Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1663/2025 28.10.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair GİRİŞ HİSSƏ Şirvan İnzibati Məhkəməsi Hakim Musayev Şahəli Calal oğlunun sədrliyi, Məhkəmə iclas katibi Tağızadə Aygün Bahadır qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 28 oktyabr 2025-ci il tarixdə, məhkəmənin binasında (ünvan: ünvan 1asında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri Hissə İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 1978-ci ildə Saatlı rayonunda anadan olmuşdur. Saatlı rayonu Hərbi Komisarlığı tərəfindən 01 iyul 1996-cı ildə müddətli hərbi xidmətə çağırılmışdır. 01 iyul 1996-cı ildən 17 sentyabr 1997-ci ilə qədər müddətli hərbi xidmətdə olmuşdur. 17 sentyabr 1997-ci ildə ordu sıralarında təxris olunaraq ehtiyata buraxılmışdır. Ona verilmiş AO seriyalı ******* hərbi biletdə müvafiq qeydlər aparılmışdır. N mart 1997-ci ildə Tovuz rayonunun Ağdam kəndi ərazisində postda olarkən odlu silahdan açılan atəş nəticəsində ağ ciyərin, diafraqmanın, qaraciyərin zədələnməsi torakal-abdominal güllə yarası almışdır. 11 iyun 1997-ci ildən 21 iyul 1997-ci ilə qədər Müdafiə Nazirliyinin MHKH-da müayinə və müalicə olunmuşdur. Ona “Torakoabdominal güllə yaralanması, sağ ağ ciyərin, qara ciyərin zədələnməsinə görə laparatomiya, qara ciyər və dalağın yaralarının tikilməsi, cərrahiyyə əməliyyatından sonrakı dəri çapığı, qarın boşluğunda yad cism (güllə), həzm və xarici tənəffüs funksiyasının cüzi dərəcədə pozulması ilə” diaqnozu qoyulub. Xəstəlikləri hərbi xidmət zamanı qazanılmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının 17 aprel 2002-ci il tarixli, 87 saylı Qərarı ilə ona “Hərbi travmadır. Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmışdır” rəyi verilib. Bildirir ki, xidməti zamanı ezam olunduğu ərazini özbaşına tərk etməmişdir. Hərbi cinayətlərə görə əvvəllər məhkum olmamışdır. Haqqında heç bir amnistiya aktı və əfv sərəncamı olmamışdır. Ona veteran adının və vəsiqəsinin verilməsi məqsədilə Müdafiə Nazirliyinə ərizə ilə müraciət etmiş. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyası tərəfindən 12 iyul 2024-cü ildə göndərilmiş 3- 25-2/2-H-79xx-xx/2024 saylı məktubda ona müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina edilmişdir. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı münasibəti (etiraz): İddiaçı iddia ərizəsində 01 iyul 1996-cı il tarixdə hərbi xidmətə çağırılaraq N nömrəli hərbi hissədə xidmətdə olarkən N mart 1997-ci il tarixdə güllə yarası aldığını bildirərək ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının tələbinin mahiyyəti, müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmasından ibarətdir. Hesab edirlər ki, iddia tələbi əsassız olduğundan aşağıdakı səbəblərən təmin edilə bilməz. Belə ki, iddia tələbinin təmin edilməsini istisna edən hüquqi əsasına gəldikdə qeyd etmək zəruridir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən: “1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Strateji X6 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında” “Müharibə veteranı” adı verilir. Göründüyü kimi inzibati orqan və vətəndaş arasında yaranan və məcburetmə iddiası ilə nəticələnən inzibati hüquq münasibətinin əsasını bilavasitə tənzim edən qüvvədə olan veteranlar haqqında qanunvericiliyin fakültativ deyil imperativ göstərişi şəxsin hərbi xidmət keçməsi və bunun qeyd olunan normanın dispozisiyasında əks edilmiş sənədlərdə əks edilməsi və döyüş əməliyyatları ilə əlaqədar xəsarət almasıdır. Normanı ümumiləşdirərək qeyd edirlər ki, şəxsə “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən aşağıda qeyd olunan zəruri şərtlərin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir. Şəxsin xidmət keçməsi: Hərbi xidmət keçmə məfhumu altında hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyahısına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması nəzərdə tutulur. Bunun müvafiq sənədlərdə əks edilməsi: Bu zaman zəruri sənədlər məfhumuna Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 28 sentyabr tarixli Qərarı ilə qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da daxil edilmişdir. Şəxsin döyüş əməliyyatları ilə əlaqədar xəsarət alması: burada xəsarət, yaralanma, travma, kontuziya alma hadisənin birbaşa döyüş əməliyyatları ilə əlaqədar olması nəzərdə tutulur. Qeyd olunan şərtlərin hər hansı birinin mövcud olmaması şəxsə “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “X2 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 27 sentyabr 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. İşin faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hesab edilir ki, iddiaçı “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə” ilə nəzərdə tutulan müharibə veteranı adının verilməsi üçün müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş döyüş əməliyyatları ilə əlaqədar xəsarət, yaralanma, kontuziya alma haqqında arayış, əmrdən çıxarış və digər mötəbər sənədlərə malik deyildir. Bu səbəbdən də iddiası əsaslı sayıla bilməz. Hazırki iddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasına gəldikdə, Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqəsinin verilməsi üzrə komissiya”nın xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, iddiaçının xidmət etdiyi N nömrəli hərbi hissə xx.xx.1997-ci il tarixdə döyüş əməliyyatlarında iştirak etmədiyinə görə sonuncunun “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsinə dair müraciətinə müsbət qərar qəbul edilməmişdir. Hazırki inzibati iş üzrə təqdim edilmiş sənədlərdən sabit olur ki, iddiaçının ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə bağlı arzuladığı inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur. Bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir. (İPM-14.3), cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamışdır (İPM-73.1), imtina mövcud praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmununu baxımından zəruri və yararlı olmuşdur (İPM-13.2 və 17) Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsindən və MPM-nin 81-ci madəsinə görə qanuna və digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı isə öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü: İddia mümkün iddiadır. Belə ki, iddiaçı baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.2-c maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Saatlı rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı əvvəlcə eyni məzmunlu tələblə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. Faktiki hallar və sübutlar: Azərbaycan Respublikası Müdafiə Nzirliyinin Arxivinin 26/2-8223 nömrəli, 22 oktyabr 2001-ci il tarixli Arxiv Arayışının surətindən görünür ki, Saatlı RHK-dan çağırılmış İddiaçı 04 oktyabr 1996-cı il tarixli N nömrəli əmrlə hərbi hissəyə qəbul edilmiş və Müdafiə Nazirinin xx.xx.1997-ci il tarixli 30 nömrəli əmribnin 83 v maddəsinin 2-ci qrafasına müvafiq, xəstəliyi ilə əlaqədar komandirin 17 sentyabr 1997-ci il tarixli N nömrəli əmrilə hərbi hissədən təxris olunmuşdur. Sıravi İddiaçı N saylı hərbi hissədə xidmətdə olduğu dövrdə komandirin 17 mart 1997-ci il tarixli 76 nömrəli əmrilə müalicə üçün N saylı hərbi hissəyə göndərilmişdir. Komandirin əmrində sıravi İddiaçı güllə yarası alması, müalicənin səbəbi barədə heç bir məlumat yoxdur. Bu barədə Saatlı RHK-na xx.xx.2001-ci il tarixli 26/2-6870 saylı arayışla cavab verilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli Hərbi Hissənin 29 nömrəli, xx.xx.2002-ci il tarixli Arayışının surətindən görünür ki, əsgər İddiaçı 1978-ci il təvəllüdlü, N mart 1997-ci il tarixdə xidmət etdiyi müddət ərzində düşmən tərəfindən atılmış güllə nəticəsində yaralanmışdır. Sol qolun aşağı hissəsi və köks qəfəsinin sağ yarasından nüfuz edən güll əyarası almışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 87 nömrəli, xx.xx.2002-ci il tarixli Mərkəzi Hərbi Həkim Komissiyasının Qərarının surətindən görünür ki, Saatlı RHK tərəfindən 1996-cı ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı xx.xx.1997-ci ildə aldığı yaralanma – diaqnoz: “Torakoabdominal güllə yaralanması (xx.xx.1997-ci il) sağ ağ ciyərin, qara ciyərin zədələnməsinə görə laparotomiya (xx.xx.1997-ci il), qara ciyər və dalağın yaralarının tikilməsi cərrahiyyə əməliyyatından sonrakı dəri çapığı, qarın boşluğunda yad cism (güllə), həzm və xarici tənəffüs funksiyasının cüzi dərəcədə pozulması ilə”, nə səbəbə ki, xx.xx.1997-ci ildən xx.xx.1997-ci ilə kimi MN MHKH-da müayinə və müalicə olunmuşdur. (xx.xx.1997-ci il tarixli 901 saylı xəsətəlik haqqında şəhadətnamə, N saylı hərbi hissə komandiri tərəfindən imza edilmiş xx.xx.2002-ci il tarixli 29 saylı travma haqqında arayış), “Hərbi Travmadır, Azərbaycan Respublikasının Müdafiəsi Zamanı Almışdır”. MN MHKH-ın HHK-nın xx.xx.1997-ci il tarixli 901 saylı yaralanmasının hərbi xidmətlə səbəb əlaqəsi haqqında qərarı ləğv edilir. 901 saylı X3 surətindən görünür ki, 21 iyul 1997-ci il, Azərbaycan Respublikası MN-nin MHH-nın cərrahiyyə şöbəsi Azərbaycan Respublikası MN MHH rəisinin xx.xx.1997-ci il tarixli sərəncamına əsasən müayinədən keçirildi: 1978-ci il təvəllüdlü İddiaçı xx.xx.1997-ci ildə Tovuz rayonunun Ağdam kəndi ərazisində postda olan zaman odlu silahdan sağ ağciyərin, diafraqmanın, qaraciyərin zədələnməsi ilə torakalabdominal güllə yarası alıb (yaranın alındığı şəraiti təsdiq edən sənədləri yoxdur). N saylı hərbi hissəyə çatdırılıb, burada əməliyyat aparılıb – sağtərəfli hemopnevmotoraksla əlaqədar sağdan torakosentez, yaralarınılın cərrahi emalı. N saylı hərbi hissəyə keçirilib ki, burada əməliyyat –laporostomiya, diafraqma, qaraciyər yarasının tikilməsi yerinə yetirilib. Yaralar ilkin qaysaqlama ilə sağalır. xx.xx.1997-ci ildə N saylı hərbi hissəsinin HHK-nın qərarı ilə xəstəliyinə görə 30 günlük məzuniyyət verilib. N saylı hərbi hissənin komandiri tərəfindən MN MHH-na göndərilib. Xəstəliklərin və fiziki qüsurların cədvəlinin (Azərbaycan Rspublikası Müdafiə Nazirliyinin 1997-ci il tarixli 30 nömrəli əmri) İİ qrafasının 83-v maddəsinə əsasən hərbi xidmətə məhdud yararlıdır. Sülh dövründə hərbi xidmətə yararsızdır, müharibə dövründə məhdud yararlıdır. AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1978-ci ildə Saatlı rayonu, 26-lar kəndində anadan olmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirinin Katibliyinin xx.xx.2024-cü il tarixli, 3-25-2/2- H-79xx-xx/2024 nömrəli məktubunun surətindən görünür ki, iddiaçıya “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2024cü il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilməmişdir. Təqdim olunmuş sənədlərə və Mərkəzi Arxivin xx.xx.2023-cü il tarixli 2092 nömrəli arayışına əsasən xidmət keçdiyi N nömrəli hərbi hissə xx.xx.1997-ci il tarixdə döyüş əməliyyatlarında iştirak etmədiyinə görə ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. AO seriyalı, ******* nömrəli Hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.1996-cı ildən xx.xx.1997-ci ilə qədər müddətli həqiqi hərbi xidmət keçmişdir. Saatlı rayon İcra Hakimiyyəti Başçısının Əbil kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin xx.xx.2024-cü il tarixli, 160 nömrəli Arayışından görünür ki, İddiaçı Saatlı rayonunun Əbil kəndində yaşayır. Məhkəmənin müvafiq sorğusuna əsasən verilmiş: Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Saatlı rayon Şöbəsinin xx.xx.2021-cü il tarixli, 3-43-49/2-1536/2024 nömrəli məktubundan görünür ki, xx.xx.1978-ci il təvəllüdlü İddiaçı xx.xx.1996-cı il tarixdən xx.xx.1997-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələri sırasında müddətli həqiqi hərbi xidmət keçmişdir. Azərbaycan Respublikasınını Müdafiə Nazirliyinin 11 oktyabr 2024-cü il tarixli 2912 nömrəli məktubundan görünür ki, N nömrəli hərbi hissə komandirinin xx.xx.1996-cı il tarixli 199 nömrəli əmrində (əsas -15, səh-96, sıra-1, əmrdə adı “Rəfayel” yazılmışdır, vəzifəsi qeyd olunmamışdır) Azərbaycan Respublikası Hərbi Komissarlığından həqiqi hərbi xidmətə göndərilmiş, xx.xx.1996-cı il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına salınaraq bütün təminat normaları ilə təmin olunmuş və “əsgər” hərbi rütbəsi verilmiş, Saatlı RHK-nın çağırışçılarının siyahısında, 1978-ci il təvəllüdlü, İddiaçı adı qeyd olunmuşdur. N nömrəli hərbi hissə komandirinin xx.xx.1996-cı il tarixli 290 nömrəli əmrində (əsas:-1, səh-62, sıra-36, əmrdə adı “Rəfael” yazılmışdır) xx.xx.1996-cı il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün təminat normalarından çıxarılaraq hərbi xidmətlərini davam etdirmək N nömrəli hərbi hissə komandirinin sərəncamına göndərilən hərbi qulluqçularının siyahısında, Saatlı RHK-nın çağırışçısı, 1978-ci il təvəllüdlü, sıravi X5 adı qeyd edilmişdir. N nömrəli hərbi hissədən xidmətini davam etdirmək üçün göndərilmiş, əsgər X7 N nömrəli hərbi hissə komandirinin xx.xx.1996-cı il tarixli N nömrəli əmrilə (əsas:-3, səh-77, sıra-5, əmrdə adı “Rəfael” yazılmışdır) hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara daxil edilmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.1997-ci il tarixli 158 nömrəli əmirlə (əsas:-5, səh-46, sıra-8, əmrdə adı “Rəfael” yazılmışdır) 4-cü taborun tank əleyhinə tağımında operator vəzifəsində xidmət edən, əsgər X7 xx.xx.1997-ci il tarixdən MHH-a müalicəyə getmiş hesab edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.1997-ci il tarixli 30 nömrəli əmrinin 83 “v” maddəsinin 2-ci qrafası ilə sülh vaxtı hərbi xidmətə yararsız, müharibə vaxtı məhdudiyyətlə yararlı hesab edildiyinə görə, 4-cü taborun tank əleyhinə tağımın 1-ci manqasının operatoru, əsgər İddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələri sırasından tərxis olunduğundan N nömrəli hərbi hissə komandirinin xx.xx.1997-ci il tarixli N nömrəli əmrilə (əsas – 8, səh 64, əsas kimi “Xəstəlik haqqında xx.xx.1997-ci il tarixli 901 nömrəli şəhadətnamə” göndərilmişdir) xx.xx.1997-ci il tarixdən hərbi hissənin şəxsi heyyətinin siyahısından, bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Saatlı RHK-na göndərilmişdir. Məktubda İddiaçı xidmət keçdiyi hərbi hissənin nömrəsi göstərilmədiyindən ağırlaşmalar barəsində Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmuş müraciətlər əsasında aparılmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Katibliyinin xx.xx.2024-cü il tarixli, 3-25- 2/2-H-113xx-xx/2024 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”ya daxil olmuş xx.xx.2024-cü il tarixli 3-25-4/2-6556/2024 nömrəli məktuba cavab olaraq bildirilmişdir ki, vətəndaş İddiaçı komissiyaya xx.xx.2024-cü il tarixdə müraciət etmiş, sənədlərinə xx.xx.2024-cü il tarixli iclasda baxılmış və barəsində müsbət qərar qəbul edilmədiyindən qoşmada göstərilən məzmunda cavab verilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının xx.xx.2025-ci il tarixli, 85/841 nömrəli məktubundan görünür ki, vətəndaş İddiaçı 2023-2024-cü illər ərzində Baş Klinik Hospitalda stasionar və ambulator müayinə və müalicədə olması barədə arxiv sənədləri bazasında məlumat yoxdur. Əlavə olaraq bildirilmişdir ki, 1992-2022-ci illərə aid tibbi sənədlər Müdafiə Nazirliyinin Tibbi Sənədlər Arxivinə təhvil verildiyinə görə məktub aiddiyəti üzrə icra olunması üçün göndərilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli Hərbi Hissənin xx.xx.2025-ci il tarixli, 4972 nömrəli məktubundan görünür ki, məktubda tarix qeyd edilmədiyi üçün yalnız 2024-2025-ci illərin qeydiyyat kitablarına baxış keçirilmiş və məlum olmuşdur ki, İddiaçı stasionar müalicə alması barədə heç bir məlumat yoxdur. Məlumat üçün bildirilmişdir ki, hərbi hissədə arxiv saxlanılma müddəti başa çatdığı üçün, N nömrəli hərbi hissənin 1992- 2020-ci illər üçün qeydə alınmış “Stasionar müalicəyə daxil olanların qeydiyyatı kitabı”, “Xəstələrin əlifba qeydiyyatı kitabı” və digər tibbi arxiv sənədləri Müdafiə Nazirliyinin Baş X9 tibbi arxivinə təhvil verilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Tibbi Sənədlər Arxivinin 04 aprel 2025-ci il tarixli, 92/102 nömrəli məktubundan görünür ki, N nömrəli hərbi hissənin sıravisi İddiaçı (əsas: səh -10, qeyd: məlumatda vətəndaşın adı Rəfail deyil Rafayıl yazılmışdır, tarix “xx.xx.1997” qaralanmışdır) həqiqətən də xx.xx.1997-ci il tarixdən xx.xx.1997-ci il tarixədək “İlkin diaqnoz: Döş qəfəsinin sağ yarısının daxilə keçən kor güllə yarası”, “Yekun diaqnoz: Sağtərəfli torokoabdominal kor güllə yarası. Sağtərəfli açıq hemopnevmotoraks. Sağ qabırğanın açıq sınığı, qara ciyərin zədələnməsi, şok İİ-İİİ dərəcə” diaqnozu ilə N nömrəli hərbi hissədə (Gəncə hospitalında) stasionar müayinə və müalicə olmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Tibbi Sənədlər Arxivinin xx.xx.2025-ci il tarixli, 92/92 nömrəli Arxiv Arayışından görünür ki, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində xidmət etmiş sıravi İddiaçı 11 iyun 1997-ci il tarixdən 05 avqust 1997-ci il tarixədək Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında stasionar müayinə və müalicə olmuşdur. Diaqnoz:İlkin: Odlu silah torako-abdominal yaralanma. Yekun: Diafraqmanın, qara ciyər laporatomik yaralanmasının nəticəsi. Odlu silah yaralanması nəticəsində sağ tərəfli torakosentez. Əsas: Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının 1997-ci ilə məxsus 6 nömrəli “stasionar xəstələrin qeydiyyatı” kitabının 7-ci səhifəsində olan, 4702-ci sayındakı qeyd. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 10 oktyabr 2025-ci il tarixli, 3-17- 4/2-26232/2025 nömrəli məktubundan görünür ki, Saatlı rayon sakini İddiaçı əlillik vəziyyəti barədə xx.xx.2025-ci il tarixli, 4-9-2/2-7324/2025 nömrəli sorğusuna Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində baxılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Müəyyən olunmuşdur ki, İddiaçı ilkin olaraq xx.xx.2003-cü il tarixindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbindən üçüncü dərəcə 1 il müddətinə (xx.xx.2024-cü il tarixinədək), sonrakı dövrdə isə təkrar olaraq xx.xx.2013-cü il tarixindən xx.xx.2014-cü il tarixinə, xx.xx.2014-cü il tarixindən xx.xx.2015-ci il tarixinə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbilə ikinci dərəcə 1 il müddətinə əlillik təyinatı aparılmışdır. Növbəti dəfə vətəndaşın əlillik vəziyyəti dövlət tibb müəssisəsinin 0309003AAET0 nömrəli göndərişi əsasında xx.xx.2015-ci il tarixində qiymətləndirilmiş Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbindən ikinci dərəcə 1 il müddətinə (xx.xx.2016-cı il tarixinədək) əlillik təyinatı barədə qərar qəbul edilmişdir. Daha sonra şəxsin Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbilə ikinci dərəcə əlillik təyinatı xx.xx.2016-cı il tarixində Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2-ci bəndinə uyğun olaraq dövlət tibb müəssisəsi tərəfindən göndəriş rəsmiləşdirilmədən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemi tərəfindən 5 il müddətinə (xx.xx.2021-ci il tarixədək) avtomatlaşdırılmış qaydada uzadılmışdır. Əlillik müddətinin bitdiyi xx.xx.2021-ci il tarixindən sonra dövlət tibb müəssisəsinin göndərişi və müraciəti əsasında İddiaçı xx.xx.2022-ci il tarixində Agentlikdə qəbulda olmuşdur. Təqdim edilən tibbi sənədlər və sağlamlıq vəziyyətinin obyektiv müayinəsi nəticəsində göndərişin rəsmiləşdiiirildiyi tarixdə qüvvədə olan Azərbayccan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq barəsində diaqnoz əlillik əlaməti təyin etməməsi qərarı qəbul edilmişdir. Sonuncu dəfə dövlət tibb müəssisəsinin göndərişi əsasında vətəndaş təkrar olaraq xx.xx.2023-cü il tarixində Agentlikdə qəbulda olmuşdur. Təqdim edilən tibbi sənədlər və sağlamlıq vəziyyətinin obyektiv müayinəsi nəticəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq əlillik təyininə əsas vermədiyindən xx.xx.2023-cü il tarixindən diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Məlumat üçün bildirilmişdir ki, sonrakı dövrdə əlillik vəziyyətinin qiymətləndirilməsi üçün Nazirliyini Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsisteminə vətəndaşa dair göndəriş daxil olmamışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X4-sosial ekspert komissiyasının 24 may 2023-cü il tarixli 3- 17-4/3-3-3275/2023 nömrəli Qərarından görünür ki, Saatlı rayon sakini xx.xx.1978-ci il təvəllüdlü İddiaçı əlillik vəziyyəti tibb müəssisəsinin 0311003AAWH9 nömrəli göndərişi əsasında xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir. (ESDAS: **********1). Növbəti dəfə əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2002-ci il tarixli 87 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Torakoabdominal güllə yaralanması (xx.xx.1997-ci il), sağ ağciyərin, qaraciyərin zədələnməsinə görə laparotamiya (xx.xx.1997-ci il), qaraciyər və dalağın yaralarının tikilməsi cərrahiyyə əməliyyatından sonrakı dəri çapığı, qarın boşluğunda yad cism (güllə), həzm və xarici tənəffüs funksiyasının cüzi dərəcədə pozulması ilə” diaqnozu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Qeyd edilməlidir ki, xx.xx.2022ci il tarixində DTSERA-də əlavə əyani müayinəsi zamanı vətəndaş xx.xx.1997-ci ilə aid hərbi qərar təqdim etmiş, həmin qərarda İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.1997-ci il tarixli 901 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Əməliyyatdan sonrakı vəziyyət-loparotomiya (xx.xx.1997ci il), odlu silahdan kor güllə yarası səbəbindən diafraqma və qaraciyər yaraciyər yaralarının tikilməsi, sağ ağciyərin, diafraqma, qaraciyərin zədələnməsi ilə sağtərəfli torako-abdominal yara (xx.xx.1997-ci il), bədəndə qarın boşluğunda yad cism (güllə) həzmetmə və xarici tənəffüs funksiyalarının cüzi pozulması” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. Həmçinin qeyd edilir ki, vətəndaş xx.xx.2022-ci il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Xəstənin hazırki obyektiv vəziyyətinin müayinəsi zamanı sağ döş qəsəsinin ön və yan səthində, döş qəfəsinin arxasında torakotomiyadan sonrakı və qarnın ön divarında total laporatomiya çapığı qeyd olunmuş, qarnı yumşaq, palpasiyada ağrısız, boyu 163 sm, çəkisi 80 kq, auskultasiyada ağciyərlər üzərində vezikulyar tənəffüs eşidilmiş, tənəffüs keçiciriliyi simmetrik, saturasiya SpO2-97% olmuş, əlillik təyinatına əsas verən patofunksional pozuntu və hərəki məhdudiyyət aşkar edilməmişdir” kimi qeyd olunmuş, Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı bəlğəmli öskürək, döş qəfəsində ağrılardan şikayətlənmişdir. Müayinə zamanı sağ döş qəfəsinin yan və arxa səthində total laporotomiya əməliyyatına və sağtərəfli torakosintez əməliyyatına müvafiq çapıq toxuma izlənilmiş, yuxarı və aşağı ətraflarda hərəkətlər sərbəst və ağrısız müşahidə edilmişdir. Auskultasiyada ağciyərlər üzərində vezikulyar tənəffüs edilmiş, döş qəfəsi tənəffüs aktında simmetrik iştirak etmiş, saturasiyası 96%, nəbzi 100 vurğu, tənəffüs sayı 16, boyu 162 sm, çəkisi 78 kq, BKİ=30 müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən xroniki tənəffüs çatışmazlığı əlamətləri aşkar olunmamışdır. Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının 25937 nömrəli Ambulator xəstənin tibbi vərəqində diaqnoz “Hərbi qulluq zamanı sağ tərəfli torakoabdominal kor güllə yaralanmasına görə Torakosintez, laporotomiyadan sonrakı vəziyyət. Periton bitişmələri (Rentgen diaqnoz) Splenomeqaliya, Hepatosteatoz. Xroniki pankreatit. Xroniki obstruktiv bronxit” kimi qeyd edilmiş, əlillik təyinatına əsas verməmişdir. X11 Xəstəlikləri İnstitutunun xx.xx.2023-cü il tarixli Tibbi rəyində diaqnoz “Hərbi qulluq zamanı sağ tərəfli torakoabdominal kor güllə yaralanmasına görə torakosentez, laparotomiyadan sonrakı vəziyyət. Xroniki bronxit. Kəskinləşmə mərhələsi. Mötədil ventilyasiya pozğunluğu” kimi qeyd olunmuş, əlillik təyinatına əsas verməmişdir. X11 Xəstəlikləri İnstitutunun xx.xx.2023-cü il tarixli Spirometriya müayinəsinin nəticəsi “Qarışıq tipli mötədil ventilyasiya pozğunluğu” kimi qeyd edilmiş, klinik olaraq öz təsdiqini tapmamışdır. Anamnestik məlumatlarda və obyektiv müayinə nəticələrində əlillik təyinatına əsas verən xroniki tənəffüs çatışmazlığı əlamətləri aşkar olunmamışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Tətbiq edilən Hüquq: “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun: 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən təsdiq edilir. Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. 7-ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları (müharibə veteranı, Silahlı Qüvvələrin veteranı adlarının verilməsi ilə əlaqədar - öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti nəzərdə tutulur) tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin: 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. (Qeyd: Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur.). Həmin Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018 tarixli 422 nömrəli qərarına əsasən Əsasnamə”nin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə “hərbi biletlər” sözlərindən sonra “(hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda)” sözləri və “yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar” sözlərindən sonra “(döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda)” sözləri əlavə edilmişdir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin: 14-cü maddəsində hərbi xidmətin başlanğıcı və sonu müəyyən edilmişdir: başlanğıc – hərbi vəzifəlilər üçün xidmət yerinə yola düşdükləri gün; son – hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: Maddə: 1. Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Maddə 10.2. Hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. Maddə 11.1. inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar Maddə 19. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Maddə 20. Hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. Maddə 24. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Maddə 89.1. İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Maddə 90.1. İnzibati orqanların vəzifəli şəxsləri bu Qanunun müddəalarının pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada intizam, inzibati və ya cinayət məsuliyyəti daşıyırlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İPM-in 73.2-ci maddəsinə görə iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İPM-in 73.3-cü maddəsinə görə aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: -(maddə 73.3.1) inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; -(maddə 73.3.2) inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; -(maddə 73.3.3) inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Məhkəmənin mövqeyi. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İddiaçının hüquqi marağı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” ilə bağlı olmuşdur. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının izahatını dinləyərək, işdə olan sənədləri, həmçinin tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Sadalanan normalardan göründüyü kimi, iddiaçı xidmət etdiyi N saylı hərbi hissənin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda xx.xx.1997-ci ildə Tovuz rayonunun Ağdam kəndi ərazisində postda olan zaman odlu silahdan sağ ağciyərin, diafraqmanın, qaraciyərin zədələnməsi ilə torakalabdominal güllə yarası alıb yaralanmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 87 nömrəli, xx.xx.2002-ci il tarixli Mərkəzi Hərbi Həkim Komissiyasının Qərarının surətindən görünür ki, Saatlı RHK tərəfindən 1996-cı ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı xx.xx.1997-ci ildə aldığı yaralanma – diaqnoz: “Torakoabdominal güllə yaralanması (xx.xx.1997-ci il) sağ ağ ciyərin, qara ciyərin zədələnməsinə görə laparotomiya (xx.xx.1997-ci il), qara ciyər və dalağın yaralarının tikilməsi cərrahiyyə əməliyyatından sonrakı dəri çapığı, qarın boşluğunda yad cism (güllə), həzm və xarici tənəffüs funksiyasının cüzi dərəcədə pozulması ilə”, nə səbəbə ki, xx.xx.1997-ci ildən xx.xx.1997-ci ilə kimi MN MHKH-da müayinə və müalicə olunmuşdur. (xx.xx.1997-ci il tarixli 901 saylı xəsətəlik haqqında şəhadətnamə, N saylı hərbi hissə komandiri tərəfindən imza edilmiş xx.xx.2002-ci il tarixli 29 saylı travma haqqında arayış), “Hərbi Travmadır, Azərbaycan Respublikasının Müdafiəsi Zamanı Almışdır”. Həmçinin 901 saylı X3 surətindən görünür ki, 21 iyul 1997-ci il, Azərbaycan Respublikası MNnin MHH-nın cərrahiyyə şöbəsi Azərbaycan Respublikası MN MHH rəisinin xx.xx.1997-ci il tarixli sərəncamına əsasən müayinədən keçirildi: 1978-ci il təvəllüdlü İddiaçı xx.xx.1997-ci ildə Tovuz rayonunun Ağdam kəndi ərazisində postda olan zaman odlu silahdan sağ ağciyərin, diafraqmanın, qaraciyərin zədələnməsi ilə torakalabdominal güllə yarası alıb (yaranın alındığı şəraiti təsdiq edən sənədləri yoxdur). N saylı hərbi hissəyə çatdırılıb, burada əməliyyat aparılıb – sağtərəfli hemopnevmotoraksla əlaqədar sağdan torakosentez, yaralarınilin cərrahi emalı. N saylı hərbi hissəyə keçirilib ki, burada əməliyyat –laporostomiya, diafraqma, qaraciyər yarasının tikilməsi yerinə yetirilib. Yaralar ilkin qaysaqlama ilə sağalır. xx.xx.1997-ci ildə N saylı hərbi hissəsinin HHK-nın qərarı ilə xəstəliyinə görə 30 günlük məzuniyyət verilib. N saylı hərbi hissənin komandiri tərəfindən MN MHH-na göndərilib. Xəstəliklərin və fiziki qüsurların Cədvəlinin (Azərbaycan Rspublikası Müdafiə Nazirliyinin 1997-ci il tarixli 30 nömrəli əmri) İİ qrafasının 83-v maddəsinə əsasən hərbi xidmətə məhdud yararlıdır. Sülh dövründə hərbi xidmətə yararsızdır, müharibə dövründə məhdud yararlıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Müəyyən olunmuşdur ki, İddiaçı ilkin olaraq xx.xx.2003-cü il tarixindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbindən üçüncü dərəcə 1 il müddətinə (xx.xx.2024-cü il tarixinədək), sonrakı dövrdə isə təkrar olaraq xx.xx.2013-cü il tarixindən xx.xx.2014-cü il tarixinə, xx.xx.2014-cü il tarixindən xx.xx.2015-ci il tarixinə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbilə ikinci dərəcə 1 il müddətinə əlillik təyinatı aparılmışdır. Növbəti dəfə vətəndaşın əlillik vəziyyəti dövlət tibb müəssisəsinin 0309003AAET0 nömrəli göndərişi əsasında xx.xx.2015-ci il tarixində qiymətləndirilmiş Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbindən ikinci dərəcə 1 il müddətinə (xx.xx.2016-cı il tarixinədək) əlillik təyinatı barədə qərar qəbul edilmişdir. Daha sonra şəxsin Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbilə ikinci dərəcə əlillik təyinatı xx.xx.2016-cı il tarixində Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2-ci bəndinə uyğun olaraq dövlət tibb müəssisəsi tərəfindən göndəriş rəsmiləşdirilmədən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemi tərəfindən 5 il müddətinə (xx.xx.2021-ci il tarixədək) avtomatlaşdırılmış qaydada uzadılmışdır. (xx.xx.2021-ci il tarixinədək) ikinci dərəcə ilkin əlillik təyinatı aparılmışdır. İddiaçı N nömrəli hərbi hissənin döyüş əməliyyatlarında iştirak etdiyindən, döyüş zamanı yaralandığından, uzun müddət hərbi hospitalda müalicə aldığına görə hərbi hissə komandirinin əmri əsasında hərbi hissənin siyahısından çıxarıldığından, habelə iddiaçı Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxs olduğundan məhkəmə hesab edir ki, yuxarıda istinad edilən hərbi hissədən qanunla müəyyən edilmiş qaydada tərxis olunmasa belə, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinin qeydinə əsasən ona müharibə veteranı adı və vəsiqəsinin verilməsindən cavabdehin imtinası qanunsuz olmuşdur. Göründüyü kimi, iddiaçıya ilkin əlillik təyinatının onun yaralandığı tarixdən 6 il sonra xx.xx.2003-ci il tarixdə aparılmasına baxmayaraq, əlillik səbəbinin Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar göstərilməsi onun bu əlilliyi faktiki olaraq Tovuz rayonun Ağdam kəndi istiqamətində gedən döyüş əməliyyatlarında yaralandığına görə 11 iyun 1997-ci il tarixdən 05 avqust 1997-ci il tarixədək Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında stasionar müayinə və müalicə olunduğu və hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirildiyi zaman qazandığını təsdiq edir. Lakin cavabdeh inzibati orqan yuxarıda qeyd edilən işin faktiki hallarını nəzərə almadan, iddiaçının xidmət etdiyi N nömrəli hərbi hissə xx.xx.1997-ci il tarixdə döyüş əməliyyatlarında iştirak etmədiyinə görə sonuncunun “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsinə dair müraciətinə müsbət qərar qəbul edilməmişdir. Halbuki, cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndi və həmin bəndin “Qeyd” hissəsinin tələbini iddiaçıya münasibətdə nəzərə almalı idi. Belə ki, həmin Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə əsasən bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara müharibə veteranı adı verilir. Həmin hissənin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, şəxslərə şamil olunmur. Eyni qayda “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin Qeyd” hissəsində yer almışdır. Həmin Qanunun 3-cü maddəsinin “Qeyd” hissəsində qeyd olunur ki, bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Göründüyü kimi hətta, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş olsalar belə, Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə müharibə veteranı adı verilməlidir. Məhkəmə onu da qeyd edir ki, hazırkı mübahisəni həll edərkən sözügedən normanın tətbiqi ilə bağlı qanunvericinin sözügedən məqsədi nəzərə alınmalıdır. Bu mənada, həlledici şərt əlilliyin hansı tarixdə əldə edilməsi deyil, əlilliyin səbəbli əlaqəsidir. İddiaçıya əlilliyin təyin edilməsinin yuxarıda qeyd olunan qərarın təsdiq olunmasından sonraya təsadüf etməsi məsələnin mahiyyəti baxımından həlledici əhəmiyyət kəsb etmir. Əlilliyin təyin edilmə tarixinin əsas götürülməsi qanunun güddüyü məqsədin nəzərə alınmaması nəticəsini doğura bilər. Bu zaman həmçinin nəzərə almaq lazımdır ki, nə “Veteranlar haqqında” Qanunda, nə də “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri” haqqında Əsasnamədə belə bir məhdudiyyət təsbit edilməmişdir. Eyni zamanda, qanunvericilikdə istifadə edilmiş “əlilliyi müəyyən edilmiş şəxslər” ifadəsi onu da nəzərdə tutur ki, müharibə veteranı statusu əldə edə bilmək üçün mütləq əlillik təyinatına dair qərarın qüvvədə olması şərti tələb olunmur, şəxsə daha əvvəl Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyinatının aparılmış olması yetərlidir. İşdə olan TSEK-in müayinə aktlarından, qərarlarından, o cümlədən Hərbi Həkim Komissiyasının qərarından görünür ki, iddiaçı xəsarət almış və aldığı xəsarətə görə ona əlillik təyin edilmiş və əlilliyin səbəb əlaqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik olmuşdur. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2840/2024 nömrəli qərarında hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən başqa bir işdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir. Beləliklə də məhkəmə qeyd edir ki, iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün yuxarıda qeyd edilən maddi hüquq normalarında nəzərdə tutulan istisna hallar mövcud olmamışdır. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddiaçı iddia tələbində haqlı, iddiaçının ikin müraciətindən imtina edilməsi ilə bağlı cavabdehin hərəkətləri isə qanunsuz olmuşdur. Məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsi cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 4.1, 23.1, 58.7, 69, 75, 78-79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsi cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Şahəli Musayev
Məhkəmə qərarları › İş №2-1(120)-1663/2025
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1663/2025
28.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver