Məhkəmə qərarları › İş №2-1(120)-1645/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1645/2025

29.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1645/2025 29.05.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası X10 Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat X8na qarşı “güzəşli şərtlərlə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Giriş hissə: Hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, Sadıqov Şaiq Şahmalı oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası X10 Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinatı X8na qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq qərara aldı: Təsviri hissə: İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası X10 Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinatı X8na qarşı “xx.xx.2020-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1963-cü ildə Cəbrayıl rayonunda anadan olmuş, 1980-cü ildə orta məktəbi bitirmiş, xx.xx.1981-ci ildə həqiqi hərbi xidmətə çağrılmış, xx.xx.1983-cü ildə Sovet Ordu sıralarından tərxis edilmiş, xx.xx.1983-cü ildən əmək fəaliyyətinə başlamışdır.Əmək kitabçasına əsasən onun ümumi iş stajı 23 il 6 ay 22 gün, güzəştli şərtlərə stajı isə 13 il 6 ay 22 gündür. Ailəlidir,Cəbrayıl rayonundan məcburi köçkün düşərək hazırda yuxarıda göstərdiyi ünvanda yaşayır. Bir daha vurğulayır ki, hüquq varisi "xxxx" QSC-nin Tikinti Derartamentinin 1 saylı Tunel Tikinti idarəsinə iş şəraiti üzrə 3-cü dərəcəli fəhlə işinə qəbul dövründə tam sağlam olmuş və üzərinə qoyulan iş vəzifələri layiqincə yerinə yetirmişdir. Cavabdeh xx.xx.2018-ci il tarixindən Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) onunla bağlanmış əmək müqaviləsini ləğv edilmişdir. Ona görə də sonucu yeri olan "xxxx" QSC-də əmək müqaviləsi üzrə vəzifələri yerinə yetirdiyi dövrə görə 2023-cü ilin may ayında müraciət edərək arayış verilməsini xahiş etmişdir. “Bakı Metropoliteni “QSC A/l 61 nömrəli, xx.xx.2023-cü il tarixli arayışla ona bildirmişdir ki, İddiaçı ağır və yeraltı iş şəraitində çalışdığı peşələr üzrə əmək stajı 13 il 08 ay 15 gün təşkil edir. Ona görə Güzəştli şərtlərlə yaşa görə pensiyasına çıxmaq üçün bir neçə dəfə cavabdehə rəsmi ərizə ilə müraciət etmişdir. Cavabdehə xx.xx.2023-cü ildə rəsmi ərizə və əlavə sənədlər göndərərək Xüsusi Şərtlərlə əmək pensiyası təyin edilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2023-cü ildə pensiya kapitalının aşağı həddi qanunverciliyə uyğun olaraq 40.320 manat hesablandığı halda fərdi hesabınızın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 39.291.96 manat təşkil etməsi səbəbindən imtina edilmşdir. Yenidən xx.xx.2024-cü il tarixdə cavabdehə ərizə verərək Güzəştli şərtlərlə pensiya təyin edilməsini xahiş etmiş, cavabdeh xx.xx.2024-cü ildə 3-17-l/2-C-91268/2024 nömrəli cavab məktubu ilə ona yenidən imtina vermişdir. Cavabdehin hərəkətləri məhkəmə qaydasında qeyri-qanuni hesab olunmalı, xx.xx.2020-ci ildə 57 yaşı tamam olduğuna görə həmin tarixdən ona güzəştli şərtlərlə pensiya təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Məhkəmədən tələbinin təmin edilməsini xahiş edir. Cavabdehin etirazı: Cavabdehin məhkəməyə daxil olmuş etirazında qeyd edilir ki, İddiaçı tərəfindən Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlara əsasən, güzəştli iş stajı 12 il 6 aydan az (11 il 4 ay 6 gün (xx.xx.1983-xx.xx.1985-ci il, 19.06. 2006-xx.xx.2006-cı il, xx.xx.2008-xx.xx.2009-cu il, xx.xx.2009-xx.xx.2011-ci il, xx.xx.2011-xx.xx.2011-ci il, xx.xx.2012-xx.xx.2013-cü il, xx.xx.2013-xx.xx.2014-cü il, xx.xx.2014-xx.xx.2015-ci il, xx.xx.2015-xx.xx.2015-ci il, xx.xx.2015-xx.xx.2017-ci il, xx.xx.2018-xx.xx.2018-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Bildirir ki, İddiaçı iddia ərizəsində ümumi iş stajının 23 il 06 ay 22 gün, güzəştli i. stajının 13 il 06 ay 22 gün olduğunu qeyd etmişdir. Göründüyü kimi iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün qanunla tələb olunan ümumi (25 il) və güzəştli iş stajı (12 il 06 ay) tamamlanmadığından cavabdehin imtinası qanunauyğun olmuşdur. Odur ki, iddia tələbinin rədd edilməsini xahiş edirlər. Tərəflərin iştirakı və izahatları: İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2024-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə tərəflərə məlumat verilmişdir. İddiaçı məhkəmə iclasına gəlməmişdir. İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsini rəhbər tutaraq məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 etiraza uyğun izahat verərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş edir. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü. “İnzibati İcraat Haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. “Əmək pensiyaları haqqında” Qanunun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. xx.xx.1963-cü il təvəllüdlü İddiaçı konstitusion hüquqlarından istifadə edərək hazırkı tələb üzrə məhkəmədə iddia qaldırmaq üçün mülki hüquq normalarına uyğun olaraq tam fəaliyyət qabiliyyətlidir. Məhkəmə hesab edir ki, onun hazırki iddianı qaldırmağa subyektiv hüququ vardır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. Xüsusi mümkünlük şərti kimi iddiaçı məhkəmədə iddia qaldırmamışdan öncə inzibati orqana müraciət etmiş və cavabdeh orqan tərəfindən tələbin təmin edilməsindən imtina edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia mümkündür. Faktiki hallar və sübutlar: İş materiallarında olan; ИТ-İ № ******* nömrəli, xx.xx.1983-cü il tarixdə doldurulmuş Əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1981-ci il tarixdən xx.xx.1983-cü il tarixədək Sovet ordusunda hərbi xidmətdə olmuş, xx.xx.1983-xx.xx.1983-cü il, xx.xx.1983-xx.xx.1985-ci il, xx.xx.1985-xx.xx.1986-ci il, xx.xx.1986-xx.xx.1987-ci il, xx.xx.1987-xx.xx.1988-ci il, xx.xx.1988-xx.xx.1993-cü il, xx.xx.2001-xx.xx.2003-cü il, xx.xx.2006-xx.xx.2014-cü il, xx.xx.2014-xx.xx.2017-ci il, xx.xx.2017-xx.xx.2018-ci il və xx.xx.2019-xx.xx.2019-cu illərdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. X10 Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinatı X8nın iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Mərkəzi Filiala təqdim etdiyiniz 12 sentyabr 1983-cü il tarixli HT-İ ******* nömrəli əmək kitabçanızda xx.xx.1988-xx.xx.1988-ci il və xx.xx.1990-xx.xx.1993cü il tarixləri arasındakı dövrlər ərzində kolxozda əmək fəaliyyəti ilə məşğul olduğunuz qeyd edilmişdir. Lakin sözügedən əmək kitabçanızda qanunvericiliyin tələblərinə görə yuxarıda qeyd olunan dövrlər üzrə “il ərzində müəyyən edilmiş əmək günləri minimumu” haqqında məlumatlar qeyd edilməyib. Buna görə də həmin dövrün sığorta stajınıza əlavə edilməsi mümkün deyildir. Göstərilən səbəbdən də sizin güzəştli iş stajınız 12 il 6 aydan az (12 il 1 ay 18 gün (xx.xx.1983-xx.xx.1985-ci il tarixləri arasındakı dövr və 2006-2022-ci illər üzrə 10 il 6 ay)) təşkil edir.. Eyni zamanda, sizin ümumi iş stajınız 25 ildən az (20 il 8 ay 20 gün (xx.xx.1981 -xx.xx.1983-cü il, xx.xx.1983-xx.xx.1985-ci il, xx.xx.1985-xx.xx.1986-cı il, xx.xx.1986-xx.xx.1987-ci il, xx.xx.1987-xx.xx.1988-ci il, xx.xx.1988-xx.xx.1990-cı il və xx.xx.2001-xx.xx.2003-cü il tarixləri arasındakı dövrlər)) təşkil edir. Bundan başqa fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320,00 manat hesablandığı halda, fərdi hesabınızın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 39291,96 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq, sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciətinizə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığınız təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququnuz vardır. Cavabdehin İddiaçı ünvanladığı 19 aprel 2024-cü il tarixli imtina məktubunda qeyd edilmişdir ki, Filiala təqdim edilmiş sənədlərdə qeyd olunan məlumatlara əsasən, güzəştli iş stajının 12 il 6 aydan az (11 il 4 ay 6 gün (xx.xx.1983-xx.xx.1985-ci il, xx.xx.2006xx.xx.2006-cı il, xx.xx.2008-xx.xx.2009-cu il, xx.xx.2009-xx.xx.2011–ci il, xx.xx.2011xx.xx.2011-ci il, xx.xx.2012-xx.xx.2013-cü il, xx.xx.2013-xx.xx.2014-cü il, xx.xx.2014xx.xx.2015-ci il, xx.xx.2015-xx.xx.2015-ci il, xx.xx.2015-xx.xx.2017-ci il və xx.xx.2018xx.xx.2018-ci il tarixləri arasındakı dövrlər) təşkil edir və güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xx.xx.2023-cü il tarixli, A/161 nömrəli arayışında qeyd edilmişdir ki, xx.xx.1963-cü il təvəllüdlü, İddiaçı xx.xx.1983-cü il tarixindən xx.xx.1985-ci il tarixinədək “Bakıtuneltikinti” İdarəsinin 3 №-li Tikinti-Quraşdırma İdarəsində yeraltı iş şəraiti üzrə 2-ci dərəcəli transportyorçu (vaqonet və ya taçka ilə kömür və filiz daşıyan fəhlə), 3-cü dərəcəli izolyasiyaçı peşələrində işləmişdir. xx.xx.2006-cı il tarixindən “Azərtunelmetrotikinti” SC-nin 1 saylı Tunel Tikinti İdarəsinə 3-cü dərəcə ilə yeraltı iş şəraiti üzrə fəhlə peşəsinə qəbul edilmiş, xx.xx.2014-cü il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (tərəflərin birinin təşəbbüsü) əmək müqaviləsinə xitam verilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2014-cü il tarixli 289 saylı Sərəncamına əsasən Bakı Metropoliteni və “Azərtunelmetrotikinti” SC-nin yenidən təşkili yolu ilə səhmləri dövlətə məxsus "xxxx" QSC yaradılmışdır. xx.xx.2014-cü il tarixindən "xxxx" QSC-nin Tikinti Departamentinin 1 saylı Tunel Tikinti dəstəsinə yeraltı iş şəraiti üzrə 3-cü dərəcəli fəhlə peşəsinə qəbul edilmiş, xx.xx.2017-ci il tarixindən 2 saylı Tunel və Ümumi Tikinti işləri üzrə dəstəsinə yeraltı iş şəraiti üzrə 3-cü dərəcəli fəhlə peşəsinə keçirilmiş, xx.xx.2018-ci il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b" bəndinə əsasən (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) əmək müqaviləsi ləğv edilmişdir. İddiaçı ağır və yeraltı iş şəraitində çalışdığı peşələr üzrə əmək stajı 13 il 08 ay 15 gün (on üç il səkkiz ay on beş gün) təşkil edir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 №-li qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın

1. Dağ-mədən işləri maddəsinin 1.1.2 Tikintidə, rekonstruksiyada, yenidən texniki təchizatda və əsaslı təmirdə: dağ-mədən yerlərində, metropolitenlərdə, yeraltı arxlarda, tunellərdə və s. yeraltı qurğularda yeraltı işlər bəndinin a) fəhlələr yarımbəndinə aiddir. İddiaçıya məxsus xx.xx.1981-ci il tarixli, H3 ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.1981-ci il tarixdən xx.xx.1983-cü il tarixədək Sovet ordusunda xidmət etmişdir. "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, "xxxx" QSC-nin keçmiş əməkdaşı İddiaçı SSN**********898) həqiqətən 2007ci ildə “Azərtunelmetrotikinti” SC-nin 1 saylı Tunel Tikinti İdarəsində işləmişdir. Nəzə çatdırırıq ki, 2007-ci il üzrə İddiaçı hesablanmış əmək haqqı Məcburi Dövlət Sosial Sığortası üzrə illik hesabatında əks olunmamışdır. Qeyd olunanları və hazırda səhvin tapılmasının qeyri-mümkünlüyünü nəzərə alaraq İddiaçı 2007-ci il üzrə əmək fəaliyyətini staj kimi nəzərə almağınızı Sizdən xahiş edirik. X10 Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Siğorta və X11 Mərkəzi Filialinın məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli məktubuna 2007-2008-ci illərin məcburi dövlət sosial sığorta haqları üzrə hesabat məlumatlarının təsdiq olunmuş surətləri, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sığorta” (Hesabat) altsisteminin “Statistika” bölümündə İddiaçı 2006-cı ilin iyun-dekabr, 2008-2013-cü illər və 2014-cü ilin yanvar-dekabr ayları üzrə gəlirlərinə nisbətdə hesablanmış və xeyrinə ödənilmiş məcburi dövlət sosial sığorta haqları, həmçinin həmin müəssisədə işləmiş digər sığortaolunanlar X3 (FİN: 2TDYGQY; SSN: **********418) və X1 ( FİN: 234BCZN; SSN: **********495) 2007-2008-ci illər üzrə gəlirlərinə nisbətdə hesablanmış və xeyirlərinə ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə məlumatlar əlavə edilmişdir. İddiaçı dair ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə sığortaolunanın hesabından müəyyən olunur ki, 2007-ci ildə ümumiyyətlə heç bir mdss ödənişi olmamış, digər dövrlərdə isə bəzi aylar üzrə ödənişlərin olmadığı müəyyən edilir, sorğu edilən digər iki şəxs, yəni X6 və X1 isə məlumatlarından görünür ki, 2007-ci il tarxində müvafiq ödənişlər həyata keçirilmişdir. "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı xx.xx.1983-cü il tarixindən xx.xx.1985-ci il tarixinədək “Bakıtuneltikinti” İdarəsinin 3 №-li Tikinti-Quraşdırma İdarəsində yeraltı iş şəraiti üzrə transportyorçu (vaqonet və ya taçka ilə kömür və filiz daşıyan fəhlə), izolyasiyaçı, xx.xx.2006-cı il tarixindən xx.xx.2014-cü il tarixinədək “Azərtunelmetrotikinti” SC-nin 1 saylı Tunel Tikinti İdarəsində yeraltı iş şəraiti üzrə fəhlə, xx.xx.2014-cü il tarixindən xx.xx.2018-ci il tarixinədək "xxxx" QSC-nin Tikinti Departamentinin 1 və 2 saylı Tunel Tikinti dəstələrində yeraltı iş şəraiti üzrə fəhlə peşələrində çalışmışdır. İddiaçı ağır və yeraltı iş şəraitində çalışdığı peşələr üzrə əmək stajı 13 il 08 ay 15 gün (on üç il səkkiz ay on beş gün) təşkil edir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 №-li qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 1. Dağmədən işləri maddəsinin 1.1.2 Tikintidə, rekonstruksiyada, yenidən texniki təchizatda və əsaslı təmirdə: dağ-mədən yerlərində, metropolitenlərdə, yeraltı arxlarda, tunellərdə və s. yeraltı qurğularda yeraltı işlər bəndinin a) fəhlələr yarımbəndinə aiddir. Bildiyiniz kimi, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2014-cü il tarixli 289 saylı Sərəncamına əsasən Bakı Metropoliteni və “Azərtunelmetrotikinti” SC-nin yenidən təşkili yolu ilə səhmləri dövlətə məxsus "xxxx" QSC yaradılmışdır. Məlum olmuşdur ki, 2007-ci il üzrə İddiaçı hesablanmış əmək haqqı Məcburi Dövlət Sosial Sığortası üzrə illik hesabatında əks olunmamış, lakin səhvin tapılması mümkün olmamışdır. Məsələ ilə bağlı Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinə müraciət edilmiş, İddiaçı həmin il üzrə əmək fəaliyyətinin staj kimi nəzərə alınması xahiş edilmişdir. Onu da qeyd edək ki, birləşmə nəticəsində hər iki müəssisənin şəxsi heyətinin hərəkətini əks etdirən məlumat bazası (işçilərin şəxsi işləri, əmək kitabçaları, eləcə də onlarla bağlı əmrlər və s.) ümumiləşdirilərək yeni yaradılmış mərkəzləşdirilmiş arxivə yerləşdirilmişdir. Lakin axtarış zamanı “Azərtunelmetrotikinti” SC tərəfindən sənədlərin tam sayda təhvil verilməməsi səbəbindən sorğunuzda tələb olunan illik hesabatlar tapılmamışdır. Bu səbəbdən hesabatlarda səhvə yol vermiş mühasib barədə hər hansı məlumatın verilməsi mümkün deyildir. Səfərbərlik Və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Cəbrayil Rayon Şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəbrayıl rayon şöbəsində hərbi qeydiyyatda olmuş xx.xx.1963-cü il təvəllüdülü istefada olan əsgər İddiaçı xx.xx.1981 ci il tarixdən xx.xx.1983-cü il tarixədək keçmiş SSRİ Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmətdə olması, xx.xx.1988-ci il tarixdən keçmiş Cəbrayıl RHK-da hərbi qeydiyyatda olması barədə və xx.xx.2013-cü il tarixdə ehtiyatda olmağın son yaş həddinə (50 yaş) çatdığına görə hərbi qeydiyyatdan çıxarılması barədə məlumat vardır. X10 Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat X8 məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı ümumi iş stajı 20 il 8 ay 20 gün (xx.xx.2006-cı il tarixinədək 10 il 2 ay 20 gün (xx.xx.1981-xx.xx.1983-ci il (hərbi xidmət dövrü), xx.xx.1983-xx.xx.1985-ci il, xx.xx.1985-xx.xx.1986-cı il, xx.xx.1986-xx.xx.1987-ci il, xx.xx.1987-xx.xx.1988-ci il, xx.xx.1988-xx.xx.1990-cı il və xx.xx.2001-xx.xx.2003-cü il tarixləri arasındakı dövrlər), həmin tarixdən sonra 10 il 6 ay), güzəştli iş stajı 11 il 4 ay 6 gün (xx.xx.1983-xx.xx.1985-ci il, xx.xx.2006-xx.xx.2006-cı il, xx.xx.2008-xx.xx.2009-cu il, xx.xx.2009-xx.xx.2011–ci il, xx.xx.2011-xx.xx.2011-ci il, xx.xx.2012-xx.xx.2013-cü il, xx.xx.2013-xx.xx.2014-cü il, xx.xx.2014-xx.xx.2015-ci il, xx.xx.2015-xx.xx.2015-ci il, xx.xx.2015-xx.xx.2017-ci il və xx.xx.2018-xx.xx.2018-ci il tarixləri arasındakı dövrlər), fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya sığorta kapitalı cəmi 50028,42 manat təşkil edir.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi. Məhkəmə iş materiallarını obyektiv və qərəzsiz şəkildə araşdıraraq, cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının: 12.1-ci maddəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. 16.1-ci maddəsinə əsasən, Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. 25-ci maddəsinə əsasən, hamı qanun və məhkəmə qarşısında bərabərdir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. 71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Qanunun: 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. “Əmək pensiyaları haqqında” Qanun 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 1.0.2. sosial sığorta stajı- əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 1.0.10. pensiya kapitalı- müvafiq olaraq fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınan və fərdi şəxsi hesabın yığım hisəsində toplanan vəsaitlərin məbləğidir. 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. 4.1. bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası.

7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 8.1. valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş səkkiz yaşınadək övladlığa və ya qəyyumluğa götürülmüş uşaqlar da daxil olmaqla beş və daha çox uşağı olan və ya əlilliyi müəyyən edilmiş uşağı olan qadınların və kişilərin, uşaqların səkkiz yaşınadək sağ olması şərtilə, bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. 21.1. qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 23.2. 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada siğorta stajına daxil edilir. 30.2-ci maddəsinə əsasən əmək pensiyasını təyin edən orqanın qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Şərh olunan normaların tələblərindən görünür ki, iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün 4 element mövcud olmalıdır: 1) İddiaçının 57 yaşının tamam olması, 2) 57 yaşı tamam olanadək 25 il ümumi iş stajının mövcud olması; 3) bu müddətin azı 12 il 6 ayının güzəştli iş stajı olması. 4) Fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının minimum pensiyaya imkan verməsidir. Məhkəmə iş materiallarından müəyyən edir ki, İddiaçı xx.xx.1963-cü il tarixdə anadan olmuş və xx.xx.2020-ci il tarixdə 57 yaşı tamam olmuşdur. Deməli, iddiaçıya münasibətdə yaş şərti ödənilmişdir. Məhkəmə iddiaçının 57 yaşınadək ümumi iş stajının yetərli olub-olmamasına münasibətdə qeyd edir ki, 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin (Nazirlər Kabinetinin 26 sentyabr 2006-cı il tarixli, 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri nəzərə alınır. Hüquq münasibətləri yarandığı dövrdə qüvvədə olan Azərbaycan Respublikası X10 Sosial Müdafiəsi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının: -3.1-ci bəndinə görə sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: -Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; -Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydalarının: 3.2.1. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a (X1) daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. 3.6-cı bəndinə əsasən, qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. 4.1. Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:

1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda mühafizə edilən məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən; 4.1.2. 2006-cı il yanvarın 1-dən sonrakı dövr üzrə – dövlət sosial sığorta sistemində fərdi uçot (bundan sonra – fərdi uçot) məlumatlarına əsasən; 4.1.3. işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən iş müddəti – fərdi uçot məlumatlarına əsasən. ... Göründüyü kimi istər hazırda qüvvədə olan və qüvvədən düşmüş pensiya qanunvericiliyinə, istərsə də formalaşmış məhkəmə təcrübəsinə görə vətəndaşın xx.xx.2006-cı il tarixədək olan qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a (X1) daxil edilmiş məlumatlara əsasən, xx.xx.2006-cı il tarixdən sonraya münasibətdə isə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən edilir. İş materiallarında olan sübut əhəmiyyəti daşıyan həm iddiaçının işlədiyi müəssisənin arayışından, həmçinin də sığortaolunanın şəxsi hesabından müəyyən olunur ki, 2007-ci il üzrə tamamilə, digər illərə münasibətdə isə müəyyən aylar üzrə gəlirlərinə nisbətdə hesablanmış və xeyrinə ödənilmiş məcburi dövlət sosial sığorta haqları müəyyən edilmir. Məhkəmə tərəfindən iddiaçının xx.xx.2006-cı il tarixə kimi qazanmış olduğu dövrlər qəbul edilsə belə, qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə istinadən xx.xx.2006cı il tarixdən sonrakı dövrlərə münasibətdə məcburi dövlət sosial sığorta haqlarının ödənilmədiyi dövrlər onun sığorta stajına daxil edilmədiyi üçün iddiaçının sığorta stajı 25 ildən az təşkil edir. Başqa sözlə, iddiaçıya münasibətdə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün qanunvericinin təsbit etdiyi ikinci şərt ödənilməmişdir. Belə olan halda əmək pensiyasının təyini üçün digər şərtlərin araşdırılmasına zərurət qalmamışdır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, eyni zamanda yuxarıda qeyd olunan maddi hüquq normalarını rəhbər tutaraq hesab edir ki, cavabdehin imtinası qanunidir və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilə bilməz. İnzibati Prosessual Məcəllənin: 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və İnzibati Prosessual Məcəllənin 2, 4.1, 68, 69, 75, 81, 85 və 69-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər.

Hakim: Pərvanə Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar