Məhkəmə qərarları › İş №2-1(120)-1631/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1631/2025

01.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1631/2025 01.12.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3 Sosial Ekspert Komissiyasının 18 avqust 2024-cü il tarixli, 33167U00010 saylı qərarının ləğv edilməsi və ona 18 avqust 2024-cü il tarixdən 35- 60 faizlə əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 01 dekabr 2025-ci il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında 15 nömrəli Tibbi-Sosial Ekspertiza Komissiyasına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2012-ci ildə təyin edilmiş və 2021-ci ilin may ayında dayandırılmış əlillik dərəcəsinin və pensiyanın (müavinətin) bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında 15 nömrəli Tibbi-Sosial Ekspertiza Komissiyasının Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə əvəz olunmasını, iddia tələbinin dəyişdirilərək “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3 Sosial Ekspert Komissiyasının 18 avqust 2024-cü il tarixli, 33167U00010 saylı qərarının ləğv edilməsi və ona 18 avqust 2024-cü il tarixdən 35-60 faizlə əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında 15 nömrəli Tibbi-Sosial Ekspertiza Komissiyası Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə əvəz ilə əvəz olunmuş, eləcə də iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Bundan əlavə, məhkəmənin 06 noyabr 2024-cü il tarixli qərardadı ilə “Yardımlı Rayon Mərkəzi Xəstəxanası” X11 inzibati məhkəmə icraatına adi cəlb etmə qaydasında üçüncü şəxs qismində cəlb olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-ci və 49-cu maddələrinin tələbinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün cavabdehə təqdim olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1970-ci ildə Yardımlı rayonunda anadan olmuşdur. Hazırda həmin kənddə qeydiyyatda olmaqla yaşayır. Qeyd edir ki, odlu silahdan yaralanma nəticəsində xx.xx.1998-xx.xx.1998-ci ildə X4 və Ortopediya İnstitutunda müayinə, müalicə və cərrahiyyə əməliyyatı olunmuş, ona Yilizarov aparatı tətbiq edilmişdir. Həmin müayinə, müalicə və cərrahiyvə əməliyyatından sonra ona qoyulmuş diaqnoz - yuxarı ətrafın yaralanmasımn nəticələri, sağ yuxarı ətrafın odlu silah yaralanmasından sonrakı vəziyyət, əzələnin başqa rublikalarda təsnif olunmayan atrafiyası və üzülməsi, sağ yuxarı ətrafın əzələlərinin hipotrafıyası, bazu sümüyünün aşağı ucunun sınığı, bazu sümüyünün aşağı 1/3-nin qeyri düzgün bitişmiş sınığı. Xəstəliyilə bağlı ona əlillik dərəcəsinin verilməsindən ötrü xəstəliyilə bağlı bütün sənədləri anketləşdirib cavabdeh orqana müraciət etmiş və ona 2012-ci il tarixdə 3-cü dərəcəli əllilik dərəcəsi təyin olunmuş və əlillik dərəcəsinə uyğun sosial müavinət (sosial pensiya) təyin edilmişdir. Lakin, 2021-ci ilin may ayında ona verilmiş əllilik dərəcəsindən imtina edildi və verilmiş pensiya (müavinət) dayandırıldı. Verilmiş əlillik dərəcəsindən imtinanın və kəsilmiş pensiyanın (müavinətin) bərpa edilməsini tələb etsə də tələbinə məhəl qoyan olmadı. Bir daha qeyd etmək istəyir ki, o, 2012-ci ildə həkim komissiyasından keçmiş və hər iki komissiyanın rəyi əsasında ona əllilik dərəcəsi verilmiş və pensiya (müavinət) təyin edilmişdir. Lakin buna baxmayaraq 2021-ci ildə ona verilmiş əllilik dərəcəsindən imtina edildi və verilmiş pensiya (müavinət) kəsildi. Verilmiş əlillik dərəcəsinin və kəsilmiş pensiyanın (müavinətin) bərpa edilməsi barədə etdiyi müraciətlər nəticəsiz qaldığından sonda məcbur qalıb məhkəməyə müraciət etməli oldu. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına İddiaçı və cavabdehin nümayəndəsi X2 gəlmiş, üçüncü şəxsin nümayəndəsi isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsi X2 iddia tələbinin əsassız oldğunu və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçını və cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Yardımlı Rayon Mərkəzi Xəstəxanası” X8 məhkəməyə ünvanladığı 04 dekabr 2024-cü il tarixli, 330 nömrəli məktubundan, Masallı Rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş Forma 88 haqqında məlumatdan, cavabdeh inzibati orqanın 16 yanvar 2025-ci il taixli, 3-17-4/3-1-2175/2025 nömrəli qərarından müəyyən olunur ki, Yardımlı rayonu Mirimli kəndində qeydiyyatda olan xx.xx.1970-ci il təvəllüdlü İddiaçı əlillik vəziyyəti Yardımlı Rayon Mərkəzi Xəstəxanasının “Sağ bazunun dəlib keçən güllə yarası. Bazu sümüyünün çoxqəlpəli sınığından sonra sağ bazunun və sağ dirsək oynağının kəskin deformasiyası. Yumuşaq sağ toxumalarda qəlpələr. Sağ dirsək oynağının kontrakturası” diaqnozu ilə rəsmiləşdirilmiş göndərişləri əsasında Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilərək barəsində xx.xx.2012-ci il tarixindən xx.xx.2013-cü il tarixinədək 1 (bir) il müddətinə ümumi xəstəlik səbəbindən üçüncü dərəcə ilkin; xx.xx.2014-cü il tarixindən xx.xx.2015-ci il tarixinədək 1 (bir) il müddətinə ümumi xəstəlik səbəbindən üçüncü dərəcə təkrar; xx.xx.2015-ci il tarixindən xx.xx.2016-cı il tarixinədək 1 (bir) il müddətinə ümumi xəstəlik səbəbindən üçüncü dərəcə təkrar; xx.xx.2016-cı il tarixindən xx.xx.2021-ci il tarixinədək X10 tərəfindən avtomatlaşdırılmış şəkildə 5(beş) müddətinə uzadılaraq ümumi xəstəlik səbəbindən üçüncü dərəcə təkrar; xx.xx.2016-cı il tarixindən xx.xx.2021-ci il tarixinədək 5(beş) il müddətinə ümumi xəstəlik səbəbindən üçüncü dərəcə təkrar əlillik təyinatı aparılmışdır. Qeyd olunanlar iş materiallarında olan xx.xx.2012-ci il tarixli, 33167U00001 nömrəli, xx.xx.2014-cü il tarixli, 33167U00002 nömrəli, xx.xx.2015-ci il tarixli, 33167U00003 nömrəli, xx.xx.2016-cı il tarixli, 33167U00004 nömrəli TSEK-Müayinələri ilə təsdiq olunur. İddiaçının sonuncu müraciəti əsasında Masallı Rayon Mərkəzi Xəstəxanası tərəfindən xx.xx.2024-cü il tarixli, Y00212510AJJ nömrəli göndəriş rəsmiləşdirilsə də, Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilərək barəsində “Diaqnozun əlillik əlaməti təyin etməməsi”nə dair xx.xx.2024-cü il tarixli, 33167U00010 saylı qərar qəbul edilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı əlilliyinin müəyyən edilməsi üçün onun müraciətinə 1 ay müddətində yenidən baxılaraq müvafiq inzibati aktın qəbul edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin “Vətəndaşın əyani müayinə olunması haqqında” xx.xx.2025-ci il tarixli, 3-17-4/2-2797/2025 saylı məktubunda qeyd edilmişdir ki, məhkəmənin qərardadına əsasən İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə xx.xx.2025-ci il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən agırlaşmalar və patofunksional pozuntular aşkar olunmadığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq xx.xx.2025-ci il tarixindən diaqnozun öz təsdiqini tapmaması barədə qərar qəbul edilmişdir. İş materiallarında olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyasının 16 yanvar 2025-ci il tarixli, 3-17-4/3-1-2175/2025 nömrəli qərarından görünür ki, məhkəmənin qərardadına əsasən İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı əyani müayinə aparılmış, əyani müayinə zamanı, X4 və Ortopediya İnstitutunun xx.xx.2024-cü il tarixli, ********** nömrəli arayışına əsasən İddiaçı əlillik vəziyyəti ilə bağlı diaqnoz “Sağ yuxarı ətrafın odlu silah yaralanmasından sonrakı vəziyyət. Bazu sümüyünün aşağı 1/3-nin qeyri-düzgün bitişmiş sınığı, deformasiyası, dirsək oynağının varus deformasiyası, yumuşaq toxumaların yad cisimləri(metal qəlpələr). Sağ dirsək oynağının bükücü (90 dərəcə) kontrakturası. Sağ yuxarı ətraf əzələlərinin hipotrofiyası, daimi ağrı sindromu, sağ yuxarı ətrafın funksiyasının pozulması” şəklində göstərilsə də, dayaq-hərəkət sisteminin əlillik təyinatına əsas verən patofunksional pozuntuları aşkar edilməmiş, əlillik təyinatına əsas verən ağırlaşmaları aparılmış müayinələr nəticəsində təsdiqini tapmadığından “Diaqnozun təsdiqini tapmaması” barədə qərar qəbul edilmisdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin olunaraq ekspertlər qarşısında – iddiaçı xx.xx.1970-ci ildə Yardımlı rayonu, Mirimli kəndində anadan olmuş və Yardımlı rayonu, Mirimli kəndində qeydiyyatda olan İddiaçı canlı müayinə olunmaqla, iş materiallarında olan əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən qiymətləndirilməsi üçün müvafiq tibb müəssisəsinin verdiyi göndərişlərdə; - şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik müayinələrinin nəticələri, xəstəliyin dinamikası, müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilməklə, onun əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi əsaslandırılmışdırmı? - aparılan müayinələrin nəticələri diaqnozda öz əksini tapırmı? aparılan müayinələrin nəticələri əsasında əldə olunmuş diaqnoza əsasən əlavə müalicəyə (bərpa müalicəsini davam etdirməyə) zərurət vardırmı? - İddiaçı xx.xx.1970-ci ildə Yardımlı rayonu, Mirimli kəndində anadan olmuş və Yardımlı rayonu, Mirimli kəndində qeydiyyatda olan İddiaçı üzərində aparılan canlı müayinələrin nəticələri əsasında əldə olunmuş diaqnoza və müvafiq tibb müəssisəsinin verdiyi göndərişlərdə, o cümlədən digər tibb müəssisəsinin verdiyi sənədlərdə müəyyən olunan diaqnoza əsasən əlilliyin təyin edilməsi mümkündürmü, mümkündürsə həmin diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş Əlilliyin müəyyən olunması meyarlarında göstərilən xəstəliklərin əhatə dairəsinə düşürmü (XBT-10 kodu qeyd olunmaqla), düşürsə hansı xəstəlikdir (Orqanizmin fünksiyasının pozulmasının faiz dərəcəsi və müddəti)? məzmununda suallar qoyulmuşdur. Həmin təyinat əsasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə- Tibbi Ekspertiza və X7” X8 verdikləri 10 iyul 2025-ci il tarixli, T545/2025 saylı rəydə göstərilmişdir ki, 1,2,4. vətəndaş İddiaçı əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfındən qiymətləndirilməsi ilə bağlı müvafıq tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən “XBT 10 kodu: S41.1. M21.8, W32, M21.1, S42.4, T92.3, T92.1, M24.5, M62.5, R52.2, Z73.6, M79.5-Sağ yuxarı ətrafın odlu silah yaralanmasmdan sonrakı vəziyyət. Bazu sümüyünün aşağı 1/3-nin qeyri- düzgün bitişmiş sınığı, deformasiyası, dirsək oynağının varus deformasiyası, yumşaq toxumaların yad cismləri (metal qəlpələr). Sağ dirsək oynağının bükücü (90°) kontrakturası. Sağ yuxarı ətraf əzələlərinin hipotrofıyası, daimi ağrı sindromu. Sağ yuxarı ətrafm funksiyasınm pozulması” diaqnoz ona stasionarlarda müayinə və müalicələri zamanı müəyyən edilsə də, şəxsin xx.xx.2025-ci il tarixində DTSERA-da və hazırkı əyani müayinəsi zamanı bazu sümüyünün aşağı 1/3-nm qeyri-düzgün bitişmiş sınığı nəticəsində bazu sümüyündə qısalıq, oynaqda varus deformasiyası müşahidə edilmiş, dirsək oynağınm açma funksiyası 180° dərəcə, bükmə funksiyası 60° dərəcə olmuş, said sümüyü nahiyəsində atrofıya izlənilməmiş, əlin bükmə və açma funksiyası tam olmuş, əlində əmək qabarları qeyd edilmiş, dayaq-hərəkət sisteminin əlillik təynatına əsas verən patofunksional pozuntuları aşkar edilməmişdir. Diaqnoz nəzərə alınmaqla şəxsin əyani müayinəsi zamanı aşkar edilmiş patofunksional dəyişikliklər əlillik səviyyəsində olmadığından ona istər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 413 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarınm məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin, istərsə də xx.xx.2022-ci il tarixli, 187 saylı qərarla təsdiq edilmiş “Əlilliyin təyin edilməsi meyarları”nm hər-hansı bir bəndinə aid etmək mümkün olmadı. Həmin xəstəliklər xroniki hala keçdiyindən müalicə olunmaqla tam reabilitasiya olunmurlar, müəyyən edilən diaqnozla əlaqədar zərurət yarandığı təqdirdə əlavə müalicəyə cəlb edilə bilər. İddiaçı ona əlilliyin təyinatından imtina edilməsi barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində olan Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspert Komissiyasının 18 avqust 2024-cü il tarixli, 33167U00010 saylı qərarını mübahisələndirmişdir. Məhkəmə Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspert Komissiyasının mübahisələndirilən 18 avqust 2024-cü il tarixli, 33167U00010 saylı iddiaçıya əlilliyin təyinatından imtina qərarını əsassız hesab edir. Belə ki, iş materiallarında olan cavabdeh inzibati orqanın 16 yanvar 2025-ci il taixli, 3-17-4/3-1-2175/2025 nömrəli qərarında qeyd olunur ki, X4 və Ortopediya İnstitutunun xx.xx.2024-cü il tarixli, ********** nömrəli arayışına əsasən İddiaçı əlillik vəziyyəti ilə bağlı diaqnoz “Sağ yuxarı ətrafın odlu silah yaralanmasından sonrakı vəziyyət. Bazu sümüyünün aşağı 1/3-nin qeyri-düzgün bitişmiş sınığı, deformasiyası, dirsək oynağının varus deformasiyası, yumuşaq toxumaların yad cisimləri(metal qəlpələr). Sağ dirsək oynağının bükücü (90 dərəcə) kontrakturası. Sağ yuxarı ətraf əzələlərinin hipotrofiyası, daimi ağrı sindromu, sağ yuxarı ətrafın funksiyasının pozulması” şəklində göstərilmişdir. Masallı Rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli Forma 88 haqqında məlumatdan da görünür ki, İddiaçı malik olduğu xəstəliyin gedişi “Xroniki”, ağırlıq dərəcəsi “Ağır”, XBT üzrə kodu 10, T92.0 olaraq qiymətləndirilmiş, iddiaçı 2022-ci, 2023-cü, 2024-cü illərdə X4 və Ortopediya İnstitutunda stasionar müalicə almış və TSEKə göndərilən zaman xəstənin vəziyyəti ilə bağlı təyin edilmiş “Sağ yuxarı ətrafın odlu silah yaralanmasından sonrakı vəziyyət. Bazu sümüyünün aşağı 1/3-nin qeyri-düzgün bitişmiş sınığı, deformasiyası, dirsək oynağının varus deformasiyası, yumuşaq toxumaların yad cisimləri(metal qəlpələr). Sağ dirsək oynağının bükücü (90 dərəcə) kontrakturası. Sağ yuxarı ətraf əzələlərinin hipotrofiyası, daimi ağrı sindromu, sağ yuxarı ətrafın funksiyasının pozulması” T92.0 (Yuxarı ətrafın açıq yaralanmasının nəticələri. Sağ yuxarı ətrafın odlu silah yaralanmasından sonrakı vəziyyət) əsas, eləcə də Ağırlaşmalar M24.5 (Oynaqların kontrakturası. Sağ dirsək oynağının bükücü (90 dərəcə) kontrakturası), M79.5 (Yumuşaq toxumalarda qalmış yad cisim. Yumuşaq toxumaların yad cisimləri (metal qəlpələr)), M62.5 (Əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofiyası və üzülməsi. Sağ yuxarı ətraf əzələlərinin hipotrofiyası), M21.1 (Digər rubrikalarda təsnif olunmayan varus deformasiya. Dirsək oynağının varus deformasiyası), R52.2 (Digər daimi ağrı. Daimi ağrı sindromu), S42.4 (Bazu sümüyünün aşağı ucunun sınığı. Bazu sümüyünün aşağı 1/3-nin qeyri-düzgün bitişmiş sınığı) və Z73.6 (Əmək qabiliyyətinin azalması və ya itirilməsi ilə əlaqədar fəaliyyətin məhdudlaşması. Sağ yuxarı ətrafın funksiyasının pozulması) diaqnozu tam təsdiq olunmuşdur. İş üzrə təqdim olunmuş tibbi sənədlərin, o cümlədən TSEK müayinələrinin tədqiqi ilə bağlı məhkəmə araşdırmaları nəticəsində müəyyən olunur ki, Yardımlı rayonu Mirimli kəndində qeydiyyatda olan xx.xx.1970-ci il təvəllüdlü İddiaçı əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən ilkin qiymətləndirilməsi zamanı xx.xx.2012-ci il tarixində ona üçüncü dərəcə əlilliyin təyin olunmasına əsas verən “Sağ bazunun dəlib keçən güllə yarası. Bazu sümüyünün çoxqəlpəli sınığından sonra sağ bazunun və sağ dirsək oynağının kəskin deformasiyası. Yumuşaq sağ toxumalarda qəlpələr. Sağ dirsək oynağının kontrakturası” diaqnozu nəinki ona əlillik müddətinin bitdiyi 2021-ci ildə, hətta 2022-ci, 2023-cü və sonuncu imtinanın verildiyi 2024-cü ildə də heç bir müsbət dəyişikliklər olmadan davam etmiş, əksinə yuxarıda sadalanan ağırlaşmalarla müşayiət olunmuş, habelə həkimlərin müayinələri, laboratoriya analizləri ilə, həm də cavabdeh inzibati orqanın 16 yanvar 2025-ci il taixli, 3-17-4/3-1-2175/2025 nömrəli qərarında qeyd olunmuş X4 və Ortopediya İnstitutunun (hazırda “Azərbaycan Elmi Tədqiqat Travmotologiya və Ortopediya İnstitutu” X8) xx.xx.2024-cü il tarixli ********** nömrəli arayışına-tibbi rəyinə əsasən iddiaçıya dair obyektiv və instrumental müayinə nəticəsində təyin olunmuş “Sağ yuxarı ətrafın odlu silah yaralanmasından sonrakı vəziyyət. Bazu sümüyünün aşağı 1/3-nin qeyri-düzgün bitişmiş sınığı, deformasiyası, dirsək oynağının varus deformasiyası, yumuşaq toxumaların yad cisimləri(metal qəlpələr). Sağ dirsək oynağının bükücü (90 dərəcə) kontrakturası. Sağ yuxarı ətraf əzələlərinin hipotrofiyası, daimi ağrı sindromu, sağ yuxarı ətrafın funksiyasının pozulması” diaqnozu ilə tam təsdiq edilmişdir. İddiaçının Azərbaycan Elmi Tədqiqat Travmotologiya və Ortopediya İnstitutu tərəfindən aparılmış “obyektiv və instrumental müayinə” və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X7” X8 10 iyul 2025-ci il tarixli, T545/2025 saylı rəyi ilə təsdiq olunmuş xəstəlikləri ilə bağlı yalnız formal olaraq əlillik təyinatından imtina edilməsi, eləcə də mübahisələndirilən 18 avqust 2024-cü il tarixli, 33167U00010 saylı “diaqnozun öz təsdiqini tapmaması” qərarının heç bir dəlil-sübutla, tibbi sənədlə əsaslandırılmaması yuxarıda qeyd olunan diaqnozlarda əksini tapmış və hazırki vaxtadək davam edən xəstəliklərin iddiaçıya müvafiq əlilliyin təyininə imkan verdiyi qənaətinə gəlməyə əsas verir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X7” X11 tərəfindən verilmiş 10 iyul 2025-ci il tarixli, T545/2025 saylı rəyin nəticə hissəsində qeyd olunan “Həmin xəstəliklər xroniki hala keçdiyindən müalicə olunmaqla tam reabilitasiya olunmurlar, müəyyən edilən diaqnozla əlaqədar zərurət yarandığı təqdirdə əlavə müalicəyə cəlb edilə bilər” ifadəsi məhkəmənin qənaətini təsdiq edir. Göründüyü kimi, iş üzrə təqdim olunmuş tibbi sənədlərlə, o cümlədən TSEK müayinələri ilə İddiaçı təyin olinmuş diaqnozlarla müəyyən edilmiş xəstəliklərinin o zaman qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin üçüncü dərəcə əlilliyin təyinatına əsas verən 2.3.1-ci (ətraflardan birinin yalançı oynağı; 2.3.2-ci (dirsək oynağının funksional yararsız vəziyyətdə (60 dərəcədən az və ya 150 dərəcədən çox) olması, yaxud saidin tam supinasiya və ya pronasiya halında qalması, ankilozu və ya kəskin kontrakturası (hərəkətin həcminin 10 dərəcədən artıq olmaması (M21.2, M24.5, M24.6, M25.6, M67.1, M99.0) bəndlərinə uyğunluğu təsdiq olunur. Məhkəmə qeyd edir ki, İddiaçı əlilliyin təyinatından imtinanın verildiyi diaqnozlarda, eləcə də Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun iddiaçının xəstəliyi ilə əlaqədar “Sağ yuxarı ətrafın odlu silah yaralanmasından sonrakı vəziyyət. Bazu sümüyünün aşağı 1/3-nin qeyri-düzgün bitişmiş sınığı, deformasiyası, dirsək oynağının varus deformasiyası, yumuşaq toxumaların yad cisimləri(metal qəlpələr). Sağ dirsək oynağının bükücü (90 dərəcə) kontrakturası. Sağ yuxarı ətraf əzələlərinin hipotrofiyası, daimi ağrı sindromu, sağ yuxarı ətrafın funksiyasının pozulması” diaqnozunda göstərilən xəstəliklərinin o zaman qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin üçüncü dərəcə əlilliyin təyinatına əsas verən 2.3.1-ci (ətraflardan birinin yalançı oynağı (M84.0-M84.4, M96.0); 2.3.2-ci (dirsək oynağının funksional yararsız vəziyyətdə (60 dərəcədən az və ya 150 dərəcədən çox) olması, yaxud saidin tam supinasiya və ya pronasiya halında qalması, ankilozu və ya kəskin kontrakturası (hərəkətin həcminin 10 dərəcədən artıq olmaması) (M21.2, M24.5, -M24.6, M25.6, M67.1,M99.0) bəndlərinə uyğunluğu təsdiq olunduğu halda, cavabdeh tərəfindən iddiaçıya əlilliyin təyinatından imtina edilmişdir. Bundan başqa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 13.5ci Dorsopatiyalar bəndində qeyd olunmuşdur ki, Tibbi-sosial ekspertiza zamanı orqanizmin dorsopatiyalardan irəli gələn sümük-əzələ sisteminin funksiya pozuntularının dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi ağır sindrom davamlılığına və təzahür dərəcəsinə, onurğa sütununun hərəkətliyinin məhdudlaşmasına və yuxarı və aşağı ətrafların funksiya pozuntularına əsaslanır, ifrazat orqanlarının funksiya pozuntuları da nəzərə alınır. Bu halda aşağıdakılar rəhbər tutulur: - qeyri-davamlı cüzi ağrı sindromu və onurğa sütununun hərəkətliliyinin cüzi məhdudlaşması, yuxarı və aşağı ətrafların funksiyalarının cüzi pozuntusu, sidiyin və nəcisin cüzi saxlanılmaması ilə müşayiət olunan patologiya zamanı 10-20 bal verilir; - daimi və ya tez-tez kəskinləşən ağrı sindromu, onurğa sütununun hərəkətliliyinin mülayim məhdudlaşması, yuxarı və aşağı ətrafların funksiyalarının mülayim pozuntusu, sidiyin və nəcisin orta dərəcəli saxlanılmaması ilə müşayiət olunan patologiya zamanı 40-60 bal verilir; - daimi və ya tez-tez kəskinləşən ağrı sindromu, onurğa sütununun hərəkətliliyinin təzahür edən məhdudlaşması, yuxarı və aşağı ətrafların funksiyalarının təzahür edən pozuntusu, sidiyin və nəcisin ağır dərəcəli saxlanılmaması ilə müşayiət olunan patologiya zamanı 70-90 bal verilir; onurğa sütununun təzahür edən statodinamik funksiyasının pozuntuları, yuxarı və aşağı ətrafların funksiyalarının əhəmiyyətli təzahür edən pozuntusu. Göründüyü kimi, cavabdeh iddiaçıya münasibətdə “Meyarlar”ın 13.5-ci Dorsopatiyalar bəndində təsbit olunmuş halları nəzərə almamışdır. Bundan başqa, Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspert Komissiyasının 16 yanvar 2025-ci il taixli, 3-17-4/3-1-2175/2025 nömrəli qərarında iddiaçının sağlamlıq durumunda əlillik təyinatına əsas verən ağırlaşmaların təsdiqini tapmadığı bildirilmişdir. Halbuki, qeyd olunduğu kimi, tibb müəssisəsi tərəfindən İddiaçı malik olduğu xəstəliyin gedişi “Xroniki”, ağırlıq dərəcəsi “Ağır”, XBT üzrə kodu 10, T92.0 olaraq qiymətləndirilmiş, iddiaçı 2022-ci, 2023-cü, 2024-cü illərdə X4 və Ortopediya İnstitutunda stasionar müalicə almış və TSEK-ə göndərilən zaman xəstənin vəziyyəti ilə bağlı təyin edilmiş “Sağ yuxarı ətrafın odlu silah yaralanmasından sonrakı vəziyyət. Bazu sümüyünün aşağı 1/3-nin qeyri-düzgün bitişmiş sınığı, deformasiyası, dirsək oynağının varus deformasiyası, yumuşaq toxumaların yad cisimləri(metal qəlpələr). Sağ dirsək oynağının bükücü (90 dərəcə) kontrakturası. Sağ yuxarı ətraf əzələlərinin hipotrofiyası, daimi ağrı sindromu, sağ yuxarı ətrafın funksiyasının pozulması” T92.0 (Yuxarı ətrafın açıq yaralanmasının nəticələri. Sağ yuxarı ətrafın odlu silah yaralanmasından sonrakı vəziyyət) əsas, eləcə də Ağırlaşmalar M24.5 (Oynaqların kontrakturası. Sağ dirsək oynağının bükücü (90 dərəcə) kontrakturası), M79.5 (Yumuşaq toxumalarda qalmış yad cisim. Yumuşaq toxumaların yad cisimləri (metal qəlpələr)), M62.5 (Əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofiyası və üzülməsi. Sağ yuxarı ətraf əzələlərinin hipotrofiyası), M21.1 (Digər rubrikalarda təsnif olunmayan varus deformasiya. Dirsək oynağının varus deformasiyası), R52.2 (Digər daimi ağrı. Daimi ağrı sindromu), S42.4 (Bazu sümüyünün aşağı ucunun sınığı. Bazu sümüyünün aşağı 1/3-nin qeyri-düzgün bitişmiş sınığı) və Z73.6 (Əmək qabiliyyətinin azalması və ya itirilməsi ilə əlaqədar fəaliyyətin məhdudlaşması. Sağ yuxarı ətrafın funksiyasının pozulması)” diaqnozu təsdiq olunmuşdur ki, bununla cavabdeh inzibati orqanın 16 yanvar 2025-ci il taixli, 3-17-4/3-1-2175/2025 saylı qərarında qeyd edilmiş iddiaçının “sağlamlıq durumunda əlillik təyinatına əsas verən ağırlaşmaların təsdiqini tapmadığı” barədə nəticəsi təkzib olunur. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçının xəstəlikləri ilə bağlı təqdim olunmuş tibbi sənədlərdəki məlumatların həqiqiliyini təkzib edən, habelə İddiaçı xəstəliyi ilə bağlı müsbət dəyişikliklərin mövcudluğunu təsdiq edən hər hansı dəlil, sübut, tibbi sənəd cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən hazırkı məhkəmə icraatında təqdim olunmamışdır. Həmçinin, məhkəməyə təqdim olunmuş tibbi sənədlərlə İddiaçı ona əlilliyin verilməsinə əsas olan diaqnozu, xəstəliyinin hal-hazıradək mövcud olması, ağırlaşmalarla müşayiət olunması tam təsdiq olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 6-cı “Sinir sistemləri xəstəlikləri” bölməsinin 6.4.1.1-ci bəndində (dirsək oynağında yüngül bükmə kontrakturası ilə) orqanizmin funksiyalarının pozulma faizi 40-60, pozulma müddəti 2 il, 6.8.1-ci bəndində (cüzi əzələ zəifliyi əzələ gücünün 4 bala qədər azalması, 1,5-2,0 sm-lik əzələ hipotrofiyası, yuxarı və aşağı ətraflarda aktiv hərəkətlərin, əşyaları tutma və saxlama kimi əsas funksiyanın tam həcmdə olmaması ilə) orqanizmin funksiyalarının pozulma faizi 40, pozulma müddəti 1 il, 6.9-cu (Yuxarı ətraf qurşağı və bazu səviyyəsində sinirlərin travması) bəndinin 6.9.3-cü və 6.9.5-ci yarımbəndlərində orqanizmin funksiyalarının pozulma faizi 35-40, pozulma müddəti 1 il, habelə 13-cü “Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri” bölməsinin 13.3.8-ci bəndində (bazu sümüyünün psevdoartrozu: qeyri-stabil) orqanizmin funksiyalarının pozulma faizi 40, pozulma müddəti 1 il göstərilmişdir. Beləliklə, iş materiallarına əsasən İddiaçı xəstəliyi ilə bağlı hal-hazıradək müəyyən olunmuş diaqnozunun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixədək qüvvədə olan xx.xx.2015-ci il tarixli № 413 qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.3-cü bəndinin 2.3.1-ci və 2.3.2-ci yarımbəndlərinə, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 6-cı “Sinir sistemləri xəstəlikləri” bölməsinin 6.4.1.1-ci, 6.8.1-ci, 6.9.3-cü və 6.9.5-ci yarımbəndlərinə, 13-cü “Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri” bölməsinin 13.3.8-ci və 13.5-ci (dorsopatiyalar) bəndlərinə uyğunluğu təsdiq olunur. Göründüyü kimi, Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspert Komissiyasının mübahisələndirilən qərarında iddiaçıya əlillik təyinatından imtinanın faktiki və hüquqi halları müəyyən olunmamışdır. Kifayət qədər əsasların mövcudluğu məhkəməyə bu qənaətə gəlməyə əsas verir ki, İddiaçı Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspert Komissiyasının ona əlillik təyinatından imtina edilməsi barədə 18 avqust 2024-cü il tarixli, 33167U00010 saylı qərarının ləğv edilməsini və həmin tarixdən müvafiq əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”nı tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Konstitusiyanın 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Konstitusiyanın 71-ci maddəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Etimad hüququnun qorunması Konstitusiyadan və X9 Konvensiyasından irəli gəlir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinə (Dövlətin ali məqsədi) əsasən: İ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Konstitusiyanın həmin maddəsinin 2-ci bəndinə əsasən Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. X9 Konvensiyasının 1-ci maddəsinə (İnsan hüquqlarına hörmət olunması öhdəliyi) əsasən Razılığa gələn Yüksək Tərəflər onların yurisdiksiyası altında olan hər kəs üçün bu Konvensiyanın 2 bölməsində müəyyən olunmuş hüquq və azadlıqları təmin edirlər. Etimad hüququnun qorunması dövlətə münasibətdə pozitiv öhdəliklər yaradır və buna uyğun qaydada davranma tələb edir. Belə ki, dövlət bu hüququn reallaşdırılması üçün müvafiq işlək mexanizmlər yaratmalı; dövlət orqanları öz fəaliyyətlərində hüquq və azadlıqların səmərəli həyata keçirilməsini təmin edəcək qaydada davranmalıdırlar. Konstitusiya və AİHK ilə müəyyən edilən hüquqlar xəyali və nəzəri hüquq deyil, odur ki, dövlət tərəfindən təqdim edilən mexanizmlər səmərəsizdirsə, həmin hüquq və azadlıqların təmin edilməsi kimi qiymətləndirilə bilməz. Etimad hüququnun qorunmasının əsasları “İnzibati icraat haqqında” qanunun 2.0.8, 13, 67-69-cu maddələrində əksini tapmışdır. Həmin Qanunun 2.0.8-ci maddəsinə əsasən qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam kimi anlayış verilmişdir. Həmin Qanunun 13-cü maddəsinə əsasən etimad hüququnun qorunması prinsipinin mahiyyətini, nəzəri əsaslarını, 67-69-cu maddələr isə praktik tətbiqi zamanı təzahürünü müəyyən edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: - 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2. maddəsinə əsasən Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının etimad hüququ qanunla qorunur, bu baxımdan onun iddia tələbi əsaslı hesab edilərək təmin edilməlidir. Cavabdehin hərəkətləri isə qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası xx.xx.2022-ci il tarixli 2-1(102)-996/2022 nömrəli qərarında hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən başqa bir işdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş ‘‘Əlilliyin qiymətləndirilməsi Qaydası”nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”-nın 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. “İnzibati icraat haqqında” Qanunun 11-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Həmin Qanunun 61-ci maddəsinin tələblərinə görə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İPM-in 73.2-ci maddəsinə görə iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. “İnzibati icraat haqqında” Qanunun 58.1-ci maddəsinə görə inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanunun 67.1-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.3-cü maddəsinə görə qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması, həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Qeyd olunanlara məcmu şəkildə qiymət verərək məhkəmə hesab edir ki, iddia təmin edilməli, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspert Komissiyasının iddiaçıya əlilliyin təyinatından imtinası barədə 18 avqust 2024-cü il tarixli, 33167U00010 saylı qərarı ləğv edilməli və İddiaçı 18 avqust 2024-cü il tarixdən 35-40 faizlə əlillik dərəcəsinin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 75-ci, 78-ci, 79-cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspert Komissiyasının İddiaçı əlilliyin təyinatından imtinası barədə 18 avqust 2024-cü il tarixli, 33167U00010 saylı qərarı ləğv edilsin və İddiaçı 18 avqust 2024-cü il tarixdən 35-60 faizlə əlillik dərəcəsinin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar