Məhkəmə qərarları › İş №2-1(120)-1640/2020

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-1640/2020

30.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan Şəhəri İş № 2-1(120)-1640/2020 30.09.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi oğlu, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X1 Nazirliyinə qarşı “Koronavirus (COVlD-19) pandemiyası ilə əlaqədar olaraq xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə aylıq 190 (yüz doxsan) manat məbləğində birdəfəlik ödəmə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi üzrə Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsindən daxil olmuş işə baxaraq, müəyyən etdi, Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X1 Nazirliyinə qarşı “Koronavirus (COVlD-19) pandemiyası ilə əlaqədar olaraq xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə aylıq 190 (yüz doxsan) manat məbləğində birdəfəlik ödəmə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi üzrə iş Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(112)-4578/2020 nömrəli qərardadına əsasən baxılmaq üçün Şirvan İnzibati Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi xx xxxxxx 2020-ciiltarixli 2- 1(112)-4578/2020 nömrəliqərardadı ilə hesab etmişdir ki, hazırkı iddia mübahisələndirmə iddia növünə aid olduğundan və inzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyindən və iddiaçının yaşayış yeri (qeydiyyatda olduğu ünvan) Hacıqabul şəhəri, Ə.Vahid küçəsi, 33 ünvanı olduğundan, hazırki iş aidiyyəti üzrə baxılması üçün Şirvan İnzibati Məhkəməsinə göndərilməlidir. Şirvan İnzibati Məhkəməsi hazırkı iddianın mübahisələndirmə iddia növünə aid olması ilə bağlı Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsinin mövqeyi ilə razılaşmır vəhesab edir ki, işin iddiaçının qeydiyyatda olduğu ünvan üzrə aidiyyəti məhkəməyə göndərilməsi düzgün deyildir. Məhkəmə daxil olmuş materialları nəzərdən keçirib, qüvvədə olan hüquq normalarını hazırkı işə tətbiq edərək hesab edir ki, həmin işə Şirvan İnzibati Məhkəməsində baxıla bilməz. Əsaslandırma hissəsi: Belə ki, iddiaçının iddia ərizəsindən və iş materiallarında olan sənədlərdən iddiaçının tələbinin Koronavirus (COVlD-19) pandemiyası ilə əlaqədar olaraq xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə aylıq 190 (yüz doxsan) manat məbləğində birdəfəlik ödəmənin verilməsi ilə bağlı olduğu müəyyən olunur. Nazirlər kabinetinin x xxxxx 2020-ci il tarixli 127 nömrəli qərarının 1-ci bəndində qeyd edilir ki, Azərbaycan Respublikası Əmək və X1 Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Məşğulluq" altsistemində işsiz kimi qeydiyyatda olan şəxslərə koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə aylıq 190 (yüz doxsan) manat məbləğində birdəfəlik ödəmə verilsin. Həmin Qərar ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”nın 1.4-cü bəndinə əsasən birdəfəlik ödəmənin təyin olunması elektron qaydada Azərbaycan Respublikasının Əmək və X1 Nazirliyi tərəfindən həyata keçirilir. Həmin Qaydanın 3.4-cü bəndinə əsasən MAS tərəfindən işsiz şəxsin bu Qaydanın 2.3-cü bəndində göstərilən şəxslərə aid olması yoxlanılır. Yoxlama nəticəsində işsiz şəxsin bu Qaydanın 2.3-ci bəndində göstərilən şəxsə aid olması müəyyən edildikdə, MAS tərəfindən elektron qaydada birdəfəlik ödəmənin verilməsindən imtina olunur, bu barədə işsiz şəxsə imtinanın səbəbi göstərilməklə, mobil telefon vasitəsilə SMS göndərilir və onun elektron kabinetinə əsaslandırılmış bildiriş yerləşdirilir. Həmin Qaydanın 3.5-ci bəndinə əsasən yoxlama nəticəsində işsiz şəxsin bu Qaydaların 2.3-cü bəndində göstərilən şəxsə aid olmaması müəyyən edildikdə birdəfəlik ödəmənin təyin edilməsi haqqmda MAS tərəfindən qərar qəbul olunur. Qeyd edilən hüquq normalarının tələbindən göründüyü kimi xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə aylıq 190 (yüz doxsan) manat məbləğində birdəfəlik ödəmənin verilməsindən imtina zamanı hər hansı inzibati aktın (qərarın) qəbul edilməsi nəzərdə tutulmamışdır. Cavabdeh inzibati orqan tərəfindən qərar yalnız ödəmənin verilməsi ilə bağlı müraciətin təmin olunduğu halda qəbul edilir. Hətta, şərti olaraq qəbul etsək ki, iddiaçının müraciətindən imtina edilən zaman inzibati orqan tərəfinən hər hansı bir qərar qəbul edilir, bu zaman qəbul edilən həmin inzibati akt mübahisələndirmə iddia növünün predmetini təşkil edən əlverişsiz inzibati akt hesab olunmayacaqdır. Belə ki, inzibati orqan tərəfindən ödəmənin verilməsindən imtina zamanı iddiaçının hüquqlarına müdaxilə edilməmiş, sadəcə olaraq iddiaçının hüquqlarının genişlənməsinin qarşısı alınmışdır. Məhkəmənin qənaətinə görə şərti olaraq qəbul edilmiş həmin inizbati akt (imtina) iddiaçı üçün əlverişli olan inzibati aktın qəbul edilməsi ilə bağlı məcburetmə iddia növü üzrə iddia qaldırlmasına imkan verəcəkdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-cü maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Göründüyü kimi inzibati orqanın iddiaçının arzuladığı inzibati aktın qəbulundan imtina etdiyi hallarda iddiaçı məcburetmə haqında iddia qaldırmaqla arzuladığı inzibati aktın (qərarın) qəbul edilməsinə nail ola bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Belə ki, inzibati mübahisələrin ərazi aidiyyəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəllənin 8-ci maddəsinin 1-ci bəndinə uyğun olaraq müəyyən edilir. Həmin bəndin 1-ci yarımbəndinə görə, daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. 2-ci yarımbəndinə görə, mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. 3-cü yarımbəndinə görə, inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. 3-1-ci yarımbəndinə görə, Azərbaycan Respublikasının bayrağı altında üzən dəniz gəmisinin və ya daxili səfər gəmisinin kapitanının vəsiyyətnamənin təsdiqi ilə əlaqədar hərəkəti və ya hərəkətsizliyi, yaxud onu təsdiq etməkdən imtina etməsi ilə bağlı iddialara həmin gəminin qeydiyyatda olduğu limanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. 4-cü yarımbəndinə görə, digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Sadalanan prosessual hüquq normalarının tələbindən göründüyü kimi, qanunverici yuxarıda sadalanan iddialar üzrə müstəsna aidiyyət qaydalarını müəyyən etməklə yanaşı digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılmalı olmasını müəyyən etmişdir. Hazırkı iddia Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 8.1.1, 8.1.2, 8.1.3 və 8.1.3-1-ci maddələrində nəzərdə tutulmuş aidiyyət qaydalarına uyğun gəlməməklə məcburetmə haqqında iddia növünə aiddir. Belə ki, iddiaçı hazırkı iddia tələbi ilə arzuladığı inzibati aktı (190 manat ödənişin verilməsi ilə bağlı) qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edir. Çünki inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulundan imtina etmişdir. İddia məcburetmə haqqında iddia növünə aid olduğundan və xüsusi aidiyyat halı mövcud olmadığından, eyni zamanda iddia tələbinə cavab verən cavabdeh orqan Azərbaycan Respublikası Əmək və X1 Nazirliyi Bakı şəhərində yerləşdiyindən mübahisəyə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Belə ki, «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə əsasən inzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur. Məhkəmə-Hüquq Şurasının "Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə xx xxxxxx 2019-cu il tarixli qərarına əsasən Bakı şəhəri ərazi vahidi Bakı İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir. Məhkəmə yuxarıda qeyd olunan hüquq normasını hazırkı işə tətbiq edərkən hesab edir ki, hazırkı iddia üzrə mübahisəyə inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılmalıdır. Beləliklə də, yuxarıda qeyd olunanlara əsasən mübahisə ilə bağlı işin göndərildiyi məhkəmə, yəni Şirvan İnzibati Məhkəməsi hazırki mübahisəyə baxmaqda özünü səlahiyyətli saymır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 9.1 və 9.1.3-cü maddələrinə əsasən mübahisə ilə bağlı işin göndərildiyi məhkəmə özünü səlahiyyətli saymadıqda ərazi aidiyyəti üzrə səlahiyyətli məhkəmə müvafiq yuxarı məhkəmə instansiyası tərəfindən müəyyən edilir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X1 Nazirliyinə qarşı “Koronavirus (COVlD-19) pandemiyası ilə əlaqədar olaraq xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə aylıq 190 (yüz doxsan) manat məbləğində birdəfəlik ödəmə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair iş məhkəmələr arasında fikir ayrılığının müəyyən edilməsi üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 9-cu və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X1 Nazirliyinə qarşı “Koronavirus (COVlD-19) pandemiyası ilə əlaqədar olaraq xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə aylıq 190 (yüz doxsan) manat məbləğində birdəfəlik ödəmə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair iş məhkəmələr arasında fikir ayrılığının müəyyən edilməsi üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilsin. Hakim Samir Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar