Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-167/2024 06.03.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı, vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası X4 Baş Mühafizə İdarəsinə qarşı “xx.xx.2021ci il tarixli, Ə1159ş/h-038-21 əmrin onun işdən azad olunmasına dair hissədə qismən ləğv edilməsi” barədə iddia tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası X4 Baş Mühafizə İdarəsinə qarşı “əvvəlki vəzifəsinə bərpa olunması və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 02 fevral 2022-ci il tarixli, 2-1(112)-4038/2022 nömrəli qərardadı ilə iş baxılması üçün ərazi aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsinə göndərilmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İddiaçı məhkəməyə iddianın dəyişdirilməsinə dаir ərizə təqdim еdərək, iddiа ərizəsində dəqiqləşmə аpаrıldığını, iddiaçının və cavabdehin olduğu kimi saxlanılmasını, iddia tələbinə “Azərbaycan Respublikası Cavabdeh xx.xx.2021-ci il tarixli, Ə 1159ş/h-038-21 nömrəli əmrinin ləğv edilməsi” kimi baxılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. Sonradan İddiaçı məhkəməyə ərizə təqdim edərək, iddianın dəyişdirilərək “Azərbaycan Respublikası Cavabdeh xx.xx.2021-ci il tarixli, Ə 1159ş/h-038-21 əmrinin onun işdən azad olunmasına dair hissədə qismən ləğv edilməsi” kimi baxılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.1998-ci il tarixdən etibarən X6nda işə qəbul olunmuş və həmin vaxtdan əvvəlcə İmişli rayon Mühafizə Bölməsində, sonra isə İmişli rayon Mühafizə şöbəsində polis baş serjantı vəzifəsində işləmişdir. İşlədiyi müddətdə heç bir nöqsanı olmamış və bir dəfədə olsun ki, intizam tənbehi almamış, əksinə Cavabdeh sabiq rəisi Milli Qəhrəman Mədət Quliyev tərəfindən qüsursuz xidmətə görə medalla təltif olunmuşdur. 1-ci Qarabağ Müharibəsində döyüşlərdə iştirak etmiş və müharibə veteranıdır. Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid ailələri içtimai birliyinin İmişli şöbəsinin üzvüdür. Cavabdeh Azərbaycan Respublikası X4 Baş Mühafizə İdarəsinin xx.xx.2021-ci il tarixli, Ə1159ş/h-038-21 nömrəli qanunsuz əmri ilə Azərbaycan Respublikası X6nda xidmət keçmə haqqında əsasnaməyə müvafiq olaraq 135-ci maddənin 11-ci bəndi ilə (ştatlar ixtisar edildikdə) xidmətdən xaric edilmişdir. Cavabdeh Azərbaycan Respublikası X4 Baş Mühafizə İdarəsinin həmin əmri qanunvericiliyin müvafiq tələblərinin pozulması ilə qəbul edildiyi üçün qanunsuzdur. Belə ki, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək əmək qabiliyyətinin olmaması vərəqəsi əsasında xəstəliklə əlaqədar bülletendə olduğu halda xx.xx.2021-ci il tarixli, Ə160-038- 21 nömrəli təşkilatı ştat əmrinə əsasən xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Azərbaycan Respublikası X4 Baş Mühafizə İdarəsinin sərəncamında sayılmışdır. Həmin vaxt bülletendə olmuş və xəstə olduğu vaxt Azərbaycan Respublikası X4 Baş Mühafizə İdarəsinin qərargah rəisi polkovnik Asəf Dəmirov cənablarına bildirmişdir ki, bülletendədir və bura niyə çağırılmışdır, ona bülletenin boş şey olduğunu bildirmişdir. Xəstəlik barədə bülleteni İmişli rayon Baş Mühafizə İdarəsinə təqdim etmiş və ona bildirilmişdir ki, işdən çıxarılmaq üçün adının əmrə salınıb və Azərbaycan Respublikası X4 Baş Mühafizə İdarəsinə göndərilmişdir. Lakin ona işdən çıxma barədə əmr və əmək kitabçası verilməmişdir. 11 avqust 2021-ci il tarixdə 01 nömrəli pul attestasiyası verilmiş və Azərbaycan Respublikası X4 Baş Mühafizə İdarəsinə təqdim etmək üçün, lakin həmin günədək və ondan sonra işdən çıxma barədə əmr və əmək kitabçası verilməmişdir. Yalnız xx.xx.2021-ci il tarixdə onun işdən çıxmağı barədə xx.xx.2021-ci il tarixli, Ə1159ş/h-038-21 nömrəli əmrdən çıxarışın surətini və əmək kitabçasını yazıb ona verilmişdir. Digər halda ona 01 nömrəli pul attestasiyasına imza etdirilmiş ki, guya cəmi 2310 manat məbləğində xidmətdən təxris olunmaya görə vəzifə və rütbə maaşının 5 aylıq məbləğində pulu almışdır. Lakin həmin 2310 manat pulu bu günədək almamışdır. Göstərilənləri nəzərə alaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Cavabdehnə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən iddia ərizəsinə münasibət bildirməsi üçün sərəncam göndərilmişdir. Cavabdeh iddia ərizəsinə münasibətində (etirazında) göstərmişdir ki, İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1998-ci ildən X6nda, İmişli rayon Mühafizə Bölməsində xidmətə başlamış və xidmət illərində heç vaxt nöqsanı, intizam tənbehi olmamışdır. 1-ci Qarabağ Müharibəsi veteranıdır. Cavabdeh Azərbaycan Respublikası X4 Baş Mühafizə İdarəsinin xx.xx.2021-ci il tarixli, Ə1159ş/h-038-21 nömrəli əmr ilə “Azərbaycan Respublikası X6nda xidmət keçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 11-ci bəndi ilə (ştatlar uxtisar edildikdə) xidmət xaric edilmişdir. xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə kimi “Covid-19” diaqnozu ilə müalicə olduğu üçün tibb müəssisəsi tərəfindən ona həmin tarixlərə “Əmək qabiliyyətinin olmaması vərəqəsi” verilmişdir. xx.xx.2021-ci il tarixli, 160-038-21 nömrəli təşkilati ştat əmrinə əsasən 01 iyun 2021-ci il tarixdən 09 avqust 121-ci il tarixədək Azərbaycan Respublikası DİN-in Baş Mühafizə İdarəsinin sərəncamında olduğunu, 11 avqust 2021-ci il tarixdə 1 saylı pul attestasiyasıni aldığını, xx.xx.2021-ci il tarixdə işdən çıxmağı barədə xx.xx.2021-ci il tarixli, Ə1159ş/h-038-21 saylı əmrdən çıxarışı aldığıni, pul attestasiyasına imza etdirdiklərini, lakin ona veriləsi 2310 manatı vermədiklərini bildirmişdir. İddiaçı iddia tələbi əsassızdır. Belə ki, təqdim edilmiş, İddiaçı adına olan 090518 saylı “Əmək qabiliyyətinin olmaması vərəqəsində” sonuncunun xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə kimi “Covid- 19” diaqnozu ilə müalicə olunduğu göştərilmişdir. xx.xx.2021-ci il tarixdə isə DİN-in Baş Mühafizə İdarəsinin hissələrinin təşkilat-ştat məsələlərinə dair Ə160-038-21 saylı əmri olmuşdur ki, həmin əmrə əsasən BMİ üzrə 116 ştat verilmiş, 157 ştat ixtisar edilmişdir. İxtisar edilmiş 9 ştat polis nəfəri İmişli Rayon Mühafizə Şöbəsinin payına düşür. 01 iyun 2021-ci il tarixdə İmişli Rayon Mühafizə Şöbəsində əməkdaşların iştirakı ilə keçirilmiş əməliyyat müşavirəsində 9 polis nəfəri ştat vahidinin ixtisar olunması məsələsi müzakirə olunmuş, həmin şəxslərin namizədlikləri ilk növbədə pensiya hüququ qazanmış əməkdaşlar arasından seçilmiş və onlara BMİ-nin digər mühafizə qurumlarında xidmət etmək, xüsusən İmişli rayonuna yaxın məsafə baxımından Bakı şəhəri, Qaradağ RMİ-də xidmət etmək təklif olunmuşdur. xx.xx.2021-ci il tarixdə İddiaçı ixtisara düşməsilə bağlı BMİ-nin Kadrlar İdarəsinə dəvət olunmuş, ona imişli rayonuna yaxın məsafə baxımından Bakı şəhəri, Qaradağ RMİ-də xidmət etmək təklif olunmuş, lakin o, təqaüdə çixmağa üstünlük vermişdir. Yalnız bundan sonra xx.xx.2021-ci il tarixdə barəsində X6nda xidmətdən xaric olunma haqqında təqdimat verilmiş və həmin tarixdə də “Azərbaycan Respublikası X6nda xidmət keçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 11-ci bəndinə əsasən (ştatlar ixtisar edildikdə) Ə1159ş/h-038-21 saylı əmri ilə xidmətdən xaric edilmişdir. İddiaçı təqvimi hesablama əsasında 27 il, 11 ay, 08 gün xidmət etmişdir. İddiaçı 5847 manat 04 qəpik son haq-hesab hesablanmış və ondan 4315 manat ödənilmiş, 1532 manat isə ödəniləcəkdir. Göründüyü kimi İddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə kimi müalicə olunmuş, bundan xeyli müddət sonra, xx.xx.2021-ci il tarixdə bütün mümkün hallar təklif olunmaqla təqaüdə göndərilmişdir. İddiaçı cavabdeh Azərbaycan Respublikası DİN-in Baş Mühafizə İdarəsinə qarşı vəzifəyə bərpa olunma və kompensasiyanın ödənilməsi tələbi əsassız olduğu üçün rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclаsının yеri və vахtı bаrədə rəsmi qаydаdа iddiaçı və cavabdehə məlumаt vеrilməsinə bахmаyаrаq cavabdehin nümayəndəsi məhkəmə iclаsınа gəlməmişdir. Məhkəmə Аzərbаycаn Rеspublikаsı İnzibаti Prоsеssuаl Məcəlləsinin 62-ci mаddəsinə əsаsən işə cavabdehin nümayəndəsinin iştirаkı оlmаdаn bахılmаsını mümkün hеsаb еdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia ərizəsinin təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında İddiaçı, vəkili Vəkil iddia ərizəsinin təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdilər. Əsaslandırıcı hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsində nəzərdə tutulmuş iddia növündən istifadə etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş «İnzibati orqanların Təsnifatı»ndan görünür ki, cavabdeh inzibati orqan kimi təsnif olunmuşdur. «Azərbaycan Respublikası apellyasiya instansiyası məhkəmələrinin, ağır cinayətlər məhkəmələrinin, inzibati məhkəmələrinin və hərbi məhkəmələrinin ərazi yurisdiksiyalarının müəyyən edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 09 avqust 2010-cu il tarixli Fərmanına əsasən İmişli şəhəri ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aiddir. İddianın mümkünlüyü məsələsi ilə bağlı məhkəmə vurğulayır ki, cavabdehin nümayəndəsi iddia tələbinə etiraz ünvanlayaraq iddiaçının adına olan 090518 saylı “Əmək qabiliyyətinin olmaması vərəqəsində” sonuncunun xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə kimi “Covid- 19” diaqnozu ilə müalicə olunduğu göştərilmişdir. xx.xx.2021-ci il tarixdə isə DİN-in Baş Mühafizə İdarəsinin hissələrinin təşkilat-ştat məsələlərinə dair Ə160-038-21 saylı əmri olmuşdur ki, həmin əmrə əsasən BMİ üzrə 116 ştat verilmiş, 157 ştat ixtisar edilmişdir. Azərbaycan Respublikası Cavabdeh İmişli rayon Mühafizə şöbəsinin xx.xx.2024-cü il tarixli, 3-13-17xx/xx/2024 nömrəli məktubundan görünür ki, sabiq polis nəfəri İddiaçı məxsus attestat və əmək kitabçası Azərbaycan Respublika DİN-in Baş Mühafizə İdarəsinin 18 oktyabr 2021-ci il tarixli 038-23-256-1221 nömrəli məktubu ilə 26 oktyabr 2021-ci il tarixdə İmişli Rayon Mühafizə Şöbəsinə daxil olmuş və 27 oktyabr 2021-ci il tarixdə İddiaçı təhvil verilmişdir. O, Attestat və Əmək kitabçasını alması barədə qəbz yazmışdır. İddiaçı tərəfindən isə xx.xx.2021-ci il tarixdə qeyd edilən tələblə məhkəməyə müraciət edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən mümkün şərtlərinə əməl etməklə (iddia müddətini ötürmədən) məhkəməyə müraciət edilmişdir. Başqa sözlə, mümkünlük şərtlərinə cavab verdiyi üçün iddia mümkündür. İddia mümkün olsa da, lakin əsaslı deyil. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan iddiaçıya məxsus АЗЕ ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1998-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Azərbaycan Respublikası X6nda xidmət müddəti 27 il 11 ay 08 gün təşkil edir. İşdə olan Azərbaycan Respublikası Cavabdeh Ə1159ş/h-038-21 nömrəli əmrindən çıxarışın surətindən görünür ki, İmişli rayon Mühafizə şöbəsinin polis nəfəri polis baş serjantı İddiaçı “Azərbaycan Respublikası X6nda xidmət keçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 11-ci bəndi ilə (ştatlar uxtisar edildikdə) xidmət xaric edilmişdir. İşdə olan İmişli rayon Mühafizə şöbəsinin əməliyyat müşavirəsinin xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli protokolun surətindən görünür ki, DİN-in Baş Mühafizə hissələrinin təşkilat-ştat məsələlərinə dair xx.xx.2021-ci il tarixli, 160 nömrəli əmrinə əsasən İmişli RMŞ-də 9 vahid polis nəfəri ixtisar edilməsi ilə əlaqədar vəzifələri ixtisar edilmiş polis nəfərinin xidmət üzrə iş yerlərinin Baş İdarə rəhbərliyinin göstərişinə əsasən Bakı şəhər mühafizə hissələrinə, xüsusən məsafə baxımından İmişli rayonuna yaxın olan Qaradağ rayon Mühafizə idarəsinə dəyişdirilməsi barədə edilmiş təklif nəzərə alınmışdır. Vəzifələri ixtisas edilmiş polis nəfərlərinə hüquq və vəzifələrinin izah edildiyi qeyd olunsun və X6nda xidmətdən vəzifələrinin ixtisar edilmələri ilə xaric olunmaları barədə xahişləri nəzərə alınmışdır. Vəzifələri ixtisar edilmiş polis nəfərləri sərəncamda olduqları 2 ay müddətində (yemək pulu istisna olunmaqla) əmək haqlarının, həmçinin xidmətdən xaric edildikdən sonra son haqq hesabın tam ödənilməsi İmişli rayon Mühafizə şöbəsinin rəisi, polis polkovniki Bahadur Şükürova tapşırılmışdır. İşdə olan 11 avqust 2021-ci il tarixli, 01 nömrəli pul attestasiyasının surətindən görünür ki, İmişli rayon Mühafizə şöbəsinin polis nəfəri polis baş serjantı İddiaçı 2310 manat Azərbaycan Respublikası Cavabdeh xx.xx.2021-ci il tarixli, 71159ş/h-038-21 nömrəli əmrinə əsasən X6ndan xaric olunması ilə əlaqədar verilmişdir. İşdə olan Azərbaycan Respublikası Cavabdeh məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-13-17/2-3295/2023 nömrəli məktubundan görünür ki, “DİN-in Baş Mühafizə idarəsinin hissələrinin təşkilatı-ştat məsələlərinə dair” xx.xx.2021-ci il tarixli 160 nömrəli əmrinə əsasən imişli Rayon Mühafizə Şöbəsində doqquz vahid polis nəfəri ştatları ixtisar edilmişdir. Bununla bağlı xx.xx.2021-ci il tarixdə İmişli Rayon Mühafizə Şöbəsində keçirilmiş əməliyyat müşavirəsində İddiaçı da daxil olmaqla vəzifələri ixtisar edilmiş polis nəfərlərinə xidmət üzrə iş yerlərinin Baş İdarə rəhbərliyinin göstərişinə əsasən Bakı şəhər mühafizə hissələrinə, xüsusən məsafə baxımından İmişli rayonuna yaxın olan Qaradağ rayon Mühafizə İdarəsinə dəyişdirilməsi barədə təklif edilmişdir. Vəzifəsi ixtisar edilmiş polis nəfəri İddiaçı X6nda xidmətdən xaric olunmasını xahiş etmişdir və xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək sərəncamda olması qərara alınmışdır. Keçirilmiş əməliyyat müşavirəsi barədə protokol tərtib edilmiş, əməliyyat müşavirəsinin gedişatı tam əks olunmuşdur. Odur ki, İddiaçı iş təklif edilməsi barədə digər sənəd mövcud deyil. İddiaçı Allahvardi oğlu barəsində müraciətdə göstərilən digər zəruri sənədlərin təsdiq olunmuş surətlərini əlavə etmişdir. İşdə olan Azərbaycan Respublikası Cavabdeh məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-13-17/2-3295/2023 nömrəli məktubuna əlavə edilmiş xx.xx.2021-ci il tarixli, Ə1159ş/h- 038-21 nömrəli əmrin təsdiq edilmiş surətindən görünür ki, polis baş serjantı İddiaçı İmişli rayon Mühafizə şöbəsinin polis nəfəri, “istefada olan polis baş serjantı” sayılmaqla xx.xx.2021-ci il tarixdən “Azərbaycan Respublikası X6nda xidmət keçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 11-ci bəndi ilə (ştatlar ixtisar edildikdə) xidmət xaric edilmişdir. İşdə olan Azərbaycan Respublikası Cavabdeh İmişli rayon Mühafizə şöbəsinin xx.xx.2024cü il tarixli, 3-13-17-xx/xx/2024 nömrəli məktubundan görünür ki, sabiq polis nəfəri İddiaçı məxsus attestat və əmək kitabçası Azərbaycan Respublika DİN-in Baş Mühafizə İdarəsinin 18 oktyabr 2021-ci il tarixli 038-23-256-1221 nömrəli məktubu ilə 26 oktyabr 2021-ci il tarixdə İmişli Rayon Mühafizə Şöbəsinə daxil olmuş və 27 oktyabr 2021-ci il tarixdə İddiaçı təhvil verilmişdir. O, Attestat və Əmək kitabçasını alması barədə qəbz yazmışdır. Məhkəmə iddiaçını və iddiaçının vəkilini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» AR Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 2.0.11-ci maddəsinə görə əlverişsiz (yükləyici) inzibati akt – maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanunun 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Mübahisənin mahiyyətinə gəldikdə isə, məhkəmə aşağıdakıları diqqətə çəkir: «Polis haqqında» AR Qanununun 1-ci maddəsinə görə polis – Azərbaycan Respublikasının icra hakimiyyətinə mənsub olan vahid mərkəzləşdirilmiş, hüquq-mühafizə orqanıdır, polis əməkdaşı – polis orqanlarında müəyyən vəzifə tutan və bu qanunla müəyyənləşdirilmiş səlahiyyətləri həyata keçirən dövlət qulluqçusudur. Həmin Qanunun 13-cü maddəsinə görə səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş davranış qaydalarına riayət etmək polis əməkdaşının ümumi vəzifələrindən biridir. Həmin Qanunun 33-cü maddəsinin İ hissəsinin 3-cü bəndinə əsasən polis əməkdaşı adına ləkə gətirən hərəkət etdikdə, polis əməkdaşı intizam məsuliyyətinə cəlb edilir. Azərbaycan Respublikasının 19 iyun 2001-ci il tarixli 168-İİQ saylı Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Azərbaycan Respublikasının X6nda xidmət keçmə haqqında» Əsasnamənin 108-ci maddəsinə görə X6nda xidməti intizam – əməkdaşlar tərəfindən onlara həvalə olunmuş vəzifələrin icrasından və öz səlahiyyətlərini həyata keçirən zaman Azərbaycan Respublikasının qanunvericiliyinə, vəzifə təlimatlarına, habelə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının və bilavasitə rəislərin əmr və göstərişlərinə əməl etməkdən ibarətdir. Əsasnamənin 40-cı maddəsinə əsasən təşkilati və ştat dəyişiklikləri ilə əlaqədar X6nın əməkdaşı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada tutduğu vəzifədən azad edilərək iki aydan artıq olmayan müddətə müvafiq orqanın sərəncamında saxlanıla bilər. Göstərilən müddətdə həmin əməkdaşa tam həcmdə əmək haqqı ödənilir və onun işlə təmin olunması məsələsi həll edilir. Əsasnamənin 114-cü maddəsinə görə xidməti intizam qaydalarını pozmağa görə X6nın əməkdaşlarına aşağıdakı intizam tənbehləri tətbiq edilə bilər: məzəmmət, töhmət, şiddətli töhmət, xidməti vəzifəyə tam uyğun olmaması barədə xəbərdarlıq, tutduğu vəzifədən aşağı vəzifəyə keçirmə, xüsusi rütbənin bir pillə aşağı salınması, xidmətdən xaric edilmə. Əsasnamənin 135-ci maddəsinin 11-ci bəndinə əsasən ştatlar ixtisar edildikdə xidmətdən xaric edilə bilər. Əsasnamənin 142-ci maddəsinə əsasən bu Əsasnamənin 135-ci maddəsinin 5, 6 və 11-ci bəndlərinə müvafiq olaraq xidmətdən xaric edilən X6nın əməkdaşları xidmətdən xaric ediləcəkləri haqda bilavasitə rəisləri tərəfindən iki aydan gec olmayan müddətdə xəbərdar edilirlər. Azərbaycan Respublikası Daxili İşlər Nazirinin xx.xx.2005-ci il tarixli 130 №-li əmri ilə təsdiq edilmiş X6 X3 Kodeksinin 22-ci maddəsində də göstərilir ki, davranış kodeksində təsbit olunmuş prinsip və qaydaların əməkdaş tərəfindən yerinə yetirilməməsi xidməti və icra intizamının pozulması, X6 əməkdaşının adına xələl gətirən ləyaqətsiz hərəkət kimi qiymətləndirilir və «Azərbaycan Respublikası X6nın intizam nizamnaməsi»ndə müəyyən olunmuş qaydada intizam məsuliyyəti doğurur. İntizam məsuliyyətinin dərəcəsi və tənbehin növü yol verilmiş intizam pozuntusu faktı üzrə keçirilən xidməti təhqiqatın və ya araşdırmanın nəticələrinə əsasən, buna səlahiyyəti olan vəzifəli şəxs tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 8 aprel 2005-ci il tarixli 130 nömrəli əmri ilə təsdiq edlmiş «X6 X3 Kodeksi»nin müddəalarında DİO əməkdaşları ilə bağlı aşağıdakı tələblər nəzərdə tutulmuşdur: - (maddə 1) Azərbaycan Respublikasının qanunvericiliyinə, cəmiyyətdə qəbul olunmuş norma və qaydalara tam şəkildə əməl etməli, bu işdə digər şəxslərə nümunə olmalıdır; - (maddə 2) Anda, xidməti və vətəndaşlıq borcuna sadiq olmalı, vətəndaşların həyat və sağlamlığının, hüquq və azadlıqlarının, cəmiyyətin və dövlətin maraqlarının hüquqazidd qəsdlərdən qorunmasına görə öz şəxsi məsuliyyətini hiss etməlidir. Daim yadda saxlamalıdır ki, hətta bir əməkdaşın Andını pozması, xidməti borcunu yerinə yetirməməsi və nalayiq hərəkətə yol verməsi, bir çox əməkdaşın fədakar əməyi və nümunəvi xidməti hesabına əldə olunmuş uğurlara və nüfuza kölgə sala bilər; - (maddə 6-1) Xidməti vəzifələrin icrası ilə bir araya sığmayan və polis əməkdaşı adına xələl gətirə biləcək, habelə xidmət keçdiyi və başqa dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməlidir; - (maddə 13) İcrasının mümkün olmayacağını qabaqcadan bildiyi (və ya bilməli olduğu) öhdəlikləri (borc pul, kirayə və s.), üzərinə götürməməlidir. Üzərinə götürdüyü öhdəlikləri müəyyənləşdirilmiş şərtlərə uyğun icra etməlidir; - (maddə 17) Müxtəlif məsələlərlə bağlı keçirilən xidməti təhqiqat və ya yoxlama zamanı verilən sualları tam və səmimi cavablandırmalı, obyektivliyin təmin edilməsinə köməklik göstərməlidir; - (maddə 21) Xidmətdə və həyatda təvazökar olmalı, vəzifə üzrə irəli çəkilməsi, mükafatlandırılması, imtiyazların əldə edilməsi üçün müəyyən olunmuş qaydalara zidd yollar axtarmamalı, kənar vasitəçilərin bu məsələyə müdaxiləsini qətiyyətlə rədd etməlidir; - (maddə 22) Davranış kodeksində təsbit olunmuş prinsip və qaydaların əməkdaş tərəfindən yerinə yetirilməməsi xidməti və icra intizamının pozulması, X6 əməkdaşının adına ləkə gətirən hərəkət kimi qiymətləndirilir və "Azərbaycan Respublikası X6nın intizam nizamnaməsi"ndə müəyyən olunmuş qaydada intizam məsuliyyəti doğurur. Etik davranış qaydalarının pozulması X6 əməkdaşlarının intizam məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. X6 əməkdaşlarının intizam məsuliyyətinə cəlb edilməsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətdə həyata keçirilir. İntizam məsuliyyətinin dərəcəsi və tənbehin növü yol verilmiş intizam pozuntusu faktı üzrə keçirilən xidməti təhqiqatın və ya araşdırmanın nəticələrinə əsasən, buna səlahiyyəti olan vəzifəli şəxs tərəfindən müəyyən edilir. Məhkəmə araşdırması zamanı təqdim edilən sənədlərə əsasən “DİN-in Baş Mühafizə idarəsinin hissələrinin təşkilatı-ştat məsələlərinə dair” xx.xx.2021-ci il tarixli 160 nömrəli əmrinə əsasən imişli Rayon Mühafizə Şöbəsində doqquz vahid polis nəfəri ştatları ixtisar edildiyi, bununla bağlı xx.xx.2021-ci il tarixdə İmişli Rayon Mühafizə Şöbəsində keçirilmiş əməliyyat müşavirəsində İddiaçı da daxil olmaqla vəzifələri ixtisar edilmiş polis nəfərlərinə xidmət üzrə iş yerlərinin Baş İdarə rəhbərliyinin göstərişinə əsasən Bakı şəhər mühafizə hissələrinə, xüsusən məsafə baxımından İmişli rayonuna yaxın olan Qaradağ rayon Mühafizə İdarəsinə dəyişdirilməsi barədə təklif edilmiş, Vəzifəsi ixtisar edilmiş polis nəfəri İddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək sərəncamda olması qərara alınmış, İddiaçı tərəfindən edilən təkliflər qəbul edilmədiyindən Azərbaycan Respublikası Cavabdeh xx.xx.2021-ci il tarixli, 71159ş/h-038-21 nömrəli əmrinə əsasən X6ndan “Azərbaycan Respublikası X6nda xidmət keçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 11-ci bəndi ilə (ştatlar ixtisar edildikdə) xaric olunmuşdur. Vəzifələri ixtisar edilmiş polis nəfərləri sərəncamda olduqları 2 ay müddətində (yemək pulu istisna olunmaqla) əmək haqlarının, həmçinin xidmətdən xaric edildikdən sonra son haqq hesabın tam ödənilmişdir. İş materiallarına əlavə edilən iddiaçı barəsində verilən xidməti xasiyyətnamədə işlədiyi müddətdə iş yoldaşlarına qarşı daim qeyri-səmimi münasibədə olduğu, iş yoldaşları ilə kobud rəftar edərək əməkdaşlarla münaqişə yaratmağa meylli olduğu, vətəndaşlara qarşı münasibətdə nəzakətsiz olduğu qeyd edilmişdir. İş materiallarına olan xx.xx.2023-cü il tarixli akda isə İddiaçı və ştatları ixtisar edilməsi ilə əlaqədar xaric edilən digər əməkdaşların iş yerlərinin Bakı şəhər mühafizə hissələrinə dəyişdirilməsi barədə təklifin edildiyi və qeyd edilən şəxslərin işləməkdən imtina etməsi və təqaüdə gönderilmələrinin təklif edilməsi qeyd edilmişdir. xx.xx.2023-cü il tarixdə tərtib edilən akt İddiaçı tərəfindən imza edilməmişdir. Məhkəmə qeyd edir ki, mübahisələndiirlən əmr yalnız iddiaçı barəsində deyil 7 nəfər barəsində qəbul edilmişdir ki, digər xaric edilən şəxslər onlara iş yerlərinin Bakı şəhər mühafizə hissələrinə dəyişdirilməsi barədə təklifin edildiyi və həmin işi qəbul etmədikləri halının baş verdiyi hissəsini yuxarıda qeyd edilən aktla təsdiqləmişdirlər. İddiaçı isə həmin vəzifənin ona təklif edilmədiyini bildirsə də, iş materiallarına əsasən iddiaçının qeyd edilən təkliflə bağlı münasibətini bildirməsi üçün kifayət qədər vaxtının olduğu müəyyən edilir. Belə ki, xx.xx.2021-ci il tarixdə İmişli Rayon Mühafizə Şöbəsində keçirilmiş əməliyyat müşavirəsində artıq qeyd edilən hallara hüquqi qiymət verilmiş və xaric ediləcək olan əməkdaşlar, eləcə də İddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 2 aydan çox müddətə sərəncamda olmuşdur. Sərəncamda olduğu dövrdə iddiaçı tərəfindən qeyd edilən təkliflərin qəbul etməsi və ya onun barəsində tərtib olunan tədbirlərlə bağlı hər hansı hərəkətinin (münasibətinin) olduğu müəyyən edilməmişdir. Məhkəmə mövcud qanunvericiliyin yuxarıda qeyd olunan normalarını işin bütün faktiki hallarına tətbiq edərək, eyni zamanda işdə olan sübutları qiymətləndirərək hesab edir ki, iddiaçının Azərbaycan Respublikası X4 Baş Mühafizə İdarəsinn xx.xx.2021-ci il tarixli, Ə1159ş/h-038-21 əmrin onun işdən azad olunmasına dair hissədə qismən ləğv edilməsi” tələbi əsaslı sayılmamalıdır. Cavabdeh inzibati orqan tərəfindən səlahiyyətlərin həyata keçirilməsi zamanı iddiaçının hüquqlarına əsassız müdaxiləyə yol verilməmişdir. Hazırki halda mübahisələndirilən əmr qanunvericiliyin tələblərinə uyğun qəbul edildiyindən və onun qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirildiyindən iddiaçının cavabdeh inzibati orqana qarşı olan tələbi əsaslı olmadığı müəyyən edilir. İPM-in 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Beləliklə, məhkəmə toplanmış, şifahi məhkəmə iclasında tədqiq edilmiş və proses iştirakçılarının öz mülahizələrini bildirdikləri sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Azərbaycan Respublikası X4 Baş Mühafizə İdarəsinin xx.xx.2021ci il tarixli, Ə1159ş/h-038-21 əmrin onun işdən azad olunmasına dair hissədə qismən ləğv edilməsi barədə iddia tələbi təmin edilməməlidir. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. İş materiallarından görünür ki, iş üzrə hər hansı prosessual xərc mövcud deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 115.1-ci maddəsinin tələbinə görə mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası X4 Baş Mühafizə İdarəsinə qarşı “xx.xx.2021ci il tarixli, Ə1159ş/h-038-21 əmrin onun işdən azad olunmasına dair hissədə qismən ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Hilal Nəcəfov
Məhkəmə qərarları › İş №2-1(120)-167/2024
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-167/2024
06.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver