Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1652/2024 29.03.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hаkim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası üzrə inzibati işə 29 mart 2024-cü il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun yarandığı xx.xx.2021-ci il tarixdən, 57 yaşdan “Əmək pensiyaları haqqında” Qanununun 9.8-ci maddəsinə əsasən xx.xx.2006-cı il tarixə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən pensiya təyin edilməsinin və ödənilməmiş dövrlərin pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək Əhalinin Sosial Müdafıəsi Nazirliyi yanında Dövlət Sosial Müdafıə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1964-cü il tarixdə Əli Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuşdur. O, 1979-1981-ci ilə (1 il 08 ay 07 gün) kimi “M.Müşfıq adına kolxozda”, 1981-xx.xx.1981-ci ilə (07 ay 28 gün) kimi “1 May kolxozunda”, xx.xx.1981-xx.xx.1982-ci ilə (01 il 04 ay 17 gün) Əli Bayramlı 15 saylı Yol- Tikinti İdarəsində “asfalt, beton bişirən fəhlə” işləmiş, xx.xx.1982-xx.xx.1984-cü ilə (02 il 7 gün) kimi hərbi xidmətdə olmuş, xx.xx.1984-xx.xx.1996-cı ilə (11 il 03 ay 28 gün) kimi həmin idarədə “asfalt-betonçu”, xx.xx.1996-xx.xx.1997-ci ilə (01 il 23 gün) kimi “Əli Byramlı şəhər polis şöbəsi”nin mühafizə bölməsində “gözətçi”, xx.xx.1997-xx.xx.2000-ci ilə (03 il 16 gün) kimi, xx.xx.2000-xx.xx.2007-ci ilə (05 il 25 gün-xx.xx.2006-cı ilə kimi) kimi “X8-piy” Kombinatında və “X8-piy” ATSC-də “gözətçi” vəzifələrində işləmişdir. İşlədiyi vəzifələrdən xx.xx.1982-ci ilə (01 il 04 ay 17 gün) Əli Bayramlı 15 saylı Yol-Tikinti İdarəsində “asfalt, beton bişirən fəhlə” və xx.xx.1984-xx.xx.1996-ci ilə (11 il 03 ay 28 gün) kimi həmin idarədə “asfalt-betonçu” vəzifələri zərərli və ağır iş stajı olduğuna görə hesab edir ki, ona “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən xx.xx.2006cı il tarixə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən xx.xx.2021-ci il tarixdən, yəni 57 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməli idi. Çünki, onun xx.xx.2006-cı il tarixə kimi ümumi 26 il 02 ay 26 gün və 12 il 08 ay 15 gün güzəştli iş stajı vardır. O, cavabdehə ünvanladığı xx.xx.2022-ci il tarixli ərizəsinə şəxsiyyət vəsiqəsinin notarial təsdiq edilmiş sürətini, əmək kitabçasının əslini, arxiv arayışını, hərbi biletin notarial təsdiq edilmiş sürətini və güzəştli arayışları əlavə edərək ona “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən xx.xx.2006-cı il tarixə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmişdir. Lakin cavabdeh ona xx.xx.2023-cü il tarixli, 3-17-1/2-Ə-217818/2023 nömrəli məktubla cavab verərək xx.xx.2006-cı il tarixədək onun ümumi iş stajının olmasını qəbul etsə də, güzəştli iş stajının 12 il 06 aydan az (05 il 05 ay 22 gün (xx.xx.1990-xx.xx.1996-cı il tarixləri arasındakı dövr) təşkil etdiyini, qeyd olunanlara əsasən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyinatının qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmədiyini bildirmişdir. O, yuxarıda qeyd edilənlərə əsasən cavabdehin imtinasından narazı qaldığı üçün sosial təminat hüququnun bərpa edilməsi üçün məhkəmə müdafıəsinə söykənərək iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışdır. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən xx.xx.2006-cı il tarixə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən onun xx.xx.2006-cı il tarixə kimi ümumi 26 il 03 ay 01 gün və 12 il 08 ay 15 gün güzəştli iş stajı olduğu üçün hesab edir ki, ona xx.xx.2021-ci il tarixdən, yəni 57 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. Cavabdeh onun xx.xx.2006-cı il tarixə kimi güzəştli iş stajının 12 il 06 aydan az olduğuna əsas kimi xx.xx.1990-xx.xx.1996-cı il tarixləri arasındakı dövrləri təşkil etdiyindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. Lakin hesab edir ki, cavabdeh maddi hüquq normalarının tətbiqi baxımından səhvə yol verir. Cavabdehin onun ümumi iş stajını qəbul etdiyindən, ona görə də ümumi iş stajına olan hissəyə münasibət bildirmir, lakin cavabdehin onun güzəştli iş stajına olan münasibətinə gəldikdə isə onu bildirir ki, cavabdeh güzəştli iş stajının hesablanmasında səhvə yol vermişdir. Belə ki, cavabdeh onun xx.xx.2006-cı il tarixə kimi güzəştli iş stajının 12 il 06 aydan az, yəni 05 il 05 ay 22 gün (xx.xx.1990-xx.xx.1996-cı il tarixləri arasındakı dövrləri) təşkil etdiyini və imtinasında qeyd etdiyi dövrləri güzəştli iş stajı kimi qəbul etmiş, lakin digər dövrləri güzəştli iş stajı kimi qəbul etməmişdir. Lakin cavabdeh qeyd etmədiyi dövrləri güzəştli iş stajı kimi qəbul etmədiyini qanunvericiliyə əsasən şərh etsə də, amma onun işlədiyi xx.xx.1981-xx.xx.1982-ci ilə (01 il 04 ay 17 gün) Əli Bayramlı 15 saylı Yol-Tikinti İdarəsində “asfalt, beton bişirən fəhlə” və xx.xx.1984-xx.xx.1996-ci ilə (11 il 03 ay 28 gün) kimi həmin idarədə “asfalt-betonçu” vəzifələrini düzgün təfsir etməmişdir. Belə ki, cavabdeh onun xx.xx.1990-xx.xx.1996-cı il tarixləri arasındakı dövrləri, yəni “Əli Bayramlı (Şirvan) 15 saylı Yol-Tikinti İdarəsi”-də (onun hüquqi varisi sayılan Əli Bayramlı 3 saylı Yol-Tikinti İdarəsi və X9-Tikinti-3 ATSC) “aslalt-beton bişirən fəhlə” vəzifəsində işlədiyini qəbul etsə də, həmin idarədə işlədiyi eyni vəzifədəki digər illəri qəbul etməməsinin səbəbini onunla əsaslandırmışdır ki, ona verilmiş "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli, 12 №-li arayışda xx.xx.1981-xx.xx.1982-ci ilə (01 il 04 ay 17 gün) “fəhlə” və xx.xx.1984-xx.xx.1988-ci tarixləri arasındakı dövr ərzində sözügedən müəssisədə “fəhlə”, xx.xx.1984-xx.xx.1996-cı ilə (11 il 03 ay 28 gün) “asfalt-betonçu” vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 №-li Siyahısı”-nın Tikinti materialları istehsalı bölməsinin (XVİİ) fəhlələr (a) bəndində 2180900a-12084 kodu üzrə bişirmə qazanının yükləyiciləri peşəsi nəzərdə tutulduğundan, göründüyü kimi işlədiyi sahə sözügedən arayışda istinad olunan yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan tikinti materialları istehsalı sahəsinə, fəhlə vəzifəsi isə bişirmə qazanının yükləyiciləri vəzifəsinə uyğun deyil. Cavabdehin imtina məktubundan göründüyü kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 №-li Siyahısı”-nın Tikinti materialları istehsalı bölməsinin (XVİİ) fəhlələr (a) bəndində 2180900a-12084 kodu üzrə bişirmə qazanının yükləyiciləri peşəsinə istinad etməklə düzgün nəticəyə gəlməmişdir. Bunu onunla əsaslandırır ki, əvvəla cavabdehin imtina məktubunda qeyd etdiyi "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli, 12 №-li arayışda xx.xx.1981-xx.xx.1982-ci ilə (01 il 04 ay 17 gün) “fəhlə” və xx.xx.1984-xx.xx.1988-ci tarixləri arasındakı dövr ərzində sözügedən müəssisədə “fəhlə” vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 №-li Siyahısı”-nın XXVİİ. Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsində “a) bəndində fəhlələri xüsusi olaraq göstərərək və sonra fəhlələrə hansı vəzifə və peşələrin aid olduğunu, yəni onun işlədiyi “asfalt beton bişirənlər (2290000a—11141)” kodu ilə göstərilmişdir. Fəhlə sözü ifadə baxımından götürdükdə, mahiyyət baxımından bütün adda olan vəzifələr və peşələr daxildir ki, bunu da Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 saylı Qərarında xüsusi olaraq fəhlələri ayrıca bənddə, rəhbər və mütəxəssisləri isə ayrıca bənddə qeyd etmişlər. Bundan başqa cavabdehin istinad etdiyi digər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 №-li Siyahısı”-nın Tikinti materialları istehsalı bölməsinin (XVİİ) fəhlələr (a) bəndində 2180900a-12084 kodu üzrə bişirmə qazanının yükləyiciləri peşəsi, burada cavabdeh yanlış anlama gələrək onun vəzifəsini düzgün təfsir etməyərək qanunvericiliyin normasını səhv şərh etmişdir. Belə ki, cavabdeh onun işlədiyi vəzifələri Siyahısı”-nın Tikinti materialları istehsalı bölməsinin (XVİİ) fəhlələr (a) bəndində 2180900a-12084 kodu üzrə bişirmə qazanının yükləyiciləri peşəsinə istinad etməklə hər iki halda həm bölməni, həm də vəzifəni düzgün vurğulamamışdır. Çünki, onun işlədiyi vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 №-li Siyahısı”-nın XXVİİ. Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsində “a) bəndində aydın göstərilmiş və həmin vəzifələrin uyğunluğunu müəyyən etmək olur. Ona görə də cavabdehin istinad etdiyi siyahının Tikinti materialları istehsalı bölməsinin (XVİİ) fəhlələr (a) bəndində 2180900a-12084 kodu üzrə bişirmə qazanının yükləyiciləri peşəsi nə onun işlədiyi sahəyə, nə də ki, işlədiyi vəzifəyə uyğun gəlmədiyindən, hesab edir ki, cavabdehin imtinası da tamamilə əsassız və qanunsuz olmuşdur. Həmçinin qeyd edir ki, cavabdeh “İnzibati icraat haqqında” Qanununun tələblərinə əsasən imtinada işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutları, habelə inzibati akt qəbul edərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktları göstərməli idi. Bu səbəbdən də hesab edir ki, cavabdeh “İnzibati icraat haqqında” Qanunun 28.1, 21.2, 24.1, 45.1, 52.1 və 61.1-ci maddələrinin tələblərini kobud sürətdə pozmuşdur. Belə ki, Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericilklə müəyyən edilmiş tələblərə müvafıq sürətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Qanun qüvvəvə minənədək “Vətəndaşların pensiya təminatı haqqında” Qanunu qüvvədə olmuşdur. Belə ki, bu qərarın 23-cü, 25-ci bəndlərinə istinad olunan normalara uyğun olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanunvericiliyə əsasən həmin pensiyanm təyin edilməsi üçün tələb olunan tam əmək stajını, yəni həm ümumi və həm xüsusi stajı “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixə kimi qazanmış olsunlar. O, isə xx.xx.2006-cı il tarixə kimi 25 ildən artıq ümumi və 12 il 06 aydan çox xüsusi iş stajını qazanmışdır. Yuxarıda qeyd etdiyi hallarla bağlı Ali Məhkəmənin İK-nın qərarlarında öz əksini tapmışdır və həmin qərarlarda cavabdehin hüququ yaranmış şəxslərin pensiya kapitalının əmək pensiyasının təyin edilməsindən və müraciət etdiyi ərizədə şəxs hansı qanunvericiliyin normaları əsasında çıxmaq istədiyi, lakin inzibati orqanın imtinası ilə bağlı istinad etdiyi normaya aydınlıq gətirilmişdir (Misal: Ali Məhkəmənin İK-nın xx.xx.2021-ci il tarixli, 2-1 (102)-1807/2021 saylı Qərar). “İnsan hüquqları haqqında” Ümumi Bəyənnamənin 22-ci maddəsinə uyğun olaraq, hər bir insanın cəmiyyətin bir üzvü kimi sosial təminat, milli səylər və beynalxalq əməkdaşlıq əsasında, hər - bir ölkənin strukturuna və ehtiyatlarına müvafıq olaraq, ləyaqətin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zərərli olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. “Andreyeva Latviyaya qarşı” işində İnsan Hüquqları üzrə Avropa Məhkəməsi birmənalı olaraq hesab etmişdir ki, dövlət pensiya proqramını tətbiq etməyə başlayanda, ondan irəli gələn şəxsi hüquqlar və maraqlar, pensiya ödənişləri etməsindən və pensiya proqramının maliyyələşmə vəsaitlərinin asılı olmayaraq, 1 saylı Protokolun 1-ci maddəsi ilə əhatə edilmişdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının 5-ci maddəsinə əsasən hər bir şəxsin pensiya seçmək hüququ vardır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən bu qanunun qüvvəyə mindiyi gündən bu qanunun 9cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiyalar yaşa və staja görə əvvələr qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafıq surətdə təyin edilir. Azərbaycan Respublikası D.S.M.F. tərəfındən təsdiq olunaraq xx.xx.2010-cu il 4027 saylı şəhadətnamə ilə normativ hüquqi akt kimi Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 2.1.8-ci bəndində göstərilmiş «misalda» da pensiya hüququnun yaranması üçün tələb olunan üç hüquqi faktdan ikisinin - ümumi və güzəştli əmək stajının «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasımn Qanunu və bu Qanuna xx.xx.1997-ci il tarixli, 321-İQD saylı Qanunla edilmiş dəyişikliyin qüvvədə olduğu dövrdə yaranması, 3-cü hüquqi faktın - yaşın isə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasınm Qanunu qüvvəyə mindiyi vaxtdan sonra yaranması halında da güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranmasım bir daha təsdiqləmişdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa xx.xx.2017-ci il tarixdən edilmiş dəyişiklər onun hüquqi vəziyyətini ağırlaşdırdığından Azərbaycan Respublikası Konstitusiyanm 149-cu maddəsinin Vİİ-ci bəndinin tələblərini rəhbər tutaraq hesab edir ki, qeyd edilən dəyişiklər ona münasibətdə tətbiq edilməməli, hazırkı mübahisəyə onun 57 yaşdan tamam olduğu, lakin «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 9.8-ci maddəsinə görə xx.xx.2006-cı ilə kimi qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanununa əsasən qazanmış olduğu timumi və xüsusi əmək stajına dair olaraq müəyyən edilməklə qüvvədə olmuş qanunvericilk normaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 149-cu maddəsinin Vİİ-ci bəndinə əsasən fıziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Belə ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququ xx.xx.2017-ci il tarixdən yaranmasına baxmayaraq, lakin Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən xx.xx.2006-cı il tarixə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun birmənalı olaraq tətbiq edilir. Belə ki, Azərbaycan Respublikası ”Əmək pensiyaları haqqında” Qanununun 9.8-ci maddəsinə əsasən xx.xx.2006-cı il tarixə kimi qüvvədə olmuş “Vətəndaşlarm pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiyaya çıxan şəxs kimi müəyyən edilməklə əmək pensiyası təyin edilməlidir. Eyni zamanda, Azərbaycan Respublikası Dövlət Sosial Müdafıə Fondunun Kollegiyasının 17 saylı, xx.xx.2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyasının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının təsdiq edilməsi barədə Qərarının 2.1.6-cı bəndində göstərilir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüquqi olan digər şəxslərin Qanunun 9.1-9.8-ci maddələrində nəzərdə tutulmuş şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qaydaların 2.1.8-ci bəndinə əsasən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 9.8-ci maddəsinə əsasən Qanunun qüvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafıq sürətdə təyin edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasınm Qanununun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusi ilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» üzrə, həmin «Siyahı» təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusi ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» və «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericliklə müəyyən edilmiş tələblərə müvafıq sürətdə o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanunvericiliyə əsasən güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarıxədək qazanmış olsunlar. “Əmək pensiyaları haqqında” Qanunun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasınm məbləği müddətindən asılı olmayaraq ödənilir. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən inzibati icraatın başlanması üçün əsaslardan biri də fıziki və ya hüquqi şəxsin inzibati orqana ünvanlanmış ərizəsidir. Həmçinin, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan işin faktiki hallarınm müəyyən olunması üçün yararlı və zəruri hesab etdiyi sübutları müstəqil şəkildə toplayır və nəzərə alır. Səlahiyyətli inzibati orqanda ərizənin və ya müraciətin qeydiyyata alındığı vaxtdan ən geci 30 gün müddətində həmin inzibati orqan inzibati aktın qəbul edilməsi və ya onun qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul etməlidir. İnzibati orqan yazılı inzibati aktı yazılı şəkildə əsaslandırılmalı və əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüququi aktlar göstərilməlidir (qeyd edilən Qanunun 28.1, 21.2, 24.1, 45.1, 52.1, 61.1-ci maddələri). Qeyd olunanlara əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının nümayəndəsi iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına xx.xx.2023-cü il tarixdə müraciət edərək, təqdim etdiyi sənədlər əsasında 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi fılialı tərəfindən İddiaçı verilmiş xx.xx.2023-cü il tarixli, 3-17-1 /2-Ə-217818/2023 nömrəli cavab məktubunda güzəştli iş stajı tələb olunan sosial sığorta stajından az olduğundan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkün olmadığı qeyd edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə həmin Qanuna uyğun olaraq təyin edilir. Azərbaycan Respublikasının 5 mart 2007-ci il tarixli 260- İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında’’ Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li Siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçı Ə.X5 təqdim etdiyi "xxxx" ASC tərəfindən verilən güzəştli iş stajı haqqında arayışda onun xx.xx.1981-ci il tarixdə İ dərəcə fəhlə qəbul edildiyi, xx.xx.1982-ci il tarixdə ordu sıralarına getdiyi üçün işdən azad edildiyi, xx.xx.1984-cü il tarixdə yenidən İ dərəcə fəhlə qəbul edildiyi, xx.xx.1988-ci il tarixdə İİ dərəcə asfalt betonçu keçirildiyi, xx.xx.1990-cı il tarixdə asfalt bişirən operator keçirildiyi, xx.xx.1996-cı il tarixdə işdən azad edildiyi, daha sonra xx.xx.2008-ci il tarixdə Asfalt bişirən zavodda Vİ dərəcə asfalt bişirən vəzifəsinə qəbul edildiyi, xx.xx.2015-ci il tarixdə isə işdən azad edildiyi qeyd olunmuşdur. Həmçinin, həmin arayışda iddiaçının işlədiyi vəzifələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı”nda göstərilən 2180900a—12084 koda uyğun olduğu göstərilmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı”nın Tikinti materialları istehsalı bölməsinin (XVİİ) fəhlələr (a) bəndində 2180900a—12084 kodu üzrə bişirmə qazanının yükləyiciləri peşəsi nəzərdə tutulmuşdur. İddiaçının adı çəkilən müəssisədəki iş stajına aid sənədlərdə qeyd olunan məlumatların dəqiqləşdirilməsi üçün tərəflərindən aidiyyəti üzrə sorğu göndərilmişdir. Müvafiq sorğuya cavab olaraq İddiaçı xx.xx.1981-ci il tarixdən xx.xx.1982ci il tarixədək və xx.xx.1984-cü il tarixdən xx.xx.1990-cı il tarixədək fəhlə, xx.xx.1990-cı il tarixdən xx.xx.1996-cı il tarixədək asfalt bişirən operator vəzifəsində işlədiyi müəyyən olunmuşdur. Bu fakt Şirvan şəhər Dövlət Arxivinin 9 avqust 2023-cü il tarixli birgə Aktı ilə təsdiq olunmuşdur. Göründüyü kimi iddiaçının işlədiyi sahə sözügedən arayışda istinad olunan yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan tikinti materialları istehsalı sahəsinə, fəhlə vəzifəsi isə bişirmə qazanının yükləyicilər vəzifəsinə uyğun deyildir. Bu səbəbdən də İddiaçı güzəştli iş stajı 12 il 6 aydan az (5 il 5 ay 22 gün (xx.xx.1990-xx.xx.1996-cı il tarixləri arasındakı dövr)) təşkil edir. Xüsusi Şərtlərlə Təyinat üzrə X3 uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərancamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, Fondun idarə Heyətinin qərarlarını, Fondun idarə Heyətinin sədrinin sərəncam və əmrlərini rəhbər tutur. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Lakin bütün hallarda pensiya təyin edilməsi və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir Eyni zamanda, Qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsı belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Beləliklə, İddiaçı güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün tələb olunan şərtlər ödənmədiyindən güzəştli şərtlərlə yaşa görə pensiya almaq hüququ yaranmamışdır. Qeyd olunanlara əsasən iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianı müdafiə edərək, onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 təmsil etdiyi qurumun iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı münasibətinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Hacıqabul rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli, 47 nömrəli arayışlarından, xx.xx.1964-cü ildə doğulmuş İddiaçı adına tərtib və notarial qaydada təsdiq olunmuş 18 iyun 1981-ci il tarixli, ИТ–İ seriyalı ******* nömrəli əmək kitabçasının və xx.xx.1982-ci il tarixli, HЗ № ******* nömrəli hərbi biletin surətlərindən görünür ki, iddiaçı 1979-1981-ci ilə (1 il 08 ay 07 gün) kimi “M.Müşfıq adına kolxozda”, 1981-xx.xx.1981-ci ilə (07 ay 28 gün) kimi “1 May kolxozunda” işləmiş, xx.xx.1981-ci il tarixli, 51/k nömrəli əmrə əsasən xx.xx.1981-ci il tarixdən 3 nömrəli yol-tikinti-təmir Tresti 15 nömrəli yol-tikinti İdarəsində 1-ci dərəcəli fəhlə qəbul edilmiş, Sovet Ordusu sıralarında xidmətə getdiyi üçün xx.xx.1982-ci il tarixli, 106/k saylı əmrə əsasən xx.xx.1982-ci il tarixdən işdən azad edilmiş, xx.xx.1982-ci il tarixdən xx.xx.1984-cü il tarixədək Sovet Ordusu sıralarında 2 il 7 gün hərbi xidmət keçmiş, xx.xx.1984-cü il tarixli, 167/k nömrəli əmrə əsasən xx.xx.1984-cü il tarixdən 3 nömrəli yol-tikinti-təmir Tresti 15 nömrəli yol-tikinti İdarəsində 3 nömrəli sahəyə 1-ci dərəcəli fəhlə qəbul edilmiş, xx.xx.1988-ci il tarixli, 01/k nömrəli əmrə əsasən xx.xx.1988-ci il tarixdən ABZ-na 2-ci dərəcəli betonçu keçirilmiş, xx.xx.1990-cı il tarixli, 178/k nömrəli əmrə əsasən xx.xx.1990-cı il tarixdən ABZ-na 4-cü dərəcəli operator keçirilmiş, xx.xx.1993-cü il tarixli, 103/k nömrəli əmrə əsasən xx.xx.1993cü il tarixdən ƏBTC-li əsasında ödənilməsi ilə əlaqədar olaraq Vİ (altıncı) dərəcə verilmiş, xx.xx.1996-cı il tarixli əmrə əsasən xx.xx.1996-cı il tarixdən Azərbaycan Respublikası ƏQM-nin 37-ci maddəsinə əsasən (öz xahişi ilə) işdən azad edilmiş, xx.xx.1996-cı il tarixli, 37 nömrəli əmrə əsasən xx.xx.1996-cı il tarixdən Əli Bayramlı ŞPŞ-nin nəzdində Mühafizə şöbəsində gözətçi təyin edilmiş, xx.xx.1997-ci il tarixli, 26 nömrəli əmrə əsasən xx.xx.1997-ci il tarixdən Azərbaycan Respublikası ƏQM-nin 38-ci maddəsinin İ bəndinə əsasən (obyektin ləğvi ilə əlaqədar) işdən azad edilmiş, xx.xx.1997-ci il tarixli, 136/k nömrəli əmrə əsasən xx.xx.1997-ci il tarixdən Əli-Bayramlı Yag-piy Kombinatına mühafizə dəstəsinə gözətçi peşəsinə işə qəbul edilmiş, xx.xx.1999-cu il tarixli, 1 nömrəli Qərara əsasən xx.xx.1999-cu il tarixdə Əli-Bayramlı YPK-dan köçürmə yolu ilə işdən azad edilib, Əli-Bayramlı ƏPATSÇ-də mühafizə dəstəsinə gözətçi peşəsinə işə qəbul edilib, 1/Vİİ- 2000-ci ilə kimi əmək müqaviləsi bağlamaq şərti ilə, xx.xx.2000-ci il tarixli, 55-k nömrəli Qərara əsasən xx.xx.2000-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73cü maddəsinə əsasən əmək müqaviləsinin vaxtı qurtardığına görə işdən azad edilmiş, xx.xx.2000-ci il tarixli, 76/k nömrəli əmrə əsasən xx.xx.2000-ci il tarixdən Mühafizə dəstəsinə gözətçi vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2007-ci il tarixli, 49/k nömrəli Qərara əsasən xx.xx.2007-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cü maddəsinin 3-cü bəndinə əsasən öz xahişi ilə işdən azad edilmiş, bu müddət ərzində 26 il 3 ay 01 gün ümumi iş stajı toplamışdır. Göründüyü kimi, iddiaçı xx.xx.2006-cı il tarixədək hərbi xidmət illəri nəzərə alınmaqla ümumilikdə 26 il 3 ay 01 gün sığorta stajına malik olmuş və cavabdeh inzibati orqan istər İddiaçı ünvanladığı “güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” xx.xx.2023-cü il tarixli, 3-17-1/2-Ə-217818/2023 nömrəli məktubunda, istərsə də məhkəməyə təqdim etdiyi iddiaya qarşı etirazında iddiaçının xx.xx.2006-cı il tarixə olan ümumi iş stajını mübahisələndirməmişdir. İddiaçı xx.xx.2006-cı il tarixədək topladığı 26 il 3 ay 01 gün sığorta stajının 12 il 8 ay 15 gününü, yəni xx.xx.1981-ci ildən xx.xx.1982-ci ilə kimi Əli Bayramlı 15 saylı Yol-Tikinti İdarəsində (hüquqi varisi Əli Bayramlı 3 saylı Yol-Tikinti İdarəsi və Əli Bayramlı “Yol Tikinti- 3” ATSC) “asfalt, beton bişirən fəhlə” işlədiyi 1 il 04 ay 17 gün və xx.xx.1984-cü ildən xx.xx.1996-ci ilə kimi həmin idarədə “asfalt-betonçu” vəzifələrində işlədiyi 11 il 3 ay 28 günü ona “güzəştli şərtlərlə pensiya təyinatı” hüququ verən sığorta stajı hesab edir. Cavabdeh inzibati orqan isə onun güzəştli iş stajının 12 il 6 aydan az, yəni 5 il 5 ay 22 gün (yuxarıda adı çəkilən müəssisədə “operator” vəzifəsində işlədiyi xx.xx.1990-xx.xx.1996-cı il tarixləri arasındakı dövr) təşkil etdiyini, həmin müəssisədə işlədiyi qalan müddət ərzində tutduğu “fəhlə” və “betonçu” vəzifələrinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı”nın Tikinti materialları istehsalı bölməsinin (XVİİ) fəhlələr (a) bəndində 2180900a - 12084 kodu üzrə nəzərdə tutulmuş “bişirmə qazanının yükləyiciləri” peşəsinə uyğun olmadığını bildirərək ona “güzəştli şərtlərlə pensiya təyinatı”ndan imtina etmişdir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli, 3-17-1/2-Ə-217818/2023 nömrəli məktuba əsasən iddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, sonuncu bundan imtina edərək bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə həmin Qanuna uyğun olaraq təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li Siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı”nın Tikinti materialları istehsalı bölməsinin (XVİİ) fəhlələr (a) bəndində 2180900a-12084 kodu üzrə bişirmə qazanının yükləyiciləri peşəsi nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim etdiyiniz "xxxx" ASC-nin sizə dair 12 avqust 2021-ci il tarixli 12 nömrəli arayışında xx.xx.1981-xx.xx.1982-ci il və xx.xx.1984-xx.xx.1988-ci il tarixləri arasındakı dövr ərzində sözügedən müəssisədə fəhlə, xx.xx.1988-xx.xx.1990-cı il tarixləri arasındakı dövr ərzində asfalt betonçu, xx.xx.1990-xx.xx.1996-cı il tarixləri arasındakı dövr ərzində isə asfalt bişirən operator vəzifələrində işlədiyiniz qeyd olunmuşdur. Adıçəkilən müəssisədəki iş stajınıza aid sənədlərdə qeyd olunan məlumatların dəqiqləşdirilməsi üçün tərəfimizdən aidiyyəti üzrə sorğu göndərilib. Müvafiq sorğumuza cavab olaraq xx.xx.1981-xx.xx.1982-ci il və xx.xx.1984-xx.xx.1990-cı il tarixləri arasındakı dövrlər ərzində fəhlə, xx.xx.1990-xx.xx.1996-cı il tarixləri arasındakı dövr ərzində asfalt bişirən operator vəzifəsində işlədiyiniz müəyyən olunub. Bu fakt Şirvan şəhər Dövlət Arxivinin 9 avqust 2023-cü il tarixli birgə Aktı ilə təsdiq olunub. Göründüyü kimi işlədiyiniz sahə sözügedən arayışda istinad olunan yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan tikinti materialları istehsalı sahəsinə, fəhlə vəzifəsi isə bişirmə qazanının yükləyicilər vəzifəsinə uyğun deyil. Bu səbəbdən də sizin güzəştli iş stajınız 12 il 6 aydan az (5 il 5 ay 22 gün (xx.xx.1990-xx.xx.1996-cı il tarixləri arasındakı dövr)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məhkəmə cavabdehin “imtinası”nın dəlillərini əsassız hesab edir. Belə ki, iş materiallarında olan "xxxx" ASC-nin 12 avqust 2021-ci il tarixli, 12 nömrəli “güzətli iş stajı haqqında” arayışında bildirilir ki, İddiaçı xx.xx.1981-ci ildən növbəli xx.xx.2015-ci il tarixinə kimi Əli Bayramlı 15 Saylı Yol-Tikinti İdarəsində (onun varisi sayılan Əli Bayramlı 3 saylı Yol-Tikinti İdarəsi və Əli Bayramlı “Yol Tikinti- 3” ATSC) fəhlə, asfalt, beton bişirən fəhlə və Asfalt Zavodda asfalt bişirən işində çalışmışdır.
1. xx.xx.1981 İ dərəcə fəhlə qəbul edilib ( əmr № 251/k xx.xx.1981);
2. xx.xx.1982-ci ordu sıralarına getdiyi üçün işdən azad edilib (əmr 106/k xx.xx.1982-ci il);
3. xx.xx.1984 İ dərəcə fəhlə qəbul edilib (əmr № l67/k xx.xx.1984);
4. xx.xx.1988 İİ dərəcə Asfalt Betonçu keçirilib (əmr № 01/k xx.xx.1988);
5. xx.xx.1990 4-cü dərəcə asfalt bişirən operator keçirilsin (əmr № 178\k xx.xx.1990);
6. xx.xx.1996 Azərbaycan Respublikası ƏQM-nin 37-ci maddəsinə əsasən işdən azad edilsin (öz xahişi ilə əmr № 33\k xx.xx.1996);
7. xx.xx.2008 Asfalt bişirən zavodda 6-cı dərəcə asfalt bişirən vəzifəsinə qəbul edilsin. (əmr № 07/k xx.xx.2008);
8. xx.xx.2015 Azərbaycan Respublikası ƏQM-nin 68-ci maddəsinin 2-ci bəndinə a hissəsinə əsasən işdən azad edilsin (öz təşəbüssü ilə əmr № 07\k xx.xx.2015-ci il). Asfalt kütləsinin bişiriciləri peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtləıiə pensiya hüquq verən istehsalatların, işlərin, peşələrin, vəzifələri və göstəricilərinin 2 nömrəli siyahısının 2180900a-12084 şifrəsi ilə qeyd edilmiş asfalt kütləsinin bişiriciləri peşəsinə tam uyğıın olmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququ verir. Həmin peşədə X2 güzəştli iş stajı üst-üstə 15 il 11 ay 24 gün təşkil edir. İş materiallarında olan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi "xxxx" MMCnin 13 avqust 2021-ci il tarixli, 11 nömrəli “güzətli iş stajı haqqında” arayışında bildirilir ki, İddiaçı həqiqətən 03/K saylı 09 fevral 2016-cı il tarixli əmrlə Şirvan 34 saylı Yol İstismarı İdarəsinin Asfaltbeton zavoduna 4-cü dərəcəli fəhlə işinə qəbul edilmiş, "xxxx" ASC İdarə Heyətinin 01 iyul 2016-cı il tarixli, 60 №-li Qərarına əsasən, Şirvan 34 saylı Yol İstismarı İdarəsinin adı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə çevrilmiş, İddiaçı 64/k saylı 08 sentyabr 2017-ci il tarixli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69 maddəsinin 3 hissəsinə əsasən (başqa işəgötürənlə əmək müqaviləsi bağladığı üçün) onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində 1 il 7 ay iş stajı var. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı xx.xx.2007-ci il tarixli “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi barədə” Qərarında qeyd edildiyi kimi asfaltbeton zavodda fəhlə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. İş materiallarında olan "xxxx" ASC-nin Şirvan İnzibati Məhkəməsinə ünvanladığı “xx.xx.1981-xx.xx.1982-ci, xx.xx.1984-xx.xx.1988-ci, xx.xx.1988-xx.xx.1990-cı illər (cavabdeh inzibati orqanın güzətli iş stajı kimi qəbul etmədiyi illər) üzrə iddiaçının tutduğu vəzifələrə dair açıqlama verilməsi barədə” xx.xx.2024-cü il tarixli, 17 saylı arayışında bildirilir ki, İddiaçı xx.xx.1981-xx.xx.1982-ci illər, xx.xx.1984-xx.xx.1988-ci illər və xx.xx.1988-xx.xx.1990-cı illər üzrə işlədiyi dövrlər əmək kitabçasında Əli Bayramlı 15 saylı Yol-Tikinti İdarəsində 1-ci dərəcəli fəhlə vəzifəsi kimi qeyd edilmişdir. Lakin onun əmək kitabçasında fəhlə vəzifəsi qeyd edilməsinə baxmayaraq, o, fəhlə vəzifəsi olaraq «asfaltbetonçu» və «asfalt-beton bişirən» işlərini həyata keçirmişdir. Əli Bayramlı 15 saylı Yol- Tikinti İdarəsində işləmiş bütün adda olan «asfalt-betonçu, asfalt-beton döşəyən, asfaltbeton bişirən, asfalt-beton qanşdıran maşinist, asfalt-beton döşəyicilərin maşinist, polad və dəmir-beton konstruksiyalarm qııraşdırması üzrə quraşdırıcılar, bitumçu və rəngsaz» vəzifələrinin hamısı fəhlə sinifinə aiddir. Lakin idarənin «rəisi, rəis müavini, baş mühəndisi, sahə rəisi, mühəndisi, kadrlar üzrə mütəxəssisi, inspektoru, mühasibatı» rəhbər vəzifələrinə aiddirlər. İddiaçı həmin dövrlərdə işlədiyi «asfalt-betonçu və asfalt-beton bişirən» vəzifələri üzrə gördüyü işlər-beton plitələrin asfalt yolun hər iki tərəfinin paralel formada düzülüşünü və asfaltın üst qatının yüksək temperaturda yumşaq səth formasında döşənməsini əl aləti əməyi ilə həyata keçirirdi. İddiaçı işlədiyi vəzifələr zərərli və ağır iş sahəsi olaraq hər ay əmək haqqısına 12 % və məzuniyyət gününə 2 təqvim günü əlavə edilirdi. Bu səbəbdən də hesab etmək olar ki, İddiaçı əmək kitabçasında qeyd edilən xx.xx.1981-xx.xx.1982-ci illər, xx.xx.1984-xx.xx.1988-ci illər üzrə fəhlə adı yalnız ifadə baxmından fərqlənir, lakin o, eyni ilə «asfalt-betonçu» və «asfalt-beton bişirən»nin vəzifələrini icra etmişdir. Beləliklə, iddiaçının əmək fəaliyyəti göstərdiyi müəssisənin arayışına əsasən İddiaçı xx.xx.1981-xx.xx.1982-ci illər, xx.xx.1984-xx.xx.1988-ci illər və xx.xx.1988-xx.xx.1990-cı illər üzrə işlədiyi dövrlər əmək kitabçasında 1-ci dərəcəli fəhlə, betonçu vəzifələri kimi qeyd edilməsinə baxmayaraq, o, fəhlə vəzifəsi olaraq «asfalt- betonçu» və «asfalt-beton bişirən» işlərini icra etmişdir. İddiaçı əmək kitabçasında qeyd olunmuş xx.xx.1981-xx.xx.1982-ci, xx.xx.1984xx.xx.1988-ci və xx.xx.1988-xx.xx.1990-cı illərdə işlədiyi 1-ci dərəcəli fəhlə və betonçu vəzifələri üzrə hansı işlərin icra edilməsinin nəzərdə tutulduğu və ya bu vəzifələrin icrası olaraq «asfalt-betonçu» və «asfalt-beton bişirən» işlərinin həyata keçirilməsinin mümkünsüzlüyü barədə cavabdeh inzibati orqan məhkəməyə heç bir dəlil-sübut təqdim etməmişdir. Qeyd olunduğu kimi, cavabdeh inzibati orqan iddiaçının xx.xx.1981-xx.xx.1982-ci, xx.xx.1984-xx.xx.1988-ci, xx.xx.1988-xx.xx.1990-cı illərdə 15 saylı Yol-Tikinti İdarəsində (onun varisi sayılan Əli Bayramlı 3 saylı Yol-Tikinti İdarəsi və Əli Bayramlı “Yol Tikinti- 3” ATSC-də) işlədiyi fəhlə və betonçu vəzifələrinin güzəştli şərtlərlə pensiya təyinatı hüququ verməməsi qənaətinə həmin vəzifələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 №-li Siyahısının Tikinti materialları istehsalı bölməsinin (XVİİ) fəhlələr (a) bəndində 2180900a- 12084 kodu üzrə bişirmə qazanının yükləyiciləri peşəsinə uyğun olmamasına istinad etməklə gəlmişdir. Lakin, İddiaçı xx.xx.1981-xx.xx.1982-ci illər, xx.xx.1984-xx.xx.1988-ci illər və xx.xx.1988-xx.xx.1990-cı illərdə fəhlə vəzifəsi olaraq yerinə yetirdiyi «asfalt-betonçu» və «asfalt-beton bişirən» vəzifələrinin adı çəkilən 2 №-li Siyahının XXVİİ Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin a) bəndindəki fəhlələr kateqoriyasına daxil olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçının xx.xx.1981-xx.xx.1982-ci, xx.xx.1984-xx.xx.1988-ci, xx.xx.1988-xx.xx.1990-cı illərdə 15 saylı Yol-Tikinti İdarəsində (onun varisi sayılan Əli Bayramlı 3 saylı Yol-Tikinti İdarəsi və Əli Bayramlı “Yol Tikinti-3” ATSC-də) işlədiyi fəhlə və betonçu vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 №-li Siyahısının XXVİİ Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin a) bəndindəki peşələr üzrə fəhlələrə aid olan 2290000a -11141 kodu ilə göstərilmiş “asfalt beton bişirənlər” peşəsinə tam uyğundur. Beləliklə, iş materiallarına əsasən xx.xx.1964-cü il təvəllüdlü İddiaçı xx.xx.2006-cı il tarixə 26 il 3 ay 01 gün iş stajı toplamış və bunun 12 il 8 ay 15 günü “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» üzrə, həmin siyahı təsdiq olunana qədər isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüquq verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı»na (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə bu siyahı qüvvədən düşmüşdür) əsasən güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən iş stajıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatından imtina edilməsi üçün cavabdehin qeyd etdiyi dəlillər əsassızdır və iddiaçının qanunvericilikdə nəzərdə tutulan hüquqlarını pozur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində qeyd edilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Cavabdeh təşkilatın həm imtina məktubunda, həm də iddiaya etirazında iddiaçının xx.xx.2006-cı il tarixə kimi toplanmış güzəştli iş stajı və fərdı hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı mübahisələndirilmədiyindən məhkəmə bu şərtlərin ödənilməsi ilə bağlı araşdırma aparılmasını zəruri hesab etmir. Qanunvericiliyin tələbinə əsasən hazırkı mübahisəyə xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun və “Əmək pensiyaları haqqında” Qanunun 01 iyul 2017-ci il tarixədək qüvvədə olmuş maddələrinə istinad edilməklə hüquqi qiymət verilməlidir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əasən Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən (01 iyul 2017-ci ilə qədər qüvvədə olan redaksiyada) axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər-57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar-52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ həmin Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahı qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. İddiaçının hüquqi marağı hüququnun yarandığı tarixdən ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsinə nail olmaqdan ibarətdir. İddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə (01 iyul 2017-ci ilə qədər qüvvədə olan redaksiyada) əsasən onun 57 yaşı tamam olmalı və xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən o, xx.xx.2006-cı ilə qədər azı 25 il ümumi iş stajına malik olmalı və bunun azı 12 il 6 ayı güzəştli iş stajı olmalıdır. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. “Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydalarının 3.1.1-ci maddəsinə görə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Normalardan göründüyü kimi, işçinin əmək fəaliyyətini təsdiq edən əsas sənəd onun əmək kitabçası hesab edilir və həmin sənəddə aparılmış qeydlər əmək stajı haqqında məlumat kimi qəbul edilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Bununla bağlı Ali Məhkəmənin qərarlarında formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, sənədlərinin arxivdə olmadığına görə əldə edilməməsi və ya qarşılıqlı yoxlamanın hər hansı səbəbdən baş tutmaması iddiaçının təqsiri ilə bağlı olmayan haldır və hətta bu halın mövcudluğu təsdiq olunsa belə, bu, özü-özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtinaya əsas verən hal kimi təsbit edilməmişdir. Məhkəmə tərkibi həmçinin qeyd etmişdir ki, belə məsələlərin mövcud olduğu işlər üzrə yerləşmiş məhkəmə təcrübəsi həm də ondan ibarətdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. Digər tərəfdən isə məhkəmə tərkibi qeyd edir ki, cavabdeh lazımi sübutlara əsaslanmaqla əmək kitabçasındakı və ya müəssisə tərəfindən verilmiş əmək fəaliyyətini təsdiq edən digər sənəddəki qeydlərin mötəbərliyini mübahisələndirə bilər. Bu halda, əmək kitabçasında və ya digər sənəddə göstərilən məlumatların həqiqiliyi ilə bağlı mübahisə yaranır. Belə mübahisə cavabdeh tərəfindən açıldığı üçün əmək kitabçasında ya digər sənəddə göstərilən məlumatların həqiqəti əks etdirmədiyinə dair sübutları təqdim etmək vəzifəsi də onun üzərinə düşür. Çünki qanunvericiliyin normaları əmək kitabçasındakı məlumatların həqiqiliyinə dair prezumpsiyanı təsbit edir. Prezumpsiyadan istisnaya istinad edən tərəf isə öz bildirdiklərini sübut etmək yükü daşıyır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən (01 iyul 2017-ci ilə qədər qüvvədə olan redaksiyada) axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər-57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar-52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Beləliklə, iş üzrə təqdim olunmuş sənədlərlə təsdiq olunur ki, İddiaçı xx.xx.2006-cı il tarixə 26 il 3 ay 01 gün ümumi iş stajı toplanmış və bunun 12 il 8 ay 15 günü güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən iş stajıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün yuxarıda istinad olunan normalarla tələb olunan dispozisiya şərtləri iddiaçıya münasibətdə ödənilmişdir. Belə ki, iddiaçının 01 yanvar 2006cı il tarixə 25 ildən az olmayan ümumi və azı 12 il 6 ay güzəştli iş stajı mövcud olmuşdur. Ona pensiyanın təyin olunması üçün müraciət etdiyi tarixə iddiaçı tələb olunan yaş həddinə çatmışdır. Bu baxımdan, iddiaçı 57 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını tələb etməkdə haqlı sayılmalıdır. Bununla yanaşı, həm də nəzərə alınmalıdır ki, keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinin xx.xx.2017-ci il tarixədək olan redaksiyasına əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 37.7-ci maddəsinə müvafiq olaraq keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. Həmin Qanunun xx.xx.2017-ci il tarixdən qüvvədə olan 32.1-1 maddəsinə əsasən, əmək pensiyası onu almaq hüququ yarandığı gündən, lakin bu Qanun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun hər iki redaksiyada olan maddələrini birgə təhlil etdikdə müəyyən olunur ki, 2017-ci il 10 mart tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə gətirilmiş yenilik ondan ibarət olmuşdur ki, xx.xx.2017-ci il tarixə qədər qüvvədə olan müddəalara görə keçmiş dövr üçün alınmamış pensiya məbləğinin ödənilməsində müddət məhdudiyyəti tətbiq edilmədiyi halda (bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla), xx.xx.2017-ci il tarixdən sonra keçmiş dövr üçün alınmamış pensiya məbləğinin ödənilməsi müraciət edilən tarixdən əvvəlki ən çoxu 3 (üç) illə məhdudlaşdırılmışdır. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, İddiaçı xx.xx.2006-cı il tarixədək işlədiyi dövlər sosial sığorta stajı kimi nəzərə alınaraq ona hüququnun yarandığı 57 yaşdan, yəni, 06 iyun 2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməli və təyin edilmiş əmək pensiyasının həmin tarixdən hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 75-ci, 78-79cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:
İddia təmin edilsin. İddiaçı xx.xx.2006-cı il tarixədək işlədiyi dövlər sosial sığorta stajı kimi nəzərə alınaraq ona hüququnun yarandığı 57 yaşdan, yəni, 06 iyun 2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və təyin edilmiş əmək pensiyasının həmin tarixdən hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər.
Hakim: Fehruz Abbasov