Məhkəmə qərarları › İş №2-1(120)-166/2021

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-166/2021

29.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-166/2021 29.03.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi оğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi, İddiaçı iştirаkı ilə, İddiaçı cavabdeh İmişli rayon İcra Hakimiyyətinə qarşı dövlət qulluğuna xitam verilməsi haqqında İmişli rayon İcra Hakimiyyəti başçısının xx xxx 2020-ci il tarixli, 40 saylı əmrinin ləğv edilməsi tələbinə dair inzibati işə Şirvan İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi Təsviri hissə: İddiaçı cavabdeh İmişli rayon İcra Hakimiyyətinə qarşı iddia qaldıraraq “xx.xx.2020ci il tarixli, 40 saylı əmrin etibarsız hesab edilməsi və İmişli rayon İcra Hakimiyyətinə Başçısının Bəhrəmtəpə qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsinə bərpa edilməsi, məcburi iş buraxmalara görə kompensasiya ödənilməsi” tələbi bаrədə qərаr çıхаrılmаsını məhkəmədən хаhiş еtmişdir. Şirvan İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tаriхli, 2-1(120)-1466/2020 nömrəli qərardadı ilə İddiaçı cavabdeh İmişli rayon İcra Hakimiyyətinə qarşı “xx.xx.2020-ci il tarixli, 40 saylı əmrin etibarsız hesab edilməsi və İmişli rayon İcra Hakimiyyəti Başçısının Bəhrəmtəpə qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsinə bərpa edilməsi, məcburi iş buraxmalara görə kompensasiya ödənilməsi” bаrədə iddia ərizəsi üzrə iddiaçı və cavabdehin olduğu kimi saxlanılması, iddiа tələbinə “dövlət qulluğuna xitam verilməsi haqqında İmişli rayon İcra Hakimiyyəti başçısının xx xxx 2020-ci il tarixli, 40 saylı əmrinin ləğv edilməsi” kimi bахılmаsı qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, İmişli rayon İcra Hakimiyyətinin sabiq başçısının xx xxx 2020-ci il tarixli 40 saylı qanunsuz əmri ilə onun İmişli RİHB Bəhrəmtəpə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsindən azad edilərək, dövlət qulluğuna xitam verilmişdir. Həmin qanunsuz əmrdə göstərilir ki, “rayon ərazisində xüsusi karantin rejiminin tələb və qaydalarına əməl olunmasının monitorinqi zamanı aşkarlanmış nöqsanlara və həvalə edilmiş vəzifələri məsuliyyətlə yerinə yetirmədiyinə görə xx xxx 2020-ci il tarixdən Azərbaycan Respublikası dövlət qulluğu haqqında qanunun 25.2.6 maddəsinə uyğun olaraq vəzifəsindən azad edilərək dövlət qulluğuna xitam verilsin”. O, İmişli rayon İcra Hakimiyyətinin başçısının əmri ilə xx xxx 2015-ci il tarixdən etibarən İmişli RİHB Bəhrəmtəpə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində işləyir. İşlədiyi müddətdə heç bir inzitam tənbehi almamışdır. İmişli rayon İcra Hakimiyyətinin sabiq başçısının xx xxx 2020-ci il tarixli 40 saylı qanunsuz əmrinin məzmunu Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə uyğun deyildir. Digər halda əmrdə göstərilənlər həqiqətə uyğun deyildir. Belə ki, onun hər hansı bir nöqsana və həvalə edilmiş vəzifələri məsuliyyətlə yerinə yetirməməsi xüsusi karantin rejiminin tələb və qaydalarına əməl olunmasının monitorinqi zamanı aşkar edilməmişdir. Çünki, belə bir monitorinq keçirilməmişdir. Heç bir nöqsana və vəzifə məsüliyyətsizliyinə yol verməmişdir. Onun belə bir nöqsana və vəzifə məsuliyyətsizliyinə yol verməsini təsdiq edən heç bir sübüt yoxdur. Belə ki, ona irad tutulan arayışı verməsində heç bir qanun pozuntusu yoxdur. Çünki, arayış verdiyi şəxslər həqiqətən bir neçə ildir ki, briqada təşkil edərək müxtəlif kənd təsərrüfatı işləri görürlər (soğan, pampıq yığımı və becərilməsi və.s.). Onun belə bir arayışı verməsi həmin şəxslər kənd təsərrüfatı işləri gördükləri üçün xüsusi karantin rejiminin tələb və qaydalarına tamamilə uyğundur. Digər halda İmişli rayon İcra Hakimiyyətinin sabiq başçısının xx xxx 2020-ci il tarixli 40 saylı qanunsuz əmri Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinin ciddi sürətdə pozulması ilə qəbul edilmişdir. Belə ki, işdən çıxmanın səbələri Əmək Məcəlləsinin tələb etdiyi forma və qaydada rəsmiləşdirməmiş, əmək məcəlləsinin müvafiq maddəsinə istinad etmədən əmr verilmiş və hətta onunla bağlanmış əmək müqaviləsinə xitam verilməmişdir. Bu günədək onun əmək kitabçası və son haqq-hesabı verilməmişdir. Digər halda onu işdən azad etməzdən əvvəl Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada onun şifahi və ya yazılı izahatı alınmamışdır. Bu isə Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinin ciddi sürətdə pozulması deməkdir. İmişli rayon İcra Hakimiyyətinin sabiq başçısının xx xxx 2020-ci il tarixli 40 saylı qanunsuz əmri Azərbaycan Respublikası Əmək Məccələsinin bir sıra tələblərinə o cümlədən həmin Məcəllənin 84-cü maddəsinin tələblərinə uyğun deyildir. Belə ki, onun əmək məcəlləsinin hansı maddəsi ilə işdən azad edilməsi həmin əmrdə əks olunmamışdır. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Göstərilənləri nəzərə alaraq onun xx xxx 2020-ci il tarixdən Azərbaycan Respublikası dövlət qulluğu haqqında qanunun 25.2.6 maddəsinə uyğun olaraq vəzifəsindən azad edilərək dövlət qulluğuna xitam verilməsi barədə İmişli rayon İcra Hakimiyyətinin başçısının xx xxx 2020-ci il tarixli 40 saylı qanunsuz əmrinin ləğv edilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddianı müdafiə edərək dövlət qulluğuna xitam verilməsi haqqında İmişli rayon İcra Hakimiyyəti başçısının xx xxx 2020-ci il tarixli, 40 saylı əmrinin ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cаvаbdеh İmişli rayon İcra Hakimiyyətinə məhkəmə iclаsının yеri və vахtı bаrədə rəsmi qаydаdа məlumаt vеrilməsinə bахmаyаrаq, cavabdehin nümayəndəsi məhkəmə iclаsınа gəlməmişdirlər. Məhkəmə Аzərbаycаn Rеspublikаsı İnzibаti Prоsеssuаl Məcəlləsinin 62-ci mаddəsinə əsаsən işə cavabdeh İmişli rayon İcra Hakimiyyətinin nümayəndəsinin iştirakı olmadan şə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan İmişli rayon İcra Hakimiyyəti başçısının xx xxx 2020-ci il tarixli, 40 nömrəli əmrinin təsdiq olunmuş surətindən görünür ki, İmişli RİHB-nin Bəhrəmtəpə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi İddiaçı rayon ərazisində xüsusi karantin rejiminin tələb və qaydalarına əməl olunmasının monitorinqi zamanı aşkarlanmış nöqsanlara və həvalə edilmiş vəzifələri məsuliyyətlə yerinə yetirmədiyinə görə xx xxx 2020-ci il tarixdən Azərbaycan Respublikası “Dövlət qulluğu haqqında” Qanunun 25.2.6 maddəsinə uyğun olaraq vəzifəsindən azad edilərək dövlət qulluğuna xitam verilmişdir. İş materiallarında olan İmişli rayon İcra Hakimiyyəti başçısının Bəhrəmtəpə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin məhkəməyə göndərdiyi xx xxxxxxx 2020-ci il tarixli, 20 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı cavabdeh İmişli rayon İcra Hakimiyyətinə qarşı xx.xx.2020-ci il tarixli, 40 saylı əmrlərin etibarsız hesab edilməsi barədə inzibati iş üzrə bildiririk ki, İddiaçı dövlət qulluğuna xitam verilməsi haqqında əmrin surətindən çıxarış İmişli rayon İcra Hakimiyyəti başçısının Bəhrəmtəpə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə xx xxxx 2020-ci il tarixdə daxil olmuşdur. İş materiallarında olan İmişli rayon İcra Hakimiyyəti başçısının Bəhrəmtəpə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin məhkəməyə göndərdiyi xx xxxxxxx 2020-ci il tarixli, 20 nömrəli məktubuna əlavə olunmuş xx xxx 2020-ci il tarixli, 40 saylı əmrdən çıxarışda qeyd edilmişdir ki, rayon ərazisində xüsusi karantin rejiminin tələb və qaydalarına əməl olunmasının monitorinqi zamanı aşkarlanmış nöqsanlara və həvalə edilmiş vəzifələri məsuliyyətlə yerinə yetrimədiyinə görə xx xxx 2020-ci il tarixdən Azərbaycan Respublikası “Dövlət qulluğu haqqında” Qanunun 25.2.6 maddəsinə uyğun olaraq X1 rayon İcra Hakimiyyəti ba'şçısının Bəhrəmtəpə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsindən azad edilmiş və onun dövlət qulluğuna xitam verilmişdir. İş materiallarında olan İmişli rayon Prokurorluğunun məhkəməyə göndərdiyi xx xxxxxx 2020-ci il tarixli, ********* nömrəli məktubunda qeyd edilmişdir ki, sizin xx.xx.2020-ci il tarixli 2-1 (120)-1466/2020 nömrəli məktubunuza cavab olaraq bildirilir ki, İmişli rayonu Bəhrəmtəpə qəsəbə sakini İddiaçı barəsində tərəfimdən xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə cinayət işi başlanılmış və İmişli rayon prokurorluğunun böyük müstəntiqi, İİİ dərəcəli hüquqşünas X7 tərəfindən istintaq edilərək, xx.xx.2020-ci il tarixdə cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 40.2-ci maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verilmişdir. İş materiallarında olan İmişli rayon prokurorluğunun böyük müstəntiqi, İİİ dərəcəli hüquqşünas X4 qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərarının qərara aldı hissəsində aşağıdakılar qeyd olunmuşdur: 1) Qərarın təsviri hissəsində göstərilənlərə əsasən, İddiaçı Azərbaycan Respublikası CM-in 313-cü maddəsində nəzərdə tutulan vəzifə saxtakarlığı cinayət əməlini törətməsinə baxmayaraq, onun xx xxxxx 2020-ci il tarixdə Mail Hüseynova arayışı təqdim etdikdən sonra müvafiq arayışı tərtib etmək səlahiyyəti olmadığını bilərək, həmin gün Mail Hüseynovdan geri götürməsi və arayışdan ümumiyyətlə istifadə edilməməsi ilə bağlı şəraitin dəyişməsi nəticəsində İddiaçı və törətdiyi əməlin ictimai təhlükəli olmadığı müəyyən olunduğundan, ********* nömrəli cinayət işi üzrə icraata Azərbaycan Respublikası CPM-nin 40.2-ci maddəsinə əsasən xitam verilsin...” Həmin qərarda (11-ci səhvəsinin sonuncu abzasında) qeyd edilir: “Beləliklə aparılmış istintaqla müəyyən edilmişdir ki, xx.xx.1983-cü ildə Rusiya Federasiyasında anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, alı təhsilli, İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsində qeydiyyatda olmaqla, orada yaşayan İddiaçı xx xxxxx 2020-ci il tarixdə, saat 12 radələrində İmişli rayon İcra Hakimiyyəti başçısının Bəhrəmtəpə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində işləyərkən “Koronavirus (Covid-19) infeksiyasııım Azərbaycan Respublikası ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 2 aprel tarixli 124 nömrəli qərarında dəyişiklik edilməsi barədə Nazirlər Kabinetinin xx xxxxx 2020-ci il tarixli, 126 nömrəli qərarına əlavə olaraq qəbul edilmiş “Kənd təsərrüfatı və yardımçı sahələrdə fəaliyyət göstərən şəxslərin hərəkəti ilə bağlı təlimatf’n 4.2.3-cü bəndinin tələblərinə zidd olaraq səlahiyyəti olmadığı halda sair şəxsi niyyətlə rəsmi sənəd hesab olunan xx xxxxx 2020-ci il tarixli, 373 nömrəli arayışa İmişli rayonu, Bəhrəmtəpə qəsəbə sakini X6 ilə birlikdə 13 (on üç) şəxsin adım daxil etməklə, qanunsuz olaraq bilə-bilə yalan məlumatlar daxil edərək, müvəqqəti post keçid məntəqələrinə təqdim edib rayonlararası sərbəst hərəkət etmək üçün həmin şəxslərin kənd təsərrüfatı sahəsində işlədiyini təsdiq etməklə, vəzifə saxtakarlığı cinayətini törətmişdir. Həmin qərarda (12-ci səhvəsinin 6-cı abzasında) qeyd edilir: “İstintaq zamanı İddiaçı rayon prokurorluğuna ərizə ilə müraciət edərək, İmişli rayon İcra Hakimiyyəti başçısının Bəhrəmtəpə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində işləyərkən X2 verdiyi qanunsuz arayışla bağlı istintaq olunan cinayət işi üzrə barəsində bəraətverici əsaslar olmadan cinayət işi üzrə icraata xitam verilməsinə etiraz etmədiyini göstərmişdir. Məhkəmə gəldiyi nəticəsini əsaslandırmaq üçün yuxarıda qeyd edilən sübutlarla yanaşı aşağıda qeyd edilən hüquq normalarına nəzər yetirməyi zəruri hesab edir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun: 15.2-ci maddəsinə əsasən İlk dəfə daimi dövlət qulluğuna qəbul edilmiş vətəndaş vəzifəsinin icrasına başlamamışdan əvvəl aşağıdakı məzmunda and içir: «Azərbaycan Respublikasına sadiq olacağıma, onun Konstitusiyasına dönmədən əməl edəcəyimə, dövlət sirrini və xidməti sirri qoruyacağıma, dövlət qulluğunun mənə verdiyi hüquqları və üzərimə qoyduğu vəzifələri qərəzsiz, vicdanla, ancaq qanunauyğun surətdə, var gücümlə və vətənin mənafeyi naminə həyata keçirəcəyimə and içirəm». 18.0.4-cü maddəsinə əsasən dövlət qulluqçuları vəzifədə olaraq başqa dövlət qulluqçularının işini çətinləşdirən, yaxud qulluq keçdiyi dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməlidir. 18.0.12-ci maddəsinə əsasən dövlət qulluqçuları vəzifədə olaraq etik davranış qaydalarına əməl etməlidir. 20.1.3-cü maddəsinə əsasən dövlət qulluqçusunun dövlət orqanının və ya yerli özünüidarə orqanının işləri üzrə üçüncü şəxslərin vəkili olmağa ixtiyarı yoxdur. 25.1-ci maddəsinə əsasən dövlət qulluqçusuna həvalə olunmuş vəzifələrin yerinə yetirilməməsi və ya lazımi şəkildə yerinə yetirilməməsi, habelə bu Qanunla müəyyən edilmiş məhdudiyyətlərə əməl olunmaması, qanunda başqa qayda nəzərdə tutulmayıbsa, intizam məsuliyyətinə səbəb olur. 25.2-ci maddəsinə əsasən dövlət qulluqçusu bu Qanunun 18-ci, 20-ci və ya 25.11-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, onun barəsində aşağıdakı intizam tənbeh tədbirlərindən biri tətbiq edilə bilər: 25.2.1. töhmət; 25.2.2. bir il müddətinədək vəzifə maaşının 5 faizindən 30 faizinədək azaldılması; 25.2.3. həmin təsnifatdan olan, lakin vəzifə maaşı aşağı olan vəzifəyə keçirilməsi; 25.2.4. daha aşağı təsnifatdan olan vəzifəyə keçirilməsi; 25.2.5. ixtisas dərəcəsinin bir pillə aşağı salınması; 25.2.6. dövlət qulluğundan azad edilməsi. 25.5-ci maddəsinə əsasən dövlət qulluqçularına intizam tənbehi bu Qanunun 25.2ci maddəsində nəzərdə tutulmuş əsaslar aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. Dövlət qulluqçusunun məzuniyyətdə, ezamiyyətdə olduğu, əmək qabiliyyətini müvəqqəti itirdiyi, habelə barəsində xidməti yoxlama və ya cinayət işinin istintaqı aparıldığı vaxt həmin müddətə daxil edilmir. 25.6-cı maddəsinə əsasən bu Qanunun 25.2.6-cı maddəsində nəzərdə tutulmuş intizam tənbeh tədbiri vəzifələrin icrası zamanı kobud və ya mütəmadi olaraq pozuntulara yol verildikdə və ya bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş məhdudiyyətlərə əməl edilmədikdə tətbiq oluna bilər. 25.7-ci maddəsinə əsasən bu Qanunun 25.2.1-25.2.6-cı maddələrində nəzərdə tutulmuş intizam tənbeh tədbirləri dövlət qulluqçusunun qulluq keçdiyi dövlət orqanının rəhbəri tərəfindən, 25.2.1-ci maddəsində nəzərdə tutulmuş intizam tənbeh tədbiri isə, habelə dövlət qulluqçusunun qulluq keçdiyi dövlət orqanının rəhbəri tərəfindən səlahiyyət verilmiş vəzifəli şəxs (şəxslər) tərəfindən tətbiq oluna bilər. 25.8-ci maddəsinə əsasən intizam tənbeh tədbirinin tətbiq edilməsi barədə əmrdən, onun imzalandığı gündən 7 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına şikayət vermək olar. Bu zaman həmin orqan tərəfindən intizam tənbeh tədbiri 10 iş günü müddətində ləğv olunmalı və ya qüvvədə saxlanılmalıdır. Tətbiq olunmuş intizam tənbeh tədbirindən şikayət verilməsi qaydası Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilir. 25.9-cu maddəsinə əsasən dövlət qulluqçusu qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada inzibati və cinayət məsuliyyətinə cəlb oluna bilər. 25.10-ci maddəsinə əsasən dövlət qulluqçusu onun təqsiri üzündən dəymiş zərər üçün qanunvericiliklə müəyyən edilmiş qaydada maddi məsuliyyət daşıyır. Dövlət qulluqçusunun qanuna uyğun hərəkətləri nəticəsində dəymiş zərərin əvəzi tam həcmdə Azərbaycan Respublikasının dövlət büdcəsinin və Naxçıvan Muxtar Respublikasının büdcəsinin vəsaiti hesabına ödənilir. 25.11-cu maddəsinə əsasən Dövlət qulluqçusu “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsində müəyyən edilmiş tələblərə əməl etmədikdə və ya həmin Qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə (onlar inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda) intizam məsuliyyətinə cəlb olunur. 33.1.6-cı maddəsinə əsasən bu Qanunun 25.2.6-cı maddəsinə uyğun olaraq dövlət qulluğundan azad edildikdə dövlət qulluğuna xitam verilə bilər. “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununun: 7.1-ci maddəsinə əsasən dövlət qulluqçusu Azərbaycan Respublikasının, dövlət orqanının və dövlət qulluğunun nüfuzunu möhkəmləndirməyə, öz adını və şərəfini uca tutmağa borcludur. 12.2-ci maddəsinə əsasən dövlət qulluqçusu onun hərəkətlərinin (hərəkətsizliyinin) və ya qərarlarının maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməyə gətirib çıxarmasını istisna edən tədbirlər görməlidir. 13.2-ci maddəsinə əsasən tərəflərdən biri dövlət qulluqçusunun qulluq keçdiyi dövlət orqanı olan əqdlərdə həmin dövlət qulluqçusu digər tərəf ola bilməz. 15.2-ci maddəsinə əsasən dövlət qulluqçusunun xidməti vəzifələri ilə onun şəxsi maraqları arasında ziddiyyət yarana biləcəyi hallarda, o, qanunvericiliyə müvafiq olaraq, dövlət qulluğuna qəbul olunduqda, habelə bundan sonrakı dövrdə həmin maraqların xarakteri barədə məlumat verməyə borcludur. 23.1-ci maddəsinə əsasən etik davranış qaydalarının pozulması dövlət qulluqçusunun intizam məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. Məhkəmə müəyyən etdi ki, İmişli RİHB-nin Bəhrəmtəpə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi İddiaçı rayon ərazisində xüsusi karantin rejiminin tələb və qaydalarına əməl olunmasının monitorinqi zamanı aşkarlanmış nöqsanlara və həvalə edilmiş vəzifələri məsuliyyətlə yerinə yetirmədiyinə görə xx xxx 2020-ci il tarixdən Azərbaycan Respublikası “Dövlət qulluğu haqqında” Qanunun 25.2.6 maddəsinə uyğun olaraq vəzifəsindən azad edilərək dövlət qulluğuna xitam verilmişdir. Məhkəmə qeyd edir ki, dövlət qulluqçusuna həvalə olunmuş vəzifələrin yerinə yetirilməməsi və ya lazımi şəkildə yerinə yetirilməməsi, habelə dövlət qulluqçuları üçün müəyyən edilmiş məhdudiyyətlərə əməl olunmaması intizam məsuliyyətinə səbəb olur. Dövlət qulluqçusu qanunun tələblərini kobud qaydada pozduqda, onun barəsində dövlət qulluğundan azad edilməsi intizam tənbeh tədbiri tətbiq edilə bilər. İş materiallarında olan cinayət işinin balanması haqqında İmişli rayon prokurorluğunun böyük müstəntiqi, İİİ dərəcəli hüquqşünas X4 qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərarından görünür ki, iddiaçı dövlət qulluqçusu kimi vəzifələrinin icrası zamanı kobud qanun pozuntusuna - Azərbaycan Respublikası CM-in 313-cü maddəsində nəzərdə tutulan vəzifə saxtakarlığı cinayət əməlini törətmişdir. Həmin qərardan həmçinin görünür ki, iddiaçı rayon prokuroluğuna ərizə ilə müraciət edərək onunla bağlı istintaq olunan cinayət işi üzrə barəsində bəraətverici əsaslar olmadan cinayət işi üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. İşin faktiki hallarından göründüyü kimi iddiaçı dövlət orqanında müəyyən edilmiş qulluq reqlamentinə riayət etməmiş, vəzifələrinin icrası zamanı kobud qanun pozuntusuna yol vermş və bunun nəticəsi olaraq cavabdeh inzibati orqan tərəfindən onun tutduğu vəzifədən azad edilməsi və dövlət qulluğuna xitam verilməsi barədə müvafiq qərar qəbul edilmişdir. Məhkəmə işin faktiki hallarını araşdıraraq və sübutları qiymətləndirərək hesab edir ki, tətbiq edilmiş “dövlət qulluğundan azad edilmə” tənbeh tədbiri adekvat seçimdir. Eyni zamanda məhkəmə tərəfindən mübahisələndirilən inzibati aktın (əmrin) ləğv edilməsi üçün cavabdeh inzibat orqanın hərəkətlərində qanun pozuntusu müəyyən olunmur. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati İcraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə İcraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Bütün qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh İmişli rayon İcra Hakimiyyətinə qarşı dövlət qulluğuna xitam verilməsi haqqında İmişli rayon İcra Hakimiyyəti başçısının xx xxx 2020-ci il tarixli, 40 saylı əmrinin ləğv edilməsi barədə iddia tələbi təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbayçan Respublikası İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh İmişli rayon İcra Hakimiyyətinə qarşı dövlət qulluğuna xitam verilməsi haqqında İmişli rayon İcra Hakimiyyəti başçısının xx xxx 2020-ci il tarixli, 40 saylı əmrinin ləğv edilməsi barədə iddia tələbi təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Samir Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar