövlət sirri təşkil edən məlumatlara və ya qanunla qorunan digər məlumatlara aid edildikdə müraciətin bu səbəbdən mahiyyəti üzrə cavablandırılmasının mümkünsüzlüyü barədə müraciət edənə məlumat verilir. Həmin Qanunun 10.1-ci maddəsinə görə bu Qanunun 9.2-ci, 9.6-cı və 10.2 – 10.4cü maddələrində göstərilən hallar istisna olmaqla, vətəndaşların müraciətlərinə ən geci 15 iş günü, əlavə öyrənmə və yoxlama tələb edən müraciətlərə isə ən geci 30 iş günü müddətində baxılır. Həmin Qanunun 10.3-cü maddəsinə görə hərbi qulluqçuların və onların ailə üzvlərinin müraciətlərinə daxil olduğu gündən etibarən ən geci 15 iş günü ərzində baxılır. Həmin Qanunun 10.4-cü maddəsinə görə əgər məlumatln verilməsi barədə müraciətə yuxarıda göstərilən müddətlərdə baxılması nəticəsində lazım olan məlumat öz əhəmiyyətini itirə bilirsə, həmin müraciətə dərhal, bu mümkün olmadıqda, müraciətin daxil olduğu andan 24 saat keçənədək baxılmalıdır. Həmin Qanunun 10.5-ci maddəsinə görə bu Qanunun 10.1 – 10.3-cü maddələrində göstərilən müddətlərin axımı müraciətin müraciətə baxan subyektə daxil olduğu gündən başlanır. Həmin Qanunun 12.1-ci maddəsinə görə müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyən edilən və təminat verilən qaydada vətəndaşların yazılı və şifahi formada təkliflər vermək, ərizə ilə müraciət etmək, vəzifəli şəxslərin qanunazidd hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüquqlarının sərbəst həyata keçirilməsi üçün şərait yaradılmasını təmin etməlidirlər. Həmin Qanunun 12.2-ci maddəsinə görə müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri vətəndaşların təkliflərini, ərizə və şikayətlərini qəbul etməli, onlara bu Qanunla müəyyən olunmuş qaydada və müddətlərdə baxmalı və cavab verməlidir. «İnformasiya əldə etmək haqqında» Azərbaycan Respublikası Qanununun 2.2-ci madəsinə görə hər kəs özü birbaşa və ya nümayəndəsi vasitəsilə informasiya sahibinə müraciət etmək, informasiyanın növünü və əldə etmə formasını seçmək hüququna malikdir. Həmin Qanunun 3.0.1-ci maddəsinə görə informasiya – yaranma tarixindən, təqdimat formasından və təsnifatından asılı olmayaraq istənilən fəaliyyət nəticəsində yaradılan, yaxud əldə olunan faktlar, rəylər, bilgilər, xəbərlər və ya digər xarakterli məlumatlar. Həmin Qanunun 3.0.3-cü maddəsinə görə ictimai informasiya – qanunlarla və ya digər normativ hüquqi aktlarla müəyyənləşdirilən ictimai vəzifələrin yerinə yetirilməsi prosesində yaradılan və ya əldə edilən faktlar, rəylər, bilgilərdir. Həmin 3.0.5-ci maddəsinə görə informasiya sahibi – informasiya əldə etmək hüququnu təmin etmək üçün bu Qanunun 9-cu maddəsi ilə müəyyənləşdirilən dövlət orqanları, bələdiyyələr, mülkiyyət növündən asılı olmayaraq yaradılmış hüquqi şəxslər və fiziki şəxslərdir. Həmin Qanunun 3.0.6-cı maddəsinə görə informasiya sorğusu – informasiya əldə etmək üçün yazılı və ya şifahi müraciətdir. Həmin Qanunun 3.0.7-ci maddəsinə görə informasiya sorğusu verən – informasiya əldə etmək üçün yazılı və ya şifahi şəkildə müraciət edən hüquqi və ya fiziki şəxsdir. Həmin Qanunun 10.1-ci maddəsinə görə informasiya sahibi öz informasiya ehtiyatlarından hər kəsin sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə informasiya əldə etmək hüququnu bu Qanunla müəyyənləşdirilmiş qaydada təmin etməyə borcludur. Həmin Qanunun 13.1-ci maddəsinə görə sorğuçu informasiya sorğusunu informasiya sahibinin vəzifəli şəxsinə bilavasitə və ya telefonla müraciət etmək yolu ilə şifahi, sorğunu şəxsən təqdim etmək və ya informasiya sahibinə poçt, telefaks, yaxud elektron poçtla göndərmək yolu ilə yazılı üsulla təqdim edir. Həmin Qanunun 16.1-ci maddəsinə görə informasiya sahibi sorğuda tələb olunan informasiyanı aşağıdakı üsullarla icra edir: elektron informasiya daşıyıcısında yazmaqla və ya sorğuda göstərilən elektron poçt ünvanı üzrə göndərməklə; sənədin surətini və ya sənəddən çıxarışı sorğuçuya bilavasitə təqdim etməklə və ya onun poçt ünvanına göndərməklə; telefaksla; şifahi formada; informasiya ilə tanış olmaq üçün ayrılmış yerə girməyə icazə verməklə; informasiya daşıyıcısının növünü nəzərə almaqla başqa üsullarla. Həmin Qanunun 24.1-ci maddəsinə görə informasiya sorğusu ən qısa müddətdə, lakin 7 iş günündən gec olmayaraq icra edilir. Həmin Qanunun 24.4-cü maddəsinə görə əgər sorğu natamam və ya qeyri-dəqiq tərtib olunubsa, vəzifəli şəxs müəyyən edilmiş çatışmazlıqlar barədə sorğuçuya 5 iş günü ərzində məlumat verir. Həmin Qanunun 27.1-ci maddəsinə əsasən informasiya sorğuçuya bu Qanunla nəzərdə tutulmuş formada və üsulla təqdim edildikdə, informasiya sorğusu aidiyyəti üzrə göndərildikdə və sorğuçuya bu barədə məlumat verildikdə, açıqlanmış informasiya ilə tanış olma imkanları sorğuçuya izah edildikdə, informasiya sorğusunun icrasından imtina barədə sorğuçuya əsaslandırılmış cavab verildikdə informasiya sorğusu icra olunmuş sayılır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Cavabdehnə ünvanladığı xx.xx.2021-ci il tarixli informasiya sorğusu barədə müraciətinə, xx.xx.2021-ci il tarixli, 046- 116115Ə-4221 nömrəli, xx.xx.2022-ci il tarixli, 046-160977-3222 nömrəli və xx.xx.2023-cü il tarixli, 44-7/2-Ə-80320/11 nömrəli məktublarla cavab verilmişdir. İPM-in 67.2-ci maddəsinə görə sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. İPM-in 67.3-cü maddəsinə görə bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Məhkəmənin qənaəti belədir ki, iddiaçının tələbi cavabdeh inzibati orqan tərəfindən təmin edildiyindən, tələb üzrə hazırda mübahisə mövcud olmur, odur ki, iş üzrə icraata xitam verilməlidir. İPM-in 80.1-ci maddəsinə görə bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. İPM-in 81.1-ci maddəsinə görə inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları tərəfindən baxılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 67-ci və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Cavabdehnə qarşı “informasiya sorğusuna cavab vermək öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov
Məhkəmə qərarları › İş №2-1(120)-1615/2023
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-1615/2023
09.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver