Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-1665/2022 16.12.2022 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “əmrin ləğv edilməsi və yenidən hərbi xidmətə bərpa edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 16 dekabr 2022-ci il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirinin birinci müavini- Azərbaycan Ordusunun Baş Qərargah rəisinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Tərtər Hərbi Prokurorluğunun 2/59C-21 saylı, 28 oktyabr 2021-ci il tarixli Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən, “Cinayət isinin başlanmasının rədd edilməsinə dair” qərarı nəzərə alınaraq, Azərbaycan Respublikası X8 müavini - Azərbaycan Ordusunun Bas Qərargah Rəisinin 20 oktyabr 2021-ci il tarixli, 050 əç nömrəli əmrinin ləğv edilməsi və hərbi xidmətə bəıpa olunaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətə göndərilməyi və buraxılmış müddətə görə əmək haqqının və digər müavinətlərin tam olaraq ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Müdafıə Nazirliyinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsi iddiaçının qeydiyyat ünvanının Cəbrayıl rayonu olduğunu, Cəbrayıl rayonu isə Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazidə yerləşdiyindən, hazırki mübahisəyə həmin məhkəmə tərəfindən baxılmalı olması qənaətinə gələrək xx.xx.2022-ci il tarixli, 2-1(112)-5234/2022 nömrəli qərardadı ilə işi baxılması üçün aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsinə göndərmişdir. Məhkəmənin qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirinin birinci müavini-Azərbaycan Ordusunun Baş Qərargah rəisi Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə əvəz olunmuşdur. İddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 20 oktyabr 2021-ci il tarixli, 050 əç nömrəli əmrinin ləğv edilməsi və hərbi xidmətə bərpa olunması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47 – 49-cu maddələrinin tələblərinə müvafiq olaraq işin hazırlıq icraatına başlanılmış və iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi ilə bağlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx xxx 1996-cı ildə Hacıqabul rayonunda anadan olmuşdur. Orta təhsillidir. Hərbi vəzifəlidir, 04 iyul 2014-cü il tarixdə müddətli həqiqi hərbi xidmətə çağırılaraq, Müdafıə Nazirliyinin N saylı hərbi hissəsinin şəxsi heyətinin siyahısına salınmışdır. 24 avqust 2014-cü il tarixdə N saylı hərbi hissədə hərbi and qəbul etmişdir. 01 oktyabr 2014-cü il tarixdən 01 yanvar 2016-cı il tarixədək MNnin N saylı hərbi hissəsində hərbi xidmət etmişdir. Ehtiyata buraxıldıqdan sonra könüllü olaraq, 18 may 2016-cı il tarixdən 19 aprel 2019-cu il tarixədək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının 12318 saylı Hərbi Hissəsində müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi xidmət etmişdir. 01 aprel 2021-ci il tarixdən N oktyabr 2021-ci il tarixədək Müdafıə Nazirliyinin N saylı Hərbi Hissəsində müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi sürücü vəzifəsində xidmət etmişdir. Azərbaycan Respublikası Müdafıə Nazirinin 20 oktyabr 2021-ci il tarixli, 050 əç saylı əmri ilə “Hərbi xidmətkeçmə lıaqqında” Əsasnamənin 156-cı maddəsinin “E” bəndinə əsasən «xidməti uyğunsuzluğa görə» Müdafıə Nazirliyinin N saylı hərbi hissə komandirinin N oktyabr 2021-ci il tarixli, 316 saylı əmri ilə ehtiyata buraxılaraq, qeydiyyata durmaq üçün Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Cəbrayıl Rayon Şöbəsinə göndərilmişdir. Hərbi qanunvericiliyə riayət edərək, 28 oktyabr 2021-ci il tarixdən hərbi qeydiyyata alınmışdır. Onun hərbi xidmətdən vaxtından əvvəl tərxis olunmağına əsas səbəb kimi, Kürdəmir rayonunda ezamiyyətdə olarkən, hərbi qulluqçular arasında bas vermiş anlaşılmaz hadisə ilə əlaqədar toplanmış material sənədləri olmuşdur. Tərtər Hərbi Prokurorluğunda 22/59C-21 saylı araşdırma materialı üzrə 28 oktyabr 2021-ci il tarixli barəsində cinayət isinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2 (əməlində cinayət tərkibinin olmaması) maddəsinə əsasən rədd edilməsi barədə qərar qəbul edilmişdir. Xidmət etdiyi Miidafıə Nazirliyinin N saylı Hərbi Hissə Komandanlığı Tərtər Hərbi Prokurorluğu tərəfındən araşdırmanın nəticəsini gözləmədən, tələm-tələsik onun barəsində ədalətsiz qərar qəbul edərək, onun konstitusion hüquqlarını pozmuşdur. Hesab edir ki, X8 müavini - Azərbaycan Ordusunun Bas Qərargah Rəisinin barəsində çıxartdığı 20 oktyabr 2021-ci il tarixli, 050 əç saylı əmri ləğv edilməli, onun hərbi xidmətə bərpa olunaraq hərbi xidmətini davam etdirmək barədə qərar qəbul edilməlidir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, iddiaçı Baş Qərargah rəisinin xx.xx.2021-ci il tarixli müvafiq əmrini yalnız 2022-ci ilin yanvarında məhkəməyə müraciət edərək mübahisələndirmiş, bununla da iddia müddətini ötürmüşdür. Qeyd etmək lazımdır ki, Tərtər hərbi prokurorluğunun “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarı xx.xx.2021-ci il tarixdə qəbul olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarında qeyd olunmuşdur ki, “inzibati hüquq münasibətlərindən irəli gələn mübahisələrə dair işlər üzrə vahid məhkəmə təcrübəsinin formalaşdırılması məqsədilə qərara alınır ki, ... məhkəmələr ilk növbədə ... İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini ... yoxlamalıdırlar (2.3-cü bənd); ... Məhkəmənin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tututlmuş mümkünlük şərtləri ilə yanaşı ayn-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (... iddianın verilməsi müddətinə əməl olunması) də mövcudluğu yoxlanılmalıdır. (9-cu bənd) Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.2-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Mülki Məcəllənin 375.2-ci maddəsində göstərilib ki, mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair’’ Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2001-ci il tarixli Qərarında göstərilmişdir: “Qanun və məhkəmə qarşısında bərabərlik hər bir mülki işə eyni qaydada, eyni prosessual formalarda, onlarda iştirak edən şəxslər üçün eyni təminatlarla baxılması ilə təmin edilir. Bununla işin nəticələrində maraqlı olan şəxslərin qanuni tələblərinin bərabər ödənilməsinə nail olunur, bütün vətəndaşlara məhkəmə qarşısında öz mənafelərinin qorumaq üçün bərabər imkanlar yaradılır. Prosessual hüququ bərabərliyinə görə tərəflər öz hüquq və mənafelərını müdafiə etmək üçün prosessual vasitələrdən real istifadə etmək imkanına malikdirlər. Həmin imkanlar qanunla və məhkəmə ilə təmin edilir. Bu müddəalar həmçinin iddia müddətinə də aiddir. Qanunverici başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və yerınə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.2-ci maddəsinə görə hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüququ münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zamin yaradardı. Azərbaycan Respublikası İPM-nin 35.1-ci maddəsinə əsasən iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddiaçı xx.xx.2021-ci il tarixli əmri 2 ay keçdikdən sonra mübahisələndirilməklə iddia müddətini ötürmüşdür. Göstərilənlərə əsasən məhkəmədən iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına İddiaçı gəlmiş, cavabdehin nümayəndəsi isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirinin Birinci müavini - Azərbaycan Ordusunun Bas Qərargah Rəisinin 20 oktyabr 2021-ci il tarixli, 050əç nömrəli əmrindən çıxarışdan görünür ki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq, Mühafizə və təminat briqadasının (N nömrəli hərbi hissə) avtomobil taborunun avtomobil bölüyünün (minik avtomobillərinin) avtomobil taqımının avtomobil manqasının sürücüsü çavuş İddiaçı həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. İş materiallarında olan Tərtər hərbi porkurorluğunun müstəntiqi vəzifəsi üzrə stajor X3 “cinayət işinin başlanmasının rədd edilməsi barədə” 28 oktyabr 2021-ci il tarixli qərarının surətindən görünür ki, N nömrəli hərbi hissənin giziri X2 24 iyul 2021-ci il tarixdə saat 23:00 radələrində Kürdəmir rayon Yeni Şıxımlı kənd ərazisində üzərində olan siqnal tapança ilə havaya 6-7 dəfə atəş açması əməlində cinayət tərkibi olmadığından barəsində Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmiş, eləcə də N nömrəli hərbi hissənin müddətdən artıq həqiqi hərbi qulluqçusu, çavuş İddiaçı B.G.Zeynalovun törətdiyi əməlləri ilə əlaqəsi olmadığından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsi ilə cinayət işinin başlanılması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. İş materiallarında olan Tərtər hərbi porkurorluğunun İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixdə, 22HP5649 nömrəli məktubunda aşağıdakılar bildirilmişdir: Tərtər hərbi porkurorluğunun araşdırılan 22/54C-21 nömrəli araşdırma materialı üzrə xx.xx.2021ci il tarixdə barənizdə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2ci maddəsinə əsasən rədd edilmişdir. Bununla əlaqədar Sizə izah olunur ki, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, yuxarı prokurora və məhkəməyə şikayət vermək hüququnuz vardır. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Konstitusiyadsının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 76-cı maddəsinin İ hissəsinə görə vətəni müdafiə hər bir vətəndaşın borcudur. Qanunla müəyyən edilmiş qaydada vətəndaşlar hərbi xidmət keçirlər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-in 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İş materiallarında olan N nömrəli hərbi hissənin “müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının şərəf məhkəməsi”nin xx.xx.2021-ci il tarixli, 25 nömrəli protokolundan çıxarışdan görünür ki, sədrlik edən mayor X5 çıxış edərək bildirmişdir ki, minik avtomobilləri bölüyünün 2-ci avtomobil taqımının 1-ci avtomobil manqasının sürücü vəzifəsində xidmət edən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş İddiaçı N nömrəli hərbi hissədə 2020-ci ildən xidmət etdiyini, xidmət müddəti ərzində özünün Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nizamnamələrini bilən və gündəlik xidmətində onların tələblərinə uyğun hərəkət etməyə çalışan, komandir və yuxarı rəislər tərəfindən verilmiş əmr və sərancamları vaxtında və dəqiq yerinə yetirməyə çətinlik çəkən bir hərbi qulluqçu kimi göstərmişdir, lakin bunlara baxmayaraq 24 iyul 2021-ci il tarixində Kürdəmir rayonunda ezamiyyətdə olduğu zaman nalayiq hərəkətlərə kobud şəkildə yol vermişdir; - Taborun qərargah rəisi- kapitan X6 çıxış edərək bildirmişdir ki, minik avtomobilləri bölüyünün 2-ci avtomobil taqımının 1-ci avtomobil manqasının sürücü vəzifəsində xidmət edən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş İddiaçı xidməti dövründə nizam-intizamında heç bir problem olmayıb, lakin ezamiyyətdə olduğu zaman ciddi noqsanlara yol verərək idarə etdiyi minik avtomobilindən avtoxuliqanlıq edib; - Bölük komandiri vəzifəsini icra edən leytenant X11 çıxış edərək bildirmişdir ki, minik avtomobilləri bölüyünün 2-ci avtomobil taqımının 1-ci avtomobil manqasının sürücü vəzifəsində xidmət edən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş İddiaçı xidmət etdiyi müddət ərzində nümunəvi xidmət göstərmişdir, ona təhkim olunmuş avtomobili saz vəziyyətdə saxlamışdır. Lakin ezamiyyətdə olduğu zaman ciddi noqsana yol verib. İş materiallarında olan N nömrəli hərbi hissənin “müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının şərəf məhkəməsi”nin xx.xx.2021-ci il tarixli, 25 nömrəli qərarının surətindən görünür ki, N nömrəli hərbi hissənin minik avtomobilləri bölüyünün 2ci avtomobil taqımının 1-ci avtomobil manqasının sürücü vəzifəsində xidmət edən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş İddiaçı 24 iyul 2021-ci il tarixində Kürdəmir rayonu Şıxımlı kəndində ezamiyyətdə olduğu zaman saat 20:30 radələrində qaydaları pozaraq N nömrəli hərbi hissəyə məxsus avtonəqliyyat vasitəsini təyin olunmuş marşurutla idarə etməmiş, avtomobili yaxınlıqda yerləşən kafenin birinə sürərək (deməsinə görə tanışları ilə görüşmüş) spirtli içki qəbul etmiş, daha sonra yol hərəkət qaydalarını kobud şəkildə pozaraq avtonəqliyyat vasitəsini idarə etmiş, kənd ərazisində ictimai əsayişi pozaraq özü ilə bir maşında gedən yoldaşı gizir B.Zeynalova məxsus olan səs tapançasından 7-10 dəfə atış açaraq kənd sakinləri arasında qorxu, təşviş yaratmağına görə, ona qarşı tutulan iradlara razı olması və xx.xx.2021-ci il tarixində keçirilən “müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının şərəf məhkəməsi”nin heyəti qərara almışdır ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidmətə uyğunsuzluğa görə) əsasən ordu sıralarından ehtiyata buraxılmağı barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılsın. Həmin qərara əsasən qaldırılmış vəsatət təmin edilərək, Azərbaycan Respublikası Müdafiə Nazirinin Birinci müavini - Azərbaycan Ordusunun Bas Qərargah Rəisinin 20 oktyabr 2021-ci il tarixli, 050 əç nömrəli əmri ilə N nömrəli hərbi hissənin minik avtomobilləri bölüyünün 2-ci avtomobil tağımının 1-ci avtomobil manqasının sürücü vəzifəsində xidmət edən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Göründüyü kimi, N nömrəli hərbi hissənin minik avtomobilləri bölüyünün 2-ci avtomobil taqımının 1-ci avtomobil manqasının sürücü vəzifəsində xidmət edən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş İddiaçı xidmət etdiyi müddət ərzində nümunəvi xidmət göstərmiş, ona təhkim olunmuş avtomobili saz vəiyyətdə saxlamış, xidməti dövründə nizam-intizamında heç bir problem olmamış, eləcə də komandir və yuxarı rəislər tərəfindən verilmiş əmr və sərancamları vaxtında və dəqiq yerinə yetirməyə çalışmışdır. Bundan əlavə iş materiallarında olan Xidməti Xasiyyətnamədən görünür ki, MAHHXHQ çavuş İddiaçı N nömrəli hərbi hissədə xidmət etdiyi müddət ərzində özünü nizam-intizamı zəif hərbi qulluqçu kimi göstərmişdir. Sıra düzülüşünə gecikib. Avtomobil texnikası ilə çıxışda olan zaman kobud intizam pozuntusuna yol vermişdir. Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına sözsüz tabe olur, hərbi anda sadiqdir, hərbi nizamnamələrinin tələblərini bilir, amma gündəlik xidmətində nöqsanlara yol verir. Komandir və rəislər tərəfindən verilmiş əmr və sərancamları vaxtında yerinə yetirməyə çalışır. Hərbi libası sevir, səliqəli və yüksək qürur hissi ilə daşıyır. Ona təhkim edilmiş avtomobil texnikasını düzgün istismar edir və daim döyüşə hazır vəziyyətdə saxlayır. Özünə qarşı tələbkardır və xidmətdə göstərilən nöqsanlardan müsbət nəticə çıxarmağı bacarır. Fiziki cəhətdən sağlamdır. Bundan əlavə iş materiallarında olan Xidmət Vərəqəsindən görünür ki, verilən tapşırıqları vaxtlı-vaxtında yerinə yetirdiyinə görə xx.xx.2020-ci il tarixdə tabor komandiri tərəfindən “Təşəkkür” elan edilmişdir. Ona təhkim edilmiş avtomobil texnikasına texniki qulluq göstərmədiyi üçün tabor komandiri tərəfindən xx.xx.2020-ci il tarixdə “Töhmət” elan edilmişdir. Geyim formasını düzgün daşımadığı üşün xx.xx.2021-ci il tarixdə tabor komandiri tərəfindən “Töhmət” elan edilmişdir. Dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq xidmətində dönüş yaratmadığına görə hərbi hissə komandiri tərəfindən “Xidmətə tam uygunsuzluq barədə xəbərdarlıq” elan edilmişdir. Göründüyü kimi, iddiaçı barəsində xx.xx.2021-ci il tarixli, 25 nömrəli protokolda qeyd olunanlarla xidməti xasiyyətnamədə qeyd olunanlar, eləcə də Xidmət Vərəqəsində qeyd olunanlar ziddiyyət təşkil edir. Habelə, iş materiallarında olan Tərtər hərbi porkurorluğunun İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixdə, 22HP5649 nömrəli məktubunda aşağıdakılar bildirilmişdir: Tərtər hərbi porkurorluğunun araşdırılan 22/54C-21 nömrəli araşdırma materialı üzrə xx.xx.2021ci il tarixdə barənizdə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2ci maddəsinə əsasən rədd edilmişdir. Bundan əlavə, iş materiallarında olan Tərtər hərbi porkurorluğunun müstəntiq vəzifəsi üzrə stajor X3 icraatında olan 22/54C-21 nömrəli araşdırma materialı üzrə “cinayət işinin başlanmansının rədd edilməsi haqqında” xx.xx.2021-ci il tarixli qərarının surətindən görünür ki, araşdırma ilə müəyyən edilmişdir ki, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin silahlı pilotsuz uçuş aparatları taborunun silahlı pilotsuz uçuş aparatları dəstəsinin (Bayraktar- TB2) silahlı pilotsuz uçuş aparatlarının uçuşa hazırlanma xidmətinin reqlament və təmir qrupunun baş texniki vəzifəsində xidmət edən, gizir X7 24 iyul 2021-ci il tarixdə, saat 23 radələrində N nömrəli hərbi hissənin müddətdən artıq həqiqi hərbi qulluqçusu, çavuş İddiaçı Akıf oğluna təhkim olunrnuş və onun idarə etdiyi “Niva” markalı, A 415 MN hərbi qeydiyyat nişanlı avtomobillə yanlarında da ikı qadın olmaqla Kurdəmır rayonunun Yeni Şıxımlı kəndındə yerləşən X1 getmişdır. İddiaçı ona təhkım edilmiş avtomobillə Bəhruz və onun yanındakı iki qadını Samirin kafesinin qarşısında düşürərək geri qayıtmışdır. X16 yanındakı iki qadın üçün pivə içkisi istəyən zaman, Samir onlara pivə içkisi verə bilməyəcəyini demişdir. Bəhruz kafenin qarşısında ağacın altında qadınlarla birlikdə bir müddət dayandıqdan sonra Samirin kafesinin yaxınlığında yaşayan X12 adlı tanışının həyətinə getmışlər. Bundan sonra Samirin mağazasından qadınlar üçün 2 litr pivə ıçkısi alaraq və Ayşənın yaşadığı evin həyətındə Ayşən və iki qadın pivə içmışdır. Ayşənin Bəhruza qadınlarla bırlikdə oraya gəlməsinin kənd camaatının narazılığına səbəb olduğunu dedikdən sonra Bəhruz Hüseynlə əlaqə saxlayaraq gecə vaxtı orada taksi olmadığı üçün gəlib onları götürməsini istəmişdir. Hüseyn də tabe olduğu türk hərbi qulluqçulardan icazə alıb gələcəyini demış və təxminən 15 dəqiqə sonra Huseyn gəlib onları Ayşənin yaşadığı evın qarşısından götürmüşdur. Bəhruz tanışı Ayşənin evinın qarşısında avtomobilə əyləşən zaman 3 nəfər kənd camaatı əl edərək avtomobili saxlamaqlarını istəmiş. Bəhruz isə avtomobili idarə edən Hüseynə avtomobili saxlamayaraq yollarına davam etmələrini istəmişdir. Bu zaman qabaq tərəfdə yığılan 10- 15 nəfər kənd camaatı bəzisinin əlində lapatka, bəzisinin əlində kötük asfalt yolun ortasına çıxmışlar. Həmin vaxt Bəhruz kənd camaatından qorxduğu üçün üzərində olan səs tapançasından havaya təxminən 6-7 dəfə atəş açmış, atəş açdıqdan sonra kənd camaatı asfalt yoldan çəkilmiş və Hüseynin idarə etdiyi avtomobillə Bəhruz və yanındakı iki qadınla Kürdəmir rayonu Yeni Şıxımlı kəndindən getmişlər. Həmin qərardan həmçinin aydın olur ki, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş İddiaçı B.G.Zeynalovun törətdiyi əməlləri ilə əlaqəsi olmadığından Azərbaycan Respublikası Cinayət Məclləsinin 221-ci maddəsi ilə cinayət işinin başlanılması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. Qeyd olunanları, o cümlədən N nömrəli hərbi hissənin “müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının şərəf məhkəməsi”nin xx.xx.2021-ci il tarixli qərarında qeyd olunan “müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu çavuş İddiaçı xidmət etdiyi müddət ərzində “vəzifəsinin öhdəsindən çətinliklə gəlməsinin, nizam-intizamsız hərbi qulluqçu olmasının” yalnız sözlə ifadə olunan nöqsanlar olmasını və hər hansı bir sübut və ya dəlillə təsdiq edilməməsini, habelə 24 iyul 2021-ci il tarixində Kürdəmir rayonu Şıxımlı kəndində ezamiyyətdə olduğu zaman İddiaçı avtomobili yaxınlıqda yerləşən kafenin birinə sürərək spirtli içki qəbul etməsi, daha sonra yol hərəkət qaydalarını kobud şəkildə pozaraq avtonəqliyyat vasitəsini idarə etməsi, kənd ərazisində ictimai əsayişi pozaraq özü ilə bir maşında gedən yoldaşı gizir B.Zeynalova məxsus olan səs tapançasından 7-10 dəfə atış açaraq kənd sakinləri arasında qorxu, təşviş yaratması, eləcə də N nömrəli hərbi hissənin komandanlığı tərəfindən İddiaçı barəsində qərarda qeyd olunan nöqsanların əsaslılığını təsdiq edən sübutların mövcudluğunun araşdırılmamasını nəzərə alaraq, məhkəmə çavuş İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə əmrin verilməsinə səbəb olan “şərəf məhkəməsi”nin xx.xx.2021-ci il tarixli qərarının hərbi qulluqçunun xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması üçün mötəbər sübut və ciddi əsas kimi qiymətləndirilməsini mümkün hesab etmir. Hazırkı halda mübahisələndirilən əmr «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun, «Hərbi vəzifə və xidmət haqqında» Azərbaycan Respublikası Qanununun və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin tələblərinə uyğun qəbul edilmədiyindən və onun qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən, məhkəmə hesab edir ki, iddiaçı cavabdeh inzibati orqana qarşı “20 oktyabr 2021-ci il tarixli, 050 əç nömrəli “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndi ilə xidmətə uyğunsuzluğa görə hərbi xidmətdən ehtiyata buraxılması barədə hüquqi əsası olmayan əmrin ləğv edilməsini tələb etməkdə haqlıdır. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Bütün qeyd edilənlərə məcmu halında qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Azərbaycan Respublikası X8 müavini - Azərbaycan Ordusunun Bas Qərargah Rəisinin çavuş İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə 20 oktyabr 2021-ci il tarixli, 050 əç nömrəli əmri ləğv edilməli və İddiaçı müddətdən artıq xidmət edən (əsgər) vəzifəsinə bərpa edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-ci, 69-cu, 75-ci, 78-79-cu, 81-ci və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARAALİR: İddia təmin edilsin. Azərbaycan Respublikası X8 müavini - Azərbaycan Ordusunun Bas Qərargah Rəisinin çavuş İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə 20 oktyabr 2021-ci il tarixli, 050 əç nömrəli əmri ləğv edilsin və İddiaçı müddətdən artıq xidmət edən (əsgər) vəzifəsinə bərpa edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov
Məhkəmə qərarları › İş №2-1(120)-1665/2022
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1665/2022
16.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver