Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-162/2024 26.09.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hаkim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı, X5, X6 və X7 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 26 sentyabr 2024-cü il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cəlilabad rayonu, Lallar kəndində yerləşən torpaq sahəsinə mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən onun adına çıxarış və texniki pasport verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək “Cəlilabad rayonu, Lallar kəndində yerləşən 1.76 ha torpaq sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Məhkəmənin qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsi ilə əvəz olunmuşdur. Bundan əlavə məhkəmənin xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli qərardadları ilə Cəlilabad rayon Cəlayir bələdiyyəsi, X11, X12 və X13 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşlar. Bundan əlavə, İddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək “Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 30 dekabr 1997-ci il tarixli, 12 saylı qərarı ilə ona, yəni İddiaçı və ailə üzvlərinə Cəlilabad rayonu, Lallar kəndində ayrılmış 1.71 ha torpaq sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Bundan əlavə məhkəmənin qərardadı ilə üçüncü şəxslər X5, X6 və X7 hazırkı inzibati məhkəmə icraatında üçüncü şəxs kimi prosessual iştiraklarına xitam verilmiş, X11, X12 və X13 hazırkı inzibati məhkəmə icraatında iddiaçı qismində tanınmışlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1966-cı il tarixdə Cəlilabad rayonu, Lallar kəndində anadan olmuşdur. Dörd nəfərdən ibarət ailə üzvlərilə birlikdə həmin kənddə yaşayırlar. Kəndləri Cəlayır kənd inzibati ərazi nümayəndəliyinə tabedir. Kəndlərində xx.xx.1997-ci il tarixdə Aqrar İslahat aparılmışdır. Həmin vaxt onların ailəsinin 4 nəfərdən ibart üzvünə bərabər payda hər adama 0.44 ha olmaqla, cəmi 1.76 ha pay torpağı ayrılmışdır. Həmin torpaq sahəsini verildiyi tarixdən istifadə edirlər. Hazırda onlara kənd üzrə ayrılmış pay torpaqlarına cavabdeh təşkilat tərəfındən çıxarışlar verilməkdədir. İddiaçı xx.xx.2022-ci il tarixdə çıxarış almaqdan ötrü cavabdeh təşkilata müraciət etmişdir. Oradan ona bildirdilər ki, onun adına cavabdeh təşkilatın bazasında hər hansı bir hüquqmüəyyənedici sənəd olmadığı üçün çıxarış verilə bilməz. Hesab edir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin imtinası əsasızdır, onun konstitutsion huquqlarının pozulmasına gətirib çıxarır. Bu səbəbdən də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsi iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, İddiaçı müraciətinə 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən 14 fevral 2022-ci il tarixli, **********37 saylı məktubla bildirilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədlər tələb olunur. Torpaq sahəsinin ayrılmasına dair ilkin hüquqmüəyyənedici sənədlər qanunla müəyyən olunmuş qaydalara uyğun şəkildə tam təqdim edildiyi təqdirdə müraciətdə qeyd olunan məsələnin həllinə qanunamüvafiq qaydada baxılacaqdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ-hüquqi aktları ilə müəyyən olunmuş qaydada aparılır. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış iddiaçılar İddiaçı, X11, X12 və X13, habelə cavabdehin və üçüncü şəxsin nümayəndələri məhkəmə iclasına gəlməmiş, bununla belə iddiaçılar ərizə ünvanlayaraq işə onların iştirakları olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə onların iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİİ hissəsinə görə hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təşbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati oran tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddiaya) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallarda, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyinə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İş materiallarında olan iddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********37 nömrəli məktubunda aşağıdakılar bildirilmişdir: 07 fevral 2022-ci il tarixli Cəlilabad rayonu, Lallar kəndində yerləşən torpaq sahəsinə reyestrdən çıxarış və texniki pasport verilməsi ilə bağlı müraciətinizə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsində baxılmışdır. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədlər tələb olunur. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsinin, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklülüyünü) onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Torpaq sahəsinin ayrılmasına dair ilkin hüquqmüəyyənedici sənədlər qanunla müəyyən olunmuş qaydalara uyğun şəkildə tam təqdim etdiyiniz təqdirdə müraciətinizdə qeyd olunan məsələnin həllinə qanunamüvafiq qaydada baxılacaqdır. İş materiallarında olan Cəlilabad Rayon Polis şöbəsi tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1966-cı ildə Cəlilabad rayonunun Lallar kəndində doğulmuş və yaşayış yeri Cəlilabad rayonunun Lallar kəndidir. İş materiallarına əlavə edilmiş Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının Cəlayir kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx.xx.2022-ci il tarixli 07 nömrəli arayışına əsasən Cəlilabad Rayon Aqrar İslahat Komissiyasının 30 dekabr 1997-ci il tarixli, 12 saylı qərarı ilə İddiaçı 4 nəfər ailə üzvləri ilə bərabər hər adama 0,44 ha olmaqla 1,76 ha pay torpaq sahəsi verilmişdir. Torpaq sahəsi verildiyi gündən İddiaçı ailə üzvləri ilə birlikdə həmin torpaqdan bu günə qədər istifadə edir və heç bir mübahisə yoxdur. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən İddiaçı verilmiş 19 yanvar 2022-ci il tarixli, 23/450 nömrəli “Daşınmaz əmlakın dövlət reyestrindən arayış”a əsasən İddiaçı adına respublika üzrə daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində, keçmiş DTİ və MHQ idarələrinin arxiv məlumatlarında, ƏMDK və DTXK tərəfindən təqdim edilmiş elektron məlumat bazasında heç bir məlumat yoxdur. İş materiallarından, o cümlədən işdə olan Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının Cəlayir kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin tərtib və təqdim eddiyi Cəlilabad rayonu E.Həsənov adına sovxoz X17 Komissiyasının xx.xx.1997-ci il tarixli, 24 saylı qərarı ilə təsdiq olunmuş Cəlilabad rayonunun Lallar kəndi (E.Həsənov adına sovxoz) üzrə pay torpaq sahəsi veriləcək şəxslərin siyahısının 60-cı səhifəsindən görünür ki, İddiaçı digər 3 ailə üzvü - X11, X12 və X13 ilə birlikdə adları həmin siyahıya daxil edilmişdir. İş materiallarına əlavə edilmiş Cəlilabad rayon Aqrar İslahatı Komissiyasının 30 dekabr 1997-ci il tarixli, 12 saylı qərarının surətindən görünür ki, E.Həsənov adına sovxoz X18 Komissiyasının xx.xx.1997-ci il tarixli, 24 saylı qərarı təsdiq edilmişdir Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 30 dekabr 1997-ci il tarixli, 12 saylı qərarının surətindən həmçinin görünür ki, rayon aqrar islahatı komissiyasının üzvlərinə, X17 komissiyasiyalarını sədrlərinə, rayon icra hakimiyyəti başçısının inzibati ərazi dairələrinin nümayəndələrinə “aqrar islahatlarını uğurla başa çatdırmaq, torpaqların mülkiyyətə verrilməsinə dair yerquruluşu layihələrinin və dövlət aktlarının hazılanmasından ötrü sənədlərin qrafikdə nəzərdə tutulan müddətdə kompüter mərkəzinə göndərilməsini təmin etmək tapşırılmış, habelə Azərbaycan Respublikası Dövlət Torpaq Komitəsindən kompleks yerquruluşu layihələrinin və torpaqlardan istifadəyə dair dövlət aktlarının hazılanmasına köməklik göstərilməsi xahiş edilmişdir. İş materiallarına əlavə edilmiş 24 sentyabr 2023-cü tarixli, 34 nömrəli arayışında Cəlilabad rayonu Cəlayir kənd Bələdiyyəsi 1,71 hektar torpaq sahəsinin İddiaçı adına qeydə alınmasına və çıxarışın verilməsinə etiraz etmədiklərini bildirmişdir. Beləliklə, iş üzrə təqdim edilmiş sənədlərlə müəyyən olunur ki, Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 30 dekabr 1997-ci il tarixli, 12 saylı qərarına əsasən Cəlilabad rayonunun Lallar kənd sakini İddiaçı və onun X11, X12 və X2 ibarət digər ailə üzvlərinə adambaşı 0,44 ha olmaqla 1,76 ha pay torpaq sahəsi verilmiş, lakin həmin torpaq sahəsinin yerquruluşu layihəsi və torpaqdan istifadəyə dair dövlət aktı iddiaçılara təqdim olunmamış, bu səbəbdən cavabdeh inzibati orqan həmin torpaq sahəsi üzərində İddiaçı, X5, X6 və X7 mülkiyyət hüquqlarının qeydə alınmasından və bu barədə müvafiq çıxarışın verilməsindən imtina etmişdir. Məhkəmə hesab edir ki, Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 30 dekabr 1997-ci il tarixli, 12 saylı qərarına əsasən Cəlilabad rayonunun Lallar kənd sakini İddiaçı və onun 3 nəfərdən ibarət digər ailə üzvlərinə adambaşı 0,44 ha olmaqla verilmiş 1,76 ha pay torpaq sahəsinin yerquruluşu layihəsinin və torpaqdan istifadəyə dair dövlət aktının müvafiq təşkilatlar tərəfindən hazırlanıb təqdim edilməməsi iddiaçılardan asılı olan hal deyil və bununla əlaqədar məsuliyyətin onların üzərinə qoyulması yolverilməzdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə hazırkı iş üzrə məhkəmə tikintitexniki ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə olunmuşdur. Ekspertiza qarşısında aşağıdakı suallar qoyulmuşdur: - Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 30 dekabr 1997-ci il tarixli, 12 saylı qərarı ilə İddiaçı və onun ailə üzvlərinə ayrılmış 1.76 ha pay torpaq sahəsinin naturada yeri və koordinatları müəyyən edilsin. - Mübahisəli torpaq sahəsinin faktiki koordinatları üçüncü şəxslərin mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşürsə, hansı hissədə və hansı ölçüdə üst-üstə düşməsi müəyyən edilsin. - Mübahisəli torpaq sahəsi ayrılan zaman, eləcə də hazırda hansı növ kateqoriyada (kənd təsərrüfatı torpaqları, yaşayış məntəqələrinin torpaqları və s.) olması müəyyən edilsin. - Mübahisəli torpaq sahəsi ayrılan zaman, eləcə də hazırda hansı növ mülkiyyətdə, yəni dövlət, bələdiyyə və ya xüsusi mülkiyyətdə olması müəyyən edilsin. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin iş üzrə məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli, 10/3570 nömrəli ekspert rəyində aşağıdakılar bildirilmişdir: Qərardadın birinci sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-44/2-1301/2023 saylı mütəxəssis rəyinə əsasən, Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 30 dekabr 1997-ci il tarixli, 12 saylı qərarı ilə İddiaçı və onun ailə üzvlərinə ayrılmış kənd təsərrüfatı təyinatlı 1,76 ha pay torpaq sahəsi Lallar kəndinin kompleks yerquruluşu layihəsində, həm də Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialında öz əksini tapmadığından onun yerini müəyyən etmək mümkün olmamışdır. İddiaçı iddia etdiyi, mübahisələndirilən 1,76 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin faktiki istifadə (1,71 hektaradək) üzrə yerləşmə vəziyyəti, ölçüləri və döngə nöqtələrinin koordinatları müəyyən edilərək mütəxəssis rəyinə əlavə olunmuş yerquruluşu planında göstərilmişdir. Qərardadın ikinci və üçüncü sualları üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2023-cüil tarixli, 3-21-3-44/2-1301/2023 saylı mütəxəssis rəyinə əsasən, iddiaçının iddia etdiyi, mübahisələndirilən faktiki 1.71 hektaradək torpaq sahəsinin koordinatları Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialına görə Cəlilabad rayonu Cəlayir bələdiyyəsi Lallar kəndi üzrə mülkiyyətinə aid edilən kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin hüdudları daxilində (üst-üstə düşmə) yerləşir. İddiaçı iddia etdiyi faktiki torpaq sahəsinin islahat zamanı və hazırkı kateqoriyası kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olduğu müəyyən edilmişdir. Qərardadın dördüncü sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-44/2-1301/2023 saylı mütəxəssis rəyinə əsasən, İddiaçı iddia etdiyi faktiki torpaq sahəsinin islahat zamanı Lallar və qonşu Pərdili kəndinin kompleks yerquruluşu layihəsinə görə xüsusi mülkiyyətdə olan kənd təsərrüfatı təyinatlı pay torpaq sahələrinin, Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialına əsasən isə hazırkı mülkiyyət növü Cəlilabad rayonu Cəlayır bələdiyyəsinin Lallar kəndi üzrə mülkiyyətinə aid edilən əkin təyinatlı torpaq sahəsinin hüdudları daxilində (üst-üstə düşmə) yerləşdiyi müəyyən edilmişdir. Göründüyü kimi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/3570 nömrəli ekspert rəyinə, həmçinin işdə olan İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-44/2-1301/2023 saylı məktubuna əlavə edilmiş mütəxəssis rəyinə və ona əlavə olunmuş hazırki iş üzrə mübahisəli torpaq sahəsinin yerquruluşu planına əsasən Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 30 dekabr 1997-ci il tarixli, 12 saylı qərarı ilə İddiaçı və onun ailə üzvlərinə ayrılmış kənd təsərrüfatı təyinatlı 1,76 ha pay torpaq sahəsinin faktiki istifadə (1,71 hektaradək) üzrə yerləşmə vəziyyəti, ölçüləri və döngə nöqtələrinin koordinatları, həmçinin İddiaçı, X5, X6 və X7 iddia etdikləri faktiki torpaq sahəsinin aqrar islahatı zamanı Lallar və qonşu Pərdili kəndinin kompleks yerquruluşu layihəsinə görə xüsusi mülkiyyətdə olan kənd təsərrüfatı təyinatlı pay torpaq sahələrinin hüdudları daxilində yerləşdiyi müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 30 dekabr 1997-ci il tarixli, 12 saylı qərarı ilə İddiaçı, X11, X12 və X8 ayrılmış kənd təsərrüfatı təyinatlı 1,76 ha pay torpaq sahəsinin Lallar kəndinin kompleks yerquruluşu layihəsində, həm də Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialında öz əksini tapmaması, həmin torpaq sahəsinin sonradan yaradılmış Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialına əsasən hazırkı mülkiyyət növünün Cəlilabad rayonu Cəlayır bələdiyyəsinin Lallar kəndi üzrə mülkiyyətinə aid edilən əkin təyinatlı torpaq sahəsi kimi qeyd olunması iddiaçıların iradəsindən asılı olan hal deyil və bununla əlaqədar məsuliyyətin onların üzərinə deyil, Cəlilabad Rayon Aqrar İslahat Komissiyasının 30 dekabr 1997-ci il tarixli 12 saylı qərarına əsasən “aqrar islahatlarının uğurla başa çatdırılması üçün torpaqların mülkiyyətə verrilməsinə dair yerquruluşu layihələrinin və dövlət aktlarının hazılanmasından ötrü sənədlərin qrafikdə nəzərdə tutulan müddətdə kompüter mərkəzinə göndərilməsinin təmin edilməsi tapşırılmış rayon aqrar islahatı komissiyası üzvlərinin, X17 komissiyasiyaları sədrlərinin, rayon icra hakimiyyəti başçısının inzibati ərazi dairələri nümayəndələrinin, habelə həmin qərarla islahatı aparılmış torpaqların kompleks yerquruluşu layihələrinin və torpaqlardan istifadəyə dair dövlət aktlarının hazılanması xahiş edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq Komitəsinin üzərinə qoyulmalıdır. Qeyd olunanları, o cümlədən Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 30 dekabr 1997-ci il tarixli, 12 saylı qərarının qüvvədə olmasını, həmin qərar əsasında İddiaçı və onun ailə üzvlərinə ayrılmış kənd təsərrüfatı təyinatlı 1,76 ha pay torpaq sahəsinin 25 ildən yuxarı olmaqla hazırki vaxtadək iddiaçıların istifadəsində olmasını və sözügedən torpaq sahəsi üzrə heç bir mübahisənin mövcud olmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı, X11, X12 və X13 “torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını və bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”nı tələb etməkdə haqlıdırlar. Eyni zamanda, məhkəmə hesab edir ki, qanunvericiliyin tələbi baxımından mübahisə predmeti olan torpaq sahəsi İddiaçı, X11, X12 və X8 qanunla müəyyən edilmiş qaydada ayrıldığından və torpaq sahəsinə dair qərar hüquqların dövlət qeydiyyatı üçün əsas hesab edildiyindən iddiaçıların həmin torpaq sahəsi üzərində hüquqları dövlət qeydiyyatına alınmalıdır. Bundan əlavə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mübahisə predmeti olan torpaq sahəsinin iddiaçıya və onun ailə üzvlərinə ayrılması barədə inzibati aktın, habelə həmin torpaq sahəsinin digər şəxslərin hüquqları ilə yüklü olmaması halının mövcudluğu “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları ilə uzlaşmır. Bütün qeyd olunanların məcmusunda məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin imtinası qanuna zidd və iddiaçıların hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Qeyd olunanların hüquqi təminatı kimi məhkəmə aşağıda göstərilən qanunvericilik aktlarının müvafiq maddi və prosessual hüquq normalarına istinad edir: Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə görə qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19.1-ci maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə görə təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanununun 8.0.1-ci maddəsinə görə qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. Həmin Qanunun 10.2-ci maddəsinə görə qeydiyyata orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə (3.0.2-ci bənd) görə hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, (3.0.3-cü bənd) təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, (3.0.4-cü bənd) bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, (3.0.5-ci bənd) hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, (3.0.7-ci bənd) hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, (3.0.11-ci bənd) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək, (3.0.23-cü bənd) daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək Xidmətin vəzifələri sırasına daxildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli qərarındakı hüquqi mövqeyə əsasən, “Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir. İnzibati ədliyyə mərhələsində isə məhkəmələr inzibati aktın məqsəd və xarakterini, inzibati icraat mərhələsində yol verilmiş pozuntuların bu aktın qəbul edilib-edilməməsinə göstərəcəyi təsiri nəzərə alaraq, şəxsin qanuni gözləntiləri ilə publik maraqların nisbətinin qorunması və Konstitusiyanın müdafiə etdiyi dəyərlər arasında ədalətli tarazlığın təmin edilməsi məqsədi ilə işdə olan bütün sübutları qiymətləndirməklə və bütün prosessual imkanlardan istifadə etməklə şəxsin hüquqlarının qeydiyyata alınması vəzifəsinin müvafiq inzibati orqanın üzərinə qoyulub-qoyulmaması barəsində ədalətli qərar qəbul etməlidir.” Azərbaycan Respublikası Mülki Məcəlləsi 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə görə daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə nzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 108-ci maddəsinə görə prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumundan və digər ödəmələrdən) və hüquq müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir (maddə 108.1). Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir (maddə 108.2). Həmin Məcəllənin 110.1-ci maddəsinə görə prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hazırki mübahisə üzrə inzibati araşdırmanın nəticəsi olaraq hesab edir ki, iddia təmin edilməli, Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 30 dekabr 1997-ci il tarixli, 12 saylı qərarı ilə İddiaçı, X9, X10 və X8 verilmiş Cəlilabad rayonu, Lallar kəndində yerləşən 1.71 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsi üzərində iddiaçılar İddiaçı, X5, X6 və X7 mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalı və bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin üzərinə qoyulmalı, iş üzrə təyin edilmiş ekspertiza xərci kimi 50 (əlli) manat pul vəsaiti iddiaçılara aid edilməlidir. Göstərilənlərə əsasən və İPM-in 4.1-ci, 23.1-ci, 58.7-ci, 75-ci, 78 – 79-cu, 81-ci, 85ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 30 dekabr 1997-ci il tarixli, 12 saylı qərarı ilə İddiaçı, X9, X10 və X8 verilmiş Cəlilabad rayonu, Lallar kəndində yerləşən 1.71 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsi üzərində iddiaçılar İddiaçı, X5, X6 və X7 mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin üzərinə qoyulsun. Ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pul vəsaiti iddiaçılar İddiaçı, X3, X4 və X2 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, ********** X1, KOD 210005, VÖEN **********1, Müxbir hesab AZ 41 NABZ********************, SWİFT BİK CTREAZ 22) hesabına köçürülsün. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov
Məhkəmə qərarları › İş №2-1(120)-162/2024
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-162/2024
26.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver