Məhkəmə qərarları › İş №2-1(120)-1653/2020

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-1653/2020

03.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan Şəhəri İş № 2-1(120)-1653/2020 03.11.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı «qərarın dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası üzrə iş materiallarına xx xxxxxx NN-ci il tarixdə məhkəmənin binasında (ünvan: Şirvan şəhəri, H.Z.Tağıyev küçəsi, N0) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona təyin olunmuş əlilliyin səbəbinin “ümumi əlilik” əvəzinə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda yaranmış xəstəlik nəticəsində baş verməsi “Qarabağ müharibəsi əlili” kimi dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47 – 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.N992-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunması və erməni silahlı birləşmələrinin hücumlarının qarşısının alınması məqsədilə Ağcabədi rayon hərbi komissarlığı tərəfindən səfərbər olunaraq N nömrəli hərbi hissə adı altında Ağdam rayonunun Qərvənd kəndində dislokasiya təşkil edərək, adı çəkilən rayonun, habelə Ağdərə, Tərtər və Xocavənd rayonlarının ərazilərinin azad olunması istiqamətində təşkil edilmiş döyüşlərdə iştirak etmişdir. Xidmət zamanı vərəm xəstəliyinə tutularaq xx.xx.N993xx.xx.N993-cü il tarixlərində müalicə almışdır. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi rayon şöbəsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası rəisinin xx.xx.NN8-ci il tarixli, NN9/N797 saylı cavab məktubunda onun həqiqətən də, N992-ci ilin mart ayında hərbi xidmətə çağırılmağı, döyüşən ordunun tərkibində hərbi xidmətə daxil olmağı, müalicə olunmağı və xəstəliyi hərbi xidmət dövründə almağı təsdiq edilmişdir. Lakin tərəfindən qazanılmış xəstəlik “Qarabağ müharibəsi əlili” kimi deyil, ümumi səbəbdən əlil kimi qiymətləndirilmişdir. Bu isə qanunvericiliyin tələblərinə ziddir. Belə ki, təqdim olunan sənədlərə əsasən o, bu xəstəliyə Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunması zamanı tutulmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən verilmiş xx.xx.N993-cü il tarixli, 32N nömrəli xəstəlik haqqında şəhadətnamədə göstərilir ki, “xx.xx.N993-cü ildən xəstədir. Xəstəlik hərbi xidmət dövründə alınmışdır”. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi rayon şöbəsinin sorğusuna cavab olaraq Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası rəisinin xx.xx.NN8-ci il tarixli, NN9/N797 saylı cavab məktubunda onun həqiqətən də, N992-ci ilin mart ayında hərbi xidmətə çağırılmağı, döyüşən ordunun tərkibində hərbi xidmətə daxil olmağı, N saylı hərbi hissənin əsgəri kimi xx.xx.N993-cü il tarixdən xx.xx.N993-cü il tarixə kimi N saylı Bakı şəhər X2 müalicə olunmağı və xəstəliyi hərbi xidmət dövründə almağı təsdiq edilmişdir. Lakin məktubda son cümlə “Aldığı xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsi “Xəstəlik, Bəli, Hərbi Xidmət Dövründə Alınmışdır” kimi düzgün təyin edilmiş və dəyişdirilməsinə heç bir ehtiyac yoxdur” kimi yazılmışdır. Onun bu diaqnozunun dəyişdirilərək, “Aldığı xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsi “Xəstəlik, Bəli, Azərbaycan Respublikasının süverenliyi və ərazi bütövlüyü uğrundakı xidmət dövründə alınmışdır” kimi yazılmasına dair Azərbaycan Respublikası Əmək və X3 Nazirliyinə tərəfindən ünvanlanmış xx.xx.NN-ci il tarixli məktubu nazirlikdə xx.xx.NN-ci il tarixdə qəbul edilsə də, ona hər hansı bir cavab verilməmişdir. Müharibə dövründə aldığı xəstəliklə yanaşı hal-hazırda o, N-ci dərəcəli şəkər xəstəsidir, artıq gözləri demək olar ki, görmür. Göstərilənlərə əsaslanaraq, ona təyin olunmuş əlilliyin səbəbinin “ümumi əlilik” əvəzinə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda yaranmış xəstəlik nəticəsində baş verməsi “Qarabağ müharibəsi əlili” kimi dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının məhkəməyə ünvanlanmış xx xxxxxxx NN-ci il tarixli məktubunda iddiaya qarşı etiraz bildirilmişdir. Etirazda qeyd olunmuşdur ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrində Hərbi-həkim ekspertizasının keçirilməsi qaydaları haqqında Təlimatın N0-N2-ci maddəsinə əsasən Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası Azərbaycan Respublikası Silahlı Qüvvələrində Hərbi-həkim ekspertizasına metodiki rəhbərliyi həyata keçirir, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası xüsusi təyinatlı hərbi tibb müəssisəsidir. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası Azərbaycan Respublikası Silahlı Qüvvələrində Hərbi-həkim ekspertizası üzrə ali orqandır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N08-ci il tarixli, 59 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin” 7.N-ci maddəsinə əsasən keçmiş hərbi qulluqçuların aldıqları xəsarətlərin, xəstəliklərin hərbi xidmətlə səbəb əlaqəsinin təyin edilməsi hərbi həkim komissiyalarına həvalə olunmuşdur. İddiaçı N saylı hərbi hissənin əsgəri kimi xx.xx.N993-cü ildən xx.xx.N993-cü ilədək Ağdam Hərbi Səhra Cərrahiyyə Hospitalında (223 nömrəli hərbi hissə), xx.xx.N993-cü ildən xx.xx.N993-cü ilədək MN Mərkəzi Hərbi Hospitalında və xx.xx.N993-cü ildən xx.xx.N993-cü ilədək Bakı şəhəri N saylı XN müayinə və müalicədə olmuşdur. Müalicədən sonra Mərkəzi Hərbi Hospitalının terapiya profilli hərbi həkim komissiyası tərəfindən “Keçirilmiş sağtərəfli vərəm mənşəli eksudativ plevritdən sonrakı kobud qalıq əlamətləri KB (-) mənfi” ekspert diaqnozu ilə SSRİ MN-nin xx.xx.N987-ci il tarixli, 260 nömrəli əmrinin 23-cü maddəsinin İ qrafasına əsasən şəhadətləndirilmiş və “Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə sıradankənar hərbi xidmətə yararlı” sayılmışdır. Aldığı xəstəliyin hərbi xidmətə səbəb əlaqəsi “Xəstəlik, bəli, hərbi xidmət dövründə alınmışdır” kimi təyin edilmişdir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi rayon şöbəsinin xx.xx.NN4-cü il tarixli, SB/N97 saylı məktubu ilə İddiaçı sənədləri xəstəliyinin səbəb əlaqəsinin dəyişdirilməsindən ötrü Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına göndərilmişdir. Araşdırma zamanı Müdafiə Nazirliyinin təqdim etdiyi “Döyüş əməliyyatlarında iştirak etmiş hərbi hissənin siyahısında” N saylı hərbi hissənin xx.xx.N992-ci ildən xx.xx.N993-cü ilə kimi döyüşlərdə iştirak etdiyi, İddiaçı isə bundan bir ay sonra, yəni xx.xx.N993-cü il tarixdə-hərbi hissə döyüşlərdə iştirak etmədiyi dövrdə xəstələnməsi nəzərə alınaraq onun xəstəliyinin səbəb əlaqəsinin dəyişdirilməsi məqsədəuyğun sayılmamışdır. Bundan əlavə əlilliyin səbəbinin təyin edilməsi və dəyişdirilməsi vəzifəsi Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının deyil, bu vəzifə Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin səlahiyyətlərinə aiddir. Göstərilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi məhkəmədən xahiş olunur. İş üzrə məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına İddiaçı gəlmiş, cavabdehin nümayəndəsi isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçıiddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbini müdafiə edərək onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə görə inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.N-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.N-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 35.N-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Mövcud qanunvericilik normaları onu deməyə əsas verir ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. Nəzərə alınmalıdır ki, bəzi iddia növləri üzrə icraatda iddiaçının müraciəti və ona münasibətdə cavabdehin imtinasının və ya hərəkətsizliyinin mövcudluğu iddianın mümkün sayılaraq, iddia tələbi üzrə yekun qərar qəbul olunmasını şərtləndirən əsas əlamətlərdən biridir. Qeyd olunmalıdır ki, sözügedən məsələ ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.NN5-ci il tarixli 5 nömrəli Qərarında da vurğulanmışdır. Həmin Qərarın 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qərarın 9-cu bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə qeyd edir ki, iddia ərizəsində qaldırılan məsələ ilə bağlı İddiaçı hazırkı cavabdeh inzibati orqan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına müraciət etmədiyindən, tərəflər arasında inzibati mübahisə mövcud olmur. Belə olan halda, məhkəmənin qənaətinə görə hazırkı iş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaçının hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyi öz təsdiqini tapmır. Odur ki, iddia mümkün sayıla bilməz. İdiaçının diqqətinə çatdırılır ki, iddianın mümkün sayılmaması mümkünlük şərtlərinə əməl etməklə ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququnu istisna etmir. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı mıəhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in N.2-ci, 23-cü, 35-ci maddələrini, MPM-in 74.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı «qərarın dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan N0 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar