Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-1628/2022 16.12.2022 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hаkim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası üzrə inzibati işə 16 dekabr 2022-ci il tarixdə, məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun yarandığı 14 iyul 2018-ci il tarixindən, 58 yaşdan, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən 01 yanvar 2006-cı il tarixinə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun güzəştli pensiya təyinatı üçün yaşa və staja görə tələbləri nəzərə alınmaqla, güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsinin və müraciət tarixindən əvvəlki son 36 ay üçün ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsinin cavabdeh Azərbaycan Respublikası Əhalinin Əmək Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iş üzrə iddianın dəyişdirilərək “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən 01 yanvar 2006-cı il tarixinə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun güzəştli pensiya təyinatı üçün yaşa və staja görə tələbləri nəzərə alınmaqla, 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və müraciət tarixindən əvvəlki son 36 ay üçün ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsinin cavabdeh Azərbaycan Respublikası Əhalinin Əmək Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onunla cavabdeh ƏƏSMN yanında Dövlət Sosial Müdafıə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı arasında “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinin staja və yaşa görə tələbləri nəzərə alınmaqla, lakin 58 yaşdan, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi müraciət tarixindən əvvəlki son 36 ay üçün yaranmış fərqin hesablanaraq ödənilməsi məsələsi ilə əlaqədar mübahisə yaranmışdır. 01 yanvar 2006-cı il tarixinə kimi 25 ildən çox ümumi, 20 ildən çox güzəştli pensiya hüququ verən iş stajı olduğu üçün “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin 8-ci bəndinə əsasən ona 58 yaşdan güzəştli şərtlərlə pensiya təyin edilməsi müraciət tarixindən əvvəlki son 36 ay üçün ödənilməmiş pensiya məbləğinin ödənilməsi xahişi ilə cavabdehə müraciət etmişdir. Cavabdeh isə 15 aprel 2022-ci il tarixli, **********3 nömrəli məktubu ilə onun xahişini yerinə yetirməkdən imtina etmiş və bunu onunla əsaslandırmışdır ki, güzəştli siyahıda vaqon baxıcısı və vaqon baxıcısı-təmirçisi peşəsi nəzərdə tutulsa da, baş vaqon baxıcısı və baş vaqon baxıcısı-təmirçisi peşəsi nəzərdə tutulmamış və bu səbəblə də, güzəştli iş stajınız 12 il 6 aydan az- 6 il 8 ay 11 gün olduğu üçün əmək pensiyası təyini mümkün hesab edilmir. Xahişi cavabdeh tərəfındən rədd edildiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. «Əmək pensiyalan haqqında» Azərbaycan Respublikasının Qanununun 31-ci maddəsinin 31.1-ci bəndinə əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. O, xx xxxx 1960-cı il tarixində Zəngilan rayonunun Mincivan qəsəbəsində doğulmuş, hazırda ünvan 2 ünvanında yaşayır. 03 may 1978-02 oktyabr 1978-ci il tarixində Azərbaycan Dəmir Yollarının Yol Tikinti Trestində fəhlə işləmişdir. 22 noyabr 1978-20 oktyabr 1980-ci il tarixində həqiqi hərbi xidmətdə olmuşdur. 24 noyabr 1980-21 may 1981-ci il tarixində Azərbaycan Dəmir Yollarının Mincivan stansiyasında yol montyoru işləmişdir. 01 sentyabr 1981-25 sentyabr 1981-ci il tarixində X9 Birliyində fəhlə işləmişdir. 23 sentyabr 1981-19 iyul 1982-ci il tarixində Azərbaycan Dəmir Yollarının Mincivan stansiyasında yol montyoru, 23 avqust 1982-11 avqust 1983-cü ildə X2 fəhlə, yenə də orada 07 sentyabr 1983-06 aprel 1987-ci il tarixində xammal anbarında yükləyici, 13 aprel 1987-03 may 1990-cı ildə Sarıbulaq sovxozunun tərəvəz yetişdirmə sexində suvaran, 29 iyun 1990-13 mart 1993-cü ildə Azərbaycan Dəmir Yollarının Naxçıvan Bölməsində texniki xidmət məntəqəsində çilingər işləmişdir. 13 mart 1993-cü il tarixində isə yenə də orada vaqon baxıcısı vəzifəsinə keçirilmişdir və 01 iyun 1997-ci il tarixinə kimi orada işləmişdir. 01 iyun 1997-ci il tarixində X6 Deposuna vaqon baxıcısı-təmirçisi, 01 avqust 1998-ci ildə yenə orada baş vaqon baxıcısı, 29 dekabr 2000ci il tarixindən isə baş vaqon baxıcısı-təmirçisi keçirilmiş və 30 yanvar 2018-ci il tarixinə kimi həmin vəzifədə çalışmışdır. Hazırki iddiada 01 yanvar 2006-cı il tarixinə kimi topladığı iş stajı əsasında əmək pensiyası təyinatna baxıldığı üçün sonrakı əmək fəaliyyətini sadalamağı lazım bilmir. Cavabdehin imtina məktubunu nəzərdən keçirdikdə məlum olur ki, 1) ümumi iş staıjını mübahisələndirmir, yəni 01 yanvar 2006-cı il tarixinə kimi cəmi 25 illik ümumi stajının olduğunu qəbul edir; 2) pensiya kapitalını mübahisələndirmir, yəni, pensiya kapitalının ölkə üzrə müəyyən edilmiş minimum əmək pensiyasından az olmayan əmək pensiyası təyin edilməsinə imkan verməsi faktını tanıyır, 3) 58 yaşdan pensiya təyin edilməsi məsələsinə etiraz etmir. Odur ki, hesab edir ki, hazırki iddiada bu üç məqam işin mübahisələndirilməyən halları kimi qəbul edilməlidir. Cavabdehin mübahisələndirdiyi yeganə məsələ, guya onun işlədiyi baş vaqon baxıcısı və baş vaqon baxıcısı-peşəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın (sonradan - Siyahı) 21.4. Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər: yarımbölməsində vaqonların baxıcıları və vaqonların baxıcı-təmirçiləri vəzifəsinə uyğun gəlməməsi məsələsidir. O, ilkin sübutetmə yükü çərçivəsində cavabdehə təqdim etdiyi sənədlərdən biri də Azərbaycan Dəmir Yolları QSC-nin onun güzəştli iş stajı barədə arayışıdır. Həmin arayışda işəgötürənim baş vaqon-baxıcısı və baş vaqon baxıcısı-təmirçisinin peşələrinin xüsusiyyətlərinin vaqon baxıcısı və vaqon baxıcısıtəmirçisi peşələrinin xüsusiyyətləri ilə eyni olduğunu bildirmişdir. Cavabdeh isə bu mənada ona təqdim etdiyi bu sübutun təkzib edilməsi üçün hər hansı bir araşdırma aparmadan, əks sübutlar toplamamışdır, halbuki, “İnzibati İcraat Haqqında” Qanunun 24-cü maddəsində qeyd edilir: 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 24.5.İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfındən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Göründüyü kimi, cavabdeh yuxanda qeyd edilmiş bütün müddəaları pozaraq, hərəkətsizlik göstərmiş və müraciətində onun xeyrinə olan məqamları araşdırmadan xahişinin rədd edilməsi barədə qərar qəbul etmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafıəsi Nazirliyi kollegiyası 33-19 nömrəli 22 oktyabr 1997-ci tarixli qərarı ilə təsdiq edilmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində 20 noyabr 1997-ci il tarixində qeydiyyata alınmış və qeydiyyat nömrəsi 70 olan X7 sahəsinə aid olan fəhlə peşələrinin və işlərin Vahid Tarif-İxtisas Sorğu kitabçasında (hissə 56-1) (sonradan- Kitabça) giriş hissədə deyilir: Vahid Tarif-İxtisas Sorğu kitabçasının bu bölməsi özündə ancaq dəmiryolu nəqliyyatı sahəsinə aid olan fəhlə peşələrinin tarif-ixtisas xüsusiyyətlərini əks etdirən vahid normativ sənəddir və onun tətbiqi mülkiyyət formasından asılı olmayaraq bütün müəssisə və təşkilatlarda məcburi xarakter daşıyır, hər hansı bir sahə uçun spesifık xarakter daşımayan digər fəhlə peşələri və işləri üzrə tarif ixtisas xüsusiyyətləri VTİSK-nın “Bütün sahələr uçun ümumi olan fəhlə peşələri” hissəsinə (VTİSK-1) daxil edilmişdir. Tarif-ixtisas xüsusiyyətləri altı dərəcəli tarif cədvəlinə əsasən, bir qayda olaraq əmək şəraiti nəzərə alınmadan işlərin mürəkkəbliyi üzrə işlənmişdir. Əmək şəraiti lazım gəldikdə müvafıq orqanlar tərəfındən təsdiq edilmiş, artırılmış tarif maaşları əsasında nəzərə alınır. Kitabçadan istifadə, əməyin ödənilmə dərəcələrinin təyin edilməsi və artırılması qaydası VTİSK-nın “Bütün sahələr uçun ümumi olan fəhlə peşələri və işləri” bölməsinin “Ümumi müddəaları”nda göstərilmişdir. Kitabçanın 3-cü səhifəsində 4-cü dərəcə vaqon baxıcısının işinin xüsusiyyətləri göstərilmişdir. Daha sonra isə belə bir qeyd öz əksini tapmışdır: Oeyd: Baş vaqon baxıcısı rəhbərlik etdiyi vaqon baxıcısından bir dərəcə yuxarı tarifləsdirilir. Əgər Kitabçanın giriş hissəsində qeyd edilmiş - Kitabçadan istifadə, əməyin ödənilmə dərəcələrinin təyin edilməsi və artırılması qaydası VTİSK-nın “Bütün sahələr uçun ümumi olan fəhlə peşələri və işləri” bölməsinin “Ümumi müddəalar”ında göstərilmişdir-müddəasına əsaslanaraq, həmin sorğu kitabçasında bu cümlələri görə bilərik: Kitabçada bu və ya digər peşə üzrə bir neçə dərəcə nəzərdə tutulduğu zamanda yüksək ixtisaslı fəhlə onun dərəcəsinə aid olan tarif-ixtisas xüsusiyyətlərində sadalanan işlərdən əlavə özündən aşağı ixtisaslı fəhlənin tarif-ixtisas xüsusiyyətlərində verilmiş işləri də yerinə yetirmək qabiliyyətinə malik olmalıdır. İşəgötürənin təqdim etdiyi güzəştli iş stajı barədə arayışda bu məqam öz əksini tapmışdır, belə ki, baş vaqon baxıcısı və baş vaqon baxıcısı-təmirçisinin peşə xüsusiyyətlərinin eyni olması bildirilmişdir. Digər tərəfdən, yenə də orada deyilir: - Aşağı dərəcəli peşələrin ixtisas xüsusiyyətlərində göstərilir ki, istehsal şəraitindən və ya yerinə yetirilən işlərin xüsusiyyətindən asılı olaraq ayrı-ayrı texnoloji proseslər və ya ayrı-ayrı işlər yüksək ixtisaslı fəhlənin rəhbərliyi altında yerinə vetirilir. Belə olan hallarda yüksək dərəcəli fəhlə daha aşağı dərəcəli fəhlənin işinə rəhbərlik etməyi bacarmalıdır. Texnoloji prosesin apanlması ilə məşğul olan yüksək dərəcəli fəhlə bu prosesdə iştirak edən fəhlələrə rəhbərlik etməlidir. Əgər kitabçada 1-6-cı dərəcə oblastının fəhlə kateqoriyasına aid olması, baş vaqon baxıcısının vaqon baxıcılarına rəhbərlik etməsini və; - yüksək ixtisaslı fəhlə onun dərəcəsinə aid olan tarif-ixtisas xüsusiyyətlərində sadalanan işlərdən əlavə özündən aşağı ixtisaslı fəhlənin tarif-ixtisas xüsusiyyətlərində verilmiş işləri də yerinə yetirmək qabiliyyətinə malik olmalıdır müddəasına görə, baş vaqon baxıcısı və baş vaqon baxıcısı-təmirçisi də fəhlədir və özündən aşağı dərəcəli vaqon baxıcısı və vaqon baxıcısıtəmirçisinin işləri yerinə yetirməklə məşğuldur və bütün bu işlərdən əlavə olaraq, eyni işləri yerinə yetirən eyni peşədə işləyən işçilərə rəhbərlik edir. Onun əmək kitabçasındakı 15 nömrəli qeyddə 4-cü dərəcəli vaqon baxıcısı, 17 nömrəli qeyddə 4-cü dərəcəli vaqon baxıcısı-təmirçisi işləməyi qeyd edildiyi halda, artıq 18 nömrəli qeyddə 5-ci dərəcəli baş vaqon baxıcısı və 19 nömrəli qeyddə 5-ci dərəcəli baş vaqon baxıcısı-təmirçisi keçirilməyi qeyd edilir ki, bu da onu göstərir ki, işəgötürənin Kitabçada qeyd edilən tələbləri düzgün yerinə yetirərək həmin peşələrdə ona işlərin görülməsi zamanı əməyin ödənilməsində daha aşağı dərəcəli eyni peşədə çalışan işçilərə rəhbərlik etdiyi üçün bir dərəcə yuxan təyin etmişdir. Bu məsələ, oxşar olaraq, hərbi xidmətdə “əsgər” və “baş əsgər” rütbələrinin təyin edilməsi məsələsi ilə eynidir, belə ki, baş əsgər manqaya komandirlik edən ilk rəhbərlik səviyyəsi olan manqa komandiri çavuş deyil, əsgərdir. Eyni cür də baş vaqon baxıcısı və baş vaqon baxıcısı-təmirçisi də fəhlə kateqoriyasına aid olan və peşə xüsusiyyətləri eyni olan işçilərdir. VTİSK-nın “Bütün sahələr uçun ümumi olan fəhlə peşələri və işləri” bölməsinin “Ümumi müddəaları”nda qeyd edilir ki, Kitabçada verilən tarif ixtisas xüsusiyyətləri özündə fəhlə peşələri üzrə tez-tez rastlaşan əsas işlərin məzmununu əks etdirir. İşlərin konkret məzmunu, həcmi və yerinə yetirilmə qaydası hər bir müəssisə, idarə və təşkilatda texnoloji xəritələr, işçi təlimatlar və digər sənədlərə uyğun olaraq müəyyənləşdirilir. Bu əlavə olaraq, bir daha sübut edir ki, onun işəgötürəni baş vaqon baxıcısı və baş vaqon baxıcısı-təmirçilərinin peşə xüsusiyyətlərini, yəni yerinə yetirməli olduqları işlərin nədən ibarət olmasını özü müəyyənləşdirdiyi üçün, təqdim etdiyi arayışda həmin xüsusiyyətlərin eyni olmasını vurğulamaqda haqlıdır. Bu məsələ, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 3-cü (Azərbaycan Respublikasının əmək qanunvericiliyində işlədilən əsas məfhumların anlayışlar) maddəsində belə qeyd edilir: a) Əmək müqaviləsi (kontraktı) (bundan sonra ismin müvafiq halında «əmək müqaviləsi») işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə. b) Əmək funksiyası - əmək müqaviləsində nəzərdə tutulan bir və ya bir neçə vəzifə (peşə) üzrə işçinin yerinə yetirməli olduğu işlərin (xidmətlərin) məcmusu. Maddə 57. İşçinin əmək funksiyası. İşəgötürən işçinin əmək funksiyasının - əmək müqaviləsində nəzərdə tutulan, bir və ya bir neçə vəzifə, ixtisas, yaxud peşə üzrə yerinə yetirməli olduğu müvafıq işin və ya göstərməli olduğu xidmətin dairəsini dəqiq və birmənalı müəyyən etməlidir. Əmək funksiyasının həcmi müvafiq icra hakimiyyəti orqanı tərəfındən təsdiq edilmiş Vahid X1 əsasən və ya isəgötürən tərəfindən müəyyən edilərək əmək müqavilələrində təfsilatı ilə göstərilir. Onun 01 yanvar 2006-cı il tarixinə kımi topladığı ümumi və güzəştli iş stajı əsasında 57 yaşında hüququ yarandığı halda, lakin 58 yaşdan pensiya təyinatı aparılmasını cavabdehdən xahiş etməyinin əsasında o məsələ dayanır ki, pensiya kapitalına 57 və 58 yaş arasındakı dövr üçün toplanmış kapital da əlavə edilə bilsin. Bunu edərkən ona əsaslanmışdır ki, hazırki qanunvericilik ilə yalnız müraciət tarixindən əvvəlki son 36 ay üçün ödənilməmiş məbləğin pensiyaçıya ödənilməsi nəzərdə tutulur, üstəlik, cavabdehə özü tərəfındən güzəşt olaraq, bir illik indeksasiya faizindən, könüllü imtina etmişdir. Lakin sonradan ona məlum olmuşdur ki, 01 yanvar 2006-cı il tarixinə kimi toplanmış əmək stajına əsasən güzəştli şərtlərlə pensiya təyinatı zamanı pensiya kapitalı tələb edilmir və son dövrdə, əvvəlki dövrlərdən fərqli olaraq, cavabdehin də inzibati qaydada həmin dövr üçün pensiya kapitalı tələb etmədiyi ona məlum olmuşdur. Bununla belə, 58 yaşdan pensiya təyinatını xahiş etməyi «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 31ci maddəsinin 31.1-ci bəndinə əsasən, doğrudur. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə görə fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil olunur. Başqa normativ hüquqi aktlann qüvvəsi geriyə şamil olunmur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən, İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən, inzibati aktın qəbulundan imtina olunmasını və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual pnnsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasımn Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsınə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uygun çıxanlmalıdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32-ci maddəsinin 32.1-ci bəndinə müvafıq olaraq yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyası hüququnun yarandığı gündən, lakin bu qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla ömürlük təyin edilir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğun olaraq normativ hüquqi aktlar hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı, qanunlar Konstitusiyaya zidd olmamalıdır. Qeyd edilənləri nəzərə alaraq, hesab edir ki, ona 14 iyul 2018-ci ildən, 58 yaşından, “Əmək pensiyalan haqqmda” Qanunun 9.8-ci maddəsinə əsasən 01 yanvar 2006 -cı il tarixinə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun güzəştli pensiya təyinatı üçün yaşa və staja görə tələbləri nəzərə alınmaqla, güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsinin və müraciət tarixindən əvvəlki son 36 ay üçün ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına İddiaçı gəlmiş, cavabdehin nümayəndəsi isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan iddiaçıya məxsus xx.xx.1978-ci il tarixli, ИТ № ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, iddiaçı xx.xx.1978-ci il tarixdə Azərbaycan Dəmir Yollarının Yol Tikinti Trestində fəhlə vəzifəsinə qəbul edilmiş, xx.xx.1978-ci il tarixdə işdən azad edilmiş, xx.xx.1978-ci il tarixdən xx.xx.1980-ci il tarixədək keçmiş Sovet ordusunda həqiqi hərbi xidmət keçmiş, xx.xx.1980-ci il tarixdə Azərbaycan Dəmir Yollarının Mincivan stansiyasında yol montyoru vəzifəsinə qəbul edilmiş, xx.xx.1981-ci il tarixdə işdən azad edilmiş, xx.xx.1981-ci il tarixdə X9 Birliyində fəhlə vəzifəsinə qəbul edilmiş, 25 sentyabr 1981-ci il tarixdə işdən azad edilmiş, xx.xx.1981-ci il tarixdə Azərbaycan Dəmir Yollarının Mincivan stansiyasında yol montyoru vəzifəsinə qəbul edilmiş, xx.xx.1982-ci il tarixdə işdən azad edilmiş, xx.xx.1982-ci il tarixdə X2 fəhlə vəzifəsinə qəbul edilmiş, xx.xx.1983-cü il tarixdə azad edilmiş, xx.xx.1983-cü il tarixdə X2 xammal anbarında yükləyici vəzifəsinə qəbul edilmiş, xx.xx.1987-ci il tarixdə işdən azad edilmiş, xx.xx.1987-ci il tarixdə Sarıbulaq sovxozunun tərəvəz yetişdirmə sexində suvaran vəzifəsinə qəbul edilmiş, xx.xx.1990-cı il tarixdə işdən azad edilmiş, xx.xx.1990-cı il tarixdə Azərbaycan Dəmir Yollarının Naxçıvan Bölməsində texniki xidmət məntəqəsində çilingər vəzifəsinə qəbul edilmiş, xx.xx.1993-cü il tarixdə işdən azad edilmiş, 13 mart 1993-cü il tarixində isə yenə də orada vaqon baxıcısı vəzifəsinə keçirilmiş, xx.xx.1997-ci il tarixdə işdən azad edilniş, xx.xx.1997-ci il tarixində X6 Deposuna vaqon baxıcısı-təmirçisi vəzifəsinə qəbul edilmiş, xx.xx.1998-ci ildə yenə orada baş vaqon baxıcısı, xx.xx.2000-ci il tarixindən isə baş vaqon baxıcısı-təmirçisi keçirilmiş, xx.xx.2018-ci il tarixdə işdən azad edilmiş, xx.xx.2018-ci il tarixdə X8 Şirvan TXM-nə vaqon baxıcısı qəbul edilmiş, xx.xx.2019-cu il tarixdə ştat cədvəlində edilmiş dəyişikliyə əsasən vaqon baxıcısı-vaqon baxıcısı təmirçisi adlandırılmış, xx.xx.2021-ci il tarixdə işdən azad edilmiş, xx.xx.2021-ci il tarixdə Yük daşımaları departamentinin Yük vaqonlarının istismarı xidmətinin Cənub vaqon istismar deposunun Şirvan texniki xidmət məntəqəsinə 3-cü ödəniş kateqoriyası üzrə böyük vaqon baxıcısı təmirçici peşəsinə işə qəbul edilmiş, hal-hazırda tutduğu peşədə işləyir. İş materiallarında olan НЗ № ******* saylı hərbi biletdən görünür ki, İddiaçı 22 noyabr 1978-ci il tarixdən 20 oktyabr 1980-ci il tarixədək keçmiş Sovet ordusunda həqiqi hərbi xidmət keçmişdir. İş materiallarında olan "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xx.xx.2022-ci il tarixli, 146493 nömrəli arayışından görünür ki, İddiaçı həqiqətən "xxxx" QSC-nin 260 saylı Yol maşın stansiyasında xx.xx.1980-ci il tarixindən xx.xx.1981-ci il tarixinədək və xx.xx.1981-ci il tarixindən xx.xx.1982-ci il tarixinədək yol montyoru, Naxçıvan hissəsinin Qafan stansiyasında xx.xx.1993-cü il tarixindən xx.xx.1997-ci il tarixinədək vaqon baxıcısı, X6 deposunda xx.xx.1997-ci il tarixindən xx.xx.1998-ci il tarixinədək vaqon baxıcısı-təmirçisi, xx.xx.1998-ci il tarixindən xx.xx.2000-ci il tarixinədək baş vaqon baxıcısı, xx.xx.2000-ci il tarixindən xx.xx.2018-ci li tarixinədək baş vaqon baxıcısı təmirçisi, Cənub vaqon deposunda xx.xx.2018-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək vaqon baxıcısı təmirçisi peşələrində çalışmışdır. xx.xx.2021-ci il tarixindən hal-hazıra kimi Yük daşımaları departamentinin Yük vaqonlarının istismarı xidmətinin Cənub vaqon istismar deposunun Şirvan texniki xidmət məntəqəsində böyük vaqon baxıcısı təmirçici peşəsində işləyir. Bu peşələr üzrə İddiaçı iş stajı 30 il 4 ay 23 gün təşkil edir. Qeyd olunan peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulmuşdur (21.4-cü bənd). Baş vaqon baxıcısı və baş vaqon baxıcısı təmirçisi peşələrinin xüsusiyyətləri müvafiq olaraq 21.4-cü bəndin 9-cu və 10-cu abzaslarında əks olunmuş vaqonların baxıcıları və vaqonların baxıcı-təmirçiləri peşələrinin xüsusiyyətləri ilə eynidir. İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmiş, sonuncu xx.xx.2022-ci il tarixli, **********3 nömrəli məktubla bundan imtina edərək bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda bildiririk ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərmanlarını və sərancamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin əmr və sərəncamlarını, X4 qərarlarını, X5 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusi ilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın nəqliyyat bölməsinin (21) dəmiryol nəqliyyatı bəndində (21.4) vaqonların baxıcıları və vaqonların baxıcı-təmirçiləri vəzifələri nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim etdiyiniz sənədlərdə sizin xx.xx.1998-xx.xx.2006-cı il tarixləri arasındakı dövr ərzində "xxxx" QSCnin X6 deposunda baş vaqon baxıcısı və baş vaqon baxıcısı təmirçisi vəzifələrində işlədiyiniz qeyd olunmuşdur. Göründüyü kimi, işlədiyiniz vəzifələr yuxarıda müvafiq Qərarla təsdiq edilmiş Siyahı üzrə göstərilən vəzifələrə uyğun deyil. Bu səbəbdən də sizin 1 yanvar 2006-cı il tarixinədək güzəştli iş stajınız 12 il 6 aydan az (6 il 8 ay 11 gün (xx.xx.1980-xx.xx.1981-ci il, xx.xx.1981-xx.xx.1982-ci il və xx.xx.1993- xx.xx.1998-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində qeyd edilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, iddiaçı xx.xx.1960-cı il tarixdə Zəngilan rayonu, Mincivan qəsəbəsində doğulmuş, xx.xx.1978-ci il tarixdə Azərbaycan Dəmir Yollarının Yol Tikinti Trestində fəhlə vəzifəsinə qəbul edilmiş, xx.xx.1978-ci il tarixdə işdən azad edilmiş, xx.xx.1978-ci il tarixdən xx.xx.1980-ci il tarixədək keçmiş Sovet ordusunda həqiqi hərbi xidmət keçmiş, xx.xx.1980-ci il tarixdə Azərbaycan Dəmir Yollarının Mincivan stansiyasında yol montyoru vəzifəsinə qəbul edilmiş, xx.xx.1981-ci il tarixdə işdən azad edilmiş, xx.xx.1981-ci il tarixdə X9 Birliyində fəhlə vəzifəsinə qəbul edilmiş, 25 sentyabr 1981-ci il tarixdə işdən azad edilmiş, xx.xx.1981-ci il tarixdə Azərbaycan Dəmir Yollarının Mincivan stansiyasında yol montyoru vəzifəsinə qəbul edilmiş, xx.xx.1982-ci il tarixdə işdən azad edilmiş, xx.xx.1982-ci il tarixdə X2 fəhlə vəzifəsinə qəbul edilmiş, xx.xx.1983-cü il tarixdə azad edilmiş, xx.xx.1983-cü il tarixdə X2 xammal anbarında yükləyici vəzifəsinə qəbul edilmiş, xx.xx.1987-ci il tarixdə işdən azad edilmiş, xx.xx.1987-ci il tarixdə Sarıbulaq sovxozunun tərəvəz yetişdirmə sexində suvaran vəzifəsinə qəbul edilmiş, xx.xx.1990-cı il tarixdə işdən azad edilmiş, xx.xx.1990-cı il tarixdə Azərbaycan Dəmir Yollarının Naxçıvan Bölməsində texniki xidmət məntəqəsində çilingər vəzifəsinə qəbul edilmiş, xx.xx.1993-cü il tarixdə işdən azad edilmiş, 13 mart 1993-cü il tarixində isə yenə də orada vaqon baxıcısı vəzifəsinə keçirilmiş, xx.xx.1997-ci il tarixdə işdən azad edilniş, xx.xx.1997-ci il tarixində X6 Deposuna vaqon baxıcısı-təmirçisi vəzifəsinə qəbul edilmiş, xx.xx.1998-ci ildə yenə orada baş vaqon baxıcısı, xx.xx.2000-ci il tarixindən isə baş vaqon baxıcısı-təmirçisi keçirilmiş, xx.xx.2018-ci il tarixdə işdən azad edilmiş, xx.xx.2018-ci il tarixdə X8 Şirvan TXM-nə vaqon baxıcısı qəbul edilmiş, xx.xx.2019-cu il tarixdə ştat cədvəlində edilmiş dəyişikliyə əsasən vaqon baxıcısı-vaqon baxıcısı təmirçisi adlandırılmış, xx.xx.2021-ci il tarixdə işdən azad edilmiş, xx.xx.2021-ci il tarixdə Yük daşımaları departamentinin Yük vaqonlarının istismarı xidmətinin Cənub vaqon istismar deposunun Şirvan texniki xidmət məntəqəsinə 3-cü ödəniş kateqoriyası üzrə böyük vaqon baxıcısı təmirçici peşəsinə işə qəbul edilmiş, hal-hazırda tutduğu peşədə işləyir. “Əmək pensiyaları haqqında” Qanunun 91.1-ci maddəsinə əsasən (1 iyul 2017-ci ilə qədər qüvvədə olan redaksiyada) Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər-57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar-52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ həmin Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Hazırkı mübahisədə iddiaçının hüquqi marağı hüququnun yarandığı tarixdən ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsinə nail olmaqdan ibarətdir. İddiaçıya “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə və “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün onun 57 yaşı tamam olmalı, xx.xx.2006-cı ilə qədər azı 25 il ümumi iş stajına malik olmalı və bunun azı 12 il 6 ayı güzəştli iş stajı olmalıdır. Güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün yuxarıda istinad olunan normalarla tələb olunan dispozisiya şərtləri iddiaçıya münasibətdə ödənilmişdir. Belə ki, iddiaçının 01 yanvar 2006-cı il tarixə 25 ildən az olmayan ümumi və azı 12 il 6 ay güzəştli iş stajı mövcud olmuşdur. Ona pensiyanın təyin olunması üçün müraciət etdiyi tarixə iddiaçı tələb olunan yaş həddinə çatmışdır. Bu baxımdan, iddiaçı 57 yaşının tamam olduğu tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını tələb etməkdə haqlı sayılmalıdır. Belə ki, cavabdeh iddiaçının ümumi iş stajının mövcudluğunu qəbul etməklə mübahisələndirmir. Cavabdehin yeganə mübahisələndirdiyi məsələ iddiaçının güzəştli iş stajının olmadığına dair dəlildir. Cavabdeh bildirir ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə onun xx.xx.1998-xx.xx.2006-cı il tarixləri arasındakı dövr ərzində "xxxx" QSCnin X6 deposunda baş vaqon baxıcısı və baş vaqon baxıcısı təmirçisi vəzifələrində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçının işlədiyi vəzifələr yuxarıda müvafiq Qərarla təsdiq edilmiş Siyahı üzrə göstərilən vəzifələrə uyğun deyil. Bu səbəbdən də iddiaçının 1 yanvar 2006-cı il tarixinədək güzəştli iş stajınız 12 il 6 aydan az (6 il 8 ay 11 gün (xx.xx.1980-xx.xx.1981-ci il, xx.xx.1981-xx.xx.1982-ci il və xx.xx.1993- xx.xx.1998-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Məhkəmə cavabdehin sözügedən dəlilini əsassız hesab edir. Belə ki, oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin hüquqi mövqeyinə görə məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada söhbət, müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. İş materiallarına əlavə edilmiş, iddiaçıya məxsus əmək kitabçasında qeyd olunmuş məlumatlar, eləcə də arxiv arayışı, həmçinin işlədiyi idarə və müəssisələr tərəfindən verilmiş arayışlar nəzərə alınmaqla iddiaçının xx.xx.2006-cı il tarixədək 25 ildən artıq ümumi, 12 il 6 aydan çox “əmək şəraiti zərərli və ağır olan” iş stajının mövcud olması iş materialları ilə öz təsdiqini tapmışdır. Belə olan halda məhkəmənin qənaətinə görə İddiaçı xx.xx.2006-cı il tarixədək 25 ildən artıq ümumi iş stajına, o cümlədən 12 il 6 aydan artıq güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən iş stajına malik olduğundan, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci, 9.8-ci maddələrinə müvafiq olaraq ona 57 yaşdan (xx.xx.2017-ci il tarixdən) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmalıdır. Bununla yanaşı, həm də nəzərə alınmalıdır ki, keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinin xx.xx.2017-ci il tarixədək olan redaksiyasına əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 37.7-ci maddəsinə müvafiq olaraq keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. Həmin Qanunun xx.xx.2017-ci il tarixdən qüvvədə olan 32.1-1 maddəsinə əsasən, əmək pensiyası onu almaq hüququ yarandığı gündən, lakin bu Qanun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun hər iki redaksiyada olan maddələrini birgə təhlil etdikdə müəyyən olunur ki, 2017-ci il 10 mart tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə gətirilmiş yenilik ondan ibarət olmuşdur ki, xx.xx.2017-ci il tarixə qədər qüvvədə olan müddəalara görə keçmiş dövr üçün alınmamış pensiya məbləğinin ödənilməsində müddət məhdudiyyəti tətbiq edilmədiyi halda (bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla), xx.xx.2017-ci il tarixdən sonra keçmiş dövr üçün alınmamış pensiya məbləğinin ödənilməsi müraciət edilən tarixdən əvvəlki ən çoxu 3 (üç) illə məhdudlaşdırılmışdır. Məhkəmə, nəzərə alır ki, hazırkı işin halları ilə oxşarlıq təşkil edən mübahisələrlə bağlı əvvəllər Ali Məhkəmənin icraatında olmuş işlərdə Ali Məhkəmənin İnzibati Kollegiyasının hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, 1 iyul 2017-ci il tarixədək pensiya hüququ yaranmış şəxslərin barəsində “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsi (əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir) tətbiq edilməməlidir. Bununla yanaşı, məhkəmə təcrübəsinin vahidliyini təmin edən Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” 2020-ci il 8 oktyabr tarixli Qərardadına əsasən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 1 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının həmin qərardadında ifadə olunmuş mövqeyə görə, keçmiş dövr üçün alınmamış pensiyaların konkret müddətlə (3 illə) məhdudlaşdırılması hüquqi müəyyənlik və sabitliyin təmin edilməsi baxımından da ümumən hüquqda qəbul edilmiş yanaşmaya uyğun hesab olunmalıdır. Belə ki, müddətlər (qanunvericinin dairəsini konkret müəyyən etdiyi iddia müddətlərinin şamil edilmədiyi münasibətlər istisna olmaqla) hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla, onlardan qeyri-müəyyən istənilən dövr ərzində deyil, konkret müddətlər daxilində hüquqlarını həyata keçirmək üçün real hərəkətlər etmələrini tələb edir. Hazırda qüvvədə olan məhkəmə praktikasına görə hər bir vətəndaşın sosial təminat sahəsindəki olan hüquqlarının bərabərlik prinsipinin təmin edilməsi üçün əmək pensiyaçılarının pensiya hüququnun yaranma tarixindən asılı olmayaraq, ödənilməmiş pensiya məbləğinin yalnız müraciət olunan tarixdən geriyə 3 il ərzində ödənilməsi mümkün sayılır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının tətbiqi ilə bağlı R.Hacıyevin və R.Axundovun şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 20 noyabr 2020-ci il və 14 oktyabr 2020-ci il tarixli qərarlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 sentyabr 2021-ci il tarixli qərarında göstərilmişdir ki, həmçinin qeyd edilməlidir ki, Ali Məhkəmənin İnzibati Kollegiyası adıçəkilən qərardadında “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsi ilə bağlı göstərmişdir ki, yeni tənzimləmələri nəzərdə tutan qanun 2017-ci il 10 mart tarixində qəbul edilmiş, 2017-ci il may ayının 3-də mətbuatda dərc edilmiş, 2017-ci il 1 iyul tarixindən etibarən isə qüvvəyə minmişdir. Yəni faktiki keçid dövrü nəzərdə tutan yeni tənzimləmələr hüququ əvvəlki normalar əsasında yaranmış şəxslərin hüquqlarının həyata keçirilməsini təmin etmək üçün real vaxt və imkanlar nəzərdə tutmuşdur. Bu kateqoriya şəxslər qanunun qüvvəyə mindiyi günədək müraciət etməklə özlərinin hüquqlarının əvvəlki normanın müəyyən etdiyi qaydada həyata keçirilməsinə nail ola bilərdilər. Məhz buna görə də, Kollegiya hesab etmişdir ki, yeni tənzimləmələrin əmək pensiyaçılarının hüquqlarına təsirini minimuma endirmək üçün faktiki imkan və işlək mexanizmlər mövcud olmuşdur. Bunu nəzərə alaraq Ali Məhkəmənin İnzibati Kollegiyası belə nəticəyə gəlmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin birinci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 1 iyul tarixinədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, göstərilən nəticəyə gələrkən Ali Məhkəmənin İnzibati Kollegiyası tərəfindən müddətin ötürülməsinin bəzi hallarda şəxsin iradəsindən asılı olmayaraq baş verə biləcəyinin mümkünlüyü nəzərə alınmamışdır. Odur ki, müvafiq işlərə baxan məhkəmələr həmin maddənin qüvvəyə minməsindən əvvəl pensiya hüququnu əldə etmiş şəxsin pensiyanın təyin edilməsi üçün 2017-ci il 1 iyul tarixinədək aidiyyəti inzibati orqanlara müraciət etməməsinin səbəblərini (belə müraciətin göstərilən tarixədək təqdim edilməməsinin şəxsin səhhəti ilə və yaxud onun iradəsindən asılı olmayan digər obyektiv və üzrlü səbəblərlə bağlı olmasını) əks etdirən sübutları tam və ətraflı araşdırmalı, onlara əsaslı hüquqi qiymət verməli, Konstitusiya və qanunların tələblərinə uyğun olan qərar qəbul etməlidirlər. İddia ərizəsindən və iş materiallarında olan DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********3 nömrəli “Güzəştli şərtlərlə pensiya təyinatı üçün sənədlərin təqdim olunması haqqında” məktubdan müəyyən olunur ki, iddiaçı ilk dəfə hazırki tələblə cavabdeh inzibati orqana 2022-ci ilin aprel ayının 11-də (müraciəti xx.xx.2022-ci il tarixli, **********3 nömrəli cavab məktubu ilə cavablandırılmışdır) müraciət etmişdir. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı 57 yaşdan yəni, xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ona ödəniləcək pensiya məbləğinin fərqinin cavabdeh inzibati orqana ilk dəfə müraciət edilən tarixdən (11 aprel 2022-ci il) əvvəlki illər üçün, yəni 11 aprel 2019-cu ildən 11 aprel 2022-ci il tarixədək hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 75-ci, 78-79cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı 57 yaşdan yəni, xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ona ödəniləcək pensiya məbləğinin fərqinin cavabdeh inzibati orqana ilk dəfə müraciət edilən tarixdən (11 aprel 2022-ci il) əvvəlki illər üçün, yəni 11 aprel 2019-cu ildən 11 aprel 2022-ci il tarixədək hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov
Məhkəmə qərarları › İş №2-1(120)-1628/2022
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1628/2022
16.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver