Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-1641/2025 02.07.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspert Komissiyasının 29 iyul 2024-cü il tarixli, xxxxxxx0014 saylı qərarının ləğv edilməsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 3.3-cü bəndinə əsasən orqanizmin funksiyasının itirilməsinin 35-60 faizlə müəyyən edilməklə xx.xx.2024-cü il tarixdən etibarən növbəti 5 (beş) il müddətinə ona əlilliyin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə iş materiallarına 02 iyul 2025-ci il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və ona həmin tarixdən etibarən növbəti 5 (beş) il müddətində İİ (ikinci) dərəcəli əlilliyin təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iş üzrə iddianın dəyişdirilərək “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspert Komissiyasının 29 iyul 2024-cü il tarixli, xxxxxxx0014 saylı qərarının ləğv edilməsi və ona 29 iyul 2024-cü il tarixdən 65-80 faizlə əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Bundan əlavə, məhkəmənin 06 noyabr 2024-cü il tarixli qərardadı ilə “Sabirabad Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsi inzibati məhkəmə icraatına adi cəlb etmə qaydasında üçüncü şəxs qismində cəlb olunmuşdur. Bundan əlavə, iddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iş üzrə iddianın dəyişdirilərək “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspert Komissiyasının 29 iyul 2024-cü il tarixli, xxxxxxx0014 saylı qərarının ləğv edilməsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 3.3-cü bəndinə əsasən orqanizmin funksiyasının itirilməsinin 35-60 faizlə müəyyən edilməklə xx.xx.2024-cü il tarixdən etibarən növbəti 5 (beş) il müddətinə ona əlilliyin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-ci və 49-cu maddələrinin tələbinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün cavabdehə təqdim olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Sabirabad rayonu Məmişlər kəndində yaşayır və həmin ünvanda rəsmi qeydiyyatdadır. Bildirmək istəyir ki, xx.xx.2006cı ildən «Xroniki xoralı kolitlər, Eroziv xoralı siqmoidit, Psevdomimbranoz kolet, tez-tez qanaxmalar» (kod 51.8), «Dəmir defisitli anemiya İİ-li anemiya, (kod D50), «Operasiya olunmuş mədə» sindromu, Qidalanmanın aşağı enməsi» (kod 91.1), «ürəyin hipertenzin xəstəliyi), Arterial hipertenziya İİ mərhələ) (kod İ11) diaqnozlu xəstəliyindən əziyyət çəkir. Xəstəliyi: «ümumi qidalanmanın kəskin nəzərəçarpan dərəcədə zəifləməsi ilə müşahidə olunan, həzm sisteminin tez-tez residiv verən (ildə azı 4 dəfə) ağır xroniki xəstəlikləri» deməkdir ki, bu xəstəlik Azərbaycan Respublikası Nazirlər Kabiııetinin xx.xx.2015-ci il tarixli 413 saylı qərarı ilə təsdiq edilmiş «Əlilliyin müəyyən olunması meyarlarına dair» Əsasnamənin 2.2.5-ci bəndinə əsasən İİ dərəcəli əlillik deməkdir. Qeyd etmək istəyir ki, xx.xx.2015-ci il tarixdə Tibbi-Sosial Ekspertiza Komissiyası tərəfındən ona 5 il müddətinə İİ dərəcəli əlillik təyin edilmişdir. Növbəti müayinə vaxtı xx.xx.2021-ci il tarixə təyin edilmişdir. Bu müddət ərzində o, ölkə hüdudlarından kənarda ixtisaslaşmış tibb müəssisələrində konservativ müayinə və müalicə olunmuşdur. Müalicə dərmanlarını İran İslam Respublikasından əldə edə bilirdi. Son bir il ərzində isə Pandemiya səbəbindən ölkə hüdudlarından kənara getmək mümkün olmaması səbəbində müalicəsi üçün təyin olunan dərmanların daha keyfıyyətsizlərini ölkə daxilində almağa məcbur olur ki, bunun da nəticəsində onun müalicəsinə heç bir müsbət effekt vermir və səhhəti hər gün ağırlaşır. Hal-hazırda da ona təyin olunmuş diaqnozdan daha ağır vəziyyətdədir. Xəstəliyi xronikidir, sağalmazdır. xx.xx.2021-ci il tarixə təyin olunmuş növbəti müayinə ilə bağlı o, xx.xx.2021ci il tarixdə Sabirabad MRX-nın Həkim Məsləhət Komissiyasının vasitəsilə ******* AADD2 saylı göndərişlə cavabdeh orqana müraciət etmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 fevral 2016-cı il tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş «Tibb- Sosial Ekspertiza Komissiyaları haqqında Əsasnamə»də dəyişikliklər edilməsi barədə 11 noyabr 2016-cı il tarixli 446 nömrəli qərarına əsasən vətəndaşların əlillik vəziyyəti səhiyyə müəsssisəsinin göndərişi əsasında TSEK tərəfindən şəxsin iştirakı olmadan adsızlaşdırılmış sənədlərlə qiymətləndirilməklə müəyyən edilir. Elektron göndəriş qaydasında edilən müraciətinə xx.xx.2021-ci il tarixli ******* AARD2 saylı bildirşlə ona əlillik dərəcəsinin təyin edilməsindən imtina edilmişdir. İmtinaya əsas səbəb kimi aşağıdakılar göstərilmişdir: Tibb-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi. İmtina edilib. Səbəb: Əlavə müalicəyə ehtiyacın olması. Ətraflı: Diaqnoz və ağırlaşmalar əlillik təyin etməyə əsas vermir. İxtisaslaşmış xəstəxanada ətraflı müayinə və müalicə məsləhətdir. DİAQNOZ: Eroziv xoralı siqmoidit. Psevdomimbranoz kolet, tez-tez qanaxmalarla İİ-li anemiya Qidalanmanın aşağı enməsi. Atrerial hipertenziya İİ mərhələ. Bundan sonra o, Tibb müəssisələrində stasionar və ambulator müayinə və müalicə olunmaqda davam etmişdir. Qeyd etdiyi kimi xəstəliyi xroniki qidalanma sisteminin pozulması və qanaxma səbəb olmasıdır. Onun kimi xəstələr ömür boyu pəhrzlə və dami müalicə ilə yaşamağa məcburdur. Bütün bunlara baxmayaraq cavabdeh orqan müxtəlif bəhanələrlə onun qanuni əsaslarla təyin olunan əlillik dərəcəsini kəsmişdir. Bu səbəbdən də o, məhkəməyə müraciət etməli olmuşdur. Bildirir ki, 2024-cü il ərzində o, əlavə stasionar müayinə və müalicə olunmuşdur. Əlillik dərəcəsinin təyin edilməsi üçün o, Sabirabad Rayon Mərkəzi X5 Komissiyasının R00l38279RDC nömrəli elektron göndərişi ilə cavabdeh orqana təkrar müraciət etmişdir. DTSERA-nın xx.xx.2024-cü il tarixli qərarı ilə ona əlillik dərəcəsinin təyin edilməsinə imtina cavabı verilmişdir. Belə ki, inzibati orqan, yəni cavabdeh ilkin olaraq imtinaya səbəb kimi göndərişin natamam doldurulması kimi göstərilmiş, ardıncada təyin edilən diaqnoz, yəni xəstəlik kodu əlillik əlamətinə təyin edilməməsi kimi göstərilmişdir. Tamamilə absurd və qanunsuz səbəblər göstərməklə cavabdeh əlillik dərəcəsinin təyin edilməməsi barədə qanunsuz qərar qəbul etmişdir. Məhkəmənin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 saylı qərarı ilə təsdiq edilmiş «əlilliyin müəyyən olunması meyarlarına dair» Əsasnamənin 2.2.5-ci bəndinə əsasən: K20-K22.1, K25-K29.9, K31.0- K31.9, K50-K55.9, K58-K60.5, K62-K63.9, K65.8, K71-K77.0, K85-K86.9-kodlu xəstəliklərə 2(ikinci) dərəcəli əlillik təyin edilir. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 saylı qərarı ilə təsdiq edilmiş «əlilliyn müəyyən olunması meyarlarına dair» Əsasnamənin 3.3-cü K50-K52 bəndi. 3.3.1-K51 kodu (xoralı kolit) və digər bəndlərə əsasən orqanizmin funksiyasının 65-80 % pozulmaqla 2(ikinci) dərəcəli əlillik təyin edilir. Belə olan halda cavabdeh hansı əsasla onun qanuni əsasla təyin edilən əlillik dərəcəsini kəsmişdir? Nəticə etibarı ilə cavabdehin qanunsuz qərarının ləğv edilməsi və ona əlillik dərəcəsinin təyin edilməsi üçün təkrar məhkəməyə miiraciət etməli olmuşdur. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə əlavə əyani müayinəsi həyata keçirilərək Sabirabad Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2024-cü il tarixli göndərişi əsasında baxılmış, “Diaqnoz əlillik əlaməti təyin etməməsi” barədə imtina qərarı verilmişdir. Məlumat üçün bildirirlər ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfındən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. İş üzrə məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına İddiaçı və cavabdehin nümayəndəsi X2 gəlmiş, üçüncü şəxsin nümayəndəsi isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə etdi və iddianın mümkün sayılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçını və cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını araşdırıb, iddianın mümkünlüyünə dair şərtləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik təyin edilməsi” tələbinə dair iddiası Bakı İnzibati Məhkəməsinin 20 oktyabr 2022-ci il tarixli, 2-1(112)- 888/2022 nömrəli qərarı ilə təmin edilmiş, iddiaçıya xx.xx.2022-ci il tarixdən ikinci dərəcə əlilliyin təyin edilməsi öhədliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Ş.A.Məmmədova (sədrlik edən və məruzəçi), C.A.Yusifov və P.A.Hüseynov) 13 fevral 2024-cü il tarixli, 2- 1(103)-61/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 20 oktyabr 2022-ci il tarixli, 2-1(112)-888/2022 nömrəli qərarı ləğv olunmuş, iddia rədd edilmişdir. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 06 noyabr 2024cü il tarixli, 2(102)-2204/2024 saylı qərarı ilə (hakimlər K.N.Bədəlov (sədrlik edən və məruzəçi), N.İ.Rəsulbəyova və Z.M.Quliyevdən ibarət tərkibdə) İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 fevral 2024-cü il tarixli, 2-1(103)-61/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, hazırki tərəflər arasında hazırki iddia tələbinə Bakı İnzibati Məhkəməsi tərəfindən baxılaraq iddia tələbi təmin edilsə də, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 fevral 2024-cü il tarixli, 2-1(103)-61/2024 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilərək, iddia tələbi rədd edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 06 noyabr 2024-cü il tarixli, 2(102)-2204/2024 saylı qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 fevral 2024-cü il tarixli, 2-1(103)- 61/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmış və qərar qanuni qüvvəsini almışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Həmin Məcəllənin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3-cü madəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli 4 nömrəli qərarı ilə 16.1-ci və 16.2-ci bəndlərində məhkəmələrə izah edilmişdir ki, məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdə onun məcburilik və preyudisiayallıq xüsusiyyətləri əmələ gəlir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsaslar üzrə yenidən irəli sürə bilməzlər, o cümlədən məhkəmə tərəfindən müəyyən edilmiş faktlarla və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. C.İsmayılzadənin şikayəti üzrə nin Mülki Kollegiyasının xx.xx.2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu xx.xx.2014-cü il tarixli qərarında formalaşdırdığı mövqeyinə görə qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xüsusiyyətlərə malikdir. Bundan başqa məhkəmə iddiaçının ona hazırda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 3.3-cü bəndinə əsasən orqanizmin funksiyasının itirilməsinin 35-60 faizlə müəyyən edilməklə əlilliyin təyin edilməsini, qeyd edilən tələbində isə ona ikinci qrup əliliyin təyin edilməsi ilə işə baxılmasına dair dəlillərinə münasibətdə qeyd edir ki, Bakı İnzibati Məhkəməsinin icraatında olmuş 2-1(112)-888/2022 nömrəli iş üzrə qərardan verilmiş apellyasiya və kassasiya şikayətləri üzrə işə baxan məhkəmələr tərəfindən ona əliliyin təyin olunmasına əsas olan hallar üzrə hüquqi qiymət verilmişdir. İşə baxan apellyasiya və kassasiya instansiya məhkəmələri hesab etmişdir ki, iddiaçıya verilmiş 0311003AARD2 nömrəli göndərişdə qeyd edilən K51.8 kodlu əsas diaqnoz və onun ağırlaşması olan K91.1 kodlu xəstəliklər hazırda qüvvədə olan “Əlilliyin müəyyən olunması meyarları”nın 3-cü “Həzm sistemi orqanlarının xəstəlikləri” bölməsində əlilliyin təyininə əsas verən xəstəliklər olaraq təsbit edilmişdir. Lakin Meyarların 3.3.1 və 3.3.2-ci bəndlərinin tələbləri baxımından da nəzərə almaq lazımdır ki, K51.8 kodlu əsas diaqnoz həzm funksiyasının qabarıq pozulması - xəstəliklərin ağır təzahürü, tez-tez gündəlik ishal (gündə 7-10 dəfə, o cümlədən gecə), qabarıq dərəcəli anemiya, İİİ dərəcə zülal-enerji çatışmazlığı (BKİ 16,0-dan az) və anemiya ilə; həzm funksiyasının mülayim pozulması xəstəliklərin orta ağır təzahürü, tez-tez ishal (gündə 4-6 dəfə), İİ dərəcə zülal-enerji çatışmazlığı (BKİ 16,0-17,5) və anemiya ilə müşahidə olunan hallarda; Həmçinin, 3.2.5.1 və 3.2.5.2-ci bəndlərinin tələblərinə uyğun olaraq, K91 kodlu əsas doaqnozun ağırlaşması olan xəstəlik isə müvafiq olaraq mədənin hissəvi rezeksiyası və ya total qastroektamiya əməliyyatından sonra həzm funksiyasının mülayim pozulması - orta dərəcəli əməliyyat olunmuş mədə sindromlu qastroenteroanastomoz (dempinq sindrom və ya gətirici bağırsaq ilgəyi sindromu), nazik bağırsağın residivləşən xoraları, İİ dərəcə zülal-enerji çatışmazlığı (BKİ 16,0-17,5) və anemiya ilə; mədənin total qastroektamiya əməliyyatından sonra həzm funksiyasının təzahür edən (ağır) dərəcədə pozulması - ağır dərəcəli əməliyyat olunmuş mədə sindromlu qastroenteroanastomoz (dempinq sindrom və ya gətirici bağırsaq ilgəyi sindromu), nazik bağırsağın residivləşən xoraları, İİİ dərəcə zülalenerji çatışmazlığı (Bkİ 16,0-dan az) və anemiya ilə müşahidə olunan hallarda əlilliyin təyin edilməsinə əsas verir. Beləliklə, istər göndərişin tərtib edildiyi dövrdə qüvvədə olan “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin, istərsə də hazırda qüvvədə olan “Əlilliyin müəyyən olunması meyarları” nın sadalanan normalarının qarşılıqlı təhlilindən müəyyən edilir ki, iddiaçının əsas diaqnoz və ağırlaşması olan xəstəliklərin ona əlilliyin təyin edilməsinə əsas olması üçün bədən kütlə indeksi minimum 17,5 olmalıdır. İş üzrə alınmış ekspert rəyi və iddiaçının əyani müayinəsinin nəticələrindən isə müəyyən edilir ki, o, düzgün bədən quruluşlu, kafi qidalıdır və bədən kütlə indeksi 31,2-dir. Göründüyü kimi, iddiaçının hazırkı bədən kütlə indeksi onun müvafiq xəstəliklərinə münasibətdə əlilliyin təyin edilməsi üçün tələb olunan bədən kütlə indeksindən xeyli (təxminən 2 dəfə) artıqdır. Bununla da müəyyən edilir ki, göndərişdə qeyd edilən əsas diaqnoz və onun ağırlaşması olan xəstəlik qanunvericiliyin tələbləri baxımından iddiaçıya əlilliyin təyin edilməsinə əsas vermir. Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən müvafiq məhkəmələrə ünvanlanmış “Əlilliyin müəyyən edilməsi, dəyişdirilməsi və ləğvi ilə bağlı mübahisələr üzrə 2022-ci ildə inzibati məhkəmələrdə baxılmış işlərin məhkəmə təcrübəsinin ümumiləşdirilməsinin nəticələri üzrə” icmal məktubun 47-ci və 48-ci bəndlərində göstərilmişdir ki, “Əvvəlki əlilliyin müəyyən edilməsi üçün əsas olan pozuntu, çatışmazlıq və xəstəliyin davam etdiyi təqdirdə məhkəmələr tərəfindən bəzi hallarda etimadın qorunması prinsipi əsas götürülməklə təkrar əlilliyin müəyyən edilməsi barədə qərar qəbul edilmiş, digər hallarda isə iddialar rədd olunmuşdur. Bu qəbildən olan mübahisələrə baxılarkən məhkəmələr tərəfindən diqqət yetirilməli məqam şəxsin əvvəlki əlilliyinin təyin edilməsi üçün əsas olan pozuntu, çatışmazlıq və xəstəliyin davam etməsi və həmin pozuntu, çatışmazlıq və xəstəliyin “Əlilliyin müəyyən olunması meyarları” nda öz əksini tapması ilə bağlı şərtlərin vəhdətdə mövcud olmasıdır. Yəni, əvvəlki əlilliyə əsas olan pozuntu, çatışmazlıq və xəstəlik "Əlilliyin müəyyən olunması meyarları” na görə artıq əlilliyin müəyyən edilməsi üçün əsas sayılmırsa, şəxsin etimadın qorunması hüququna istinad edilə bilməz”. İddiaçıya əvvəlki əlilliyin təyin edilməsi üçün əsas olan xəstəlikləri hazırda davam etsə də, həmin xəstəliklər “Əlilliyin müəyyən olunması meyarları”nda qeyd olunan tələblərə uyğun şəkildə iddiaçıda müşahidə edilmədiyindən kollegiya hesab edir ki, iddiaçının etimadın qorunması hüququndan da söhbət gedə bilməz. Kassasiya şikayətinin dəlilində iddiaçı onda əvvəllər mövcud olmuş pozuntu, çatışmazlıq və xəstəliklərin davam etdiyini və işdə olan sənədlərlə bu halın təkzib olunmadığını bildirir. Məhkəmə şikayətin dəlilinə münasibətdə qeyd edir ki, qeyd olunan xəstəliklərin iddiaçıda əvvəllər mövcud olması iş materialları ilə də öz təsdiqini tapmaqla, hazırkı vəziyyətdə mübahisələndirilmir. Lakin işə baxan məhkəmələr iddiaçının məhz hazırda mövcud olan xəstəliyinin ona əlillik təyin edilməsinə əsas veribverməməsini araşdırmalıdır ki, apellyasiya instansiya məhkəməsinin bu istiqamətdə aparılan araşdırması yetərli olmaqla, gəldiyi nəticə düzgün olmuşdur. Nəticə etibarı ilə, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göründüyü kimi, iddiaçıya əlilliyin təyin edilməsi ilə bağlı tələbinə hüquqi qiymət verilmiş və hazırda iddiaçının tələbinin dəyişdirilməsi hazırki mübahisənin mahiyyətini dəyişmir. Belə ki, tərəflər arasında baş tutumuş məhkəmə çəkişməsi ilə hazırki çəkişmə eyni tərəflər arasında olmaqla eyni predmeti olan əlilliyin təyini ilə bağlıdır ki, mübahisənin əsasını isə məhz Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspert Komissiyasının əliliyin təyin edilməsindən imtina qərarı təşkil edir. Bu səbəbdən də məhkəmə hesab edir ki, eyni tərəflər arasında, eyni predmeti barəsində və eyni əsaslarla baş tutmuş məhkəmə mübahisəsinə baxılaraq yekun məhkəmə aktı qəbul edildiyindən və eyni tərəflər arasında eyni predmet barədə yeni iddia qaldırmaq hüququ istisna edildiyindən hazırki iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 23-cü, 35-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspert Komissiyasının 29 iyul 2024-cü il tarixli, xxxxxxx0014 saylı qərarının ləğv edilməsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 3.3-cü bəndinə əsasən orqanizmin funksiyasının itirilməsinin 35-60 faizlə müəyyən edilməklə xx.xx.2024-cü il tarixdən etibarən növbəti 5 (beş) il müddətinə ona əlilliyin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov
Məhkəmə qərarları › İş №2-1(120)-1641/2025
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-1641/2025
02.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver