Məhkəmə qərarları › İş №2-1(120)-162/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-162/2025

14.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-162/2025 14.10.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Abdullayev Cavid Tariyel oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı “X12 və onun ailə üzvlərinə verilmiş JN-508A, Kod 90701004 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsi, xx.xx.2004-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən İmişli şəhəri, Ü.Hacıbəyov küçəsi 21 saylı ünvanda yerləşən 0,05 ha torpaq sahəsi və torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi ilə bağlı xüsusi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestr xidmətində qeydiyyata alınaraq müvafiq çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı “yaşayış evinin və torpaq sahəsinin dövlət reystrində qeydiyyata alınması, texniki pasportun tərtib edilməsi və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə X12, X5, X13, X9 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdirlər. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında iddiaçı ərizə ilə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinin əsl cavabdeh İmişli rayon İcra Hakimiyyəti ilə əvəz edilməsi, eləcə də iddianın “İmişli rayon Aqrar İslahat Komissiyasının xx.xx.2006-cı il tarixli, 01 saylı qərarı əsasında İmişli şəhəri, Ü.Hacıbəyov küçəsi 21 ünvanında 0,05 ha torpaq sahəsi ilə bağlı X8 və onun ailə üzvləri X2, X10 və X6 verilməsi hissəsində ləğv olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi göstərilməyini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin əsl cavabdeh İmişli rayon İcra Hakimiyyəti ilə əvəz edilməsi, iddia “İmişli rayon Aqrar İslahat Komissiyasının xx.xx.2006-cı il tarixli, 01 saylı qərarı əsasında İmişli şəhəri, Ü.Hacıbəyov küçəsi 21 ünvanında 0,05 ha torpaq sahəsi ilə bağlı X8 və onun ailə üzvləri X2, X10 və X6 verilməsi hissəsində ləğv olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi davam etdirilməsi qərara alınmışdır. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında iddiaçı ərizə ilə müraciət edərək, Cavabdeh İmişli rayon İcra Hakimiyyətinin əsl cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsi ilə əvəz edilməsini və iddia tələbinin dəyişdirərək “X12 və onun ailə üzvlərinə verilmiş İmişli rayon Aqrar İslahat Komissiyasının xx.xx.2006-cı il tarixli, 01 saylı qərarı əsasında verilmiş JN-508A, Kod 90701004 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsi” kimi baxılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə cavabdeh İmişli rayon İcra Hakimiyyəti nin əsl cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsi ilə əvəz edilməsi, iddia “X12 və onun ailə üzvlərinə verilmiş İmişli rayon Aqrar İslahat Komissiyasının 25.01,2006-cı il tarixli 01 saylı qərarı əsasında verilmiş JN-508A, KOD 90701004 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsi” kimi davam etdirilməsi qərara alınmışdır. Sonradan iddiaçı iddianın dəyişdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək iddia tələbinin dəyişdirilərək “X12 və onun ailə üzvlərinə verilmiş JN-508A, Kod 90701004 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsi, xx.xx.2004-cü il tarixli alqısatqı müqaviləsinə əsasən İmişli şəhəri, Ü.Hacıbəyov küçəsi 21 saylı ünvanda yerləşən 0,05 ha torpaq sahəsi və torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi ilə bağlı xüsusi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestr xidmətində qeydiyyata alınaraq müvafiq çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, X4 03 fevral 2004-cü il tarixli alqı-satqı müqaviləsi ilə İmişli şəhəri, Ü.Hacibəyov küçəsi 21 saylı ünvanda yerləşən yaşayış evini almış, müqavilədə göstərilib ki, 500 kv.m torpaq sahəsində yerləşin 3 otaqlı yaşayış evi X12 tərəfindən ona satılmışdır. Qeyd edilən ev notariusun alqı-satqı müqaviləsi əsasında xx.xx.2004-cü il tarixdə 1632 nömrəli Qeydiyyat vəsiqəsi ilə adına rəsmiləşdirilmişdir. Həmin vaxtdan İlham və ailə üzvləri evdən köçmüş, ailəsi ilə həmin evi və həyəti təhvil alaraq orada yaşayırdırlar. Sonradan İmişli rayon Aqrar İslahat Komissiyasının xx.xx.2006-cı il tarixli, 01 saylı qərarı ilə həmin evin yerləşdiyi 0,05 hektar torpaq sahəsinə X8 ailə üzvləri X5, X13 və X9 ilə birlikdə JN-508A KOD 90701004 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə verilmişdir. Bu da ona evə və həyətyanı torpaq sahəsinə reyestrdən çıxarış almaqda maneə yaradır. Həmin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə DƏDRX-nin 6 saylı Beyləqan Ərazi İdarəsinə ərizə vermişdir. Həmin idarənin xx.xx.2022-ci il il tarixli cavab məktubunda deyilir ki, müraciətinin icrasından imtina edilmişdir. Səbəb kimi göstərilir ki, “evin yerləşdiyi torpaq sahəsi şəhadətnamə ilə X8 və ailə üzvlərinə ümumi birgə pay üzrə mülkiyyət hüququ verilmişdir”. Cavabdehin imtinası nəticəsində mülkiyyət hüququnu həyata keçirə bilmir. Belə ki, yuxarıda göstərdiyi kimi, İmişli şəhəri, Ü.Hacibəyov küçəsi 21 saylı ünvanda yerləşən yaşayış evini 500 kv.m torpaq sahəsində yerləşən 3 otaqlı yaşayış evi X12 tərəfindən ona 03 fevral 2004-cü il tarixli alqı-satqı müqaviləsi ilə notarius vasitəsilə satılmışdır. Həmin vaxt ev və həyətyanı torpaq sahəsi satıcı X7 adına olmaqla bu hal notarius tərəfindən yoxlanılıb təsdiq edilmişdir. Ona görə X8 və ailə üzvlərinə ümumi birgə pay üzrə mülkiyyət hüququ verilməsi barədə qərar və şəhadətnamə qanunaziddir. Satılmış həyətyanı torpaq sahəsinin 2 il sonra 2006-cı ildə X8 və ailə üzvlərinə ümumi birgə pay üzrə mülkiyyət hüququ verilməsi qanunsuz olduğundan həmin Şəhadətnamə ləğv edilməli və onun mülkiyyət hüququnun qeydiyyata alınmaqla reyestrdən çıxarış verilməlidir. Qeyd olunanlara əsasən iddia tələblərinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsi sərəncama münasibət barədə məktubla bildirmişdir ki, fərdi yaşayış evi üzərində İmişli rayon ikinci Dövlət notariat kontorunun xx.xx.2004-cü il tarixli 4-Ə/10 nömrəli alqısatqı müqaviləsi əsasında mülkiyyət hüququ qeydiyyata alınaraq xx.xx.2004-cü il tarixdə 1632 nömrəli qeydiyyat vəsiqəsi ilə rəsmiləşdirilmişdir. Lakin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi üzərində aqrar islahat komissiyasının xx.xx.2006-cı il tarixli 01 saylı qərarı əsasında JN-508A nömrəli həyətyanı şəhadətnamə X12 və ailə üzvlərinə ümumi birgə pay üzrə mülkiyyət hüququ verilmişdir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılaraq hüquqların dövlət qeydiyyatı aparılır. Həmin Qanununun 15-ci maddəsinə əsasən dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə və hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-cu və 139-1-ci maddəsinə əsasən daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatına alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 2.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və həmin Qanunun 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Odur ki, yuxarıda şərh olunanları nəzərə alaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 2, 9 və 15-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139, 139-1-ci maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən iddaçı İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı “yaşayış evinin və torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınması, texniki pasportun tərtib edilməsi və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə etiraz edirik və iddia tələbinin rədd edilməsi barədə qərar qəbq1 edilməsini xahiş etmişdirlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsi, üçüncü şəxslər X12, X5, X13, X9 məhkəmə iclasına gəlməmişdirlər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə iddiaçının, cavabdehin və üçüncü şəxslərin iştirakları olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. İddianın mümkünlüyü : İddia mümkün iddiadır. İddia inzibati mübahisədir, iddia üzrə mübahisəli daşınmaz əmlak İmişli rayonu ərazisində yerləşdiyindən və İmişli rayonu ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Belə ki, baxılan işdə iddianın ümumi mümkünlük şərtləri, həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. İddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər İş materiallarında olan JN-508A, KOD 90701004 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin surətindən görünür ki, İmişli şəhər sakini X8, X2, X10, X6 İmişli rayonu Aqrar İslahat Komissiyasının xx.xx.2006-cı il tarixli, 01 nömrəli qərarına əsasən 0.05 hektar torpaq sahəsi mülkiyyətlərinə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X1, Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin xx.xx.2004-cü il tarixli, 1628 nömrəli Qeydiyyat Vəsiqəsinin surətindən görünür ki, İmişli şəhəri, Ü.Hacıbəyov küçəsində 21 nömrəli, 3 (üç) otaqdan ibarət yaşayış evi, ümumi sahəsi 158,9 kv.m, yaşayış sahəsi 77,9 kv.m, İddiaçı adına mülkiyyət hüququ əsasında qeydə alınmışdır. İş materiallarında olan xx.xx.2004-cü il tarixli, 199671 nömrəli müqavilənin surətindən görünür ki, İmişli rayon TİB-nun verdiyi xx.xx.2004-cü il tarixli, 1628 nömrəli qeydiyyat vəsiqəsinə və xx.xx.2004-cü il tarixli, 42 nömrəli arayışına əsasən X8 məxsus olan İmişli şəhəri, Ü.Hacıbəyov küçəsi, ev 21-də, 500.0 kv.m torpaq sahəsində yerləşən 1979-cu ildə mişar daşdan tikilmiş, ümumi sahəsi 158.9 kv.m, əsas yaşayış sahəsi 77.9 kv.m, üç otaqdan ibarət yaşayış evini İddiaçı satılmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli, **********93 nömrəli məktubundan görünür ki, İmişli şəhəri, Ü.Hacıbəyov küçəsi ev 21 ünvanında yerləşən fərdi yaşayış evi üzərində imişli rayon ikinci Dövlət notariat kontorunun xx.xx.2004-cü il tarixli 4-Ə/10 nömrəli alqı-satqı müqaviləsi əsasında ümumi sahəsi 0.05 ha olan həyətyanı torpaq sahəsi ilə birgə dövlət reyestrində qeydiyyata alınması barədə 22 aprel 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli müraciətinizə Daşınmaz Əmlakın Kadastrı və X16 Şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsində baxılmışdır. Bununla əlaqədar olaraq bildiririk ki, tərəfindən təqdim edilmiş sənədlərin ekspertizası zamanı qeyd edilən fərdi yaşayış evi üzərində İmişli rayon ikinci Dövlət notariat kontorunun xx.xx.2004-cü il tarixli 4-Ə/10 nömrəli alqı-satqı müqaviləsi əsasında mülkiyyət hüququ qeydiyyata alınaraq xx.xx.2004-cü il tarixdə 1632 nömrəli qeydiyyat vəsiqəsi ilə adına rəsmiləşdirilmişdir. Lakin əldə etdiyi fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi üzərində aqrar islahat komissiyasının xx.xx.2006-cı il tarixli 01 saylı qərarı əsasında JN-508A nömrəli həyətyanı şəhadətnamə X12 və ailə üzvlərinə ümumi birgə pay üzrə mülkiyyət hüququ verilmişdir. İş materiallarında olan İmişli Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(036)-3482/2022 nömrəli qətnaməsindən görünür ki, İddiaçı iddiası təmin edilmiş, cavabdeh X7 İmişli şəhəri, Ü.Hacıbəyov küçəsi ev 21-də yerləşən evə olan istifadə hüququna xitam verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-21-3-02/2-6058/2023 nömrəli məktubundan görünür ki, "xxxx" MMC-nin arxivində İmişli rayon Aqrar İslahat Komissiyasının 25 yanvar 2006-cı il tarixli 31 nömrəli qərarı və İmişli şəhəri üzrə həyətyanı torpaq sahəsinə dair subyektlərin siyahısında İddiaçı adı aşkar edilməmişdir. İş materiallarında olan İmişli rayon İcra Hakimiyyətinin İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli, 5-53-8/2-M-59-091/2023 nömrəli məktubundan görünür ki, Vaqif adına kolxozun yerli Aqrar İslahat Komissiyası həyətyanı torpaq sahələrinə şəhadətnamə verilməsi üçün sənədləri hazırlayıb Rayon Aqrar İslahat Komissiyası və keçmiş Azərbaycan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə təqdim edərkən həmin torpaq sahəsini evin əvvəlki sahibi İlham Rüstəmov və onun ailə üzvülərinin adına işləyib təqdim etmişlər. Hazırda Aqrar islahat Komissiyalarının fəaliyyətinə xitam verilmişdir və məsələnin həlli Rayon İcra Hakimiyyətinin səlahiyyətlərinə aid deyildir. Ona görə də evinizin altında həyətyani torpaq sahəsinin onların adınan çıxarılıb mülkiyyət hüququ ilə Sizin adınıza verilməsi üçün aidiyyəti üzrə müvafiq məhkəmə orqanlarına müraciət etməyini tövsiyyə etmişdirlər. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki və yerqurluşu ekspertizaları təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən xx.xx.2025-ci il tarixli, 3-16-16/2-10/8045 nömrəli ekspert rəyi tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Ekspert rəyindən aşağıdakılar bildirilir: Qərardadın birinci sualı üzrə: İmişli rayonu Aqrar İslahat Komissiyasının xx.xx.2006-cı il tarixli, 01 saylı qərarı və qərar əsasında verilmiş "Torpağın mülkiyyətə verilməsinə dair" JN-508A, KOD 90701004 nömrəli şəhadətnaməyə əsasında X8 və ailə üzvlərinə ayrılmış 0,05 ha torpaq sahəsinin naturada və sənəd üzrə yerləşdiyi ərazinin döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir. Qərardadın ikinci sualı üzrə: İmişli rayonu Aqrar İslahat Komissiyasının xx.xx.2006-cı il tarixli, 01 saylı qərarı və qərar əsasında verilmiş "Torpağın mülkiyyətə verilməsinə dair" JN-508A, KOD 90701004 nömrəli şəhadətnaməyə əsasında X8 və ailə üzvlərinə ayrılmış 0,05 ha torpaq sahəsi xüsusi mülkiyyətdə olmaqla yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid həyətyanı torpaq sahəsidir və təyinatı üzrə istifadə olunur. Qərardadın üçüncü sualları üzrə: İmişli rayonu Aqrar İslahat Komissiyasının xx.xx.2006-cı il tarixli, 01 saylı qərarı və qərar əsasında verilmiş "Torpağın mülkiyyətə verilməsinə dair JN-508A, KOD 90701004 nömrəli şəhadətnaməyə əsasında X8 və ailə üzvlərinə ayrılmış 0,05 ha torpaq sahəsinin koordinatları aidiyyəti qanunvericilik aktlarında, o cümlədən elektron kadastr xəritəsində düzgün olaraq qeyd edilmişdir. Qərardadın dördüncü sualı üzrə: Qeyd edilən torpaq sahəsinin faktiki vəziyyəti ilə sənəd üzrə vəziyyəti arasında uyğunsuzluq mövcud deyildir. İddiaçının faktiki istifadəsində olan torpaq sahəsi sxematik xəritədə mövcuddur və ərazi hüdudları daxilində yerləşir. Qərardadın beşinci sualı üzrə: Torpaq sahələrinin faktiki vəziyyəti ərazi ilə sənəd üzrə vəziyyəti arasında uyğunsuzluq mövcud deyildir. Sənəd üzrə və faktiki istifadə üzrə koordinatları müəyyən edilmiş, torpaq sahəsi faktiki olaraq İddiaçı istifadəsindədir və həyətyanı torpaq sahəsi kimi istifadə olunur. Qərardadın altıncı sualı üzrə: Torpaq sahələrinin faktiki istifadə vəziyyətinin döngə nöqtələrinin koordinatlarında texniki səhv yoxdur. Ona görə də faktiki olaraq istifadə etdiyi həyətyanı torpaq sahəsi üçüncü şəxslərin qanuni istifadəsində olan torpaq sahəsi ilə bağlı mülkiyyət hüquqlarını pozmur. Qərardadın yeddinci sualı üzrə: Mübahisəli torpaq sahəsinin ərazisində İddiaçı tərəfindən yenidən mişar daşı vasitəsi ilə inşa edilmiş 22.60 m x 10.20 m ölçüdə bir mərtəbəli yaşayış binası, eyni zamanda yaşayış binasının qarşı tərəfində 17.50.0 m x 8.30 m ölçüdə və sağ tərəfdə isə 21.0 m x 5.0 m ölçüdə metal konstruksiya vasitəsi ilə quraşdırılmış çardaq mövcuddur. Yaşayış binası və çardaqlar faktiki olaraq İddiaçı tərəfindən istifadə olunur. Araşdırma zamanı müəyyən olunmuşdur ki, inşa olunmuş yaşayış binası Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınmamışdır. Qeyd: Metal konstruksiya vasitəsi ilə quraşdırılmış 250.25 kv.m çardağın 71.83 kv.m hissəsi İddiaçı faktiki istifadəsində olan torpaq sahəsinin ərazisində yerləşir. Qərardadın səkkizinci sualı üzrə: İmişli rayon X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.2004-cü il tarixli, 1628 nömrəli qeydiyyat vəsiqəsinə əsasən, X8 məxsus olmuş və 199671 saylı müqavilə əsasında İddiaçı satılaraq sonuncuya verilən xx.xx.2004cü il tarixli, 1632 nömrəli qeydiyyat vəsiqəsinə əsasən, İmişli şəhəri, Ü.Hacıbəyov küçəsi ev 21 ünvanında yerləşən yaşayış sahəsi (evi) İddiaçı tərəfindən yenidən inşa edildiyi üçün naturada mövcud olmadığına görə və sənəd üzrə yerinin döngə nöqtələrinin koordinatlarını müəyyən etmək mümkün olmadı. Qərardadın doqquzuncu sualı üzrə: İmişli rayon X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.2004-cü il tarixli, 1628 nömrəli qeydiyyat vəsiqəsinə əsasən, X8 məxsus olmuş və 199671 saylı müqavilə əsasında İddiaçı satılaraq sonuncuya verilən xx.xx.2004cü il tarixli, 1632 nömrəli qeydiyyat vəsiqəsinə əsasən, İmişli şəhəri, Ü.Hacıbəyov küçəsi ev 21 ünvanında yerləşən yaşayış sahəsi (evi) İddiaçı tərəfindən yenidən inşa edildiyi üçün naturada mövcud olmadığına görə layihə sənədlərinə, tikilinin planına uyğun inşa edilməsi, yəni həmin tikilinin faktiki yerində olan vəziyyəti ilə sənədlər arasında uyğunsuzluğun olmasını müəyyən etmək mümkün olmadı. Qərardadın onuncu sualı üzrə: İmişli rayonu Aqrar İslahat Komissiyasının xx.xx.2006-cı il tarixli, 01 saylı qərarı və qərar əsasında verilmiş "Torpağın mülkiyyətə verilməsinə dair JN-508A, KOD 90701004 nömrəli şəhadətnaməyə əsasında X8 və ailə üzvlərinə ayrılmış 0,05 ha torpaq sahəsi ilə İmişli X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.2004-cu il tarixli 1628 nömrəli qeydiyyat vəsiqəsinə əsasən, X8 məxsus olmuş və 199671 saylı müqavilə əsasında İddiaçı satılaraq sonuncuya verilən xx.xx.2004-cü il tarixli, 1632 nömrəli qeydiyyat vəsiqəsinə əsasən, İmişli şəhəri, Ü.Hacıbəyov küçəsi ev 21 ünvanında yerləşən yaşayış sahəsinin (evinin) yerləşdiyi torpaq sahəsi eyni ərazini əhatə edir. Yəni, koordinatları aidiyyəti qanunvericilik aktlarında, o cümlədən elektron kadastr xəritəsində düzgün olaraq qeyd edilmişdir. Qərardadın on birinci sualı üzrə: İmişli rayonu Aqrar İslahat Komissiyasının xx.xx.2006-cı il tarixli, 01 saylı qərarı və qərar əsasında verilmiş "Torpağın mülkiyyətə verilməsinə dair" JN-508A, KOD 90701004 nömrəli şəhadətnaməyə əsasında X8 və ailə üzvlərinə ayrılmış 0,05 ha torpaq sahəsinin koordinatları İmişli X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən venimiş xx.xx.2004-cü il tarixli, 1628 nömrəli qeydiyyat vəsiqəsinə əsasən, X8 məxsus olmuş və 199571 saylı müqavilə əsasında İddiaçı satılaraq sonuncuya verilən xx.xx.2004-cü il tarixli, 1632 nömrəli qeydiyyat vəsiqəsinə əsasən, İmişli şəhəri, Ü.Hacıbəyov küçəsi ev 21 ünvanında yerləşən yaşayış sahəsinin (evinin) yerləşdiyi torpaq sahəsi ilə eyni ərazi olduğuna görə üst-üstə düşsə də başqa üçüncü şəxslərin qanuni istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşmür. Qərardadın on ikinci sualı üzrə: Qeyd edilən mübahisəli torpaq sahəsi faktiki olaraq İddiaçı istifadəsindədir və həyətyanı torpaq sahəsi kimi istifadə olunur. Qərardadın on üçüncü sualı üzrə: İmişli rayonu Aqrar İslahat Komissiyasının xx.xx.2006-cı il tarixli, 01 saylı qərarı qərar əsasında verilmiş "Torpağın mülkiyyətə verilməsinə dair JN-508A, KOD 90701004 nömrəli şəhadətnaməyə əsasında Rüstəmov liham Mirağa oğluna va ailə üzvlərinə ayrılmış 0,05 ha torpaq sahəsinin və İmişli X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.2004-cü il tarixli, 1628 nömrəli qeydiyyat vəsiqəsinə əsasən X8 məxsus olmuş və 199671 saylı müqavilə əsasında İddiaçı satılaraq sonuncuya verilən xx.xx.2004cü il tarixli, 1632 nömrəli qeydiyyat vəsiqəsinə əsasən, İmişli şəhəri, Ü.Hacıbəyov küçəsi ev 21 ünvanında yerləşən yaşayış sahəsinin (evinin) yerləşdiyi torpaq sahəsinin faktiki istifadə vəziyyətinin döngə nöqtələrinin koordinatlarında texniki səhv yoxdur. Ona görə də üçüncü şəxslərin qanuni istifadəsində olan torpaq sahəsi ilə bağlı mülkiyyət hüquqlarının pozulmayacağı müəyyən edilmişdir. İş materiallarında olan Şirvan şəhər 1 saylı notariat ofisinin xüsusi notariusu X11 tərəfindən təsdiq edilmiş, İmişli rayonu, Yalavac kəndində qeydiyyatda olan X7 xx.xx.2025-ci il tarixli, **********179 nömrəli ərizəsindən görünür ki, İddiaçı iddia etdiyi torpaq sahəsinə dair sənədləşməsinə heç bir etirazı yoxdur. İmişli rayon DNK-nun xx.xx.2004-cü il 4Ə-10 saylı reyestrlə alqı-satqı müqaviləsinə əsasən ona satmış və hal-hazırda da həmin torpaq sahəsi İddiaçı istifadəsindədir. Əsaslandırma hissəsi: Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi İddia həm də əsaslıdır. Belə ki, iddiaçı X12 və onun ailə üzvlərinə verilmiş JN-508A, Kod 90701004 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsi, xx.xx.2004-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən İmişli şəhəri, Ü.Hacıbəyov küçəsi 21 saylı ünvanda yerləşən 0,05 ha torpaq sahəsi və torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi ilə bağlı xüsusi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestr xidmətində qeydiyyata alınaraq müvafiq çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddiaçının tələbinin təmin olunmamasında ifadə olunan cavabdeh inzibati orqanın hərəkətləri qanuna ziddir. Cavabdeh inzibati orqanın bu hərəkəti iddiaçının hüquqlarını pozur (İPM-in 34.1-ci maddəsi). Bu səbəbdən də iddia təmin edilməlidir. Məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsində təsbit olunmuşdur ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19-cu maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (maddə 139.1). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. (maddə 139-1.1.5). Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (maddə 152.1). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun əsasən qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (maddə 1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir (maddə 15). Həmin Qanunun 8-ci maddəsinə əsasən : 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. “Torpaq islahatı haqqında” AR Qanunun 9-cu maddəsinə görə vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə (3.0.2-ci bənd) görə, hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, (3.0.3-cü bənd) təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, (3.0.4-cü bənd) bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, (3.0.5-ci bənd) hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, (3.0.7-ci bənd) hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, (3.0.11-ci bənd) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələri sırasına daxildir. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarından göründüyü kimi, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir. Həmin maddəsinin tələbinə əsasən bələdiyyə orqanları tərəfindən müvafiq olaraq bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair qəbul olunmuş aktlar (qərarlar) və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyata alınması əsasları sırasına daxildir. İddiaçı hüquqmüəyyənedici sənədləri (Aqrar qərarı və şəhadətnaməsi) həm inzibati orqana, həm də məhkəməyə təqdim etmişdir. Başqa sözlə, qeyd olunan torpaq sahəsinə dair sənədlərin natamam olması və ya tam təqdim edilməməsi, informasiya sistemində yanlış qeyd edilməsi iddiaçının mövcud hüququnun qeydə alınmasından imtina üçün əsas deyildir, qeyd olunan hal iddiaçının təqsirindən baş verməmiş və buna görə onun mülkiyyət hüququ məhdudlaşdırıla bilməz. Məhkəmə sorğuları nəticəsində imtinada göstərilən uyğunsuzluqların olmadığı müəyyən edilmişdir. Məhkəmə, eyni zamanda Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 3-16- 16/2-10/8045 nömrəli ekspert rəyini mötəbər sübut kimi qəbul edir. Ümumi araşdırma nəticəsində müyyən edilir ki, X12 və onun ailə üzvlərinə verilmiş JN-508A, Kod 90701004 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə 2006cı ildə verilmişdir. Lakin iş materiallarına əlavə edilən İmişli rayon ikinci Dövlət notariat kontorunun xx.xx.2004-cü il tarixli 4-Ə/10 nömrəli alqı-satqı müqaviləsi əsasında X12 tərəfindən 500 kv.m torpaq sahəsində yerləşən fərdi yaşayış evi İddiaçı satılmış və sonuncunun mülkiyyət hüququ qeydiyyata alınaraq xx.xx.2004-cü il tarixdə 1632 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Cavabdeh inzibati orqan elektron informasiya sistemində torpaq sahəsinin şəhadətnamə üzrə X7 və onun ailə üzvlərinin adının qeyd edildiyini bildirsə də, İlham Rüstəmov tərəfindən 2004-cü ildə torpaq sahəsinində satıldığını nəzərə almamışdır. İş materiallarına əlavə edilən sübutlara və ekspert rəyinə əsasən torpaq sahəsinin və üzərində yerləşən fərdi yaşayış evinin eyni ərazini təşkil etdiyi və 2004-cü ildən İddiaçı istifadəsində olduğu müəyyən edilir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 88-ci maddəsinin 3-cü bəndinə əsasən Torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən binaya, o cümlədən fərdi yaşayış evinə, habelə qurğuya mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə müəyyənləşdirilən torpaq sahəsinə hüquqlar binanı (fərdi yaşayış evini) və ya qurğunu əldə edənə keçir. Torpaq sahəsinin bina (fərdi yaşayış evi) və ya qurğu yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 88-ci maddəsinin 3-cü bəndinin alqı-satqı həyata keçirilən dövrdə, yəni 2004-cü il üzrə redaksiyasında qeyd edilmişdir ki, Torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən fərdi yaşayış evinə mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə başqa hal nəzərdə tutulmayıbsa, müəyyənləşdirilən torpaq sahəsinə hüquqlar həmin evi əldə edənə keçir. Əgər yaşayış evinin özgəninkiləşdirilməsi haqqında müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, torpaq sahəsinin ev yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir. Göründüyü kimi üquqların qe Belə olan halda məhkəmə hesab edir ki, hər iki qanunvericilik üzrə hüquqlarn qeydə alınması ilə bağlı iddiaçı tələbində haqlı olmuş və sənədlərdə olan yanlışlıqlar onun mülkiyyət hüquqlarının pozulması ilə nəticələnmişdir. dov Yaşar Ərəstun oğlunun istifadəsindədir və həyətyanı torpaq sahəsi kimi istifadə olunur. Qeyd olunmalıdır ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 64.2-ci maddəsinə görə inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 65.1-ci maddəsinə görə aşağıdakı inzibati aktlar etibarsız sayılır: hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt, müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt, qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt, maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt, faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt, kimə ünvanlandığı aydın olmayan inzibati akt. Həmin Qanunun 67.6-cı maddəsinə əsasən maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda, səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda, inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 19 noyabr 2021-ci il tarixli «X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» qərarında «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 64.2-ci maddəsinə istinad edərək vurğulamışdır ki, qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, «İnzibati icraat haqqında» Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qüvvədə olan inzibati aktın qəbul edilməsi zamanı iştirak xarakterli sənədlərin olmadığı hallarda məsələ inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir. Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir. İnzibati ədliyyə mərhələsində isə, məhkəmələr inzibati aktın məqsəd və xarakterini, inzibati icraat mərhələsində yol verilmiş pozuntuların bu aktın qəbul edilibedilməməsinə göstərəcəyi təsiri nəzərə alaraq, şəxsin qanuni gözləntiləri ilə publik maraqların nisbətinin qorunması və Konstitusiyanın müdafiə etdiyi dəyərlər arasında ədalətli tarazlığın təmin edilməsi məqsədi ilə işdə olan bütün sübutları qiymətləndirməklə və bütün prosessual imkanlardan istifadə etməklə şəxsin hüquqlarının qeydiyyata alınması vəzifəsinin müvafiq inzibati orqanın üzərinə qoyulub-qoyulmaması barəsində ədalətli qərar qəbul etməlidir. JN-508A, Kod 90701004 nömrəli torpaq sahəsi hal-hazırda İddiaçı istifadəsindədir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 19.1-ci maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə görə təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 36.3-cü maddəsinə görə qəbul olunması nəzərdə tutulan inzibati aktın digər fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanunla qorunan maraqlarına birbaşa təsir edəcəyi güman olunduğu hallarda, inzibati orqan həmin şəxslərin üçüncü (maraqlı) şəxs qismində icraatda iştirakını təmin etməyə borcludur. Həmin Qanunun 36.4-cü maddəsinə görə qəbul olunması nəzərdə tutulan inzibati akt üçüncü şəxslərin qanunla qorunan maraqlarına toxunacağı halda, inzibati orqan onları öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatətinə əsasən iştirakçı kimi icraata cəlb edə bilər. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, JN 508A, KOD 90701004 saylı “torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin tərtib edilməsi ilə iddiaçı tərəfin subyektiv hüquqları pozulmuşdur. Başqa sözlə, cavabdehin imtinası qanunazidd və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 68.1-68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək X12 və onun ailə üzvlərinə verilmiş JN- 508A, Kod 90701004 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsi, xx.xx.2004-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən İmişli şəhəri, Ü.Hacıbəyov küçəsi 21 saylı ünvanda yerləşən 0,05 ha torpaq sahəsi və torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi ilə bağlı xüsusi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestr xidmətində qeydiyyata alınaraq müvafiq çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə İddiaçı iş üzrə verilmiş ekspert rəyi ilə bağlı xərclərin onlara aid edilməsi barədə ərizəsini nəzərə alaraq hesab edir ki, prosessual xərclər iddiaçının məhkəməyə təqdim etdiyi ərizəsi nəzərə alınaraq iddiaçılar tərəfə aid edilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 115.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı iddia tələbi təmin edilsin. X12 və onun ailə üzvlərinə verilmiş JN-508A, Kod 90701004 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsi, xx.xx.2004-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən İmişli şəhəri, Ü.Hacıbəyov küçəsi 21 saylı ünvanda yerləşən 0,05 ha torpaq sahəsi və torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi ilə bağlı xüsusi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestr xidmətində qeydiyyata alınaraq müvafiq çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin üzərinə qoyulsun. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki və yerquruluşu ekspertizasının keçirilməsinə görə 50 manat ekspertiza tədqiqatının dəyəri İddiaçı tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (SAP hesabı: X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ******************** SWİFT BİK CTREAZ 22. Məhkəmə Ekspertiza Mərkəzi: VÖEN **********, Hesab № AZ34CTRE********************) köçürülsün. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar