Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-163/2021 29.03.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi оğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi, İddiaçı, iddiaçının vəkili X5 iştirаkı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2020-ci il tarixli, 0566 nömrəli əmrinin ləğv edilməsi və dəymiş maddi ziyanın ödənilməsi” barədə iddiasına dair inzibati işə Şirvan İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyiyə qarşı Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2020-ci il tarixli, 0566 nömrəli əmrinin ləğv edilməsi və dəymiş maddi ziyanın ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx xxxxxx 2009-cu ildə Heydər Əliyev adına Ali Hərbi Məktəbə qəbul olunaraq 2013-cü ildə həmin ali hərbi məktəbi “Qoşun kəşfiyyatı” ixtisası bitirmişdir. 2013-2014-cü illərdə Silahlı Qüvvələrin TəlimTədris Mərkəzində zabit ixtisası üzrə kurs keçmişdir. Təlim-Tədris-Mərkəzində zabit kursunu başa vurduqdan sonra Naxçıvan şəhərində yerləşən X8 zabit heyətində xidmət etmişdir. 2019cu ilin mart ayında ailə vəziyyəti (anasının tək yaşaması və xəstə olması) ilə əlaqədar hərbi hissə komandirinə, 2019-cu ilin aprel ayında isə eyni əsasla X22 Komandanına məktubla müraciət etməsi nəticəsində Ordunun kadrlar şöbəsinin rəisi Vəli Nadirov tərəfindən onunla söhbətləşmə aparılmış, lakin heç bir qanuni əsas olmadan xidmət yerinin dəyişdirilməsinin mümkün olmadığını ona bildirilmişdir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası qanunun 17-ci maddəsinin tələblərinə əsasən hərbi qulluqçunun öz səhhətinə və ya ailə üzvlərinin səhhətinə, ailə vəziyyətinə görə, xüsusi şəraitli yerlərdə xidmət üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinin müəyyən etdiyi müddəti başa çatdırmasına görə xidmət yerini dəyişdirmək hüququ var. “Hərbi xidmətkeçmə haqqında Əsasnamənin”-nin 72-ci maddəsinin 4-cü hissəsində qeyd olunur ki, xidmət üzrə başqa yerə dəyişilməsi haqqında hərbi qulluqçunun öz qoca və xəstə valideynlərinə, yaxud onun arvadının (ərinin) ayrı yaşayan valideynlərinə qulluq etməklə əlaqədar müraciəti ilə bağlı (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) müstəsna hallarda, korpus, Silahlı Qüvvələr növünün müvafiq qurumları tərəfindən onların yaşadıqları yer üzrə hərbi komissarlığa onların səhhəti barəsində hərbi-həkim komissiyasının rəyi, ailə vəziyyəti və başqa qohumlarının olub-olmaması haqqında məlumat almaq üçün sorğu göndərilə bilər. Ailə vəziyyəti, yəni anasının tənha olması və bu səbəbdən qulluğa ehtiyacı olması barədə şəxsi işində olan tərcümeyi halında və digər sənədlərdə müvafiq yazılı məlumatlar var, habelə anasının xəstə olması barədə də müvafiq tibbi sənədlər mövcuddur. 2019-cu ilin iyul-sentyabr aylarında X15 Komandanın müavinləri və ordunun kəşfiyyat bölməsinin rəisi onunla söhbətləşmə aparmış, ailə vəziyyəti (anasının tənha və xəstə olması) ilə əlaqədar xidmət yerinin dəyişdirilməyəcəyini, bunun əvəzində ona bölük komandiri vəzifəsini təklif etmişdirlər. Təklif olunan bölük komandiri vəzifəsini qəti şəkildə qəbul etməyərək ailə vəziyyəti ilə bağlı xidmət yerinin dəyişdirilməsi istəyini bildirmişdir. 2019-cu ilin sentyabr ayında bu məsələ ilə bağlı X16 sədri Vasib Talıbova məktubla müraciət etmiş, bunun nəticəsində X15 Komandanın şəxsi heyətlə iş üzrə müavini Elman Orucov zabitlərin iclasında ona köməklik edəcəyini bildirmişdir. 2019-cu ilin noyabr ayında X9 kadrlar şöbəsinin rəisi Vəli Nadirov onunla yenidən söhbətləşmə aparmış, fiziki hazırlıqdan zəif nəticə göstərdiyi üçün Ordunun kəşfiyyat rəisi tərəfindən onun yiyələndiyi kəşfiyyat ixtisasından çıxarılması barədə vəsatət qaldırdığını bildirmişdir. Həmçinin onun motoatıcı tağım komandiri vəzifəsinə təiyin ediləcəyini bildirmişdir. Fiziki hazırlıqdan zəif nəticə verməyinin ən mühüm səbəbi səhhətinin pis olması idi. Belə ki, tibbi kitabçasında “Sağ temporal payda araxnoidal kista” diaqnoz ilə bağlı xx.xx.2019-cu il tarixdə Naxçıvan Hərbi Hospitalının nevrologiya şöbəsinin rəisi tərəfindən yazılmış qeydə əsasən səhhəti ilə bağlı onun fiziki hazırlıq və idman tədbirlərindən azad edilməsi qeyd edilmişdir. Söhbətləşmə zamanı heç olmasa ixtisasına uyğun daha yüngül vəzifə verilməsini xahiş etmişdir. Söhbətləşmə zamanı motoatıcı tağım komandiri vəzifəsini qəbul edəcəyi və ailə vəziyyəti ilə bağlı müraciətlərinə son qoyacağı halda 2020-ci ilin may ayında rotasiya (xidmət yerinin dəyişdirilməsi) vaxtı xidmət yerinin dəyişdiriləcəyi ona vəd verilmişdir. 2020-ci ilin yanvar ayında N nömrəli hərbi hissəyə motoatıcı tağım komandiri vəzifəsinə təyin edilmişdir. “Hərbi xidmətkeçmə haqqında Əsasnamənin”-nin 72-ci maddəsinin “b” bəndinə əsasən vəzifəyə təyin edildikdə və hərbi qulluqçuların bütün xidmət üzrə yerdəyişmə hallarında onların əsas və ya yaxın ixtisas üzrə və ya mövcud təcrübəsinə müvafiq istifadə olunması təmin edilməlidir. Hərbi qulluqçuların onlar üçün yeni ixtisasda istifadə olunması zəruri olduqda vəzifəyə təyin edilməzdən əvvəl onlar, bir qayda olaraq, müvafiq kurslarda (toplanışlarda) yenidən hazırlıq keçməlidirlər. N nömrəli hərbi hissəvə motoatıcı tağım komandiri vəzifəsinə təyin edilərkən “Hərbi xidmətkeçmə haqqında Əsasnamənin'’-nin 72-ci maddəsinin “b” bəndinin tələblərinə uyğun olaraq yiyələndiyi “kəşfiyyat” ixtisasından onun üçün yeni olan motoatıcı tağım komandiri ixtisasına keçirilməyi üçün müvafiq kurs keçməyi tələb olunduğu halda o yeni ixtisala bağlı heç bir kurs keçməmişdir. 2020-ci ilin may ayında rotasiya qaydasında xidmət yerinin dəyişdirilmədiyini gördükdə aldadıldığını bilmiş və yenidən raportla hərbi hissə komandirinə müraciət etmişdir. X9 şəxsi heyət idarəsinin rəisi Vəli Nadirov onu qəbul edərək rotasiya qaydasında xidmət yerinin dəyişilməyəcəyini ona bildirmiş və bu fikirdən əl çəkməyəcəyi halda Ordu sıralarından tərxis ediləcəyi hədəsi ilə onu təhdid etmişdir. 2020ci ilin iyun və iyul aylarında hərbi hissənin kadrlar rəisi tərəfindən onunla söhbətləşmə apararkən xidməti vərəqini tanış olmaq üçün ona təqdim etdikdə xidməti vərəqəsində yazılan bir sıra intizam cəzaları ilə razı olmamışdır, çünki həmin cəzaların verilməsinə səbəb olacaq intizam pozuntularını törətməmişdir, həmçinin həmin intizam cəzaları vaxtında ona elan edilməmişdir və bu səbəbdən də xidməti vərəqəsi ilə tanış olmaqdan imtina etmişdir. X8 xidmətə başladığı 2014-cü ildən 2019-cu ilə kimi xidməti vərəqəsində yalnız bir neçə intizam cəzaları yazılmış, lakin 2019-cu ildən etibarən ailə vəziyyətinə görə xidmət yerinin dəyişdirilməsi üçün müraciət etməsi ilə əlaqədar hərbi hissə komandanlığı onun ilə qərəzli mövqe tutduğuna görə 2019-2020-ci illərdə xidməti vərəqəsinə heç bir əsas olmadan xeyli sayda intizam cəzaları yazılmış və bu cəzalar ona vaxtında elan edilməmişdir. Azərbaycan Respublikası Silahlı X1 98-ci maddəsinin 4-cü hissəsinə əsasən verilmiş intizam cəzaları zabitlərə, generallara və admirallara - şəxsən, yazılı göstərişlə və ya müşavirədə (baş zabitlərə - baş zabitlərin iştirak etdikləri müşavirədə, generallara və admirallara - generalların və admirallarm iştirak etdikləri müşavirədə) elan edilməlidir. N nömrəli hərbi hissə komandanlğının onunla qərəzli mövqe saxlamasının digər bir örnəyi aralarında çox qısa müddət ərzində barəsində bir-birinə zidd olan müsbət və mənfi iki xidməti xəsiyyətnamənin verilməsidir. Ona qarşı hərbi hissə komandanlığının qərəzli mövqe tutmasının digər bariz nümunəsini isə zabit və digər hərbi qulluqçulara hər ilin sonunda nizam-intizam və döyüş hazırlığına görə Müdafiə Nazirinin müvafiq əmri ilə birdəfəlik pul təminatının 2014-cü ildə 100%, 2015-2016-cı illərdə 75 %, 2017-2018-ci ildə 100 %, lakin 2019-cu ildə isə 0 % verilməsini göstərmək olar. Xidməti uyğunsuzluğa görə hərbi xidmətdən tərxis edilməsi haqqında Müdafiə Nazirinin xx.xx.2020-ci il tarixli 0566 nömrəli əmri barədə məlumatı xx.xx.2020-ci il tarixdə tərtib edilən təyinat vərəqəsi ona təqdim edilərkən bilmişdir. Onun qanunsuz olaraq xidməti uyğunsuzluğa görə hərbi xidmətdən tərxis edilməsi həmçinin gələcək əmək fəaliyyəti ilə məşğul olmasına çox ciddi əngəl törədir. Qeyd olunanlara əsasən iddia ərizəsinin təmin olunması barədə qərar çıxarılması məhkəmədən xahiş olunmuşdur. İddiaçı və vəkili X12 şifahi məhkəmə baxışı iclasında iddianı müdafiə edərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının və iddiaçının vəkilinin izahatlarını dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsinin xx xxxxxx 2020-ci il tarixli, 1043 nömrəli məktubuna əlavə olunmuş xx xxxxxx 2020-ci il tarixli, 61 nömrəli arayışında qeyd edilir: verilir, 1992-cı il təvəllüdlü ehtiyatda olan baş leytenant İddiaçı ondan ötrü ki, həqiqətən o, xx.xx.2009-cu il tarixdən xx.xx.2013-cü il tarixədək Azərbaycan Ali Hərbi Məktəbində kursant, xx.xx.2013-cü il tarixdən xx.xx.2014-cü il tarixədək Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzində dinləyici kimi həqiqi hərbi xidmətdə olmuşdur. xx.xx.2014-cü il tarixdən xx.xx.2014-cü il tarixədək N saylı hərbi hissədə, xx.xx.2014-cü il tarixdən xx.xx.2017-ci il tarixədək N saylı hərbi hissədə, xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək N saylı hərbi hissədə, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək N saylı hərbi hissədə həqiqi hərbi xidmətdə olmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2020-ci il tarixli “Hərbi Xıdmətkeçmə Haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən Silahlı Qüvvələrdə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. xx.xx.2020-ci il tarixdən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsində hərbi qeydiyyatdadır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli və xx.xx.2020-ci il tarixli Söhbət vərəqələrindən görünür ki, intizam cəzalarının təyin edilməsi və xidmətdə yol verilmiş digər pozuntularla bağlı, o cümlədən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə müvafiq olaraq xidməti uyğunsuzluğa görə ehtiyata buraxılmaq üçün təqdim olunma ilə bağlı İddiaçı ilə söhbətləşmə aparılmışdır. İş materiallarında olan N nömrəli hərbi hissənin xx xxxx 2020-ci il tarixli aktında qeyd edilmişdir: Mən N nömrəli hərbi hissənin kadrlar bölmə rəisi mayor X6, N nömrəli hərbi hissənin komplektləşdirmə bölmə rəisi mayor X7 və N nömrəli hərbi hissə komandirinin hüquq işləri üzrə köməkçisi ədliyyə kapitanı X4 iştirakı ilə bu aktı tərtib etdim ondan ötəri ki, həqiqətən də N nömrəli hərbi hissənin 3-cü taborunun 8-ci bölüyünün 2-ci taqımının Komandiri baş leytenant İddiaçı xidməti vərəqəsinin çıxarışı ilə tanış olaraq onu imzalamaqdan imtina etmişdir. Söhbətləşmə aparılan şəxsə izah edilmişdir ki, onun imtinası ona verilmiş intizam cəzalarının əsassız olmasına dəlalət etmir. Tərtib olunmuş aktın doğruluğunu imzalarımızla təsdiq edirik. İş materiallarında olan 3-cü tabor komandiri mayor Rəhim Əhədovun tərtib etdiyi xidməti xasiyyətnamədə qeyd edilmişdir: Baş leytenant İddiaçı xidmət etdiyi müddət ərzində özünü nizam-intizamsız, vəzifə borclarına layiqincə yanaşmayan, üzərinə düşən məsuliyyəti dərk etməyən bir zabit kimi göstərmişdir. Taqımın şəxsi heyətinin işgüzarlıq və mənəvi keyfiyyətlərini, həmçinin taqımın hər bir hərbi qulluqçusunun hərbi rütbəsini, soyadını, xidmət müddətini, tutduğu vəzifəsini, ixtisasını və ailə tərkibini bilmir. Taqımın silahlarını, döyüş texnikasını və digər texnikasının qorunub saxlanması və onlardan düzgün istifadə edilməsi qaydalarını bilmir və öyrənməyə səy göstərmir. Taqımın əsgərlərinin, çavuşlarının və gizirlərinin biliklərini, əməli vərdişlərini şəxsən yoxlamır. Taqımda hərbi qulluqçuların düzgün yerləşdirilməsini, ciddi daxili qayda qanunun olmasını və intizama riayət edilməsini qoruyub saxlamır. Taqımın şəxsi heyətinin müəyyən edilmiş qeydiyyatını aparmır, şəxsi heyəti siyahı üzrə, mövcud və yerində olmayanların sayını, həmçinin silahların, döyüş texnikasının və digər texnikanın, döyüş sursatının, yanacağın və maddi vəsaitlərin miqdarını, vəziyyətini zəyif bilir. Fiziki cəhətdən sağlamdır. İş materialında olan gizir İddiaçı barəsində tərtib olunmuş Xidmət vərəqəsindən çıxarışda aşağıdakılar öz əksini tapmışdır: - Fiziki hazırlıqdan zəif nəticə göstərdiyinə görə xx.xx.2019-cu il tarixdə 217 h/h kəşfiyyat rəisi, bölmə rəisi tərəfindən töhmət verilsin. - Həyəcan siqnalına gecikdiyinə görə xx.xx.2019-cu il tarixdə 217 h/h komandiri tərəfindən töhmət verilsin. - X15 Komandanlığının kəşfiyyat idarəsi tərəfindən keçirilən toplantıda zəif nəticə göstərdiyinə görə xx.xx.2019-cu il tarixdə 217 h/h kəşfiyyat rəisi, bölmə rəisi tərəfindən şiddətli töhmət verilsin. - Komandir hazırlığı toplantısından zəif nəticə göstərdiyinə görə xx.xx.2019-cu il tarixdə 217 h/h komandiri tərəfindən 859 nömrəli əmr ilə töhmət verilsin. - Nahardan sonrakı yerbəyerə gecikdiyinə görə xx.xx.2019-cu il tarixdə Tabor koman, MTT üzrə müavini tərəfindən töhmət verilsin. - Fiziki hazırlıq üzrə normativləri yerinə yetirməkdən boyun qaçıraraq verilən əmrin icrasına səhlənkar yanaşdığına görə xx.xx.2019-cu il tarixdə 217 h/h komandiri tərəfindən şiddətli töhmət verilsin. - Etinadsızlıq edərək şəxsi vəsiqəni yararsız hala saldığına görə xx.xx.2020-ci il tarixdə tabor komandiri tərəfindən töhmət verilsin. - Fiziki hazırlığın axşam saatına çıxmadığına görə xx.xx.2020-ci il tarixdə tabor komandiri tərəfindən töhmət verilsin. - 26.04.2020-ci il tarixdə zabit və gizirlərin gecə yoxlaması zamanı yerində olmadığına və qoyulan tapşırığın icrasına səhlənkar yanaşdığına görə 215 h/h komandirinin xx.xx.2020-ci il tarixli, 363 nömrəli əmri ilə şiddətli töhmət verilsin. - Təlim metodiki toplantısında komandir hazırlığı məşğələsində aşağı nəticələr göstərərək qeyri-məqbul qiymət aldığına görə xx.xx.2020-ci il tarixdə 215 h/h komandirinin xx.xx.2020-ci il tarixli, 458 nömrəli əmri ilə şiddətli töhmət verilsin. İş materiallarında olan xx.xx.2020-ci il tarixli təqdimatdan görünür ki, N nömrəli hərbi hissənin 2153-cü motoatıcı taborunun (MT-LB) motoatıcı bölüyünün motoatıcı taqımının komandiri olan, baş leytenant İddiaçı xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması üçün həmin hərbi hissənin komandiri tərəfindən təqdimat verilmişdir. Həmin təqdimatın əsaslandırıcı hissəsində qeyd olunur ki: “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə müvafiq olaraq xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması üçün təqdim olunur. Baş leytenant Abdullayev xx.xx.2014-cü il tarixdən zabit vəzifələrində xidmət edir. O, taqım komandiri vəzifəsində xidmət etdiyi müddətdə özünü intizamı olmayan və vəzifəsinin öhdəsindən gəlməkdə daima çətinlik çəkən, çox zaman verilən tapşırığı icra etməkdən boyun qaçırmağa cəhd göstərən bir zabit kimi göstərmişdir. Uzun müddət taqım komandiri vəzifəsində xidmət etməsinə baxmayaraq ona təhkim olunmuş döyüş texnikası, silah və sursatların, rabitə vasitələrinin istifadə olunması və qorunub saxlanması, onlara vaxtında texniki və mövsümi qulluq göstərilməsi qaydaların öyrənib mənimsəməmişdir. Vəzifəsinə aid rəhbər sənədləri zəif bilir və gündəlik xidmətində onların tətbiq üçün heç bir səy göstərmir. Uzun müddət taqım komandiri kimi xidmət etməsinə baxmayaraq xidmət üzrə vəzifədə irəli çəkilməsi üçün öz üzərində qətiyyən çalışmır. Silahlı Qüvvələrin nizamnamələrini zəif bilir və yuxarı komandanlıq tərəfindən verilən əmr sərəncam, tapşırıqları yerinə yetirməkdə bacarıqsızlıq və acizlik göstərir. Tabeliyində olan taqımın şəxsi heyətini yaxından tanımır, onların ailə problemləri ilə maraqlanmır məişət şəraitinin yaxşılaşdırılması istiqamətində heç bir iş görmür. Davranış və hərəkətləri ilə rəhbərlik etdiyi tağıma nümunə ola bilmir və taqımda nizamnamədən kənar münasibətlərin inkişafına rəvac verir. Baş leytenant Abdullayev xidmətə başladığı gündən müxtəlif əsassız bəhanələrlə xidmət vəzifələrinin icrasından boyun qaçırmağa cəhd göstərdiyinə görə onunla söhbətlər aparılmışdır. Aparılar söhbətlər zamanı komandanlıq ona dəfələrlə xidmətində dönüş yaratması üçün vaxt vermiş, lakin verilən vaxtdan istifadə etməmişdir. Belə ki, o təlim metodiki toplantılardan, komandir hazırlığından və fiziki hazırlıq üzrə tələb olunan normativləri yerinə yetirməkdən imtina edir və ya qeyri-məqbul qiymətlər alır. Üzərindən götürülməmiş intizam cəzaları olmasına baxmayaraq qətiyən öz üzərində çalışmır. Tələbkarlığı, idarəetmə səriştəsi və hərbi qulluqçuya xas olan şəxsi keyfiyyətləri yoxdur. Hərbi xidmətin çətinlik və məhrumiyyətlərinə dözməkdə acizdir. Yuxarıda göstərilənləri nəzərə alıb baş leytenant İddiaçı Azərbaycan Ordusunda həqiqi hərbi xidmətdən xidməti uyğunsuzluğa görə ehtiyata buraxılmasını məqsədəuyğun hesab edirəm. Sənədləri qeydiyyat üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Şirvan şəhər idarəsinə göndərilməlidir. Nəticə: Azərbaycan Ordusunda həqiqi hərbi xidmətdən xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması üçün vəsatət qaldırıram. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirinin xx xxxx 2020-ci il tarixli, 0566 nömrəli əmrindən çıxarışdan görünür ki, N №-li hərbi hissənin 2153-cü motoatıcı taborunun (MT-LB) motoatıcı bölüyünün motoatıcı taqımının komandiri Baş leytenant İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. İş materiallarında olan N nömrəli hərbi hissənin xx xxxxxx 2020-ci il tarixli, 218 nömrəli əmrində qeyd edilmişdir ki, Baş leytenant İddiaçı, 3-cü taborun 8-cı bölüyünün; 2cı taqımının komandiri, Azərbaycan Respublikası Müdafiə nazirinin xx xxxx 2020-cı il tarixli 0566 nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən ehtiyata buraxıldığına görə işlərini və vəzifəsini təhvil vermiş hesab edilsin, 2020-ci ilin növbəti məzuniyyəti (25 təqvim günü) verilməklə, xx xxxxxx 2020-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılsın və hərbi qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər İdarəsinə göndərilsin. Baş leytenant İddiaçı, Azərbaycan Respublikası Müdafiə nazirinin xx xxxxxxx 2017-ci il tarixli 22 nömrəli qərarına əsasən 2020-cı ildə xidmət etdiyi dövr üçün nəzərdə tutulmuş birdəfəlik pul mükafatını almağa layiq deyil. Baş leytenant İddiaçı ehtiyata buraxılması ilə əlaqədar ikiaylıq pul müavinəti verilsin. 2020-cı il üçün nəzərdə tutulmuş maddi yardım verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məhkəməyə göndərdiyi xx xxxxxx 2020-ci il tarixli, 11/5824 nömrəli iddia ərizəsinə etirazında qeyd edilmişdir ki, İddiaçı iddia tələbləri əsassız və qanunsuz olduğu səbəbindən, aşağıdakı əsaslara görə rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Müdafiə nazirinin xx xxxx 2020-ci il tarixli 0566 nömrəli əmri ilə N №-li hərbi hissənin hərbi qulluqçusu baş leytenant İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin «e» bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Əmrin verilməsinə əsas iddiaçının xidməti uyğunsuzluğa görə ehtiyata buraxılmasına dair tərtib edilmiş xx xxxx 2020-ci il tarixli təqdimatı olmuşdur. Təqdimat “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 6 №-li əlavəsinə uyğun olaraq N №-li hərbi hissə komandiri tərəfindən imzalandıqdan və komanda üzrə müvafiq rəislərin rəyləri alındıqdan sonra qərar qəbul edilməsi məqsədilə göndərilmişdir. Təqdimatın məzmunundan məlum olmuşdur ki, İddiaçı hərbi hissədə xidmət etdiyi müddət ərzində özünü nizam-intizamsız, bacarıqsız, təcrübəsiz və savadsız bir zabit kimi göstərmişdir. Uzun müddət taqım komandiri kimi xidmət etməsinə baxmayaraq xidmət üzrə vəzifədə irəli çəkilməsi üçün öz üzərində qətiyyən çalışmır. Silahlı Qüvvələrin nizamnamələrini zəif bilir və yuxarı komandanlıq tərəfindən verilən əmr, sərəncam, tapşırıqları yerinə yetirməkdə bacarıqsızlıq və acizlik göstərir. Tabeliyində olan taqımın şəxsi heyətini yaxından tanımır, onların ailə problemləri ilə maraqlanmır, məişət şəraitinin yaxşılaşdırılması istiqamətində heç bir iş görmür. Davranış və hərəkətlərilə rəhbərlik etdiyi taqıma nümunə ola bilmir və taqımda nizamnamədən kənar münasibətlərin inkişafına rəvac verir. Baş leytenant İddiaçı xidmətə başladığı gündən müxtəlif əsassız bəhanələrlə xidmət vəzifələrinin icrasından boyun qaçırmağa cəhd göstərdiyinə görə onunla söhbətlər aparılmışdır. Aparılan söhbətlər zamanı komandanlıq ona dəfələrlə xidmətində dönüş yaratması üçün vaxt vermiş, lakin o verilən vaxtdan istifadə etməmişdir. Belə ki, o təlim metodiki toplantılardan, komandir hazırlığından və fiziki hazırlıq üzrə tələb olunan normativləri yerinə yetirməkdən imtina edir və ya qeyri-məqbul qiymətlər alır. Üzərindən götürülməmiş intizam cəzaları olmasına baxmayaraq qətiyən öz üzərində çalışmır. Tələbkarlığı, idarəetmə səriştəsi və hərbi qulluqçuyq xas olan şəxsi keyfiyyətləri yoxdur. Hərbi xidmətin çətinlik və məhrumiyyətlərinə dözməkdə acizdir. İddiaçının 2019-cu il üzrə keçirilən attestasiya nəticəsi 24 bal olmuşdur bu da xidmətinin qeyri qənaətbəxş olması deməkdir. Ümumiyyətlə, xidmət etdiyi müddət ərzində xidmətinə mövcud vəziyyətə verilən qiymət «qeyri kafi» olmuşdur. Bütün bunlar iddiaçının öz xidməti vəzifəsinə məsuliyyətsiz yanaşmasından irəli gəlir. Ona görə də, hərbi hissə komandiri öz səlahiyyətlərindən istifadə edərək, onu dəfələrlə intizam məsuliyyətinə cəlb etmiş, lakin iddiaçı bütün bunlardan düzgün nəticə çıxarmamışdır. Nəticədə «xidməti uyğunsuzluğa görə» Azərbaycan Ordusu sıralarından ehtiyata buraxılmasına təqdim olunmuşdur. Təqdimatın hazırlanmasına əsas olmuş sənədlər (surətləri etiraza əlavə olunur) nəzərdən keçirilərkən, iddiaçının Azərbaycan Respublikası Silahlı X1 67-ci maddəsində nəzərdə tutulmuş intizam cəzalarına (məzəmmət, aşağı vəzifəyə keçirmə və hərbi rütbəsini bir pillə aşağı salma kimi intizam cəzaları istisna olmaqla) cəlb edildiyi məlum olmuşdur. Xidməti vərəqəsində ona verilmiş intizam cəzaları ilə tanış olma haqqında imza atmaqdan imtina etdiyi üçün hərbi hissənin müxtəlif vəzifəli şəxsləri tərəfindən akt tərtib edilmişdir. Barəsində olan intizam cəzalarını mübahisələndirməmişdir. Ona görə də, öz əməllərindən düzgün nəticə çıxarmayan iddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin «e» bəndi ilə, yəni xidməti uyğunsuzluğa görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağa təqdim olunmuşdur. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 160-cı maddəsinə əsasən dinc dövrdə zabitlər (ali rütbəli zabitlərdən başqa) - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən buraxılırlar. Həmin Əsasnamənin 168-ci maddəsinə əsasən hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılmaları haqqında (bu Əsasnamənin 156-158-cı maddələri) şəxsi heyət üzrə əmrlərin verilməsindən sonra buraxılma zamanı qüvvədə olan qanunvericiliyin pozulması hallarına yol verilməmişdirsə və buraxılma ilə əlaqədar yeni hallar aşkar edilməmişdirsə, dəyişikliyə yol verilmir. İddiaçı barəsində qərar qəbul edilərkən buraxılma zamanı qüvvədə olan qanunvericiliyin pozulması hallarına yol verilməmişdir. İPM-nin 73.3.1 -ci maddəsinə əsasən «inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə»... və 73.3.2-ci maddəsi «inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətlədirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı veriidikdə».... Məhkəmə bir qayda olaraq iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz. Yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 47-ci və 154-cü maddələrini rəhbər tutaraq, məhkəmədən İddiaçı oğlunun Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı olan iddia tələbi əsassız olduğuna görə rədd edilsin. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin iddiaçının anası X3 ünvanladığı oxşar məzmunlu xx.xx.2019-cu il tarixli, 1/M- 13301 nömrəli, xx.xx.2020-ci il tarixli, 1/M-9696 nömrəli, xx.xx.2019-cu il tarixli, 1/M-10484 nömrəli, xx.xx.2019-cu il tarixli, 1/M-2507 nömrəli məktublarda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Prezidenti və Azərbaycan Respublikasının Birinci vitseprezidenti Mehriban xanım Əliyevaya ünvanladığınız ərizəyə (oğlunuz İddiaçı xidmət yerinin dəyişdirilməsi barədə) Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin Kadrlar İdarəsində baxılmışdır. Məlumat üçün bildirirəm ki, oğlunuz baş leytenant İddiaçı Ali Hərbi Məktəb bitirmiş peşəkar zabitdir və bu peşəni özü seçmişdir. Azərbaycan Ordusunda xidmət edən hərbi qulluqçuların xidmət keçmələri “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə ilə tənzimlənir. Bu Əsasnamənin 146-cı maddəsinə əsasən hərbi qulluqçu, vətənin mənafeyi və yuxarı rəislərin əmrləri harada tələb edirsə orada vicdanla xidmət etməyə borcludur. Əlavə olaraq bildirirəm ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin tələblərinə əsasən hərbi qulluqçu şəxsi məsələlərə dair özünün bilavasitə rəisinə müraciət etməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin İddiaçı ünvanladığı xx.xx.2019-cu il tarixli, 1327 nömrəli məktubunda qeyd edilmişdir ki, hərbi qulluqçuların xidməti yerdəyişmələri arzu və istəklərlə yerinə yetirilmir. Müraciətinizi nəzərə alaraq, bu haqda sizinlə söhbət aparıldı. Sizə ananız X10 ilə birlikdə Naxçıvan şəhərində yaşamağınız təklif olunur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı Müdafiə nazirinin xx xxxx 2020-ci il tarixli, 0566 nömrəli əmri ilə «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış və qeydiyyat üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsinə göndərilmişdir. İddiaçı xx.xx.2020-ci il tarixdən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsində hərbi vəzifəlilərin qeydiyyatındadır. Hazırda iddiaçı qeyd olunan əmrin ona aid hissədə ləğv olunmasını xahiş edir. Məhkəmə işin müəyyən edilmiş faktiki hallarını aşağıda qeyd edilən hüquq normaları daxilində qiymətləndirməyi zəruri hesab edir: Belə ki, «Hərbi vəzifə və xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 40.1-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının müvafiq aktı əsasında ali zabit heyəti həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları isə həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar. Həmin Qanunun 40.2-ci maddəsinə müvafiq olaraq müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları bu Qanunun 41.0.3-cü, 41.0.5-ci, 41.0.8-ci, 42.0.2-ci və 42.0.3-cü maddələrində, hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları isə həmçinin bu Qanununun 41.0.1-ci maddəsində nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən ehtiyata və ya istefaya buraxılırlar. Həmin Qanunun 40.3-cü maddəsinə görə, zabitlər, gizirlər və miçmanlar müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları «Hərbi xidmətkeçmə haqqında» “Əsasnamədə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılırlar. Həmin Qanunun 41.0-cı maddəsinə uyğun olaraq ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular aşağıdakı hallarda həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar: 41.0.1. xidmət müddəti başa çatdığına görə (kadr zabitləri istisna olmaqla); 41.0.2. yaşa görə - həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatdıqda; 41.0.3. xəstəliyə görə - hərbi həkim komissiyası tərəfindən həqiqi hərbi xidmətə yararsız sayıldıqda; 41.0.4. ştatların ixtisarına görə - ştatların ixtisarı və təşkilati tədbirlər ilə əlaqədar xidmətdə onlardan istifadə etmək mümkün olmadıqda (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla); 41.0.5. ailə vəziyyətinə görə qadınlar və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları - «Hərbi xidmətkeçmə haqqında» Əsasnamədə müəyyən edilmiş əsaslara görə; 41.0.6. xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla); 41.0.7. məhkəmənin hökmü ilə və ya intizam qaydasında hərbi rütbədən məhrum edildikdə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və «Azərbaycan Respublikası Silahlı X2»nin 61-ci bəndinin «z» yarımbəndində nəzərdə tutulmuş hallar istisna olmaqla); 41.0.8. törədilmiş cinayətə görə hərbi vəzifələri tutma hüququndan məhrum etmə və ya müəyyən müddətə azadlıqdan məhrumetmə (bu Qanunun 38.5-ci maddəsində nəzərdə tutulmuş hallar və şərti məhkum edilmiş şəxslər istisna olmaqla) və ya ömürlük azadlıqdan məhrumetmə növündə cəzalara məhkum edildikdə (bu Qanunun 42.0.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla); 41.0.9. öz arzusu ilə - yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş kadr zabitlər; 41.0.10. Azərbaycan Respublikasının vətəndaşı olan hərbi qulluqçularla bağlaşma ləğv edildikdə. Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinə əsasən hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar: e) xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa). "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikası Konstitusiya Qanununun 1.0.25-ci maddəsinə əsasən diskresion səlahiyyətlər - orqanın (şəxsin) öz mülahizəsinə görə tətbiq edə biləcəyi səlahiyyətlərdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.7-ci maddəsinə müvafiq olaraq diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi anlamına gəlir. Həmin Qanunun 14.1-ci maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Həmin Qanunun 14.2-ci maddəsinə əsasən diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Həmin Qanunun 14.3-cü maddəsinə əsasən diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Həmin Qanunun 16.2-ci maddəsinə əsasən hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi, diskresion səlahiyyətlər inzibati orqanın öz mülahizəsinə görə tətbiq edə biləcəyi səlahiyyətlərdir və qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi deməkdir. Lakin aydındır ki, inzibati orqan özünün diskresion səlahiyyətini özbaşına və hüdudsuz istifadə edə bilməz. Bu səlahiyyət heç bir halda inzibati orqana əsaslandırılmamış şəkildə hər hansı qanuni meyarlara söykənmədən öz mülahizəsinə uyğun davranmaq imkanının verilməsi kimi də yozula bilməz. Belə yanaşma hüquqi dövlət prinsipi ilə ziddiyyət yaratmış olardı. Hər bir inzibati orqan özünün malik olduğu diskresion səlahiyyətləri qanun güddüyü məqsəd naminə və səlahiyyətlərin qanunla müəyyən edilmiş hüdudları daxilində həyata keçirməlidir. Diskresion səlahiyyətlər həddində hərəkət edən inzibati orqanın fəaliyyətinin məhkəmə tərəfindən yoxlanılması da məhz bu meyarlara əsaslanmaqla inzibati orqanın hərəkətlərinə qiymət verilməsini ehtiva edir. Hazırki halda cavabdeh inzibati orqan tərəfindən diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı iddiaçının hüquqlarına əsassız müdaxiləyə yol verilməmiş, inzibati orqanın diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hədlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirmişdir. Beləliklə də yuxarıda qeyd edilən hüquq normalarını işin müəyyən edilmiş bütün faktiki hallarına tətbiq edərək məhkəmə belə qənaətə gəlir ki, hazırkı halda mübahisələndirilən əmr «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun, «Hərbi vəzifə və xidmət haqqında» Azərbaycan Respublikası Qanununun və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin tələblərinə uyğun qəbul edildiyindən və onun qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu cavabdeh inzibati orqan tərəfindən sübuta yetirildiyindən, iddiaçının həmin inzibati orqana qarşı “Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2020-ci il tarixli, 0566 nömrəli əmrinin ləğv edilməsi tələbi əsaslı deyildir. Məhkəmə hesab edir ki, iddia tələbi Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2020-ci il tarixli, 0566 nömrəli əmrinin ləğv edilməsi hissəsində əsassız olduğundan və həmin əmr qanuni olduğundan, tələbin dəymiş maddi ziyanın ödənilməsi”nə dair hissəsi də əsaslı hesab oluna bilməz. Beləliklə də, cavabdeh inzibati orqanın mübahisələndirilən əmri əsaslı və qanuni olduğundan, iddiaçının iddia tələbi əsassız və qanunsuz olduğundan, həmin tələb təmin edilməməlidir. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Bütün qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyiyə qarşı “Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2020-ci il tarixli, 0566 nömrəli əmrinin ləğv edilməsi və dəymiş maddi ziyanın ödənilməsi” barədə iddia tələbi təmin edilməməlidir. İş üzrə prosessual xərc yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbayçan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyiyə qarşı “Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2020-ci il tarixli, 0566 nömrəli əmrinin ləğv edilməsi və dəymiş maddi ziyanın ödənilməsi” barədə iddia tələbi təmin edilməsin. Qərardan tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. Sədrlik edən Samir Həsənov
Məhkəmə qərarları › İş №2-1(120)-163/2021
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-163/2021
29.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver