Məhkəmə qərarları › İş №2-1(120)-166/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-166/2025

11.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-166/2025 11.03.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Abdullayev Cavid Tariyel oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı M.Ə.Sabir adına “Elit” (Taxıl) Toxumçuluq X7 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı “Ağcabədi rayon İcra Hakimiyyəti başçısının 27 avqust 1998-ci il tarixli, 284 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı üçün “Elit” X9 ayrılmış 90.12 ha torpaq sahəsinə dair koordinatlarının faktiki vəziyyətə uyğunlaşdırılmaqla daimi istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçı M.Ə.Sabir adına “Elit” (Taxıl) Toxumçuluq KFT-nın cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı “Ağcabədi rayonu Təzəkənd kəndində yerləşən və JN-280, kod 60807028 saylı Torpaqdan daimi istifadə hüququna dair dövlət aktına əsasən daimi istifadəyə verilmiş 100,01 ha torpaq sahəsinə çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə Ağcabədi rayonu Təzəkənd bələdiyyəsi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddiaçının nümayəndəsi X8 məhkəməyə ərizə təqdim edərək iddia tələbinin dəqiqləşdirilərək “Ağcabədi rayon İcra Hakimiyyəti başçısının 27 avqust 1998-ci il tarixli, 284 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı üçün “ Elit” X9 ayrılmış 90.12 ha torpaq sahəsinə dair koordinatlarının faktiki vəziyyətə uyğunlaşdırılmaqla daimi istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla müvafiq çıxarışın verilməsi öhdəliyini cavabdehin üzərinə qoyulması” kimi baxılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “Elit” X15 fermet təsərrüfatı 24 sentyabr 1998-ci il tarixdə dövlət qeydiyyatından keçmişdir. Ağcabədi rayon İcra Hakimiyyəti başçısının 27 avqust 1998-ci il tarixli, 284 saylı sərəncamı ilə təsərrüfata kənd təsərrüfatı məhsullarının istehsalı üçün 100,01 hektar torpaq sahəsi verilib və bu barədə J№ 280, kod 60807028 saylı “Torpaqdan daimi istifadə hüququna dair” Dövlət Aktı verilmişdir. Torpaq sahəsi təsərrüfatın daimi istifadəsinə verilən vaxtdan bu günə qədər təsərrüfatın istifadəsində olmuşdur. Qeyd edilən torpaq sahəsi üzərində təsərrüfatın mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyetsrində qeydiyyata alınması üçün müraciət etmiş, cavabdeh orqan tərəfindən ona ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda JN 280, kod 60807028 saylı “Torpaqdan daimi istifadə hüququna dair” Dövlət Aktının ikinci nüsxəsinin Ərazi İdarəsinin arxivində aşkar edilməməsi və sözügedən dövlət aktı ilə bağlı “Torpaqdan müvəqqəti istifadə hüququna” dair dövlət aktlarının qeydiyyatı kitabında hər hansı qeyd mövcud olmaması qeyd edilmişdir. Əlavə olaraq məktubda qeyd edilmişdir ki, təsərrüfatın istifadəsində olan 100,01 hektar toıpaq sahəsi X4 X5 Ağcabədi rayon Təzəkənd Bələdiyyəsinin ehtiyat fondu torpaqları kimi göstərildiyi qeyd edilmişdir. Təqdim edilmiş xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın dövət reyestrindən arayışda təsərrüfatın adına Ağcabədi rayonu Təzəkənd kəndində JN 280, kod 60807028 saylı “Torpaqdan daimi istifadə hüququna dair” Dövlət Aktına əsasən verilmiş 100,01 ha torpaq sahəsinin mövcud olması qeyd edilsə də, cavabdeh orqan təqdim etdiyi imtina məktubunda JN 280, kod 60807028 saylı “Torpaqdan daimi istifadə hüququna dair” Dövlət Aktının mövcud olmadığını qeyd etmişdir. Təsərrüfatın istifadəsində olan 100,01 hektar torpaq sahəsi bələdiyyənin ehtiyat fondu torpağı deyildir. İnzibati orqan kimi DƏDKR publik hüquqi şəxsin 6 saylı Beyəqan Ərazi İdarəsi tərəfindən verilmiş imtina əsassızdır və mülkiyyətçi kimi hüquqlarını kobud şəkildə pozur. Bu səbəbdən də inzibati orqanın verdiyi imtina tamamilə əsassız və qanunsuzdur. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsi sərəncama münasibət barədə məktubla bildirmişdir ki, Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən sözügedən torpaq sahələrinə baxış keçirilərək müvafiq inventarlaşdırma (çöl ölçmə) işləri aparılmışdır. Aparılmış inventarlaşdırma (çöl ölçmə) işləri zamanı JN-280, KOD 60807028 nömrəli “Torpaqdan müvəqqəti istifadə hüququna” dair dövlət aktında göstərilən dövlət aktının 280A konturu olan 51.0 ha torpaq sahəsinin naturada 41.0 ha olmaqla istifadə edilməsi müəyyən edilmişdir. Bundan əlavə bildiririk ki, sənədlərin ekspertizası zamanı JN-280, KOD 60807028 nömrəli “Torpaqdan müvəqqəti istifadə hüququna” dair dövlət aktının ikinci nüsxəsi Ərazi İdarəsinin arxivində aşkar edilməmiş və sözügedən dövlət aktı ilə bağlı “Torpaqdan müvəqqəti istifadə hüququna” dair dövlət aktlarının qeydiyyatı kitabında hər hansı bir qeyd mövcud deyildir. Aparılmış araşdırmalar zamanı JN- 280, KOD 60807028 nömrəli “Torpaqdan müvəqqəti istifadə hüququna” dair dövlət aktına aid elektron və dbf (adlı siyahı) məlumatlarının Ərazi İdarəsinin elektron məlumat bazasında mövcud olmadığı müəyyən edilmiş və JN-280, KOD 60807028 nömrəli “Torpaqdan müvəqqəti istifadə hüququna” dair dövlət aktında torpaq sahələrinin Ağcabədi rayon İcra Hakimiyyəti başçısının 27 avqust 1998-ci il tarixli, 284 nömrəli sərəncamı əsasında ayrılması qeyd edilsə də X4 X5 sözügedən torpaq sahələri Ağcabədi rayon Təzəkənd bələdiyyəsinin ehtiyat fondu torpaqları kimi göstərilmişdir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa 9-cu maddəsinə əsasən daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılaraq hüquqların dövlət qeydiyyatı aparılır. Həmin Qanununun 15-ci maddəsinə əsasən dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə və hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. “Daşınmaz əmlakın dövət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və həmin Qanunun 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Odur ki, yuxarıda şərh olunanları nəzərə alaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 2, 9 və 15-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən iddaçı “M.Ə.Sabir adına Elit (Taxıl) Toxumçuluq KFT” cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı “Ağcabədi rayonu Təzəkənd kəndində yerləşən JN 280, kod 60807028 saylı Torpaqdan daimi istifadə hüququna dair Dövlət aktına əsasən daimi istifadəyə verilmiş 100,01 ha torpaq sahəsinə çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə etiraz edirlər və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X12 iddianı qəbul etmədiklərini bildirərək, iddia tələbinin təmin olunmamasını xahiş etdi. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi mümkünlük şərtləri, həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. İddiaçı eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddia mümkün olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iddiaçı Ağcabədi rayon İcra Hakimiyyəti başçısının 27 avqust 1998-ci il tarixli, 284 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı üçün “Elit” X9 ayrılmış 90.12 ha torpaq sahəsinə dair koordinatlarının faktiki vəziyyətə uyğunlaşdırılmaqla daimi istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla müvafiq çıxarışın verilməsi öhdəliyini cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddiaçının tələbinin təmin olunmamasında ifadə olunan cavabdeh inzibati orqanın hərəkətləri qanuna ziddir. Cavabdeh inzibati orqanın bu hərəkəti iddiaçının hüquqlarını pozur (İPM-in 34.1-ci maddəsi). Bu səbəbdən də iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İş materiallarında olan Ağcabədi rayon İcra Hakimiyyəti başçısının xx.xx.1998-ci il tarixli, 284 nömrəli sərəncamının təsdiq edilmiş surətindən görünür ki, Rayonun M.Ə.Sabir adına Elit pambıq-taxıl toxumçuluq kooperativi bazasında yaradılmış M.Ə.Sabir adına “Elit” taxıl toxumçuluq X9 100 (bir yüz) hektar torpaq sahəsi ayrılmasına dair M.Ə.Sabir adına elit pambıqtaxıl toxumçuluq kooperativi aqrar islahat komissiyasının 14 sentyabr 1997-ci il tarixli 5 saylı qərarı və yerli aqrar islahat komissiyasının aktı təsdiq edilmişdir. İşdə olan torpaqdan daimi istifadə hüququna dair JN-280, KOD 60807028 nömrəli dövlət aktının təsdiq olunmuş surətindən görünür ki, Ağcabədi rayon İcra Hakimiyyəti başçısının 27 avqust 1998-ci il tarixli, 284 saylı sərəncamı ilə təsərrüfata kənd təsərrüfatı məhsullarının istehsalı üçün 100,01 hektar torpaq sahəsi “Elit” X9 verilmişdir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin “Elit” Taxıl Toxumçuluq X9 ünvanladığı xx.xx.2022-ci il tarixli, **********83 nömrəli məktubundan görünür ki, daxil olmuş müraciət əsasında Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən sözügedən torpaq sahələrinə baxış keçirilərək müvafiq inventarlaşdırma (çöl ölçmə) işləri aparılmışdır. Aparılmış inventarlaşdırma (çöl ölçmə) işləri zamanı müraciətinə əlavə etdiyi JN-280, KOD 60807028 nömrəli “Torpaqdan müvəqqəti istifadə hüququna” dair dövlət aktında göstərilən dövlət aktının 280A konturu olan 51.0 ha torpaq sahəsinin naturada 41.0 ha olmaqla istifadə etdikləri müəyyən edilmişdir. Bundan əlavə bildiririk ki, təqdim edilmiş sənədlərin ekspertizası zamanı müraciətə əlavə etdikləri JN-280, KOD 60807028 nömrəli “Torpaqdan müvəqqəti istifadə hüququna” dair dövlət aktının ikinci nüsxəsi Ərazi İdarəsinin arxivində aşkar edilməmiş və sözügedən dövlət aktı ilə bağlı “Torpaqdan müvəqqəti istifadə hüququna” dair dövlət aktlarının qeydiyyatı kitabında hər hansı bir qeyd mövcud deyildir. Həmçinin bildiririk ki, aparılmış araşdırmalar zamanı müraciətə əlavə edilmiş JN-280, KOD 60807028 nömrəli “Torpaqdan müvəqqəti istifadə hüququna” dair dövlət aktına aid elektron və dbf (adlı siyahı) məlumatlarının Ərazi İdarəsinin elektron məlumat bazasında mövcud olmadığı müəyyən edilmişdir. Eyni zamanda bildiririk ki, müraciətə əlavə etdiyi JN-280, KOD 60807028 nömrəli “Torpaqdan müvəqqəti istifadə hüququna” dair dövlət aktında torpaq sahələrinin Ağcabədi rayon icra Hakimiyyəti başçısının 27 avqust 1998-ci il tarixli, 284 nömrəli sərəncamı əsasında ayrılması qeyd edilsə də X4 X5 sözügedən torpaq sahələri Ağcabədi rayon Təzəkənd bələdiyyəsinin ehtiyat fondu torpaqları kimi göstərilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri” haqqında Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılaraq hüquqların dövlət qeydiyyatı aparılır. Odur ki, yuxarıda qeyd edilənləri nəzərə alaraq “Daşınmaz əmlakın dövlət reyestri” haqqında Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin tələbləri qaydasında Ağcabədi rayonu, Təzəkənd kəndində yerləşən 49.0 ha və 51.0 ha torpaq sahələri üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə 21 sentyabr 2022-ci il tarixli, ********** və ********** qeydiyyat nömrəli müraciətlərinin icrasından imtina edilmişdir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-21-3-45/2- 1543/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, aparılmış araşdırmalar zamanı müəyyən edilmişdir ki müracətdə qeyd etdiyiniz 100.01 torpaq sahəsi iki hissədə olmaqla (JN280-49.0 ha və JN 280A-51ha) Ağcabədi rayonu Təzəkənd kəndində yerləşən əkin sahəsindən ayrılmışdır. Həmin torpaq sahələrinin 90 ha hissəsi (49.0 ha və 41.0 ha) iddiaçı Elit (Taxıl) Toxumçuluq KFT tərəfindən əkin kimi, 10 ha hissəsi isə Ağcabədi rayonu Təzəkənd kənd sakinlərinin mülkiyyətində və istifadəsində olmaqla fərdi yaşayiş evlərinin tikintisi üçün ayrılmış həyətyanı torpaq sahələri kimi istifadə olunur. X10 X5 iddiaçı Elit (Taxıl) Toxumçuluq KFT tərəfindən istifadə olunan 90 ha torpaq sahəsi Ağcabədi rayonu Təzəkənd bələdiyyəsinin ehtiyat fondu torpaqları, Ağcabədi rayonu Təzəkənd kənd sakinlərinin mülkiyyətində və istifadəsində olan 10 ha torpaq sahəsi isə yaşayış məntəqəsinin torpaqları kimi göstərilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki və yerqurluşu ekspertizaları təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən xx.xx.2024-cü il tarixli, 3- 16-16/2-10/9406 nömrəli ekspert rəyi tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Ekspert rəyindən aşağıdakılar bildirilir: Qərardadın birinci sualı üzrə: Ağcabədi rayon İcra Hakimiyyəti başçısının xx.xx.1998-ci il tarixli 284 nömrəli qərarına əsasən, kənd təsərrüfatı məhsulları istehsalı üçün “Elit” X9 ayrılmış Ağcabədi rayonu Təzəkənd kənd ərazi vahidinin ərazisində yerləşən 100.01 ha (l-hissə-49.00 ha; İİ hissə-51.01 ha) torpaq sahəsinin koordinatları müəyyən edilmişdir. Ölçmə işləri aparılan zamanı müəyyən olunmuşdur ki, İİ hissə üzrə olan 51.01 ha torpaq sahəsinin 9.89 ha hissəsi Təzəkənd kənd sakinlərinə həyətyanı torpaq sahəsi kimi verilmişdir. Qərardadın ikinci sualı üzrə: Ağcabədi rayon İcra Hakimiyyəti başçısının xx.xx.1998-ci il tarixli 284 nömrəli qərarına əsasən, kənd təsərrüfatı məhsulları istehsalı üçün “Elit” X9 ayrılmış Ağcabədi rayonu Təzəkənd kənd ərazi vahidinin ərazisində yerləşən 100.01 ha torpaq sahəsi 1998-ci ildə bələdiyyə mülkiyyətində olmaqla, ehtiyyat fondu torpaqları kateqoriyasına aid, kənd təsərrüfatlı təyinatlı əkin sahəsi olmuşdur. Hazırda X4 X5 100.01 ha torpaq sahəsinin 90.12 ha hissəsi bələdiyyə mülkiyyətində olmaqla, ehtiyyat fondu torpaqları kateqoriyasına aid, kənd təsərrüfatlı təyinatlı əkin sahəsi və İİ hissə üzrə olan 51.01 ha torpaq sahəsinin 9.89 ha hissəsi isə yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid torpaq sahəsi kimi qeyd olunmuşdur. Qərardadın üçüncü sualı üzrə: Ağcabədi rayon İcra Hakimiyyəti başçısının xx.xx.1998-ci il tarixli 284 nömrəli qərarına əsasən, kənd təsərrüfatı məhsulları istehsalı üçün “Elit” X9 ayrılmış Ağcabədi rayonu Təzəkənd kənd ərazi vahidinin ərazisində yerləşən 100.01 ha torpaq sahəsinin faktiki vəziyyəti ilə sənəd üzrə vəziyyəti arasında uyğunsuzluq mövcuddur. Ağcabədi rayonu Təzəkənd kənd ərazi vahidinin ərazisindən “Elit” X9 ayrılmış 100.01 ha torpaq sahəsinin 90.12 ha hissəsi faktiki olaraq “Elit” X7 istifadəsindədir, təyinatı üzrə istifadə edilir və 9.89 ha hissəsi isə təzəkənd kənd sakinləri tərəfindən həyətyanı torpaq sahəsi kimi istifadə olunur. Qərardadın dördüncü sualı üzrə: Ağcabədi rayon İcra Hakimiyyəti başçısının xx.xx.1998-ci il tarixli 284 nömrəli qərarına əsasən, kənd təsərrüfatı məhsulları istehsalı üçün “Elit” X9 ayrılmış Ağcabədi rayonu Təzəkənd kənd ərazi vahidinin ərazisində yerləşən 100.01 ha torpaq sahəsinin 90.12 ha hissəsi faktiki olaraq “Elit” X7 istifadəsindədir, təyinatı üzrə istifadə edilir və 9.89 ha hissəsi isə Təzəkənd kənd sakinləri tərəfindən həyətyanı torpaq sahəsi kimi istifadə olunur. Qərardadın beşinci sualı üzrə: Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 18 iyul 1998-ci il tarixli 07 nömrəli qərarına əsasən, bələdiyyə mülkiyyəti üçün Ağcabədi rayonu Təzəkənd bələdiyyəsinə ayrılmış Ağcabədi rayonu Təzəkənd bələdiyyəsinə ayrılmış Ağcabədi rayonu Təzəkənd kənd ərazi vahidinin ərazisində yerləşən 370.64 ha torpaq sahəsinin 100.01 ha hissəsində mübahisə olduğuna görə həmin torpaq sahəsinin koordinatları müəyyən edilmişdir. Qərardadın altıncı sualı üzrə: Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 18 iyul 1998ci il tarixli 07 nömrəli qərarına əsasən, bələdiyyə mülkiyyəti üçün Ağcabədi rayonu Təzəkənd bələdiyyəsinə ayrılmış Ağcabədi rayonu Təzəkənd kənd ərazi vahidinin ərazisində yerləşən 370.64 ha torpaq sahəsinin 183.95 ha hissəsi 1998-ci ildə bələdiyyə mülkiyyətində olmaqla, ehtiyyat fondu torpaqları kateqoriyasına aid, kənd təsərrüfatlı təyinatlı əkin sahəsi olmuşdur. Eyni zamanda “Torpaq İslahatı” aparılan zamanı 186.69 ha torpaq sahəsi isə ümumi istifadədə olan torpaq sahəsi kimi qeyd olunmuşdur. Hazırda isə 370.64 ha torpaq sahəsinin 182.95 ha hissəsi bələdiyyə mülkiyyətində olmaqla, ehtiyyat fondu torpaqları kateqoriyasına aid, kənd təsərrüfatlı təyinatlı əkin sahəsi, 187.69 ha torpaq sahəsinin 60.02 ha hissəsi olan kəndaltı sahə və 127.67 ha hissəsi isə ümumi istifadədə olan torpaq sahəsidir. Qərardadın yeddinci sualı üzrə: Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 18 iyul 1998-ci il tarixli 07 nömrəli qərarına əsasən, bələdiyyə mülkiyyəti üçün Ağcabədi rayonu Təzəkənd bələdiyyəsinə ayrılmış Ağcabədi rayonu Təzəkənd kənd ərazi vahidinin ərazisində yerləşən 370.64 ha torpaq sahəsinin faktiki vəziyyəti ilə sənəd üzrə vəziyyəti arasında uyğunsuzluq vardır. Ağcabədi rayonu Təzəkənd kənd ərazi vahidinin ərazisindən Təzəkənd bələdiyyəsi üçün ayrılmış 370.64 ha torpaq sahəsinin “Elit” X7 istifadəsində olan 100.01 ha torpaq sahəsinin İİ hissə üzrə 51.01 ha olan ərazisinin 9.89 ha hissəsi Təzəkənd kənd sakinlərinə həyətyanl torpaq sahəsi kimi verilmişdir. Qərardadın səkkizinci sualı üzrə: Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 18 iyul 1998-ci il tarixli 07 nömrəli qərarına əsasən, bələdiyyə mülkiyyəti üçün Ağcabədi rayonu Təzəkənd bələdiyyəsinə ayrılmış Ağcabədi rayonu Təzəkənd kənd ərazi vahidinin ərazisində yerləşən 370.64 ha torpaq sahəsinin 90.12 ha hissəsi “Elit” X7 istifadəsindədir və təyinatına görə istifadə edilir. Eyni zamanda 370.64 ha torpaq sahəsinin 92.83 ha əkin sahəsi kimi bələdiyyə orqanları tərəfindən istifadə olunur, 60.02 ha hissəsi kəndaltı sahə və 127.67 ha hissəsi isə ümumi istifadə də oları torpaq sahəsidir.Qeyd olunan torpaq sahələri təyinatı üzrə istifadə edilir. Qərardadın doqquzuncu sualı üzrə: Ağcabədi rayon İcra Hakimiyyəti başçısının xx.xx.1998-ci il tarixli 284 nömrəli qərarına əsasən kənd təsərrüfatı məhsulları istehsalı üçün “Elit” X9 ayrılmış Ağcabəd rayonu Təzəkənd kənd ərazi vahidinin ərazisində yerləşən 100.01 ha torpaq sahəsinin koordinatları Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 18 iyul 1998-ci il tarixli 07 nömrəli qərarına əsasən, bələdiyyə mülkiyyəti üçün Ağcabədi rayonu Təzəkənd bələdiyyəsinə ayrılmış 370.64 ha torpaq sahəsi ilə üst-üstə düşür. Qeyd: Ağcabədi rayon İcra Hakimiyyəti başçısının xx.xx.1998-ci il tarixli 284 nömrəli qərarına əsasən, kənd təsərrüfatı məhsulları istehsalı üçün “Elit” X9 ayrılmış Ağcabədi rayonu Təzəkənd kənd ərazi vahidinin ərazisində yerləşən 100.01 ha torpaq sahəsi Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 18 iyul 1998-ci il tarixli 07 nömrəli qərarına əsasən, bələdiyyə mülkiyyəti üçün Ağcabədi rayonu Təzəkənd bələdiyyəsinə ayrılmış Ağcabədi rayonu kənd ərazi vahidinin ərazisində yerləşən 370.64 ha torpaq sahəsinin ərazisindən ayrılmışdır. Qərardadın onuncu sualı üzrə: Ağcabədi rayon İcra Hakimiyyəti başçısının xx.xx.1998-ci il tarixli 284 nömrəli qərarına əsasən, kənd təsərrüfatı məhsulları istehsalı üçün “Elit” X9 ayrılmış Ağcabədi rayonu Təzəkənd kənd ərazi vahidinin ərazisində yerləşən 100.01 ha torpaq sahəsinin İİ hissə üzrə olan 51.01 ha torpaq sahəsinin 9.89 ha hissəsi Təzəkənd kənd sakinlərinə həyətyanı torpaq sahəsi kimi verildiyinə görə 100.01 ha torpaq sahəsinin koordinatlarında düzəliş edilməsi məqsədə müvafiqdir. Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 18 iyul 1998-ci il tarixli 07 nömrəli qərarına əsasən, bələdiyyə mülkiyyəti üçün Ağcabədi rayonu Təzəkənd bələdiyyəsinə ayrılmış Ağcabədi rayonu Təzəkənd kənd ərazi vahidinin ərazisində yerləşən 370.64 ha torpaq sahəsinin koordintlarında da yuxarıda qeyd olunan səbəbə görə düzəliş edilməsi məqsədə müvafiqdir. Yuxarıda qeyd olunan 100.01 ha və 370.64 ha torpaq sahələrinin faktiki istifadəyə uyğunlaşdırılacağı təqdirdə üçüncü şəxslərin qanuni istifadəsində olan torpaq sahəsi ilə bağlı mülkiyyət hüquqlarının pozulması halları müəyyən edilmədi. İşdə olan Azərbaycan Respublikası Ağcabədi rayon İcra Hakimiyyəti başçısının Təzəkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli, 21 nömrəli arayışından görünür ki, 1997-ci ildən fəaliyyət göstərən M.Ə.Sabir adına “Elit” X15 fermer təsərüfatı Ağcabədi rayonu Təzəkənd kənd ərazisində 90.12 hektar torpaq sahəsi onların istifadəsində olmuşdur. Həmin torpaq sahəsində təyinatı üzrə mübahisəsis növbəli əkin sisteminə uyğun olaraq istifadə edilmiş və hal-hazırda həmin torpaq sahəsi onların istifadəsindədir. İşdə olan Ağcabədi rayon Təzəkənd bələdiyyəsinin xx.xx.2025-ci il tarixli, 04 nömrəli arayışından görünür ki, 1997-ci ildən fəaliyyət göstərən M.Ə.Sabir adına “Elit” X15 fermer təsərüfatı Ağcabədi rayonu Təzəkənd kənd ərazisində 90.12 hektar torpaq sahəsi onların istifadəsində olmuşdur. Həmin torpaq sahəsində təyinatı üzrə mübahisəsis növbəli əkin sisteminə uyğun olaraq istifadə edilmiş və hal-hazırda həmin torpaq sahəsi onların istifadəsindədir. İşdə olan Ağcabədi rayon Dövlət Arxivinin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli, 12 nömrəli məktubunda qeyd edilmişdir ki, Ağcabədi rayon Aqrar İslahat Komissiyasının sənədləri mühafizə üçün Ağcabədi rayon Dövlət Arxivinə təhvil verilməmişdir. Bu səbəbdən Aqrar İslahat komisiyasının 14 sentyabr 1997-ci il tarixli 5 saylı qərarı haqqında heç bir məlumat vermək mümkün olmamışdır. Araşdırma nəticəsində məlum oldu ki, sabiq M.Ə.Sabir adına kolxozun xx.xx.1997-ci il tarixli 5 saylı protokolunda “Elit” toxulumçuluq kooperativinə 100 (yüz) ha torpaq sahəsi ayrılması barədə məlumata rast gəlinmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsində təsbit olunmuşdur ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19-cu maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan Hüquqlarının və X11 Haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-ci il tarixli qararında göstərilir ki, Azarbaycan Respublikası «İnsan Hüquqlarının və X11 Haqqında» Avropa Konvensiyasının istirakçısı və onu ratifikasiya etmis dövlət kimi 2002-ci il aprel ayının 15-dən Konvensiya va onun protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin yurisdiksiyasınin məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. «İnsan Hüquqlarının və X2 haqqında» Konvensiyasının 46-ci maddəsinə əsasən Avropa Məhkəməsinin qərarları bu Konvensiyanı ratifikasiya etmis dövlətlər üçün məcburidir. «İnsan Hüquqlarının və X2 haqqında» Konvensiyaya dair 1 nömrəli Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn umumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, oz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin umumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata kecirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. «X13rşı» məhkəmə işində Avropa Məhkəməsi ərizəçinin dövlət qeydiyyatına alınmamış qanunsuz tikintiyə mülkiyyət hüququ olduğunu bildirmiş və dövlətin üzərinə həmin tikintinin partlayışına görə ərizəçiyə konpensasiya verilməsi vəzifəsini qoymuşdur. Həmin işlə əlaqədar Avropa Məhkəməsi qeyd etmişdir ki, əgər dövlət 4 il ərzində ərizəçiyə qarşı qanunsuz tikili ilə bağlı heç bir irad bildirməyibsə, onun sökülməsi tələbi ilə məhkəmədə iddia qaldırmayıbsa, deməli faktiki olaraq ərizəçinin həmin tikiliyə mülkiyyət hüququnu tanımışdır. Roma hüququna görə susmaq razılıq əlamətidir ki, dövlət bu halda susmaqla, Önər Yıldıza heç bir icazə almadan parkda tikinti inşa edərək ailəsi ilə 4 ildən artıq yaşadığı evə mülkiyyət hüququnu faktiki tanımışdır. «X16rşı» məhkəmə işində Avropa Məhkəməsi vurğulamışdır ki, ərizəçinin torpağa istifadə hüququ və gələcəkdə ondan fayda götürməsi barədə gözləntiləri də mülkiyyət hüququnu təşkil edir və bu hüquq Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinin (mülkiyyət hüququ) müdafiə dairəsinə düşür. «Payn Velli developments Ltd şirkəti İrlandiyaya qarşı» işdə Avropa Məhkəməsi qərara almışdır ki, müəyyən halların baş verəcəyini hüquqa uyğun gözləmə 1 saylı protokolun 1-ci maddəsinin müdafiə etdiyi hüquq, yəni mülkiyyət hüququ sayıla bilər. Həmin işdə ərizəçi torpaq sahəsi almış və orada tikinti həyata keçirməyi planlaşdırmışdı. Avropa Məhkəməsi tikintini həyata keçirilməsinə maneəni 1 saylı protokolun 1-ci maddəsinin pozuntusu kimi qiymətləndirmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (maddə 139.1). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. (maddə 139-1.1.5). Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (maddə 152.1). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun əsasən qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (maddə 1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir (maddə 15). Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə (3.0.2-ci bənd) görə, hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, (3.0.3-cü bənd) təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, (3.0.4-cü bənd) bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, (3.0.5-ci bənd) hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, (3.0.7-ci bənd) hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, (3.0.11-ci bənd) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələri sırasına daxildir. “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında” Əsasnaməyə əsasən həmin Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq dövlət reyestrində hüquqların dövlət qeydiyyatının dəqiq və vaxtında aparılmasını, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasını təmin etmək (3.0.8-ci bənd), vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək xidmətin vəzifəsidir. Bu hallar qeydiyyat zamanı aşkar olunacağı təqdirdə isə xidmət vəzifələrini yerinə yetirməli və hüquqların dövlət qeydiyyatını torpaq sahəsinin faktiki yerləşmə koordinatlarına uyğun aparmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16.1ci maddəsinə əsasən qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. Həmin Qanunun 16.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Həmin Qanunun 23.3-cü maddəsinə əsasən dövlət qeydiyyatına alınmış daşınmaz əmlaka hüquqlar və daşınmaz əmlak barəsində bağlanan əqdlər haqqında məlumatın qəsdən və ya ehtiyatsızlıq üzündən təhrif edilməsində və itirilməsində təqsirli olan şəxslər bunun nəticəsində vurulmuş zərərə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. Mübahisə Ağcabədi rayon İcra Hakimiyyəti başçısının 27 avqust 1998-ci il tarixli, 284 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı üçün “Elit” X9 ayrılmış JN 280, kod 60807028 saylı “Torpaqdan daimi istifadə hüququna dair” Dövlət Aktının ikinci nüsxəsinin Ərazi İdarəsinin arxivində aşkar edilməməsi və sözügedən dövlət aktı ilə bağlı “Torpaqdan müvəqqəti istifadə hüququna” dair dövlət aktlarının qeydiyyatı kitabında hər hansı qeyd mövcud olmaması, torpaq sahəsinin koordinatlarında uyğunsuzluqların olması, ölçlərinin fərqli olması və informasiya sistemində bələdiyyə mülkiyyətində olan torpaq sahəsi kimi qeyd edilməsidir. Bundan başqa qeyd olunmalıdır ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 64.1-ci maddəsinə görə inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 64.2-ci maddəsinə görə inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 64.3-cü maddəsinə görə inzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. Həmin Qanunun 64.4-cü maddəsinə görə etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. Həmin Qanunun 65.1-ci maddəsinə görə aşağıdakı inzibati aktlar etibarsız sayılır: hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt, müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt, qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt, maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt, faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt, kimə ünvanlandığı aydın olmayan inzibati akt. Həmin Qanunun 67.6-cı maddəsinə əsasən maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda, səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda, inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli qərarında qeyd olunur ki, torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. Lakin belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, «İnzibati icraat haqqında» Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır («İnzibati icraat haqqında» Qanunun 64.2-ci maddəsi). Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qüvvədə olan inzibati aktın qəbul edilməsi zamanı iştirak xarakterli sənədlərin olmadığı hallarda məsələ inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir. İPM-in 58-ci maddəsi və «İnzibati icraat haqqında» Qanunun 19-cu maddəsinin tələbləri baxımından Salyan rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1979-cu il tarixli, 08 nömrəli iclasının qərarı mötəbər sübut kimi qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, hazırkı münasibətlər “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8, 10 və 12-ci və Mülki Məcəllənin 139.1-ci maddələrinin tələblərinə uyğun həll edilməlidir. Mülki Məcəllənin 139.1-ci maddəsinə görə, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139-1.1-139-1.1.1-ci maddəsində göstərilmişdir ki, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Bu qayda “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsində də nəzərdə tutulmuşdur. Həmin normaya görə, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və onlara xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Yuxarıda göstərilən Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil. “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. İddiaçı tərəfindən cavabdehə təqdim edilən aktın “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsində təsbit olunmuş qüvvədən düşmə halları da iş üzrə müəyyən edilməmişdir. Etimad hüququnun qorunmasını inzibati icraatın təməl prinsiplərindən biri kimi məhkəmə işin hazırkı faktiki hallarını da nəzərə alaraq qeyd etməyi zəruri hesab edir ki, iddiaçı mülkiyyət hüququ qeydə alınmış daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, yerli icra hakimiyyəti orqanının tikintiyə razılıqla bağlı sənədi, istismara icazə və digər sənədləri nəzərə alaraq cavabdehə müraciət etmiş, cavabdeh isə işin mahiyyəti üçün əsas olan həmin sənədləri nəzərə almadan formal əsaslarla müraciətin təminin həyata keçirməmiş, təqdim edilməli olan sənədlərin konkret formada təqdim edilməsini tələb etmişdir. Halbuki, "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.10-cu maddəsində nəzərdə tutulmuş sənədlər cavabdehə təqdim edilmişdir. Cavabdeh isə, həmin Qanunun 15.1-ci maddəsinin tələblərinə əsasən müraciətin təminindən imtina etmişdir ki, məhkəmə həmin imtinanı qeyd olunan maddənin tələbləri ilə uzlaşmadığı qənaətindədir. Belə ki, adıçəkilən maddədən görünür ki, Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarından göründüyü kimi, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir. Həmin maddəsinin tələbinə əsasən inzibati orqanlar tərəfindən qəbul olunmuş aktlar (qərarlar) və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyata alınması əsasları sırasına daxildir. İddiaçı hüquqmüəyyənedici sənədləri həm inzibati orqana, həm də məhkəməyə təqdim etmişdir. Başqa sözlə, imtina məktubunda qeyd edilən halların əsassız olduğu iş materiallarına əlavə edilmiş sübutlarla, eləcə də ekspert rəyi ilə sübuta yetirilir və qeyd olunan iddiaçının mövcud hüququnun qeydə alınmasından imtina üçün əsas deyildir və buna görə onun mülkiyyət hüququ məhdudlaşdırıla bilməz. Məhkəmə sorğuları nəticəsində imtinada göstərilən uyğunsuzuqların olmadığı müəyyən edilmişdir. Ağcabədi rayon İcra Hakimiyyəti başçısının 27 avqust 1998-ci il tarixli, 284 saylı sərəncamına münasibətdə «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 67.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadığından və həmin Qanunun 65.1-ci maddəsində göstərilən inzibati aktlar sırasına daxil olmadığından (inzibati orqan bunu təkzib edən sübut, dəlil təqdim etməmişdir), eləcə də başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurulmadığından, iddiaçı etimadın qanunla qorunması hüququna malikdir. Bundan başqa, sözügedən 27 avqust 1998-ci il tarixli sərəncam iddiaçıya aid hissədə geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən, qüvvədə olma müddəti qurtardığından və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilmədiyindən hüquqi qüvvədədir və hüquqi cəhətdən etibarlıdır. Ağcabədi rayon İcra Hakimiyyəti başçısının 27 avqust 1998-ci il tarixli, 284 saylı sərəncamı ilə təsərrüfata kənd təsərrüfatı məhsullarının istehsalı üçün 100,01 hektar torpaq sahəsi verilib və bu barədə J№ 280, kod 60807028 saylı “Torpaqdan daimi istifadə hüququna dair” Dövlət Aktı verilmişdir. İddiaçı faktiki olaraq torpaq sahəsinin ölçülərinin ekspert rəyinə uyğun 90,12 ha olması hissəsi ilə razıdır və tələbinə dəqiqləşmə apararaq həmin hissədə hüquqlarının qeydə alınmasını istəyir. 90,12 ha torpaq sahəsi təsərrüfatın daimi istifadəsinə verilən vaxtdan bu günə qədər təsərrüfatın istifadəsində olmuşdur. Eyni zamanda həmin sərəncama dair iddiaçının etimad hüququnun qorunmasını istisna edən əsaslar müəyyən edilməmişdir. Məhkəmə icraatında həmin sənədlərdəki məlumatların həqiqi olmamasına dair cavabdeh tərəfindən heç bir dəlil və sübut təqdim olunmadığından, onlar mötəbər sayılır. Eyni zamanda torpağın ayrılmasına dair Sərəncam ləğv edilməmiş, hal-hazırda qüvvədə olmaqla hər hansı qaydada mübahisələndirilməmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizaları təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/9406 nömrəli ekspert rəyi tərtib edilərək məhkəməyə təqdim edilmiş və rəyə əsasən Ağcabədi rayon İcra Hakimiyyəti başçısının xx.xx.1998-ci il tarixli 284 nömrəli qərarına əsasən, kənd təsərrüfatı məhsulları istehsalı üçün “Elit” X9 ayrılmış Ağcabədi rayonu Təzəkənd kənd ərazi vahidinin ərazisində yerləşən 100.01 ha (l-hissə-49.00 ha; İİ hissə-51.01 ha) torpaq sahəsinin İİ hissə üzrə olan 51.01 ha torpaq sahəsinin 9.89 ha hissəsi Təzəkənd kənd sakinlərinə həyətyanı torpaq sahəsi kimi verildiyi, 90.12 ha hissənin bələdiyyə mülkiyyətində olmaqla, ehtiyyat fondu torpaqları kateqoriyasına aid, kənd təsərrüfatlı təyinatlı əkin sahəsi olduğu, 90.12 ha hissənin faktiki olaraq “Elit” X7 istifadəsində olduğu, Ağcabədi rayonu Təzəkənd bələdiyyəsinə ayrılmış 370.64 ha torpaq sahəsi ilə üst-üstə düşdüyü, 100.01 ha və 370.64 ha torpaq sahələrinin faktiki istifadəyə uyğunlaşdırılacağı təqdirdə üçüncü şəxslərin qanuni istifadəsində olan torpaq sahəsi ilə bağlı mülkiyyət hüquqlarının pozulması hallarının olmadığı müəyyən edilir. Məhkəmə hazırkı iş üzrə ekspert rəyi ilə razılaşmamaqla bağlı hər hansı xüsusat müəyyən etməmişdir. Odur ki, ekspert rəyi də mötəbər sübut qismində qəbul edilir. Eləcə də, yuxarıda qeyd edilən istiqamətdə torpaq sahələrinin faktiki istifadəyə uyğunlaşdırılaşdırılması halı da zəruri hesab olunur. İmtina üçün digər bir əsas torpaq sahəsinin bələdiyyə mülkiyyəti olması ilə bağlı olmuşdur. Məhkəmə inzibati orqanın qeyd edilən hissədə imtinası əsassız hesab edir. Belə ki, Ağcabədi rayon İcra Hakimiyyəti başçısının 27 avqust 1998-ci il tarixli, 284 saylı sərəncamı qəbul edilən zaman Azərbaycan Respublikası ərazisində yerli özünüidarəetmə institutunun formalaşmadığı müəyyən edilir. Azərbaycan Respublikasında ilk bələdiyyə seçkiləri 12 dekabr 1999-cu ildə keçirilmişdir ki, qeyd edilən dövrdən sonra müvafiq AİK-larının qərarlarına əsasən müvafiq torpaq sahələri bələdiyyələrin mülkiyyətinə verilmişdir. lakin, məhkəmə tərəfindən qeyd edilən istiqamətdə də tam araşdırılma aparılmış və Ağcabədi rayon Təzəkənd bələdiyyəsinin məhkəməyə təqdim etdiyi xx.xx.2025-ci il tarixli, 05 saylı məktubuna əsasən iddia tələbinə Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 13 saylı Şirvan Ərazi İdarəsinin imtinasında göstərilən dəlillər hüquqların reyestrdə qeydiyyatından imtina üçün əsas ola bilməz, bu dəlillər formal mülahizələrə əsaslanır. İddiaçının müraciəti üzrə torpaq sahəsinə hüquqların reyestrdə qeydiyyata alınması ilə bağlı «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində nəzərdə tutulmuş “imtina üçün əsaslar” müəyyən edilmir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçının torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından əsassız olaraq imtina etmişdir. Başqa sözlə, cavabdehin imtinası qanunazidd və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir. Qeyd olunmalıdır ki, oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının qərarlarında hüquqi mövqeyi belə əsaslandırılmışdır (2-1(102)-263/2024 nömrəli, xx.xx.2024-cü il tarixli, 2-1(102)-590/2024 nömrəli, xx.xx.2024-cü il tarixli Qərar). “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 68.1-68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikasının İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək, Ağcabədi rayon İcra Hakimiyyəti başçısının 27 avqust 1998-ci il tarixli, 284 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı üçün “Elit” X9 ayrılmış 90.12 ha torpaq sahəsinə dair koordinatlarının faktiki vəziyyətə uyğunlaşdırılmaqla daimi istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddiaçının iş üzrə verilmiş ekspert rəyi ilə bağlı xərclərin ona aid edilməsi barədə iddiaçının nümayəndəsinin ərizəsini nəzərə alaraq hesab edir ki, prosessual xərclər iddiaçı tərəfə aid edilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 115.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı M.Ə.Sabir adına “Elit” (Taxıl) Toxumçuluq X7 iddiası təmin edilsin. Ağcabədi rayon İcra Hakimiyyəti başçısının 27 avqust 1998-ci il tarixli, 284 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı üçün “Elit” X9 ayrılmış 90.12 ha torpaq sahəsinə dair koordinatlarının faktiki vəziyyətə uyğunlaşdırılmaqla daimi istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin üzərinə qoyulsun. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki və yerquruluşu ekspertizasının keçirilməsinə görə 50 manat ekspertiza tədqiqatının dəyəri iddiaçı “M.Ə.Sabir adına “Elit” (Taxıl) Toxumçuluq kəndli fermer təsərrüfatından tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (SAP hesabı: X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ******************** SWİFT BİK CTREAZ 22. Məhkəmə Ekspertiza Mərkəzi: VÖEN **********, Hesab № AZ34CTRE********************) köçürülsün. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar