Məhkəmə qərarları › İş №2-1(120)-163/2020

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-163/2020

16.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İş № 2-1(120)-163/2020 16.03.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Şirvan İnzibati Məhkəməsi hakim İsmayılov Orxan Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi İdarəsinə qarşı 72 kv.m torpaq sahəsi və onun üzərində tikilmiş 58,8 kv.m qeyri-yaşayış sahəsinə vahid əmlak kimi çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə dair inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 72 kv.m torpaq sahəsi və onun üzərində tikilmiş 58,8 kv.m qeyri-yaşayış sahəsinə vahid əmlak kimi çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi İdarəsinin, üçüncü şəxslər Masallı bələdiyyəsinin və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi İdarəsinin, üçüncü şəxslər Masallı bələdiyyəsinin və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı iddiası mümkün sayılmamalıdır. Belə ki, iddia ərizəsindən göründüyü kimi İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi İdarəsinə qarşı 72 kv.m torpaq sahəsi və onun üzərində tikilmiş 58,8 kv.m qeyri-yaşayış sahəsinə vahid əmlak kimi çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia qaldırmışdır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Şirvan İnzibati-İqtisadi Məhkəməsinin qanuni qüvvəyə minmiş 18.11.2015-ci il tarixli, 2-1(086)-322/2015 nömrəli qərarı ilə Sizin cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi İdarəsinə qarşı 22.02.2012-ci il tarixli seriya MA ******* nömrəli çıxarışda torpaq sahəsinin mülkiyyət növü-xüsusi, torpaq sahəsinin hüququnun növünü isə mülkiyyət kimi düzəlişin edilməsibarədə iddianız əsassız olduğundan təmin edilməmişdir. Həmin qərarda qeyd edilmişdir ki, ...”İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş MəhkəməEskspertizaMərkəzinin 26.10.2015-ciiltarixli 17455 nömrəliekspertrəyindən görünür ki, Masallışəhəri, H.ƏliyevprospektindəyerləşənHüquqlarının X1 Daşınmaz Əmlakın Dövlət Reyestrindən 22.02.2012-ci il tarixli seriya MA ******* nömrəli çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətində olan qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin hüquqi statusu dövlət torpaqlarına aid olduğu müəyyən edilmişdir”. Eyni zamanda həmin qərarda qeyd edilmişdir ki, ...”Göründüyü kimi, mübahisə predmeti olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi İdarəsinin 22.02.2012-ci il tarixli seriya MA ******* nömrəli çıxarışda qeyri-yaşayışbinasının yerləşdiyi torpaqsahəsi dövlət mülkiyyəti kimi göstərilməsi ilə bağlı faktiki xarakterli hərəkəti qanuni və əsaslı olmuşdur və dövlət mülkiyyətində olan həmin torpaq sahəsinin bələdiyyə tərəfindən iddiaçıya satılması Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi İdarəsinə tərtib edilmiş 22.02.2012-ci il tarixli seriya MA ******* nömrəli çıxarışda düzəliş edilməsi əsası yaratmır”. Şirvan Apelyasiya Məhkəməsinin 21.06.2017-ci il tarixli, 2-1(106)-06/2017 nömrəli qərarı ilə Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 18.11.2015-ci il tarixli, 2-1(086)-322/2015 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Həmin qərarda qeyd edilmişdir ki, ...işdə olan Məhkəmə Ekspertiza Mərkəzinin 28 aprel 2017-ci il tarixli, 3080 nömrəli ekspert rəyindən, habelə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən tərtib olunmuş 14 mart 2017-ci il tarixli mütəxəssis rəyindən və ona əlavə olunmuş planlardan aydın olur ki, Masallı rayonu, Masallı şəhəri Nizami adına təsərrüfatın kompleks yerquruluşu layihəsinə və elektron baza məlumatına görə mübahisə predmeti olan 0,0072 ha tikilialtı torpaq sahəsi 2102 kodu ilə (təsərrüfat tikililəri altında qalan torpaqlar) cizgilənmiş ərazi daxilində yerləşir. Çıxarışa əsasən dövlət mülkiyyəti kimi iddiaçının istifadəsinə verilmiş həmin 0,0072 ha tikilialtı torpaq sahəsinin hüquqi statusu dövlət torpaqlarına aid edilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Məhkəmə qeyd edir ki, İddiaçı ilə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi İdarəsi arasında eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair 18.11.2015-ci il tarixli, 2-1(086)-163/2015 nömrəli qanuni qüvvəyə minmiş məhkəmə qərarı mövcuddur. Belə olan halda, məhkəmə hesab edir ki, hazırki iddia tələbinə yenidən inzibati icraat qaydasında baxılması mümkünsüzdür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. İddiaçıya 18 fevral 2020-ci il tarixli, 2-1(120)-163/2020 nömrəli məktubla iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı yardım edilsə də, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə təqdim etməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı iddiası mümkün sayılmamalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35-ci, 80-ci, 83-cü və 85-ci maddələrinə əsasən məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi İdarəsinə qarşı 72 kv.m torpaq sahəsi və onun üzərində tikilmiş 58,8 kv.m qeyri-yaşayış sahəsinə vahid əmlak kimi çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim Orxan İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar