Məhkəmə qərarları › İş №2-1(120)-165/2021

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-165/2021

17.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-165/2021 17.03.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi, İddiaçı «X14» Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili X6, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 5 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı «X14» Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 5 saylı Ərazi Vergilər İdarəsinə qarşı «xx.xx.2020-ci il tarixli, **********138911 nömrəli qərarın ləğv edilməsi» tələbinə dair işə xx xxxx 2021-ci il tarixdə Şirvan şəhərində Şirvan İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi, Təsviri hissə: İddiaçı «X14» Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 5 saylı Ərazi Vergilər İdarəsinə qarşı «xx.xx.2020-ci il tarixli, **********138911 nömrəli qərarın ləğv edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2020-ci il tarixli **********196880 saylı Qərarına əsasən “X14” MMC-də (VÖEN **********) (bundan sonra - Cəmiyyət) vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə xx.xx.2020-ci il tarixdə səyyar vergi yoxlaması başlanılmış, nəticəsi xx.xx.2020-ci il tarixli **********197541 nömrəli yoxlama aktı ilə rəsmiləşdirilmişdir. Həmin yoxlama aktında qeyd olunan təkliflər əsasında vergi orqanı tərəfindən xx.xx.2020-ci il tarixli **********138911 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar (inzibati akt) qəbul edilmişdir. Aşağıda qeyd olunanlara əsasən həmin Qərar tamamilə qanunsuzdur və ləğv edilməlidir. Belə ki, Cəmiyyət yoxlama dövründə metal qırıntılarının satışı fəaliyyəti ilə məşğul olmuşdur. Yerli vergi orqanı tərəfindən Cəmiyyətin satdığı malların qiyməti güya real bazar dəyərindən xeyli aşağı olması kimi qiymətləndirilmiş və bu məqsədlə “xxxx” MMC adlı özəl qiymətləndirmə şirkətinə müraciət olunaraq tərəflər arasında xx.xx.2020-ci il tarixli Müqavilə bağlanmış və Cəmiyyətin xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövr ərzində satdığı metal qırıntılarının bazar qiymətinin müəyyənləşdirilməsi göstərilmişdir. Göründüyü kimi, qanunvericilik bazar qiymətinin müəyyənləşdirilməsini ekpert tərəfindən icra edilməli olduğunu qeyd edir, məsuliyyəti də məhz həmin peşə sahibinin üzərinə qoyur. Hazırki yoxlamada isə özünü ekspert kimi təqdim etməsinə baxmayaraq iltizama mütəxəssis adı ilə imza edən, dolayısı ilə heç bir məsuliyyət daşımayan şəxs tərəfindən təqdim edilən məktub əsasında hesablama aparılmışdır. Cəmiyyətin fəaliyyət sferası üzrə ekspertiza təcrübəsi olmayan şəxs tərəfindən aparılan qiymətləndirmənin isə reallıqdan kənar rəqəmlərlə ifadə olunması şübhəsizdir. Belə ki, rəy adı ilə “xxxx" MMC tərəfindən təqdim edilən qanunsuz məktubda Cəmiyyət tərəfindən satılan metal qırıntılarının bir tonu üçün satış qiymətinin 2018-ci ilin 4cü rübü üzrə 128,0 manat (ƏDV daxil). 2019-cu il üzrə isə 130,0 manat (ƏDV daxil) təşkil etdiyi göstərilmişdir. Halbuki, qeyd olunan məbləğ Cəmiyyətin təqdim etdiyi mallar üzrə real bazar qiymətindən kəskin şəkildə yuxarıdır. Bunu analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin məlumatlarını araşdıraraq da müəyyən etmək mümkün olduğu halda, vergi orqanı tərəfindən Cəmiyyətə qarşı qərəzli münasibət göstərilərək ekspertizanın bu sahə üzrə peşəkar təcrübəyə malik qurumlara həvalə olunmasından imtina edilmişdir. Belə ki, Cəmiyyət Vergi Məcəlləsinin 44.7-ci və 44.9-cu maddələri ilə müəyyən edilən hüququndan istifadə edərək təqdim edilən malların real bazar qiymətinin müəyyənləşdirilməsini bu sahə üzrə çoxillik təcrübəsi olan Sənaye və Ticarət Palatası yanında “Azərekspertiza” Birliyinə həvalə edilməsini xahiş etsə də, vəsatət heç bir tutarlı əsas göstərilmədən xx.xx.2020-ci il tarixli **********138901 nömrəli Qərarla rədd edilmiş, obyektiv ekspertiza prosesinin keçirilməsinə imkan yaradılmamışdır. Göründüyü kimi, yoxlama aktında istinad olunan “xxxx” MMC tərəfindən təqdim olunan xx.xx.2020-ci il tarixli məktub Cəmiyyətin fəaliyyət sahəsi üzrə təcrübəsi olmayan şəxs tərəfindən həyata keçirildiyi və ekspert kimi heç bir məsuliyyətə dair iltizam təqdim etmədiyi üçün hüquqi əhəmiyyətə malik deyil. Cavabdeh tərəfindən isə həmin məktubdakı göstəricilərə istinad olunaraq Cəmiyyətə əlavə vergilər hesablanmışdır. Odur ki, qeyd olunanların nəzərə alınaraq xx.xx.2020-ci il tarixli, **********138911 nömrəli qərarın ləğv edilməsi məhkəmədən xahiş olunmuşdur. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı «X14» Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili X8 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbini müdafiə etdiyini bildirib, təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 5 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi X13 iddia ərizəsinə qarşı verilmiş etiraza uyğun izahat verərək iddia tələbini qəbul etmədiyini bildirib, iddia ərizəsinin rədd olunması barədə qərar çıxarılmasını xahiş etdi. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(120)-1461/2020 nömrəli qərardadı ilə iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə, iddiaçının nümayəndəsinin və vəkilinin, cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Belə ki, işdə olan səyyar vergi yoxlamasının keçirilməsi haqqında xx.xx.2020-ci il tarixli **********196880 saylı qərardan görünür ki, X14” MMC üzrə Vergi Məcəlləsinin 38.2ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanıması məqsədi ilə “X14” MMC-nin oktyabr 2018-dekabr 2019-cu il vergi dövrləri üzrə növbəti səyyar vergi yoxlamasının təyin edilməsi qərara alınmışdır. İşdə olan xx.xx.2020-ci il tarixli **********197541 saylı səyyar vergi yoxlaması aktından görünür ki, yoxlama xx.xx.2020-ci il tarixdə başlamış və xx.xx.2020-ci il tarixdə başa çatdırılmışdır. Həmin aktdan həmçinin görünür ki, cavabdeh 5 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2020-ci tarixli **********198730 nömrəli Qərarına əsasən “X14” MMC-nin vergi yoxlamasının əhatə etdiyi dövr ərzində (xx.xx.2018-xx.xx.2019) metal qırıntılarının satışının bazar qiymətlərinin müəyyən edilməsi məqsədi ilə “xxxx” MMC Konsaltinq və qiymətləndirmə şirkətindən ekspert dəvət edilmidir. Həmin ekspert tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli rəyə əsasən yoxlanılan dövr ərzində “X14” MMC tərəfindən satılmış metal qırıntılarının satış qiyməti 1 ton qara metal üçün 2018-ci ilin son rübübndə ortalama 128,0 AZN (ƏDV-li), 2019-cu il üzrə isə ortalama 130,0 (ƏDV-li) AZN təşkil edir. İşdə olan “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli, **********138911 saylı Qərarından görünür ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən “X14” MMC-nin 2018-ci il üzrə azaldılmış 39918.40 manat, əlavə hesablanmış 39918.40 manat, maliyyə sanksiyası 19959.20 manat, 2019-cu il üzrə azaldılmış 71183.94 manat, əlavə hesablanmış 71183.94 manat, maliyyə sanksiyası 35591.97 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 5 saylı Ərazi Vergilər İdarəsinin məhkəməyə göndərdiyi xx xxxxxxxx 2020-ci il tarixli, **********823500 nömrəli etiraz məktubunda qeyd edilmişdir ki, iddiaçı “X14” MMC (VÖEN **********) 5 saylı Ərazi Vergilər çarəsinə qarşı “vergi qanunvericiliyinin pozulmasına görə vergi məsuliyyətinə cəlb edilməsi barədə xx.xx.2020-ci il tarixli **********138911 nömrəli Qərar”ın ləğv edilməsi barədə iddia tələbi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. İdarəyə daxil olan iddia ərizəsində qeyd olunanları aşağıdakı səbəblərə görə əsassız və qanunsuz hesab edirik. Aparılmış səyyar vergi yoxlaması nəticəsində vergi ödəyicisi tərəfindən təqdim edilmiş 2018-ci ilin mənfəət vergisi bəyannaməsinə əsasən malların, işlərin (xidmətlərin) təqdim edilməsindən ümumi gəlir 1.645.985,78 manat, il ərzində malların, işlərin (xidmətlərin) təqdim edilməsinə çəkilmiş xərclərin cəmi 1.519.145,13 manat, o cümlədən, əmək haqqı və ona bərabər tutulan ödəmələr 36.121,66 manat, sosial sığorta haqqları 8.127,37 manat, mallar 1.410.553,46 manat, icarə haqqı 11.760,00 manat, enerji xərci 79,01 manat rabitə xərcləri 530,00 manat, bank xidməti üzrə xərclər 3.328,72 manat, nəqliyyat xərci 47.960,00 manat, sığorta haqqları 384,91 manat, digər xərclər 300,00 manat olmaqla, vergi ödəyicisinin vergiyə cəlb olunan mənfəəti 126.840,65 manat, mənfəət vergisi 25.368,13 manat göstərilmişdir. 2019cu ilin mənfəət vergisi bəyannaməsinə əsasən malların, işlərin (xidmətlərin) təqdim edilməsindən ümumi gəlir 1.828.583,95 manat, il ərzində malların, işlərin (xidmətlərin) təqdim edilməsinə çəkilmiş xərclərin cəmi 1.689.262,15 manat, o cümlədən, əmək haqqı və ona bərabər tutulan ödəmələr 42.480,58 manat, sosial sığorta haqqları 9.146,49 manat, mallar 1.561.374,51 manat, icarə haqqı 13.440,00 manat, enerji xərci 94,27 manat rabitə xərcləri 794,31 manat, bank xidməti üzrə xərclər 3.157,26 manat, nəqliyyat xərci 57.552,00 manat, sığorta haqqları 634,26 manat, digər xərclər 588,47 manat olmaqla, vergi ödəyicisinin vergiyə cəlb olunan mənfəəti 139.321,80 manat, mənfəət vergisi 27.864,36 manat göstərilmişdir. Vergi ödəyicisi yoxlamanın əhatə etdiyi dövrdə müxtəlif metal qırıntılarının alışı və satışı ilə məşğul olmuşdur. Yoxlama zamanı vergi ödəyicisinin gəlirlərinin müəyyən edilməsi məqsədi ilə bilavasitə vergi orqanının fəaliyyət dairəsinə aid olmayan sahə üzrə xüsusi bilik və təcrübə tələb olunduğuna görə ekspertiza keçirilməsi zərurəti yaranmışdır. Odur ki, vergi ödəyicisi tərəfindən satılmış metal qırıntılarının satışının bazar qiymətlərinin müəyyənləşdirilməsi məqsədi ilə 5 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2020-ci il tarixli **********198730 nömrəli “Ekspertizanın təyin edilməsi haqqında” Qərarına əsasən “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin eksperti X9 ekspert kimi təyin edilmişdir. Ekspertin verdiyi xx.xx.2020-ci il tarixli rəyə əsasən vergi ödəyicisinin metal qırıntılarının satış qiyməti 1 ton qara metal üçün 2018-ci ilin son rübündə ortalama hər tonunun satış qiyməti manat (ƏDV-li) olmaqla ümumi gəlirin 1.958.596,01 manat, 2019-cu il üzrə isə ortalama hər tonunun satış qiyməti 130,00 manat (ƏDV-li) olmaqla ümumi gəlirin 2.971.448,89 manat olması müəyyən edilmişdir. Bəyannamədə göstərilən xərclər sənədlərlə öz təsdiqini tapmadığı üçün xərclərin müəyyən edilməsi üçün vergi ödəyicisinin xərclərini Vergi Məcəlləsinin 83.9 maddəsinə əsaslanaraq “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydalarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli qərarına əsasən şərti rentabellik norması ilə müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001ci il tarixli 55 saylı qərarı əsasında vergi ödəyicisinin 2018-ci il üzrə ümumi gəlirinin 1.958.596,01 manat, malların, işlərin (xidmətlərin) təqdim edilməsinə çəkilmiş xərclərin cəmi 1.632.163,34 manat olmaqla, vergiyə cəlb olunan mənfəətin 326.432,67 manat (1.958.596,01-1.632.163,34), mənfəət vergisinin 65.286,53 manat (326.432,67x20%) olduğu müəyyən edilmişdir. 2019-cu il üzrə ümumi gəlirinin 2.971.448,89 manat, malların, işlərin (xidmətlərin) təqdim edilməsinə çəkilmiş xərclərin cəmi 2.476.207,41 manat olmaqla, vergiyə cəlb olunan mənfəətin 495.241,48 manat (2.971.448,89-2.476.207,41), mənfəət vergisinin 99.048,30 manat (495.241,48x20%) olduğu müəyyən edilmişdir. Beləliklə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı qərarının tətbiqi nəticəsində vergi ödəyicisi tərəfindən büdcəyə çatası mənfəət vergisinin 2018-ci il üzrə 39.918,40 manat (65286,53-25368,13) və 2019-cu il üzrə 71.183,94 manat (99048,30-27864,36) olmaqla, ümumilikdə 111.102,34 manat azaldıldığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən azaldılmış vergi məbləğinin 50%-i miqdarında, yəni 55.551,17 (111.102,34x50%) manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Bundan başqa yoxlanılan dövrdə vergi ödəyicisi tərəfindən təqdim edilmiş bəyannamələrə əsasən ƏDV-yə 18%-ilə cəlb olunan əməliyyatların dəyəri 2.349.600,88 manat, ƏDV-yə 0 dərəcə ilə cəlb olunan əməliyyatlar aparılmamış, ƏDV-dən azad olan əməliyyatlar olmamış, beləliklə yoxlanılan dövrdə büdcəyə hesablanmış ƏDV-nin məbləği 422.928,16 manat (2.349.600,88x18%) manat olmuşdur. Yoxlanılan dövrdə əvəzləşdirilən dövriyyə 1.903.657,54 manat əvəzləşdirilməli ƏDV-nin məbləği 342.658,36 manat (1.903.657,54x18%), büdcədən ödəniləsi ƏDV-nin məbləği 80.269,80 (422.928,15-342658,36) manat göstərilmişdir. "xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin eksperti tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli rəyə əsasən yoxlanılan dövr ərzində “X14” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) tərəfindən satılmış metal qırıntılarının satış qiyməti 1 ton qara metal üçün 2018-ci ilin son rübündə ortalama 128,0 AZN (ƏDV-li) AZN, 2019-cu il üzrə ortalama 130,0 (ƏDV-li) AZN təşkil etmişdir. Ekspert rəyinə görə səyyar vergi yoxlamasının əhatə etdiyi dövr ərzində əlavə dəyər vergisinə cəlb edilən dövriyyə 3.805.076,01 manat ƏDV məbləği 684.913,71 manat, əvəzləşdirilən dövriyyə 1.903.657,54 manat əvəzləşdirilməli ƏDV-nin məbləği 342.658,36 manat (1.903.657,54x18%), büdcədən ödəniləsi ƏDV-nin məbləği 342.255,35 (684.913,71-342658,36) manat təşkil edir. Nəticədə büdcəyə hesablanmalı olan əlavə dəyər vergisinin ümumilikdə 261.985,55 manat (342.255,35-80.269,80) az hesablandığı müəyyən edildi. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən azaldılmış vergi məbləğinin 50% miqdarında, yəni 130.922,78 manat (261.985,55x50%) məbləğində maliyyə sanksiyasının tətbiq edilmişdir. Həmçinin vergi ödəyicisi tərəfindən əldə edilmiş elektron vergi-hesab fakturası üzrə 2019-cu ildə ümumilikdə 18.950,34 manat ƏDV məbləği malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən gec ödənilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.6-cı maddəsinə əsasən vergi ödəyicisi tərəfindən malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən gec ƏDV məbləğinin ödənilməsinə görə vergi ödəyicisinə vaxtında ödənilməmiş ƏDV məbləğinin 50% miqdarında, yəni 9.475,17 manat (18.950,34x50%) maliyyə sanksiyası tətbiq edilmişdir. Yekunda vergi ödəyicisi tərəfindən ümumilikdə 373.087,89 manat məbləğində vergilərin (o cümlədən, mənfəət vergisi üzrə 111.102,34 manat, ƏDV üzrə 261.985,55 manat) dövlət büdcəsindən yayındırılması halları aşkar edilmişdir. “X14” MMC-nin (VÖEN **********) sahibkarlıq fəaliyyətində aparılmış səyyar vergi yoxlaması nəticəsində tərtib edilmiş xx.xx.2020-ci il tarixli **********197541 saylı “Səyyar vergi yoxlaması” Aktının bir nüsxəsi əlbə-əl vergi ödəyicisinin rəhbərinə təqdim edilmişdir. “X14” MMC-nin rəhbəri səyyar vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği və vergi qanunvericiliyinin pozulması hallarına görə tətbiq edilmiş maliyyə sanksiyası məbləğləri ilə razılaşmadığından "Səyyar vergi yoxlaması” Aktını imzalamaqdan imtina etmişdir. xx.xx.2020-ci il tarixdə 5 saylı Vergilər İdarəsi tərəfindən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 49.1-ci maddəsinə əsasən “Vergi ödəyicisinin vergi qanunvericiliyinn pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli **********138911 nömrəli Qərar çıxarılmış və xx.xx.2020-ci il tarixli **********743000 və **********732600 nömrəli məktublarla vergi ödəyicisinin hüquqi və faktiki fəaliyyət göstərdiyi ünvanlarına göndərilmişdir. Yoxlama ilə əhatə olunan hesabat dövrləri üzrə 373.087,89 manat məbləğində, yəni külli miqdarda vergi ödəməkdən yayındığına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsinə əsasən yoxlama materialları Vergilər Nazirinin xx.xx.2016-cı il tarixli **********058500 saylı Əmri ilə təsdiq olunmuş "Vergi və hüquq-mqhafizə orqanları arasında əlaqələndirmə fəaliyyətinin təşkili Qaydaları"na müvafiq olaraq Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə təqdim edilməsi üçün xx.xx.2020-ci il tarixli **********190300 saylı məktubla Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Hüquq Baş idarəsinə təqdim edilmişdir. Vergi Məcəlləsinin 14.1 -ci maddəsinə əsasən, bazar qiyməti malın (işin, xidmətin) tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti deməkdir. Vergi Məcəlləsinin 14.3.3-cü maddəsinə əsasən, 30 gün ərzində vergi ödəyicilərinin eyni xüsusiyyətli və ya eyni cinsli mallara (işə, xidmətə) tətbiq etdikləri qiymətlərin səviyyəsi bazarda eyni (analoji) mal (iş, xidmət) üçün müvafiq əməliyyatlar zamanı təşəkkül tapan qiymətlərin səviyyəsindən 30 faizdən çox (aşağı və yuxarı) fərqləndikdə bazar qiyməti nəzərə alınmaqla vergilərin hesablanması həyata keçirilə bilər. Vergi Məcəlləsinin 14.6.4cü maddəsinə əsasən, müəyyənləşdirilmiş bazar qiymətlərindən ancaq vergitutma məqsədləri üçün istifadə edilir və mallar (işlər, xidmətlər) qanunvericilikdə nəzərdə tutulmuş qaydada faktiki satış qiyməti ilə uçota alınır. Vergi Məcəlləsinin 14.6.6-cı maddəsinə əsasən, vergi ödəyicilərinin təqdim olunan mallara (işlərə, xidmətlərə) tətbiq etdikləri qiymətlərin səviyyəsi bu Məcəlləyə əsasən müəyyənləşdirilən bazar qiymətlərindən 30 faizdən çox aşağı olduqda, vergilər bazar qiymətləri əsasında, yuxarı olduqda isə faktiki təqdimolunma qiymətləri ilə hesablanır. Vergi məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri, habelə Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Vergi məcəlləsinin 58.1-ci maddəsinə əsasən, verginin (o cümlədən ödəmə mənbəyində verginin) hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmışdırsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılmışdırsa vergi ödəyicisinə (bu Məcəllənin 58.1-1 -ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) azaldılmış və ya yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.6-cı maddəsinə əsasən vergi ödəyicisi tərəfindən malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən gec ƏDV məbləğinin ödənilməsinə görə vergi ödəyicisinə vaxtında ödənilməmiş ƏDV məbləğinin 50% miqdarında maliyyə sanksiyası tətbiq edilir. Vergi Məcəlləsinin 67.14-cü maddəsinə əsasən Vergi Məcəlləsinin 67.1 -ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı (Nazirlər Kabineti) tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. Yuxarıda qeyd olunanlara əsaslanaraq bildiririk ki, hazırki mübahisə üzrə “X14” Məhdud Məsuliyyətli Cəmiyyətinə hesablanmış vergilər Vergi Məcəlləsinin tələblərinə uyğun hesablanmışdır və aparılan hesablamalar qanuni və əsaslıdır. Göstərilənləri nəzərə alaraq, məhkəmədən iddiaçı “X14" MMC-nin (VÖEN **********) 5 saylı Ərazi Vergilər idarəsinə qarşı “vergi qanunvericiliyinin pozulmasına görə vergi məsuliyyətinə cəlb edilməsi barədə xx.xx.2020-ci il tarixli **********138911 nömrəli Qərar”ın ləğv edilməsinə dair iddiasının rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş edirik. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 5 saylı Ərazi Vergilər İdarəsinin məhkəməyə göndərdiyi xx xxxxxxx 2020-ci il tarixli, **********559800 nömrəli münasibət məktubunda qeyd edilmişdir ki, iddiaçı “X14” MMC (VÜEN **********) 5 saylı Ərazi Vergilər İdarəsinə qarşı “vergi qanunvericiliyinin pozulmasına görə vergi məsuliyyətinə cəlb edilməsi barədə xx.xx.2020-ci il tarixli **********138911 nömrəli Qərar”ın ləğv edilməsi barədə iddia tələbi ilə Şirvan inzibati Məhkəməsinə müraciət etmişdir. Qeyd edilən iş üzrə “X14” MMC müstəqil şəkildə “X5” MMC ilə xx.xx.2020-ci il tarixdə müqavilə bağlamışdır. Müqaviləyə əsasən “X5” MMC-nin eksperti tərəfindən ekspertiza tədqiqatının nəticəsi olaraq xx xxxxxxxx 2020-ci il tarixli 346 nömrəli əmtəəşünaslıq ekspertizası üzrə ekspert rəyi tərtib edilmişdir. Cavabdeh məhkəmə ekspertizasının xx xxxxxxxx 2020-ci il tarixli 346 nömrəli rəyi ilə razılaşmır və bunu aşağıdakılarla əsaslandırır: Belə ki, xx.xx.2020-ci il tarixdə “X14” MMC ilə “X5” MMC arasında Bakı şəhəri, Lökbatan qəsəbəsində açıq ərazidə saxlanılan, “X17” MMC-yə məxsus qara metal (dəmir) qırıntısının (tullantısının) x xxxxxxx 2018-2019-cu illərdə mövcud olmuş qiymətinin müəyyən edilməsi məqsədi ilə müqavilə bağlanmışdır. “X5” MMC-nin eksperti X1 tərəfindən “X17” MMC-nin direktoru X11 xx.xx.2020-ci il tarixli 346 nömrəli rəy təqdim edilmişdir. Təqdim edilmiş rəyə ekspertin bilik səviyyəsinin müəyyən edilməsini təsdiq edən sənəd əlavə edilməmişdir. Rəydə Bakı şəhəri, Lökbatan qəsəbəsində açıq ərazidə saxlanılan, “X17” MMC-yə məxsus qara metal (dəmir) qırıntısının (tullantısının) x xxxxxxx 2018-2019-cu illərdə mövcud olmuş qiymətinə münasibət bildirilmişdir. Lakin, X17" MMC-yə məxsus Bakı şəhəri, Lökbatan qəsəbəsində obyekt qeydiyyata alınmamışdır. Rəydə ekspert tərəfindən “X17” MMC-yə məxsus açıq torpaq sahəsində saxlanılan qırıntı və tullantıların növləşdirmə xərci, nəqliyyat xərci, doğrama xərci, yükləmə üçün fəhlə xərci və sair xərclərin tələb olunduğunu göstərməklə və bu da qəbul qiymətinin təxminən 25%-ni təşkil etdiyini göstərmiş, respublika ərazisində fəaliyyət göstərən metal qırıntısı (tullantısı) qəbulu məntəqələrində mövcud olan qiymətlərdən, tələb və təklifdən, eləcədə qiymətə təsir edən digər amillərdən asılı olaraq müəyyən edilmiş qiymətdə qismən dəyişiklik olmasının istisna edilmədiyi göstərilmişdir. “X5” MMC-nin eksperti X1 tərəfindən verilmiş rəydə “X17” MMC-yə məxsus metal qırıntısının (tullantısının) satışını deyil, qəbul məntəqələrində metal qırıntısının (tullantısının) qəbul qiymətini göstərmişdir. Qırıntı və tullantıların növləşdirmə xərci, nəqliyyat xərci, doğrama xərci, yükləmə üçün fəhlə xərci kimi yaranmış təxminən xərclər satış qiymətinə deyil müəssisənin çəkdiyi xərclərə aid edilməlidir. Ekspert tərəfindən verilmiş rəydə qara metal (dəmir) qırıntısının (tullantısının) 1 tonunun qiyməti fakta deyil etimallara əsasən müəyyən edilmişdir. “X14” MMC tərəfindən müxtəlif dövlət müəssisə və təşkilatlarından nağdsız qaydada bağlanılmış müqavilə əsasında metal qırıntılarını alaraq "xxxx“ şirkətinin Azəırbaycan Respublikasındakı filialına (VÖEN **********), "xxxx" ASC-yə (VÖEN **********), "xxxx" ASC-yə (VÖEN **********) satmışdır. Bütün bunları nəzərə alaraq, “X5” MMC-nin eksperti X1 tərəfindən verilmiş rəydə göstərilənlərin “X17” MMC tərəfindən qara metal qırıntılarının satışı zamanı satış qiymətlərə aid edilə bilməz. Göründüyü kimi ekspert tərəfindən qeyd edilən iş üzrə materiallar tam, hərtərəfli araşdırılmamış və əssasız rəy verilmişdir. “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Qanunun 13-cü maddəsinə əsasən ekspertin üzərinə təqdim edilmiş obyektlərin və iş üzrə materialların tam və hərtərəfli tədqiqatını aparmaq və qoyulmuş suallar üzrə əsaslandırılmış və obyektiv rəy vermək vəzifəsi qoyulmuşdur. Eyni zamanda, həmin qanunun 26-cı maddəsinə əsasən ekspert rəyində məhkəmə ekspertizasının aparılması üçün məhkəmə ekspertinə təqdim edilmiş tədqiqat obyektləri və iş üzrə materiallar, istifadə edilən metodlar göstərilməklə tədqiqatın məzmunu və nəticələri, tədqiqatın nəticələrinin qiymətləndirilməsi, qoyulmuş suallar üzrə yekun nəticələrinin əsaslandırılması əks olunmalıdır. İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Yuxarıda göstərilənləri nəzərə alaraq xx xxxxxxxx 2020ci il tarixli 346 nömrəli ekspert rəyinin mötəbər sübut kimi qiymətləndirilməməsini məhkəmədən xahiş edirik. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 5 saylı Ərazi Vergilər İdarəsinin məhkəməyə göndərdiyi xx xxxx 2021-ci il tarixli, **********242700 nömrəli ekspert rəyinə münasibət məktubunda qeyd edilmişdir ki, iddiaçı “X14” MMC (VÖEN **********) 5 saylı Ərazi Vergilər İdarəsinə qarşı “vergi qanunvericiliyinin pozulmasına görə vergi məsuliyyətinə cəlb edilməsi barədə xx.xx.2020-ci il tarixli **********138911 nömrəli Qərar”ın ləğv edilməsi barədə iddia tələbi ilə Şirvan inzibati Məhkəməsinə müraciət etmişdir. Qeyd edilən iş üzrə Şirvan İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(120)-1461.2020 nömrəli qərardadı ilə iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir. Qeyd edilən məhkəmə qərardadına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən ekspertiza tədqiqatının nəticəsi olaraq xx xxxxxx 2021-ci il tarixli 9/5877 nömrəli məhkəmə mühasibatlıq ekspertizası üzrə ekspert rəyi tərtib edilmişdir. Cavabdeh məhkəmə ekspertizasının xx xxxxxx 2021-ci il tarixli 9/5877 nömrəli rəyi ilə razılaşmır və bunu aşağıdakılarla əsaslandırır: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin aparıcı ekspertləri İİ dərəcəli ədliyyə qulluqçusu X10 və İİ dərəcəli ədliyyə qulluqçusu X12 tərəfindən təqdim edilmiş rəyə ekspertin bilik səviyyəsinin müəyyən edilməsini təsdiq edən sənəd əlavə edilməmişdir. Rəydə Bakı şəhəri, Lökbatan qəsəbəsində açıq ərazidə saxlanılan, “X17” MMC-yə məxsus qara metal (dəmir) qırıntısının (tullantısının) x xxxxxxx 2018- 2019-cu illərdə mövcud olmuş qiymətinə münasibət bildirilmişdir, lakin X17” MMC-yə məxsus Bakı şəhəri, Lökbatan qəsəbəsində obyekt qeydiyyata alınmamışdır. Rəydə ekspert tərəfindən “X17” MMC-yə məxsus açıq torpaq sahəsində saxlanılan qırıntı və tullantıların növləşdirmə xərci, nəqliyyat xərci, doğrama xərci, yükləmə üçün fəhlə xərci və sair xərclərin tələb olunduğunu və bunun da qəbul qiymətinin təxminən 25%-ni təşkil etdiyini göstərmişdir. Rəydə Respublika ərazisində fəaliyyət göstərən metal qırıntısı (tullantısı) qəbulu məntəqələrində mövcud olan qiymətlərdən, tələb və təklifdən, eləcədə qiymətə təsir edən digər amillərdən asılı olaraq müəyyən edilmiş qiymətdə qismən dəyişiklik olmasının istisna edilmədiyi göstərilmişdir. Azərbaycan Respublikası Ədliyyə nazirliyi Məhkəmə ekspertizasının aparıcı ekspertləri İİ dərəcəli ədliyyə qulluqçusu X10 və İİ dərəcəli ədliyyə qulluqçusu X12 tərəfindən verilmiş rəydə “X17” MMC-yə məxsus metal qırıntısının (tullantısının) satışını deyil qəbul məntəqələrində metal qırıntısının (tullantısının) qəbul qiymətini göstərmişdir. Qırıntı və tullantıların növləşdirmə xərci, nəqliyyat xərci, doğrama xərci, yükləmə üçün fəhlə xərci kimi yaranmış təxminən xərclər satış qiymətinə deyil müəssisənin çəkdiyi xərclərə aid edilməlidir. Ekspert tərəfindən verilmiş rəydə qara metal (dəmir) qırıntısının (tullantısının) 1 tonunun qiyməti fakta deyil etimallara əsasən müəyyən edilmişdir. “X14” MMC tərəfindən müxtəlif dövlət müəssisə və təşkilatlarından nağdsız qaydada bağlanılmış müqavilə əsasında metal qırıntılarını alaraq "xxxx" Şirkətinin Azəırbaycan Respublikasındakı Filialına (VÖEN **********), "xxxx"ASC-yə (VÖEN **********), "xxxx" ASC-yə (VÖEN **********) satmışdır. Bütün bunları nəzərə alaraq, Azərbaycan Respublikası Ədliyyə nazirliyi Məhkəmə ekspertizasının aparıcı ekspertləri İİ dərəcəli ədliyyə qulluqçusu X10 və İİ dərəcəli ədliyyə qulluqçusu X12 tərəfindən verilmiş rəydə göstərilənlərin “X17” MMC tərəfindən qara metal qırıntılarının satışı zamanı satış qiymətlərə aid edilə bilməz. Göründüyü kimi ekspert tərəfindən qeyd edilən iş üzrə materiallar tam, hərtərəfli araşdırılmamış və əssasız rəy verilmişdir. “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Qanunun 13-cü maddəsinə əsasən ekspertin üzərinə təqdim edilmiş obyektlərin və iş üzrə materialların tam və hərtərəfli tədqiqatını aparmaq və qoyulmuş suallar üzrə əsaslandırılmış və obyektiv rəy vermək vəzifəsi qoyulmuşdur. Eyni zamanda, həmin qanunun 26-cı maddəsinə əsasən ekspert rəyində məhkəmə ekspertizasının aparılması üçün məhkəmə ekspertinə təqdim edilmiş tədqiqat obyektləri və iş üzrə materiallar, istifadə edilən metodlar göstərilməklə tədqiqatın məzmunu və nəticələri, tədqiqatın nəticələrinin qiymətləndirilməsi, qoyulmuş suallar üzrə yekun nəticələrinin əsaslandırılması əks olunmalıdır. İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Yuxarıda göstərilənləri nəzərə alaraq xx xxxxxx 2021-ci il tarixli 9/5877 nömrəli ekspert rəyinin mötəbər sübut kimi qiymətləndirilməməsini məhkəmədən xahiş edirik. İş materiallarında olan X2 xx xxxxxxxx 2020-ci il tarixli, 346 saylı ekspert rəyinin nəticə hissəsində qeyd olunmuşdur ki, Bakı şəhəri, Lökbatan qəsəbəsində açıq ərazidə saxlanılan, “X14” MMC-yə məxsus qara metal (dəmir) qırıntısının (tullantısının) 1 tonunun qiyməti 2018-ci il üçün təqribən 96 (doxsan altı) manat, 2019-cu il üçün isə təqribən 98,00 (doxsan səkkiz) manat müəyyən edilir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 9/5877 saylı ekspert rəyinin nəticə hissəsində aşağıdakılar qeyd olunmuşdur: Məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə: Ekspertiza təyini haqqında qərardadda və iş materiallarında qeyd edilən 1 ton qara metal olan dəmirin qırıntı kimi xx.xx.2018-xx.xx.2019-cu il tarixlərə olan orta bazar alış qiyməti nəzəri qaydada təxminən 100,00 (1000,00 kq x 0,10 manat) manat müəyyən edilir. Məhkəmə-mühasibat ekspertizası üzrə: Rəyin tədqiqi hissəsində göstərildiyi kimi, ekspert rəyi ilə müəyyən olunmuş bazar qiymətləri Vergi Məcəlləsinin 14.3.3-cü maddəsində nəzərdə tutulmuş tələbi (bazarda eyni (analoji) mal (iş, xidmət) üçün müvafiq əməliyyatlar zamanı təşəkkül tapan qiymətlərin səviyyəsindən 30 faizdən çox (aşağı və yuxarı) fərqlənmək) aşmır. Məcəllənin 14.2-ci maddəsinə görə bu maddədə başqa hal nəzərdə tutulmamışdırsa, vergitutma məqsədləri üçün malların (işlərin, xidmətlərin) qiyməti tərəflərin əməliyyatda (əqddə) təsbit etdikləri qiymət qəbul edilir. Belə olduğu halda yoxlanılan dövr ərzində «X14» MMC tərəfindən təqdim olunan qiymətlər vergitutma məqsədləri üçün əsas kimi götürülməli idi. Yəni, təqdim edilmiş iş materiallarında olan sənədlər əsasında vergi ödəyicisi tərəfindən aparılmış əməliyyatlara görə dövlət büdcəsinə hesablanmalı olan vergilərlə bağlı kənarlaşma müəyyən edilmir. Lakin ekspert qarşısında “X14” MMC tərəfindən xx.xx.2018-xx.xx.2019-cu illərdə satılan qara metal (dəmir) qınntısının (tullantısının) 1 tonunun həmin illər üzrə satışının bazar qiyməti müəyyən edildikdən sonra, müəssisənin vergi borcu yaranırmı, əgər yaranırsa vergi borcu və ona hesablanmış maliyyə sanksiyasının nə qədər təşkil etməsi sualları qoyulduğundan, hazırki təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyinin nəticəsinə əsasən səyyar vergi yoxlamasının əhatə etdiyi xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövr üzrə “X14” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən aparılmış əməliyyatlara görə 105732,0 manat məbləğində əlavə dəyər vergisinin və 105702,67 manat məbləğində mənfəət vergisinin dövlət büdcəsinə az hesablanması müəyyən edilir. Məhkəmə araşdırması zamanı işin faktiki hallarından və iş materiallarında olan sənədlərdən, o cümlədən tərəflərin verdiyi izahatlardan müəyyən olunur ki, cavabdeh 5 saylı Ərazi Vergilər İdarəsinin “səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2020-ci il tarixli **********196880 saylı qərarına əsasən iddiaçı “X14” MMC-nin xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan fəaliyyət dövrü üzrə növbəti səyyar vergi yoxlamsı aparılmışdır. Aparılmış yoxlamanın nəticələrinə dair xx.xx.2020-ci il tarixli **********197541 nömrəli Səyyar vergi yoxlaması AKT-ı tərtib edilmişdir. Həmin aktdan görünür ki, yoxlama xx.xx.2020-ci il tarixdə başlamış və xx.xx.2020-ci il tarixdə başa çatdırılmışdır. Həmin aktdan həmçinin görünür ki, cavabdeh 5 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2020-ci tarixli **********198730 nömrəli Qərarına əsasən “X14” MMC-nin vergi yoxlamasının əhatə etdiyi dövr ərzində (xx.xx.2018-xx.xx.2019) metal qırıntılarının satışının bazar qiymətlərinin müəyyən edilməsi məqsədi ilə “xxxx” MMC Konsaltinq və qiymətləndirmə şirkətindən ekspert dəvət edilmidir. Həmin ekspert tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli rəyə əsasən yoxlanılan dövr ərzində “X14” MMC tərəfindən satılmış metal qırıntılarının satış qiyməti 1 ton qara metal üçün 2018-ci ilin son rübübndə ortalama 128,0 AZN (ƏDV-li), 2019-cu il üzrə isə ortalama 130,0 (ƏDV-li) AZN təşkil edir. Cabvabdeh 5 saylı Ərazi Vergilər İdarəsinin həmin aktı və aktda göstərilən ekspert rəyini rəhbər tutub, xx.xx.2020-ci il tarixdə “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli **********138911 nömrəli Qərar qəbul etmişdir. İddiaçı verginin bu qaydada hesablanmasına etiraz edir və qəbul edilmiş həmin qərarın ləğv edilməsini məhkəmədən xahiş edir. Məhkəmə müəyyən edilmiş işin faktiki hallarına, iddiaçının dəlillərinə və cavabdehin etirazının əsaslarına aşağıdakı hüquq normaları baxımından qiymətləndirməyi zəruri hesab edir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, bazar qiyməti malın (işin, xidmətin) tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti deməkdir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə, bu maddədə başqa hal nəzərdə tutulmamışdırsa, vergitutma məqsədləri üçün malların (işlərin, xidmətlərin) qiyməti tərəflərin əməliyyatda (əqddə) təsbit etdikləri qiymət qəbul edilir. Əks hal sübuta yetirilmirsə, bu qiymət bazar qiyməti kimi qəbul edilir. Həmin Məcəllənin 14.3-cü maddəsinə görə isə bazar qiyməti nəzərə alınmaqla vergilərin hesablanması aşağıdakı hallarda həyata keçirilə bilər: barter (mal mübadiləsi), idxal-ixrac əməliyyatları aparıldıqda (14.3.1.); təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı olan şəxslər arasında həyata keçirildikdə (14.3.2.); 30 gün ərzində vergi ödəyicisinin eyni xüsusiyyətli və ya eyni cinsli mallara (işə, xidmətə) tətbiq etdikləri qiymətlərin səviyyəsi 30 faizdən çox (aşağı və yuxarı) dəyişdikdə (14.3.3.); müəssisənin əmlakı qalıq dəyərindən artıq qiymətə sığortalandığı halda (14.3.4.); bu Məcəllənin 124.4-cü maddəsinə müvafiq olaraq daşınmaz əmlakın (yaşayış fondu istisna olmaqla) vergitutma məqsədləri üçün aylıq icarə haqqının məbləğinin müəyyən edilməsi zərurəti yarandıqda (14.3.5). (14.3.5-ci maddə Vergi Məcəlləsinə xx xxxxxx 2012-ci il tarixli 509-İVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə əlavə edilmiş və xx xxxxxx 2013-cü il tarixdən qüvvəyə minmişdir). Həmin Məcəllənin 14.9-cu maddəsinə əsasən malın (işin, xidmətin) bazar qiyməti müəyyənləşdirilərkən və təsbit olunarkən malın (işin, xidmətin) bazar qiymətləri və birja kotirovkaları haqqında rəsmi məlumat mənbələrindən, dövlət və yerli hakimiyyət orqanlarının məlumat bazalarından, vergi ödəyicilərinin dövlət vergi orqanlarına verdikləri məlumatlardan, yaxud reklam mənbələrinin məlumatından və digər müvafiq məlumatlardan istifadə edilir. Həmin Məcəllənin 14.6.3-cü maddəsinə əsasən, eyni xüsusiyyətli və ya eyni cinsli mallarla (işlərlə, xidmətlərlə) müvafiq əmtəə (iş, xidmət bazarında heç bir əməliyyat aparılmadıqda, rəsmi və açıq mənbələrdən bu malların (işlərin, xidmətlərin) bazar qiymətləri haqqında məlumat toplamaq mümkün olmadıqda, digər qiymətləndirmə üsullarından istifadə edilməsi nəzərdə tutulur. İş materiallarından göründüyü kimi, vergi orqanı xx.xx.2020-ci il tarixli **********196880 saylı qərara əsasən xx.xx.2020-ci il tarixdən səyyar vergi yoxlamasına başlamış, xx.xx.2020-ci il tarixdə isə ekspertiza keçirilməsi barədə qərar qəbul etmişdir. Lakin cavabdeh ekspertiza təyin edənədək iddiaçı tərəfindən satılan qara metal (dəmir) qırıntılarının qiymətinin müəyyənləşdirilməsi istiqamətində hər hansı tədbir görməmiş, hər hansı araşdırma aparmamışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü maddəsinin tələbləri birbaşa ekspertiza təyin edilərək ekspert cəlb edilməsini nəzərdə tutmur. Vergi orqanı ilk növbədə Vergi Məcəlləsinin 14.4-cü maddəsini tətbiq etməli və bu üsuldan istifadə etməklə qiymətin aşkar olunması mütləq bütün hallarda nəticə vermədiyi halda, bazar qiymətinin müəyyən edilməsi üçün növbəti mərhələyə keçməli idi. Beləliklə də məhkəmə yalnız ekspert rəyinə istinad etməklə vergi orqanının iddiaçıya əlavə vergi öhdəliyinin müəyyən etməsi ilə bağlı gəldiyi nəticəni əsaslı hesab etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxx 2012-ci il tarixli qərarında göstərilir ki, Mülki Məcəllənin 390-cı maddəsində müəyyən edilən müqavilə azadlığı Konstitusiyanın 29-cu və Mülki Məcəllənin 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət, eləcə də Konstitusiyanın 59-cu maddəsində təsbit edilmiş azad sahibkarlıq hüquqlarının reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Sözügedən müddəa ilə fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Müqavilə azadlığının məzmununu formalaşdıran elementlər sırasında seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən müvafiq qiymətləri müəyyən etmək azadlığını qeyd etmək olar. Bu azadlıqları mülki dövriyyə iştirakçılarına təqdim edərkən qanunvericilik hüququn ümumi prinsipinə müvafiq olaraq onların vicdanlı olmaları ehtimalından çıxış etmişdir. Əks hal sübut edilməyənə qədər hər kəsin hərəkətlərinin düzgün olmasını nəzərdə tutan vicdanlılıq prezumpsiyası fundamental hüquqi prezumpsiyalardan biridir (quivis praesumitur bonus dones probetur contrarium). Məhz bu prezumpsiyadan çıxış edərək, Vergi Məcəlləsinin 14.2-ci maddəsi müəyyən edir ki, bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergitutma məqsədləri üçün malların (işlərin, xidmətlərin) qiyməti tərəflərin əməliyyatda (əqddə) təsbit etdikləri qiymət qəbul edilir. Əks hal sübuta yetirilmirsə, bu qiymət bazar qiyməti kimi qəbul edilir. Əks halın, yəni nəticə etibarilə, mülki hüquqdan sui-istifadənin sübuta yetirilməsi, bununla da sözügedən prezumpsiyanın təkzib edilməsi isə vergi orqanının üzərinə düşür. Həmçinin, “Tənzimlənən qiymətlər haqqında” xx xxx 2003-cü il tarixli Azərbaycan Respublikası Qanununa əsasən, qanunverici bazar qiyməti dedikdə, ekspert rəyi ilə müəyyən olunan qiyməti deyil, tələb və təklif əsasında tərəflərin qarşılıqlı razılığı ilə müəyyən olunan qiyməti nəzərdə tutur və bazar münasibətləri iştirakçıları yalnız qiymətləri dövlət tərəfindən tənzimlənən malları müəyyən olunan qiymət əsasında realizə edə bilərlər. Qalan hallarda onlar satış qiymətini müəyyən etməkdə sərbəstdirlər. Real bazar qiyməti alıcının təklif etdiyi və satıcıya sərf edən qiymətdir. Məhkəmə yuxarıda qeyd edilən hüquq normalarını hazırkı işin müəyyən edilmiş faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, vergi orqanı tərəfindən bu halların heç biri üzrə araşdırma aparılmamış, əksinə hüquq normalarının tələbinə zidd şəkildə iddiaçının satdığı məhsulun (qara metal qırıntılarının) bazar qiymətinin müəyyən edilməsindən ötrü birbaşa ekspertiza təyin edilmiş və həmin ekspert rəyinin nəticəsinə uyğun əsassız vergi hesablanmışdır. Vergi orqanının yuxarıda qeyd olunan hüquq normalarına əməl etməməsi onunla sübut olunur ki, vergi orqanı tərəfindən yoxlama başlanılan tarixdən ekspertizanın təyin edilməsinədək Vergi Məcəlləsinin 14-cü maddəsində nəzərdə tutulan ardıcıllıq üzrə iddiaçı tərəfindən satılan qara metal (dəmir) qırıntılarının bazar dəyərinin müəyyən edilməsi istiqamətində hər hansı tədbir görülməmişdir. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14.6.3-cü maddəsinin tələbinə əsasən, eyni xüsusiyyətli və ya eyni cinsli mallarla (işlərlə, xidmətlərlə) müvafiq əmtəə (iş, xidmət bazarında heç bir əməliyyat aparılmadıqda, rəsmi və açıq mənbələrdən bu malların (işlərin, xidmətlərin) bazar qiymətləri haqqında məlumat toplamaq mümkün olmadıqda, digər qiymətləndirmə üsullarından istifadə edilməsi nəzərdə tutulur. İş materiallarında eyni növ məhsulları alan və satan, iddiaçı kimi fəaliyyət göstərən heç bir analoji vergi ödəyicisinin məlumatı yoxdur. İnzibati orqanın qərarında onun bazar qiymətinin tətbiq etməsinin hər hansı konkret əsası – metal qırıntılarının satıldığı gündən 30 gün ərzində metal qırıntılarının daha baha qiymətə satılması barədə sənədlər, faktlar və ya sübutlar göstərilməmişdir. Ümumiyyətlə, vergi orqanı vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmamış, yalnız vergi ödəyicisinin vəziyyətinin ağırlaşmasına yönəlmiş sübutları mötəbər sübut kimi qiymətləndirərək əsassız vergi hesablamışdır. Bununla belə iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 9/5877 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, 1 ton qara metal olan dəmirin qırıntı kimi xx.xx.2018-xx.xx.2019-cu il tarixlərə olan orta bazar alış qiyməti nəzəri qaydada təxminən 100,00 (1000,00 kq x 0,10 manat) manat müəyyən edilir. Rəyin tədqiqi hissəsində göstərildiyi kimi, ekspert rəyi ilə müəyyən olunmuş bazar qiymətləri Vergi Məcəlləsinin 14.3.3-cü maddəsində nəzərdə tutulmuş tələbi (bazarda eyni (analoji) mal (iş, xidmət) üçün müvafiq əməliyyatlar zamanı təşəkkül tapan qiymətlərin səviyyəsindən 30 faizdən çox (aşağı və yuxarı) fərqlənmək) aşmır. Belə olduğu halda yoxlanılan dövr ərzində «X14» MMC tərəfindən təqdim olunan qiymətlər vergitutma məqsədləri üçün əsas kimi götürülməli idi. Yəni, təqdim edilmiş iş materiallarında olan sənədlər əsasında vergi ödəyicisi tərəfindən aparılmış əməliyyatlara görə dövlət büdcəsinə hesablanmalı olan vergilərlə bağlı kənarlaşma müəyyən edilmir. Məhkəmə hesab edir ki, vergi orqanı tərəfindən yoxlama dövrü (xx.xx.2018xx.xx.2019) ərzində iddiaçı tərəfindən satılmış 1 ton qara metal qırıntıları üçün bazar qiymətinin həmin dövr üçün mövcud olan bazar qiymətinin 30%-dən az olması sübuta yetirilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, vergi ödəyicisi (iddiaçı) vergi məsuliyyətinə cəlb edilməsinə əsas olmuş qərarın ləğv edilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən heç bir şəxs əldə etdiyi mənfəətdən (gəlirdən) eyni növ vergini bir dəfədən artıq ödəməyə məcbur edilə bilməz (maddə 3.5). Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergi ödəmək vəzifəsi qoyula bilməz (maddə 3.8). Vergilər haqqında qanunvericilik elə tərzdə formalaşdırılmalıdır ki, hər kəs hansı vergiləri, hansı qaydada, nə vaxt və hansı məbləğdə ödəməli olduğunu dəqiq bilsin (maddə 3.9). Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları vergi ödəyicisinin xeyrinə şərh edilməlidir (maddə 3.11). Vergi orqanları vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur (maddə 24.0.2). Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vəzifəsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur (maddə 53.3). Vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsinin olmaması vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb olunmanı istisna edən haldır (maddə 54.0.1). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Vergi qanunvericiliyinin iqtisad məhkəmələri tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında" xx xxxxxx 2003-cü il tarixli qərarında məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.11-ci maddəsinə əsasən, vergilərlə bağlı işlərə baxılarkən iş üzrə aydın olmayan, vergi orqanı tərəfindən aydınlaşdırılması mümkün olmayan məqamlar, vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan halları, habelə vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda onlar vergi ödəyicisinin xeyrinə şərh olunmalıdır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə 62.1-ci maddəsinə əsasən hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra– Azərbaycan Respublikasının İPM) 2.2.1-ci maddəsinə görə, inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. İnzibati icraat haqqında Azərbaycan Respublikasının Qanununun 2.0.11-ci maddəsinə görə, əlverişsiz (yükləyici) inzibati akt-maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. Azərbaycan Respublikasının İPM-nin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin tələblərinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunda nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən inzibati icraatın başlanması üçün əsaslardan biri də fiziki və ya hüquqi şəxsin inzibati orqana ünvanlanmış ərizəsidir. İnzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Həmçinin, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan işin faktiki hallarının müəyyən olunması üçün yararlı və zəruri hesab etdiyi sübutları müstəqil şəkildə toplayır və nəzərə alır. Səlahiyyətli inzibati orqanda ərizənin və ya müraciətin qeydiyyata alındığı vaxtdan ən geci 30 gün müddətində həmin inzibati orqan inzibati aktın qəbul edilməsi və ya onun qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul etməlidir. İnzibati orqan yazılı inzibati aktı yazılı şəkildə əsaslandırılmalı və əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. (Qeyd edilən Qanunun 28.1, 21.2, 24.1, 45.1, 52.1, 61.1-ci mad.) «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 67.1-ci maddələrinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Azərbaycan Respublikasının İPM-nin 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Azərbaycan Respublikasının İPM-nin 14.1-cü maddəsinə görə mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Qanunvericiliyin qeyd edilən tələblərinə əsasən inzibati orqan inzibati aktın qəbulunu zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsini daşıyır. Lakin, cavabdeh tərəf şifahi məhkəmə baxışında qeyd edilən hallarla bağlı sübutetmə vəzifəsini həyata keçirə bilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin 1-ci bəndinə əsasən, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikasının İPM-nin 4.1-ci maddəsinə görə, inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 5 saylı Ərazi Vergilər İdarəsinin “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli, **********138911 saylı qərarı ləğv edilməlidir. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tətqiqatın dəyəri 100 (yüz) manatdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən prosessual xərclər cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 5 saylı Ərazi Vergilər İdarəsindən tutulmalıdır. İş üzrə digər prosessual xərclər yoxdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 115.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 32, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 5 saylı Ərazi Vergilər İdarəsinin “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli, **********138911 saylı qərarı ləğv edilsin. İş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə görə 100 (yüz) manat ekspertiza tədqiqatının dəyəri cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 5 saylı Ərazi Vergilər İdarəsindən tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X4, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ******************** SWİFT BİK CTREAZ 22. Hesab № AZ43CTRE********************) köçürülsün. Qərardan tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. Sədrlik edən Samir Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar