Məhkəmə qərarları › İş №2-1(120)-1617/2023

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1617/2023

22.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-1617/2023 22.05.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi XN, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə dair inzibati işə Şirvan şəhərində məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi, Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddiaçı iddia tələbi onunla əsaslandırılmışdır ki, o, N3-N4-cü illərdə N saylı hərbi hissənin tərkibində olmuş və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Müharibə zamanı hərbi hissənin tərkibində bütün növ təminatlarına salınaraq xidmət keçmişdir .Bu yaxınlarda Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət edərək ona müharibə veteranı adı verilməsini xahiş etmişdir.Azərbaycan Respublikası Müdafiə Nazirliyi ona müharibə veteranı adı verilməsindən imtina edib Cavabdeh təşkilat qərarını əsaslandırmayıb. Cavabdehin ona müharibə veteranı adı verilməsindən imtina etməsi qanunsuz və əsassızdır. Buna görə də ona müharibə veteranı adı verilməsi öhdəliyi cavabdeh təşkilatın üzərinə qoyulmalıdır.Veteranlar haqqında Qanunun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N5-ci il tarixli Qərarı ilə təsdiq edilmiş Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin N-ci bəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda NN -ci il oktyabrın 9-dan N4cü il mayın N0- dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün e'zam olunmuş hərbi qulluqçulara N0 may N4-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara — müdafiə, daxili işlər, milli təhlükəsizlik, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. Yuxarıda qeyd olunan normativ hüquqi aktların mətnindən görünür ki, onun hərbi xidmət keçdiyi dövr ərzində müharibə zonasında xidmət keçən şəxslərə hərbi bilet əsasında müharibə veteranı adı verilir. O N4-cü il tarixdən hərbi xidmət keçmiş və xidmət keçməyi hərbi biletlə təsdiq olunur. Bundan əlavə, onun barəsində hərbi xidmətdən yayındığına görə cinayət işi açılmayıb. Göstərilənlərə əsasən hesab edir ki, ona müharibə veteranı adı verilməlidir.AR İPM-nin 2.N-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati-iqtisadi məhkəmələr və inzibati-iqtisadi kollegiyalar tərəfindən həyata keçirilir.AR İPM-nin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır:2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia)AR İPM-nin 33.Nci maddəsinə əsasən Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər.AR İPM-nin 8.N.3-cü maddəsinə əsasən inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Şifahi məhkəmə iclasında İddiaçı izahatında iddia tələbini müdafiə etdiyini bildirərək, müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinin tələblərinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. Cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin N4 noyabr 20N9-cu il tarixli, 4 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuşdur. Məhkəmə-Hüquq Şurasının N4 noyabr 20N9-cu il tarixli, 4 nömrəli qərarına əsasən Neftçala rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən, iddiaçı Şirvan şəhərində qeydiyyatda olduğundan iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Məhkəmənin qənaətinə görə iddia mümkün olsa da, lakin əsassızdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: - İşdə olan vətəndaşın AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.N974-cü il tarixdə Salyan rayonunda anadan olmuş, Neftçala rayonu, Xolqarabucaq kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. - İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyanın iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli, 4/3-N0545 nömrəli məktubunda qeyd edilmişdir ki, “Müharibə Veteram” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2022-ci il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılır.Azərbaycan Respublikası Müdafiə nazirinin Katibliyinin Mərkəzi Arxivinin xx.xx.2022-ci il tarixli 4/2-2757 nömrəli arayışına əsasən N nömrəli hərbi hissədə həqiqi hərbi xidməti əmrlərlə tam təsdiqlənmədiyinə və hərbi hissəni özbaşına tərk etdiyinə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N5-ci il tarixli 2N6 №-li Qərarı ilə təsdiq edilmiş Əsasnaməyə əsasən “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunur. “Vətəndaşların müraciətləri haqqında” Qanunun N4.08-ci maddəsinə görə ərizəçi müraciəti barədə qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında 30 (otuz) gün müddətinə şikayət vermək hüququna malikdir. - İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İddiaçı verdiyi xx.xx.2022-ci il tarixli 4/2-2757 nömrəli arxiv arayışında göstərilmişdir ki, hərbi hissəni özbaşına tərk etdiyi üçün N4 №-li MAT-ın hərbi qulluqçusu, sıravi İddiaçı N nömrəli hərbi hissə komandirinin N iyun N4-cü il tarixli N5N №-li əmrilə bütün növ təminatları dayandırılaraq ştatdan kənar çıxarılmışdır (əsas: § 4, səh.95, sıra 6).N nömrəli hərbi hissənin əsgər heyətinə pul təminatının ödənilməsi cədvəlləri qovluğunda N4-cü MAT-ın hərbi qulluqçusu, baş atıcı, sıravi İddiaçı yanvar N4-cü il tarixdə (əsas: N5.03-xx.xx.N4-cü il, səh. 425, məlumatda adı və atasının adı tam yazılmayıb) pul təminatı ilə təmin olunması barədə məlumat vardır.N nömrəli hərbi hissənin əsgər heyətinə pul təminatının ödənilməsi cədvəlləri qovluğunda N4-cü MAT-ın hərbi qulluqçusu, baş atıcı, sıravi İddiaçı fevral N4-cü il tarixdə (əsas: N5.03-xx.xx.N4-cü il, səh. 443, məlumatda adı və atasının adı tam yazılmayıb) pul təminatı ilə təmin olunması barədə məlumat vardır.N nömrəli hərbi hissənin əsgər heyətinə pul təminatının ödənilməsi cədvəlləri qovluğunda N4-cü MAT-ın hərbi qulluqçusu, baş atıcı, sıravi İddiaçı mart N4-cü il tarixdə (əsas: 07 04-xx.xx.N4-cü il, səh. 357, məlumatda adı və atasının adı tam yazılmayıb) pul təminatı ilə təmin olunması barədə məlumat vardır.N nömrəli hərbi hissənin əsgər heyətinə pul təminatının ödənilməsi cədvəlləri qovluğunda N4-cü MAT-ın hərbi qulluqçusu, baş atıcı, sıravi İddiaçı adı aprel N4- cü il tarixdə (əsas: 05.05-xx.xx.N4-cü il, səh. 340, məlumatda adı və atasının adı tam yazılmayıb) adı qeyd olunmuş pul təminatı ilə təmin olunmuş şəxsi heyətin siyahısında qeyd edilmiş, lakin pul təminatı ilə təmin olunmasını imzası ilə təsdiqləməmişdir.N nömrəli hərbi hissənin əsgər heyətinə pul təminatının ödənilməsi cədvəlləri qovluğunda N4-cü MAT-ın hərbi qulluqçusu, baş atıcı, sıravi İddiaçı may N4-cü il tarixdə (əsas: 06.06xx.xx.N4-cü il, səh. 25N, məlumatda adı və atasının adı tam yazılmayıb) pul təminatı ilə təmin olunması barədə məlumat vardır.Hərbi hissəni özbaşına tərk etdiyi üçün İddiaçı Azərbaycan Respublikasının Müdafiə nazirinin 278 №-li fərmanına əsasən, N nömrəli hərbi hissə komandirinin 3N dekabr N4-cü il tarixli 363 №-li əmrilə (əsas: § N2, sıra 867, səh. 47) hərbi hissənin şəxsi heyət siyahılarından çıxarılaraq, bütün növ təminatları dayandırılmış və hərbi bileti şəxsi heyəti qəbul etmə məntəqəsinə göndərilmişdir. N nömrəli hərbi hissənin N3-N4-cü ilə aid şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında, hərbi hissə komandirinin yanvar-may N4-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti, N nömrəli hərbi hissənin iyun-dekabr N4-cü il üçün əsgər heyətinə pul təminatının ödənilməsi cədvəllərində pul təminatı ilə təmin olunması barədə məlumat aşkar edilməmişdir. - İşdə olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Neftçala rayon şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-43-47/2-N82/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, xx.xx.N974-cü il təvəllüdlü İddiaçı xx.xx.N4-cü il tarixdən xx.xx.N4-cü il tarixədək N nömrəli hərbi hissədə, xx.xx.N5-ci il tarixdən xx.xx.N7-ci il tarixədək N72 nömrəli hərbi hissədə (Əsas: qeydiyyat kartası) müddətli həqiqi hərbi xidmət keçmişdir. xx.xx.N7-ci il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirinin 03 nömrəli xx.xx.N7-ci il tarixli əmri əsasında tərxis olunmuşdur.xx.xx.N7-ci il tarixdən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Neftçala rayon şöbəsində hərbi qeydiyyatdadır. - İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 4/2-782 nömrəli məktubunda qeyd edilmişdir ki, xx.xx.2022-ci il tarixli 2-N(N20)-3378/2022 №-li (Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivə xx.xx.2023-cü il tarixdə daxil olmuş) məktubuna cavab olaraq bildirir ki, N4 №-li MAT-ın hərbi qulluqçusu, sıravi İddiaçı hərbi hissəni özbaşına tərk etdiyinə görə, N №-li hərbi hissə komandirinin xx.xx.N4-cü il tarixli N5N №-li əmrilə (əsas: §-4, səh-95, sıra-6) bütün növ təminatları dayandırılaraq ştatdan kənar çıxarılmışdır.İddiaçı hərbi hissəni özbaşına tərk etdiyinə görə, Azərbaycan Respublikasının Müdafiə nazirinin 278 №-li fərmanına əsasən, N №-li hərbi hissə komandirinin xx.xx.N4-cü il tarixli 363 №-li əmrilə (əsas: §-N2, sıra-867, səh- 47) hərbi hissənin şəxsi heyət siyahılarından çıxarılaraq, bütün növ təminatları dayandırılmış və hərbi bileti şəxsi heyəti qəbul etmə məntəqəsinə göndərilmişdir.Qeyd edirik ki, N nömrəli hərbi hissənin N3-N4-cü ilə aid şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında, hərbi hissə komandirinin yanvar-dekabr N3-cü il, yanvar-may N4-cü ıl tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar edilməmişdir.NN0 №-li hərbi hissədən Müdafiə nazirinin X2 daxil olmuş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı" qovluğunda N te-li hərbi hissənin xx.xx.N2-ci il tarixdən xx.xx.N4-cü il tarixədək döyüş əməliyyatlarında iştirakı barədə məlumat qeyd olunmuşdur. - İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Neftçala rayon Polis şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli 3-N3-N00/2-2N37/2023 nömrəli məktubunda göstərilmişdir ki, Neftçala rayon Xolqarabucaq kəndində qeydiyyatda xx.xx.N974-cü il təvəllüdlü İddiaçı barəsində hal-hazırda Neftçala RPŞ-də təqsirləndirci material (sadələşmiş icraat materialı və cinayət işi) barədə məlumatlar aşkar olunmamış,İddiaçı barəsində xx.xx.N7-ci ildə Qarabağ Hərbi Prokurorluğu tərəfindən Azərbaycan Respublikası CM-nin (köhnə redaksiya) 243-cü maddəsi ilə ( hərbi hissəni öz başına tərk etmə) təqsirli bilinib xx.xx.N7-ci il tarixdə 46 H 2-ci maddə ilə azad olunmuşdur - İşdə olan Azərbaycan Respublikası Hərbi Prokurorluğunun məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli 3-3-N2/2-30-N479/23 nömrəli mktubunda göstərilmişdir ki, Sizin vətəndaş İddiaçı barəsində 20 dekabr 2022-ci il tarixli 2-N(N20)-3378/2022 nömrəli müraciətiniz xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Hərbi Prokurorluğuna daxil olmuş və baxılmışdır. Vətəndaş İddiaçı xx.xx.N4-cü il tarixdən xx.xx.N4-cü il tarixədək N nömrəli, xx.xx.N5-ci il tarixdən xx.xx.N7-ci il tarixədək isə N72 nömrəli hərbi hissələrdə xidmət etməsi lə bağlı barəsində Azərbaycan Respublikası Hərbi Prokurorluğunda cinayət işinin və ya təqsirləndirici materialın olmasına dair məlumat aşkar edilməmişdir.Lakin, həmin müraciətə əlavə edilmiş Müdafiə Nazirliyinin mərkəzi arxivinin arayışında İddiaçı hərbi hissəni özbaşına tərk etdiyinə görə N nömrəli hərbi hissə komandirinin xx.xx.N4-cü il tarixli N5N №-li əmrilə onun bütün növ təminatları dayandırılmış və o, ştatdan kənar çıxarılmış, xx.xx.N4-cü il tarixli 363 №-li əmr ilə isə İddiaçı hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılmış və hərbi bileti şəxsi heyətin qəbul edilməsi məntəqəsinə göndərilmişdir. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən təsdiq edilir. Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. (maddə 3). Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları (müharibə veteranı, Silahlı Qüvvələrin veteranı adlarının verilməsi ilə əlaqədar öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti,Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti nəzərdə tutulur) tərəfindən verilir (maddə 7). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N5-ci il tarixli, 2N6 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” əsasnamənin N-ci bəndinə əsasən NN-ci il oktyabrın 9-dan N4-cü il mayın N0-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara N0 may N4-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir (Qeyd: Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur.). Bu Əsasnamənin N-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. Məhkəmə müəyyən etdi ki, iddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə əlaqədar inzibati orqana müraciət etmiş, lakin İddiaçı hərbi xidmətdən qanuni əsaslarla təxris olunması barədə məlumat olmadığından müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina edilmişdir. Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələblərinə uyğun olaraq müharibə veteranı adının verilməsini istisna edən hallardan biri də, məhz hərbi xidmətdən qanuni əsaslarla təxris olunmasına və xidməti barədə əmrlərin hərbi biletlə bir yerdə təqdim edilməməsi, o cümlədən hərbi qulluqçunun hərbi hissəsini öbaşına tərk etməsidir. İş materiallarından göründüyü kimi İddiaçı hərbi xidmətdən qanuni əsaslarla təxris olunması, həmçinin xidməti barədə məlumat aşkar olunmamış, həmçinin o, hərbi hissəsini öbaşına tərk etmişdir. İddiaçı barəsində xx.xx.N7-ci ildə Qarabağ Hərbi Prokurorluğu tərəfindən Azərbaycan Respublikası CM-nin (köhnə redaksiya) 243-cü maddəsi ilə ( hərbi hissəni öz başına tərk etmə) təqsirli bilinib xx.xx.N7-ci il tarixdə 46 H 2-ci maddə ilə azad olunması barədə məlumat daxil olmuşdur. Göründüyü kimi iddiaçı Azərbaycan Respublikası Prezidentinin «Hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında» 20 sentyabr N7-ci il tarixli 634 nömrəli Fərmanına əsasən ehtiyata buraxılmamışdır, onun bu Fərmandan əvvəl hərbi xidmətini başa vurmasının qanuniliyi iş materialları ilə təsdiqini tapmır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan məhz qanunvericiliyin tələblərinə uyğun olaraq iddiaçıya müharibə veteranı adının verilməsindən imtina etmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə N7). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə N9.N). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə N9.2). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Bütün qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabadehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.N-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərc yoxdur. . Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbayçan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4-cü, 68-69-cu və 85.N-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, H.Z.Tağıyev, N0) verilə bilər. Hakim Amilya Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar