Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1664/2025 17.04.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclasının katibi Əlişova Nuridə Əliverdi qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı «22 avqust 1960-cı il tarixli 20 nömrəli doğum haqqında akt qeydində “Kamalə” adının “Kəmalə” adına, “İsa” ata adının “İsaxan” ata adına düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 22 avqust 1960-cı il tarixli 20 nömrəli doğum haqqında akt qeydində “Kamalə” adının “Kəmalə” adına, “İsa” ata adının “İsaxan” ata adına düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 16 avqust 1960-ci ildə Sabirabad rayonunun Qalaqayın kəndində anadan olmuş. X7, anası X4r. Onun doğumu Sabirabad rayon Qalaqayın kənd icra nümayəndəliyində qeydə alınıb və ona doğum haqqında şəhadətnamə verilib. Həmin doğum haqqında şəhadətnamə əsasında ona SSSR-nm pasportu verilib, daha sonra isə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə təmin edilmişdir. Ona verilmiş doğum haqqında şəhadətnamədə, pasportda, şəxsiyyət vəsiqəsində, diplomda, ümumiyyətlə bütün sənədlərində adı Kəmalə, ata adı isə İsaxan olub. O 15 iyun 1982-ci ildə X1 ilə rəsmi nikaha daxil olub ailə həyatı qurmuş və nikaha daxil olduqdan sonra ər soyadını qəbul etmişdir. Sənədləşmə işlərinin aparılması üçün ona doğum haqqında şəhadətnaməsi lazımı oldu və şəhadətnaməsi evlərində baş vermiş yanğın zamanı yandığı üçün təkrarın almaq üçün Cavabdehnə müraciət etmişdir. Orada barəsində tərtib edilmiş doğum haqqında akt qeydi araşdırılarkən məlum oldu ki. onun adı orada Kəmalə yox Kamalə, ata adı isə İsaxan yox İsa yazılıb. O, bununla razılaşmamış və ona sənədlərində göstərildiyi kimi X9 təkrar doğum haqqında şəhadətnamə verilməsini istəmişdir. Lakin ona bildirmişlər ki, ya atanın doğum haqqında şəhadətnaməsin gətirsin ona əsaslanaq ata adına düzəliş edilsin, atasının doğum haqqında şəhadətnaməsini gətirə bilməyəcəyi halda isə imtina versinlər. O atamsının doğum haqqında şəhadətnaməsinin ev yanğını zamanı yandığını bildirmişdir. Bu səbəbdən də, bundan imtina edilmişdir. Məhkəməyə müraciət etməli olduğunu bildirmişlər. O, da bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Onun adı Kəmalə olduğu halda onun adının Kamalə, ata adının isə İsaxan olduğu halda İsa yazılması ilə razılaşa bilmir. Xahiş edir ki, doğum haqqında akt qeydində adının Kəmaləyə ata adının isə İsaxana edilməsi öhdəliyini Cavabdeh üzərinə qoyasınız. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı və Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmişdir və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə iddiaçı və Cavabdeh nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Əlavə olaraq bildirilir ki, hazırki işin məhkəmə aidiyyəti müəyyən edilərkən 2 ərizə növü fərqləndirilməlidir. Birincisi, qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizə; ikincisi, X2 qeydiyyatını aparan orqan tərəfindən qeydə düzəliş edilməsindən imtina olması ilə bağlı maraqlı şəxslə həmin orqan arasında olan mübahisə üzrə ərizə. birinci, ərizəyə ümumi məhkəmədə, ikinci ərizəyə isə inzibati məhkəmədə baxılmalıdır. Bu barədə izah “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Ali Məhkəmənin Plenumunun 10 aprel 2015-ci il tarixli qərarının 9.1-ci bəndində də verilib. Hazırki ərizə 2-ci növ ərizəyə aiddir, çünki iddiaçı ilə qeydiyyat orqanı arasında mübahisə yaranmışdır. 1-ci növə aid olan ərizə o zaman verilir ki, belə mübahisə olmasın. İddia ərizəsindən də görünür ki, iddiaçı qeydin düzgün olmamasının müəyyən edilməsini deyil, qeydə düzəliş edilməsi öhdəliyinin qeydiyyat orqanının üzərinə qoyulmasını tələb edib. Bu baxımdan, hazırkı mübahisə inzibati mübahisə hesab edilir. Bundan başqa nəzərə alınmalıdır ki, oxşar işlər üzrə formalaşmış məhkəmə təcrübəsi də bu növ iddialara baxılmasının inzibati məhkəmələr tərəfindən həyata keçirildiyini nəzərdə tutur. (Bax: Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2(102)- 360/2022 saylı, xx.xx.2022-ci il tarixli) İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır. İşdə olan AZE0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı 16 avqust 1960-ci ildə ünvan 1 ünvanında qeydiyyatdadır. İşdə olan AT № 001823 nömrəli, xx.xx.1980-ci il tarixli diplomun surətindən görünür ki, X9 1977-1980-ci illərdə Azərbaycan SSR Ali və Orta ixtisas təhsili Nazirliyinin Bakı Məktəbəqədər Pedaqoji məktəbinin əyani şöbəsinin “məktəbəqədər müəssisələrdə tərbiyə” ixtisasını üzrə təhsil almışdır. İşdə olan 33835 nömrəli, xx.xx.1982-ci il tarixli şəhadətnamənin surətindən görünür ki, xx.xx.1982-ci il tarixdə X1 ilə X9 arasında nikah bağlanmışdır. Nikahdandan sonra arvada Babayeva soyadı verilmişdir. İşdə olan İX-ЖГ 346314 nömrəli, xx.xx.1983-ci il tarixli şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.1983-cü il tarixdə Sabirabad rayonunda anadan olmuşdur. Ata qrafasında X1, ana qrafasında isə X10 göstərilmişdir. İşdə olan X-ЖГ 493705 nömrəli, xx.xx.1985-ci il tarixli şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.1985-ci il tarixdə Sabirabad rayonunda anadan olmuşdur. Ata qrafasında X1, ana qrafasında isə İddiaçı göstərilmişdir. İşdə olan XVİ-ЖГ 487073 nömrəli, xx.xx.1992-ci il tarixli şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.1992-ci il tarixdə Sabirabad rayonunda anadan olmuşdur. Ata qrafasında X1, ana qrafasında isə X10 göstərilmişdir. İşdə olan Cavabdeh tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-16-5/4-1937-24 nömrəli arayışda göstərilmişdir ki, X16 16 avqust 1960-ci ildə Sabirabad rayonunda anadan olmuşdur.Ana qrafasında X11 göstərilmişdir. İşdə olan Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli 3-16- 05/17-xx-xx/2024 nömrəli məktubda göstərilmişdir ki, Vətəndaş İddiaçı 26 avqust 2024-cü ildə Cavabdehnə müraciət edərək Sabirabad RİHB-nm Qalaqayın KİN- nin xx.xx.1960-cı il tarixli 20 saylı doğum haqqında akt qeydində “Kamalə” adının “Kəmalə” adma, ata adının isə “İsa”-dan “İsaxan”-a düzəliş edilməsini xahiş etmişdir.İddiaçı vəsatətində xx.xx.1960-cı ildə Sabirabad rayonunun Qalaqayın kəndində (atası - X21; anası - X11) doğulduğunu, doğumunun Sabirabad RİHB-nm Qalaqayın KİN-yi tərəfindən xx.xx.1960-cı il tarixdə 20 saylı doğum haqqında akt qeydi tərtib edilərək ona İ-İ E seriyalı 952979 nömrəli doğum haqqında şəhadətnamə verildiyini, 15 iyun 1982-cü ildə X1 ilə evlənərək nikahlarının Cavabdeh tərəfindən xx.xx.1982-ci ildə 107 saylı nikah haqqında akt qeydi əsasında rəsmiləşdirildiyini, nikah bağlandıqdan sonra soyadının Babayeva olduğunu, daha sonra isə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə təmin edildiyini (vəsiqənin verilmə tarixi xx.xx.2012-ci il. Seriya AZE № 0*******) əsas gətirmiş, lakin buna baxmayaraq Sabirabad RİHB-nm Qalaqayın KİN-yi tərəfindən verilmiş İ-İE seriyalı 952979 nömrəli nömrəli doğum haqqında şəhadətnaməni evlərində baş vermiş yanğın zamanı yandığı üçün təqdim etməsinin mümkün olmayacağını bildirmişdir. Təqdim edilmiş sənədlər əsasında araşdırma aparılmış, bu məqsədlə də, Babayeva (Cəfərova) Kəmalə İsaxan qızma aid olan təqdim edilmiş sənədlər əsasında Sabirabad RİHB-nm Qalaqayın KİN-yi tərəfindən xx.xx.1960-cı il tarixdə tərtib edilmiş 20 saylı doğum haqqında akt qeydinə baxış keçirilmiş və həmin doğum haqqında akt qeydinin uşaq haqqında məlumat bəndində uşağın soyadının “Cəfərova”, adının “Kamalə”, ata adının “İsa”, doğum tarixinin “16” avqust 1960-ci il qeyd edildiyi, daha sonra Sabirabaı* RQŞ-si tərəfindən xx.xx.1982-ci il tarixdə tərtib edilmiş 107 saylı nikah haqqında akt qeydinə baxış keçirilmiş və həmin nikah haqqında akt qeydinin nikaha daxil olan qadın bəndində nikaha daxil olan qadının soyadının “Cəfərova”, adının “Kamalə”, ata adının “İsaxan”, doğum tarixinin “16” avqust 1960-ci il, doğum yerinin Sabirabad rayonu Qalaqayın kəndi, nikaha daxil olduqdan sonra soyad bəndində isə qadına “Babayeva” soyadının verilməsi qeyd edildiyi, Azərbaycan Respublikası AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsində isə soyadı Babayeva adı Kəmalə ata adı isə İsaxan qızı yazıldığı müəyyən edilmişdir. İddiaçı qızma ona verilmiş doğum haqqında şəhadətnamənin təqdim edilməsi bildirilsə də. sonuncu tərəfindən doğum haqqında şəhadətnamənin yandığı bildirilərək təqdim edilməsi təmin edilməmişdir.Belə olan halda doğum haqqında akt qeydi ilə təqdim edilmiş sənədlərdəki ziddiyətləri məqamlara aydınlıq gətirilməsinə kifayət qədər sübutlar təqdimedilməməsi səbəbindən doğum haqqında akt qeydinə düzəliş edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 161.1-ci maddəsinə əsasən Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə miivafıq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir.Həmin Məcəllənin 161.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Həmin Məcəllənin 161.3-cü maddəsinə əsasən aidiyyəti şəxslər arasında mübahisə olduqda akt qeydində dəyişiklik məhkəmənin qətnaməsi əsasında aparılır. Azərbaycan Respublikasının Ailə Məcəlləsini və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəaları əsas tutaraq, İddiaçı Sabirabad RİHB-nın Qalaqayın KİNyi tərəfindən 22 avqust 1960-ci ildə tərtib edilmiş 20 saylı doğum haqqında akt qeydinin uşaq haqqında məlumat bəndində uşağın adının “Kamalə"-dən “Kəmalə”-yə, ata adını isə “İsa”-dan “İsaxan"-a düzəliş edilməsi barədə vəsatətinin təminindən imtina etmişdir. İşdə olan xx.xx.1960-cı il tarixli 20 nömrəli doğum haqqında akt qeydindən görünür ki, X17 16 avqust 1960-cı ildə Sabirabad şəhərində anadan olmuşdur. Ana qrafasında X11 göstərilmişdir. İşdə olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Miqrasiya Proseslərinin təhlili və İnformasiya Təminatı Baş İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 05/13754/di nömrəli məktubda göstərilmişdir ki, xx.xx.1960-cı il təvəllüdlü İddiaçı hər hansı xarici ölkə ərazisinə girişinə qadağanın olub-olmaması ilə bağlı Dövlət Miqrasiya Xidmətinə məlumat daxil olmamış, şəxsin ölkədən çıxışına məhdudiyyət tətbiq edilməmişdir. Sorğuda qeyd etdiyi digər məsələ üzrə Dövlət Miqrasiya Xidmətində məlumat mövcud deyildir. İşdə olan Sabirabad Rayon Prokurorluğunun məhkəməyə ünvanladığı xx.xx.2024cü il tarixli, 2-2-445/3-091976/2024 nömrəli məktubunda göstərilmişdir ki, vətəndaş İddiaçı barəsində Sabirabad Rayon Prokurorluğunda hər hansı təqsirləndirici material olmamış, cinayət işi üzrə istintaq aparılmamışdır. İşdə olan X2 Arxivi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-16- 5/4-13-13815/2024 nömrəli məktubunda göstərilmişdir ki, Babayeva (Cəfərova) Kəmalə İsaxan qızının və atasının doğumu haqqında akt qeydinin surətinin istənilməsi ilə bağlı müraciətinizə baxılmışdır. Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən İddiaçı (Cəfərovanın) doğumu xx.xx.1960-cı ildə Sabirabad rayonunun Qalaqayın icra nümayəndəliyində nikahı olmayan anadan doğulmuş uşağın doğumu kimi qeydə alındığı məlum olmuşdur. Həmin akt qeydi nəzərdən keçirilərkən ananın göstərişinə əsasən uşağın atasının adının “İsa” yazıldığı, anasının isə X11 olduğu müəyyən edilmişdir. İnformasiya sistemində axtarış aparılarkən İddiaçı (Cəfərovanın) atalığının müəyyən edilməsi haqqında hər hansı məlumat aşkar olunmamışdır. İddiaçı doğumu haqqında akt qeydində ata haqqında məlumat qrafası boş saxlanıldığından onun atasına dair məlumatın müəyyən edilməsi mümkün deyildir. İşdə olan Sabirabad rayon İcra Hakimiyyəti Qalaqayın kənd inzibati ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 5-70- 22/2-A-12/2-39 nömrəli məktubda göstərilmişdir ki, İddiaçı həqiqətən 16 avqust 1960-cı ildə Sabirabad rayonunun Qalaqayın kəndində anadan olmuşdur. 1982-ci ilə qədər Qalaqayın kəndində yaşamış, yaşadığı müddətdə Kəmalə adı ilə çağırılmış və həmin adla tanınmışdır.Ailə qurduqdan sonra Sabirabad şəhəri, İ.Qayıbov küçəsi, ev №67-də yaşayır. Ali təhsillidir. Üç övladı var. Hal-hazırda Sabirabad şəhərində bağça müdiri işləyir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdeh məhkəməyə ünvanladığı 09 oktyabr 2024-cü il tarixli 3-16-5/6-457/2024 nömrəli məktubda göstərilmişdir ki, Cavabdehnə 09 oktyabr 2024-cü ildə daxil olmuş İddiaçı Cavabdehnə qarşı “doğum haqqında akt qeydində ad və ata adına düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbi barədə 2-1(120)-4623/2024 saylı 17 sentyabr 2024cü il tarixli sorğu ilə bağlı xx.xx.1956-cı il təvəllüdlü X27 barəsində olan Sabirabad RİHBnın Qalaqayın KİN-yi tərəfindən xx.xx.1956-cı ildə tərtib edilmiş 81 saylı, xx.xx.1959-cu il təvəllüdlü X28 barəsində olan Sabirabad RİHB-nın Qalaqayın KİN-yi tərəfindən xx.xx.1959-cu ildə tərtib edilmiş 24 saylı, xx.xx.1960-cı il təvəllüdlü X16 barəsində olan Sabirabad RİHB-nın Qalaqayın KİN-yi tərəfindən xx.xx.1960-cı ildə tərtib edilmiş 20 saylı, xx.xx.1962-ci il təvəllüdlü X18 barəsində olan Sabirabad RİHB-nın Qalaqayın KİN-yi tərəfindən xx.xx.1962-ci ildə tərtib edilmiş 12 saylı, xx.xx.1964-cü il təvəllüdlü X13 barəsində olan Sabirabad RİHB-nın Qalaqayın KİN-yi tərəfindən xx.xx.1964-cü ildə tərtib edilmiş 96 saylı, xx.xx.1965-ci il təvəllüdlü X22 barəsində olan Sabirabad RİHB-nın Qalaqayın KİN-yi tərəfimdən xx.xx.1965-ci ildə tərtib edilmiş 152 saylı, xx.xx.1970-ci il təvəllüdlü X19 barəsində olan Sabirabad RİHB-nın Qalaqayın KİN-yi tərəfindən xx.xx.1970-ci ildə tərtib edilmiş 133 saylı doğum və xx.xx.1931-ei il təvəllüdlü X12 barəsində olan Sabirabad RİHB-nın Qalaqayın KİN-yi tərəfindən xx.xx.1997-ci ildə tərtib edilmiş 20 saylı ölüm haqqında akt qeydinin təsdiq olunmuş surəti göndərilərək bildirilir ki, X21 ilə Cəfərova (Əhədova) Xanbikə Əslan qızı arasında bağlanmış nikah, həmçinin xx.xx.1951-ci il təvəllüdlü Hafiz Cəfərov və 1955-ci ildə anadan olmuş X30 barələrində olan doğum haqqında akt qeydləri Saatlı rayon qeydiyyat şöbəsində tərtib edilmişdir. İddia tələbi üzrə qəbul ediləcək qərarı məhkəmənin mülahizəsinə buraxır və tələb təmin ediləcəyi təqdirdə Cavabdeh üzərinə düşən öhdəlik icra ediləcəkdir. Məhkəmə tərəfindən iş materialları araşdırılaraq müəyyən edilmişdir ki, İddiaçı doğum haqqında akt qeydində adı “Kamalə”, ata adı qrafasında “İsa” qeydi aparılmışdır. Məhkəmə qeyd edir ki, iddiaçının hazırki iddia tələbini irəli sürməkdə əsas məqsədi doğum haqqında akt qeydində düzəlişlərin edilməsidir ki, bu zaman məhkəmə, doğum haqqında akt qeydində səhvələrə yol verilib-verilməməsini müəyyən etməli və bu istiqamətdə qiymətləndirməni aşağıdaki qanunvericiliyin müddəaları əsasında həyata keçirməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinə əsasən hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 26.5-ci maddəsinə əsasən fiziki şəxsin doğularkən aldığı ad, habelə adını dəyişdirməsi X2 qeydiyyatı üçün müəyyənləşdirilmiş qaydada qeydə alınmalıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 51.2-ci maddəsinə əsasən uşağın hüquqlarının və qanuni mənafelərinin müdafiəsi valideynlər (onları əvəz edən şəxslər), bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda isə müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları) və məhkəmə tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 53.3-cü maddəsinə əsasən uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 192-ci maddəsinə əsasən adın, ata adının və soyadın dəyişdirilməsinin qeydə alınması ilə əlaqədar X2 qeydiyyatında dəyişikliklər edilmişsə, əvvəllər verilmiş şəhadətnamələr ləğv edilir və onların əvəzində qeydiyyatda dəyişikliklər nəzərə alınmaqla yeni şəhadətnamələr verilir. Məhkəmə tərəfində iddiaçı barəsində müvafiq sorğular göndərilmiş, sorğular əsasında müəyyən edilmişdir ki, 22 avqust 1960-cı il tarixli 20 nömrəli doğum haqqında akt qeydindən görünür ki, İddiaçı xx.xx.1960-cı ildə Sabirabad şəhərində anadan olmuşdur. Ata qrafası boş, ana qrafasında isə X11 qeyd edilmişdir. Məhkəmə tərəfindən iş materialları araşdırılaraq müəyyən edilmişdir ki, İddiaçı doğum haqqında akt qeydində adı “Kəmalə” əvəzinə “Kamalə”, ata adı “İsaxan” əvəzinə “İsa” qeydi aparılmışdır. Məhkəmə qeyd edir ki, iddiaçının hazırki iddia tələbini irəli sürməkdə əsas məqsədi doğum haqqında akt qeydində düzəlişlərin edilməsidir ki, bu zaman məhkəmə, doğum haqqında akt qeydində səhvələrə yol verilib-verilməməsini müəyyən etməli və bu istiqamətdə qiymətləndirməni aşağıdaki qanunvericiliyin müddəaları əsasında həyata keçirməlidir. Məhkəmə qeyd edir ki, qanunvericilikdə doğum haqqında akt qeydlərində düzəlişlərin edilməsi və yeni doğum haqqında şəhadətnamə verilməsi barədə qadağanedici norma mövcud deyildir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 26.5.Fiziki şəxsin doğularkən aldığı ad, habelə adını dəyişdirməsi X2 qeydiyyatı üçün müəyyənləşdirilmiş qaydada qeydə alınmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 159.2.Müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, X2 qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və X2 dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. 160.1.X2 qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə X2 qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 166.1.Doğum bu barədə məlumat verən şəxsin seçdiyi, doğum faktı məhkəmə qaydasında müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. 166.3.Doğum haqqında məlumat tibb müəssisəsi tərəfindən dərhal müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən isə məlumat informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. 168.1.Doğum haqqında qeydiyyatda uşağın adı, atasının adı və soyadı, habelə onun valideynləri haqqında məlumat bu Məcəllənin 46 və 53-cü maddələrinə uyğun yazılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «X2 dövlət qeydiyyatı Qaydası»nın: 1.1.Bu Qayda Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır və dövlət mənafeyi, ictimai mənafe üçün, vətəndaşların şəxsi, habelə əmlak hüquqlarının qorunması məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri (bundan sonra – müvafiq olaraq "Qeydiyyat şöbəsi", "konsulluq idarəsi, "icra hakimiyyətinin nümayəndəliyi") tərəfindən X2 dövlət qeydiyyatı qaydasını müəyyən edir. 1.4. Qeydiyyat şöbəsi və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nigahın bağlanmasının, nigahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, X2 qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və X2 dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. 2.1.Doğumun dövlət qeydiyyatı uşağın doğulduğu yerdə və ya valideynlərin, yaxud onlardan birinin yaşadığı yerdə Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır. Uşağın doğulmasının qeydə alındığı yerdən asılı olmayaraq doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə uşağın doğulduğu yer kimi onun doğum yeri göstərilir. 2.2. Doğumun qeydə alınması üçün uşağın valideyni, qəyyumu, himayəçisi və ya onların notariat qaydasında təsdiq edilmiş etibarnaməsi əsasında təyin olunmuş şəxs qeydiyyat şöbəsinə, konsulluq idarəsinə, icra hakimiyyətinin nümayəndəliyinə müraciət edirlər.Doğum haqqında məlumat (uşağın doğum tarixi və cinsi, ananın soyadı, adı, atasının adı, yaşayış yeri, şəxsiyyət vəsiqəsinin nömrəsi və verilmə tarixi) Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyindəki tibb müəssisəsi tərəfindən dərhal İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə, digər tibb müəssisəsi tərəfindən isə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə ötürülür. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən həmin məlumat informasiya sistemi vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə və oradan da avtomatlaşdırılmış rejimdə ananın yaşayış yeri üzrə qeydiyyat şöbəsinə ötürülür. 12.7. Uçot kitabları dəqiq və aydın doldurulur, buraxılmış səhvlər müvafiq qeydlərdə düzəldilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “X2 qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın: 1.X2 qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir.
2. Aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır.
3. X2 qeydində dəyişikliklər aşağıdakı hallarda edilir: -vətəndaşlıq vəziyyəti aktının qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə;
5. X2 qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında ərizələr ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir.
8. Ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş sənədlərə və yoxlamanın nəticələrinə əsasən X2 qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında rəy qəbul edir və ya X2 qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir.
9. Bu əsas müddəaların 4-cü bəndində sadalanan sənədlər və X2 qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında qeydiyyat şöbələrinin və konsulluq idarələrinin rəyi toplanmış bütün materiallarla birlikdə icra üçün müvafiq qeydin olduğu yerdəki qeydiyyat şöbələrinə və ya konsulluq idarələrinə 3 gün müddətində göndərilir. X2 qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi məhkəmənin qərarı əsasında aparıldıqda, qeydiyyat şöbələrinin və konsulluq idarələrinin rəyi tələb olunmur.
10. X2 qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi qeydin olduğu yerdə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Şərh olunan qanunvericiliyin və normativ hüquqi aktların müddəalarından görünür ki uşağın doğulması müvafiq olaraq qeydə alınır və doğum haqqında akt qeydi ilə rəsmiləşdirilir. Qeyd olunmalıdır ki, əgər doğum haqqında akt qeydində səhvə yol verilərsə bu səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında ərizələr ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir.Ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş sənədlərə və yoxlamanın nəticələrinə əsasən X2 qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında rəy qəbul edir və ya X2 qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir. Şifahi məhkəmə baxışı zamanı araşdırılmış sübutlarla müəyyən edilir ki, iddiaçı soyadının dəyişdirilməsi üçün cavabdehə müraciət edərkən və hal-hazırda onun barəsində Qaydaların 6.5-ci bəndində göstərilən, həmçinin qanunvericilikdə nəzərdə tutulmuş hər hansı digər məhdudlaşdırıcı hallar yoxdur. Qeyd olunan Qaydaların tələbinə əsasən (6.15-6.18-ci bəndlər) ərizə verən şəxsin şəxsiyyətinin müəyyən edilməsi, eləcə də adın, ata adının və soyadın dəyişdirilməsi ilə istintaqdan, məhkəmədən, tibbi xarakterli məcburi tədbirlərin tətbiqindən yayınmasının qarşısının alınması məqsədi ilə qeydiyyat şöbəsi toplanmış sənədləri yoxlama aparılması üçün ərizə verən şəxsin yaşayış yeri üzrə rayon (şəhər) polis idarəsinə (şöbəsinə) göndərir, rayon (şəhər) polis idarəsi (şöbəsi) sənədlər daxil olduğu vaxtdan 15 gün müddətində bütün sənədləri yoxlamanın nəticələri haqqında əsaslandırılmış rəylə birlikdə qeydiyyat şöbəsinə qaytarır, qeydiyyat şöbəsi və ya konsulluq əldə olunmuş sənədlərə əsasən ərizənin məzmununu və yoxlamanın nəticələrini nəzərə alaraq, 15 gün müddətində ərizə verən şəxsin soyadının, adının, ata adının dəyişdirilməsinin mümkünlüyünü əks etdirən rəy tərtib edir, adın, ata adının və soyadın dəyişdirilməsi mümkün hesab edilmədikdə, qeydiyyat şöbəsi və ya konsulluq bundan imtina edilməsi barədə qərarı çıxarır, 5 iş günü müddətində bu barədə ərizə verən şəxsə məlumat verir və qeydiyyat şöbəsinə və ya konsulluğa gəldiyi gün həmin qərarın bir nüsxəsini təqdim etdiyi sənədlərlə birlikdə ona qaytarır. Yuxarıda göstərilənləri hazırki iddiaya tətbiq etdikdə görünür ki, iddiaçının doğum haqqında akt qeydində həqiqətən də səhvlərə yol verildiyi müəyyən olunur. Belə ki, məhkəmənin sorğusuna cavab olaraq iddiaçının doğumu barədə tərtib olunmuş akt qeydinin təsdiq edilmiş surəti məhkəməyə təqdim olunmuşdur. Həmin akt qeydinin təhlili zamanı müəyyən olunmuşdur ki, iddiaçının adı “Kamalə” kimi, ata adı “İsa” kimi qeydə alınmışdır. Beləliklə məhkəmə hesab edir ki, iddiaçının doğum haqqında akt qeydində bu halı təsdiq edən kifayət qədər dəlillər olduğundan iddiaçının doğum haqqında akt qeydində düzəlişlərin edilməsindən imtina edilməsi ilə bağlı cavabdehin imtinası əsassızdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı barəsində 22 avqust 1960-cı il tarixli 20 nömrəli doğum haqqında akt qeydində düzəliş edilsin, cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Cavabdeh üzərinə adı “Kamalə” kimi göstərilmiş İddiaçı ad qrafasına düzəliş edilərək “Kəmalə”, ata adı “İsa” kimi göstərilmiş uşağın ata adı qrafasına düzəliş edilərək “İsaxan” kimi qeyd edilməklə, yeni doğum haqqında şəhadətnamə verilməsi öhdəliyi qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) verilə bilər. Hakim: Amilya Hüseynova