Məhkəmə qərarları › İş №2-1(120)-1623/2025

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-1623/2025

15.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-1623/2025 15.01.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Şahəli Calal oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əlişova Nuridə Əliverdi qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “Cavabdeh Başçısının xx.xx.1998-ci il tarixli, 228 saylı sərəncamının ləğv edilməsi” tələbinə dair inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı “Cavabdeh Başçısının xx.xx.1998-ci il tarixli, 228 saylı sərəncamının ləğv edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şirvan İnzibаti Məhkəməsinin 02 dekabr 2024-cü il tаriхli, 2-1(120)-4564/2024 nömrəli qərardadı ilə X2 iş üzrə zəruri cəlb etmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. İddiaçı məhkəmə iclasında izahatında Cavabdeh xx.xx.1998-ci il tarixli, 228 saylı sərəncamın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh nümayəndəsi və üçüncü şəxs X7 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə Cavabdeh nümayəndəsinin və üçüncü şəxs X2 iştirakı olmadan baxılmasını mümkün hesab edir. Əsaslandırıcı hissə: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı iddiası mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 9-cu bəndində qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayıla bilər. İddia tələbindən görünür ki, İddiaçı Cavabdehnə qarşı iddia qaldıraraq Cavabdeh Başçısının xx.xx.1998-ci il tarixli, 228 saylı sərəncamının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının hazırkı iddia tələbinə münasibətdə qeyd edir ki, iddiaçının hazırkı iddia tələbi mübahisələndirmə haqqında iddia növünə aiddir. Məhkəmə qeyd edir ki, iddianın ümumi mümkünlük şərləri ilə yanaşı bəzi iddia növləri üzrə xüsusi mümkünlük şərtləri mövcuddur. Mübahisələndirmə haqqında iddiaların xüsusi mümkünlük şərtlərindən biri həmin inzibati aktdan qanunla nəzərədə tutulmuş müddət ərzində şikayət verilməsidir. Nəzərə alsaq ki, iddiaçının hazırkı iddia tələbi mübahisələndirmə haqqında iddia növünə aiddir bu zaman iddiaçı mübahisə etdiyi qərardan vaxtında (İPM-nin 38.1-ci maddəsində nəzərdə tutulmuş 30 gün müddətində) şikayət verdiyini sübut etməlidir. Lakin iddiaçı məhkəmə tərəfindən ona yardım olunmasına baxmayaraq mübahisələndirdiyi inzibati aktdan vaxtında şikayət verilməsinə dair sübutlarını məhkəməyə təqdim etməmişdir. Belə ki, iş materiallarına əlavə olunmuş Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(120)-749/2024 nömrəli qərarı ilə (hakim Hilal Nəcəfov) iddia tələbinin təmin edilməsi, Salyan bələdiyyəsinin X4 ayrılmış torpaq sahəsi ilə bağlı xx.xx.2007-ci il tarixli, 13 saylı qərarının etibarsız sayılması qərara alınmışdır. İş materiallarına əlavə olunmuş Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(120)-749/2024 nömrəli qərarının əsaslandırma hissəsində aşağıdakı iş materialları qeyd edilmişdir: “İş materiallarında olan “Salyan şəhər sakini X5 avtomobillərin təmir emalatxanası və iaşə xidməti tikintisi altına torpaq sahəsi ayrılması barədə” Cavabdeh Başçısının xx.xx.1998-ci il tarixli, 228 saylı sərəncamından çıxarışında göstərilir ki, “Salyan şəhərində, 9 №-li SMD-nin yeməkxana binasının şimal tərəfində, Bakı-Astara yolu ilə Akkuşa kanalının arasında qalan hissədə abadlıq işləri üçün ümumi sahəsi 30 x 60 metr ölçüdə torpaq sahəsi ayrılması və orada 10 x 20 metr ölçüdə iaşə xidməti və avtomobillərin təmir emalatxanası tikintisi aparılması barədə mütəxəssis rəyi təsdiq edilsin. Arxitektura, Tikinti və MKT şöbəsinə tapşırılsın ki, ayrılmış torpaq sahəsinin hüdudları yerində müəyyən edilsin. Sərəncamın surəti arxitektura, tikinti və MKT şöbəsinə, rayon vergi müfəttişliyinə və texniki inventarlaşdırma idarəsinə verilsin”. “İş materiallarında olan xx.xx.2000-ci il tarixli müqavilənin surətindən görünür ki, Salyan şəhəri, Y.Qasımov küçəsi 4-də yaşayan X9 Bakı şəhəri, Naxçıvanski küçəsi 77/12də yaşayan X11 arasında Salyan şəhəri, Bakı-Astara yolu ilə Akkuşa kanalı arasında yerləşən 1800, kv.m torpaq sahəsində yerləşən ümumi sahəsi 10,0 kv.m, əsas sahəsi 10,0 kv.m 1999-cu ildə tikilmiş, divar və dam örtüyü dəmirdən tikilmiş xidməti obyekti, bir otaqdan ibarət X1.” “İş materiallarında olan Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mənzil- Kommunal Təsərrüfatı Komitəsi Baş Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsindən görünür ki, Salyan şəhərində Bakı-Astara yolu ilə Akkuşa kanalı arasında yerləşən qeyri-yaşayış binası X6 adına xx.xx.2000-ci il tarixdə 6 nömrəli reyestr kitabında 41-ci səhifəsində 145 reyestr nömrəsi ilə qeydə alınmışdır.” “İş materiallarında olan Cavabdeh başçısının xx.xx.2000-ci il tarixli, 169C saylı sərəncamın surətindən görünür ki, Bakı şəhər sakini X8 balıq məhsullarının yetişdirilməsi və satışının təşkil olunması üçün Bakı-Astara yolunun sol tərəfində, “Babək” restoranın cənubunda o, 2 ha, ikinci parça Akkuşa çayının sol tərəfində, su nasos stansiyası ilə 9 nömrəli SMD-nin aralığında olan boş və istifadəsiz ərazidən 1,0 ha. cəmi 1,2 ha. torpaq sahəsi ayrılmışdır.” “İş materiallarında olan Salyan bələdiyyəsinin sədr müavini R.Cavadovun, Salyan RİH Memarlıq və Tikinti şöbəsinin müdiri T.Hüseynovun, Salyan rayon DT və XK-nın rayon şöbəsinin müdiri O.Quliyevin, Salyan rayon DT və XK-nın rayon şöbəsinin baş mütəxəssisi Y.Dadaşovun, Salyan SES-nın baş həkimi M.Ağayevin, Muğan Regional DYNİ-nin böyük inspektoru O.Məmmədyarovun, Salyan RİH-nin şəhər üzrə nümayəndəsi Ə.Abdullayevin, Salyan şəhəri, C.Cabbarlı küçəsi 68 saylı evin sakini X3 iştirakı ilə tərtib etdikləri aktın surətindən görünür ki, G.S.Hüseynova Salyan bələdiyyəsinə ərizə ilə müraciət edərək Ələt Astara magistral avtomobil yolunun 56,2-cı km-də, yolun şərqində, yolun mərkəzi oxundan 30 metr kənar, bələdiyyə mülkiyyəti torpağında, iaşə obyekti tikintisi altına 1050 kv m ölçüdə torpaq sahəsinin onun mülkiyyətinə verilməsini xahiş edir. Bununla əlaqədar komissiya yerə baxış keçirmiş və Salyan şəhəri C.Cabbarlı küçəsi 68 saylı evin sakini X4 Ələt-Astara magistral avtomobil yolunun 56,2-cı km-də, yolun şərqində, yolun mərkəzi oxundan 30 metr kənar, bələdiyyə mülkiyyəti torpağında, iaşə obyekti tikintisi altına 1050 kvm ölçüdə torpaq sahəsinin onun mülkiyyətinə verilməsi məqsədə müvafiqdir. Ayrılan ərazidə eiektrik, qaz, rabitə, mühəndis-kommunikasiya xidmətinin mühafizə zolağının saxlanması G.Hüseynovaya tapşırılmışdır.” “İş materiallarında olan Salyan bələdiyyəsinin 30 aprel 2007-ci il tarixli 13 saylı qərarından görünür ki, Salyan şəhəri, C.Cabbarlı küçəsi 68 saylı evin sakini X4 Ələt- Astara magistral avtomobil yolunun 56,2-ci km-də, yolun şərqində, yolun mərkəzi oxundan 30 m aralı, bələdiyyə mülkiyyəti torpağında, iaşə obyekti tikintisi altına 1050 kvm ölçüdə torpaq sahəsi satılmışdır.“ “İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Salyan şəhər sakini N X4 Salyan bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 13 saylı qərarı ilə 1050 kv.m iaşə obyekti tikintisi altına torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir.” “İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi DT və XK Torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Salyan şəhər sakini X4 Salyan bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 13 saylı qərarı ilə 1050 kv.m iaşə obyekti tikintisi altına torpaq sahəsi ilə bağlı tərtib edilmişdir.” İddiaçı Cavabdeh Başçısının xx.xx.1998-ci il tarixli, 228 saylı sərəncamının 1050 kv m hissəsinin deyil bütövlükdə ləğv edilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, iddiaçının Cavabdeh Başçısının xx.xx.1998-ci il tarixli, 228 saylı sərəncamının bütövlükdə yəni 1800, kv.m hissədə ləğv edilməsi tələb etmiş, iş materiallarına əsasən onun Salyan bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 13 saylı qərarı ilə 1050 kv.m aidd hissədə sərəncamın ləğv edilməsini tələb etməkdə sübuyektivi hüququ olduğu müəyyən edilmiş, hazırda mübahisələndirilən sərəncamın bütövlükdə ləğv edilməsini tələb etməkdə subyektiv hüququnun olmasına dair subütlarını məhkəməyə təqdim etməmişdir. Bundan əlavə iş materiallarına əlavə olunmuş Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(120)-749/2024 nömrəli qərarının əsaslandırma hissəsində qeyd edilmişdir: iş materiallarında olan “Salyan şəhər sakini X5 avtomobillərin təmir emalatxanası və iaşə xidməti tikintisi altına torpaq sahəsi ayrılması barədə” Cavabdeh Başçısının xx.xx.1998-ci il tarixli, 228 saylı sərəncamından çıxarışında göstərilir ki, “Salyan şəhərində, 9 №-li SMD-nin yeməkxana binasının şimal tərəfində, Bakı-Astara yolu ilə Akkuşa kanalının arasında qalan hissədə abadlıq işləri üçün ümumi sahəsi 30 x 60 metr ölçüdə torpaq sahəsi ayrılması və orada 10 x 20 metr ölçüdə iaşə xidməti və avtomobillərin təmir emalatxanası tikintisi aparılması barədə mütəxəssis rəyi təsdiq edilsin. Arxitektura, tikinti və MKT şöbəsinə tapşırılsın ki, ayrılmış torpaq sahəsinin hüdudları yerində müəyyən edilsin. Sərəncamın surəti arxitektura, tikinti və MKT şöbəsinə, rayon vergi müfəttişliyinə və texniki inventarlaşdırma idarəsinə verilsin” Eyni zamanda iddiaçı 15 yanvar 2025-ci il tarixli audio-video çəkiliş ilə aparılmış məhkəmə iclas zalında izahatında bildirmişdir ki, Cavabdeh Başçısının xx.xx.1998-ci il tarixli, 228 saylı sərəncamından hakim Hilal Nəcəfovun sədrliyi ilə xx.xx.2024-cü il tarixdə işə baxılan zaman, həmçinin Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(120)-749/2024 nömrəli qərarını əldə etdikdən sonra məlumatlı olmuşdur. Beləliklə iddiaçı ləğv edilməsini xahiş etdiyi Cavabdeh Başçısının xx.xx.1998-ci il tarixli, 228 saylı sərəncamından məlumatı olmuş və bununla da onun bərpasını tələb etdiyi hüququnun pozulmasını aşkar etməsinə baxmayaraq, o, hüququnun müdafiəsi haqqında iddia ərizəsi ilə məhkəməyə 3 aydan da artıq müddət sonra, yəni xx.xx.2024cü il tarixdə müraciət etmiş və 30 günlük müddəti ötürmüşdür.” «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanunun 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Həmin Qanunun 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra-İnzibati Prosessual Məcəllə) 2.2.1-ci maddəsinə görə, inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktdan məlumatlı olduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Məhkəmə iddiaçının hazırkı iddia tələbinə münasibətdə qeyd edir ki, iddiaçının hazırkı iddia tələbi mübahisələndirmə haqqında iddia növünə aiddir. Məhkəmə qeyd edir ki, iddianın ümumi mümkünlük şərləri ilə yanaşı bəzi iddia növləri üzrə xüsusi mümkünlük şərtləri mövcuddur. Mübahisələndirmə haqqında iddiaların xüsusi mümkünlük şərtlərindən biri həmin inzibati aktdan qanunla nəzərədə tutulmuş müddət ərzində şikayət verilməsidir. Nəzərə alsaq ki, iddiaçının hazırkı iddia tələbi mübahisələndirmə haqqında iddia növünə aiddir bu zaman iddiaçı mübahisə etdiyi qərardan vaxtında (30 gün müddətində) şikayət verdiyini sübut etməlidir. Lakin iddiaçı məhkəmə tərəfindən ona yardım olunmasına baxmayaraq mübahisələndirdiyi inzibati aktdan vaxtında şikayət verilməsinə dair sübutlarını məhkəməyə təqdim etməmişdir. Beləliklə iş materiallarından müəyyən olunur ki, iddiaçı hazırkı tələbə dair iddia ərizəsi ilə məhkəməyə xx.xx.2024-cü il tarixində yəni mübahisələndirdiyi inzibati aktdan məlumatı olduğu vaxtdan müvafiq olaraq 3 (üç) aydan artıq vaxt keçdikdən sonra müraciət etmişdir. Yuxarıda qeyd edilən məsələlərlə bağlı iddiaçıya xx.xx.2024-cü il tarixli, 2-1(120)- 4564/2024 saylı məktubla və məhkəmə iclasında şifahi qaydada iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı hüquqları izah olunmuşdur. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, İddiaçı Cavabdehnə qarşı hazırkı iddia tələbi üzrə, sərəncamın tam ləğv edilməsi barədə subyektiv hüququ olmamış və iddia müddətini ötürmüşdür. Nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləri şamil edir. «T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının xx.xx.2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli qərarında qeyd edilmişdir: “qeyd olunmalıdır ki, bu zaman işə baxan məhkəmələr mübahisələndirmə haqqında iddia növü üçün ikinci xüsusi mümkünlük şərtinə, yəni müddətə əməl edilibedilməməsinə hüquqi qiymət verməmişlər. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər”. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası xx.xx.2020-ci il tarixli 2-1(102)-1712/20 nömrəli qərarında hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən başqa bir işdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir. Həmçinin məhkəmənin gəldiyi hüquqi nəticə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2019-cu il 3 nömrəli bülletenində (11-ci səhvənin sonuncu abzası) öz əksini tapmış hüquqi mövqe ilə eynidir. Həmin bülletendə qeyd olunmuşdur ki: “İnzibati orqanların 1 yanvar 2011-ci ilədək qəbul edilmiş inzibati aktların ləğvi, dəyişdirilməsi və ya etibarsızlığı ilə bağlı iddialara baxılarkən həmin aktların mübahisələndirilməsi imkanının artıq aradan qalxdığı nəzərə alınmaqla, belə iddialar bir qayda olaraq mümkünlük şərtlərinə cavab vermədiyindən mümkün sayılmamalıdır”. Məhkəmə tərəfindən yuxarıda qeyd edilən məsələlərlə bağlı İddiaçı yazılı şəkildə və məhkəmə iclasında şifahi qaydada hüquqi yardım edilməsinə baxmayaraq təyin edilmiş məhkəmə iclas gününə kimi hazırkı iş üzrə iddia tələbi dəqiqləşdirməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı “Cavabdeh Başçısının xx.xx.1998-ci il tarixli, 228 saylı sərəncamının ləğv edilməsi” tələbinə dair iddiası üzrə prosessual müddət ötürüldükdən sonra məhkəmədə iddia qaldırdığından iddiası mümkün sayılmamalıdır. Nəticəvi hissə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35-ci, 80-ci, 83-cü və 85-ci maddələrinə əsasən məhkəmə qərara aldı: İddiaçı Cavabdehnə qarşı “Cavabdeh Başçısının xx.xx.1998-ci il tarixli, 228 saylı sərəncamının ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Sədrlik edən Şahəli Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar