Məhkəmə qərarları › İş №2-1(120)-1669/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1669/2025

21.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1669/2025 21.04.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı, cavabdeh Şirvan Şəhər Mərkəzi X3rşı X16 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla “doğum haqqında tibbi şəhadətnamənin ləğv edilməsi və yeni doğum haqqında tibbi şəhadətnamənin verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Şirvan İnzibati Məhkəməsi Hakim Quliyeva Rəşidə Paşa qızının sədrliyi, məhkəmə iclas katibi Əlili Nərgiz Elsəvər qızının katibliyi İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Şirvan Şəhər Mərkəzi X3rşı X16 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla “doğum haqqında tibbi şəhadətnamənin ləğv edilməsi və yeni doğum haqqında tibbi şəhadətnamənin verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə Şirvan İnzibati Məhkəməsinin binasında (Şirvan şəhəri, H.Z.Tağıyev küçəsi 10) açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Şirvan şəhər Mərkəzi Xəsətəxanası X23nə (bundan sonra mətndə Şirvan şəhər MX) qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2024-cü il tarixdə 15:29 radələrində X18 tərəfindən oğlan uşağının Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X23 “Şirvan şəhər Mərkəzi Xəstəxanası” X23nin doğum evində doğulmasına dair tibbi sənədlərin verilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 54-cü maddəsinə əsasən məhkəməyə iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, Şirvan şəhər Mərkəzi Xəstəxanası tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli doğum haqqında tibbi şəhadətnamənin ləğv edilməsi, ana haqqında məlumat qrafasında Cəfərova (Orucova) Günəş Rauf qızı qeyd olunmaqla xx.xx.2024-cü il tarixdə 15:29 radələrində “Şirvan şəhər Mərkəzi Xəstəxanası” X23nin doğum evində oğlan uşağının doğulmasına dair ona yəni Cəfərova (Orucova) Günəş Rauf qızına Doğum haqqında tibbi şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehə həvalə olunmasına dair qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onunla X10 2022-ci ildə ailə qursa da, rəsmi olaraq nikaha sonradan daxil olmuşdurlar. Onların birgə yaşadıqları dövrdə xx.xx.2024-cü il tarixdə X11 adlı bir övladları doğulmuşdur. Doğuş zamanı səhvən bacısının şəxsiyyət vəsiqəsini təsdiq edən sənədi Şirvan Şəhər MX-nın doğum şöbəsinə təqdim etmişdir. Doğum şöbəsində xx.xx.2024-cü il tarixdə 15:29 radələrində cərrah mama-ginekoloq tərəfindən qeysəriyyə əməliyyatı aparılmaqla oğlu doğulmuşdur. Şəxsiyyət vəsiqəsini səhv təqdim etməsi barədə doğum evindən ona zəng olunduqdan sonra bilmişdir. Cavabdeh inzibati orqana müraciət edərək anası qismində o göstərilməklə tibbi şəhadətnamənin verilməsini xahiş etsə də, şəxsiyyət vəsiqəsinin yalnış verilməsi və nikah haqqında şəhadətnamənin təqdim edilməməsi əsas gətirilməklə imtina olunmuşdur. X10 ilə nikahının rəsmiləşdirilməsi məqsədi ilə tibbi müayinədən keçirilməsini təsdiq edən arayışın alınması və nikahın rəsmiləşdirilməsi üçün zəruri olan müddət gözləməklə, xx.xx.2024-cü il tarixdə nikahları Şirvan şəhər Qeydiyyat Şöbəsində 71 nömrə ilə qeydə alınmışdır. Birgə nikahlarından doğulmuş xx.xx.2024-ci il təvəllüdlü X2 olması barədə cavabdeh təşkilat tərəfindən 34 nömrəli arayış təqdim edilmişdir. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdeh inzibati orqan tərəfindən iddia tələbinə dair yazılı münasibət (etiraz) məhkəməyə daxil olmamışdır. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının (şifahi məhkəmə baxışı) yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı Cəfərova (Orucova) Günəş Rauf qızı iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki məhkəmə mübahisəsi yaranmışdır. İşin hallar. İş materiallarında olan; Şirvan şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 563628 №-li, xx.xx.2024-cü il tarixli nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X10 ilə X19 xx.xx.2024-cü il tarixdə nikaha daxil olmuşdur. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2024-cü ilin 06 ayının 24 günündə 71 nömrə ilə qeyd edilmişdir. Nikahdan sonra ərə Cəfərov arvada Cəfərova soyadı verilmişdir. Məhkəmənin müvafiq sorğularına əsasən verilmiş Şirvan şəhər MX-nın 18-1- 35/2-1476/2024 saylı, xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, xx.xx.2024-cü il tarixdə Cəfərova (Oruclu) Günəş Rauf qızı doğuşa yönləndirilməmişdən əvvəl bacısı X12 məxsus şəxsiyyət vəsiqəsini doğum evinin qeydiyyat şöbəsinə təqdim etmişdir. Şəxsiyyət vəsiqəsi yeni nəsil vəsiqə olduğundan (şəkil görüntüləri ağ- qara) və oxşarlıqları eyni olduğundan X4 qeydə alınmış və xəstənin digər sənədləri X7 adına açılmışdır. Sabirabad rayonu Qarağac kəndində yaşayan X19 27 may 2024-cü il tarixdə Şirvan şəhər X9 Hüquqi Şəxsə müraciət edərək Şirvan şəhər Mərkəzi Xəstəxanasını PHŞin Doğum şöbəsinə doğuş üçün müraciət edərkən öz sənədi əvəzinə bacısı X8 şəxsiyyət vəsiqəsini təqdim etdiyini bildirmişdir.Doğum haqqında olan sənədlərin onun adına verilməsi barədə köməklik edilməsini xahiş etmişdir.Bununla bağlı X14 xx.xx.2024-cü il tarixli ərizəsinə cavab olaraq bildirilmişdir ki, Doğum evinin qeydiyyat şöbəsində sənədləşmə bacısı X8 adına açıldığı üçün Doğum evindən doğum haqqında tibbi sənədlərin verilməsi mümkünsüz hesab edilir. X17 bütün halları nəzərə alaraq Azərbaycan Respublikası Məhkəmə orqanlarına müraciəti məsləhət görülmüşdür. Məktuba əlavə olunmuş: xx.xx.2024-cü il tarixli Doğum haqqında tibbi şəhadətnamədən müəyyən olunur ki, xx.xx.2024-cü il tarixdə saat 16:20-də doğulmuş uşağın anası haqqında məlumat qrafasında anası qismində X16 qeyd olunmuşdur. Atası haqqında məlumat qrafası isə boş saxlanılmışdır. Cinayət işinin rədd edilməsi haqqında 24-3-2-2-453-0268-2 saylı, xx.xx.2024-cü il tarixli qərarın surətindən müəyyən olunur ki, “Şirvan şəhər Mərkəzi Xəstəxanası” PHŞ-nin doğum evində xx.xx.2024-cü il tarixdə qeysəriyyə yolu ilə cərrahi əməliyyat olunmuş X14 doğuşa yönləndirilməmişdən qabaq bacısına məxsus şəxsiyyət vəsiqəsini təqdim etməsi və doğum tarixçəsinin həmin vəsiqə əsasında qeydiyyatdan keçirilməsi ilə bağlı vətəndaş müraciəti ilə əlaqədar PHŞ-nin direktoru tərəfindən toplanmış material xx.xx.2024-cü il tarixdə Şirvan şəhər prokurorluğuna göndərilmişdir. Prokurorluğun xx.xx.2024-cü il tarixli qərarı ilə, Qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış 24-3-2-2-453-0268 (93C-24) nömrəli material üzrə cinayət hadisəsi müəyyən edilmədiyindən Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilməsi, Qərarın surəti təsdiq edilməsi üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi, Qərarın təsviri hissəsində göstərilənlərə əsasən araşdırma üzrə zərurət aradan qalxdığı üçün “Şirvan ŞMX” PHŞ-nin doğum şöbəsində Günəş Orucova üçün rəsmiləşdirilmiş doğum tarixçəsi və digər sənədlərin surətləri araşdırma materialına əlavə edilməklə sənədlərin əsilləri “Şirvan ŞMX” PHŞ-yə qaytarılması qərara alınmışdır. İddiaçının hazırkı iddia tələbi ilə bağlı cavabdeh inzibati orqanın 18-1-35/2-O-71-xxxx/2024 saylı, xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, o, (xx.xx.2006-cı il təvəllüdlü AA5321543 FİN xxxxxxx X19) xx.xx.2024-cü il tarixdə saat 15:29 radələrində Şirvan şəhər Mərkəzi Xəstəxanası PŞH-in Doğum evində həkim cərrah mama-ginekoloq S.Həsənova tərəfindən qeysəriyyə əməliyyatı olmuşdur. Lakin, o qəbul şöbəsində işçiyə səhv məlumat verərək, xx.xx.2004-cü il təvəllüdlü bacısı-X1 təqdim etmiş və doğum tarixçəsini X7 adına açdırmışdır. Odur ki, ona Şirvan Şəhər Mərkəzi Xəstəxanası PŞH-in Doğum evindən doğum haqqında tibbi sənədlərin verilməsi mümkünsüz hesab edilmişdir. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X23 tərəfindən verilmiş 899/2024-TBŞ (maddi sübutların ekspertizası) rəyində qeyd olunmuşdur ki, ekspertiza xx.xx.2025-ci ildə başlamış, xx.xx.2025-ci il tarixdə başa çatmışdır. Mübahisəli atalıq ekspertizasına görə qan, ağız suyunun tədqiqinə əsasən aşağıdakı rəyə gəlinmişdir: Güman olunan ata X6 qrup göstəriciləri: O alfa beta (İ), Rh: D/+/.Ağız suyunun tədqiqinə görə “ifraz etməyənlər” kateqoriyasına aiddir.İddiaçı qrup göstəriciləri: B alfa (İİİ), Rh: D/+/.Ağız suyunun tədqiqinə görə “ifraz etməyənlər” kateqoriyasına aiddir.Uşağın qrup göstəriciləri : O alfa beta (İ), Rh: D/+/. Ağız suyunun tədqiqinə görə “ifraz etməyənlər” kateqoriyasına aiddir.Yuxarıda tədqiq olunmuş sistemlər üzrə qrup faktorlarına görə alınmış göstəricilərə əsasən İddiaçı və X10 olan cütlükdən təqdim olunan uşağın törənməsi mümkündür. Belə olan halda İddiaçı təqdim olunan uşağın anası olması inkar olunmadı. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Ailə Məcəlləsi: Maddə 166.1. Doğum bu barədə məlumat verən şəxsin seçdiyi, doğum faktı məhkəmə qaydasında müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Maddə 166.2. Doğumun qeydə alınması üçün valideynlər və ya onlardan biri, valideynlərin müəyyən səbəblərə görə (xəstə olduqda, öldükdə və sair) müraciət etməsi mümkün olmadıqda isə qohumlar, qonşular, uşağın doğulduğu tibb müəssisəsinin müdiriyyəti və yaxud başqa şəxslər müvafiq icra hakimiyyəti orqanına müraciət edir. Maddə166.3. Doğum haqqında məlumat tibb müəssisəsi tərəfindən dərhal müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən isə məlumat informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. Maddə 166.4. Doğum haqqında məlumatın müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) dərhal ötürülməməsinə və ya düzgün olmayan məlumatın ötürülməsinə görə tibb müəssisəsi, həmin məlumatın məlumat informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülməməsinə və ya düzgün olmayan məlumatın ötürülməsinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum), habelə üzrlü səbəblər olmadan doğumun qeydə alınması üçün bu Məcəllənin 167-ci maddəsində nəzərdə tutulmuş müddətdə müraciət olunmamasına görə uşağın valideynləri qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı” Qaydasının 2.1-ci bəndində əsasən Doğum bu barədə məlumat verən şəxsin seçdiyi, doğum faktı məhkəmə qaydasında müəyyən edildikd isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə qeydiyyat şöbəsi, konsulluq idarəsi və ya icra hakimiyyətinin nümayəndəliyi tərəfindən dövlət qeydiyyatına alınır. Uşağın doğumunun qeydə alındığı yerdən asılı olmayaraq doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə uşağın doğulduğu yer kimi onun doğum yeri göstərilir. Bu Qaydanın 2.3-cü bəndində nəzərdə tutulmuş müddət keçdikdə, doğumun qeydə alınması üçün valideynlər müraciət etməlidirlər. Bu Qaydanın 2.3-cü bəndində nəzərdə tutulmuş müddət keçdikdə, doğumun qeydə alınması üçün valideynlər müraciət etməlidirlər. Valideynlər üzrlü səbəbdən müraciət edə bilmədikdə, doğumun qeydə alınması üçün ərizə təqdim edilməli və həmin ərizədə bunun səbəbi göstərilməlidir. Doğum haqqında məlumat (uşağın doğum tarixi və cinsi, ananın soyadı, adı, atasının adı, yaşayış yeri, şəxsiyyət vəsiqəsinin nömrəsi və verilmə tarixi) tibb müəssisəsi tərəfindən dərhal Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə ötürülür. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən həmin məlumat vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə və oradan da avtomatlaşdırılmış rejimdə ananın yaşayış yeri üzrə qeydiyyat şöbəsinə ötürülür. Doğum haqqında məlumatın Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə dərhal ötürülməməsinə və ya düzgün olmayan məlumatın ötürülməsinə görə tibb müəssisəsinin vəzifəli şəxsləri, həmin məlumatın EHİS vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə ötürülməməsinə və ya düzgün olmayan məlumatın ötürülməsinə görə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin vəzifəli şəxsləri, habelə üzrlü səbəblər olmadan doğumun qeydə alınması üçün bu Qaydanın 2.3cü bəndində nəzərdə tutulmuş müddətdə müraciət olunmamasına görə uşağın valideynləri inzibati məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi. Məhkəmə iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan , subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. İş materiallarında olan xx.xx.2024-cü il tarixdə Şirvan Şəhər Mərkəzi Xəstəxanası tərəfindən verilmiş Doğum haqqında tibbi şəhadətnamənin surətindən müəyyən olunur ki, xx.xx.2024-cü il tarixdə saat 16:20-də doğulmuş oğlan uşağı barəsində doğum haqqında tibbi şəhadətnamə tərtib edilərək ana qrafasında X16 qeyd olunmuşdur. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, xx.xx.2024-cü il tarixdə saat 15:29-da Şirvan Şəhər X9 Hüquqi Şəxsinin Doğum evində qeysəriyyə əməliyyatına qəbul olunmuş şəxs X16 deyil İddiaçı olduğu halda Xəstəxana tərəfindən yeni doğulmuş oğlan uşağı barəsində xx.xx.2024-cü il tarixdə doğum haqqında tibbi şəhadətnamə tərtib olunarkən sonuncunun anası qismində X16 göstərilmişdir. İddiaçının oğlu barəsində Şirvan Şəhər Mərkəzi Xəstəxanası tərəfindən tərtib olunmuş doğum haqqında tibbi şəhadətnamə əsassız olmaqla qanunvericiliyin tələbinə zidd olmuşdur. Belə ki, Xəstəxana tərəfindən xəstə qəbul olunan zaman şəxsiyyət vəsiqəsində qeyd olunan şəxslə şəxsiyyət vəsiqəsini təqdim edən şəxsin eyni şəxs olub-olmamasını müəyyən etmək xəstəxana işçilərinin vəzifəsi olduğu halda müəyyən olunmamışdır. İşin hallarından müəyyən olunduğu kimi, İddiaçı tərəfindən uşağın doğulmasından 1 ( bir ) ildən artıq vaxt keçməsinə baxmayaraq uşağın doğumu barədə qeyd aparılmamış, qeyd aparılmadığı üçün uşağın adına doğum haqqında şəhadətnamə alınması mümkün olmamışdır. Belə ki, doğumun qeydiyyatı barədə Ailə Məcəlləsinin və “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın müddəalarının sistemli təhlili onu deməyə əsas verir ki, Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının məqsədi vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunmasına xidmət etməklə yanaşı, həm dövlət mənafeyi və ictimai mənafe üçün aparılır. Vətəndaşlıq vəziyyəti qeydləri sarasında doğumun qeydiyyatı xüsusi yer alır və bu qeydiyyatın hüquqmüəyyənetmə əhəmiyyəti, milli qanunvericiliklə yanaşı, BMT-nin də bir sıra qətnamələrində təsdiq olunmuşdur. BMT Baş Assambleyasının 1948-ci il 10 dekabr tarixli 217-ci qətnaməsi ilə qəbul edilmiş “Ümumdünya insan hüquqları Bəyannaməsi”nin 15-ci maddəsində elan olunmuşdur ki, hər bir insan vətəndaşlıq hüququna malikdir. Heş kəs öz vətəndaşlığından və öz vətəndaşlığını dəyişmək hüququndan məhrum edilə bilməz. Bu Bəyannamədə elan olunmuş vətəndaşlıq hüququnun doğumun qeydiyyatından asılı olması, 1959-cu il 29 noyabr tarixdə qəbul edilmiş “Uşaq hüquqları Bəyannaməsi”nin 3-cü prinsipində təsbit edilərək qeyd olunur ki, uşaq doğulandan ad və vətəndaşlıq hüququna malik olmalıdır. “Mülki və siyasi hüquqlar haqqında beynəlxalq pakt”ın 24-cü maddəsinin ikinci bəndində göstərilir ki, hər bir uşaq doğulduqdan sonra dərhal qeydə alınmalı və ada malik olmalıdır (Azərbaycan Respublikası bu Pakta Milli Məclisin 1992-ci il tarixli 277 №-li Qərarı ilə qoşulmuşdur). “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsində də göstərilir ki, hər bir uşaq doğulduqdan sonra Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq qeydiyyata alınır və “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin birinci və ikinci hissələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, vətəndaşlıq əldə edir. Nəzərə alınmalıdır ki, həmin Qanunun preambulasına görə bu Qanun, Azərbaycan Respublikasının Konstitusiyasına, Uşaq Hüquqları Bəyannaməsinə, Uşaq Hüquqlarına dair Konvensiyaya və digər beynəlxalq hüquq normalarına uyğun olaraq Azərbaycan Respublikasında uşaqların hüquqlarını və azadlıqlarını, uşaqlar barəsində dövlət siyasətinin əsas prinsiplərini, onların müdafiəsi sahəsində dövlət orqanlarının, digər hüquqi və fiziki şəxslərin vəzifələrini müəyyən edir. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən, təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Beləliklə, məhkəmə hesab edir ki, xx.xx.2024-cü il tarixdə saat 15:29-da “Şirvan şəhər Mərkəzi Xəstəxanası” X23nin doğum evində oğlan uşağının doğulmasına dair Şirvan şəhər Mərkəzi Xəstəxanası tərəfindən X12 verilmiş **********63 №-li xx.xx.2024-cü il tarixli doğum haqqında tibbi şəhadətnamə ləğv edilməli, xx.xx.2024-cü il tarixdə saat 15:29-da “Şirvan şəhər Mərkəzi Xəstəxanası” X23nin doğum evində doğulmuş oğlan uşağının doğum haqqında tibbi şəhadətnaməsinin ana haqqında məlumat qrafasında Orucova (hazırda Cəfərova) Günəş Rauf qızı qeyd olunmaqla ona yeni doğum haqqında tibbi şəhadətnamənin verilməsi öhdəliyi cavabdeh Şirvan Şəhər X9 Hüquqi Şəxsinə həvalə edilməlidir. NƏTİCƏVİ HİSSƏ Şərh edilənlərə əsasən və İPM-nin 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. xx.xx.2024-cü il tarixdə saat 15:29-da “Şirvan şəhər Mərkəzi Xəstəxanası” X23nin doğum evində oğlan uşağının doğulmasına dair Şirvan şəhər Mərkəzi Xəstəxanası tərəfindən X12 verilmiş **********63 №-li xx.xx.2024-cü il tarixli doğum haqqında tibbi şəhadətnamə ləğv edilsin. xx.xx.2024-cü il tarixdə saat 15:29-da “Şirvan şəhər Mərkəzi Xəstəxanası” X23nin doğum evində doğulmuş oğlan uşağının doğum haqqında tibbi şəhadətnaməsinin ana haqqında məlumat qrafasında Orucova (hazırda Cəfərova) Günəş Rauf qızı qeyd olunmaqla ona yeni doğum haqqında tibbi şəhadətnamənin verilməsi öhdəliyi cavabdeh Şirvan Şəhər X9 Hüquqi Şəxsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşidə Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar