Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-167/2023 16.05.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Məhkəmə iclas katibi X5, İddiaçı, vəkili və nümayəndəsi X4, İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı “əmrin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi işburaxmaya görə ödənilməmiş əmək haqqının ödənilməsi” barədə iddia tələbinə dair inzibati işə Şirvan İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı “əmrin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi işburaxmaya görə ödənilməmiş əmək haqqının ödənilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Bakı İnzibati Məhkəməsinin 08 sentyabr 2021-ci il tarixli, 2-1(112)-2990/2021 nömrəli qərardadı ilə iş baxılması üçün ərazi aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsinə göndərilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 26 oktyabr 2007-ci il tarixdə polis serjantı kimi X15 xidmətə qəbul edilmiş, Azərbavcan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin rəisinin 05 oktyabr 2020-ci il tarixli, Ə 1338 Ş/h-038-20 saylı əmri ilə Azərbaycan Respublikasının X11 xidmət keçmə haqqında Əsasnamənin 135-ci maddəsinin 9-cu bəndinə əsasən "X20 əməkdaşı adına ləkə gətirən hərəkət etdiyinə görə" əsası ilə daxili işiər orqanlarında xidmətdən xaric edilmişdir. 05 oktyabr 2020-ci il tarixli, Ə 1338 Ş/h-038- 20 saylı əmr tamamilə qanunsuz və əsassız olduğundan ləğv edilməli və polis serjantı kimi işlədiyi Ağcabədi Rayonlararsı Mühafizə Şöbəsinin polis nəfəri vəzifəsinə bərpa edilməklə işə bərpa edildiyi günə qədər məcburi işburaxmava görə ödənilməmiş əmək haqqı ödənilməlidir. 05 oktyabr 2020-ci il tarixli, O 1338 Ş h-038-20 saylı əmr ona rəsmi olaraq təqdim edilməmişdir. İşdən azad edilməsi barədə məlumatı 02 noyabr 2020-ci il tarixdə əmək kitabçası ona təqdim edilən zaman almışdır. Səhhətində ağır problemlər olduğu üçün ilk olaraq göndəriş əsasında Daxili İşlər Nazirliyinin 1 saylı Poliklinikası müraciət etmişdir. Çoxsaylı müayinələrdən sonra əməliyyat edilməli olduğunu aydınlaşdırmışdır. Əməliyyatı keçirilməsi isə Türkiyə Respublikasında və Rusiya Federasiyasında mümkün idi. 22 yanvar 2020-ci il tarixdə məzuniyyətə buraxılmış və məzuniyyət dövründə Rusiya Federasiyasına getməyinə Baş Mühafizə İdarəsinin rəisi tərəfindən rəsmi icazə verilmişdir. 2020-ci ilin fevral ayının 5 dən Rusiya Federasiyasının Volodqa şəhərində tibbi müayinələrə başlamış, 21 fevral 2020-ci il tarixdə ilk əməli}yata-girmiş, daha sonra yenidən müayinələrə getmiş və 18 mart 2020-ci il tarixdə yenidən əməliyyat edilmişdir. İkinci əməliyyatdan sonra təxminən 1 ay müddətində yenidən müavinə edilməyi zərurəti olduğu üçün yenidən Rusiya Federasiyasında qalmalı olmuşdur. Daha sonra Civid-19 virusunun yayılması ilə əlaqədar Rusiya Federasiyasından Azərbaycan Respublikasına qayıda bilməmişdir. Əməliyyat edılməyi barədə məlumatları işlədiyi idarəyə vermişdir. Daha sonra Pandemiya səbəbindən Azərbaycan Respublikasına qayıda bilməmişdir. xx.xx.2020-ci il tarixdə Azərbavcan Respublikasına qayıtmış və 20-28 oktyabr tarixlərdə Quba rayonunda Təlim Tədris və İstirahət Mərkəzində karantin rejimində saxlanılmışdır. 05 fevral 2020-ci il tarixdən Azərbaycan Respublikasına qayıtdığı günə qədər Rusiya Federasiyasında müalicələr almışdır. 28 oktyabr 2020-ci il tarixdə karantin rejimindən çıxdıqdan sonra ev şəraitində təcrid olunmalı idi. Lakin yaşadığı Ağcabədi rayonuna qayıtdıqdan sonra 02 noyabr 2020-ci il tarixdə Ağcabədi Rayonlararsı Mühafizə Şöbəsinə dəvət eldilər və ona işdən çıxarıldığını və bu səbəbdən əmək kitabçasını və attestatını təqdim etdilər. İşdən çıxarılmağı barədə əmrdə işdən çıxarılma səbəbi kimi X20 əməkdaşının adına ləkə gətirən hərəkət gətirən hərəkət etməyi qeyd edilmişdir. Yuxarıda qeyd etdiyi kimi 22 yanvar 2020-ci il tarixdən, yəni əmək məzuniyyəti buraxıldığı vaxtdan müalicə üçün Rusiya Federasiyasında olmuş və orada olduğu müddətdə hər hansı bir qanunazidd və ya X20 əməkdaşının adına ləkə gətirən hərəkət gətirən hərəkət etməmişdir. Cavabdehin verdiyi əmr tamamilə qanunsuzdur və bu səbəbdən ləğv edilməli və polis serjantı kimi işlədiyi Ağcabədi Rayonlararası Mühafizə Şöbəsinə polis nəfəri kimi işə bərpa edilməliyəm. Azərbaycan Respublikası Daxili İşlər Nazirlisi Baş Mühafizə İdarəsinin 05 oktyabr 2020-ci il tarixli, O 1338 Ş/h-038-20 saylı əmrini ləğv edərək polis serjantı kimi X11 xidmətə yenidən qəbul edilməli, Ağcabədi Rayonlararası Mühafizə Şöbəsinin polis nəfəri vəzifəsinə işə bərpa edilməsi və işə bərpa edildiyi günə qədər məcburi işbııraxmaya görə ödənilməmiş əmək haqqının ödənilməsinə dair qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Cavabdehnə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən iddia ərizəsinə münasibət bildirməsi üçün sərəncam göndərilmişdir. Cavabdeh iddia ərizəsinə münasibətində (etirazında) göstərmişdir ki, iddiaçı X6 Cavabdehnə qarşı xx.xx.2020-ci il tarixli, Ə 1338 ş/h-038-20 nömrəli əmrinin qanunsuz hesab edilməklə ləğv edilməsi və Ağcabədi Rayon Mühafizə Şöbəsinə polis nəfəri vəzifəsinə işə bərpa edilməsinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək xeyrinə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadına əsasən 2-1 (112)-2990/2021 saylı iş ərazi aidiyyəti üzrə baxılması üçün Şirvan İnzibati Məhkəməsinə göndərilmişdir. İddiaçı X6 iddia tələbini onunla əsaslandırmışdır ki, o, səhhətində olan problemlərlə bağlı Rusiya Federasiyasında cərrahi əməliyyat olunacağını qərara alaraq, 22 yanvar 2020-ci il tarixdən məzuniyyətə getməsi, eləcə də məzuniyyətini RF-nin Voloqda şəhərində keçirməsi üçün Baş Mühafizə İdarəsinin rəisindən rəsmi icazə almışdır. 05 fevral 2020-ci il tarixdə Voloqda şəhərində tibbi müayinələrdən keçmiş, 21 fevral 2020-ci il tarixdə isə ilk əməliyyat keçirilmişdir. Daha sonra yenə tibbi müayinələrdən keçərək 18 mart 2020-ci il tarixdə yenidən əməliyyat olunmuşdur. İkinci əməliyyatdan sonra bir ay müddətində müayinə olunmaq zərurəti yarandığından Rusiya Federasiyasında qalmalı olmuşdur. Həmin vaxt Covid-19 virusunun yayılması ilə əlaqədar Rusiya Federasiyasından Azərbaycan Respublikasına qayıtmaq mümkün olmadığından xx.xx.2020-ci il tarixdə qayıtmış və karantin rejimi ilə bağlı 20-28 oktyabr 2020-ci il tarixlərdə Quba rayonunda Təlim-Tədris və İstirahət Mərkəzində saxlanılmışdır. Karantin rejimindən çıxdıqdan sonra ev şəraitində təcrid olunmuş, 02 noyabr 2020-ci il tarixində Ağcabədi rayonuna qayıtdıqda onu Ağcabədi Rayon Mühafizə Şöbəsinə dəvət edib işdən çıxarıldığını bildirməklə, əmək kitabçasını və attestatını ona qaytarmışlar. İddiaçı iddia tələbi tam əsassızdır, belə ki, o, xx.xx.2020-ci il tarixdə, saat 00.10 dəqiqədə Samur sərhəd nəzarət məntəqəsindən keçərək Rusiya Federasiyasına daxil olmuş, Voloqda şəhərində mövcud olan "xxxx" MMCdən verilmiş, əmək fəaliyyətindən azad etmək haqqında vərəqin kserosurətində xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə müalicə olunması, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə müddətin uzadılması, xx.xx.2020-ci il tarixdə işə başlamalı olduğu göstərilmişdir. X17 Xəstəxanasından verilmiş digər sənədin kserosurətindən isə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə kimi müalicə olunması, xx.xx.2020-ci il tarixdə cərrahi əməliyyat aparılması göstərilmişdir. Z. Baxşalıyev səy göstərməsinə baxmayaraq, pandemiya ilə əlaqədar respublikaya gələ bilmədiyini, sərhədlərin bağlı olduğunu, təyyarələrin uçmadığını bildirsə də, sorğu əsasnda "xxxx" MMC-dən daxil olmuş uçuş cədvəlindən görünür ki, həmin ərəfədə respublikaya RF-nın müxtəlif hava limanlarından təyyarələr gəlmişdir. Bundan əlavə Azərbaycan Respublikası DİN-in Rusiya Federasiyasındakı nümayəndəliyinə edilən sorğuya cavabda Z. Baxşalıyevin xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə kimi “BUZ BO” Voloqda vilayət xəstəxanasında müalicə olunması müəyyən edilmişdir. İddiaçı xx.xx.2020-ci il tarixdə saat 13.09-da Samur sərhəd nəzarət məntəqəsindən keçərək Azərbaycan Respublikasına daxil olması, 28 oktyabr 2020-ci il tarixə kimi karantin rejimində olması, 02 noyabr 2020-ci il tarixdə iş yerinə gəlməsi müəyyən edilmişdir. İddiaçı vəzifəsinə etinasız yanaşaraq respublikaya vaxtında qayıtmamış, vaxtında müalicə olunmamış, səhlənkarlığı səbəbindən pandemiyanı bəhanə etmişdir. 15 sentyabr 2020-ci il tarixli «Siravi və kiçik rəis heyətinin yığıncağı»nın rəyi də nəzərə alınmaqla DİO-da xidmətdən xaric edilmişdir. İddiaçı X2 Cavabdehnə qarşı xx.xx.2020-ci il tarixli, Ə 1338 ş/h-038-20 nömrəli əmrinin qanunsuz hesab edilməklə ləğv edilməsi və Ağcabədi Rayon Mühafizə Şöbəsinə polis nəfəri vəzifəsinə işə bərpa olunmasına dair iddia tələbi əsassız olduğu üçün rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclаsının yеri və vахtı bаrədə rəsmi qаydаdа iddiaçı və cavabdehə məlumаt vеrilməsinə bахmаyаrаq cavabdehin nümayəndəsi məhkəmə iclаsınа gəlməmişdir. Məhkəmə Аzərbаycаn Rеspublikаsı İnzibаti Prоsеssuаl Məcəlləsinin 62-ci mаddəsinə əsаsən işə cavabdehin nümayəndəsinin iştirаkı оlmаdаn bахılmаsını mümkün hеsаb еdir. Məhkəmə iclasında İddiaçı və onun vəkili və nümayəndəsi X7 iddia ərizəsinə uyğun izahat verərək, iddia ərizəsinin təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdilər. Əsaslandırıcı hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsində nəzərdə tutulmuş iddia növündən istifadə etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş «İnzibati orqanların Təsnifatı»ndan görünür ki, cavabdeh inzibati orqan kimi təsnif olunmuşdur. «Azərbaycan Respublikası apellyasiya instansiyası məhkəmələrinin, ağır cinayətlər məhkəmələrinin, inzibati məhkəmələrinin və hərbi məhkəmələrinin ərazi yurisdiksiyalarının müəyyən edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 09 avqust 2010-cu il tarixli Fərmanına əsasən Ağcabədi şəhəri ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aiddir. İddianın mümkünlüyü məsələsi ilə bağlı məhkəmə vurğulayır ki, cavabdehin nümayəndəsi iddia tələbinə etiraz ünvanlayaraq iddiaçının Azərbaycan Respublikasına xx.xx.2020-ci il tarixdə qayıtmış olduğunu və karantin rejimi ilə bağlı 20-28 oktyabr 2020-ci il tarixlərdə Quba rayonunda Təlim-Tədris və İstirahət Mərkəzində saxlanıldığını, karantin rejimindən çıxdıqdan sonra ev şəraitində təcrid olunduğunu, 02 noyabr 2020-ci il tarixində Ağcabədi rayonuna qayıtdıqda onu Ağcabədi Rayon Mühafizə Şöbəsinə dəvət edib işdən çıxarıldığını bildirməklə, əmək kitabçasını və attestatını ona qaytarıldığını bildirmişdir. Belə olan halda əhkəmə qeyd edir ki, , iddiaçı məhkəməyə müraciət etdiyi vaxt iddia müddətini ötürməmişdir. Belə ki, xx.xx.2020-ci il tarixli əmr iddiaçıya 02 noyabr 2020-ci il tarixində təqdim edilmiş və iddiaçı tərəfindən müvafiq əmr mübahisələndirilərək xx.xx.2020-ci il tarixdə poçt vasitəsilə müvafiq məhkəməyə göndərilmişdir. Başqa sözlə, mümkünlük şərtlərinə cavab verdiyi üçün iddia mümkündür. İddia mümkün olsa da, lakin əsaslı deyil. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan ******* nömrəli əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.2007-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Azərbaycan Respublikası X11 xidmət müddəti 14 il 04 ay 26 gün təşkil edir. İşdə olan Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X19 Ərazi Bölmələrini İdarəetmə Birliyi “X16 Mərkəzi” publik hüquqi şəxsinin arayışından görünür ki, İddiaçı həqiqətən xx.xx.2020-xx.xx.2020-ci il BDU-nin Quba rayonundakı Təlim Tədris və İstirahət Mərkəzində-də Covid-19 ilə mübarizə tədbirləri çərçivəsində karantin rejimində saxlanılmışdır. İşdə olan Azərbaycan Respublikası Cavabdeh xx.xx.2020-ci il tarixli, 038-628B- 3220 nömrəli məktubundan görünür ki, Ağcabədi Rayonlararası Mühafizə şöbəsinin polis nəfəri, polis serjantı İddiaçı 2020-ci ilin yanvar ayının 22-dək əsas məzuniyyəti dövründə Rusiya Federasiyasına getməsinə etiraz etməmişdir. İşdə olan xx.xx.2020-ci il tarixli, 02 nömrəli protokolun təsdiq edilmiş surətindən görünür ki, İddiaçı Ağcabədi RMŞ-nin xx.xx.2020-ci il tarixl, 1 saylı əmri ilə əsas məzuniyyətə buraxılmış, məzuniyyət dövründə RF-na getməsinə icazə verilmişdir. Məzuniyyət müddəti xx.xx.2020-ci il tarixdə bitməsinə baxmayaraq uzun müddət xidmətə çıxmamışdır. Manqa komandirləri Kamal Abdullayev və Şaiq Babayev tərəfində Z. Baxşalıyevin mobil telefonu ilə əlaqə saxlanılmış, o hazırda xəstəxanada müalicə olunması bildirmiş və nə vaxt xidmətə çıxmasını dəqiq bilmədiyini söyləmişdir. İddiaçı əvvəllərdə dəfələrlə intizamsızlığa yol vermişdir. Belə ki, vəzifə borcunun icrasına etinasız yanaşaraq təyin olunduğu postda sayıqlığını itirərək yatdığına görə RMŞ-nin xx.xx.2019cu il tarixli, 63 nömrəli əmri ilə ona töhmət elan edilmiş, lakin verilmiş intizam tənbehindən və şifahi xəbərdarlıqlardan heç bir müsbət nəticə çıxarmamışdır. Bütün bunlar nəzərə alınaraq, xx.xx.2020-ci il tarixdə RMŞ-nin cıravi və kiçik rəis heyəti yığıncağı keçirilmiş, İddiaçı növbəti intizam tənbehi verilməsi üçün BMİ rəhbərliyi qarşısında vəsatət qaldırılmışdır. Manqa komandirləri, polis baş serjantı Şaiq Babayev və Kamal Abdullayev çıxış edərək bildirdi ki, dəfələrlə İddiaçılə telefon əlaqəsi saxlanılmış, o əvvəllər xəstəxanada müalicə olunmasını, sonradan isə yolların bağlı olmasını bəhanə gətirərək Rusiya Federasiyasından gələ bilmədiyini bildirmiş, nə vaxt xidmətə çıxmasına aydınlıq gətirə bilməmişdir. Bu barədə yazmış olduğu paportlar toplanmış materiala əlavə olunmuşdur. Göstərilənlər nəzərə alınaraq polis nəfəri, polis serjantı İddiaçı xaric olunmasının tərəfdarlarıdırlar. Polis nəfəri, polis baş serjantları Röyal İsmayılov, Nurlan Bayramov polis serjantı kiçik inspektor Cahandar Quliyev çıxış edərək İddiaçı xaric olunması barədə BMİ-nin rəhbərliyi qarşısında vəsatət qaldırılmasını xahiş etmişdirlər. Manqa komandirləri, polis baş serjantları İlhamiz Zeynalov, Vüsal Quliyev, Ayaz Abdullayev və başqaları İddiaçı DİO-dan xaric olunmasının tərəfdarı olduğlarını bildirdilər. Sıravi və kiçik rəis heyəti yığıncağı qırar çıxarmaq üçün məşvərət edir, məşvərətdən sonra sədrlik edən şəxs qərarı oxudu, ondan şikayət verilməsinin qaydasını izah edib iclası bağlı elan etdi. İşdə olan Ağcabədi Rayonlararası Mühafizə şöbəsinin rəisi tərəfindən təsdiq edilmiş Ağcabədi Rayonlararası Mühafizə şöbəsinin sıravi və kiçik rəis heyəti yığıncağının xx.xx.2020-ci il tarixli qərarının təqdiq edilmiş surətindən görünür ki, polis nəfəri, polis serjantı İddiaçı məzuniyyət müddəti xx.xx.2020-ci il tarixdə bitməsinə baxmayaraq, uzun müddət xidmətə çıxmamışdır. Bununlada O, DİN-in 212 nömrəli əmrinin və «Polisin PPX Nizamnaməsi»nin tələblərini kobud şəkildə pozmuşdur. Yuxarıda göstərilənləri nəzərə alaraq, Sıravi və rəis heyəti yığıncaqları haqqında Əsasnamə rəhbər tutularaq, Ağcabədi Rayonlararası Mühafizə Şöbəsinin polis nəfəri, polis serjantı X3 DİO-dan xaric olunması barədə BMİ-nin rəhbərliyi qarşısında vəsadət qaldırılaraq xahiş olunsun. Şöbənin Sıravi və kiçik rəis heyəti yığıncağının xx.xx.2020-ci il tarixli qərarı barədə 7 gün müddətinə yuxarı orqanlara şikayət verilməsi barədə İddiaçı məlumatlandırılsın. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin rəisi tərəfindən təsdiq edilmiş xx.xx.2020-ci il tarixli rəyin təsdiq edilmiş surətindən görünür ki, Ağcabədi RMŞ-nin polis nəfəri İddiaçı hissənin xx.xx.2020-ci il tarixli, 1 nömrəli əmri ilə cari ilin yanvar ayının 21-dən fevral ayının 26-dək növbəti məzuniyyətə buraxılmış, müalicə olunması üçün məzuniyyət vaxtını Rusiya Federasiyasında keçirməsinə icazə verilmişdir. xx.xx.2020-ci il tarixdə məzuniyyət müddətinin bitməsinə baxmayaraq o, üzürsüz səbəbdən Azərbaycan Respublikasına qayıtmamışdır. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, polis nəfəri İddiaçı məzuniyyət dövründə heç bir müalicə götürməmiş, məzuniyyət dövrünün bitməsindən bir ay sonra koronavirus pandemiyası ilə əlaqədar karantin tədbirlərin tətbiqi ilə bağlı ölkəyə girişin məhdudlaşdığını bəhanə gətirərək Respublikaya qayıtmamışdır. Polis nəfəri İddiaçı üzürsüz səbəbdən uzun müddət xidmətə çıxmadığına və onunla aparılmış izahat işlərindən heç bir nəticə çıxarmadığına görə hərəkətləri xx.xx.2020-ci il tarixdə hissənin «Sıravi və rəis heyətinin yığıncağı»nda geniş müzakirə olunmuş, xidməti postunda yatdığına görə Ağcabədi RMŞ-nin xx.xx.2019-cu il tarixli, 63 nömrəli əmri ilə elan olunmuş «töhmət» intizam tənbehi də nəzərə alınaraq, onun ciddi intizam tənbehinə cəlb olunması barədə qərar qəbul olunaraq Baş İdarə rəhbərliyi qarşısında vəsatət qaldırılmışdır. Materiallara baxış keçirilərkən polis serjantı İddiaçı yol verdiyi qəbahətlərin ağırlığı «Sıravi və rəis heyətinin yığıncağı»n qəbul etdiyi qərara uyğun gəlmədiyi nəzərə alınaraq materiallar yenidən baxılması üçün Ağcabədi RMŞ-yə geri qaytarılmış və nəticəsi barədə Baş idarəyə məlumat verilməsi tələb olunmuşdur. Bu müddət ərzində onunla və ailə üzvləri ilə bir daha söhbətlər aparılmış, qayıdaraq xidmətini davam etdirilməsi bildirilmişdir. O, yenidən müxtəlif bəhanələrlə gəlməkdən yayınmışdır. Polis nəfəri İddiaçı hərəkətləri xx.xx.2020-ci il tarixdə yenidən Ağcabədi RMŞ-nin «Sıravi və rəis heyətinin yığıncağı»nda müzakirə olunmuş, uzun müddət üzürsüz səbəbdən xidmətə çıxmadığı və onunla aparılmış izahat işlərindən nəticə çıxarmadığı və Azərbaycan Respubölikasına qayıtmağa təşəbbüs göstərmədiyinə görə onun X11 xidmətdən xaric olunması barədə qərar qəbul edilərək Baş idarə rəhbərliyi qarşısında vəsatət qaldırılmışdır. Polis nəfəri, polis serjantı İddiaçı xx.xx.2007-ci il tarixdən X11, həmin tarixdən də Ağcabədi Rayonlararası Mühafizə Şöbəsində polis nəfəri vəzifəsində işləyir və xidmətdə mənfi xarakterizə olunur. İşlədiyi müddət ərzində mükafat almamış, 7-dəfə isə intizam tənbehinə cəlb edilmişdir. Vəzifə borcunun icrasına etinasız yanaşaraq uzun müddət xidmətə çıxmadığına, onunla aparılmış izahat işlərindən heç bir nəticə çıxarmayaraq müxtəlif bəhanələrlə məsuliyyətdən yayınmağa çalışdığına və ölkəyə qayıtmağa təşəbbüs göstərmədiyinə, bununla da «Polisin post-patrul xidmətinin Nizamnaməsi»nin, «X20 X9 Kodeksi»nin və «Azərbaycan Respublikası X20nın intizam Nizamnaməsi»nin tələblərini kobud şəkildə pozduğuna görə, hissənin «Sıravi VƏ rəis heyətinin yiğincağı»nın qərarı da nəzərə alınmaqla, Ağcabədi Rayonlararası Mühafizə Şöbəsinin polis nəfəri, polis serjantı İddiaçı X11 xidmətdən xaric olunmağa layiqdir. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin xx.xx.2020-ci il tarixli, Ə 309-038-20 nömrəli əmrinin təsdiq edilmiş surətindən görünür ki, Ağcabədi RMŞ-nin polis nəfəri İddiaçı hissənin xx.xx.2020-ci il tarixli, 1 nömrəli əmri ilə cari ilin yanvar ayının 21-dən fevral ayının 26-dək növbəti məzuniyyətə buraxılmış, müalicə olunması üçün məzuniyyət vaxtını Rusiya Federasiyasında girməsinə icazə verilmişdir. xx.xx.2020-ci il tarixdə məzuniyyət müddətinin bitməsinə baxmayaraq o, üzürsüz səbəbdən Azərbaycan Respublikasına qayıtmamışdır. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, polis nəfəri İddiaçı məzuniyyət dövründə heç bir müalicə götürməmiş, məzuniyyət dövrünün bitməsindən bir ay sonra koronavirus pandemiyası ilə əlaqədar karantin tədbirlərin tətbiqi ilə bağlı ölkəyə girişin məhdudlaşdığını bəhanə gətirərək Respublikaya qayıtmamışdır. Materiallara baxış keçirilərkən polis serjantı İddiaçı yol verdiyi qəbahətlərin ağırlığı «Sıravi və rəis heyətinin yığıncağı»n qəbul etdiyi qərara uyğun gəlmədiyi nəzərə alaraq materiallar yenidən baxılması üçün Ağcabədi RMŞ-yə geri qaytarılmış və nəticəsi barədə Baş İdarəyə məlumat verilməsi tələb olunmuşdur. Bu müddət ərzində onunla və ailə üzvləri ilə bir daha söhbətlər aparılmış, qayıdaraq xidmətini davam etdirilməsi bildirilmişdir. O, yenidən müxtəlif bəhanələrlə gəlməkdən yayınmışdır. Polis nəfəri İddiaçı hərəkətləri xx.xx.2020-ci il tarixdə Ağcabədi RMŞ-nin «Sıravi və rəis heyətinin yığıncağı»nda müzakirə olunmuş, uzun müddət üzürsüz səbəbdən xidmətə çıxmadığı, onunla aparılmış izahat işlərindən nəticə çıxarmamaqla ölkəyə qayıtmağa təşəbbüs göstərmədiyinə görə onun X11 xidmətdən xaric olunması barədə qərar qəbul edilərək Baş İdarə rəhbərliyi qarşısında vəsatət qaldırılmışdır. DİN-in 2014-cü il 14 may tarixli, Q10-001-14 nömrəli Qərarı ilə təsdiq olunmuş «Azərbaycan Respublikası DİN-in Baş Mühafizə İdarəsi haqqında Əsasnamə»nin 5.6-cı bəndini rəhbər tutaraq, vəzifə borcunun icrasına etinasız yanaşaraq uzun müddət xidmətə çıxmadığına, onunla aparılmış izahat işlərindən heç bir nəticə çıxarmayaraq müxtəlif bəhanələrlə məsuliyyətdən yayınmağa çalışdığına və ölkəyə qayıtmağa təşəbbüs göstərmədiyinə, bununla da «Polisin post-patrul xidmətinin Nizamnaməsi»nin, «X20 X9 Kodeksi»nin və «Azərbayjan Respublikası X20nın intizam Nizamnaməsi»nin tələblərini kobud şəkildə pozduğuna görə, hissənin «Sıravi və rəis heyətinin yığıncağı»nın qərarı da nəzərə alınmaqla, Ağcabədi Rayonlararası Mühafizə Şöbəsinin polis nəfəri, polis serjantı İddiaçı «Azərbaycan Respublikasının X11 xidmət keçmə haqqında Əsasnamə»nin 135-ci maddəsinin 9-cu bəndinə əsasən X11 xidmətdən xaric olunsun. Ağcabədi Rayonlararası Mühafizə Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Rauf Süleymanovdan şəxsi heyət arasında nizam-intizamın möhkəmləndirilməsi, təlim- tərbiyənin yüksəldilməsi istiqamətində konkret tədbirlərin görülməsi tələb edilsin. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin xx.xx.2020-ci il tarixli, Ə 1338 Ş/h-038-20 saylı əmrinin təsdiq edilmiş surətindən görünür ki, polis serjantı İddiaçı, Ağcabədi Rayonlararası Mühafizə şöbəsinin polis nəfəri, 05 oktyabr 2020-ci il tarixdən Azərbaycan Respublikasının X11 xidmət keçmə haqqında Əsasnamənin 135-ci maddəsinin 9-cu bəndinə əsasən X20 əməkdaşı adına ləkə gətirən hərəkət etdiyinə görə xaric edilmişdir. İşdə olan Ağcabədi Rayonlararası Mühafizə şöbəsinin manqa komandiri pol baş serjantı Şaiq Babayevin raportunun təsdiq edilmiş surətindən görünür ki, polis nəfəri, polis serjantı İddiaçı məzuniyyət müddəti 27 fevral 2020-ci il tarixdən qurtardığına baxmayaraq o hal-hazırda xidməti işə çıxmır. Onunla telefon əlaqəsi saxlanılmış, hazırda Rusiya Federasiyasının Volodqa şəhərində səhhəti ilə əlaqədar olaraq əməliyyat olunduğunu, hazırda həkim nəzarətində, xəstəxanadan çıxdıqdan sonra dərhal qayıdacağını bildirmişdir. İşdə olan "xxxx" QSC-nin xx.xx.2021-ci il tarixli, 11/2277 nömrəli məktubuna əsasən xx.xx.2020-ci il tarixdən 2020-ci ilin oktyabr ayının sonuna kimi Rusiya-Azərbaycan aviareyslərin edildiyi və Azərbaycan Respublikasının ayrı-ayrı hava limanlarına təyyarə enməsi sayı ilə bağlı müvafiq məlumatlar məktuba əlavə edildiyi müəyyən edilmişdir. Məhkəmə iddiaçını və iddiaçının vəkilini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» AR Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 2.0.11-ci maddəsinə görə əlverişsiz (yükləyici) inzibati akt – maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanunun 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Mübahisənin mahiyyətinə gəldikdə isə, məhkəmə aşağıdakıları diqqətə çəkir: «Polis haqqında» AR Qanununun 1-ci maddəsinə görə polis – Azərbaycan Respublikasının icra hakimiyyətinə mənsub olan vahid mərkəzləşdirilmiş, hüquq-mühafizə orqanıdır, polis əməkdaşı – polis orqanlarında müəyyən vəzifə tutan və bu qanunla müəyyənləşdirilmiş səlahiyyətləri həyata keçirən dövlət qulluqçusudur. Həmin Qanunun 13-cü maddəsinə görə səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş davranış qaydalarına riayət etmək polis əməkdaşının ümumi vəzifələrindən biridir. Həmin Qanunun 33-cü maddəsinin İ hissəsinin 3-cü bəndinə əsasən polis əməkdaşı adına ləkə gətirən hərəkət etdikdə, polis əməkdaşı intizam məsuliyyətinə cəlb edilir. Azərbaycan Respublikasının 19 iyun 2001-ci il tarixli 168-İİQ saylı Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Azərbaycan Respublikasının X11 xidmət keçmə haqqında» Əsasnamənin 108-ci maddəsinə görə X11 xidməti intizam – əməkdaşlar tərəfindən onlara həvalə olunmuş vəzifələrin icrasından və öz səlahiyyətlərini həyata keçirən zaman Azərbaycan Respublikasının qanunvericiliyinə, vəzifə təlimatlarına, habelə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının və bilavasitə rəislərin əmr və göstərişlərinə əməl etməkdən ibarətdir. Əsasnamənin 114-cü maddəsinəgörə xidməti intizam qaydalarını pozmağa görə X20nın əməkdaşlarına aşağıdakı intizam tənbehləri tətbiq edilə bilər: məzəmmət, töhmət, şiddətli töhmət, xidməti vəzifəyə tam uyğun olmaması barədə xəbərdarlıq, tutduğu vəzifədən aşağı vəzifəyə keçirmə, xüsusi rütbənin bir pillə aşağı salınması, xidmətdən xaric edilmə. Əsasnamənin 135-ci maddəsinin 9-cu bəndinə əsasən X20nın əməkdaşı X20 əməkdaşı adına ləkə gətirən hərəkət etdikdə xidmətdən xaric edilə bilər. Azərbaycan Respublikası Daxili İşlər nazirinin xx.xx.2005-ci il tarixli 130 №-li əmri ilə təsdiq edilmiş X20 X9 Kodeksinin 22-ci maddəsində də göstərilir ki, davranış kodeksində təsbit olunmuş prinsip və qaydaların əməkdaş tərəfindən yerinə yetirilməməsi xidməti və icra intizamının pozulması, X20 əməkdaşının adına xələl gətirən ləyaqətsiz hərəkət kimi qiymətləndirilir və «Azərbaycan Respublikası X20nın intizam nizamnaməsi»ndə müəyyən olunmuş qaydada intizam məsuliyyəti doğurur. İntizam məsuliyyətinin dərəcəsi və tənbehin növü yol verilmiş intizam pozuntusu faktı üzrə keçirilən xidməti təhqiqatın və ya araşdırmanın nəticələrinə əsasən, buna səlahiyyəti olan vəzifəli şəxs tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 8 aprel 2005-ci il tarixli 130 nömrəli əmri ilə təsdiq edlmiş «X20 X9 Kodeksi»nin müddəalarında DİO əməkdaşları ilə bağlı aşağıdakı tələblər nəzərdə tutulmuşdur: - (maddə 1) Azərbaycan Respublikasının qanunvericiliyinə, cəmiyyətdə qəbul olunmuş norma və qaydalara tam şəkildə əməl etməli, bu işdə digər şəxslərə nümunə olmalıdır; - (maddə 2) Anda, xidməti və vətəndaşlıq borcuna sadiq olmalı, vətəndaşların həyat və sağlamlığının, hüquq və azadlıqlarının, cəmiyyətin və dövlətin maraqlarının hüquqazidd qəsdlərdən qorunmasına görə öz şəxsi məsuliyyətini hiss etməlidir. Daim yadda saxlamalıdır ki, hətta bir əməkdaşın Andını pozması, xidməti borcunu yerinə yetirməməsi və nalayiq hərəkətə yol verməsi, bir çox əməkdaşın fədakar əməyi və nümunəvi xidməti hesabına əldə olunmuş uğurlara və nüfuza kölgə sala bilər; - (maddə 6-1) Xidməti vəzifələrin icrası ilə bir araya sığmayan və polis əməkdaşı adına xələl gətirə biləcək, habelə xidmət keçdiyi və başqa dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməlidir; - (maddə 13) İcrasının mümkün olmayacağını qabaqcadan bildiyi (və ya bilməli olduğu) öhdəlikləri (borc pul, kirayə və s.), üzərinə götürməməlidir. Üzərinə götürdüyü öhdəlikləri müəyyənləşdirilmiş şərtlərə uyğun icra etməlidir; - (maddə 14) İş qrafikinə və zərurət yarandıqda tətbiq olunan xüsusi xidmət rejiminə ciddi riayət etməli, xidmət yerinə vaxtında gəlib vaxtında getməli, üzürsüz səbəbdən xidmətdən yayınma hallarına yol verməməli, fövqəladə hallar istisna olmaqla, birbaşa rəislərin icazəsi olmadan xidmət yerini tərk etməməlidir. Birbaşa rəislərinin ilk çağırışı ilə, eləcə də, təbii fəlakətlər, geniş miqyaslı texnogen qəzalar, yanğınlar, iğtişaşlar və sair fövqəladə hadisələr baş verdikdə çağırışsız xidmət yerinə gəlməlidir. Xidmətdə olarkən vaxtını xidməti vəzifələrindən kənar işlərə sərf etməməlidir. - (maddə 17) Müxtəlif məsələlərlə bağlı keçirilən xidməti təhqiqat və ya yoxlama zamanı verilən sualları tam və səmimi cavablandırmalı, obyektivliyin təmin edilməsinə köməklik göstərməlidir; - (maddə 21) Xidmətdə və həyatda təvazökar olmalı, vəzifə üzrə irəli çəkilməsi, mükafatlandırılması, imtiyazların əldə edilməsi üçün müəyyən olunmuş qaydalara zidd yollar axtarmamalı, kənar vasitəçilərin bu məsələyə müdaxiləsini qətiyyətlə rədd etməlidir; - (maddə 22) Davranış kodeksində təsbit olunmuş prinsip və qaydaların əməkdaş tərəfindən yerinə yetirilməməsi xidməti və icra intizamının pozulması, X20 əməkdaşının adına ləkə gətirən hərəkət kimi qiymətləndirilir və "Azərbaycan Respublikası X20nın intizam nizamnaməsi"ndə müəyyən olunmuş qaydada intizam məsuliyyəti doğurur. Etik davranış qaydalarının pozulması X20 əməkdaşlarının intizam məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. X20 əməkdaşlarının intizam məsuliyyətinə cəlb edilməsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətdə həyata keçirilir. İntizam məsuliyyətinin dərəcəsi və tənbehin növü yol verilmiş intizam pozuntusu faktı üzrə keçirilən xidməti təhqiqatın və ya araşdırmanın nəticələrinə əsasən, buna səlahiyyəti olan vəzifəli şəxs tərəfindən müəyyən edilir. Göründüyü, mövcud qanunvericiliyin X11 xidmət keçmənin qayda və şərtləri təsbit olunan normaları xidməti intizam qaydalarını pozan əməkdaşlara tətbiq edilən intizam tənbehlərinin dairəsini konkret müəyyənləşdirmiş, həmin sıraya daxil olan “xidmətdən xaric edilmə” tədbirinn tətbiqini isə, başqa hallarla yanaşı onun X20 əməkdaşı adına ləkə gətirən hərəkətə yol verməsi ilə şərtləndirir. Bundan başqa, qanunvericilik müəyyən olunmuş davranış qaydalarına riayət edilməsini polis əməkdaşının ümumi vəzifəsi kimi də nəzərdə tutur. Hansı ki, bu davranış qaydalarına qanunvericiliyə, cəmiyyətdə qəbul olunmuş norma və qaydalara tam şəkildə əməl etmək, bu işdə digər şəxslərə nümunə olmaq, iş qrafikinə və zərurət yarandıqda tətbiq olunan xüsusi xidmət rejiminə ciddi riayət etməli, xidmət yerinə vaxtında gəlib vaxtında getməli, üzürsüz səbəbdən xidmətdən yayınma hallarına yol verməməli, fövqəladə hallar istisna olmaqla, birbaşa rəislərin icazəsi olmadan xidmət yerini tərk etməmək, icrasının mümkün olmayacağını qabaqcadan bildiyi öhdəlikləri üzərinə götürməmək, xidməti təhqiqat zamanı səmimilik göstərmək, xidməti vəzifələrinin icrasına bilavasitə aid olmadığı halda sosial şəbəkələrdə ictimai müzakirələrdə iştirak etməmək, xidmətdə vəzifə üzrə irəli çəkilməsi üçün müəyyən olunmuş qaydalara zidd yollar axtarmamaq da daxildir. Hazırkı işin hallarına görə isə, mübahisələndirilən inzibati akt, yəni iddiaçının X11n xaric edilməsi barədə 05 oktyabr 2020-ci il tarixli Ə 1338 Ş/h-038-20 nömrəli əmri cavabdeh inzibati orqan AR Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsi onun hərəkətlərini “X20 əməkdaşı adına ləkə gətirən” qismində qiymətləndirməklə qərar qəbul etmişdir. Həmçinin əmrin verilməsi üçün əsas olan sənədlərdə İddiaçı xidmətinin mənfi xarakterizə olunduğu, işlədiyi müddət ərzində mükafat almadığı, 7 dəfə isə intizam tənbehinə cəlb edildiyi qeyd edilmişdir. Həmçinin iddiaçının üzrlü səbəb kimi biletlərin olmadığını bildirərək gələ bilmədiyi hissəsi üzrə araşdırma aparmış, "xxxx" QSC-yə sorğu məktubu ilə müraciət etmiş, məhkəməyə təqdim etdiyi sorğu cavabına əsasən xx.xx.2020-ci il tarixdən 2020-ci ilin oktyabr ayının sonuna kimi Rusiya-Azərbaycan aviareyslərin edildiyi və Azərbaycan Respublikasının ayrı-ayrı hava limanlarına təyyarə enməsi sayı ilə bağlı müvafiq məlumatlar məktuba əlavə edildiyi müəyyən edilmişdir. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Bu konkteskdə məhkəmə kassasiya instansiya məhkəməsinin qərarlarında məhkəmə təcrübəsinə əsas kimi gətirilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1512/2021 saylı, 2-1(102)-2172/2021 saylı, 2- 1(102)-327/2022 saylı, 2-1(102)-374/2022 saylı qərarlarında da yuxarıda qeyd edilən mövqedən çıxış etmiş və qeyd etmişdir ki, iddiaçı hüquq mühafizə əməkdaşına xas şəxsi keyfiyyətə malik olmamış, xidməti borcuna sədaqət göstərməmiş, X20 X9 kodeksinin tələblərinə sözsüz əməl edəcəyi barədə üzərinə götürdüyü öhdəliyi və xidməti borcunu yerinə yetirməmiş, fəaliyyətini ictimai maraqlara uyğun, habelə cəmiyyətdə polis əməkdaşına olan etimadın artırılması məqsədləri üzərində qurmamış, xidmətin əsas meyarı kimi intizamlılıq göstərməmiş, bununla da xidməti intizamı və etik davranış qaydalarını mütəmadi olaraq pozmuş, nəticədə X11 xidmətdən xaric edilmişdir. Qeyd olunanların məcmusunda məhkəmə belə qənaətə gəlir ki, qulluq dövründə İddiaçı yuxarıda qeyd olunan hərəkətlərini cavabdeh inzibati orqan AR Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsi haqlı olaraq X20nın əməkdaşının adına ləkə gətirən hal qismində qiymətəndirmişdir. Cavabdeh AR Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin apardığı inzibati icraat üzrə qəbul etdiyi 05 oktyabr 2020-ci il tarixli əmri əlverişsiz inzibati akt kimi «İnzibati icraat haqqında» AR Qanununun 17-ci maddəsi baxımından da mütənasibdir. Məhkəmə mövcud qanunvericiliyin yuxarıda qeyd olunan normalarını işin bütün faktiki hallarına tətbiq edərək, eyni zamanda işdə olan sübutları qiymətləndirərək hesab edir ki, iddiaçının hərəkətlərində polis əməkdaşının adına və nüfuzuna xələl gətirən hərəkətlərin yol verilməsi halı müəyyən edildiyi üçün xidmətdən xaric edilməsinə dair qəbul edilmiş xx.xx.2020-ci il tarixli, Ə 1338 Ş/h-038-20 nömrəli əmr qanuna zidd sayıla bilməz, iddiaçının əmrin ləğv edilməsi tələbi əsassızdır. “Məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbi də birinci tələbdən asılı olduğundan, əsaslı sayılmamalıdır. İPM-in 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Beləliklə, məhkəmə toplanmış, şifahi məhkəmə iclasında tədqiq edilmiş və proses iştirakçılarının öz mülahizələrini bildirdikləri sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Azərbaycan Respublikasının X11 xidmətdən xaric olunması haqqında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin xx.xx.2020-ci il tarixli, Ə 1338 Ş/h-038-20 saylı əmrinin ləğv edilməsi, iddiaçının əvvəlki işinə bərpa olunması barədə iddia tələbi təmin edilməməlidir. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. İş materiallarından görünür ki, iş üzrə hər hansı prosessual xərc mövcud deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 115.1-ci maddəsinin tələbinə görə mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı “əmrin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi işburaxmaya görə ödənilməmiş əmək haqqının ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Hilal Nəcəfov
Məhkəmə qərarları › İş №2-1(120)-167/2023
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-167/2023
16.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver