Məhkəmə qərarları › İş №2-1(120)-1637/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1637/2025

25.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1637/2025 25.06.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Şahəli Calal oğlunun sədrliyi, Hüseynov Bəhram Namiq oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyasının xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi, əlilliyin səbəb əlaqəsinin “Azərbaycan Respublikasının Müdafiəsi ilə əlaqədar” qeyd edilməsi və xx.xx.2023-cü il tarixdən 31-60 faiz olmaqla müddətsiz əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “İİİ qrup əlilliyin bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(120)-1637/2025 nömrəli qərardadı ilə iddia tələbinə “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1-Sosial Ekspert Komissiyası tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsi, sağlamlıq imkanları 35-60 faiz olmaqla əlillik təyin edilməsi və əlilliyin səbəb əlaqəsinin “Azərbaycan Respublikasının Müdafiəsi ilə əlaqədar” qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılması qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(120)-1637/2025 nömrəli qərardadı ilə iddia tələbinə “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyasının xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi, əlilliyin səbəb əlaqəsinin “Azərbaycan Respublikasının Müdafiəsi ilə əlaqədar” qeyd edilməsi və xx.xx.2023-cü il tarixdən 31-60 faiz olmaqla müddətsiz əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılması qərara alınmışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, üçüncü qrup əlillik statusuna malik olmuşdur. Hərbi xidmət zamanı xidməti vəzifələrini yerinə yetirərkən hərbi travma almışdır. Diaqnoz “sol qamış və incik sümüklərinin diafizlərinin orta 1/3-nin düzgün bitişməmiş sınığı nəticəsində sol aşağı ətrafın 2.0 sm anatomik qısalması, funksiyanın mülayim dərəcədə” pozulmasıdır. Lakin, heç bir əsas olmadan üçüncü qrup əlilliyi dayandırılmışdır. Əlilliyinin dayandırılmasını əsassız və qanunsuz hesab edir. Əlillik statusumun bərpasına ehtiyacı vardır və buna hüquqi və tibbi əsaslar mövcuddur. Qeyd edir ki, ona təyin olunmuş üçüncü qrup əlilliyin bərpa olunması ilə bağlı cavabdeh quruma ərizə ilə müraciət etsə də, bugünədək müsbət cavab ala bilməmişdir (ərizənin surəti qoşmaya əlavə olunur). Bu səbəbdən də mövcud tələblə məhkəməyə müaciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanların nəzərə alınaraq ona təyin olunmuş İİİ qrup əlilliyin bərpa olunması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidməti üzərinə qoyulması barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hərbi Həkim Komissiyasının xx.xx.2003-cü il tarixli, 284 nömrəli qərarında qeyd edilmişdir: Astara RHK tərəfindən 2001-ci ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı hərbi xidmət keçərkən, xx.xx.2002-ci ildə idman təlimi zamanı aldığı travma diaqnoz: «Sol qamış və incik sümüklərinin diafizlərinin orta 1/3-nin düzgün, bitişməmiş sınığı nəticəsində sol aşağı ətrafın 2,0 sm anatomik qısalması, funksiyanın mülayim dərəcədə, pozulması ilə səbəbdirki, xx.xx.2002-ci ildən xx.xx.2002-ci ilə kimi N saylı hərbi hissədə müayinə və müalicə olunmuşdur. N saylı hərbi hissənin xx.xx.2002-ci il tarixli çıxarış epikrizi, Astara RHK-nın xx.xx.2003-cü il tarixli, 41272 saylı arayışı, N saylı hərbi hissə komandirinin xx.xx.2003-cü il tarixli, 441 sayİı travmanın alınma şəraiti haqqında arayışı), «HƏRBİ TRAVMADİR HƏRBİ XİDMƏT VƏZİFƏLƏRİNİ (XİDMƏTİ VƏZİFƏLƏRİ) YERİNƏ YETİRƏRKƏN ALİNMİŞDİR. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1-Sosial Ekspert Komissiyasının 23 avqust 2024-cü il tarixli, 3-17-4/3-3-6215/2024 nömrəli qərarından görünür ki, vətəndaşın müraciəti əsasında xx.xx.2024-cü tarixində əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, A.Atakişiyevə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2014-cü il tarixli 125 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Sol budun orta 1/3 hissəsinin yumsaq toxumalarının dəlib keçən güllə yarası “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. X3 və Ortopediya İnstitutunun xx.xx.2024-cü il tarixli ********** nömrəli Arayışında diaqnoz “Sol budun odlu silah yaralanmasından sonrakı vəziyyəti budun ön-bayır, arxa səthlərinin dartıcı çapıqları, sol diz oynağında sərbəst ossifikat, aşağı ətraf əzələlərinin hipotrafiyası, sol diz oynağının dartıcı açıcı (160 dərəcə kontrakturası, daimi ağrı sindromu, axsama, yerişin pozulması” kimi qeyd olunmuşdur. Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının xx.xx.2024-cü il tarixli Tibbi rəyində diaqnoz “Postravmatik sol oturaq sinirinin neyropatiyası. Sol aşağı ətrafın monoparezi” kimi qeyd olunmuşdur. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı müayinə otağına əsa ilə daxil olmuşdur. Sol aşağı ətrafından güllə yarası aldığını, müəyyən məsafə qət etdikdən sonra aşağı ətraflarında gücsüzlük yarandığını, görməsində zəiflik olduğunu qeyd etmişdir. Son 5-6 aydır sürətlə çəki itirdiyini, mədəsində ağrı olduğunu söyləmişdir. Əyləşib qalxma hərəkətini çox çətinliklə icra etmiş, yerişi spesifik olmuşdur. Müayinə zamanı boyu 173 sm, çəkisi 48 kq, BÇİ 16 olmuşdur. Miopatiya əlamətləri izlənilmiş, əzələ gücü aşağı ətraflarda proximal 3 bal olmuş, onurğasında ifadəli lordoz müşahidə edilmişdir. Nevroloji müayinə zamanı yuxarı ətraflarda əzələləri hipotonik, əl əzələlərində hipotrofiya, əzələ gücü 4-4.5 bal müəyyən edilmişdir. Aşağı ətraflarda refleks alınmamış, əzələlər hipotonik və hipotrofik, əzələ gücü 2.5-3 bal müəyyənləşdirilmişdir. Yeriş zamanı hiperlordoz aydın izlənmiş, yerdən qalxarkən Qovers simptomu müşahidə edilmişdir. Bu nevroloji əlamətlər hərbi yaralanma ilə uyğun olmayıb, "Miopatiya” diaqnozunu düşündürmüş, lakin təsdiqləyici tibbi sənədlər olmadığı üçün RKX-na göndəriş verilmişdir. xx.xx.2024-cü il tarixli RKX tibbi rəyində düşünülmüş diaqnoz qeyd olunmayaraq öz təsdiqini tapmamışdır. Hərbi travmanın qalıq əlamətləri əlillik təyinatına əsas verməmişdir. Tibbi rəyi və klinik əlamətləri (miopatiya) nəzərə alaraq diaqnozun dəqiqləşdirilməsi məqsədi ilə ixtisaslaşmış tibb müəssisələrində müayinə və müalicənin davam edilməsi tövsiyyə edilmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Xüsusi səbəbdən Diaqnoz əlillik əlaməti təyin etmir və Ümumi xəstəlik ilə əlaqədar Müalicəyə davam edilməsi barədə qərar qəbul edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1-Sosial Ekspert Komissiyasının 27 dekabr 2023-cü il tarixli, 23-17-4/3-3-19958/2023 nömrəli qərarında qeyd edilmişdir ki, Dövlət Tibbi-Sosial Ekspertiza və X1-Sosial Ekspert Komissiyası (bundan sonra-Komissiya) xx.xx.2023-cü il tarixində aşağıda adları göstərilən 28 nəfər vətəndaşın müraciətlərinə əsasən əyani müayinəsini həyata keçirmiş və aşağıdakıları müəyyən etmişdir. Bərdə rayon sakini xx.xx.1982-ci il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) əlillik vəziyyəti xx.xx.2022-ci il tarixində DTSERA-da əyani müayinə zamanı qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir (ESDAS **********3). Növbəti dəfə əlillik vəziyyəti xx.xx.2023-cü il tarixində DTSERA-da əyani müayinə zamanı qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir (ESDAS 3-17-4/3-1-5854/2023). Vətəndaş 3-17-4/1-42954/2023 nömrəli məhkəmə qərardadına əsasən əyani müayinəyə dəvət olunmuşdur. Məhkəmə qərardadı əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2003-cü il tarixli 284 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Sol qamış və incik sümüklərinin diafizlərinin orta 1/3-nin düzgün bitişməmiş sınığı nəticəsində sol aşağı ətrafın 2.0 sm anatomik qısalması, funksiyanın mülayim dərəcədə pozulması ilə” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır” kimi müəyyənləşdirilmişdir. Qeyd etməliyik ki, vətəndaş xx.xx.2022-ci il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı sol ayağında olan ağrılardan şikayətlənmiş, əzələ gücü -4,5-5,0 bal, tonusu normal, reflekslər canlı, ətraflarda əlillik təyinatına əsas verən hərəki məhdudiyyət, iflic, oarez, patofunksional pozuntu aşkar edilməmişdir” kimi qeyd olunmuş, Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Növbəti dəfə vətəndaş xx.xx.2023-cü il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı qıcolma tutmaları, bas ağrıları, yuxusuzluq, yüksək arterial təzyiqdən şikayətlənmişdir. Epitutmadan öncə gözünün qaralmasını, ürəkbulantısı olduğunu qeyd etmişdir. Hal-hazırda medikamentoz preparatlardan “Ekvator”, “Finiiosai 200” gəbul etdiyini bildirmişdir. Müavinə zamanı anamnestik məlumatlarda təsvir etdiyi əlamətlər epitutma üçün xarakterik olmamış, nevroloii defisit müşahidə edilməmiş, gəbul etdiyi günlük “Finlipsal” miqdarı, terapevtik dozaya uyğun olmamışdır” kimi qeyd olunmuş, Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı komissiya otağına boyuna uyğun olmayan əsa ilə daxil olmuş, aşağı ətraflarda olan ağrılardan şikayətlənmişdir. Müayinə zamanı aşağı ətraflarda dəri örtüyü adi rəngdə, tük örtüyü saxlanılmış, əzələlər simmetrik, normal inkişaf etmiş, sol baldırın ön səthinin orta 1/3-də zərif dəri çapığı izlənilmiş, kontraktura, ankiloz, nisbi qısalıq aşkarlanmamış, hərəkətlər sərbəst və ağrısız olmuşdur. Nevroloji baxış zamanı kəllə beyin sinirləri tərəfindən ocaqlı patologiya aşkarlanmamış, əzələ gücü proksimal və distalda 5/5 bal olaraq qiymətləndirilmiş, vətər və sümüküstü reflekslər canlı çağrılmış D=S, əzələlərini gərgin saxlaması səbəbindən axil və diz reflekləri zəif canlı alınmış, hipotrofiya, atrofiya, parez, iflic qeydə alınmamışdır. Vətəndaş komissiya otağına daxil olarkən əl ağacına ehtiyacı olmadığı görünmüş, hərəkətləri simulasiya xarakterli olduğu müşahidə edilmişdir. Ekspertiza üçün əhəmiyyətli olan stasionar müalicə və instrumental müayinə sənədlərini təqdim etməmiş, əlillik təyinatına əsas verə biləcək nefroloji defisit, patologiya aşkar edilməmiş, vətəndaşı praktik sağlam şəxs kimi dəyərləndirilmişdir. X3 və Ortopediya İnstitutunun xx.xx.2022-ci il tarixli ********** nömrəli Arayışında diaqnoz “Sol baldır sümüyünün orta 1/3-nin qeyri-düzgün bitişmiş sınığı, valqus və antekurvasiva deformasiyaları, sol diz oynağının travmadan sonra osteoartrozu İİİ (üçüncü) dərəcəli, kəskin açıcı-bükücü kontrakturası (acma 165 dərəcə, bükmə 155 dərəcə) sol aşıq-baldır oynağının İİİ (üçüncü) dərəcəli artrozu, aşıcı-bükücü kəskin kontrakturası (açma 110 dərəcə, bükmə 100 dərəcə, sol ayaq barmaqlarının çəkicəbənzər deformasiyası, əzələ atrofivası, daimi ağrı sindromu və dayaq hərəkət funksiyasının pozulması” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. X4 xx.xx.2022-ci il tarixli Elektroneyromioqrafiya müayinəsinin nəticəsi “Müayinə zamanı sol aşağı ətraf sinirlərinə Peroneus Tibialis, Suralis elektroneyroqrafiya icra olundu. Motor cavabın amplitudası Peroneus enib, distal altentlik saxlanılıb. Sensor cavabın amplitudası Peroneus Superficialis enib, laterıtlik saxlanılıb. Aparılan müavinə sol Peroneus senso motor zədələnməsi lehinə dəyərləndirilir” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Hazırda əlillik təyinatına əsas verən patofunksional pozuntular müəyyən edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” X7 məhkəməyə ünvanladığı 21 fevral 2025-ci il tarixli, 3-28-11/2-291/2025 nömrəli məktubunda qeyd edilmişdir ki, Şirvan İnzibati Məhkəməsinin icraatında olan İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “İİİ qrup əlilliyin bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati iş üzrə mütəxəssis rəyinin verilməsi barədə 2-1(120)-4583/2024 saylı, xx.xx.2024-cü il tarixli Şirvan İnzibati Məhkəməsinin qərardadı ilə birlikdə daxil olmuş məktubunuza "Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” publik hüquqi şəxsdə baxıldı. Şirvan İnzibati Məhkəməsinin 2- 1(120)-4583/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadına uyğun olaraq iş üzrə İddiaçı “Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” publik hüquqi şəxsə dəvət edilmiş, Ona sol baldır sümüklərinin orta 1/3-nin qeyri-düzgün bitişmiş sınığı, valgus və antikuvasiya deformasiyaları, osteoparozu, sol diz oynağının travmadan sonra İİİ dərəcəli qonartrozu, valgus deformasiyası, açıcı-bükücü kəskin kontrakturası (açma 1630, bükmə 1550) patelofimoral oynağının artrozu, sol aşıq-baldır oynağının açıcı-bükücü kəskin kontrakturası (açma 1100, bükmə 1000) sol ayaq barmaqlarının çəkicəbənzər deformasiyası, ostroparozu, əzələ artrofiyası, daimi ağrı sindromu və dayaq-hərəkət funksiyasının pozulması diaqnozu qoyulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” X7 məhkəməyə ünvanladığı 18 mart 2025-ci il tarixli, 3-28-11/2-426/2025 nömrəli məktubunda qeyd edilmişdir ki, Şirvan İnzibati Məhkəməsinin icraatında olan İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “İİİ qrup əlilliyin bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati iş üzrə mütəxəssis rəyinin verilməsi barədə 2-1(120)-4583/2024 saylı, xx.xx.2024-cü il tarixli Şirvan İnzibati Məhkəməsinin qərardadı ilə birlikdə daxil olmuş məktubunuza “Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” publik hüquqi şəxsdə baxıldı. Şirvan İnzibati Məhkəməsinin 2- 1(120)-4583/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadına uyğun olaraq iş üzrə İddiaçı “Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” publik hüquqi şəxsə dəvət edilmiş, Ona sol baldır sümüklərinin orta 1/3-nin qeyri-düzgün bitişmiş sınığı, valgus və antikuvasiya deformasiyaları, osteoparozu, sol diz oynağının travmadan sonra İİİ dərəcəli qonartrozu, valgus deformasiyası, açıcı-bükücü kəskin kontrakturası (açma 1630, bükmə 1550) patelofimoral oynağının artrozu, sol aşıq-baldır oynağının açıcı-bükücü kəskin kontrakturası (açma 1100, bükmə 1000) sol ayaq barmaqlarının çəkicəbənzər deformasiyası, ostroparozu, əzələ artrofiyası, daimi ağrı sindromu və dayaq-hərəkət funksiyasının pozulması diaqnozu qoyulmuşdur. İddiaçı əlilliyin təyinatından imtina edilməsi barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyasının xx.xx.2023-cü il tarixli qərarını mübahisələndirmişdir. Məhkəmə Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyasının mübahisələndirilən xx.xx.2023-cü il tarixli iddiaçıya əlilliyin təyinatından imtina qərarını əsassız hesab edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hərbi Həkim Komissiyasının xx.xx.2003-cü il tarixli, 284 nömrəli qərarı nə qədər ki qüvvədədir iddiaçıya əlillik təyin olunarkən də əlilliyin səbəb əlaqəsi “Azərbaycan Respublikasının Müdafiəsi ilə əlaqədar” qeyd edilməlidir. Belə ki, iş üzrə təqdim olunmuş tibbi sənədlərin, o cümlədən TSEK müayinələrinin tədqiqi ilə bağlı məhkəmə araşdırmaları nəticəsində müəyyən olunur ki, İddiaçı xəstəliyi ilə bağlı ona Mərkəzi Hərbi Həkim Komisiyası tərəfindən verilmiş, xx.xx.2003-cü il tarixli, 284 nömrəli qərarı ilə müəyyən olunmuş Astara RHK tərəfindən 2001-ci ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı hərbi xidmət keçərkən, xx.xx.2002-ci ildə idman təlimi zamanı aldığı travma diaqnoz: «Sol qamış və incik sümüklərinin diafizlərinin orta 1/3-nin düzgün, bitişməmiş sınığı nəticəsində sol aşağı ətrafın 2,0 sm anatomik qısalması, funksiyanın mülayim dərəcədə, pozulması ilə səbəbdirki, xx.xx.2002-ci ildən xx.xx.2002-ci ilə kimi N saylı hərbi hissədə müayinə və müalicə olunmuşdur. N saylı hərbi hissənin xx.xx.2002-ci il tarixli çıxarış epikrizi, Astara RHK-nın xx.xx.2003-cü il tarixli, 41272 saylı arayışı, N saylı hərbi hissə komandirinin xx.xx.2003-cü il tarixli, 441 sayİı travmanın alınma şəraiti haqqında arayışı), «HƏRBİ TRAVMADİR HƏRBİ XİDMƏT VƏZİFƏLƏRİNİ (XİDMƏTİ VƏZİFƏLƏRİ) YERİNƏ YETİRƏRKƏN ALİNMİŞDİR. Bundan əlavə iş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1- Sosial Ekspert Komissiyasının 27 dekabr 2023-cü il tarixli, 23-17-4/3-3-19958/2023 nömrəli qərarında qeyd edilmişdir ki, Dövlət Tibbi-Sosial Ekspertiza və X1-Sosial Ekspert Komissiyası (bundan sonra-Komissiya) xx.xx.2023-cü il tarixində aşağıda adları göstərilən 28 nəfər vətəndaşın müraciətlərinə əsasən əyani müayinəsini həyata keçirmiş və aşağıdakıları müəyyən etmişdir. Bərdə rayon sakini xx.xx.1982-ci il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) əlillik vəziyyəti xx.xx.2022-ci il tarixində DTSERA-da əyani müayinə zamanı qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir (ESDAS **********3). Növbəti dəfə əlillik vəziyyəti xx.xx.2023-cü il tarixində DTSERA-da əyani müayinə zamanı qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir (ESDAS 3-17-4/3-1-5854/2023). Vətəndaş 3-17-4/1-42954/2023 nömrəli məhkəmə qərardadına əsasən əyani müayinəyə dəvət olunmuşdur. Məhkəmə qərardadı əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2003-cü il tarixli 284 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Sol qamış və incik sümüklərinin diafizlərirıin orta 1/3-nin düzgün bitişməmiş sınığı nəticəsində sol aşağı ətrafın 2.0 sm anatomik qısalması, funksiyanın mülayim dərəcədə pozulması ilə” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır” kimi müəyyənləşdirilmişdir. Qeyd etməliyik ki, vətəndaş xx.xx.2022-ci il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı sol ayağında olan ağrılardan şikayətlənmiş, əzələ gücü -4,5-5,0 bal, tonusu normal, reflekslər canlı, ətraflarda əlillik təyinatına əsas verən hərəki məhdudiyyət, iflic, oarez, patofunksional pozuntu aşkar edilməmişdir” kimi qeyd olunmuş, Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Növbəti dəfə vətəndaş xx.xx.2023-cü il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı qıcolma tutmaları, baş ağrıları, yuxusuzluq, yüksək arterial təzyiqdən şikayətlənmişdir. Epitutmadan öncə gözünün garalmasını, ürəkbulantısı olduğunu qeyd etmişdir. Hal-hazırda medikamentoz preparatlardan “Ekvator”, “Finiiosai 200” gəbul etdiyini bildirmişdir. Müavinə zamanı anamnestik məlumatlarda təsvir etdiyi əlamətlər epitutma üçün xarakterik olmamış, nevroloii defisit müşahidə edilməmiş, gəbul etdiyi günlük “Finlipsal” miqdarı, terapevtik dozaya uyğun olmamışdır” kimi qeyd olunmuş, Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı komissiya otağına boyuna uyğun olmayan əsa ilə daxil olmuş, aşağı ətraflarda olan ağrılardan şikayətlənmişdir. Müayinə zamanı aşağı ətraflarda dəri örtüyü adi rəngdə, tük örtüyü saxlanılmış, əzələlər simmetrik, normal inkişaf etmiş, sol baldırın ön səthinin orta 1/3-də zərif dəri çapığı izlənilmiş, kontraktura, ankiloz, nisbi qısalıq aşkarlanmamış, hərəkətlər sərbəst və ağrısız olmuşdur. Nevroloji baxış zamanı kəllə beyin sinirləri tərəfindən ocaqlı patologiya aşkarlanmamış, əzələ gücü proksimal və distalda 5/5 bal olaraq qiymətləndirilmiş, vətər və sümüküstü reflekslər canlı çağrılmış D=S, əzələlərini gərgin saxlaması səbəbindən axil və diz reflekləri zəif canlı alınmış, hipotrofiya, atrofiya, parez, iflic qeydə alınmamışdır. Vətəndaş komissiya otağına daxil olarkən əl ağacına ehtiyacı olmadığı görünmüş, hərəkətləri simulasiya xarakterli olduğu müşahidə edilmişdir. Ekspertiza üçün əhəmiyyətli olan stasionar müalicə və instrumental müayinə sənədlərini təqdim etməmiş, əlillik təyinatına əsas verə biləcək nefroloji defisit, patologiya aşkar edilməmiş, vətəndaşı praktik sağlam şəxs kimi dəyərləndirilmişdir. X3 və Ortopediya İnstitutunun xx.xx.2022-ci il tarixli ********** nömrəli Arayışında diaqnoz “Sol baldır sümüyünün orta 1/3-nin qeyri-düzgün bitişmiş sınığı, valqus və antekurvasiva deformasiyaları, sol diz oynağının travmadan sonra osteoartrozu İİİ (üçüncü) dərəcəli, kəskin açıcı-bükücü kontrakturası (acma 165 dərəcə, bükmə 155 dərəcə) sol asıq-baldır oynağının İİİ (üçüncü) dərəcəli artrozu, açıcı-bükücü kəskin kontrakturası (açma 110 dərəcə, bükmə 100 dərəcə, sol ayaq barmaqlarının çəkicəbənzər deformasiyası, əzələ atrofivası, daimi ağrı sindromu və dayaq hərəkət funksiyasının pozulması” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. X4 xx.xx.2022-ci il tarixli Elektroneyromioqrafiya müayinəsinin nəticəsi “Müayinə zamanı sol aşağı ətraf sinirlərinə Peroneus Tibialis, Suralis elektroneyroqrafiva icra olundu. Motor cavabın amplitudası Peroneus enib, distal altentlik saxlanılıb. Sensor cavabın amplitudası Peroneus Superficialis enib, lateritlik saxlanılıb. Aparılan müavinə sol Peroneus senso motor zədələnməsi lehinə dəyərləndirilir” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Hazırda əlillik təyinatına əsas verən patofunksional pozuntular müəyyən edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının xəstəlikləri ilə bağlı təqdim olunmuş tibbi sənədlərdəki məlumatların həqiqiliyini təkzib edən, habelə İddiaçı xəstəliyi ilə bağlı müsbət dəyişikliklərin mövcudluğunu təsdiq edən hər hansı dəlil, sübut cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən hazırkı məhkəmə icraatında təqdim olunmamışdır. Cavabdeh inzibati orqanın iddiaya qarşı etirazında, həmçinin iddiaçıya əlillik təyinatından bütün imtinalarında qeyd olunan səbəblər (ixtisaslaşmış klinikada stasionar şəraitdə müayinə və mualicə olunmasina ehtiyac var) heç bir dəlil-sübutla əsaslandırılmadan, izahı və açıqlamaları tibbi sənədlərlə təsdiq olunmadan əlillik təyinatından imtina edilməsi də onun xəstəliyinin hazırki vaxtadək heç bir dəyişiklik olmadan davam etməsini təsdiq edir. Beləliklə, məhkəməyə təqdim olunmuş tibbi sənədlərdə İddiaçı ona 31-60 faiz olmaqla əlilliyin verilməsinə əsas olan diaqnozu, xəstəliyinin hal-hazıradək mövcud olması, daha da ağırlaşması və əlavə olaraq yanaşı xəstəliklərlə müşayiət olunması tam təsdiq olunur. Göründüyü kimi, Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyasının mübahisələndirilən qərarında iddiaçıya əlillik təyinatından imtinanın faktiki və hüquqi halları müəyyən olunmamışdır. Belə ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1-ci maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4-cü maddəsinə əsasən əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. 4.3-cü maddəsinə əsasən əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. 6.4-cü maddəsinə əsasən Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 08 aprel tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”nın 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə-“Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. 1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81-100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. 1.11. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə bağlı çatışmazlıqdan irəli gələn orqanizmin funksiyalarının pozulmasının əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə halı olduqda, hər bir hal ayrılıqda qiymətləndirilir və orqanizmin funksiyalarının pozulması faizi müəyyənləşdirilir. Bu zaman orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri eyni olduqda, yekun göstərici 10 faiz artırılmaqla, fərqli olduqda ən yüksək olan göstərici 10 faiz artırılmaqla, ümumilikdə isə 100 faizdən çox olmamaqla müəyyən edilir. Hər hansı bir hal üzrə müddətsiz əlillik müəyyən edilməsinə əsas olduqda, əlillik müddətsiz müəyyən edilir. 1.14. Peşə xəstəliyi və istehsalat zədəsi istisna olmaqla, əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə hal üzrə orqanizmin funksiyalarının pozulmasının fərqli faizləri müəyyənləşdirildiyi hallarda, daha üstün sosial müdafiə təminatları nəzərdə tutulan əlillik səbəbi və orqanizmin funksiyalarının pozulmasının ən yüksək faizi müəyyən edilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrələnərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın təsdiq edilməsi və “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin: - 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti “Əlilliyin müəyyən olunması meyarları”na Əlavədə müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, İddiaçı sol baldır sümüklərinin orta 1/3-nin qeyri-düzgün bitişmiş sınığı, valgus və antikuvasiya deformasiyaları, osteoparozu, sol diz oynağının travmadan sonra İİİ dərəcəli qonartrozu, valgus deformasiyası, açıcı-bükücü kəskin kontrakturası (açma 1630, bükmə 1550) patelofimoral oynağının artrozu, sol aşıq-baldır oynağının açıcı-bükücü kəskin kontrakturası (açma 1100, bükmə 1000) sol ayaq barmaqlarının çəkicəbənzər deformasiyası, ostroparozu, əzələ artrofiyası, daimi ağrı sindromu və dayaq-hərəkət funksiyasının pozulması diaqnozu müvaifq tibbi sənədlərlə öz əksini tapmışdır. Cavabdeh inzibati orqan tərəfindən verilmiş imtina əsassızdır və qanunamüvafiq olmamışdır. Beləliklə, işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh orqanın iddiaçının müraciəti ilə bağlı hərəkətləri qanunsuz olmuşdur. Cavabdeh inzibati orqan etirazında qeyd etmişdir ki, iddiaçının komissiya otağına daxil olarkən əl ağacına ehtiyacı olmadığı görünmüş, hərəkətləri simulasiya xarakterli olduğu müşahidə edilmişdir. Ekspertiza üçün əhəmiyyətli olan stasionar müalicə və instrumental müayinə sənədlərini təqdim etməmiş, əlillik təyinatına əsas verə biləcək nefroloji defisit, patologiya aşkar edilməmiş, vətəndaşı praktik sağlam şəxs kimi dəyərləndirilmişdir. Belə olan halda məhkəmə qeyd edir ki, inzibati icraat aparan orqan fərziyələrə əsaslana bilməz, iddiaçının görünüş yaratmasını və simulasiya xarakterli hərəkətlər etməsini qeyd etdiyi halda digər tibbi sənədlərlə onun sağlamlıq imkanlarını qiymətləndirməli idi. İddiaçını praktiki sağlam şəxs kimi qiymətləndirən zaman onun sağlamlıq vəziyyətini fərziyələrlə yox inzibati icraatın əsasını təşkil edən tibbi sənədlərə əsaslanmalı idi. Cavabdeh inzibati orqanda aparılmış inzibati icraatın əksi olaraq məhkəmə araşdırması zamanı Səhiyyə Nazirliyi “Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” X7 məhkəməyə ünvanladığı 21 fevral 2025-ci il tarixli, məktubunda İddiaçı “Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” publik hüquqi şəxsə dəvət edilmiş, ona sol baldır sümüklərinin orta 1/3-nin qeyri-düzgün bitişmiş sınığı, valgus və antikuvasiya deformasiyaları, osteoparozu, sol diz oynağının travmadan sonra İİİ dərəcəli qonartrozu, valgus deformasiyası, açıcı-bükücü kəskin kontrakturası (açma 1630, bükmə 1550) patelofimoral oynağının artrozu, sol aşıq-baldır oynağının açıcı-bükücü kəskin kontrakturası (açma 1100, bükmə 1000) sol ayaq barmaqlarının çəkicəbənzər deformasiyası, ostroparozu, əzələ artrofiyası, daimi ağrı sindromu və dayaq-hərəkət funksiyasının pozulması diaqnozu qoyulmuşdur. Tibbi sənədə əsasən iddiaçının sağlamlıq imkanlarının məhdud olması, ona ilk dəfə ona əllik təyin edilərkən sağlamlıq imkanlarının hazırki vəziyəti ilə fərqli olmaması müəyyən edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hərbi Həkim Komissiyasının xx.xx.2003-cü il tarixli, 284 nömrəli qərarında qeyd edilmiş «Sol qamış və incik sümüklərinin diafizlərinin orta 1/3-nin düzgün, bitişməmiş sınığı nəticəsində sol aşağı ətrafın 2,0 sm anatomik qısalması, funksiyanın mülayim dərəcədə, pozulması halları hazrıki vəziyyətdə mövcuddur. Göründüyü kimi, cavabdeh inzibati orqan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 08 aprel tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”nın və “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin tələblərinə tam riayət etməmişdir. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 11-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Həmin Qanunun 61-ci maddəsinin tələblərinə görə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Kifayət qədər əsasların mövcudluğu məhkəməyə bu qənaətə gəlməyə əsas verir ki, İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyasının xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi, əlilliyin səbəb əlaqəsinin “Azərbaycan Respublikasının Müdafiəsi ilə əlaqədar” qeyd edilməsi və xx.xx.2023-cü il tarixdən 31-60 faiz olmaqla müddətsiz əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hərbi Həkim Komissiyasının xx.xx.2003cü il tarixli, 284 nömrəli qərarı hazırda qüvvədədir, ləğv edilməmiş, geri qaçğrılmamış və ya qüvvədən düşməmişdir. Həmin qərarla müəyyən edilir ki, 20 (iyirmi) ildən artıq müddətdir ki, iddiaçının sol baldır sümüklərinin orta 1/3-nin qeyri-düzgün bitişmiş sınığı, valgus və antikuvasiya deformasiyaları, osteoparozu, sol diz oynağının travmadan sonra İİİ dərəcəli qonartrozu, valgus deformasiyası, açıcı-bükücü kəskin kontrakturası (açma 1630, bükmə 1550) patelofimoral oynağının artrozu, sol aşıq-baldır oynağının açıcı-bükücü kəskin kontrakturası (açma 1100, bükmə 1000) sol ayaq barmaqlarının çəkicəbənzər deformasiyası, ostroparozu, əzələ artrofiyası, daimi ağrı sindromu və dayaq-hərəkət funksiyasının pozulması halları hazır ki, vəziyyətdə mövcuddur. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Konstitusiyanın 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Konstitusiyanın 71-ci maddəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Etimad hüququnun qorunması Konstitusiyadan və X9 Konvensiyasından irəli gəlir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinə (Dövlətin ali məqsədi) əsasən: İ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Konstitusiyanın həmin maddəsinin 2-ci bəndinə əsasən Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. X9 Konvensiyasının 1-ci maddəsinə (İnsan hüquqlarına hörmət olunması öhdəliyi) əsasən Razılığa gələn Yüksək Tərəflər onların yurisdiksiyası altında olan hər kəs üçün bu Konvensiyanın 2 bölməsində müəyyən olunmuş hüquq və azadlıqları təmin edirlər. Etimad hüququnun qorunması dövlətə münasibətdə pozitiv öhdəliklər yaradır və buna uyğun qaydada davranma tələb edir. Belə ki, dövlət bu hüququn reallaşdırılması üçün müvafiq işlək mexanizmlər yaratmalı; dövlət orqanları öz fəaliyyətlərində hüquq və azadlıqların səmərəli həyata keçirilməsini təmin edəcək qaydada davranmalıdırlar. Konstitusiya və AİHK ilə müəyyən edilən hüquqlar xəyali və nəzəri hüquq deyil, odur ki, dövlət tərəfindən təqdim edilən mexanizmlər səmərəsizdirsə, həmin hüquq və azadlıqların təmin edilməsi kimi qiymətləndirilə bilməz. Etimad hüququnun qorunmasının əsasları “İnzibati icraat haqqında” Qanunun 2.0.8, 13, 67-69-cu maddələrində əksini tapmışdır. Həmin Qanunun 2.0.8-ci maddəsinə əsasən qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam kimi anlayış verilmişdir. Həmin Qanunun 13-cü maddəsinə əsasən etimad hüququnun qorunması prinsipinin mahiyyətini, nəzəri əsaslarını, 67-69-cu maddələr isə praktik tətbiqi zamanı təzahürünü müəyyən edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: - 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2. maddəsinə əsasən Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının etimad hüququ qanunla qorunur, bu baxımdan iddiaçının iddia tələbi əsaslı hesab edilməli və təmin edilməlidir. Cavabdehin hərəkətləri isə qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası xx.xx.2022-ci il tarixli 2-1(102)-996/2022 nömrəli qərarında hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən başqa bir işdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İPM-in 73.2-ci maddəsinə görə iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. “İnzibati icraat haqqında” Qanunun 58.1-ci maddəsinə görə inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanunun 67.1-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.3-cü maddəsinə görə qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması, həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Qeyd olunanlara məcmu şəkildə qiymət verərək məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyasının İddiaçı əlilliyin təyinatından imtinası barədə xx.xx.2023-cü il tarixli qərarı ləğv edilməli, əlilliyin səbəb əlaqəsinin “Azərbaycan Respublikasının Müdafiəsi ilə əlaqədar” qeyd edilməsi və xx.xx.2023-cü il tarixdən 31-60 faiz olmaqla müddətsiz əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 75-ci, 78-ci, 79-cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyasının İddiaçı əlilliyin təyinatından imtinası barədə xx.xx.2023-cü il tarixli qərarı ləğv edilsin, əlilliyin səbəb əlaqəsinin “Azərbaycan Respublikasının Müdafiəsi ilə əlaqədar” qeyd edilməsi və xx.xx.2023-cü il tarixdən 31-60 faiz olmaqla müddətsiz əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Şahəli Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar