Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-1662/2020 11.11.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “X3, X4, X9, X5 və X10 iddiaçıya məxsus ünvan 1 mənzil 4 ünvanından qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Abasov X19 şəhəri, G.Şıxbalaoğlu küçəsi, ev 40, 4 nömrəli mənzilin mülkiyyətçisidir. İddiaçı, mənzilində qeydiyyatda olan X3, X4, X9, X5 və X10 mənzilin qeydiyyatından çıxarılmaları üçün Cavabdehnə müraciət etmişdir, lakin cavabdeh üçüncü şəxsləri iddiaçının mülkiyyətində olan mənzilin qeydiyyatından çıxarmaqdan imtina etmişdir. İddiaçı üçüncü şəxslərin ünvan 1 4 nömrəli mənzilin pasport qeydiyyatından çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2-1(120)-1662/2020 saylı qərardadı ilə X3, X4, X9, X5 və X10 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmaları qərara alınmışdır. Məhkəmənin xx xxxxxx 2020-ci il tarixli iclasında iştirak edən İddiaçı izahatında bildirmişdir ki, cavabdeh əsassız olaraq X6, X7, X13, X8 və X14onun mənzilinin qeydiyyatından çıxarmamışdır, ona görə də, məhkəməyə müraciət etməli olmuşdur. Bildirmişdir ki, həmin şəxslər ona məxsus mənzildə yaşamırlar və harada yaşamaları barədə məılumatı yoxdur. Qeyd olunanlara görə iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində göstərilən əsaslar, eləcə də qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olmadığından üçüncü şəxsləri iddiaçının mülkiyyətində olan evin qeydiyyatından çıxarılmasından imtina edir. Proses iştirakçılarına şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə qanunla müəyyən olunmuş rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi və məhkəmə tərəfindən inzibati məhkəmə icraatına cəlb edilmiş üçüncü şəxslər X11, X15, X17, X16 və X18 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. İddiaçı iddia ərizəsinə şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətini, ******* nömrəli çıxarşın təsdiq olunmuş surətini, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinin təsdiq olunmuş surətini, yaşayış yerindən arayışını və cavabdehin imtina məktubunu əlavə etmişdir, həmin materialların məzmununa və məhkəmənin sorğusu əsasında mənzilə dair əldə edilmiş sənədlərə istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsi) hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəlləsinin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). X12 Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünkü iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Azərbaycan Respublikası Məhkəmə Hüquq Şurasının xx xxxxxx 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Şirvan şəhəri ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh Şirvan şəhərində yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. İddia mahiyyəti üzrə uğurludur, yəni əsaslıdır. Məhkəmə iclasında elan edilmiş ******* nömrəli çıxarışdan və xx.xx.2016-cı il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, iddiaçı Abasov X19 şəhəri, G.Şıxbalaoğlu küçəsi, ev 40, 4 nömrəli mənzili alqı-satqı yolu ilə aldıqdan sonra ******* nömrəli çıxarış əsasında adına rəsmiləşdirmişdir. Məhkəmə iclasında elan edilmiş cavabdehin iddiaçıya ünvanladığı xx xxxxxxxx 2020-ci il tarixli imtina məktubundan görünür ki, üçüncü şəxslər X11, X15, X17, X16 və X18 iddiaçıya məxsus ünvan 1 4 nömrəli mənzilin pasport qeydiyyatındadırlar. Məhkəmə iclasında elan edilmiş Cavabdeh məhkəməyə ünvanladığı məktubda qeyd olunur ki, üçüncü şəxslərin sözügedən ünvana qeydiyyata düşməsinə əsas olan sənədlərin saxlama müddəti bitdiyi üçün məhv edilmişdir və üçüncü şəxslər X11, X15, X17, X16 və X18 2004-cü il tarixdən ünvan 1 4 ünvanında qeydiyyatdadırlar. Məhkəmə iclasında elan edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı X24 **********29 nömrəli xx.xx.2020-ci il tarixli məktubun məzmunundan görünür ki, üçüncü X3, X4, X9, X5 və X10 mənzilə dair istifadə hüquqlarının qeydiyyata alınması barədə məlumat aşkar edilməmişdir. Məhkəmə iclasında elan edilmiş xx.xx.2016-cı il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinin 13-cü maddəsindən görünür ki, X21 xx.xx.2016-cı il tarixinədək ünvan 4 ünvanda yerləşən 4 nömrəli mənzildən qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. Məhkəmə iclasında elan edilmiş ərizələrdən görünür ki, üçüncü şəxslər X11, X17 və X1 şəhəri, Gülbala Şıxbaloğlu küçəsi, ev 40 ünvanda yerləşən 4 nömrəli mənzilin satılmasına və həmin mənzildən qeydiyyatdan çıxmalarına razılıq vermişlər. Məhkəmə iclasında elan edilmiş Şirvan şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli sahə X27 üzrə Nümayəndəliyinin xx.xx.2020-ci il tarixli, 636 saylı arayışından görünür ki, X11, X15, X17, X16 və X2 şəhəri, Gülbala Şıxbaloğlu küçəsi, ev 40 ünvanda yerləşən 4 nömrəli mənzildə yaşamırlar. Üçüncü şəxslərin iddiaçıya məxsus evdə yaşamaması onun qeydiyyatının formal olduğunu göstərir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə görə yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Göründüyü kimi, üçüncü şəxslərin iddiaçıya məxsus evdə qeydiyyatda olması formal xarakter daşıdığı, mülkiyyətçinin hüquqlarını qanunsuz məhdudlaşdırdığı üçün onlar iddiaçıya məxsus mənzilin pasport qeydiyyatından çıxarılmalıdır. İddiaçı üçüncü şəxslərin ünvan 6 4 nömrəli mənzilin ünvanından pasport qeydiyyatından çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etməkdə haqlıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə heç bir prosessual xərc yoxdur. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81, 85, 110-cu maddələrinə əsasən, məhkəmə qərara aldı. X3, X4, X9, X5 və X10 İddiaçı məxsus ünvan 7 ünvanda yerləşən 4 nömrəli mənzilin pasport qeydiyyatından çıxarılmaları öhdəliyi Cavabdehnə həvalə edilir. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələblərinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Samir Həsənov
Məhkəmə qərarları › İş №2-1(120)-1662/2020
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1662/2020
11.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver