Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-164/2024 13.02.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, məhkəmə iclas katibi X2, İddiaçı, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2022-ci il tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi üzrə işə məhkəmənin binasında açıq şifahi məhkəmə iclasında baxaraq, Təsviri hissə: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “60 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-12076/2021 nömrəli qərardadına əsasən iddia tələbinə dair inzibati iş baxılması üçün aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsinə göndərilmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(120)-392/2023 nömrəli qərardadı ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsi üçüncü şəxs qismində məhkəmə icraatına zəruri cəlb edilmişdir. Sonradan, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “xx.xx.2022-ci il tarixdən ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(120)-392/2023 nömrəli qərardadı ilə iddia tələbi iddia tələbi dəqiqləşdirilmiş və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı üçüncü şəxs qismində məhkəmə icraatına zəruri cəlb edilmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(120)-164/2024 nömrəli qərardadı ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsi üçüncü şəxslər siyahısından çıxarılmışdır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 1961-ci il yanvarın 21-də Neftçala rayonunun Boyat kəndində anadan olmuş, hazırda yuxarıda qeyd olunan ünvanda yaşayır. 1978ci il dekabrın 15-dən 1980-ci il aprelin 24-dək Sumqayıt Məişət Kimyası zavodunda 55 nömrəli sexdə zərərli istehsal sahəsi ilan elektrik avadanlıqları üzrə maşinist vəzifəsində işləmişdir. 1980-cı il aprelin 24-dən 1982-ci il aprelin 12-dək Sovet Ordusu sıralarında həqiqi hərbi xitmətdə olmuş, hərbi xidmətdən qayıtdıqdan sonra 1982-ci il avqustun 23-dən 1984-cü il mayın 13-dək həmin zavodun 2 saylı istehsalat sahəsində aparatçik (separipovanixa) vəzifəsində işləmişəm. 1984-cü il dekabrın 12-dən 1986-cı il dekabrın 12-dək Sovet Azərbaycanının 50 illiyi adına Bakı Aqreqat İstehsalat Birliyində (hazırda “X6 Müəssisəsi” MMC-də zərərli istehsal sahəsi olan plastmas məmulatlarının presləyicisi, 1987-ci il sentyabrın 04-dən 1987-ci il noyabrın 11-dək qalvançı, 1988ci il martın 28-dən 1988-ci il aprelin 06-dək isə plastmas məmulatlarının presləyicisi vəzifəsində sahələrində, o cümlədən həmin zavodda 1989-cu il noyabrın 28-dək işləmişdir. 1989-cu il dekabrın 11-dən 1990-cı il iyunun 11-dək 26 Bakı komisarı adına mexaniki təmir zavodunda mertal kəsicisi vəzifəsində, 1989-cı il iyunun 12-dən 1990-cı il oktyabrın 22-dək Şəhadət kooperativində fəhlə vəzifəsində, 1989-ci il aprelin 11-dən 2001-ci il aprelin 03-dək Bakı-Komvol Kombinatında zərərli istehsal sahəsində daraqlama-darama sexində darama aparatlarında təmizləyici-itiləyici vəzifəsində işləmişdir. 2012-ci ilin aprelindən 2017-ci il iyul ayınadək işləməsə də məcburi sosial sığorta hesabına ödənişlər etmişdir. Ümumilikdə əmək stajı təxminən 27 il, zərərli istehsal sahəsində isə 15 ildən bir qədər artıq təşkil edir. Yuxarıda qeyd etdiyi Sumqayıt Məişət Kimyası zavodunda, Sovet Azərbaycanının 50 illiyi adına Bakı Aqreqat İstehsalat Birliyində (hazırda “X6 Müəssisəsi” MMC-də və Bakı-Komvol Kombinatında zərərli istehsal sahəsində işlədiyi müddət 15 ildən artıq olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 №-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 11-ci metal emalı bölməsinin 11.7-ci bəndi halvanik üsulla metallara üzçəkmə istehsalı, 35-ci bölmə ümumi peşələr-plastik kütlədən məmulatların presləyiciləri, “a” bəndi-fəhlələr, halvaniklər peşələrinə əsasən, həmçinin həmin Qərar qüvvəyə minənədək qüvvədə olmuş 21 iyun 1993-cü il tarixli, 320 №-li qərarına 1 №li siyahısının 7-ci bəndi ilə təsdiq olunmuş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”’nın 1080B000-17641 nömrəsi ilə müəyyən olnınuş qaydalara əsasən əmək şəraitinə görə güzəştli şərtlərlə əmək pensiyası hüququna malikdir. 2021-ci yanvarın 21-də 60 yaşı tamam olduğu üçün 3 dəfə yazılı ərizə ilə müraciət edərək 60 yaşdan güzəştli şərtlərlə pensiyanın təyin olunmasını cavabdehdən xahiş etmiş, lakin sonuncu hər dəfə bir səbəb gətirərək pensiyanın təyin olunmasından əsassız olaraq imtina etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olamvaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəli orqanı tərəfindən təsdiq olunan siyahı üzrə) çalışan sığorta olunanların: kişilər-60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş zərərli və ağır olan işlərdə çalışan şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 №-li Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin Siyahı təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 №-li Qərarı ilə təsdiq olunmuş "Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlar, dənizdə çalışan neftçilərə vaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəriciklərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir. Qeyd olunanlara əsasən hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsini öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin məhkəməyə daxil olmuş etirazından göründüyü kimi cavabdeh iddiaçının iddia tələbini etirazla qarşılayır və bu halı onunla əsaslandırır ki, İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına xx.xx.2021-ci il tarixdə müraciət edərək, təqdim etdiyi sənədlər əsasında güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı tərəfindən İddiaçı verilmiş xx.xx.2021-ci il tarixli, **********8 nömrəli cavab məktubunda 25 il ümumi iş stajı və fərdi hesabınının sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalından az olduğundan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkün olmadığı bildirilmişdir. Bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə əsasən sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 21.1-ci maddəsinə görə şəxsin müvafiq iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə daxil edilir. Mərkəzi Filiala təqdim edilən sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi, İddiaçı ümumi iş stajı 25 ildən az (22 il 1 ay 25 gün (xx.xx.1978-xx.xx.1980-cı il, xx.xx.1980-xx.xx.1982-ci il, xx.xx.1982-xx.xx.1984-cü il, xx.xx.1984-xx.xx.1989-cu il, xx.xx.1989xx.xx.1990-cı il, xx.xx.1991-xx.xx.2001-ci il, xx.xx.2012-xx.xx.2012-ci il, xx.xx.2013-xx.xx.2013-cü il, xx.xx.2013-xx.xx.2013-cü il, xx.xx.2013-xx.xx.2013-cü il, xx.xx.2014-xx.xx.2014-cü il, xx.xx.2015-xx.xx.2015-ci il, xx.xx.2016-xx.xx.2016-cı il, xx.xx.2016-xx.xx.2016-cı il, xx.xx.2017xx.xx.2017-ci il və xx.xx.2018-xx.xx.2018-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Belə ki, 2006- 2021-ci illərdə İddiaçı işlədiyi müddətdə ödənilməli olan məcburi dövlət sosial sığorta haqları fərdi hesabının sığorta hissəsində həmin dövr üzrə cəmi 15 ay (1 il 3 ay) sığorta ödənişi öz əksini tapmışdır. Qanunvericilikdə yalnız məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi dövrlər əmək pensiyası təyin edilərkən iş stajına aid edilir. (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla). Bundan başqa İddiaçı fərdi hesabınının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 39200,00 manat hesablandığı halda, fərdi hesabınının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 16434,97 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Göstərilənlərə əsasən, İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına qarşı iddiasının rədd edilməsi barədə qərar qəbul etməyinizi xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 iddia tələbinə qarşı qeyd etdikləri etirazın məzmununa uyğun izahat verərək iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə aşağıdakı sübutları qeyd etməyi zəruri hesab edir: İşdə olan seriya AZE ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1961-ci il tarixdə anadan olmuş, Neftçala rayonunun Boyat kəndində qeydiyyatdadır. İşdə olan xx.xx.1999-cu il tarixli, AO ******* nömrəli hərbi biletinin surətindən görünür ki, İddiaçı xx.xx.1980-xx.xx.1982-ci illərdə hərbi xidmətdə olmuşdur. İşdə olan iddiaçıya məxsus xx.xx.1978-ci il tarixli, ИТ-l ******* nömrəli əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1978-ci il tarixdən xx.xx.2001-ci il tarixədək əmək fəaliyyəti ilə məşğul olmuşdur. İşdə olan Azərbaycan Respublikası "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2021-ci il tarixli, 04 nömrəli güzəştli arayışından görünür ki, İddiaçı xx.xx.1991-ci ildən xx.xx.2001-ci ilə kimi Bakı- Komvol Kombinatında işləmişdir. xx.xx.1991-ci ildə Daraqla-darama sexinə darama aparatlarına təmizləyici-itiləyici qəbul edilmiş, xx.xx.2001-ci ildə Azərbaycan Respublikası ƏM-nin 69-cu maddəsinə əsasən (öz xahişi ilə) işdən azad edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarına əsasən İddiaçı güzəştli şərtlərlə pensiya almaq hüququna malikdir. İşdə olan "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli, 118/02 nömrəli arayışından görünür ki, İddiaçı həqiqətən Sovet Azərbaycanının 50 illiyi adına Bakı Aqreqat İstehsalat Birliyində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması hüququna malik olan zərərli əmək şəraitli işlərdə: xx.xx.1984-cü ildən xx.xx.1986-cı ilə qədər plastmas məmulatların presləyici; xx.xx.1987-ci ildən xx.xx.1987-ci ilə qədər qalvançı; xx.xx.1988-ci ildən xx.xx.1988-ci ilə qədər plastmas məmulatların presləyicisi peşələrində işləmişdir. İddiaçı presləyici və qalvançı işlədiyi müddətdə zərərli əmək şəraitində olmuş, əlavə məzuniyyət günlərindən istifadə etmişdir. Tam iş günü ərzində presləyici işlədiyi müddətdə müxtəlif tərkibli plastmas materiallardan bişirmə, isitmə yolları ilə pres avadanlıqlarında metal içlikli müxtəlif konfiqurasiyalı məmulatların preslənməsi işləri ilə, qalvançı işlədiyi müddətdə metal və məlumatların xarici və daxili səthlərinə qalvanik örtüyün çəkilməsi ilə məşğul olmuşdur. Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na əsasən (35-ci bölmə “Ümumi peşələr” plastik kütlədən məmulatların presləyiciləri”, 11-ci bölmə “Metal emalı” 11.7-ci bənd, “Halvanik üsulla metallara üzçəkmə istehsalı, a) fəhlələr: “halvaniklər (yalnız hissələrin asılıb və çıxarılması, həmçinin bağlı vannaların avtomatik rejimində məşğul olanlardan başqa)”) müəyyənləşdirilmişdir. İşdə olan Azərbaycan Respublikası "xxxx" Açıq Səhmdar Cəmiyyəti xx.xx.2021-ci il tarixli arayışından görünür ki, İddiaçı həqiqətən 260 saylı əmr 15 dekabr 1978-ci il tarixdən 79 saylı əmr xx.xx.1980-cı ilədək Sumqayıt Məişət Kimyası zavodunun 55 saylı sexdə elektrik avadanlıqlar üzrə maşinist vəzifəsində işləmişdir. 49 saylı əmr xx.xx.1982-ci il tarixdən 2 saylı istehsalat sahəsinə apparatçik (separipovaniya) vəzifəsinə işə qəbul edilmişdir. 97 saylı əmr 12 iyun 1984-cü il tarixdən öz xahişi ilə tutduğu vəzifəsindən azad olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi 21 iyun 1993-cü il tarixli, 320 saylı qərarının 1 №-li siyahısını Vİİİ bəndinin 1080Б000-17541 üzrə ona güzəştli pensiya təyin olunması hüququ verilir. İşdə olan Azərbaycan Respublikası Vergilər Nazirliyi fiziki şəxsin sahibkarlıq uçotu haqqında (VÖEN) ********** nömrəli şəhadətnaməsinin surətindən görünür ki, İddiaçı xx.xx.2012-ci il tarixdən 5 saylı Ərazi Vergilər İdarəsində qeydiyyatdadır. İşdə olan **********552 nömrəli dövlət sosial sığorta şəhadətnaməsinin surətindən görünür ki, həmin şəhadətdamə xx.xx.1961-ci il təvəllüdlü İddiaçı məxsusdur. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli, **********4 nömrəli məktubunda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Mərkəzi Filiala təqdim etdiyi 20 dekabr 1978-ci il tarixli ИT-İ ******* nömrəli əmək kitabçanın surətində qeyd olunan məlumatlardan göründüyü kimi, ümumi iş stajınız 25 ildən az (22 il 1 ay) təşkil edir. Bundan başqa fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq münasibətdə 40800,00 manat hesablandığı halda, fərdi hesabınızın sığorta ssəsində qeydə alınan pensiya kapitalı cəmi 16430,79 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı anunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli, **********8 nömrəli məktubunda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə əınək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanubnun 1.0.2-ci maddəsinə əsasən sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 21.1-ci maddəsinə görə şəxsin müvafiq iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə daxil edilir. Həmin Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi, ümumi iş stajı 25 ildən az (22 il 1 ay 25 gün (xx.xx.1978-xx.xx.1980-ci il, xx.xx.1980-xx.xx.1982-ci il, xx.xx.1982-xx.xx.1984-cü il, xx.xx.1984-xx.xx.1989-cu il, xx.xx.1989-xx.xx.1990-cı il, xx.xx.1991xx.xx.2001-ci il, xx.xx.2012-xx.xx.2012-ci il, xx.xx.2013-xx.xx.2013-cü il, xx.xx.2013-xx.xx.2013-cü il, xx.xx.2013-xx.xx.2013-cü il, xx.xx.2014-xx.xx.2014-cü il, xx.xx.2015-xx.xx.2015-ci il, xx.xx.2016xx.xx.2016-cı il, xx.xx.2016-xx.xx.2016-cı il, xx.xx.2017-xx.xx.2017-ci il və xx.xx.2018-xx.xx.2018ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Belə ki, 2006-2021-ci illərdə işlədiyi müddətdə ödənilməli olan məcburi dövlət sosial sığorta haqları fərdi hesabının sığorta hissəsində həmin dövr üzrə cəmi 15 ay (1 il 3 ay) sığorta ödənişi öz əksini tapmışdır. Qanunvericilikdə yalnız məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi dövrlər əmək pensiyası təyin edilərkən iş stajına aid edilir. (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla) Bundan başqa sizin fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq münasibətdə 39200,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 16434,97 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli, **********5 nömrəli məktubundan görünür ki, İddiaçı fərdi hesabının sığorta hissəsində 2012-ci ilin l-ll rübləri, 2014-2015-ci illərin İ rübü, 2016-cı ilin l-ll rübləri üzrə hər hansı məbləğ qeydə alınmamışdır, 2013-cü ilin İ rübü-37,54 manat, İİ rübü-12,51 manat, 2014-cü ilin llrübü-148,22 manat, 2015-ci ilin İİ rübü-162,42 manat, 2017-ci ilin l-ll rübləri-76,75 manat, 2018-ci ilin İ rübü üzrə isə 13,56 manat pensiya kapitalı qeydə alınmışdır. Əlavə olaraq, adıçəkilən şəxsin qeyd olunan dövrlər üzrə fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı barədə Nazirliyin Mərkəzləşdirilmiş Elektron X1 alt sistemindən çıxarışı təqdim etmişdir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli, **********8 nömrəli məktubundan görünür ki, İddiaçı fərdi hesabının sığorta hissəsində 2012-ci ilin birinci və ikinci rübləri, 2014-cü və 2015-ci illərin birinci rübü, 2016-cı ilin birinci və ikinci rübləri üzrə hər hansı məbləğ qeydə alınmamışdır, 2013-cü ilin birinci rübü-36,38 manat, ikinci rübü-12,13 manat, 2014-cü ilin ikinci rübü-143,64 manat, 2015-ci ilin ikinci rübü- 157,39 manat, 2017-ci ilin birinci və ikinci rübləri-14,40 manat, 2018-ci ilin birinci rübü üzrə isə 13,14 manat pensiya kapitalı qeydə alınmışdır. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Mühasibat uçotu departamentinin xx.xx.2023-cü il tarixli, 3-17-1/3-1-10674/2023 nömrəli xidməti məktubundan görünür ki, sığortaedən İddiaçı (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fondunun keçmiş Neftçala rayon şöbəsinin ********* nömrəli yığım hesabına məcburi dövlət sosial sığorta haqları üzrə köçürdüyü məbləğlər üzrə xx.xx.2012-ci il tarixli, 40 nömrəli qəbzlə 11,22 (on bir manat 22 qəpik) manat, xx.xx.2012-ci il tarixli, 14 nömrəli qəbzlə 9,35 (doqquz manat 35 qəpik) manat, xx.xx.2012-ci il tarixli, 131 nömrəli qəbzlə 7,35 (yeddi manat 35 qəpik) manat, xx.xx.2012-ci il tarixli, 50 nömrəli qəbzlə 9,35 (doqquz manat 35 qəpik) manat, xx.xx.2012-ci il tarixli, 124 nömrəli qəbzlə 28,05 (iyirmi səkkiz manat 05 qəpik) manat, xx.xx.2012-ci il tarixli, 86 nömrəli qəbzlə 18,70 (on səkkiz manat 70 qəpik) manat, xx.xx.2013-cü il tarixli, 119 nömrəli qəbzlə 28,05 (iyirmi səkkiz manat 05 qəpik) manat, xx.xx.2013cü il tarixli, 01 nömrəli qəbzlə 18,70 (on səkkiz manat 70 qəpik) manat, xx.xx.2014-cü il tarixli, 96 nömrəli qəbzlə 123,70 (bir yüz iyirmi üç manat 70 qəpik) manat, xx.xx.2015-ci il tarixli, 05 nömrəli qəbzlə 63,00 (altmış üç manat) manat, xx.xx.2015-ci il tarixli, 06 nömrəli qəbzlə 63,00 (altmış üç manat) manat, xx.xx.2016-cı il tarixli, 164İPX********** nömrəli qəbzlə 63,00 (altmış üç manat) manat, xx.xx.2017-ci il tarixli, 164İPOX170300144 nömrəli qəbzlə 10,50 (on manat əlli qəpik) manat, xx.xx.2017-ci il tarixli, 164İPX********** nömrəli qəbzlə 10,50 (on manat əlli qəpik) manat, xx.xx.2017-ci il tarixli, 164İPX********** nömrəli qəbzlə 10,50 (on manat əlli qəpik) manat, xx.xx.2017-ci il tarixli, 164İPX********** nömrəli qəbzlə 10,50 (on manat əlli qəpik) manat, xx.xx.2017-ci il tarixli, 164İPX********** nömrəli qəbzlə 10,50 (on manat əlli qəpik) manat məbləğində ödəniş qəbzləri və ödənilən vəsaitlərin xəzinə hesabına daxil olması aşkar olunmuşdur. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 5 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2023-cü il tarixli, **********137500 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Sosial sığorta haqqında” və “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanunlarında edilmiş dəyişikliklərə əsasən sosial sığorta haqları və işsizlikdən sığorta haqları üzrə yığımların təmin edilməsi xx.xx.2019-cu il tarixdən etibarən Azərbaycan Respublikası İqtisadiyyat Nazirlliyi yanında Dövlət Vergi Xidmətinə həvalə edilmişdir. xx.xx.2019-cu il tarixdən əvvəlki dövrə aid məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta ödənişləri barədə vergi orqanında məlumat olmadığı üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X7 müraciət olunmalıdır. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 5 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2023-cü il tarixli, **********453000 nömrəli məktubundan görünür ki, İddiaçı (VÖEN: **********) xx.xx.2012-ci il tarixdə 5 saylı Ərazi Vergilər İdarəsində vergi ödəyicisi kimi uçota alınmışdır. Vergi ödəyicisi tərəfindən xx.xx.2012-ci il tarixdə vergi orqanına təqdim edilmiş arayış əsasında xx.xx.2012-ci il tarixdən xx.xx.2017-ci il tarixədək, xx.xx.2017-ci il tarixdə təqdim edilmiş arayış əsasında xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, xx.xx.2022-ci il tarixdə təqdim edilmiş arayış əsasında xx.xx.2022-ci il tarixdən xx.xx.2077-ci il tarixədək sahibkarlıq fəaliyyətini və digər vergi tutulan əməliyyatlarını dayandırmışdır. Hazırda fəaliyyəti dayandırılmış vəziyyətdədir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli, 3-17-1/2-165745/2023 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Prezidentinin “Kommunaf nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunmasının təmin edilməsi haqqında” xx.xx.2001-ci il tarixli 613 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə kommunal və digər xidmətlərin ödənilməsi üçün hər ay 55.000 (əlli beş) min manat (2006-cı il yanvarın 1-dən öncə Azərbaycan manatının denaminasiya olunmasından əvvəl olan nominal dəyər) məbləğində müavinət təsis edilmişdir. İddiaçı Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Sosial ödənişlər altsisteminə əsasən xx.xx.2010-cu il tarixindən sözügedən müavinət təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 641 nömrəli Fərmanına uyğun olaraq müharibə veteranlarına 80 manat Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi ilə xx.xx.2019-cu il tarixdən sözügedən müavinət Prezident təqaüdü ilə əvəz edilmişdir. Bununla da, qeyd olunan tarixdən sonra müharibə veteranı adı və vəsiqəsi almış şəxslərə ünvanlı ödəniş kimi müavinət yox, Azərbaycan Respublikasının Prezidentinin təqaüdü verilməyə başlanılmışdır. Odur ki, İddiaçı xx.xx.2019-cu il tarixindən müharibə veteranları üçün nəzərdə tutulan Prezident təqaüdü təyin edilmiş və ödənilməkdədir. Əlavə olaraq bildiririk ki, məktubun müavinət və təqaüd işinin göndərilməsi hissəsində işin icrası Fondun Arxiv və Sosial ödəniş İşlərinin inventarlaşdırılması üzrə Mərkəzi Filialının səlahiyyətlərinə aid olduğundan məktub aidiyyəti üzrə göndərilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2023-cü il tarixli, 3-17-1/2-229767/2023 nömrəli məktubundan görünür ki, müraciətlə bağlı Nazirliyin elektron informasiya ehtiyatlarında olan məlumatlara əsasən sığortaedənin fəaliyyət göstərdiyi sahələr üzrə 2012-2018-ci illər üçün məcburi dövlət sosial sığorta haqlarının hesablanması qaydası müvafiq dövrdə qüvvədə olan “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq cədvəl formasında hazırlanaraq təqdim olunur. Əlavə olaraq Nazirliyin elektron informasiya ehtiyatlarında olan məlumatlara əsasən xx.xx.2012-xx.xx.2018-ci illəri əhatə edən dövrlər üçün sığortaedən İddiaçı tərəfindən təqdim edilmiş məcburi dövlət sosial sığortası üzrə rüblük hesabatlarının təsdiq olunmuş surətlərini, həmçinin hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə məlumatları təqdim edirik. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 dekabr tarixli 421 nömrəli Fərmanına əsasən 2019-cu il 1 yanvar tarixindən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə həvalə edilmişdir. Əlavə olaraq qeyd edirik ki, “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun (bundan sonra - Qanun) 2-ci maddəsinə uyğun olaraq bu Qanunun məqsədləri üçün sığortaolunan Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq işəgötürənlə əmək müqaviləsi bağlamış və işsizlikdən sığorta olunan işçilərdir. Öz-özünü sığortaedən fiziki şəxslər əmək müqaviləsi əsasında fəaliyyət göstərmədiyi üçün Qanuna əsasən işsizlikdən sığorta olunan işçilərə aid deyildir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İddiaçı xx.xx.2021-ci il tarixdən, yəni 60 yaşdan ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmişdir. İddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı müraciətinə qiymət verilən zaman, cavabdeh imtina üçün bir halı əsas götürmüşdür: - Ümumi iş stajının 25 ildən az olması; - Fərdi hesabının sığorta hissəsində toplanan pensiya kapitalının tələb olunan pensiya kapitalından az olması. Məhkəmə cavabdehin imtina məktubunda göstərilən 1-ci və 2-ci əsaslara münasibət bildirməzdən əvvəl, ümumiyyətlə vətəndaşların yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlərin nədən ibarət olmasına aydınlıq gətirir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun: -1.0.1 -ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. -1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. -9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 9.1-ci maddəsinin 13 may 2022-ci il tarixdən sonraki redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. -9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 01 avqust 1999-cu il tarixinə olan redaksiyasına görə 13-cü maddəsində müəyyən olunmuşdur ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a)yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli Qanunun 1-ci bəndinə əsasən, bu Qanunun 13-cü maddədə nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Sözügedən normaların tələblərindən göründüyü kimi, iddiaçıya 60 yaşından güzəştli şərtlərlə əmək pensiyası təyin olunması üçün onun 25 ildən çox ümumi iş stajı olmalı və bundan 12 il 06 aydan çoxunu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 №-li Qərarı ilə təsdiq edilmiş “güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulan peşə və ya vəzifədə işləməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Sosial sığorta haqqında” Qanun: Maddə 4. Sosial sığorta hadisəsi Sosial sığorta hadisəsi elə bir haldır ki, onun baş verməsi ilə sığortaolunanın sığorta təşkilatından sığorta ödəməsi almaq hüququ yaranır. Maddə 12. Məcburi dövlət sosial sığortasına cəlb olunan şəxslər - Azərbaycan Respublikası Milli Məclisinin qərarı, Azərbaycan Respublikası prezidentinin fərman və sərəncamları ilə vəzifəyə təyin olunan şəxslər; əmək müqaviləsi (kontraktı) ilə işləyən Azərbaycan Respublikasının vətəndaşları və vətəndaşlığı olmayan şəxslər; Azərbaycan Respublikası mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığorta haqqına cəlb olunan digər gəlirləri əldə edən əcnəbilər (qanunla təsdiq olunmuş neft-qaz ehtiyatlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü, ixrac boru kəmərləri haqqında Sazişlər çərçivəsində fəaliyyət göstərən podratçı və subpodratçı tərəflərdə işləyən, habelə müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən yaradılan sənaye parkında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi fəaliyyətlə məşğul olan sənaye parkının rezidenti, onun podratçısı və podratçısı ilə birbaşa müqavilə bağlamış subpodratçı tərəfindən həmin fəaliyyətin məqsədləri üçün cəlb edilən (2016-cı il mayın 1-dən 5 il müddətində) əcnəbilər istisna olmaqla); seçkili ödənişli vəzifələrdə işləyənlər, hərbi qulluqçular və xüsusi rütbəli şəxslər (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla); prokurorlar, prokurorun müavinləri və köməkçiləri, prokurorluğun müstəntiqləri vergi orqanlarının işçiləri; vəkillər kollegiyasının üzvləri; fərdi qaydada sahibkarlıq və əmək fəaliyyəti ilə məşğul olan fiziki şəxslər məcburi dövlət sosial sığortası ilə əhatə olunurlar. Maddə 13. Məcburi dövlət sosial sığortası üzrə sığorta iştirakçılarının uçotu - 13.1. Sığortaedənlərin məcburi dövlət sosial sığorta məqsədləri üçün sığortaçıda uçotu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təqdim etdiyi uçot məlumatları əsasında aparılır. Məcburi dövlət sosial sığortanın məqsədləri üçün sığortaolunanların sığortaçıda uçotu sığortaedənlərin təqdim etdiyi məlumatlar əsasında aparılır. - 13.2. Ailə kəndli təsərrüfatları qanunvericiliklə müəyyən olunmuş qaydada uçota alındıqdan, mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxslər isə torpağa mülkiyyət hüququnu təsdiq edən sənəd aldıqdan sonra bir ay müddətində məcburi dövlət sosial sığortasının məqsədləri üçün uçota alınmaq barədə ərizə ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müraciət edir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur. - 13.3. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) bu qanunun 13.2-ci maddəsinə uyğun olaraq uçota almanı həyata keçirdikdən sonra bu barədə 1 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına elektron formada məlumat verir. - 13.4. Məcburi dövlət sosial sığortası məqsədilə sığortaedənlərin və sığortaolunanların uçotu qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə razılaşdırılmaqla, müəyyən edilir. Maddə 14. Məcburi dövlət sosial sığorta haqqı - 14.1. Məcburi dövlət sosial sığorta haqqı sığortalamaya görə sığortaçıya verilən pul vəsaitidir. - 14.2. Məcburi dövlət sosial sığortasında sığorta haqqı əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edilir, sığortaedənin və sığortaolunanın vəsaiti hesabına ödənilir. - 14.3. Bu qanunun 14.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla, muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı aşağıdakı dərəcələrlə ödənilir: - 14.3.1. sığortaedən tərəfindən ödənilən sığorta haqqı - hesablanmış əməyin ödənişi fondunun və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərin 22 faizi; - 14.3.2. sığortaolunan tərəfindən ödənilən sığorta haqqı - işçinin əməkhaqqının və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərinin 3 faizi. Məhkəmə işin materiallarını araşdıraraq, iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, vətəndaşa, yəni hazırki iddiaçıya ümumiyyətlə, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün pensiya təyin olunmasına əsas verən sığorta stajının və xüsusi sahələrdə işlədiyi illərinin nə qədər təşkil etdiyi müəyyən edilməlidir. Məhkəmə bu istiqamətdə zəruri qiymətləndirmənin aparılmasını aşağıda göstərilən normalar əsasında həyata keçirir. Sadalanan qanunvericilik normalarının təhlili göstərir ki, kişi cinsindən şəxsin 60 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün 2 şərtə birlikdə əməl olunmalıdır: a) 25 il ümumi iş stajının mövcud olmalı; b) azı 12 il 06 ay güzəştli iş stajının mövcud olmalıdır. Məhkəmə ilk öncə qeyd etmək istəyir ki, iddiaçının güzəştli stajı cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilməmişdir. Mübahisə yalnız ümumi stajda və kapital hissəsində olmuşdur. İddiaçının güzəştli iş stajı barədə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2021-ci il tarixli, 04 nömrəli güzəştli arayışından görünür ki, İddiaçı xx.xx.1991-ci ildən xx.xx.2001-ci ilə kimi Bakı- Komvol Kombinatında işləmişdir. xx.xx.1991-ci ildə Daraqla-darama sexinə darama aparatlarına təmizləyici-itiləyici qəbul edilmiş, xx.xx.2001-ci ildə Azərbaycan Respublikası ƏM-nin 69-cu maddəsinə əsasən (öz xahişi ilə) işdən azad edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarına əsasən İddiaçı güzəştli şərtlərlə pensiya almaq hüququna malikdir. "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli, 118/02 nömrəli arayışından görünür ki, İddiaçı həqiqətən Sovet Azərbaycanının 50 illiyi adına Bakı Aqreqat İstehsalat Birliyində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması hüququna malik olan zərərli əmək şəraitli işlərdə: xx.xx.1984-cü ildən xx.xx.1986-cı ilə qədər plastmas məmulatların presləyici; xx.xx.1987-ci ildən xx.xx.1987-ci ilə qədər qalvançı; xx.xx.1988-ci ildən xx.xx.1988-ci ilə qədər plastmas məmulatların presləyicisi peşələrində işləmişdir. İddiaçı presləyici və qalvançı işlədiyi müddətdə zərərli əmək şəraitində olmuş, əlavə məzuniyyət günlərindən istifadə etmişdir. Tam iş günü ərzində presləyici işlədiyi müddətdə müxtəlif tərkibli plastmas materiallardan bişirmə, isitmə yolları ilə pres avadanlıqlarında metal içlikli müxtəlif konfiqurasiyalı məmulatların preslənməsi işləri ilə, qalvançı işlədiyi müddətdə metal və məlumatların xarici və daxili səthlərinə qalvanik örtüyün çəkilməsi ilə məşğul olmuşdur. Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na əsasən (35-ci bölmə “Ümumi peşələr” plastik kütlədən məmulatların presləyiciləri”, 11-ci bölmə “Metal emalı” 11.7-ci bənd, “Halvanik üsulla metallara üzçəkmə istehsalı, a) fəhlələr: “halvaniklər (yalnız hissələrin asılıb və çıxarılması, həmçinin bağlı vannaların avtomatik rejimində məşğul olanlardan başqa)”) müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası "xxxx" Açıq Səhmdar Cəmiyyəti xx.xx.2021-ci il tarixli arayışından görünür ki, İddiaçı həqiqətən 260 saylı əmr 15 dekabr 1978-ci il tarixdən 79 saylı əmr xx.xx.1980cı ilədək Sumqayıt Məişət Kimyası zavodunun 55 saylı sexdə elektrik avadanlıqlar üzrə maşinist vəzifəsində işləmişdir. 49 saylı əmr xx.xx.1982-ci il tarixdən 2 saylı istehsalat sahəsinə apparatçik (separipovaniya) vəzifəsinə işə qəbul edilmişdir. 97 saylı əmr 12 iyun 1984-cü il tarixdən öz xahişi ilə tutduğu vəzifəsindən azad olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi 21 iyun 1993-cü il tarixli, 320 saylı qərarının 1 №-li siyahısını Vİİİ bəndinin 1080Б000-17541 üzrə ona güzəştli pensiya təyin olunması hüququ verilir. Son olaraq məhkəmə iddiaçının güzəştli iş stajına münasibət bildirərək qeyd edir ki, iddiaçı qanunvericilikdə nəzərdə tutulmuş güzəştli iş stajını toplamışdır Məhkəmə iddiaçının ümumi iş stajına münasibətdə aşağıda qeyd olunanları bildirir: Cavabdeh inzibati orqan tərəfindən iddiaçının 2006-cı il tarixə kimi qeydə alınmalı olan bütün stajı mübahisəsiz hal kimi qəbul edilmişdir. Lakin, iddiaçının 2006-2021-ci illərdə işlədiyi müddətdə ödənilməli olan məcburi dövlət sosial sığorta haqları fərdi hesabının sığorta hissəsində həmin dövr üzrə cəmi 15 ay (1 il 3 ay) sığorta ödənişi öz əksini tapdığını qeyd edərək yalnız 1 il 3 ay olan dövrü ümumi stajına qəbul etmişdir. Cavabdeh imtina məktubunda qeyd edir və təsdiq edir ki, iddiaçının 22 il 01 ay 25 gün sığorta stajı olmuşdur. Eyni zamanda məhkəmə qeyd edir ki, iddiaçı 0734 fəaliyyət növü kodu (digər sahələrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər – kənd yerlərində) üzrə məcburi dövlət sosial sığorta haqqları ödəmiş və qəbzləri inzibati orqana və məhkəməyə təqdim etmişdir. Ödəniş dövrləri barədə 2021-2018-ci il tarixli qəbzlərdən görünür ki, iddiaçı məcburi dövlət sosial sığorta haqqı üzrə bir sıra ödənişlər etmişdir. Göründüyü kimi, iddiaçı məcburi dövlət sosial sığorta haqlarını 2012-2018-ci illərdə, yəni “Əmək pensiyaları haqqında” Qanunun 22-1.1-ci maddəsində göstərilən 1 iyul 2018-ci il tarixdən əvvəl ödəmişdir. “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Bununla bağlı olaraq həmçinin qeyd edilir ki, belə məsələlərin mövcud olduğu işlər üzrə formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, sosial sığorta stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. Cavabdeh inzibati orqan tərəfindən 2006-2021-ci illərdə İddiaçı işlədiyi müddətdə ödənilməli olan məcburi dövlət sosial sığorta haqları fərdi hesabının sığorta hissəsində həmin dövr üzrə cəmi 15 ay (1 il 3 ay) sığorta ödənişi öz əksini tapdığını bildirilərək yalnız 15 ay müddət sığorta stajına daxil edilmişdir. Məhkəmə qeyd edilən qəbzləri baxış zamanı, eləcədə aparılan araşdırma nəticəsoində aşağıdakı halları müəyyən etmişdir: - İlk öncə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2023-cü il tarixli, 3-17-1/2-229767/2023 nömrəli məktubundan görünür ki, müraciətlə bağlı Nazirliyin elektron informasiya ehtiyatlarında olan məlumatlara əsasən sığortaedənin fəaliyyət göstərdiyi sahələr üzrə 2012-2018-ci illər üçün məcburi dövlət sosial sığorta haqlarının hesablanması qaydası müvafiq dövrdə qüvvədə olan “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq cədvəl formasında hazırlanaraq təqdim olunur. Əlavə olaraq Nazirliyin elektron informasiya ehtiyatlarında olan məlumatlara əsasən xx.xx.2012-xx.xx.2018-ci illəri əhatə edən dövrlər üçün sığortaedən İddiaçı tərəfindən təqdim edilmiş məcburi dövlət sosial sığortası üzrə rüblük hesabatlarının təsdiq olunmuş surətlərini, həmçinin hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə məlumatları təqdim edilmişdir. Həmin sənədlərə 2021-2018-ci illər üzrə 0734 fəaliyyət növü kodu (digər sahələrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər – kənd yerlərində) üzrə məcburi dövlət sosial sığorta haqqlarının hesablanma qaydası əlavə edilmişdir. İllər Aylıq üzrə hesablanma qaydası il üzrə cəmi 2012 MAƏH (93,5)*20%*50%=9,35 112,2 xx.xx.2013xx.xx.2013 MAƏH (93,5)*20%*50%=9,35 74,8 xx.xx.2013xx.xx.2013 MAƏH (105)*20%*50%=10,5 42 2014 MAƏH (105)*20%*50%=10,5 126 2015 MAƏH (105)*20%*50%=10,5 126 2016 MAƏH (105)*20%*50%=10,5 126 2017 MAƏH (116)*20%*50%=11,6 139,2 2018 MAƏH (130)*20%*50%=13 156 - İddiaçı tərəfindən təqdim edilən iş mateeeiiiallarına əlavə edilən qəbzlər üzrə isə:
1. 2012-ci il üzrə 84 manat ödəniş olduğu müəyyən edilir. Belə ki, yuxarıda qeyd edilən düstura əsasən hesablanmalı olan sığorta stajı – 9 ay
2. 2013-cü il üzrə 84,15 manat ödəniş olduğu müəyyən edilir. Belə ki, yuxarıda qeyd edilən düstura əsasən hesablanmalı olan sığorta stajı – 9 ay
3. 2014-cü il üzrə 123,70 manat ödəniş olduğu müəyyən edilir. Belə ki, yuxarıda qeyd edilən düstura əsasən hesablanmalı olan sığorta stajı – 12 ay
4. 2015-ci il üzrə 126 manat ödəniş olduğu müəyyən edilir. Belə ki, yuxarıda qeyd edilən düstura əsasən hesablanmalı olan sığorta stajı – 12 ay
5. 2016-cı il üzrə 63 manat ödəniş olduğu müəyyən edilir. Belə ki, yuxarıda qeyd edilən düstura əsasən hesablanmalı olan sığorta stajı – 6 ay
6. 2017-ci il üzrə 63 manat ödəniş olduğu müəyyən edilir. Belə ki, yuxarıda qeyd edilən düstura əsasən hesablanmalı olan sığorta stajı – 6 ay
7. 2018-ci il üzrə 13 manat ödəniş olduğu müəyyən edilir. Belə ki, yuxarıda qeyd edilən düstura əsasən hesablanmalı olan sığorta stajı – 1 ay Belə ki, qeyd edilənlərə əsasən ümumi məcburi dövlət sosial sığorta haqları üzrə ödəniş edilən ayların cəmi 55 ay (04 il 07 ay) müəyyən edilir ki, inzibati orqan tərəfindən qeyd edilən müddət yalnız 15 ay (1 il 3 ay) kimi qeydə alınmışdır. Göründüyü kimi iddiaçının 25 ildən çox ümumi iş stajı mövcuddur. Belə ki, inzibati orqan tərəfindən mübahisəsiz staj kimi qəbul edilən 22 il 01 ay 25 gün sığorta stajını nəzərə alınmalı olan 03 il 04 ay ilə cəmlədikdə 25 ildən artıq stajın olduğu müəyyən edilir. İnzibati orqan tərəfindən imtinanın ikinci əsası isə fərdi hesabının sığorta hissəsində toplanan pensiya kapitalının tələb olunan pensiya kapitalından az olması ilə bağlıdır. Məhkəmə qeyd edilən hala münasibət bildirərək qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 13 may 2022-ci il tarixli, 530- VİQD nömrəli Azərbaycan Respublikası Qanununa əsasən 29 iyun 2022-ci il tarixdən pensiya kapitalı ilə bağlı tələb artıq aradan qalxmışdır. Və həmin Qanunun keçid müddəalarında qeyd edilmişdir ki, Qanunla “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun yeni redaksiyada verilmiş 9.1 – 9.3-cü, 9.6-cı, 9.7-ci və 14.4-cü maddələri əmək pensiyalarının bu Qanunun qüvvəyə mindiyi gündən əvvəlki dövr üçün təyin edilməsi və ya yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir. Məhkəmə qeyd edilən halları iddiaçının nəzərinə çatdırmış və iddiaçı tərəfindən tələbində dəqiqləşdirmə aparılmışdır. Dəqiqləşməyə əsasən İddiaçı xx.xx.2022ci il tarixdən tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir ki, belə olan halda məhkəmə hesab edir ki, qanunvericilikdə nəzərdə tutulmuş şərtlər tam ödənildiyindən iddiaçıya məxsus pensiya kapitalı ilə bağlı əlavə araşdırma aparmağa ehtiyac yoxdur. Məhkəmə diqqətə çatdırır ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Hazırkı işin hallarından eləcə də cavabdehin təqdim etdiyi etiraz məktubundan müəyyən olunur ki, cavabdeh inzibati orqan iddiaçının müraciəti əsasında “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun və digər əlaqəli qanunların müddəalarına uyğun olaraq zəruri inzibati icraat aparmamışdır. Beləliklə, iddiaçıya xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixdən qüvvədə olan 32.1-1 maddəsinə əsasən, əmək pensiyası onu almaq hüququ yarandığı gündən, lakin bu Qanun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Qüvvədə olan qanunvericiliyin tələblərinə görə, inzibati orqan tərəfindən pensiya məbləği ilə bağlı mübahisə yarandığı təqdirdə, ötən illərə görə yaranmış pensiya məbləğinin həmin hissəsini birdəfəlik ödənilməsi nəzərdə tutulmamışdır. Səlahiyyətli inzibati orqan, yəni Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı öz səlahiyyətləri çərçivəsində ötən dövr üçün hesablanan pensiya üzrə fərq məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödəyir. Göründüyü kimi, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər tam ödənildiyindən, cavabdehin imtinası əsassız olmuş və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərclər yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia təmin edilsin. İddiaçı xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.
Sədrlik edən: Hilal Nəcəfov