Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1627/2025 09.10.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 Əmədağa oğlu və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Astara rayon Şöbəsinə qarşı “övladı X7 şəhid hesab olunması və ona şəhid statusunun verilməsi üçün zəruri olan hüquqi sənədin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Giriş hissə Şirvan İnzibati Məhkəməsi Hakim Musayev Şahəli Calal oğlunun sədrliyi, Məhkəmə iclas katibi Tağızadə Aygün Bahadır qızının katibliyi, İddiaçılar İddiaçı1 Əmədağa oğlu və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Astara rayon Şöbəsinə qarşı “övladı X7 şəhid hesab olunması və ona şəhid statusunun verilməsi üçün zəruri olan hüquqi sənədin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi Təsviri Hissə İşin halları: İddiaçılar İddiaçı1 Əmədağa oğlu və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı iddiaə ərizəsi ilə məhkəməyə müraciət edərək “övladı X7 şəhid hesab olunması və ona şəhid statusunun verilməsi üçün zəruri olan hüquqi sənədin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişlər. Sonradan iddiaçılar Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinə əsasən məhkəməyə iddianın dəqiqləşdirilməsi (iddianın dəyişdirilməsi) barədə ərizə təqdim edərək, iddiaçı və iddia tələbinin olduğu kimi saxlanılmasını, cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti əsl cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Astara rayon Şöbəsi ilə əvəz edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişlər. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-1627/2025 nömrəli, 24 fevral 2025-ci il tarixli qərardadına əsasən iddiaçılar İddiaçı1 Əmədağa oğlu və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “övladı X7 şəhid hesab olunması və ona şəhid statusunun verilməsi üçün zəruri olan hüquqi sənədin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi üzrə iddiaçı və iddia tələbinin olduğu kimi saxlanılması, cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti əsl cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Astara rayon Şöbəsi ilə əvəz edilməsi qərara alınmışdır. İddiaçının əsaslandırılması: İddiaçıların iddia tələbi onunla əsaslandırılmışdır ki, onların xx.xx.2004-cü il təvəllüdlü, ailədə yegənə oğul övladları X13 2022-ci ilin iyul ayının 23-də Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Dövlət Xidmətinin Astara rayon şöbəi tərəfindən Milli Ordu sıralarında müddətli həqiqi hərbi xidmətə çağırılmmışdır. O, əsgəri xidmətə Azərbaycan Respublikası vətəndaşlarının hər birinin Vətən və Xalq qarşısında müqəddəs borcu kimi mütləq və şərəflə ödəməli olduğu öz Konstitusion vəzifəsini yerinə yetirmək məqsədi ilə, sevinərək və həvəslə getmişdi və onlar da, valideyn olaraq bundan qürur duymuşlar. Özləri maddi cəhətdən çox da böyük imkana malik olmayan, ailəsini öz halal zəhməti ilə dolandıran və sadə həyat tərzi sürən adi kənd ailəsi olsalar da, gənc övladlarını həm fiziki cəhətdən sağlam, həm də mənəvi cəhətdən saf əqidəli, vətənpərvər və milli ruhda tərbiyyə edib böyütmüş, əməyə alışdırmış, onu Dövlətə və dövlətçiliyə sadiq, xalqa əhəmiyyətə xeyirli və layiqli bir övlad, əxlaqlı bir insan kimi yetişdirmişlər. Nihad çox zəhhmətsevər və hər hansı çətinlikdən qorxub çəkinməyən, xaraktercə sakit təbiətli, eyni zamanda yoldaşları, tay-tuşları ilə münasibətdə fədakar və qayğıkeş bir uşaq idi. O, hələ təhsil aldığı kənd orta məktəbinin Vİ sinifdə oxuduğu yeniyetməlik dövründən hərbiçi zabit olmaq arzusunda idi və özünü bu arzusunun gerçəkləşməsinə hazırlamışdı. Belə ki, Nihad idmanın Şərq əlbəyaxa döyüş sənətinin çox ciddi növləri ilə məşğul olurdu və iştirak etdiyi çoxsaylı rayon və Respublika miqyaslı yarışlarda yüksək idman nailiyyətləri qazanmış, o cümlədən Avropa turnirində İİ yeri tutmuş, Beynəlxalq turnirdə isə Dünya Kubokunun sahibi olmuş, dəfələrlə fəxri kürsünün ən yüksək pilləsinə yüksəlmiş və belə qələbələr münasibətilə onun şərəfinə Azərbaycan Dövlət Bayrağı qaldırılmış və Azərbaycan Dövlət himni səsləndirilmişdir. Lakin... övlladları Nəzərzadə Nihadın həqiqi hərbi xidmətinin 8-ci ayında xidmət etdiyi Müdafiə Nazirliyinin Ermənistan ərazisi ilə həmsərhəd olan Laçın rayonu istiqamətində dislokasiya olunmuş N saylı hərbi hissəsinin xidmət apardığı ərazidə yerləşən və şərti olaraq “L/17” adlandırılan sahəni əhatə edən döyüş mövqeyində 2023-cü ilin martın 12-nə keçən gecə saat 03 radələrində xidmət apararkən döyüş silahından açılan atəş nəticəsində həlak olduğunu elə həmin gün, yəni martın 12-si tarixində gündüz vaxtı onlara xəbər vermişlər ki, uşağın meyitinin gətirildiyi Füzuli rayon Tibb Mərkəzinə getmişlər. Orada məlum olumuşdur ki, övladları qeyd edilən vaxtda döyüş postunda xidmətdə olarkən alın nahiyəsindən avtomat silahdan açılmış biratəşlə vurulmuş və elə həmin yerdə - döyüş növbəsi çəkildiyi postda həlak olmuşdur. Uşağın cəsədini həm bütün geyimi əynində, həm də morqda soyundurulmuş vəziyyətdə öz gözləri ilə görmüşlər. Sonra meyitin mütləq yarılmalı olmasını bildirmişlər və meyiti həkim-ekspert tərəfindən müayinə olunub yarılmasından sonra onun daxili orqanlarından götürülüb ekspertizaya verilən nümunələrini valideyn kimi onlara göstərməyə söz versələr də, bu sözə əməl etməmişlər. Meyit hələ morqda olanda və həkim-ekspert içəridə yarqı ilə məşğul olarkən sonradan Astara Rayon Hərbi Komissarlığı vasitəsilə bir surət onlara verilmiş №684 sayla xx.xx.2023-cü il tarixlə Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandiri tərəfindən imzalanıb möhürlənmiş və məzmunu “baş atıcı əsgər X13 xx.xx.2004, xx.xx.2023-cü ildə xidməti döyüş tapşırıqlarını yerinə yetirərkən güllə yarasından həlak olmuşdur” ifadəsindən olan bildiriş məktubunu iddiaçıya göstərmişlər. Həm həmin vaxt orada olan hərbiçilər, həm də Nihadın nəşini şəhid olmuş əsgər kimi hərbi ehtiram göstərilən hərbi qulluqçu kimi dəfn etmək üçün yaşadıqları kəndə gətirərkən əsgər bölüyündə olan hərbi qulluqçular gecə vaxtı qarşı düşmən tərəfin döyüş mövqeləri tərəfdən onlar tərəfdəki döyüş mövqeyinə basqın olunduğunu, düşmən qüvvə ilə onların hərbiçiləri arasında atışma olduğunu və Nihadın məhz həmin atışmada düşmən tərəfdən atılan güllə dəyərək həlak olmasını, yaxşı əsgər yoldaşı kimi onun barəsində danışıb heyfslənirdilər. Uşağın cəsədini elə Füzulidə məsciddə yudurtmuşlar və hərbiçilərdən ibarət bölüyün müşayiətlə Astaraya gətirmişlər və rayonun ictimaiyyət nümayəndələrinin, rayon rəhbərliyinin də qatıldıqları izdihamla, hörmət və ehtiramla şəhid əsgər kimi təntənəli surətdə kənd qəbirstanlığında dəfn etmişlər. Aradan təxminən 10 gün sonra Qubadlı Hərbi Prokurorluğundan, hərbi prokuror Elşən Mürsəlovun imzası ilə, eyni xx.xx.2023-cü il tarixlə dəftərxana qeydiyyatına alınmış, xüsusi blankda çap olunmuş və X7 Astara rayonunun Səncərədi kəndində yaşayan ailəsinə ünvanlanaraq poçt vasitəsilə tamam fərqli bir məzmunda məktub daxil olmuşur. Həmin məktubdan görünürdü ki, oğlu “MN-nin N saylı hərbi hissəsinin sabiq hərbi qulluqçusu, əsgər X7 özünə təhkim olunmuş AKM markalı ЛИ 7394 №-li avtomat silahdan atəş açaraq özünü öldürməsi faktı üzrə 12 mart 2023-cü il tarixdə tərəfindən AR CM-nin 125-ci maddəsi ilə cinayət işi başlanılmış, istintaqı davam etdirilir.” Həmin cinayət işinin AR Hərbi Prokurorluğunda 2023-cü ilin sonunadək aparıldıqdan sonra aidiyyəti üzrə Füzuli Hərbi Məhkəməsinə göndərildi və həmin Məhkəmənin xx.xx.2024-cü il tarixli hökmü ilə həmin vaxtı Nihadla eyni otaqda və eyni manqada xidmət edən X16 adında cılız bədən bir əsgərin CM-nin 332.3-cü maddəsində nəzərdə tutulan ittiham üzrə təqsirli bilinib 6 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunması barədə hökm çıxarılmaqla yekunlaşdı ki, guya həmin əsgər Nihadın və başqa əsgərlərin şəxsiyyətini qəsdən alçaldaraq, onların və Nihadın üzərində zorakılıq hərəkətlərinə yol verməklə, onu nüfuzdan salmış, beləliklə də, güya qonşu postda xidmət aparmış, Nihad güya o dərəcədə onun mənfi psixoloji təsiri altında olmuşdur ki,özünə təhkim olunmuş döyüş silahı ilə avtomatın lüləsini öz alnına dirəyərək atəş açıb özünü öldürmüşdür. Açıq aşkar həqiqətə və işin hallarına uyğun gəlməyən, istintaq orqanının və sonda da Hərbi Məhkəmənin də işin mahiyyətinə varmadan yalnış və absurd versiyasını tətbiq etməklə işlərini bitmiş sanmaları, ən azdından insanda təssüf hissi doğurduğunu qey etmişdir. Əlavə olaraq bildirir ki, obyektiv araşdırma aparmaqla və işə mahiyyətcə baxılarkən tərəflərindən istinad və tətbiq etmək üçün təqdim edilən qaninvericilik bazası materialları əsasında belə bir qənaətə gəlinir ki, ibtidai araşdırma orqanı hadisənin baş verdiyi gün, üstündən cəmisi 3-4 saat keçməmiş işə Qubadlı Hərbi Prokurorunun verdiyi “ton”un təsiri altında tamamilə yalnış, açıq-aşkar səhv, qeyri-obyektiv və qeyri-humanist bir mövqe sərgiləməklə qanunsuzluqlara və ədalətsizliyə yol açan, əslində cinayət xarakterli əməl kimi qiymətləndirilə bilən mövqesizlik nümayiş etdirmişdir. Hesab edirlər ki, övladları X15 hadisə ərəfəsində xidmət aparılan döyüş mövqeyinin yerləşdiyi müdafiə sektorunu əhatə edən sahədə düşmən tərəfin də iştirak etdiyi silahlı insident baş vermiş, övladları düşmən tərəfdən açılan atəş nəticəsində həlak olaraq həmin qısamüddətli silahlı insidentin qurbanı olmuşdur, o şəhid olmuşdur, onların övladları şəhid olunmalı və ona şəhidlik statusu verilməlidir. Bu barədə qanunla müəyyən olunmuş qaydada övladları Nihada şəhidlik statusunun verilməsini təmin etməsi üçün buna səlahiyyəti olan orqana tərəflərindən müraciət olunmuş müraciətə mənfi cavab verilmişdir. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı münasibəti (etiraz): Hesab edirlər ki, iddiaçılar tərəfindən verilmiş iddia tələbi mümkünsüz hesab edilməlidir. Belə ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən, şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı Qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın 1.2.6-cı yarımbəndinə əsasən, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında, habelə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Xüsusi Rabitə və X3 Xidmətində, X5 Dövlət Agentliyində döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin iclası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qəarına əsasən ölmüş hesab edilmiş şəxslər şahid hesb edilirlər. Həmin Qərarın 4.1-ci bəndinə əsasən, şəhid və şəhid ailəsi statusunun verilməsi məsələsinə maraqlı şəxsin müraciəti və dövlət orqanlarının və ya müvafiq hərbi hissənin vəsatəti ilə baxılır. Şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin, Dövlət Təhlükəsizlik Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Xüsusi Rabitə və X3 Xidmətinin, X6 Dövlət Agentliyinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli baş idarə, idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli, 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın İV hissəsinin 4-1 və 4.1.1.1-ci yarımbəndlərinə müvafiq olaraq Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Xidmətin yerli baş idarə, idarə, şöbə və bölmələri ayrı-ayrılıqda inzibati orqanlardır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumununun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarının 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prossesual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmin Qərara müvafiq olaraq 1.1, 1.4 və 2.3-cü bəndlərində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın əsaslığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslığının araşdırılmasından ibarətdir. İnzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Hazırda iddia tələbi Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı qaldırılmış, halbuki bu iş üzrə cavabdeh inzibati orqan – Xidmətin Astara rayon Şöbəsi olmalıdır. Əlavə olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı Qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın 4.1-ci bəndinin 2-ci abzasına əsasən, Şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Hərbi hissənin arayışında Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”nin 16 saylı əlavəsinin 1.4.2ci yarımbəndində göstərilən məlumatlar əks edilir. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”nin 16 saylı əlavəsinin 1.4.2ci yarımbəndinə əsasən, həlak olmuş hərbi qulluqçunun və toplanışa çağırılmış hərbi vəzifəlinin şəhid hesab edilməsi müvafiq hərbi hissənin arayışı ilə təsdiq edildikdə müvafiq hərbi hissənin arayışında hərbi qulluqçunun və toplanışa çağırılmış hərbi vəzifəlinin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı, habelə atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olması faktı öz əksini tapmalıdır. Lakin mövcud olan sənədlər məhrum X9 “şəhid” statusunun verilməsinə əsas vermir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsinən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və ya qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin məcəllənin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Qeyd olunanları nəzərə alaraq iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişlər. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumatlandırılmış iddiaçılar və cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Astara rayon Şöbəsi nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. İddiaçı1 məhkəməyə xx.xx.2025-ci il tarixli teleqramla müraciət edərək səhhətində yaranmış problemlə bağlı xx.xx.2025-ci il tarixə təyin edilmiş məhkəmə iclasında üzürlü səbəbdən iştirak edə bilməyəcəyini və məhkəmə iclasının başqa vaxta təxirə salınmasını xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə iddiaçılar və cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Astara rayon Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü: Baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.2-c maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Astara rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı əvvəlcə eyni məzmunlu tələblə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. Faktiki hallar və sübutlar: AZ-İ seriyalı №435460 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X13 18 iyul 2004-cü il tarixdə Astara rayonu, Səncərədi kəndində anadan olmuşdur. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin xx.xx.2024-cü il tarixli, 3-43-90/2-N-5xx/xx/2024 nömrəli məktubunun surətindən görünür ki, məhrum övladları X9 “şəhid” statusunun verilməsinə dair Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə daxil olmuş müraciətə baxılmışdır. Bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1994-cü il tarixli, 10 nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın 1.2.6-cı yarımbəndinə əsasən, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında, habelə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Xüsusi Rabitə və X3 Xidmətində, X4 Dövlət Agentliyində döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilirlər. Bu qaydanın 4.1-ci bəndinə əsasən, şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Azərbaycan Respublikası Füzuli Hərbi Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1-1(097)-76/2024 nömrəli hökmün məzmunundan məhrum N.N.Nəzərzadənin xx.xx.2023-cü il tarixdə odlu silahdan atəş açaraq özünü öldürməsi nəticəsində vəfat etməsi məlum olmuşdur. Bu səbəbdən ona Xidmətin Astara rayon şöbəsi tərəfindən “şəhid” statusunun verilməsi mümkün olmamışdır. “Vətəndaşlarının müraciətləri haqqında” Azərbaycan Respublikası Qnununun 14.0.8-ci bəndinə əsasən müraciəti barədə qəbul edilmiş qərarla razılaşmadığı təqdirdə inzibati və ya məhkəmə qaydasında şikayət vermə hüququ vardır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı Hərbi Hissəsinin 684 nömrəli, 12 mart 2023-cü il tarixli Bildirişinin surətindən görünür ki, ünvan 2 ünvanında yaşayan İddiaçı1 bildirilsin ki, onun oğlu N nömrəli hərbi hissənin 4-cü taborun 12-ci bölüyün 2-ci taqımın 2-ci manqasının baş atıcısı əsgər X13 xx.xx.2004-cü il təvəllüdlü, 12 mart 2023-cü il tarixdə xidməti döyüş tapşırıqlarını yerinə yetirərkən güllə yarasından həlak olmuşdur. Azərbaycan Respublikasının Hərbi Prokurorluğu Qubadlı Hərbi Prokurorluğunun 12 mart 2023-cü il tarixli, 3-3-24/2-2282/23 nömrəli məktubunun surətindən görünür ki, iddiaçının oğlu Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin sabiq hərbi qulluqçusu, əsgər X7 özünə təhkim olunmuş “AKM markalı ЛИ 7394 nömrəli avtomat silahdan atəş açaraq özünü öldürməsi faktı üzrə 12 mart 2023-cü il tarixdə tərəfindən Azərbaycan Respublikası CM-nin 125-ci maddəsi ilə cinayət işi başlanılmış, istintaqı davam etdirilir. Məhkəmə araşdırması zamanı verilmiş sorğulara cavab olaraq: Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Astara rayon Şöbəsinin xx.xx.2024-cü il tarixli, 3-43-7/2-1494/2024 nömrəli məktubunun surətindən görünür ki, mərhum xx.xx.2004-cü il təvəllüdlü X13 xx.xx.2022-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Xidmətinin Astara rayon şöbəsi tərəfindən müddətli həqiqi hərbi xidmətə göndərilmiş və xx.xx.2023-cü il tarixddə xidmət etdiyi N nömrəli hərbi hissədə odlu silahdan atəş açaraq qəsdən özünə zədə etməsi nəticəsində həlak olmuşdur. N.N.Nəzərzadənin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etməsi və döyüş əməliyyatlarında iştirak edərkən həlak olması barədə məlumat yoxdur. N nömrəli Hərbi Hissə Komandirinin ƏMRİ-ndən 114 nömrəli, 18 aprel 2023-cü il tarixli Çıxarışın surətindən görünür ki, 4-cü taborun 12-ci bölüyün 2-ci taqımın 2-ci manqasının baş atıcısı əsgər X13, əl odu silah atəş qəsdən özünə zədə etməsi nəticəsində həlak olduğuna görə, 13 mart 2023-cü il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılması və sənədləri qeydiyyata alınması üçün Səfərbərlik və Hərbi Xidmət Çağırış üzrə Dövlət Xidmətinin Astara rayon Şöbəsinə göndərilməsi, 2004cü ildə Astara rayonunda anadan olmuş, Azərbaycanlı, həqiqi hərbi Xidmətə xx.xx.2022-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Astara rayon şöbəsi tərəfindən çağırılmışdır. xx.xx.2023-cü il tarixdə ünvan 2 qəbiristanlığında dəfn edilmişdir. Atası: İddiaçı1, Anası: X10. əsas: Füzuli rayonu Qeydiyyat şöbəsi xx.xx.2023-cü il tarixli AZ-İİ № 347723 nömrəli ölüm haqqında şəhadətnaməsi. AZ-İİ seriyalı, № 347723 nömrəli, 18 aprel 2023-cü il tarixli X8 surətindən görünür ki, X13 xx.xx.2023-cü il tarixdə Əl odlu silah atəş qəsdən özünü zədə səbəbindən ölmüşdür. Füzuli Hərbi Məhkəməsinin 1-1(097)-76/2024 nömrəli, xx.xx.2024-cü il tarixli Hökmünün surətindən görünür ki, X16 Azərbaycan Respublikasının CM-nin 332.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 06 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikasının Prokurorluğu Qubadlı Hərbi Prokurorluğunun xx.xx.2024-cü il tarixli, 3-3-230/2-6933/2024 nömrəli məktubun surətindən görünür ki, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin hərbi qulluqçusu, əsgər X7 12 mart 2023cü il tarixdə avtomat silahdan atəş açaraq özünü öldürməsi xüsusatı ilə bağlı Qubadlı Hərbi Prokurorluğunda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi 13 mart 2023-cü il tarixdə istintaqın davam etdirilməsi üçün aidiyyəti üzrə Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun İstintaq İdarəsinə göndərilmişdir. Füzuli Hərbi Məhkəməsinin 14 oktyabr 2024-cü il tarixli, 1-1(097)-76/2024 nömrəli məktubunun surətindən görünür ki, X11 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.3-cü maddəsi ilə məhkum olunmasına dair Füzuli Hərbi Məhkəməsinin 16 aprel 2024cü il tarixli hökmündən zərəçəkmiş şəxsin hüquqi varisi İddiaçı2 nümayəndəsi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 32 saylı Vəkil Bürosunun vəkili Vəkil tərəfindən Apellyasiya şikayəti verilmiş və X11 haqqında olan cinayət işi apellyasiya qaydasında yenidən baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmiş və bu günə qədər cinayət işi məhkəməyə qaytarılmamışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı Hərbi Hissənin xx.xx.2024-cü il tarixli, 2987 nömrəli məktubunun surətindən görünür ki, 4-cü taborun 12-ci bölüyün 2-ci taqımın 2-ci manqasının sabiq baş atıcısı əsgər X13, əl odu silah atəş qəsdən özünə zədə etməsi nəticəsində həlak olduğuna görə, 13 mart 2023-cü il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılmış və sənədləri qeydiyyata alınması üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Astara rayon Şöbəsinə göndərilmişdir. Ölüm xidməti vəzifələrinin icrası ilə bağlı deyil. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Astara rayon Şöbəsinin xx.xx.2025-ci il tarixli, 3-43-7/2-661/2025 nömrəli məktubunun surətindən görünür ki, 3 sentyabr 1993-cü il tarixli 697 nömrəli “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxs şəhid hesab edilir. Qüvvədə olan qanunvericiliyə müvafiq olaraq ər-arvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları, qardaşlar və bacılar, uşaq evlərində tərbiyyə olunanlar; peşə təhsilli, orta ixtisas təhsilli, ali təhsil müəssisələrində bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr şəhid ailəsinin üzvləri hesab edilir. Eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın 1.2-ci bəndinə əsasən aşağıdakılar şəhid hesab edilirlər: 1990-cı ilin yanvarında Bakı şəhərində, Lənkəran və Neftçala rayonlarında faciəli hadisələr nəticəsində həlak olanlar; 11 dekabr 1988-ci ildə Lənkəranda qəzaya uğrayan təyyarədə həlak olmuş şəxsər; Azərbaycan Respublikasında 1988-ci ildən 1990-cı ilin yanvar ayınadək olan dövrdə Sovet Ordusunun qeyri-qanuni hərəkətləri və ya manevrləri nəticəsində həlak olmuş vətəndaşlar; Ermənistanla sərhəd rayonlarında və Qarabağda erməni təcavüzü, habelə ölkənin digər ərazilərində erməni hərbi təxribatı (hücumu, zərbəsi) nəticəsində həlak olmuş və itkin düşmüş mülki vətəndaşlar; Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular; Azərbaycan Respublikasının Azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında, habelə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Xüsusi Rabitə və X3 Xidmətində, X6 Dövlət Agentliyində döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər. Azərbaycan Respublikasının dövlət sərhədlərinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olmuş və ya itkin düşmüş hərbi qulluqçular. Təmsil edilən şəxslər, Astara rayon Səncərədi kəndində yaşayan İddiaçı1 və İddiaçı2 övladı xx.xx.2004-cü il təvəllüdlü X13 Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olarkən xx.xx.2023-cü il tarixdə əl odlu silah atəş qəsdən özünə zədə etməsi nəticəsində həlak olmuşdur. X1 “şəhid” adı və İddiaçı1 “şəhid ailəsi statusu”nun verilməsi mərhumun ölüm səbəbinə görə “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycab Respublikası Qanununun 1-ci maddəsinin və “Şəhid adının əbədiləşdirilməsi və şəid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın 1.2-ci bəndinin tələblərinə uyğun hesab edilmir. Şəhid və şəhid ailəsi statusununun verilməsindən imtina olunması barədə xx.xx.2025-ci il tarixli, 662 nömrəli Qərarının surətindən görünür ki, X7 şəhid statusunun verilməsini və İddiaçı1 şəhid ailəsinin üzvləri hesab edilməsi barədə vəsatəti təmin edilməmişdir. Tətbiq edilən hüquq: «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» 03 sentyabr 1993-cü il tarixli Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğurunda həlak olan, hərbi əməliyyatlarla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxs şəhid hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 nömrəli qərarı ilə təsdiq olunmuş «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları»nın 1.2.5-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğurunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular şəhid hesab edilirlər. Həmin Qaydaların 4.1-ci maddəsinə əsasən şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Milli Təhlükəsizlik Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin Kadrlar İdarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli, idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) İcra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 №-li qərarı ilə təsdiq olunmuş «Şəhid adının əbədləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları»nın 1.2.6-cı maddəsinə müvafiq olaraq, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilən digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, milli təhlükəsizlik orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab edilirlər. «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Azərbaycan Respublikasının 03 sentyabr 1993-cü il tarixli Qanunun 1-ci maddəsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 30 dekabr 2008-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli qərarı ilə təsdiq edilmiş «şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları»nın 1.2.6-cı bəndinin, «о cümlədən, atəşkəs dövründə döyüş bölgələrində yerləşən hərbi hissələrdə və daxili işlər orqanlarında xidməti vəzifəsini yerinə yetirərkən düşmən tərəfindən açılan atəşlər nəticəsində, habelə minaya düşərək həlak olan şəxslər» müddəası təcrübədə qeyri-müəyyənliyə səbəb olduğuna görə şəxsin şəhid hesab olunması ilə bağlı hüquq münasibətlərinə daha yüksək hüquqi qüvvəyə malik olan «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Azərbaycan Respublikasının 03 sentyabr 1993-cü il tarixli Qanunun 1-ci maddəsinin tətbiq edilməli olduğu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli qərarı ilə təsdiq edilmiş «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları»nın 1.2.6-cı bəndinin «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Azərbaycan Respublikasının 03 sentyabr 1993-cü il tarixli Qanunun tələblərinə müvafiq təkmilləşdirilməsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə tövsiyə edilməsi qərara alınmışdır. Məhkəmənin mövqeyi Məhkəmə, iş materialını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən, iddia tələbi təmin edilməməlidir. Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, iddiaçıların iddia tələbinin mahiyyəti cavabdeh tərəfindən övladlarının şəhid, özlərinin isə şəhid ailəsi olmasının tanınması olmuşdur. Başqa sözlə, iddiaçıların hazırkı iddianı qaldırmaqda hüquqi marağı ondan ibarətdir ki, cavabdeh tərəfindən övladlarına şəhid olmasını təsdiq edən sənəd vəsiqə verildiyi halda, onlar övladlarının adını müvafiq qanunvericiliyə uyğun əbədiləşdirəcək və şəhid ailələrinə edilən güzəştlərdən istifadə edəcəklər. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, N nömrəli hərbi hissənin əsgəri 2004-cü il təvəllüdlü X13 xx.xx.2023-cü il tarixdə avtomat silahdan alın nahiyyəsinə atəş açaraq özünü öldürmüşdür. Hazırda iddiaçılar İddiaçı1 və İddiaçı2 övladları X7 xidməti vəzifəsini yerinə yetirərkən həlak olduğunu qeyd edərək, onlara övladı X7 şəhid hesab olunması və ona şəhid statusunun verilməsi üçün zəruri olan hüquqi sənədin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edirlər. Məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, N nömrəli hərbi hissənin əsgəri 2004-cü il təvəllüdlü X13 xx.xx.2023-cü il tarixdə avtomat silahdan alın nahiyyəsinə atəş açaraq özünü öldürmüşdür. Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanılaraq Respublika Hərbi Prokurorluğunun İstintaq İdarəsində ibtidai istintaqı aparılmış ********* nömrəli cinayət işi üzrə həmin hərbi hissənin əsgəri X14 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.3-cü maddəsi ilə ittiham elan edilmiş, cinayət işinə Füzuli Hərbi Məhkəməsində baxılmış, məhkəmənin hökmü ilə X16 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkəmə qeyd edir ki, iş materilallarında olan Azərbaycan Respublikası Füzuli Hərbi Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1-1(097)-76/2024 nömrəli hökmün məzmunundan görünür ki, mərhum X7 hüquqi varisi qismində tanınmış İddiaçı2 ifadəsində göstərmişdir ki, o Nihad Nəzərzadənin ölümündə təqsiri olan hərbir şəxsin qanun çərçivəsində cəzalandırılmasını xahiş etmişdir. Həmin hökmə əsasən X2 Respublikası Cinayət Məcəlləsinin 332.3-cü maddəsinə əsasən təqsirli bilinərək 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bundan başqa məhkəmə qeyd edir ki, iddiaçılar tərəfindən X1 ölüm haqqında şəhadətnamə almışlar. AZ-İİ seriyalı, № 347723 nömrəli, 18 aprel 2023-cü il tarixli X8 surətindən görünür ki, X13 xx.xx.2023-cü il tarixdə Əl odlu silah atəş qəsdən özünü zədə səbəbindən ölməsi qeyd edilmişdir. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddiaçıların övladı X13 hərbi xidmət keçərkən vəfat etsə də, onun ölümü Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyünün qorunması ilə əlaqədar deyil, cinayət hadisəsi nəticəsində baş verdiyindən X9 şəhid adının verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə işin yuxarda qeyd olunan hallarına və sadalanan hüquq normalarına məcmu halda qiymət verərək hesab edir ki, qanuni əsası olmadığından iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Astara rayon Şöbəsinə qarşı “mərhum oğulları X7 şəhid hesab olunması və ona şəhid statusunun verilməsi üçün zəruri olan hüquqi sənədin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddası təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-68.2-ci maddəsinə görə, məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nətıcəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir, Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərc yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2, 4, 68-70, 81 və 85-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddiaçılar İddiaçı1 Əmədağa oğlu və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Astara rayon Şöbəsinə qarşı “övladı X7 şəhid hesab olunması və ona şəhid statusunun verilməsi üçün zəruri olan hüquqi sənədin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddası təmin edilməsin. Qərаrdаn, оnun tаm fоrmаdа təqdim оlunduğu gündən 30 (оtuz) gün müddətində Şirvаn İnzibаti Məhkəməsi vаsitəsi ilə Şirvаn Аpеlyаsiyа Məhkəməsinə (Şirvаn şəhəri, Nахçıvаn küçəsi 3) şikаyət vеrilə bilər. Hakim: Şahəli Musayev
Məhkəmə qərarları › İş №2-1(120)-1627/2025
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1627/2025
09.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver