Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-1642/2022 23.09.2022 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hаkim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı1 Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı «11000 manat məbləğində sığorta ödənişinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası üzrə inzibati işə 23 sentyabr 2022-ci il tarixdə, məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2018-ci il tarixli, 1 nömrəli Fərmanı ilə xx.xx.1997-ci il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş şəhid oğlu X7 “Şəhid ailəsi” statusu almış ailəsinə, yəni ona 11.000 manat məbləğində sığorta ödənişinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafıəsi Nazirliyinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, oğlu, 24 iyul 1975-ci il təvəllüdlü, X2 Qarabağ müharibəsi zamanı, yəni 16 iyun 1992-ci ildə Ağdərə rayonunun Çaylı kəndində gedən döyüşlər zamanı həlak olmuş və bu barədə Qeydiyyat Şöbəsinin 14 oktyabr 1992-ci il tarixli, № 349679 saylı “Ölüm haqqında şəhadətnamə”si vardır və həmin şəhadətnamə 19 iyun 1992-ci il tarixdə 22 nömrə ilə qeydə alınmışdır. Bundan sonra, Kürdəmir Rayon İcra Hakimiyyəti Başçısının 29 fevral 2008-ci il tarixli, 29 saylı Sərəncamı ilə həlak olmuş oğlu X8 “Şəhid”, ailəsinə isə “Şəhid ailəsi” statusu verilmişdir. Həmçinin, o, Əmək və Əhalinin Sosial Müdafıəsi Nazirliyinin tabeliyində olan DSMF Publik hüquqi şəxsin 1 saylı X15 ərazi fılialında xx.xx.2007-ci il tarixdən müddətsiz olaraq Şəhid anası kimi qeydiyyatdadır və xx.xx.2021-ci il tarixdən hal-hazıradək aylıq 500 (beş yüz) manat məbləğində ailəsinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilir. “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar itkin düşdüyünə görə ölmüş elan edilmiş şəxslərin ailə üzvlərinin sosial müdafıəsinin yaxşılaşdırılması ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2018-ci il tarixli, 1 nömrəli Fərmanına uyğun olaraq, 11.000 manat məbləğində sığorta ödənişinin alınması məqsədilə sənədləri Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafıəsi Nazirliyinə təqdim etmişdir. Cavabdehdən xx.xx.2022ci il tarixli, **********8 nömrəli ödənişdən imtina olunması barədə ünvanına cavab məktubu daxil olmuşdur. Cavab məktubunda imtinanın səbəbi kimi X11 mülki vətəndaş kimi həlak olduğuna görə yuxarıda adı çəkilən Prezident Fərmanının əhatə dairəsinə daxil olmadığı göstərilmişdir. Bu məsələyə aydınlıq gətirilməsi və Şəhid oğlu barəsindəki mövcud hüquqi aktlara yenidən qiymət verilməsi barədə cavabdehə müraciətləri nəticəsiz qalmış və sonrakı cavablarında ona bildirilmişdir ki, məhkəməyə müraciət olunmalıdır. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, İddiaçı1 Dövlət Sosial Müdafiə Fonduna müraciət edərək, ona 11000 manat məbləğində şığorta ödənişinin ödənilməsini xahiş etmişdir. Nazirlik tərəfindən ona oğlu X7 mülki vətəndaş kimi həlak olduğuna görə “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2018-ci il tarixli, 1 nömrəli Fərmanının əhatə dairəsinə daxil olmadığı bildirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları”nın 4.1-ci bəndinə əsasən Şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidmətinin, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin, Xüsusi Rabitə və X3 Xidmətinin, X6 Dövlət Agentliyinin kadrlar idarəsinin, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2018-ci il tarixli, 1 nömrəli Fərmanına əsasən 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə birdəfəlik ödəmə şamil edilir. Birdəfəlik ödəmə 11.000 (on bir min) manat məbləğində müəyyənləşdirilmişdir. Birdəfəlik ödəmə həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olması, ölməsi və ya xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilməsi ilə əlaqədar barəsində sığorta ödənişinin verilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə aktı olmayan, habelə 11000 manat məbləğində (qanunvericiliklə müəyyən edilmiş məcburi ödənişlər nəzərə alınmaqla) sığorta ödənişi almamış hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə verilir. X11 mülki şəxs kimi şəhid olmuş, Kürdəmir Rayon İcra Hakimiyyəti Başçısının 29 fevral 2008-ci il tarixli, 29 saylı sərəncamı ilə ona şəhid, ailəsinə isə şəhid ailəsi statusu verilmişdir. Belə ki, sözügedən birdəfəlik ödəmənin verilməsi 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının vərəsələri üçün nəzərdə tutulmuş, mülki şəhidlər üçün nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı1 iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X9 təmsil etdiyi qurumun iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazının məzmununa uyğun izahat verdi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçını və cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Kürdəmir rayon Polis şöbəsi tərəfindən xx.xx.2005-ci il tarixində verilmiş AZE 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı1 xx.xx.1954-cü il tarixində Kürdəmir rayonunun Topflhəsənli kəndində anadan olmuş və hazırda yaşayış yeri Kürdəmir rayonunun Şahsevən kəndidir. İş materiallarında olan Kürdəmir rayon X5 Qeydiyyatı şöbəsi tərəfindən 28 iyul 1975ci il tarixində verilmiş İİİ-JQ 340999 nömrəli doğum və 14 oktyabr 1992-ci il tarixində verilmiş İV-JQ 349679 nömrəli ölüm haqqında şəhadətnamələrin təsdiq olunmuş surətlərindən, həmçinin Kürdəmir Rayon İcra Hakimiyyəti Başçısının Topalhəsənli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 26 aprel 2022-ci il tarixli, 228 nömrəli arayışından görünür ki, iddiaçının övladı X11 xx.xx.1975-ci ildə Kürdəmir şəhərində doğulmuş, xx.xx.1992-ci il tarixində Ağdərə rayonunun Çaylı kəndində Qarabağ döyüşlərində həlak olmuşdur. İş materiallarında olan Kürdəmir Rayon İcra Hakimiyyəti Başçısının 29 fevral 2008-ci il tarixli, 29 nömrəli Sərəncamının surətindən görünür ki, Kürdəmir rayonunun Şahsevən kəndindən könüllü olaraq hərbi xidmətə getmiş, Ağdərə rayonunun Çaylı kəndində gedən döyüşlərdə həlak olmuş X8 “şəhid”, ailəsinə isə “şəhid ailəsi” statusu verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 1 saylı X15 filialının 27 aprel 2022-ci il tarixli, **********8 nömrəli arayışından görünür ki, İddiaçı1 xx.xx.2007-ci il tarixdən müddətsiz olmaqla şəhid ailə üzvü kimi qeydiyyatdadır və xx.xx.2021-ci il tarixdən hal-hazıradək aylıq məbləği 500 (beş yüz) manat təşkil edən və şəhid ailə üzvlərinə verilən Azərbaycan Respublikası Prezidentinin təqaüdünü alır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İddiaçı1 ünvanladığı 21 fevral 2022-ci il tarixli **********8 nömrəli məktubunun məzmunundan görünür ki, iddiaçı “şəhid ailəsi” kimi ona 11000 manat məbləğində sığorta ödənişinin verilməsi barədə müraciət etmiş, Nazirlikdən isə bildirilmişdir ki, “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2018-ci il tarixli, 1 nömrəli Fərmanına əsasən 11000 manat məbləğində sığorta ödənişi “1997-ci il avqustun 2-dək həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olması, ölməsi və ya xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilməsi ilə əlaqədar barəsində sığorta ödənişinin verilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə aktı olmayan, habelə 11000 manat məbləğində (qanunvericiliklə müəyyən edilmiş məcburi ödənişlər nəzərə alınmaqla) sığorta ödənişi almamış hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə verilir. X1 mülki vətəndaş kimi həlak olduğu və beləliklə, qeyd olunan Fərmanın əhatə dairəsinə daxil olmadığı üçün Sizə birdəfəlik ödəmənin verilməsi nəzərdə tutulmamışdır. Beləliklə, iş üzrə təqdim olunmuş sənədlərlə müəyyən olunur ki, iddiaçı “şəhid ailəsi” kimi ona 11000 manat məbləğində sığorta ödənişinin verilməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmiş, Nazirlik tərəfindən isə bu müraciətin təmin edilməsindən imtina olunmuşdur. Məhkəmə İddiaçı1 “şəhid ailəsi” kimi 11000 manat məbləğində sığorta ödənişinin verilməsindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən imtina olunmasını əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları”nın 4.1-ci bəndinə əsasən “Şəhid ailəsi” statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidmətinin, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin, Xüsusi Rabitə və X3 Xidmətinin, X6 Dövlət Agentliyinin kadrlar idarəsinin, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2018-ci il tarixli, 1 nömrəli Fərmanına əsasən 11000 manat məbləğində sığorta ödənişi “1997-ci il avqustun 2-dək həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olması, ölməsi və ya xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilməsi ilə əlaqədar barəsində sığorta ödənişinin verilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə aktı olmayan, habelə 11000 manat məbləğində (qanunvericiliklə müəyyən edilmiş məcburi ödənişlər nəzərə alınmaqla) sığorta ödənişi almamış hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə verilir. Qeyd olunan qanunvericilik aktlarının məzmunundan göründüyü kimi, 11000 manat məbləğində sığorta ödənişi (birdəfəlik ödəmə) 1997-ci il avqustun 2-dək həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olması, ölməsi və ya xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilməsi ilə əlaqədar barəsində sığorta ödənişinin verilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə aktı olmayan, habelə 11000 manat məbləğində (qanunvericiliklə müəyyən edilmiş məcburi ödənişlər nəzərə alınmaqla) sığorta ödənişi almamış hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə verilir. X8 “şəhid”, ailəsinə isə “şəhid ailəsi” statusunun Kürdəmir Rayon İcra Hakimiyyəti Başçısının 29 fevral 2008-ci il tarixli, 29 saylı sərəncamı ilə verilməsi X7 mülki şəxs kimi şəhid olmasını təsdiq edir və Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2018-ci il tarixli, 1 nömrəli Fərmanında 11000 manat məbləğində sığorta ödənişinin mülki şəxs kimi şəhid olan vətəndaşların vərəsələrinə də verilməsi nəzərdə tutulmamışdır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.4-cü maddəsinə görə ərizə – maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Qeyd edilənlərə məcmu halında qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı1 övladı X11 mülki vətəndaş kimi həlak olduğu və beləliklə, Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2018-ci il tarixli, 1 nömrəli Fərmanının əhatə dairəsinə daxil olmadığı üçün, iddiaçının “şəhid ailəsi” kimi ona 11000 manat məbləğində sığorta ödənişinin verilməsi barədə müraciətinin təmin olunmasından imtina edilməsində cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən qanunvericiliyin pozulması halına yol verilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı «11000 manat məbləğində sığorta ödənişinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbi hüquqi əsası olmadığından rədd edilməldir. Göstərilənlərə əsasən və İPM-in 4.1-ci, 23.1-ci, 68-ci, 69-cu, 75-ci, 78-ci, 79-cu, 81ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı «11000 manat məbləğində sığorta ödənişinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov
Məhkəmə qərarları › İş №2-1(120)-1642/2022
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1642/2022
23.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver