Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-166/2024 18.12.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Şahəli Calal oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi ilə, İddiaçı və onun vəkili Qanuni nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Biləsuvar bələdiyyəsinə qarşı “Biləsuvar bələdiyyəsinin xx.xx.2021-ci il tarixli, 08 saylı iclas protokolunun qərarının xx.xx.2006-cı il tarixli, 01 saylı qərarının ləğv edilməsi hissəsində ləğv edilməsi” tələbinə dair inzibati işə Şirvan İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Biləsuvar bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Biləsuvar bələdiyyəsinin xx.xx.2021-ci il tarixli, 08 saylı iclas protokolunun qərarının xx.xx.2006-cı il tarixli, 01 saylı qərarının ləğv edilməsi hissəsində ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş hesab edilmişdir. Şirvan İnzibati Məhkəməsinin 22 may 2024-cü il tarixli, 2-1(120)-166/2024 nömrəli qərardadı ilə X2 zəruri cəlb etmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunması qərara alınmışdır. İddiaçının iddia ərizəsi onunla əsaslandırılmışdır ki, 09 yanvar 2006-cı il tarixdə yaşayış evinin tikintisi ilə əlaqədar həyətyanı torpaq sahəsi almaq üçün Biləsuvar rayon bələdiyyəsinə müraciət etmişdir. 27 yanvar 2006-cı il tarixdə Biləsuvar şəhəri, Bakı küçəsində yerləşən mülkiyyətinə verilməsi nəzərdə tutulan şimaldan 15,8 metr, cənubdan 15,8 metr, şərqdən 23,0 metr, qərbdən 23,0 metr olmaqla ümumi sahəsi 0,037 hektar olan həyəyanı torpaq sahəsinə baxış keçirilmiş və bu barədə bələdiyyənin sədri tərəfindən təsdiq edilmiş akt verilmişdir. Həmin tarixdə mülkiyyətinə satılacaq və bələdiyyənin sədri tərəfindən təsdiq edilmiş torpaq sahəsinin yerqurluşu planı verilmişdir. Biləsuvar bələdiyyəsinin 30 yanvar 2006-cı il tarixli qərarına əsasən bələdiyyənin mülkiyyətində olan Bakı küçəsi ərazisində yerləşən 0,037 hektar torpaq sahəsinin mülkiyyətinə verilməsi barədə qərar qəbul edilmişdir. Biləsuvar rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin müdiri, baş memar tərəfindən həmin torpaq sahəsi ilə əlaqədar rəy verilmişdir. 02 fevral 2006-cı il tarixdə ona torpaqların alqı-satqısına dair akt verilmiş və tərəfindən bələdiyyənin kassasına 222 manat pul ödənilmişdir. Həmin həyətyanı torpaq sahəsində yaşayış evi tikmişdir. Qanuni yolla aldığı həyətyanı torpaq sahəsinə və orada tikdiyi yaşayış evinə DƏDRX-dən hüquqi sənədləri ala bilmir və Biləsuvar bələdiyyəsinin qanunazidd əməlləri nəticəsində hüquqlarını reallaşdıra bilmir. Nəticə etibarı ilə Konstitsion hüquqları pozulmuşdur. Buna səbəb 13 il keçdikdən sonra qanunsuz olaraq Biləsuvar bələdiyyəsinin 01 avqust 2019-cu il tarixli qərarına əsasən Biləsuvar bələdiyyəsinin 30 yanvar 2006-cı il tarixli, 01 saylı qərarı ləğv edilmiş, 222 manat pulun ona qaytarılması qərara alınmışdır. Bundan məlumatı olan kimi bələdiyyənin qanunazidd hərəkətləri barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə şikayət etmişdir. Həmin şikayət araşdırılması üçün İmişli Regional Ədliyyə İdarəsinə göndərilmişdir. İmişli Regional Ədliyyə İdarəsinin xx.xx.2019-cu il tarixli R-485/3 saylı məktubunda göstərilənlər nəzərə alınmaqla, bələdiyyənin xx.xx.2019-cu il tarixli 08 saylı qərarı (0,037 hektar torpaq sahəsinin oğlum X9 mülkiyyətinə verilməsinə dair qərar) ləğv edilmişdir. Bundan sonra yenidən qanunsuz olaraq 30 dekabr 2019-cu il tarixdə Biləsuvar bələdiyyəsinin 15 saylı iclasının protokoluna əsasən ona, yəni Biləsuvar şəhər sakini İddiaçı Biləsuvar bələdiyyəsi tərəfindən ayrılmış həyətyanı torpaq sahəsinə verilmiş 30 yanvar 2006-cı il 01 saylı qərar ləğv edilmiş, həmin torpaq sahəsi ilə bağlı X9 adına olan 30 yanvar 2006-cı il tarixli 01 saylı qərar qüvvədə saxlanılmışdır. Bundan sonra bələdiyyə sədrinin qanunazidd əməlləri barədə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-74/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarına əsasən (sədrlik edən hakim Orxan İsmayılov) Biləsuvar bələdiyyəsinin xx.xx.2019-cu il tarixli, 15 saylı qərarı ləğv edilmişdir. Şirvan Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 2-1(106)-273/2021 saylı, 29 iyun 2021-ci il tarixli qərarına əsasən (sədrlik edən və məruzəçi hakim İlham Əsədov) cavabdeh Biləsuvar bələdiyyəsi və üçüncü şəxs X8 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməmiş və Şirvan İnzibati Məhkəməsinin 02 fevral 2021-ci il tarixli, 2- 1(120)-74/2021 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmənin qanuni qüvvəsini almış qərarı icra olunarkən Biləsuvar bələdiyyəsinin 08 saylı iclas protokolunun 30 iyun 2021-ci il tarixli qərarına əsasən bələdiyyənin xx.xx.2019-cu il tarixli, 15 saylı qərarı ləğv edilməklə yanaşı, həmin bələdiyyə tərəfindən 30 yanvar 2006-cı il tarixli, 01 saylı iclas protokolunun qərarına əsasən bələdiyyə tərəfindən Bakı küçəsi ərazisində yerləşən 0,037 hektar torpaq sahəsinin onun mülkiyyətinə verilməsi barədə qərar da məlumatı olmadan əsassız olaraq ləğv edilmişdir. Bunun əsasında icra məmuru xx.xx.2021-ci il tarixdə icraata xitam verilməsi barədə qərar qəbul etmişdir. Tərəfindən icra məmurunun qərarından Şirvan İnzibati Məhkəməsinə xx.xx.2022-ci il tarixdə şikayət edilmişdir. Hazırda şikayət məhkəmənin icraatındadır. Bələdiyyənin qanuniliyi tərəfindən miıbahisələndirilən qərarının surətini isə çox gəl-getdən sonra xx.xx.2022-ci il tarixdə almışdır. Bələdiyyənin 08 saylı iclas protokolunun 30 iyun 2021-ci il qərarı ilə torpağın ona satılması barədə 30 yanvar 2006-cı il tarixli, 01 saylı qərarını yenidən ləğv etməsi ilə bağlı onun hüquqları təkrarən kobud surətdə pozulmuşdur. Bələdiyyə qanunları saya salmır, istədiyi kimi qərar qəbul edir. 17 il bundan əvvəl ona torpaq versə də, illər boyudur ki, onu süründürür. Hüquqlarını pozur, ondan pul alsa da, bələdiyyə sədrinin qanunazidd hərəkətləri nəticəsində tikdiyi evə və aldığı torpağa qeydiyyat sənədləri ala bilmir. Bələdiyyə sədrinin digər maraqları ucbatından 17 ildir ki, sürünür. Hesab edir ki, bələdiyyə sədrinin hərəkətlərində korrupsiya faktı var və məhkəmə tərəfindən yekun qərar qəbul olunarkən buna hüquqi qiymət veriləcəkdir. Cababdeh təşkilatın onun mənafeyinə ziyan vuran qərarından sonra yenidən məhkəməyə müraciət etməyə zərurət yaranmışdır. Bundan əvvəl də məhkəmə qərarına əsasən bələdiyyənin qanunsuz qərarı ləğv edilsə də, bələdiyə məhkəmənin qanuni qüvvəsini almış qərarını icra etməli olduğu halda, bundan daha da irəli gedərək onun mənafeyi ilə əlaqədar olan qərarı da ləğv etmişdir. Qeyd olunanlara əsasən İPM-nin 70.1ci maddəsini rəhbər tutaraq, Biləsuvar bələdiyyəsinin 30 iyun 2021-ci il tarixli, 08 saylı iclas protokolunun qərarının xx.xx.2006-ci il tarixli 01 saylı qərarın ləğv edilməsi hissəsində ləğv edilməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı, həmçinin onun vəkili Qanuni nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Biləsuvar bələdiyyəsinin nümayəndəsi və üçüncü şəxs X8 məhkəmə iclasına gəlməmişdir. Cavabdeh Biləsuvar bələdiyyəsi məhkəməyə ərizə ünvanlayaraq işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə cavabdeh Biləsuvar bələdiyyəsinin nümayəndəsinin və üçüncü şəxs X2 iştirakı olmadan baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası vətəndaşının seriya AZE 01843534 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1950-ci il tarixdə Masallı rayonu, Xoşçobanlı kəndində anadan olub, Biləsuvar şəhəri, Bakı küçəsi, ev 33-də yaşayış yeri üzrə qeydiyyatdadır İş materiallarında olan Biləsuvar RİH Biləsuvar şəhər inzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2022-ci il tarixli, 905 nömrəli arayışından görünür ki, Rüstəmova X5 şəhəri, Bakı küçəsi, 33 nömrəli evdə yaşayır və hal-hazırda işləmir. İş materiallarında olan Biləsuvar bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 01 saylı iclasının protokolundan çıxarışdan, torpaqların alqı-satqısına dair xx.xx.2006-cı il tarixli aktdan, xx.xx.2006-cı il tarixli aktdan, xx.xx.2006-cı il tarixli, 058963 nömrəli kassa mədaxil orderindən, torpaq sahəsinin plan-ölçüsündən görünür ki, bələdiyyənin mülkiyyətində olan Bakı küçəsi adlanan ərazidən 0.037 ha torpaq sahəsi üçün 222 manat dövlət rüsümu ödənilmiş, həmin torpaq sahəsi alqı-satqı yolu ilə İddiaçı ayrılmış, həmçinin torpaq sahəsinin planı tərtib olunmuşdur. İş materiallarında olan Şirvan İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(120)- 74/2021 nömrəli qərarından görünür ki, İddiaçı cavabdeh Biləsuvar bələdiyyəsinə qarşı Biləsuvar bələdiyyəsinin xx.xx.2019-cu il tarixli, 15 saylı qərarının ləğv edilməsi barədə iddia tələbinə dair inzibati iş üzrə iddianın təmin edilməsi, Biləsuvar bələdiyyəsinin xx.xx.2019-cu il tarixli, 15 saylı qərarının ləğv edilməsi qərara alınmışdır. İş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(106)-273/2021 nömrəli qərarı ilə cavabdeh Biləsuvar bələdiyyəsi və üçüncü şəxs X8 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinin təmin edilməməsi, Şirvan İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(120)-74/2021 nömrəli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş materiallarında olan Biləsuvar rayon İcra və probasiya şöbəsinin xx.xx.2021-ci il tarixli icraata xitam verilməsi haqqında qərardan görünür ki, icra sənədində tələb borclu tərəfindən tam şəkildə təmin olunmuş, Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-74/2021 nömrəli xx.xx.2021-ci il tarixli, icra sənədinə xitam verilmişdir. İş materiallarında olan Biləsuvar bələdiyyəsinin xx.xx.2021-ci il tarixli, 08 saylı iclasının protokolundan çıxarışdan görünür ki, hüquqi əsası olmadığına görə bələdiyyənin xx.xx.2006-cı il tarixli, 01 saylı, xx.xx.2019-cu il tarixli, 08 saylı, xx.xx.2019-cu il tarixli, 13 saylı və xx.xx.2019-cu il tarixli, 15 saylı qərarlarının ləğv edilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-44/2- 4923/2023 nömrəli məktubuna əlavə olunmuş mütəxəssis rəyində qeyd olunmuşdur ki, qərardadda qoyulmuş suallar tərəflərin və mütəxəssislərin iştirakı ilə yerində araşdırıldı. İddia tələbinə görə iddiaçının iddia etdiyi torpaq sahəsinin döngə nöqtələrinin koordinatları naturadan plana alınaraq kameral şəraitdə Torpaqların elektron kadastr uçotunun informasiya sisteminin baza məlumatlarına və ortofoto materialları üzərində dəqiqləşdirildi. 1) Biləsuvar bələdiyyəsinin xx.xx.2006-cı il tarixli,01 saylı qərarı ilə İddiaçı ayrılmış 0.037 ha həyətyanı torpaq sahəsinin məkan göstəricilərini təsdiq edən sənəd təqdim olunmadığından bu sualı cavablandırmaq mümkün olmadı. Torpaqların elektron kadastr uçotunun informasiya sisteminin baza məlumatlarına əsasən iddiaçının iddia etdiyi 0,0365 hektaradək olan həyətyanı torpaq sahəsinin naturada yerləşmə vəziyyəti, ölçüləri və döngə nöqtələrinin koordinatları müəyyən edilərək rəyə əlavə olunmuş yerquruluşu planında öz əksini tapmışdır 2) İddiaçı iddia etdiyi həyətyanı torpaq sahəsi Torpaqların elektron kadastr uçotunun informasiya sisteminin baza məlumatlarına əsasən dövlət mülkiyyətində olan yaşayış məntəqələrinin torpaqları kimi qeydə alınmışdır. 3) İddiaçı iddia etdiyi 0.0365 hektaradək olan həyətyanı torpaq sahəsi faktiki olaraq X2 istifadəsindədir. 4) Torpaqların elektron kadastr uçotunun informasiya sisteminin baza məlumatlarına əsasən İddiaçı iddia etdiyi və X2 faktiki istifadəsində olan 0.0365 ha həyətyanı torpaq sahəsi digər şəxslərin qanuni istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşmür. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 fevral 2024-cü il tarixli, 3-16-16/2-10/493 saylı ekspert rəyinin nəticə hissəsində aşağıdakılar qeyd olunmuşdur: Qərardadın birinci sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-44/2-4923/2023 nömrəli məktubuna əlavə olunmuş mütəxəssis rəyinə əsasən, Biləsuvar bələdiyyəsinin xx.xx.2006-cı il tarixli,01 saylı qərarı ilə İddiaçı ayrılmış 0.037 ha həyətyanı torpaq sahəsinin məkan göstəricilərini təsdiq edən sənəd təqdim olunmadığından bu sualı cavablandırmaq mümkün olmadı. Torpaqların elektron kadastr uçotunun informasiya sisteminin baza məlumatlarına əsasən iddiaçının iddia etdiyi 0,0365 hektaradək olan həyətyanı torpaq sahəsinin naturada yerləşmə vəziyyəti, ölçüləri və döngə nöqtələrinin koordinatları müəyyən edilərək rəyə əlavə olunmuş yerquruluşu planında göstərilmişdir. Qərardadın ikinci sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-44/2-4923/2023 nömrəli məktubuna əlavə olunmuş mütəxəssis rəyinə əsasən, İddiaçı iddia etdiyi həyətyanı torpaq sahəsi Torpaqların elektron kadastr uçotunun informasiya sisteminin baza məlumatlarına əsasən dövlət mülkiyyətində olan yaşayış məntəqələrinin torpaqları kimi qeydə alınmışdır. Qərardadın üçüncü sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-44/2-4923/2023 nömrəli məktubuna əlavə olunmuş mütəxəssis rəyinə əsasən, İddiaçı iddia etdiyi 0.0365 hektaradək olan həyətyanı torpaq sahəsi faktiki olaraq X2 istifadəsindədir. Qərardadın dördüncü sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-44/2-4923/2023 nömrəli məktubuna əlavə olunmuş mütəxəssis rəyinə əsasən, İddiaçı iddia etdiyi və X2 faktiki istifadəsində olan 0.0365 ha həyətyanı torpaq sahəsi digər şəxslərin qanuni istifadəsində olan torpaq sahələri ilə üstüstə düşmür. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Biləsuvar bələdiyyəsinin 30 yanvar 2006-cı il tarixli, 01 saylı iclas protokolunun qərarı ilə X3 mülkiyyətinə şəhərin ünvan 2 ünvanında 0,037 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. Həmçinin, müəyyən edilmişdir ki, xx.xx.2006-ci ildə sözügedən əraziyə baxış keçirilmiş, bu barədə akt tərtib edilmiş, Biləsuvar RİH-nin Memarlıq və Tikinti şöbəsinin rəyi alınmış, torpaq sahəsinin yerquruluşu planı tərtib edilmiş və eyni zamanda torpaq sahəsinin ayrılması barədə qərar veriləndən sonra torpağın alqı-satqısına dair akt yazılmış rayon torpaq şöbəsinin akt qeydləri kitabında xx.xx.2006-cı il tarixdə 91 nömrə ilə qeydiyyata alınmışdır. Eyni zamanda bələdiyyənin xx.xx.2006-cı il tarixli, 01 saylı başqa bir iclas qərarı mövcuddur. Həmin qərara görə isə şəhər sakini X4 güzəştli verilmiş 0.037 ha torpaq sahəsi qohumu X9 adına keçirilməlidir. Biləsuvar bələdiyyəsinin xx.xx.2019-cu il tarixli, 15 saylı qərarı ilə İddiaçı həyətyanı torpaq sahəsinin ayrılması barədə Biləsuvar bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 01 saylı qərarı ləğv edilmiş, həmin torpaq sahəsi ilə bağlı X9 adına olan xx.xx.2006-cı il tarixli, 01 saylı qərar qüvvədə saxlanılmışdır. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(120)-74/2021 nömrəli qərarı ilə İddiaçı cavabdeh Biləsuvar bələdiyyəsinə qarşı Biləsuvar bələdiyyəsinin xx.xx.2019-cu il tarixli, 15 saylı qərarının ləğv edilməsi barədə iddia tələbinə dair inzibati iş üzrə iddianın təmin edilməsi, Biləsuvar bələdiyyəsinin xx.xx.2019-cu il tarixli, 15 saylı qərarının ləğv edilməsi qərara alınmışdır. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(106)- 273/2021 nömrəli qərarı ilə cavabdeh Biləsuvar bələdiyyəsi və üçüncü şəxs X8 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinin təmin edilməməsi, Şirvan İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(120)-74/2021 nömrəli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Biləsuvar rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2021-ci il tarixli icraata xitam verilməsi haqqında qərarı ilə icra sənədindəki tələb borclu tərəfindən tam şəkildə təmin olunmuş, Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-74/2021 nömrəli xx.xx.2021-ci il tarixli, icra sənədinə xitam verilmişdir. Daha sonra Biləsuvar bələdiyyəsinin xx.xx.2021-ci il tarixli, 08 saylı qərarı ilə hüquqi əsası olmadığına görə bələdiyyənin xx.xx.2006-cı il tarixli, 01 saylı, xx.xx.2019-cu il tarixli, 08 saylı, xx.xx.2019-cu il tarixli, 13 saylı və xx.xx.2019-cu il tarixli, 15 saylı qərarlarının ləğv edilməsi qərara alınmışdır. Hazırda iddiaçı Biləsuvar bələdiyyəsinin xx.xx.2021-ci il tarixli, 08 saylı iclas protokolunun qərarının xx.xx.2006-cı il tarixli, 01 saylı qərarının ləğv edilməsi hissəsində ləğv edilməsini məhkəmədən xahiş edir. Məhkəmə hesab edir ki, işin müəyyən edilmiş faktiki hallarına aşağıdakı hüquq normalarının tələblərinə müvafiq qaydada hüquqi qiymət verilməlidir. Bu baxımdan, inzibati aktların qəbul edilməsi, iсra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edən «İnzibati iсraat haqqında» AR Qanununun tələblərinə nəzər yetirilməlidir. Belə ki, həmin Qanunun 25.1-ci maddəsinə əsasən Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. Həmin Qanunun 25.6-ci maddəsinə əsasən maraqlı şəxslər inzibati icraat materialları ilə həmin icraatın həyata keçirildiyi inzibati orqanda tanış ola bilərlər. Həmin Qanunun 25.8-ci maddəsinə əsasən maraqlı şəxsin inzibati icraatla bağlı sənədlərin və digər materialların surətlərini əldə etmək hüququ vardır. Həmin Qanunun 28.1.1-сi maddəsinə görə fiziki və ya hüquqi şəxsin ərizəsi inzibati iсraatın başlanılması üçün əsaslardan biridir; Həmin Qanunun 36.1.2-сi maddəsinə əsasən barələrində inzibati aktın qəbul edilməsi nəzərdə tutulan və ya inzibati aktın qəbul edilməsi haqqında ərizə ilə müraсiət etmiş fiziki və ya hüquqi şəxslər inzibati iсraatın iştirakçıları sayılırlar; Həmin Qanunun 36.3-сü maddəsinə görə qəbul olunması nəzərdə tutulan inzibati aktın digər fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanunla qorunan maraqlarına birbaşa təsir edəсəyi güman olunduğu hallarda, inzibati orqan həmin şəxslərin üçünсü (maraqlı) şəxs qismində iсraatda iştirakını təmin etməyə borсludur; Həmin Qanunun 51.1-сi maddəsinə əsasən inzibati orqan inzibati iсraatda iştirak edən şəxsləri, zəruri hallarda isə şahidləri, ekspertləri, tərсüməçiləri və digər orqanların nümayəndələrini inzibati iсraatla bağlı iсlasın vaxtı və yeri haqqında xəbərdar etməyə borсludur; Həmin Qanunun 51.2-сi maddəsinə görə bu Qanunun 51.1-сi maddəsində göstərilən şəxslərə müvafiq məlumatın çatdırılması məqsədilə inzibati orqan müxtəlif rabitə vasitələrindən istifadə edə bilər. Həmin Qanunun 62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Göründüyü kimi qanunvericiliyin tələbinə görə inzibati aktın qəbul edilməsi və ümumiyyətlə inzibati icraatın aparılması zamanı inzibati icraatda iştirak etmək hüququna malik olan şəxsin dinlənilmək, inzibati icraat materialları ilə tanış olmaq, inzibati akt qəbul edildikdən sonra həmin akt barəsində qanunla müəyyən olunmuş vaxt ərzində məlumatlanmaq (tanış olmaq), həmin aktdan şikayət vermək hüquqlarını öyrənmək və şikayət verə bilmək hüquqları vardır, inzibati orqanın isə həmin hüquqları təmin etmək vəzifəsi vardır. İşdən görünür ki, qəbul olunması nəzərdə tutulan inzibati aktın (Biləsuvar Bələdiyyəsinin xx.xx.2021-ci il tarixli, 08 saylı iclas protokolunun qərarı) iddiaçının hüquqlarına və qanunla qorunan maraqlarına birbaşa təsir edəсəyi açıq və aydın olsa da, сavabdeh inzibati orqan inzibati iсraat zamanı iddiaçının iştirakını və dinlənmə hüququnu təmin etməmiş, ona hüquqları izah edilməmiş, qəbul edilmiş inzibati akt (Biləsuvar bələdiyyəsinin xx.xx.2021-ci il tarixli, 08 saylı qərarı) iddiaçının hüquqlarına və qanunla qorunan maraqlarına birbaşa təsir etməsinə baxmayaraq həmin akt qanunla nəzərdə tutulmuş qaydada iddiaçıya təqdim edilməmişdir. Məhkəmə tərəfindən cavabdehə sorğu təqdim edilərək hazırda mübahisələndirilən inzibati aktların qəbul edilməsi zamanı “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun yuxarıda qeyd edilən tələblərinə (prosedura) əməl olunmasına dair sənədlərin təqdim edilməsi xahiş edilmişdir. Lakin, cavabdeh inzibati orqan tərəfindən bu barədə heç bir sənəd (sübut) və məlumat məhkəməyə təqdim edilməmişdir. Bundan başqa məhkəmə xüsusilə vurğulayır ki, cavabdeh inzibati orqan qəbul etdiyi hazırda mübahisələndirilən inzibati aktın (Biləsuvar bələdiyyəsinin xx.xx.2021-ci il tarixli, 08 saylı qərarının) qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Beləki iş materialları ilə təsdiq olunur ki, Şirvan İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(120)-74/2021 nömrəli qərarı ilə İddiaçı cavabdeh Biləsuvar bələdiyyəsinə qarşı Biləsuvar bələdiyyəsinin xx.xx.2019-cu il tarixli, 15 saylı qərarının ləğv edilməsi barədə iddia tələbi təmin edilməsi, Biləsuvar bələdiyyəsinin xx.xx.2019-cu il tarixli, 15 saylı qərarının ləğv edilməsi qərara alınmışdır. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(106)-273/2021 nömrəli qərarı ilə cavabdeh Biləsuvar bələdiyyəsi və üçüncü şəxs X8 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinin təmin edilməməsi, Şirvan İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2- 1(120)-74/2021 nömrəli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Müvafiq qərar icra olunması üçün Biləsuvar rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş, xx.xx.2021-ci il tarixli icraata xitam verilməsi haqqında qərardan görünür ki, icra sənədində tələb borclu tərəfindən tam şəkildə təmin olunduğu üçün Şirvan İnzibati Məhkəməsinin 2- 1(120)-74/2021 nömrəli xx.xx.2021-ci il tarixli, icra sənədinə xitam verilmişdir. Qərarın icrası mərhələsində borclu hesab edilən Biləsuvar bələdiyyəsi məhkəmə qərarı ilə Biləsuvar bələdiyyəsinin ləğv edilməli olan xx.xx.2019-cu il tarixli, 15 saylı qərarının ləğv edilməsi nəzrədə tutulsada X6 İnzibati Məhkəməsinin qərarın icrasından kənara çıxaraq tələbkarın hüquqi marağlarına uyğun olan, onun xeyrinə qəbul edilmiş xx.xx.2006-cı il tarixli, 01 saylı qərarı qanunsuz olaraq ləğv etmişdir. Məhkəmə qərarının icrası zamanı cavabdeh Biləsuvar bələdiyyəsi tərəfindən xx.xx.2021-ci il tarixli, 08 saylı qərar qəbul edilərkən qərarın xx.xx.2006-cı il tarixli, 01 saylı qərarının ləğv edilməsi hissəsində yalnışlıağa yol vermişdir. Bu səbəbdən Biləsuvar bələdiyyəsi tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, 08 saylı qərar xx.xx.2006-cı il tarixli, 01 saylı qərarının ləğv edilməsi hissəsində ləğv edilməli, qalan hissədə qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Məhkəmə hesab edir ki, sübutetmə yükü qanunveriсiliklə üzərinə qoyulan tərəf kimi сavabdeh tərəfindən mübahisəli inzibati aktın qəbuluna əsas olmuş faktiki şərtlərin mövсudluğu iş üzrə sübuta yetirilmir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «X1rşı» iş üzrə xx.xx.2005-сi il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə 1 saylı Protokolun 1-сi maddəsi, ilk növbədə və xüsusən tələb edir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət orqanının müdaxiləsi qanuni əsasa malik olsun. Demokratik сəmiyyətin fundamental prinsiplərindən biri olan qanunun aliliyi Konvensiyanın bütün maddələrinin tərkib hissəsidir (§71). Azərbaycan Respublikasının Konstitusiyasının 143-cü maddəsinin 1-ci bəndinə əsasən Bələdiyyə öz fəaliyyətini iclaslar, daimi və başqa komissiyalar vasitəsi ilə həyata keçirir. Konstitusiyasının 144-cü maddəsinin 6-cı bəndinə əsasən Bələdiyyələrin iclaslarında bələdiyyə mülkiyyətinə sahiblik, ondan istifadə və onun barəsində sərəncam məsələləri həll edilir. Konstitusiyasının 145-ci maddəsinin 1-ci bəndinə əsasən Bələdiyyənin iclaslarında baxılan məsələlərə dair qərarlar qəbul edilir. Konstitusiyasının 145-ci maddəsinin 2-ci bəndinə əsasən Bələdiyyənin qərarları bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanunun 4-cü maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 145-ci maddəsinin İİ hissəsinə uyğun olaraq, bələdiyyə iclaslarında baxılan məsələlərə dair bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qərarlar qəbul edilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən Bələdiyyənin iclası bələdiyyənin sədri, sədr olmadıqda isə onun müavini tərəfindən aparılır. İclasın katibi bələdiyyə üzvləri sırasından seçilir. Bələdiyyə sədri, sədr olmadıqda isə onun müavini bələdiyyə üzvlərinin və ya bələdiyyə ərazisində yaşayan və səsvermə hüququna malik olan vətəndaşların azı iyirmi beş faizinin təşəbbüsü ilə çağırılan iclasa sədrlik etməkdən boyun qaçırdığı halda iclasın sədri iclasda iştirak edən bələdiyyə üzvləri tərəfindən bələdiyyə üzvləri sırasından seçilir. Həmin Qanunun 6-ci maddəsinə əsasən Bələdiyyənin bütün iclasları protokollaşdırılır. Protokol iclasın sədri və katibi tərəfindən imzalanır və bələdiyyənin möhürü ilə təsdiqlənir. İclasın protokolunda onun nömrəsi (hər ilin əvvəlində nömrələr yenilənməlidir), iclasın keçirildiyi yer, tarix, iclasda iştirak edən və etməyən bələdiyyə üzvlərinə və dəvət olunan şəxslərə dair məlumat, iclasın sədri, katibi, iclasın gündəliyi, gündəliyin təsdiqi üçün keçirilən səsvermənin nəticəsi, məruzəçilərin adları, soyadları, məruzənin qısa məzmunu, çıxışların qısa məzmunu, müzakirə olunmuş məsələlərə dair qəbul edilmiş qərar, habelə bununla bağlı keçirilən səsvermənin nəticəsi göstərilməlidir. Protokol təsdiqlənənədək bələdiyyə üzvünün onun mətni ilə tanış olmaq və öz yazılı qeydlərini bildirmək hüququ vardır. Bələdiyyənin iclas protokolu müvafiq kitabda qeydiyyata alınır, həmin kitab üzrə verilən nömrə protokolun nömrəsi hesab olunur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, сavabdehin mübahisəli inzibati aktı qanuna ziddir və bunun nətiсəsində iddiaçının hüquqlarını pozmuşdur. Bütün qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Biləsuvar bələdiyyəsinə qarşı iddia tələbi təmin edilməli, Biləsuvar bələdiyyəsinin xx.xx.2021-ci il tarixli, 08 saylı iclas protokolunun qərarının xx.xx.2006-cı il tarixli, 01 saylı qərarının ləğv edilməsi hissəsində ləğv olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərc yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı iddia tələbi təmin edilsin. Biləsuvar bələdiyyəsinin xx.xx.2021-ci il tarixli, 08 saylı iclas protokolunun qərarının xx.xx.2006-cı il tarixli, 01 saylı qərarının ləğv edilməsi hissəsində ləğv edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Sədrlik edən Şahəli Musayev
Məhkəmə qərarları › İş №2-1(120)-166/2024
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-166/2024
18.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver