Məhkəmə qərarları › İş №2-1(120)-1619/2025

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-1619/2025

20.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-1619/2025 20.02.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyeva Rəşidə Paşa qızının sədrliyi, məhkəmə iclas katibi Nəcəfov Ramin Ramiz oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı torpaq sahəsi ilə təmin olunması və söküntü nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair inzibati işə məhkəmə binasında (Şirvan şəhəri, H.Z.Tağıyev küçəsi 10) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə (bundan sonra mətndə Biləsuvar RİH) qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək Biləsuvar RİH-nin icarə müddəti bitməmiş, 31-mart 2010-cu il tarixli 30-saylı sərəncamına və 31-mart 2010-cu il tarixli 87-saylı icarə müqaviləsinə əsasən ona verilmiş torpaq sahəsinin geri alınmasına görə ona başqa bir yerdə torpaq sahəsinin verilməsi və həmin ərazidə aparılmış tikintilərin mütəxəssislər tərəfindən hesablanaraq dəymiş ziyana görə kompensasiya ödənilməsi barədə Biləsuvar RİH-nin üzərinə öhdəlik qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı münasibəti məhkəməyə daxil olmamışdır. İddiaçı xx.xx.2025-ci il tarixdə dəftərxana vasitəsilə məhkəməyə ərizə təqdim edərək iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməklə iş üzrə icraata xitam verilməlidir. Məhkəmə hesab edir ki, iddiaçı (nümayəndəsi) öz hərəkəti ilə iradəsinə uyğun olaraq məhkəməyə iddianın geri götürülməsi barədə ərizə verdikdə o, iddia ərizəsinin məhkəmədə baxılmasını və iş üzrə qərarın qəbul edilməsini istəmir. Həmin səbəbdən də iddiaçının iradəsinə uyğun olaraq məhkəmə iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul etməlidir. İPM-nin 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Göstərilənlərə əsasən və İPM-nin 55.5, 80, 81.1, 85.1-cı maddələrinə əsasən məhkəmə qərara aldı: İddiaçının nümayəndəsi Nümayəndə ərizəsi təmin edilsin. İddiaçı Cavabdehnə qarşı torpaq sahəsi ilə təmin olunması və söküntü nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşidə Quliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar