Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-166/2020 27.02.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Şirvan İnzibati Məhkəməsi hakim İsmayılov Orxan Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi X7, İddiaçı (Şirvan şəhəri, Xanlar küçəsi, ev 5-də yaşayış yeri üzrə qeydiyyatda olan) iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı X5, X6, X1 və X8 Şirvan şəhəri, T.İsmayılov küçəsi, 1 nömrəli evin, 15 saylı mənzilindən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə dair inzibati işə Şirvan İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X5, X6, X1 və X8 Şirvan şəhəri, T.İsmayılov küçəsi, 1 nömrəli evin, 15 saylı mənzilindən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq Cavabdeh nümayəndəsi və üçüncü şəxslər məhkəmə iclasına gəlməmişdirlər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə Cavabdeh nümayəndəsinin və üçüncü şəxslərin iştirakları olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək bildirdi ki, 23.08.2013-cü il tarixdə X10 məxsus olan Şirvan şəhəri, T.İsmayılov küçəsi, 1 nömrəli evin, 15 saylı mənzili 23.08.2013-cü il tarixli, ******* nömrəli alqı-satqı müqaviləsi əsasında almışdır. DƏDRX-nin 13 saylı Ərazi İdarəsindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən 10.09.2013-cü il tarixli, ******* saylı çıxarışla həmin mənzil üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Mənzili alqı-satqı yolu ilə aldıqdan sonra mənzil mülkiyyətçisi olaraq onun istifadəsində olmuşdur. Mənzilin alqı-satqısı zamanı həmin ünvanda pasport qeydiyyatında olmuş şəxslər bir ay ərzində qeydiyyatdan çıxmaqları barədə öhdəlik götürsələrdə hal-hazıradək həmin mənzilin qeydiyyatındadırlar və bu səbəbdən də onların da adlarına xeyli miqdarda kommunal xərclər hesablanmışdır. Bu səbəbdən də mülkiyyətində olan mənzilin pasport qeydiyyatında olan X5, X6, X1 və X8 çıxarılmaları ilə bağlı Cavabdehnə ərizə ilə müraciət etmişdir. Cavabdehndən ona ünvanlanmış 16.10.2019-cu il tarixli cavab məktubunda üçüncü şəxslərin qeydiyyatdan çıxarılmasının mümkün olmadığı bildirilmişdir. Qeyd olunanların nəzərə alınaraq iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və subutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İşdə olan seriya Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı 12.10.1964-cü il tarixdə Sabirabad rayonunun Ulacalı kəndində anadan olmuş, Şirvan şəhəri, Xanlar küçəsi, ev 5-də yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan X14 ilə İddiaçı arasında bağlanmış 23.08.2013-cü il tarixli, ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, Şirvan şəhəri, T.İsmayılov küçəsi, 1 saylı binada yerləşən, 15 saylı, 3 otaqlı, yaşayış sahəsi 37,7 kv.m, yardımlı sahəsi 19 kv.m, ümumi sahəsi 56,7 kv.metrdən ibarət mənzili alıcının mülkiyyətinə verilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş 10.09.2013-cü il tarixli, RX ******* nömrəli çıxarışın surətindən görünür ki, Şirvan şəhəri, Tofiq İsmayılov küçəsi, ev 1, mənzil 15 İddiaçı adına daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 22 nömrəli reyestr kitabının 79 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan Cavabdeh iddiaçıya ünvanladığı 16.10.2019-cu il tarixli, 305-28079A-3219 nömrəli məktubunda qeyd edilmişdir ki, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olmadığı üçün həmin vətəndaşların yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması qanuna ziddir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şirvan şəhəri 1 saylı notariat ofisinin 29.10.2019-cu il tarixli, 1010 nömrəli məktubuna əlavə edilmiş ərizələrin təsdiq edilmiş surətlərindən görünür ki, ünvan 3 ünvanda qeydiyyatda olan X11, X4 və X2 şəhəri, T.İsmayılov küçəsi, 1 nömrəli evin 15 saylı mənzilin X14 tərəfindən öz mülahizəsinə görə istənilən şərtlərlə, istənilən qiymətə, istənilən şəxsə satmasına razılıq vermişdirlər. İşdə olan 23.08.2013-cü il tarixli, AN-İ№ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqavilənin 11-ci bəndindən görünür ki, satıcı mənzili yardımçı vasitələri ilə birlikdə alıcının bəyənib, qiyməti ilə razılaşdığı vəziyyətdə müqavilə notariat qaydasında təsdiq olunduğu vaxtdan 23.08.2013-cü il müddətində onun faktiki sahibliyinə və istifadəsinə verməyi, alıcı isə mənzili qəbul etməyi öhdəsinə götürür. İşdə olan 23.08.2013-cü il tarixli, AN-İ№ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqavilənin 13-cü bəndindən görünür ki, satıcılar müqavilə notariat qaydasında təsdiq olunduğu tarixdən bir ay müddətində satdığı mənzildən qeydiyyatdan çıxmağı öhdəsinə götürür. İşdə olan Şirvan şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 27.02.2020-ci il tarixli, 1497 nömrəli arayışında qeyd olunmuşdur ki, X12, X11, X4 və X3 şəhəri, T.İsmayılov küçəsi, ev 1, mənzil 15 ünvanında qeydiyyatda olmalarına baxmayaraq 2013-cü ildən həmin ünvanda yaşamırlar. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və ya kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür(maddə 2). Müvafiq icra hakimiyyəti orqanları («müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər) tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan bu hallarda çıxarılır: yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının («müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər) məlumatına əsasən; başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının («müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər) məlumatına əsasən; ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında (maddə 9). Məhkəmə müəyyən etdi ki, Şirvan şəhəri, T.İsmayılov küçəsi, 1 nömrəli evin, 15 saylı mənzil İddiaçı xüsusi mülkiyyətindədir. Üçüncü şəxslər 3.08.2013-cü il tarixli, AN-İ№ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən mübahisəli mənzildən qeydiyyatdan çıxmağı öhdəsinə götürsələr də, öhdəliklərinə əməl etməmişlər.İddiaçı Cavabdehnə müraciət edərək xüsusi mülkiyyətində olan Şirvan şəhəri, T.İsmayılov küçəsi, 1 nömrəli evin, 15 saylı mənzildə qeydiyyatda olan üçüncü şəxslər X5, X6, X1 və X8 qeydiyyatdan çıxarılmasını xahiş etmişdir. Bu müraciətlə əlaqədar vətəndaş İddiaçı imtina edilmiş və məhkəmə orqanına müraciət edilməsi tövsiyə olunmuşdur. Məhkəmə hesab edir ki, iddiaçı hər hansı hüquqi əsasları mövcud olmayan üçüncü şəxslərin qeydiyyatdan çıxarılmalarını tələb etmək hüququna malikdir. Belə ki, Şirvan şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 27.02.2020-ci il tarixli, 1497 nömrəli arayışına qeyd olunur ki, X12, X11, X4 və X3 şəhəri, T.İsmayılov küçəsi, ev 1, mənzil 15 ünvanında qeydiyyatda olmalarına baxmayaraq 2013-cü ildən həmin ünvanda yaşamırlar. Göründüyü kimi üçüncü şəxsin iddiaçıya məxsus olan mənzildə yaşamamaları və qeydiyyatlarının formal xarakter daşıması iddiaçının mülkiyyət hüquqlarının məhdudlaşdırılması ilə nəticələnir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı hər hansı hüquqi əsasları mövcud olmayan üçüncü şəxslərin qeydiyyatdan çıxarılmasını tələb etmək hüququna malikdir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun “şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması” adlı 9-cu maddəsində mülkiyyətçinin və ya əmlak hüququnun sahibinin tələbi əsasında evə münasibətdə hər hansı qanunla qorunan hüquqların sahibi olmayan şəxslərin qeydiyyatdan çıxarılması imkanının nəzərdə tutulmaması məhkəmə qaydasında onların qeydiyyatdan çıxarılmalarına maneə təşkil etməməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Beləliklə, iddia təmin edilməli, üçüncü şəxslər X5, X6, X1 və X8 iddiaçının mülkiyyətində olan Şirvan şəhəri, T.İsmayılov küçəsi, 1 nömrəli evin, 15 saylı mənzilindən qeydiyyatdan çıxarılması öhdəliyi Cavabdeh üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Üçüncü şəxslər X5, X6, X1 və X8 iddiaçının mülkiyyətində olan Şirvan şəhəri, T.İsmayılov küçəsi, 1 nömrəli evin, 15 saylı mənzilindən qeydiyyatdan çıxarılması öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardanşikayət verilmədiyivə yaproses iştirakçıları tərəfindən şikayətingerigötürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Orxan İsmayılov
Məhkəmə qərarları › İş №2-1(120)-166/2020
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-166/2020
27.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver