Məhkəmə qərarları › İş №2-1(120)-1656/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1656/2025

23.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1656/2025 23.02.2026 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X4-Sosial Ekspert Komissiyasının 01 mart 2024-cü il tarixli, xxxxxxx0008 saylı qərarının ləğv edilməsi və ona 01 mart 2024-cü il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbindən 65-80 faizlə əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 23 fevral 2026-cı il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ona təyin edilən əlillik dərəcəsinin ləğv edilməsi ilə bağlı hərəkətinin qanunsuz sayılması və əlilliyin təyin edilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iş üzrə iddianın dəyişdirilərək “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X4-Sosial Ekspert Komissiyasının 01 mart 2024-cü il tarixli, xxxxxxx0008 saylı qərarının ləğv edilməsi və ona 01 mart 2024-cü il tarixdən 65-80 faizlə əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Bundan əlavə, məhkəmənin 06 noyabr 2024-cü il tarixli qərardadı ilə “Salyan Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsi inzibati məhkəmə icraatına adi cəlb etmə qaydasında üçüncü şəxs qismində cəlb olunmuşdur. Bundan əlavə, iddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X4-Sosial Ekspert Komissiyasının 01 mart 2024-cü il tarixli, xxxxxxx0008 saylı qərarının ləğv edilməsi və ona 01 mart 2024-cü il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbindən 65-80 faizlə əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-ci və 49-cu maddələrinin tələbinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün cavabdehə təqdim olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Salyan RHK tərəfindən 1992-ci ildə hərbi xidmətə çağırılmışdır. xx.xx.1992-ci ildə yaralanmışdır. xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixə qədər N saylı hərbi hissədə müayinə və müalicə olunduğu yaralanma və travmatik diaqnoz: Alın, burun kökü, üst və alt dodaqda güllə yaralanması. Burun sümüyünün açıq sınığı (Salyan RHK-nın xx.xx.2011-ci il tarixli, 560 nömrəli göndərişi, xx.xx.2011-ci il tarixli, 470 nömrəli arayışı, Silahlı Qüvvələrin Baş Klinik Hospitalından verilmiş xx.xx.2011-ci il tarixli, 4079 nömrəli arayışı, MNMHK-nın həkim mütəxəssisi- cərrahın rəyi ilə təsdiq edilir) Hərbi travmadır, Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmışdır. 2011-ci ildən ona 2-ci qrup əlillik təyin edilmişdir. Lakin 2021ci ildə ona təyin edilmiş əlillik ləğv edilmişdir. Bundan sonra dəfələrlə müraciət etməyinə baxmayaraq “diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir. Sonuncu dəfə 2024-cü ilin iyul ayında əyani müayinədən keçmişdir. 2024-cü ilin avqust ayının 20-də ona sms vasitəsilə imtina cavabı gəlmişdir. O, hazırda üzvi (İ Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində) şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi ilə F07.0, posttravmatik ensefalopatiya, qıcolma tutmaları ilə, beynin xroniki işemiyası, hipertoniya diaqnozu ilə xəstəliklərdən əziyyət çəkir. Cavabdehin imtinası ilə razı deyil. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə Salyan Rayonlararası Psixiatriya Xəstəxanasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: Üzvi mənşəli (1992-ci ildə müharibə zamanı keçirilmiş ağır kəllə-beyin travması) şəxsiyyətin pozuntusu, koqnitiv funksiyaların enməsi ilə. Posttravmatik ensefalopatiya, qıcolma tutmaları ilə. Beynin xroniki işemiyası. Hipertoniya xəstəliyi. Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Xüsusi səbəbdən-Diaqnoz əlillik əlaməti təyin etmir. Ümumi xəstəlik (“Hipertoniya xəstəliyi”) səbəbi ilə əlaqədar-Müalicənin davam etdirilməsi barədə qərar qəbul edilmişdir..” səbəbi ilə imtina verilmişdir. Salyan rayon sakini xx.xx.1965-ci il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) əlillik vəziyyəti tibb müəssisəsinin 0313003AANAE nömrəli, xx.xx.2021-ci il tarixli göndərişi əsasında qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir. Növbəti dəfə əlillik vəziyyəti DTSERA-da xx.xx.2022-ci il tarixli göndəriş əsasında əyani müayinə zamanı qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir. (ESDAS **********4). Yenidən əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2011-ci il tarixli, 606 nömrəli xəstəlik haqqında Qərar verilmişdir. Həmin Qərarda “Alın, burun kökü və alt dodaqda güllə yaralanması. Burun sümüyünün açıq sınığı” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafıəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Qeyd edirlər ki, vətəndaş xx.xx.2022-ci il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı xəstə gıcolma tutmalarından və əsəbilikdən sikayət etmisdir. Nevroloji müayinə zamanı əlillik təyinatına əsas verən ocaqlı Datologiya aşkar edilməmisdir. Qəbul etdiyi medikamentoz preparatları xatırlamamışdır” və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Xəstənin hazırki obyektiv vəziyyətinin müayinəsi zamanı əsəbilikdən şikayətlənmişdir. Anamnestik məlumatlarda əsəbi olması səbəbindən tez-tez ətrafdakılarla dalaşdığı üçün polislərin onu saxladığını bildirmiş, qəbul etdiyi medikamentoz preparatların adlarını xatırlamadığını qeyd etmişdir. Müayinə zamanı sağ almacıq və qaşarası nahiyələrdə çapıq toxumalar izlənilmiş, yuxarı və aşağı ətraflarda hərəkətlər sərbəst və ağrısız olmuşdur. Təqdim olunan tibbi sənədlərdən Salyan Rayon Psixiatrik Xəstəxananın çıxarışlarında “Açıq kəllə-beyin travması” diaqnozu qeyd olunsa da, bu diaqnozu təsdiqləyən baş-beyin instrumental müayinə nəticələri təqdim olunmamış, habelə hərbi qərarda kəllə-beyin travması haqqında məlumat öz əksini tapmamışdır. Bütün müalicə və müalicə sənədlərin son illərə aid olması müəyyənləşdirilmiş, vətəndaş bunun səbəbi onun Moskva şəhərində yaşaması kimi izah etmişdir. Psixi statusunda zahirən səliqəli, rahat, adekvat bir insan kimi izlənilmiş, tibbi sənədlərdə qeyd olunan diaqnozlar, qeyd olunan şikayətlər və vətəndaşın hazırkı psixi statusunda tam uyğunsuz olmuşdur. Hazırda psixoproduktiv əlamətlər və davranış pozuntusu aşkar edilməmişdir. Salyan Rayonlararası Psixiatrik Xəstəxanasının xx.xx.2022-xx.xx.2022-ci il tarixli, 283/2022 nömrəli Çıxarışında diaqnoz “Açıq kəllə-beyin travması nəticəsində davranıs qüsurları psixopatabənzər davranış” kimi qeyd olunsa da, obyektiv müayinə zamanı öz təsdiqini tapmamışdır. Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2023-cü il tarixli, 711 nömrəli Həkim Psixiatr Komissiyasının rəyi “Üzvi şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi ilə” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2023-xx.xx.2023-cü il tarixli, 6515/23 nömrəli Çıxarışında diaqnoz “Üzvi səxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi ilə” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Vital Klinikanın xx.xx.2022-ci il tarixli MRT müayinəsinin nəticəsi “Baş beyinin az dərəcəli atrofiyası. Sol alın-təpə və sağ təpə payında semiovali mərkəzində tək-tək mm-lik postanqiopatik qlioz ocaqları. Sfenoid sinusun sol tərəfində selikli qisanın minimal qalınlaşması” kimi qeyd olunmuşdur. Anamnestik məlumatlarda və obyektiv müayinələrin nəticələrində əlillik təyinatına əsas verə biləcək psixoproduktiv əlamətlər və davranış pozuntusu aşkar edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmisdir. Məlumat üçün bildirirlər ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfındən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfındən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfındən gücləndirilmiş elektron imza ilə imzalanır. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına İddiaçı və cavabdehin nümayəndəsi X5 gəlmiş, üçüncü şəxsin nümayəndəsi isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 iddiaya qarşı etirazın məzmununa uyğun izahat verdi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçını və cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2011-ci il tarixli, 606 nömrəli qərarına əsasən 1992-ci ildə Salyan RHK tərəfindən hərbi xidmətə çagırılmış İddiaçı İsgəndər oğlu döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1992-ci ildə travma almış, xx.xx.1992-ci ildən xx.xx.1992-ci ilə kimi N saylı hərbi hissədə müayinə və müalicə olunmuş, ona “Alın, burun kökü, üst və alt dodaqda güllə yaralanması, Burun sümüyünün açıq sınığı” diaqnozu qoyulmuş (diaqnoz Salyan RHK-nın xx.xx.2011-ci il tarixli 560 nömrəli göndərişi, xx.xx.2011-ci il tarixli 470 nömrəli arayışı, Silahlı Qüvvələrin Baş Klinik Hospitalından verilmiş xx.xx.2011-ci il tarixli 4079 nömrəli arayışı, MN MHHK-nın həkim mütəxəssisi-cərrahın rəyi ilə təsdiq edilir), “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafıəsi zamanı alınmışdır” qeyd edilmişdir. İş materiallarına, o cümlədən işdə olan tibbi sənədlərə əsasən İddiaçı İsgəndər oğlunun xəstəliyi ilə əlaqədar ilkin olaraq əlillik vəziyyətinə Tibbi Sosial Ekspert Komissiyası tərəfindən xx.xx.2011-ci il tarixdə baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi büyövlüyünün müdafıəsi ilə əlaqədar əlillik; Əmək zəmanəti: əmək qabiliyyəti kəskin məhduddur; X1: XİX Sinif-Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S00-S09-Başın travmaları=>S06-Kəllədaxili travma=>S06.8- Digər kəllədaxili travmalar. Diaqnozun mətni: keçirilmiş ağır kəllə-beyin travmasından sonrakı hal: hipertenziya, qıcolma tutmaları, görmə sinirlərinin diskinin atrofiyası, postravmatik sol tərəfli koxlear nevrit”; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: keçirilmiş ağır kəllə-beyin travmasından sonrakı hal: hipertenziya, qıcolma tutmaları, görmə sinirlərinin diskinin atrofiyası, postravmatik sol tərəflikoxlear nevrit səbəbi ilə ona 1 il müddətinə əlillik dərəcəsi verilmişdir. İddiaçının əlillik vəziyyəti ilə bağlı növbəti qiymətləndirmə xx.xx.2014-cü il tarixdə həyata keçirilmiş və “Səbəbi: Azərbaycan Respublikasının ərazi büyövlüyünün müdafıəsi ilə əlaqədar əlillik; Tibbi-sosial yardım və reabilitasiya vasitələri: İxtisaslaşmış müalicə. Əmək zəmanəti: əmək qabiliyyəti məhduddur; X1: XX Sinif-Xəstələnmənin və ölümün xarici səbəbləri=>Y35-Y36-Qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar=>Y36-Hərbi əməliyyatlar=>Y36.4-Hərbi əməliyyatlar nəticəsində odlu... Diaqnozun mətni: keçirilmiş ağır kəllə-beyin travmasından sonrakı hal: hipertenziya, qıcolma tutmaları, görmə sinirlərinin diskinin atrofiyası, postravmatik sol tərəfli koxlear nevrit. Xroniki dəmir defisitli anemiya”; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: keçirilmiş ağır kəllə-beyin travmasından sonrakı hal: hipertenziya, qıcolma tutmaları, görmə sinirlərinin diskinin atrofiyası, postravmatik sol tərəflikoxlear nevrit. Xroniki dəmi” səbəbi ilə ona 1 il müddətinə əlillik dərəcəsi verilmişdir. İddiaçının əlillik vəziyyəti ilə bağlı növbəti qiymətləndirmə xx.xx.2015-ci il tarixdə həyata keçirilmiş və “Səbəbi: Azərbaycan Respublikasının ərazi büyövlüyünün müdafıəsi ilə əlaqədar əlillik; Tibbi-sosial yardım və reabilitasiya vasitələri: İxtisaslaşmış müalicə. Əmək zəmanəti: yüngül işlərdə işləyə bilər; X1: XİX Sinif-Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri=>T90-T98-Travmaların, zəhərlənmələrin və xarici səbəblərin digər təsirlərinin nəticələri=>T90-Başın... Diaqnozun mətni: Kəllədaxili travmaların nəticələri. Keçirilmiş ağır kəllə-beyin travmasından sonrakı hal: hipertenziya, qıcolma tutmaları, görmə siniri atrofiyası”; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: keçirilmiş ağır kəllə-beyin travmasından sonrakı hal: hipertenziya, qıcolma tutmaları, görmə siniri atrofiyası səbəbi ilə ona 1 il müddətinə əlillik dərəcəsi verilmişdir. İddiaçının əlillik vəziyyəti ilə bağlı növbəti qiymətləndirmə xx.xx.2016-cı il tarixdə həyata keçirilmiş və “Səbəbi: Azərbaycan Respublikasının ərazi büyövlüyünün müdafıəsi ilə əlaqədar əlillik; Tibbi-sosial yardım və reabilitasiya vasitələri: İxtisaslaşmış müalicə. Əmək zəmanəti: yüngül işlərdə işləyə bilər; X1: XİX Sinif-Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri=>T90-T98-Travmaların, zəhərlənmələrin və xarici səbəblərin digər təsirlərinin nəticələri=>T90-Başın... Diaqnozun mətni: Kəllədaxili travmaların nəticələri. Keçirilmiş ağır kəllə-beyin travmasından sonrakı hal: hipertenziya, qıcolma tutmaları, görmə siniri atrofiyası”; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: keçirilmiş ağır kəllə-beyin travmasından sonrakı hal: hipertenziya, qıcolma tutmaları, görmə siniri atrofiyası səbəbi ilə ona 5 il müddətinə əlillik dərəcəsi verilmişdir. İddiaçının əlillik vəziyyəti ilə bağlı növbəti qiymətləndirmə xx.xx.2021-ci il tarixdə həyata keçirilmiş və X1: XİX Sinif-Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri=>T90-T98-Travmaların, zəhərlənmələrin və xarici səbəblərin digər təsirlərinin nəticələri=>T90-Başın... Diaqnozun mətni: Kəllədaxili travmaların nəticələri. Keçirilmiş ağır kəllə-beyin travmasından sonrakı hal: hipertenzion sindrom. Postravmatik ensefalopatiya; Meyar: İmtina edilir. Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etmir. Diaqnoz və ağırlaşması əlilliyin təyininə əsas vermir. İddiaçının əlillik vəziyyəti ilə bağlı növbəti qiymətləndirmə xx.xx.2022-ci il tarixdə həyata keçirilmiş və Diaqnozun mətni: Baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları. Üzvi mənşəli şəxsiyyət pozuntusu. Kəllədaxili travmaların nəticələri. Meyar: İmtina edilir. Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etmir. İddiaçının əlillik vəziyyəti ilə bağlı növbəti qiymətləndirmə xx.xx.2023-cü il tarixdə həyata keçirilmiş və Diaqnozun mətni: Üzvi mənşəli şəxsiyyət pozuntusu. Üzvi mənşəli (1992-ci ildə müharibə zamanı keçirilmiş ağır kəllə-beyin travması) şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsilə. Keçirilmiş kəllə-beyin travmasının qalıq əlamətləri, postravmatik ensefalopatiya, hipertenzion sindrom, qıcolma tutmaları ilə. Beynin xroniki işemiyası. Hipertoniya xəstəliyi. Meyar: İmtina edilir. Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnozun öz təsdiqini tapmaması. Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. İddiaçının əlillik vəziyyəti ilə bağlı növbəti qiymətləndirmə xx.xx.2024-cü il tarixdə həyata keçirilmiş, Tibbi-sosial yardım və reabilitasiya vasitələri: İxtisaslaşmış müalicə. Diaqnozun mətni: Üzvi mənşəli (1992-ci ildə müharibə zamanı keçirilmiş ağır kəllə-beyin travması) şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsilə. Postravmatik ensefalopatiya, qıcolma tutmaları ilə. Beynin xroniki işemiyası. Hipertoniya xəstəliyi. Meyar: İmtina edilir. Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnozun əlillik əlaməti təyin etməməsi. Səbəbi-Xüsusi səbəbdən. Diaqnoz əlillik əlaməti təyin etmir. Ümumi xəstəlik (Hipertoniya xəstəliyi) səbəbi ilə əlaqədar-Müalicənin davam etdirilməsi barədə 01 mart 2024-cü il tarixli, xxxxxxx0008 saylı qərar qəbul edilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı əlilliyinin müəyyən edilməsi üçün onun müraciətinə 1 ay müddətində yenidən baxılaraq müvafiq inzibati aktın qəbul edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin “Vətəndaşın əyani müayinə olunması haqqında” xx.xx.2024-cü il tarixli, 3-17-4/2-33880/2024 saylı məktubunda qeyd edilmişdir ki, məhkəmənin qərardadına əsasən İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə xx.xx.2024-cü il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən agırlaşmalar və patofunksional pozuntular aşkar olunmadığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin olunaraq ekspertlər qarşısında – iddiaçı xx.xx.1965-ci ildə Salyan rayonu, Qaraçala kəndində anadan olmuş və Salyan rayonu, Qaraçala kəndində qeydiyyatda olan İddiaçı canlı müayinə olunmaqla, iş materiallarında olan əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən qiymətləndirilməsi üçün müvafiq tibb müəssisəsinin verdiyi göndərişlərdə; - şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik müayinələrinin nəticələri, xəstəliyin dinamikası, müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilməklə, onun əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi əsaslandırılmışdırmı? - aparılan müayinələrin nəticələri diaqnozda öz əksini tapırmı? aparılan müayinələrin nəticələri əsasında əldə olunmuş diaqnoza əsasən əlavə müalicəyə (bərpa müalicəsini davam etdirməyə) zərurət vardırmı? - İddiaçı xx.xx.1965-ci ildə Salyan rayonu, Qaraçala kəndində anadan olmuş və Salyan rayonu, Qaraçala kəndində qeydiyyatda olan İddiaçı üzərində aparılan canlı müayinələrin nəticələri əsasında əldə olunmuş diaqnoza və müvafiq tibb müəssisəsinin verdiyi göndərişlərdə, o cümlədən digər tibb müəssisəsinin verdiyi sənədlərdə müəyyən olunan diaqnoza əsasən əlilliyin təyin edilməsi mümkündürmü, mümkündürsə həmin diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş Əlilliyin müəyyən olunması meyarlarında göstərilən xəstəliklərin əhatə dairəsinə düşürmü (XBT-10 kodu qeyd olunmaqla), düşürsə hansı xəstəlikdir (Orqanizmin fünksiyasının pozulmasının faiz dərəcəsi və müddəti)? məzmununda suallar qoyulmuşdur. Həmin təyinat əsasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə- Tibbi Ekspertiza və X6” X9 verdikləri 24 iyun 2025-ci il tarixli, T 443/2025 saylı rəydə göstərilmişdir ki, 1,3. Vətəndaş İddiaçı əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfındən qiymətləndirilməsi üçün iş materiallarında olan tibbi sənədlərinə əsasən “Salyan Rayonlararası Psixiatriya Xəstəxanası” phş-dən göndərilmiş xx.xx.2024-cü il tarixli, P00171312DGY nömrəli Forma 88 göndərişində XBTİO kodu ilə qeyd edilmiş “Əsas diaqnoz: F07.0-üzvi mənşəli (1992-ci ildə müharibə zamanı keçirilmiş ağır kəllə-beyin travması) şəxsiyyətin pozuntusu, koqnitıv fiınksiyaların enməsi ilə, keçirilmiş kəllə-beyin travmasının qalıq əlamətləri, posttravmatik ensefalopatiya, hipertenzion qıcolma tutmaları ilə. Ağırlaşma: T90.5-kəllədaxili travmaların nəticələri, keçirilmiş kəllə-beyin travmasının qalıq əlamətləri, posttravmatik ensefalopatiya, hipertenzion qıcolma tutmaları ilə. Yanaşı xəstəliklər: İ67.8-beyin damarlarının dəqiqləşdirilməmiş zədələnmələri, beynin xroniki işemiyası, hipertoniya xəstəliyi” diaqnoz ona stasionarda müayinə müalicə olarkən anamnestik, psixi status, klinik və laborator instrumental müayinələri nəticələri əsasında müəyyən edilmiş müalicə tədbirləri xəstəliyin dinamikasına uyğun aparıldığından, onların səmərəliliyi və klinik proqnozu qənaətbəxş olmuş, sosial ekspertləri tərəfindən əmək qabiliyyətinin itirilməsi 0 % qeyd edilmişdir. Beləliklə, diaqnoz nəzərə alınmaqla, istər şəxsin DTSERA-da, istərsə də hazırkı əyani müayinələri zamanı əsəbilik, özünü idarə edə bilməmək, yüksək arterial təzyiq, ürək döyüntüləri, bütün bədənində olan ağrılardan şikayətlənmiş, medikamentoz preparatlardan mütəmadi olaraq Estalon və adını xatırlamadığı digər dərmanlar qəbul etdiyini söyləmiş, polis əməkdaşlarına yardım etmək istəyən həkimlərə qarşı aqressiv davranış nümayiş etdirmiş, psixi statusunda müayinə zamanı zahirən geyimi səliqəli, mimikası canlı olmuş, ünsiyyətə daxil olmuş, suallara qıcıqlanmış halda, lakin doğma, adekvat cavablar vermiş, emosional labil izlənmiş, müayinənin gedişatında nümayişkar və manipulyasion davranış sərgiləyərək məqsədyönlü şəkildə qolunu bıçaqla kəsmiş, təqdim edilmiş MRT müayinəsi travmanı təsdiq etməmiş, yaş ilə bağlı dəyişikliklər müşahidə edilmiş, bir sözlə hazırda əlillik təyinatına əsas verə biləcək psixi dəyişikliklər aşkar edilməmişdir. Nəticədə əlilliyin təyini zamanı ona, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlan”nın hər-hansı maddəsini şamil etmək mümkün olmadı. Aparılan müayinələrin nəticələri əsasında əldə olunmuş diaqnoza əsasən əlavə müalicəyə (bərpa müalicəsini davam etdirməyə) hazırda zərurət yoxdur. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə hazırkı iş üzrə aşağıdakı suallara cavab verilməklə mütəxəssis rəyinin verilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X10 tapşırılmışdır: - İddiaçı xx.xx.1965-ci ildə Salyan rayonu, Qaraçala kəndində anadan olmuş və Salyan rayonu, Qaraçala kəndində qeydiyyatda olan İddiaçı canlı müayinə olunmaqla, iş materiallarında olan əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən qiymətləndirilməsi üçün müvafiq tibb müəssisəsinin verdiyi göndərişlərdə; - şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik müayinələrinin nəticələri, xəstəliyin dinamikası, müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilməklə, onun əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi əsaslandırılmışdırmı? - aparılan müayinələrin nəticələri diaqnozda öz əksini tapırmı? - aparılan müayinələrin nəticələri əsasında əldə olunmuş diaqnoza əsasən əlavə müalicəyə (bərpa müalicəsini davam etdirməyə) zərurət vardırmı? - İddiaçıda olan xəstəliyin Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı aldığı travma ilə səbəbli əlaqəsi mövcuddurmu ? - İddiaçı xx.xx.1965-ci ildə Salyan rayonu, Qaraçala kəndində anadan olmuş və Salyan rayonu, Qaraçala kəndində qeydiyyatda olan İddiaçı üzərində aparılan canlı müayinələrin nəticələri əsasında əldə olunmuş diaqnoza və müvafiq tibb müəssisəsinin verdiyi göndərişlərdə, o cümlədən digər tibb müəssisəsinin verdiyi sənədlərdə müəyyən olunan diaqnoza əsasən əlilliyin təyin edilməsi mümkündürmü, mümkündürsə həmin diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş Əlilliyin müəyyən olunması meyarlarında göstərilən xəstəliklərin əhatə dairəsinə düşürmü (XBT-10 kodu qeyd olunmaqla), düşürsə hansı xəstəlikdir (Orqanizmin fünksiyasının pozulmasının faiz dərəcəsi və müddəti)? - Əyani müayinə zamanı müvafiq XBT-10 kodu göstərilməklə xəstəliyinin adı, əsas diaqnozu, ağırlaşmaları, yanaşı xəstəlikləri, xəstəliklərinin yaranma əsasları müəyyən edilsin (əlilliyin təyin edilməsinə əsas verən ağırlaşmalar və patofunksional dəyişiklər ətraflı göstərilməklə). Həmin təyinat əsasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X9 verdikləri 21 oktyabr 2025-ci il tarixli, 3580 saylı rəydə göstərilmişdir ki, İddiaçı ÜZVİ (İ QARABAĞ MÜHARİBƏSİ ZAMANİ ALİNMİŞ QAPALİ KƏLLƏ-BEYİN TRAVMASİ NƏTİCƏSİNDƏ) ŞƏXSİYYƏT POZUNTUSU, KOQNİTİV FUNKSİYALARİN ENMƏSİ İLƏ (F07.0) aşkar olunur. Bunu anamnestik məlumatlar - 1994-cü ildə döyüş zamanı mərmi partlaması nəticəsində kəllə-beyin travması alması, travmadan sonrakı dövrdə psixi pozuntuların meydana çıxması, əsəbi gərginliklər zamanı özünə xəsarətlər yetirməsi, psixi pozuntuların kəskinləşməsi ilə əlaqədar SN “Respublika Psixiatriya Xəstəxanaşı” PHŞ-də dəfələrlə stasionar müalicə alması, həmçinin hazırki müayinə zamanı təqdim etdiyi şikayətləri, zahirən bir qədər gərgin olması, təfəkkürünün tempinin ləngiməsi, bir mövzudan digərinə keçməkdə çətinlik çəkməsi, əhvali-ruhiyyəşinin enməsi, qıcıqlara qarşı həssaslığının yüksəlməsi, koqnitiv funksiyalarının zəifləməsi və sair sübut edir. İİ. Yekun hissəsi: İnzibati iş materiallarını və ambulator məhkəmə psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: 1-ci sual: Şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik müayinələrinin nəticələri, xəstəliyin dinamikası, müalicə tədbirləri və onların səmərəliliyi, göstərilməklə, onun əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi klinik proqnoz əsaslandırılmışdırmı? 5-ci sual: İddiaçı xx.xx.1965-ci ildə Salyan rayonu, Qaraçala kəndində anadan olmuş və Salyan rayonu, Qaraçala kəndində qeydiyyatda olan İddiaçı üzərində aparılan canlı müayinələrin nəticələri əsasında əldə olunmuş diaqnoza və müvafiq tibb müəssisəsinin verdiyi göndərişlərdə, o cümlədən digər tibb müəssisəsinin verdiyi sənədlərdə müəyyən olunan diaqnoza əsasən əlilliyin təyin edilməsi mümkündürmü, mümkündürsə həmin diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş Əlilliyin müəyyən olunması meyarlarında göstərilən xəstəliklərin əhatə dairəsinə düşürmü (XBT-70 kodu qeyd olunmaqla), düşürsə hansı xəstəlikdir (Orqanizmin fünksiyasının pozulmasının faiz dərəcəsi və müddəti)? 6-cı sual: Əyani müayinə zamanı müvafıq XBT-10 kodu göstərilməklə xəstəliyinin adı, əsas diaqnozu, ağırlaşmaları, yanaşı xəstəlikləri, xəstəliklərinin yaranma əsasları 'müəyyən edilsin (əlilliyin təyin edilməsinə əsas verən ağırlaşmalar və patofunksional dəyişiklər ətraflı göstərilməklə). 1-ci, 5-ci və 6-cı suallara cavab: Yoxlanılan şəxs İddiaçı Üzvi (qapalı kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi ilə (F07.0) aşkar olunur. Qərarda qoyulmuş suallar şəxsin əmək qabiliyyətinin qiymətləndirilməsinin meyarlarına aid olduğu üçün sualların cavablandırılması məhkəmə psixiatrik eksperizasının səlahiyyətlərinə aid deyil, göstərilən sualın ekspert qiymətləndirilməsi “Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentiliyi” X11 səlahiyyətlərinə aiddir. 2-ci sual: Aparılan müayinələrin nəticələri diaqnozda öz əksini tapırmı? Cavab: Aparılan müayinələrin nəticələri diaqnozda öz əksini tapır. 3-cü sual: Aparılan müayinələrin nəticələri əsasında əldə olunmuş diaqnoza əsasən əlavə müalicəyə (bərpa müalicəsini davam etdirməyə) zərurət vardırmı? Cavab: İddiaçı Üzvi (İ Qarabağ Müharibəsi zamanı alınmış qapalı kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, anamnezində koqnitiv funksiyaların enməsi ilə (F07.0) aşkar olunur. Üzvi mənşəli şəxsiyyət pozuntusunun tam reabilitasiyası mümkün deyil, lakin İddiaçı vəziyyətinin stabil saxlanılması və sosial adaptasiyası məqsədilə əlavə müalicə və psixiatrik nəzarətə ehtiyacı vardır. 4-cü sual: İddiaçıda olan xəstəliyin Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı aldığı travma ilə səbəbli əlaqəsi mövcuddurmu? Cavab: İddiaçı aşkarlanan Üzvi (İ Qarabağ Müharibəsi zamanı alınmış qapalı kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi ilə (F07.0) diaqnozu Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafıəsi zamanı aldığı travma ilə əlaqədardır. Elmi ədəbiyyatdakı (məlumata əsasən, nisbətən uzun zaman ərzində formalaşan bir patologiya olan Üzvi mənşəli şəxsiyyət pozuntusu üzvi xəstəliklərin (kəllə-beyin travması nəticəsində) agır keçən uzaq nəticələrindən biri hesab olunur. İşdə olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyasının 01 mart 2024-cü il tarixli, xxxxxxx0008 saylı qərarından görünür ki, İddiaçı əlillik təyinatından imtina edilmiş, səbəbi Diaqnozun əlillik əlaməti təyin etməməsi qeyd olunmuşdur. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 01 mart 2024-cü il tarixli, xxxxxxx0008 saylı qərarını mübahisələndirmişdir. Məhkəmə Dövlət Tibbi-Sosial Ekspertiza və X4-Sosial Ekspert Komissiyasının iddiaçıya əlilliyin təyinatından imtina edilməsi haqqında mübahisələndirilən 01 mart 2024cü il tarixli, xxxxxxx0008 saylı qərarını əsassız hesab edir. Həmin qərarda İddiaçı əlilliyin təyinatından imtinanın əsası kimi “Diaqnozun öz təsdiqini tapmaması” qeyd olunmuşdur. Halbuki, iş üzrə təqdim olunmuş və mötəbərliliyi şübhə doğurmayan tibbi sənədlərlə iddiaçıya xəstəliyi ilə bağlı təyin olunmuş “Üzvi mənşəli (1992-ci ildə müharibə zamanı keçirilmiş ağır kəllə-beyin travması) şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsilə. Postravmatik ensefalopatiya, qıcolma tutmaları ilə. Beynin xroniki işemiyası. Hipertoniya xəstəliyi” diaqnozları tam təsdiq olunur. Belə ki, işdə olan Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2011-ci il tarixli, 606 nömrəli qərarından müəyyən olunur ki, Salyan RHK-nın xx.xx.2011-ci il tarixli, 560 nömrəli göndərişinə və tibbi sənədlərə əsasən İddiaçı Azərbaycan Respublikasının müdafıəsi zamanı döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1992-ci ildə travma aldığı, xx.xx.1992-ci ildən xx.xx.1992-ci ilə kimi N saylı hərbi hissədə müayinə və müalicə olunduğu, ona “Alın, burun kökü, üst və alt dodaqda güllə yaralanması, Burun sümüyünün açıq sınığı” diaqnozunun qoyulduğu Salyan RHK-nın xx.xx.2011-ci il tarixli, 470 nömrəli arayışı, Silahlı Qüvvələrin Baş Klinik Hospitalından verilmiş xx.xx.2011-ci il tarixli, 4079 nömrəli arayışı, MN MHHK-nın həkim mütəxəssisicərrahın rəyi ilə təsdiq edilmişdir. Qeyd olunduğu kimi, Tibbi Sosial Ekspert Komissiyası aparılmış müayinələrin nəticəsi olaraq təyin olunmuş “Keçirilmiş ağır kəllə-beyin travmasından sonrakı hal: hipertenziya, qıcolma tutmaları, görmə sinirlərinin diskinin atrofiyası, postravmatik sol tərəfli koxlear nevrit”, “Keçirilmiş ağır kəllə-beyin travmasından sonrakı hal: hipertenziya, qıcolma tutmaları, görmə sinirlərinin diskinin atrofiyası, postravmatik sol tərəfli koxlear nevrit. Xroniki dəmir defisitli anemiya”, “Kəllədaxili travmaların nəticələri. Keçirilmiş ağır kəllə-beyin travmasından sonrakı hal: hipertenziya, qıcolma tutmaları, görmə siniri atrofiyası”, “Kəllədaxili travmaların nəticələri. Keçirilmiş ağır kəllə-beyin travmasından sonrakı hal: hipertenziya, qıcolma tutmaları, görmə siniri atrofiyası” diaqnozları ilə İddiaçı 10 il (2011-2021-ci illər) ərzində ikinci dərəcə əlilliyin təyin olunmasına qərar vermişdir. Lakin cavabdeh tərəfindən 2021-2023-cü illərdə İddiaçı əlillik vəziyyəti ilə bağlı aparılmış müayinələrin nəticəsi olaraq təyin edilmiş, həm əvvəlki (2011-2021-ci illər) diaqnozları, həm də ağırlaşmaları təsdiq edən və ikinci dərəcə əlilliyin təyin olunmasına əsas verən “Kəllədaxili travmaların nəticələri. Keçirilmiş ağır kəllə-beyin travmasından sonrakı hal: hipertenzion sindrom. Postravmatik ensefalopatiya”, “Baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları. Üzvi mənşəli şəxsiyyət pozuntusu. Kəllədaxili travmaların nəticələri”, “Üzvi mənşəli şəxsiyyət pozuntusu. Üzvi mənşəli (1992-ci ildə müharibə zamanı keçirilmiş ağır kəllə-beyin travması) şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsilə. Keçirilmiş kəllə-beyin travmasının qalıq əlamətləri, postravmatik ensefalopatiya, hipertenzion sindrom, qıcolma tutmaları ilə. Beynin xroniki işemiyası. Hipertoniya xəstəliyi” diaqnozları üzrə “Diaqnoz əlillik əlaməti təyin etmir” qərarı qəbul edilmişdir. Həmçinin, İddiaçı əlillik vəziyyəti ilə bağlı xx.xx.2024-cü il tarixdə həyata keçirilmiş müayinənin nəticəsi olaraq təyin olunmuş, əlillik təyinatının aparıldığı 2011-2021-ci illərdəki diaqnozları təsdiq edən “Üzvi mənşəli (1992-ci ildə müharibə zamanı keçirilmiş ağır kəlləbeyin travması) şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsilə. Postravmatik ensefalopatiya, qıcolma tutmaları ilə. Beynin xroniki işemiyası. Hipertoniya xəstəliyi” diaqnozu “Diaqnoz əlillik əlaməti təyin etmir” kimi qiymətləndirilərək iddiaçının səhhəti ilə bağlı əlilliyin təyin olunmasından imtina edilməsi və müalicənin davam etdirilməsi barədə mübahisələndirilən 01 mart 2024-cü il tarixli, xxxxxxx0008 saylı qərar qəbul edilmişdir. Bundan bağqa, iş materiallarında olan İddiaçı adına tərtib olunmuş xx.xx.2021-ci il tarixli, ******* saylı, xx.xx.2022-ci il tarixli, 283/2022 nömrəli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, 093939 nömrəli, xx.xx.2023-cü il tarixli, 564/2023 nömrəli, xx.xx.2024-cü il tarixli, 3736/24 nömrəli “Ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışlardan göünür ki, iddiaçı xx.xx.2021-xx.xx.2021-ci il tarixlərdə Salyan Mərkəzi Rayon Xəstəxanasında, xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə Salyan Rayonlararası Psixatriya Xəstəxanasında, xx.xx.2023-xx.xx.2023-cü il tarixlərdə X8, xx.xx.2023xx.xx.2023-cü il tarixlərdə Respublika Psixiatriya Xəstəxanasında, xx.xx.2023-xx.xx.2023cü il tarixlərdə Salyan Rayonlararası Psixatriya Xəstəxanasında, xx.xx.2024-xx.xx.2024-cü il tarixlərdə Respublika Psixiatriya Xəstəxanasında stasionar müalicələrdə olmuş, xəstəliyi ilə bağlı XBT-10, kod T90.5, F-07.0, F-07.8 üzrə ona “Keçirilmiş ağır kəllə-beyin travmasından sonrakı hal: hipertenzion sindrom. Postravmatik ensefalopatiya”, “Baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları. Üzvi mənşəli şəxsiyyət pozuntusu. Kəllədaxili travmaların nəticələri”, “Üzvi mənşəli şəxsiyyət pozuntusu. Üzvi mənşəli (1992-ci ildə müharibə zamanı keçirilmiş ağır kəllə-beyin travması) şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsilə”, “Keçirilmiş kəllə-beyin travmasının qalıq əlamətləri, postravmatik ensefalopatiya, hipertenzion sindrom, qıcolma tutmaları ilə. Beynin xroniki işemiyası. Hipertoniya xəstəliyi” diaqnozları təyin edilmişdir. Hətta Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin “Vətəndaşın əyani müayinə olunması haqqında” xx.xx.2024-cü il tarixli rəyində də təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, İddiaçı Üzvi mənşəli şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsilə, keçirilmiş kəllə-beyin travmasının qalıq əlamətləri, postravmatik ensefalopatiya, hipertenzion sindrom, qıcolma tutmaları ilə. Beynin xroniki işemiyası. Hipertoniya xəstəliyi” diaqnozu təsdiq edilmişdir. Göründüyü kimi, İddiaçı əlilliyin təyin olunmasından imtina edilməsi və müalicənin davam etdirilməsi barədə qəbul olunmuş mübahisələndirilən 01 mart 2024-cü il tarixli, xxxxxxx0008 saylı qərardan həm əvvəlki, həm də sonrakı tarixlərdə mötəbər tibb müəssisələrində aldığı müayinə və müalicələrdən sonra da ona əlillik dərəcəsinin təyinatına əsas verən diaqnozlar təyin edilmişdir. Qeyd olunduğu kimi, iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X9 verdikləri 21 oktyabr 2025-ci il tarixli, 3580 saylı rəydə göstərilmişdir ki, İddiaçı ÜZVİ (İ QARABAĞ MÜHARİBƏSİ ZAMANİ ALİNMİŞ QAPALİ KƏLLƏ-BEYİN TRAVMASİ NƏTİCƏSİNDƏ) ŞƏXSİYYƏT POZUNTUSU, KOQNİTİV FUNKSİYALARİN ENMƏSİ İLƏ (F07.0) aşkar olunur. Bunu anamnestik məlumatlar - döyüş zonasında hərbi xidmət keçərkən mərmi partlaması nəticəsində kəllə-beyin travması alması, travmadan sonrakı dövrdə psixi pozuntuların meydana çıxması, əsəbi gərginliklər zamanı özünə xəsarətlər yetirməsi, psixi pozuntuların kəskinləşməsi ilə əlaqədar SN “Respublika Psixiatriya Xəstəxanaşı” PHŞ-də dəfələrlə stasionar müalicə alması, həmçinin hazırki müayinə zamanı zahirən bir qədər gərgin olması, təfəkkürünün tempinin ləngiməsi, bir mövzudan digərinə keçməkdə çətinlik çəkməsi, əhvali-ruhiyyəşinin enməsi, qıcıqlara qarşı həssaslığının yüksəlməsi, koqnitiv funksiyalarının zəifləməsi və sair sübut edir. 2011-2024-cü illəri əhatə edən bütün tibbi sənədlərdə İddiaçı xəstəliyi ilə bağlı ona əlilliyin təyin edilməsinə əsas verən a) “əsas diaqnoz XBT-10 üzrə kod F-07.0 Üzvi mənşəli şəxsiyyət pozğunluğu-İctimailəşmiş davranış pozğunluğu, b) Ağırlaşma: “kod F- 06.5 Postravmatik ensefalopatiya, hipertnzion sindrom tez-tez təkrarlanan qıcolma tutmaları ilə, kəllə-beyin travmasından sonrakı üzvi dissosiativ pozuntu, koqnitiv funksiyanın enməsi ilə” diaqnozu dəfələrlə öz təsdiqini tapmışdır. İddiaçı xəstəliyi ilə bağlı yuxarıda sadalanan diaqnozları həmin vaxt qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin üçüncü dərəcə əlilliyin təyin olunmasına əsas verən 2.1.14 bəndinin (davranış pozulmaqla uzunmüddətli (iki ildən çox) təzahür edən psixotik hallar və 2.3.9-cu bəndinin (uzun müddət dekompensasiya (altı aydan çox) vəziyyətində olan şəxsiyyət pozuntuları və psixopatiyalar) təsir dairəsinə düşürdü. Həmçinin, xəstəliyi ilə bağlı İddiaçı təyin edilmiş diaqnozlarda qeyd olunan xəstəliklər Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.6.2-ci bəndində öz əksini tapan “baş beynin zədələnməsi və disfunksiyası və ya somatik xəstəliklə bağlı digər psixi pozuntular (F-06), üzvi mənşəli şəxsiyyət pozuntusu (F-07.0), baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları (F-07.8)”, 7.6.2.1-ci yarımbəndində təsbit olunan “əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq, bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması, 7.6.2.2-ci yarımbəndində təsbit olunan “məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə, davranışın pozulmasına səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti” hallarına tam uyğundur və həmin Qərarda bu xəstəliklərlə bağlı orqanizmin funksiyasının pozulması faizi 35-60 və 65-80, orqanizmin funksiyasının pozulması müddəti 2 il müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının xəstəlikləri ilə bağlı təqdim olunmuş tibbi sənədlərdəki məlumatların həqiqiliyini təkzib edən hər hansı dəlil, sübut cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən hazırkı məhkəmə icraatında təqdim olunmamışdır. İddiaçı iş materiallarında olan və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən mötəbər hesab olunan tibbi sənədlərlə müəyyən olunmuş xəstəliyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın “Psixi və davranış pozuntuları” bölməsində təsbit olunmuş xəstəliklərin əhatə dairəsinə tam uyğunluğu təsdiq olunur. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin “Vətəndaşın əyani müayinə olunması haqqında” qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərarında İddiaçı səhhətində agırlaşmaların və patofunksional pozuntuların aşkar olunmadığı bildirilsə də, yuxarıda sadalanan tibb müəssisələri tərəfindən ona təyin olunmuş diaqnozlardakı xəstəlikləri ilə bağlı müsbət dəyişikliklərin mövcudluğu barədə qeydin əksini tapmaması onun xəstəliyinin hazırki vaxtadək heç bir dəyişiklik olmadan davam etdiyini təsdiq edir. İddiaçı səhhəti ilə bağlı yuxarıda sadalanan diaqnozların iddiaçıya məhz mötəbər tibbi müəssisələr tərəfindən təyin edildiyi, iddiaçıda olan və əlilliyin təyin olunmasına əsas verən xəstəliklərin həmin diaqnozlarda öz əksini tapdığı halda, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin iddiaçıya heç bir tibbi açıqlama vermədən əlillik təyinatından imtina etməsi iddiaçının əlillik vəziyyətinin obyektiv qiymətləndirilməməsi qənaətinə gəlməyə əsas verir. Beləliklə, məhkəməyə təqdim olunmuş tibbi sənədlərdə İddiaçı ona əlilliyin təyin olunmasına əsas olan diaqnozu, xəstəliyinin hal-hazıradək mövcud olması tam təsdiq olunur. Göründüyü kimi, Dövlət Tibbi-Sosial Ekspertiza və X4-Sosial Ekspert Komissiyasının mübahisələndirilən qərarında iddiaçıya əlillik təyinatından imtinanın faktiki və hüquqi halları müəyyən olunmamış, nəticədə iddiaçının qanuni əsaslarla malik olduğu hüquqlarına ciddi müdaxilə edilmişdir. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 11-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Həmin Qanunun 61-ci maddəsinin tələblərinə görə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Kifayət qədər əsasların mövcudluğu məhkəməyə bu qənaətə gəlməyə əsas verir ki, İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X4-Sosial Ekspert Komissiyasının 01 mart 2024-cü il tarixli, xxxxxxx0008 saylı qərarının ləğv edilməsini və ona 01 mart 2024-cü il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbindən 65-80 faizlə əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”nı tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Konstitusiyanın 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Konstitusiyanın 71-ci maddəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Etimad hüququnun qorunması Konstitusiyadan və X12 Konvensiyasından irəli gəlir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinə (Dövlətin ali məqsədi) əsasən: İ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Konstitusiyanın həmin maddəsinin 2-ci bəndinə əsasən Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. X12 Konvensiyasının 1-ci maddəsinə (İnsan hüquqlarına hörmət olunması öhdəliyi) əsasən Razılığa gələn Yüksək Tərəflər onların yurisdiksiyası altında olan hər kəs üçün bu Konvensiyanın 2 bölməsində müəyyən olunmuş hüquq və azadlıqları təmin edirlər. Etimad hüququnun qorunması dövlətə münasibətdə pozitiv öhdəliklər yaradır və buna uyğun qaydada davranma tələb edir. Belə ki, dövlət bu hüququn reallaşdırılması üçün müvafiq işlək mexanizmlər yaratmalı; dövlət orqanları öz fəaliyyətlərində hüquq və azadlıqların səmərəli həyata keçirilməsini təmin edəcək qaydada davranmalıdırlar. Konstitusiya və AİHK ilə müəyyən edilən hüquqlar xəyali və nəzəri hüquq deyil, odur ki, dövlət tərəfindən təqdim edilən mexanizmlər səmərəsizdirsə, həmin hüquq və azadlıqların təmin edilməsi kimi qiymətləndirilə bilməz. Etimad hüququnun qorunmasının əsasları “İnzibati icraat haqqında” qanunun 2.0.8, 13, 67-69-cu maddələrində əksini tapmışdır. Həmin Qanunun 2.0.8-ci maddəsinə əsasən qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam kimi anlayış verilmişdir. Həmin Qanunun 13-cü maddəsinə əsasən etimad hüququnun qorunması prinsipinin mahiyyətini, nəzəri əsaslarını, 67-69-cu maddələr isə praktik tətbiqi zamanı təzahürünü müəyyən edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: - 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2. maddəsinə əsasən Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının etimad hüququ qanunla qorunur, bu baxımdan iddiaçının iddia tələbi əsaslı hesab edilməli və təmin edilməlidir. Cavabdehin hərəkətləri isə qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası xx.xx.2022-ci il tarixli, 2-1(102)-996/2022 nömrəli qərarında hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən başqa bir işdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş ‘‘Əlilliyin qiymətləndirilməsi Qaydası”nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”-nın 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. “İnzibati icraat haqqında” Qanunun 58.1-ci maddəsinə görə inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanunun 67.1-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.3-cü maddəsinə görə qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması, həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İPM-in 73.2-ci maddəsinə görə iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Qeyd olunanlara məcmu şəkildə qiymət verərək məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X4-Sosial Ekspert Komissiyasının 01 mart 2024-cü il tarixli, xxxxxxx0008 saylı qərarı ləğv edilməli və İddiaçı 01 mart 2024-cü il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbindən 65-80 faiz olmaqla 2 il müddətinə əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 75-ci, 78-ci, 79-cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X4-Sosial Ekspert Komissiyasının 01 mart 2024-cü il tarixli, xxxxxxx0008 saylı qərarı ləğv edilsin və İddiaçı 01 mart 2024-cü il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbindən 65-80 faiz olmaqla 2 il müddətinə əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar