Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1667/2025 13.03.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Şirvan İnzibati Məhkəməsi Hakim Quliyeva Rəşidə Paşa qızının sədrliyi, məhkəmə iclas katibi Nəcəfov Ramin Ramiz oğlunun katibliyi, İddiaçı və onun vəkili X2, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının adından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 13 mart 2025-ci il tarixdə, məhkəmənin binasında (Şirvan şəhəri, H.Z.Tağıyev küçəsi 10), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra mətndə Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək ona hüququnun yarandığı tarixdən yəni 02 sentyabr 2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin vaxtdan ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi ( tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək ona yəni İddiaçı 60 yaşının tamam oolduğu tarixdən yəni, xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiyasının həmin tarixdən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1962-ci ildə doğulmuşdur. xx.xx.1978-xx.xx.1981-ci illərdə 76 saylı Salyan texniki peşə məktəbində təhsil almışdır. xx.xx.1981-xx.xx-1983-cü illərdə Sovet ordu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur. xx.xx.1984-cü ildən çilingər kimi əmək fəaliyyətinə başlamışdır. xx.xx.1984-cü ildən Kürsəngi Qazma İdarəsində qazmaçı-köməkçisi vəzifəsində işləmişdir. xx.xx.1989-cu ildə işdən azad edilmişdir. xx.xx.1989-xx.xx.1990-cı illərdə, xx.xx.1990-xx.xx.1991-ci illərdə çilingər vəzifəsində işləmişdir. xx.xx.1991-ci ildən Salyanneft NQÇİ-də (hazırda Salyan OİL) təmirçi-çilingər vəzifəsinə işə qəbul edilmişdir. Hal-hazıradək həmin vəzifədə işləyir. Onun işlədiyi “təmirçi-çilingər” vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nda öz əksini tapmışdır.“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.O, cavabdeh təşkilata müraciət edərək hüququnun yarandığı vaxtdan, yəni xx.xx.2022-ci il tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etsə də, cavabdeh təşkilat tərəfindən onun ünvanlanmış məktubda ona verilmiş güzətli arayışda məlumatların tam olmaması səbəbindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2024-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdehin etirazları: Cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın adından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə təqdim olunmuş xx.xx.2024-cü il tarixli 3-17-1/2-259524/2024 saylı iddiaya dair yazılı etirazında göstərilmişdir ki, İddiaçı Mərkəzi Filiala güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı müraciət etmişdir. Mərkəzi filialın xx.xx.2024-cü il tarixli 3-17-1/2-D-1049021/2024 nömrəli məktubuna əsasən işəgötürənin arayışında iddiaçının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulan hansı vəzifədə fəaliyyət göstərməsinə dair dəqiq məlumatların qeyd olunmadığı və bu səbəbdən müvafiq məlumatları əks etdirən sənədlərin təqdim ediləcəyi halda güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi məsələsinə baxılacağı bildirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2207-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı bölməsinin (10) neft, qaz və qaz kondensantının hasilat, qəbulu və saxlanması sahəsi bəndinin (10.2) fəhlələr (a) yarımbəndinə əsas istehsalat sahələrində neft-mədən avadanlıqlarının, kompressor qurğularının təmiri ilə bilavasitə məşğul olan təmiçi çilingər vəzifəsi nəzərdə tutulmuşdur. Lakin, İddiaçı Mərkəzi Filiala təqdim etdiyi Salyan Oil” LTD-nin xx.xx.2023-cü il tarixli HR- 23-169 nömərli arayışında xx.xx.1991-xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində həmin müəssisənin Neftin hazırlanması və vurulması sexində təmiçi-çilingər vəzifəsində işlədiyi qeyd edilmişdir. Sözügedən arayışda isə təmirçi çilingər vəzifəsində işlədiyi dövrdə Qərarla təsdiq edilmiş siyahıda nəzərdə tutulan əsas istehsalat sahələrində neft-mədən avadanlıqlarının, kompressor qurğularının təmiri ilə bilavasitə məşğul olub-olmaması barədə hər hansı məlumat göstərilməyib. İddiaçının təqdim etdiyi iddia ərizəsində cavabdeh orqan tərəfindən güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtina olunması qeyd edilsə də, xx.xx.2024-cü il tarixli 3-17-1/2-D-1049021/2024 saylı məktubla iddiaçının güzəştli şərtlərlə pensiyanın təyin edilməsi üçün lazımi sənədləri təqdim etdikdən sonra, pensiya təyin olunması ilə bağlı işə yenidən baxılmasının mümkünlüyü cavabdeh inzibati orqan tərəfindən qeyd edilmişdir. Yəni cavabdeh inzibati orqan tərəfindən hər hansısa imtina məktubu verilmədiyindən, sadəcə işəgötürənin arayışının əmək kitabçasının əslinin təqdim edilməsi tələb olunduğundan və iddiaçı tərəf lazımi sənədləri təqdim etmədiyindən işə yenidən baxılması üçün əsas olan hallar müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən iddianın təmin olunmaması xahiş edilmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi Nümayəndə məhkəmə iclasında yazılı etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. xx.xx.1962-ci il təvəllüdlü İddiaçı konstitusion hüquqlarından istifadə edərək hazırkı tələb üzrə məhkəmədə iddia qaldırmaq üçün mülki hüquq normalarına uyğun olaraq tam fəaliyyət qabiliyyətlidir. Məhkəmə hesab edir ki, onun hazırki iddianı qaldırmağa subyektiv hüququ vardır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. İddia mümkündür. Faktiki hallar və sübutlar: iddiaçıya məxsus AZE seriyalı ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1962-ci il təvəllüdlü İddiaçı Salyan rayonu, Kərimbəyli kəndində qeydiyyatdadır. НЗ seriyalı ******* №-li hərbi biletin surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1981-ci il tarixdən xx.xx.1983-cü il tarixədək Azərbaycan SSR Ordu sıralarında hərbi xidmət keçmişdir ( 2 il 1 ay 6 gün). Azərbaycan SSR X6 Təhsili Komitəsi tərəfindən xx.xx.1981-ci il tarixdə 638 № ilə qeydə alınmış B seriyalı 807759 №-li diplomun surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1978ci ildə Salyan 7C №-li orta texniki peşə məktəbinə daxil olmuş və xx.xx.1981-ci ildə Sanitariya-texnikası çilingəri peşəsi üzrə məktəbin tam kursunu bitirərək ümumi orta təhsil almışdır ( 2 il 10 ay 22 gün ). ИТ-İ ******* №-li əmək kitabçasının notarial qaydada təsdiq və tərcümə olunmuş surətindən müəyyən olunur ki, İddiaçı Əvəz oğlu aşağıda qeyd olunan müəssisələrdə işləmişdir: xx.xx.1984-cü ildə “Elektromexanikləşdirmə”nin X1 ikinci dərəcəli çilingər qəbul edilmişdir ( Əmr № 23k, xx.xx.1984); xx.xx.1984-cü ildə işdən azad edilmişdir ( Əmr № 200 k, xx.xx.1984)- (8 ay 5 gün). xx.xx.1984-cü ildə “Azneft” birliyinin Kürsəngi UBR 3-cü dərəcəli qazmaçı köməkçisi qəbul edilmişdir (Əmr № 137, 26.11.84), Kürsəngi UBR adı X5 UBR dərin istismar qazma ekspedisiyalarına dəyişdirilib 4-cü dərəcə ( Əmr № 18/k, 18.03.87) xx.xx.1989-cu ildə işdən azad edilmişdir ( Əmr № 84/k, 01.09.89)-(4 il 9 ay 5 gün) xx.xx.1989-cu ildə “İxtisaslaşdırılmış qazsənayetikinti” №-1, 1 saylı PT SMD tresti, 4-cü dərəcəli çilingər qəbul edilmişdir ( Əmr № 111/k, 01.09.89), xx.xx.1990-cı ildə işdən azad edilmişdir ( Əmr №23 § 1, xx.xx.1990-cı il )-( 6 ay 25 gün). xx.xx.1990-cı ildə 1 №-li PT SMD-yə 4-cü dərəcəli çilingər qəbul edilmişdir ( Əmr № 27, 06.04.90-cı il), xx.xx.1991-ci ildə vəzifəsindən azad edilmişdir ( Əmr 73, 29.10.91-ci il)-( 1 il 6 ay 23 gün). xx.xx.1991-ci ildə Neftin hazırlanması və vurulması sexinə 4-cü dərəcəli təmirçiçilingər işinə qəbul edilmişdir ( Əmr № 87, 5.11.1991-ci il), xx.xx.2005-ci il tarixdən yeni əmək haqqı sistemi ilə əlaqədar 4-cü tarif dərəcəsi verilmişdir ( Əmr № 1/k, xx.xx.2005), xx.xx.2010-cu il tarixdə/dərəcə imtahanı komissiyasından keçdiyi üçün 5-ci dərəcə verilmişdir ( Əmr № 7/k, xx.xx.2010-cu il). Hal-hazıradək işləyir. (xx.xx.1991-ci il tarixdən xx.xx.2006-cı il tarixədək 14 il 9 ay 25 gün). xx.xx.2006-cı il tarixə ümumilikdə 27 il 3 ay 26 gün. “Salyan Oil” LTD tərəfindən verilmiş HR-23-169 №-li, xx.xx.2023-cü il tarixli arayışda qeyd olunmuşdur ki, İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq olunmuş 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarının X bölməsinin İİ Yarımbölməsinə əsasən işləmişdir ki, buda ona xx.xx.1991-xx.xx.1999-cu ilədək Salyanneft neft qaz və qaz çıxarma idarəsinin Neftin hazırlanması və vurulması sexində “Təmirçi çilingər” və xx.xx.1999-xx.xx.2023-cü il tarixədək Salyan Oil LTD şirkətinin Neftin hazırlanması və vurulması sexində “Təmirçi çilingər” vəzifəsində işləməklə güzəştli dövlət təqaüdü almaq hüququ verir. Hal-hazırda işləyir. 31 il 11 ay 24 gün stajı vardır. Məhkəmənin müvafiq sorğusuna əsasən verilmiş: “Salyan Oil LTD” tərəfindən verilmiş: HR -24-62 №-li, xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, İddiaçı “X7” şirkətində xx.xx.1991-xx.xx.2023-cü illərdə Salyanneft neft və qazçıxarma idarəsinin hal-hazırda X7 şirkətinin "Neftin hazırlanması və vurulması "sexində "Təmirçi Çilingər” işlədiyi müddətdə ona verilmiş arayış işçinin Əmək kitabçasındakı qeydlərə əsasən yazılmışdır. Yuxarıda adı çəkilən vəzifələrin (peşələrinin) xüsusiyyətləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı" nın 10-cu bölməsinin 2-ci yarım bölməsindəki Neft, qaz və qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan "Təmirçi çilingər" bölməsinə uyğundur. HR-24-69 saylı, xx.xx.2024-cü il tarixli arayışda qeyd olunmuşdur ki, İddiaçı Salyan OİL LTD Şirkətində xx.xx.1991-xx.xx.2023-cü illərdə Neftin hazırlanması və vurulması sexində “Təmirçi çilingər” vəzifəsində işləmişdir. Həmin vəzifənin xüsusiyyətləri: Təmirçi çilingər NB-50, NB-125, U8-6 tipli bütün növ qazma nasoslarının porşenlərinin, remenlərin, ştokların dəyişdirilməsində iştirak edir. PP-1,6 neft qızdırıcılarının, boruların hissələrinin dəyişdirilməsi, sahələrdə olan bütün növ nasosların yığılmasında iştirak edir.Çənlərin giriş -çıxış xətlərinə nəzarət, soyutma sistemlərinin yoxlanılmasında ,iştirak edir. K-50, K-100 mədən neftini qəbul etmək üçün nasoslara texniki xidmətin göstərilməsi, yağlanması, kipkəclərin vurulmasında iştirak edir. Məktuba əlavə olunmuş “Vəzifə xüsusiyyətləri və təlimatları haqqında” məlumatdan (20433 saylı əmək müqaviləsinə əlavədən) müəyyən olunur ki, Neftin kompleks hazırlanması və nəqli sahəsinin üzrə təmirçi çilingərin peşəsi üzrə aşağıdakı əmək funksiyalarının yerinə yetirilməsini öz öhdəsinə götürür: Avadanlığın, aqreqat və maşınların orta mürəkkəbli qovşaq və mexanizmlərinin sökülməsi, təmiri, yığılması və sınanması Orta mürəkkəbli avadanlığın, aqreqat və maşınların təkbaşına, habelə mürəkkəb olanı daha yüksək ixtisaslı çilingərin rəhbərliyi altında təmiri, təmizlənməsi və sınanması; Detal və qovşaqlar üzrə çilingər emalı aparmaq. Tərtib edilən sifariş-tapşırığa əsasən ehtiyat hissələri, aqreqatları və avadanlığı quraşdırmalı, nizamlamalı və dəyişdirməlidir; Diaqnostika zamanı aşkar edilən qüsurları və nasazlıqları sahə (növbə) ustası ilə razılaşdıraraq aradan qaldırmalıdır; İşlərin keyfiyyətlə görülməsini təmin etməli, sazlama üsullarına lazım olan düzəlişləri daxil etməlidir; İş yerini və avadanlığı təmiz saxlamalı, xüsusi geyimdən və tələb olunan mühafizə vasitələrindən, ləvazimatlardan və çəpərləmələrdən istifadə etməklə işləməlidir; Təhlükəsizlik texnikası, yanğın təhlükəsizliyi və istehsalat sanitariyası qaydalarını bilməli və işində onlara əməl etməlidir; Təmir və yığma işlərini görmək üçün orta mürəkkəbli ləvazimatın düzəldilməsi. Yerdən idarə olunan sadə yükqaldıncı vasitələrin və mexanizmlərin köməyi ilə yükləri bir yerdən başqa yerə keçirdikdə takelaj işlərinin yerinə yetirilməsi Təmir üçün qüsurların siyahısını tutmaq. İlk tibbi yardımın göstərilməsi qaydalarını bilməlidir; Yanğınsöndürmə vasitələrinin yerini və onlardan istifadə etmə qaydalarını bilməlidir. Texniki təhlükəsizlik, əməyin mühafizəsi, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarına riayət etmək; Şirkət tərəfindən qəbul olunmuş daxili əmək intizamı qaydalarını yerinə yetirmək; Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının: 3-17-1/2-308137/2024 saylı, xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, “Salyan Oil” LTD-nin İddiaçı dair 21 oktyabr 2024-cü il tarixli HR-24-62 nömrəli və 22 oktyabr 2024-cü il tarixli HR-24-69 nömrəli arayışlarında adıçəkilən şəxsin xx.xx.1991xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində həmin müəssisənin Neftin hazırlanması və vurulması sexində təmirçi-çilingər vəzifəsində işlədiyi qeyd edilmişdir. Lakin sözügedən arayışda təmirçi-çilingər vəzifəsində işlədiyi dövrdə məktubda istinad olunan Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan əsas istehsalat sahələrində neft-mədən avadanlıqlarının, kompressor qurğularının təmiri ilə bilavasitə məşğul olub-olmadığı barədə hər hansı məlumat göstərilməyib. Bu səbəbdən də, adıçəkilən şəxsin güzəştli iş stajı yoxdur. 3-17-1/2-35045/2025 saylı, xx.xx.2025-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, İddiaçı 1 yanvar 2006-cı il tarixinədək olan əmək stajına uyğun hesablanmış pensiya kapitalı 24549,58 manat, həmin tarixdən sonra fərdi hesabın sığorta hissəsində qeydə alman pensiya kapitalı 59110,08 manat olmaqla cəmi pensiya kapitalı 83659,66 manat təşkil edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 27.1-ci maddəsinə əsasən sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. Bununla əlaqədar olaraq İddiaçı 1 yanvar 2006-cı il tarixinədək olan 23 il 10 ay 2 gün iş stajı pensiya kapitalına çevrilməklə hesablanmış və Azərbaycan Respublikası Prezidentinin müvafiq illər üzrə sərəncamlarına əsasən indeksləşdirilərək 24549,58 manat müəyyən edilmişdir. Adıçəkilən şəxsin həmin tarixdən sonrakı işlədiyi dövr üzrə fərdi hesabında 59110,08 manat olmaqla cəmi 83659/66 manat pensiya kapitalı qeydə alınmışdır İddiaçının hazırkı iddia tələbi ilə bağlı cavabdeh inzibati orqanın 3-17-1/2-D- 104902/2024 saylı, xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olrriaqla) yaşa görə əmək pensiyası hüququ vardır.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin sözügedən Qaydada göstərilənlərə uyğun hazırlanmış arayışına əsasən müəyyən edilir. Bununla əlaqədar olaraq, zərərli əmək şəraitində işlədiyi dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması, gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) iş yerinin arayışında dəqiq göstərilməlidir.Qanunun 9.1-ci madddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı bölməsinin (10) neft, qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanması sahəsi bəndinin (10.2) fəhlələr (a) yarımbəndində əsas istehsalat sahələrində neft-mədən avadanlıqlarının, kompressor qurğularının təmiri ilə bilavasitə məşğul olan təmirçi çilingərlər vəzifəsi nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim etdiyi “Salyan Oil” LTD-nin sizə dair xx.xx.2023-cü il tarixli HR-23-169 nömrəli arayışında xx.xx.1991-xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində həmin müəssisənin Neftin hazırlanması və vurulması sexində təmirçi-çilingər vəzifəsində işlədiyi qeyd edilmişdir. Lakin sözügedən arayışda təmirçi-çilingər vəzifəsində işlədiyi dövrdə yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan əsas istehsalat sahələrində neft-mədən avadanlıqlarının, kompressor qurğularının təmiri ilə bilavasitə məşğul olub-olmamağı barədə hər hansı məlumat göstərilməyib. Qeyd olunanları nəzərə alaraq, yuxarıda göstərilən müvafiq məlumatları özündə əks etdirən güzəştli şərtlərlə əmək pensiyası hüququ verən işdə işləməyinə dair işəgötürənin arayışı və əmək kitabçasının əsli tərəfindən Mərkəzi Filiala təqdim edildikdən sonra ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi məsələsinə baxılacaqdır. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsində göstərilmişdir ki, hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsində göstərilmişdir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanun: 1.0.1. Əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; 9.1-ci maddəsinin 13 may 2022-ci il tarixədək olan redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 9.1-ci maddəsinin 13 may 2022-ci il tarixdən sonrakı redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”: Xİİ. Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı bölməsi (Neft-qaz və qaz kondensatının hasilatı);neft, qaz və qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan təmirçi çilingərlər –Kod-2130200a-18559. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı 10-cu bölməsi: 10.2. Neft, qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanması sahəsi a) fəhlələr: əsas istehsalat sahələrində neft-mədən avadanlıqlarının, kompressor qurğularının təmiri ilə bilavasitə məşğul olan təmirçi çilingərlər, Məhkəmənin mövqeyi. Məhkəmə işin materiallarını araşdıraraq, iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin yeni redaksiyasına əsasən iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün 3 şərt mövcud olmalıdır: a) 60 yaşına çatması; b) Azı 25 il ümumi iş stajının mövcud olması; c) Azı 12 il 6 ay xüsusi iş stajının mövcud olması. Yaş tələbi ilə bağlı qeyd edilməlidir ki, iddiaçı xx.xx.1962-ci ildə doğulmuşdur. xx.xx.2022-ci il tarixdə 60 yaşı tamam olmuş və onun güzəştli şərtlərlə yaşa görə pensiya almaq hüququ yaranmışdır. Hazırkı halda iddiaçı ona xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini xahiş edir. Tələb olunan 25 il ümumi iş stajı ilə bağlı qeyd edilməlidir ki, iddiaçı tərəfindən təqdim edilmiş əmək kitabçasına və arayışa əsasən onun ümumi iş stajının 25 ildən çox olması müəyyən edilir və bu hal cavabdeh orqan tərəfindən mübahisələndirilmir. İş üzrə tərəflər arasında mübahisələndirilən hal iddiaçının 12 il 06 ay güzəştli iş stajının mövcudluğu ilə bağlıdır. Cavabdeh inzibati orqan iddiaçının xx.xx.1991.30-xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində “Salyan Oil” LTD-də Neftin hazırlanması və vurulması sexində təmirçi-çilingər vəzifəsində işlədiyi vəzifəsinin Qərarla təsdiq edilmiş siyahıda nəzərdə tutulan əsas istehsalat sahələrində neft-mədən avadanlıqlarının, kompressor qurğularının təmiri ilə bilavasitə məşğul olub-olmadığı barədə işə götürən tərəfindən hər hansı məlumatın göstərilmədiyi üçün iddiaçının işlədiyi vəzifənin “Təmirçi çilingər” vəzifəsinə uyğun olmadığı qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1- ci bəndində qeyd olunur ki, əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.20. yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti – bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən. Cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilən hal iddiaçının xx.xx.1991.30-xx.xx.2023-cü illərdə işlədiyi “ təmirçi çilingər” vəzifəsinin güzəştli iş stajı sayılmaması, beləliklə də onun tələb olunan güzəştli iş stajı şərtini ödəməməsi ilə bağlıdır. İşin müəyyən edilən hallarından görünür ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan həmin dispozisiya şərtləri iddiaçıya münasibətdə mövcuddur. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan şərtlərin, xüsusilə də cavabdehin mübahisələndirdiyi güzəştli əmək stajı ilə əlaqədar şərtin mövcudluğu ilə bağlı məhkəmə qeyd edir ki, “Salyan Oil Limited” şirkətinin HR-24-62 saylı, xx.xx.2025-ci il tarixli arayışına əsasən iddiaçı, xx.xx.1991.30-xx.xx.2023-cü ilədək Salyanneft neft və qazçıxarma idarəsində-(hal-hazırda Salyan Oil LTD şirkəti) “Neftin hazırlanması və vurulması “sexində” “Təmirçi Çilingər” işləmişdir və həmin vəzifənin xüsusiyyətləri-Təmirçi çilingər NB-50, NB-125, U8-6 tipli bütün növ qazma nasoslarının porşenlərinin, remenlərin, ştokların dəyişdirilməsində iştirak edir, PP-1,6 neft qızdırıcılarının, boruların hissələrinin dəyişdirilməsi,sahələrdə olan bütün növ nasosların yığılmasında iştirak edir.Çənlərin giriş çıxış xətlərinə nəzarət,soyutma sistemlərinin yoxlanılmasında,iştirak edir. K-50, K-100 mədən neftini qəbul etmək üçün nasoslara texniki xidmətin göstərilməsi, yağlanması, kipkəclərin vurulmasında iştirak edir. Qeyd olunanlarla bağlı iddiaçının işlədiyi müəssisə tərəfindən təqdim olunmuş arayışın mötəbərliyini şübhə altına alan hər hansı hal məhkəmə icraatı zamanı müəyyən olunmamış, cavabdeh tərəfindən də bu barədə hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. “Salyan Oil Limited” tərəfindən verilən xx.xx.2023-cü il tarixli HR-23-169, saylı arayışdan iddiaçının xx.xx.1991-xx.xx.2023-cü illərdə işlədiyi “Təmirçi çilingər” vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li Qərarı ilə təsdiq edilmiş Siyahının 10-cu bölməsi: 10.2. Neft, qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanması sahəsi ( a) fəhlələr) əsas istehsalat sahələrində neft-mədən avadanlıqlarının, kompressor qurğularının təmiri ilə bilavasitə məşğul olan təmirçi çilingərləri peşəsinə aid olması konkret olaraq göstərilmişdir. Odur ki, iddiaçının xx.xx.1991-xx.xx.2023-ci il tarixlərdə “Salyan Oil Limited” şirkətində işlədiyi “Təmiçi çilingər” vəzifəsi onun güzəştli iş stajına daxil edilməlidir Göründüyü kimi iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etmək üçün qanunla tələb olunan 12 il 6 ay müddətdən artıq xüsusi iş stajı mövcuddur. İPM-nin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İş materiallarından görünür ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamışdır İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır. Odur ki, cavabdehin imtinası əsassız olmuşdur. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və İPM-nin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı xx.xx.1962-ci il təvəllüdlü İddiaçı 60 yaşdan, yəni xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşidə Quliyeva
Məhkəmə qərarları › İş №2-1(120)-1667/2025
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1667/2025
13.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver