Məhkəmə qərarları › İş №2-1(120)-1673/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1673/2025

07.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1673/2025 07.04.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hаkim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 07 aprel 2025-ci il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 22 fevral 1985ci il tarixdən 14 yanvar 2000-ci il tarixədək və 25 fevral 2005-ci il tarixdən 12 dekabr 2014cü il tarixədək əmək fəaliyyəti dövrləri də daxil olmaqla əmək kitabçasında qeyd edilən işlədiyi bütün illərin sosial sığorta stajı kimi nəzərə alınmaqla hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iş üzrə iddianın dəyişdirilərək “ona hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 07 avqust 1958-ci il tarixdə anadan olmuşdur. İlk əmək fəaliyyətinə isə 04 avqust 1975-ci il tarixdə Cəlilabad rayon keçmiş “M.S.Ordubadi” adına üzümçülük sovxozunda fəhlə işləməklə başlamışdır. 22 oktyabr 1976-cı il tarixdə hərbi xidmətə getməyilə əlaqədar işdən azad olunmuşdur. 11 noyabr 1976-cı ildən 08 noyabr 1978-ci il tarixədək hərbi xidmətdə olmuşdur. 02 aprel 1979-cu il tarixdə yenidən Cəlilabad rayon keçmiş “M.S.Ordubadi” adına üzümçülük sovxozuna fəhlə qəbul olunmuş, 28 noyabr 1979-cu il tarixdə sovxozun texnika parkına mexanizator təyin olunmuşdur. 10 avqust 1983-cü il tarixdə isə sovxozun şərab zavoduna laboratoriya müdiri vəzifəsinə təyin olunmuş və 22 fevral 1985-ci tarixdə başqa işə keçməyilə əlaqədar işdən azad olunmuşdur. 22 fevral 1985-ci il tarixdə Cəlilabad rayon keçmiş “Nizami” adına üzümçülük sovxozunda şərab zavoduna baş şərabçı təyin olunmuşdur. 01 sentyabr 1986-cı ildə vəzifəsində saxlanılmaqla 1 nömrəli üzüm emalı zavodunun tərkibinə keçirilmişdir. 20 iyun 1989-cu il tarixdə müvəqqəti olaraq direktor əvəzi təyin olunmuşdur. 08 avqust 1989-cu il tarixdə tutduğu vəzifədən azad olunaraq əmək məzuniyyəti yerinə baş şərabçı keçirilmişdir. 21 fevral 1995-ci il tarixdə 1 nömrəli üzüm emalı zavodunun Cəlilabad rayon keçmiş “M.S.Ordubadi” adına üzüm istehsalı və emalı müəssisəsinə birləşdirilməsi ilə əlaqədar olaraq zavodun şərabçılıq sahəsi üzrə baş mühəndis vəzifəsində (baş şərabçı) saxlanılmışdır. 01 iyul 1997-ci il tarixdə müəssisənin fəaliyyətinə xitam verilməsi ilə bağlı vəzifəsindən azad edilib yerli aqrar islahat komissiyasnın üzvü keçirilmişdir. 14 yanvar 2000-ci il tarixdə yerli Bələdiyyə seçkilərində bələdiyyə üzvlüyünə seçildiyi üçün yerli aqrar islahat komissiyasının üzvlüyündən azad edilmişdir. 14 yanvar 2000-ci il tarixdə Fərzili kənd bələdiyyəsinin sədri təyin edilmişdir. 28 yanvar 2005-ci il tarixdə səlahiyyət müddəti başa çatdığı üçün bələdiyyə sədri vəzifəsindən azad olunmuşdur. 25 fevral 2005-ci il tarixdə "xxxx" ASC-nin idarə heyətinin sədri vəzifəsinin icrası ona həvalə edilmişdir. 14 aprel 2005-ci il tarixdə "xxxx" ASC-nin idarə heyətinin sədri təyin edilmiş və 12 dekabr 2014-cü il tarixdə ərizəsinə əsasən həmin vəzifədən azad olunmuşdur. 28 yanvar 2015-ci il tarixdə Astanlı bələdiyyəsinin sədri vəzifəsinə seçilmiş və 30 noyabr 2015-ci il tarixdə öz ərizəsinə əsasən həmin vəzifədən azad edilmişdir. 01 fevral 2019-cu il tarixdə stajçı kimi Cəlilabad RİHB-nin Astanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini vəzifəsinə təyin olunmuşdur, 01 avqust 2019-cu il tarixdə sınaq müddəti ilə dövlət qulluğuna qəbul olunmuş və Cəlilabad RİHB-nin Astanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini vəziləsinə təyin olunmuşdur. 01 noyabr 2019-cu il tarixdə isə həmin vəzifədə daimi dövlət qulluğuna qəbul edilmiş və hal hazırda da işləyir. Onun 07 avqust 2023-cü il tarixdə 65 yaşı tamam olmuş və əmək pensiyası təyin olunması üçün cavabdeh orqana müraciət etmişdir. Lakin cavabdeh orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafıə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı onun 22 fevral 1985-ci il tarixdən 14 yanvar 2000-ci il tarixədək və 25 fevral 2005-ci il tarixdən 12 delabr 2014-cü il tarixədək əmək fəaliyyəti dövrünü nəzərə almadan ona ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olmasını bildirərək ona yaşa görə əmək pensiyasının təyin edilməsindən əsassız olaraq imtina etmişdir. İnzibati orqanın işlədiyi müəssisənin faktiki və arxiv sənədlərinin təhvil verilməməsi göstərilir. Qeyd etmək istəyir ki, arxiv sənədlərinin təhvil verilib-verilməməsi onun səlahiyyətinə aid deyil, aid olmadığı üçün də hüququnun pozulması anlamına gələ bilməz. Onunla işləyən iş yoldaşları da həmin müəsissələrdə işlədiyinə şahiddir, bununla bağlı əmək kitabçasında da qeydlər var. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi məhkəməyə iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, İddiaçı xx.xx.2024-cü il tarixdə Mərkəzi Filiala ərizə ilə müraciət edərək ona yaşa görə pensiyanın təyin edilməsini xahiş etmişdir. Mərkəzi Filialın xx.xx.2024-cü il tarixli, 3-17-1/2-Ə-140521/2024 nömrəli məktubuna əsasən iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Beləliklə, İddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsində hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsini məhkəmədən xahiş etmişdir. İşin faktiki hallarından məlum olur ki, İddiaçı xx.xx.1958-ci il tarixdə doğulmuş, beləliklə də xx.xx.2023-cü il tarixdə 65 yaşı tamam olmuşdur. İddiaçı təqdim edilmiş imtinanın hüquqi əsasını “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsi təşkil etmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinin xx.xx.2023-cü il tarixdə qüvvədə olmuş redaksiyası aşağıdakı kimi ifadə olunmuşdur: “65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır.” İstinad olunan normanın müddəaları baxımından iddiaçıya yaşa görə əmək pensiyasının təyin olunması üçün aşağıdakı dispozisiya şərtlərinin birlikdə ödənilməsi tələb olunurdu: 1. İddiaçının 65 yaşı tamam olmalıdır (yaş tələbi); 2. İddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir. Bu şərt təmin olunmadığı halda isə iddiaçı ən azı 25 il ümumi sığorta stajına malik olmalıdır (pensiya kapitalı və ya sığorta stajı tələbi). İnzibati icraat materiallarından da aydın olur ki, İddiaçı yaş tələbini ödəsə də, pensiya kapitalı ilə bağlı şərtlər ona münasibətdə mövcud olmamışdır. Belə ki, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sığorta” altsistemi vasitəsilə əldə edilmiş məlumata əsasən iddiaçının fərdi hesabının sığorta hissəsində yalnız xx.xx.2019cu il tarixdən etibarən pensiya kapitalı qeydə alınmışdır. “Əmək pensiyaları haqqında” Qanunun 27.1-ci maddəsinə əsasən sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) xx.xx.2006-cı il tarixədək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi şəxsi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi şəxsi hesablarının sığorta hissəsində xx.xx.2006-cı il tarixə qeydə alınır. Qeyd olunan normanın tələblərinə uyğun olaraq, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixədək 14 il 6 ay 12 gün sığorta stajına uyğun olaraq 13460 manat (2023-cü il tarixə indeksləşdirilmiş), xx.xx.2019-cu il tarixdən xx.xx.2023-cü il tarixədək 9431,48 manat (2023-cü il tarixə indeksləşdirilmiş) olmaqla, ümumilikdə 22891,48 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 40320 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (280 manat) az olmayan pensiya təminatına imkan vermir. Belə olan halda iddiaçıya pensiya təyin edilməsi üçün sığorta stajı ilə bağlı olan tələb ödənməlidir. X.X7 təqdim etdiyi sənədlərin surətinə əsasən onun mübahisələndirilməyən sığorta stajı 18 il 5 ay 12 gün təşkil edir. Bu isə qanunvericiliklə tələb olunan 25 ildən azdır. İddiaçı mübahisələndirilməyən sığorta stajına xx.xx.2000-ci il tarixdən xx.xx.2005-ci il tarixədək Cəlilabad rayonu Fərzili kənd bələdiyyəsində bələdiyyə sədri kimi əmək fəaliyyəti dövrü də daxildir. Eyni zamanda bildiririk ki, İddiaçı əmək kitabçasında qeyd olunan mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1985-ci il tarixdən xx.xx.2000-ci il tarixədək və xx.xx.2005-ci il tarixdən xx.xx.2014-cü il tarixədək olan əmək fəaliyyəti dövrlərinin araşdırılması zərurəti yaranmışdır. Fondun 2 saylı Lənkəran-Astara regional filialı ilə Cəlilabad rayon Dövlət Arxivinin birgə tərtib etdiyi xx.xx.2023-cü il tarixli akta əsasən Cəlilabad rayon 1 nömrəli üzüm emalı zavodunun, “Ordubadi” adına üzüm istehsalı və emalı müəssisəsinin əməkhaqqı cədvəlləri arxivə təhvil verilmiş, lakin həmin cədvəllərdə iddiaçıya əməkhaqqı hesablanması barədə məlumat aşkar edilməmişdir. Həmçinin iddiaçının iddia ərizəsinə əlavə etdiyi Cəlilabad rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli, 3-48-12RA/2-Ə-257/2024 nömrəli arxiv arayışında da “Nizami” və "Ordubadi” adına üzüm sovxozlarının əməkhaqqı kitablarında iddiaçının adına əməkhaqqı aşkarlanmadığı qeyd olunmuşdur. Bu səbəbdən xx.xx.1985-ci il tarixdən xx.xx.2000-ci il tarixədək dövrün sığorta stajına daxil edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun ətraflı və sistematik təhlili onu deməyə əsas verir ki, hər hansı iş müddətinin pensiya hüququ verən sığorta stajına daxil edilməsi ücün 3 mühüm şərt ödənilməlidir: (a) İddiaçının əmək fəaliyyəti olmalıdır. Qanunun 7-ci maddəsinə əsasən 25 il sığorta stajı olduqda yaşa görə pensiya hüququ yaranır. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. (b) İddiaçıya münasibətdə müvafiq dövrlə bağlı məcburi dövlət sosial sığorta haqları ödənilməlidir. Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Bu Qanunun 21.2.1-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti daxil edilir. (c) İddiaçı müvafiq dövrdə əməkhaqqı almalıdır. Bu tələb birbaşa əmək pensiyasının Qanunun 1.0.1-ci maddəsində ifadə olunmuş anlayışından irəli gəlir. Belə ki, əmək pensiyası məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənisidir. Cavabdeh sadalanan şərtlərdən hətta birinin mövcud olmadığı təqdirdə iddiaçıya pensiya təyinatından imtina etməkdə haqlıdır. Odur ki, mübahisələndirilən dövrdə iddiaçı əməkhaqqı almadığına görə həmin dövr sığorta stajına daxil ediməmişdir. Digər mübahisələndirilən dövr isə iddiaçının xx.xx.2005-ci il tarixdən xx.xx.2014-cü il tarixədək "xxxx" ASC-də əmək fəaliyyəti ilə bağlıdır. Hazırkı iş üzrə xx.xx.2006-cı il tarixdən xx.xx.2014-cü il tarixədək olan dövr ərzində sığortaedən tərəfindən iddiaçıya münasibətdə məcburi dövlət sosial sığorta haqqı ödənilmədiyindən əmək kitabçasında qeyd olunan həmin dövrlər onun sosial sığorta stajına daxil edilə bilməz. Oxşar mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının analoji işlərlə bağlı iddiaçı X3 “əmək pensiyanın bütün əmək stajı nəzərə alınmaqla yenidən hesablanması və əmək pensiyasının sığorta hissəsinin düzgün indeksləşdirilməsi” tələbinə dair xx.xx.2024-cü il tarixli 2-1(102)-139/2024 nömrəli qərarı ilə də müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati X1 “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair xx.xx.2024-cü il tarixli 2-1(102)-474/2024 nömrəli qərarının 26-cı bəndində də qeyd olunduğu kimi xx.xx.2006-cı il tarixdən sonrakı fəaliyyət dövrünün sosial sığorta stajına daxil edilə bilməsi üçün şəxsin adına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi tələb olunur. Hazırkı işin hallarından isə xx.xx.2006-cı il tarixdən xx.xx.2014-cü il tarixədək olan dövrlə bağlı məhz iddiaçının adına sosial sığorta ödənişlərinin həyata keçirildiyi müəyyən edilmir. xx.xx.2006-cı il tarixədək olan dövrə münasibətdə isə bildiririk ki, qeyd edilən tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 3-cü maddəsinə əsasən Qanunla nəzərdə tutulmuş başqa şərtlərə əməl etməklə ictimai faydalı əməklə məşğul olan aşağıdakı şəxslərin əmək pensiyası almaq hüququ vardır: a) mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda, kooperativlərdə əmək müqaviləsi əsasında, yaxud kolxozlarda və digər kooperativlərdə üzvlük əsasında işləyənlər - Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna sığorta haqları keçirmək şərti ilə. Həmin Qanunun “iş stajına daxil edilən əmək fəaliyyətinin növləri” adlanan 67-ci maddəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla xx.xx.2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. xx.xx.2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Göründüyü kimi, qüvvədən düşmüş qanunda da xx.xx.2002-ci il tarixədək və ondan sonrakı dövrlər fərqli qaydada tənzimləmiş və xx.xx.2002-ci il tarixdən hər hansı iş müddətinin staja daxil edilməsi məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə şərtləndirilmişdir. Hazırkı iş üzrə isə iddiaçının özünün qanuni təmsilçisi olduğu sığortaedən "xxxx" ASC (VÖEN: **********; SUN: **********9) tərəfindən iddiaçıya münasibətdə xx.xx.2006-cı il tarixədək olan heç bir dövr ərzində belə bir ödənişin edilməsi müəyyən olunmur. Əlavə olaraq, İddiaçı fərdi hesabının sığorta hissəsində xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək pensiya kapitalı qeydə alınmadığına görə pensiyanın avtomatlaşdırılmış qaydada təyin edilməsi də mümkün deyil. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 22-1.1-ci maddəsinə əsasən xx.xx.2019-cu il tarixdən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində xx.xx.2018-ci il tarixə qeydə alınmış pensiya kapitalı olduqda, xx.xx.2006-cı il tarixədək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli icmal məktubuna əsasən məcburetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən cavabdeh inzibati orqanın imtinasının qanuni və əsaslı olubomadığının müəyyən edilməsi ilə yanaşı, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsini (arzuladığı inzbati aktın qəbul edilməsini, öhdəliyin icrasını) tələb etməkdə nə dərəcədə haqlı olduğu müəyyən edilir. Buna görə də, məhkəmələr işə baxarkən cavabdehin imtina, etiraz və apelyasiya şikayətlərinin dəlillərinə münasibət bildirməli olsalar da, yalnız həmin dəlillərin araşdırılması və qiymətləndirilməsi ilə məhdudlaşmayaraq, işin mahiyyəti üzrə həll edilməsinə təsir edən hissədə, yəni iddiaçıya arzuladığı pensiyanın təyin edilməsinə və ya yenidən hesablanmasına imkan verən bütün zəruri faktiki halların mövcudluğunu müəyyən etməli və onlara tətbiq edilməli hüquq normaları əsasında məsələyə qiymət verməlidirilər. Məlumdur ki, cavabdeh inzibati orqanın imtinasının hüquqi baxımdan qanuni olub-olmadığını müəyyənləşdirmək üçün aşağıdakı hallar yoxlanılmalıdır: 1. İmtinanın hüquqi əsasını təşkil edən səlahiyyətverici normanın dispozisiya şərtlərinin müvafiq iş üzrə mövcud olub-olmaması; 2. Cavabdehin müvafiq norma üzrə yol verilən hüquqi nəticəni seçib-seçməməsi. Mövcud icraat materiallarına əsasən İddiaçı münasibətdə qanunvericiliklə tələb olunan pensiya kapitalı və sığorta stajı ilə bağlı şərtlər mövcud deyil. Qeyd olunan hallar İddiaçı “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsi üzrə pensiya təyinatına imkan verməmişdir. Müvafiq normanın bütün dispozisiya şərtlərinin hazırkı iş üzrə mövcud olub-olmadığını yoxladıqdan sonra növbəti mərhələdə cavabdehin düzgün hüquqi nəticəni seçib-seçmədiyi müəyyən olunmalıdır. Mərkəzi Filialın imtinasının hüquqi əsasını təşkil edən “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsi üzrə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yaş, pensiya kapitalı və ya sığorta stajı tələbi ilə bağlı qeyd olunan şərtlər mövcud olmalıdır. Cavabdeh sadalanan şərtlərdən hətta birinin mövcud olmadığı təqdirdə iddiaçıya pensiya təyinatından imtina etməkdə haqlıdır. Deməli, Mərkəzi Filial iddiaçıya yaşa görə əmək pensiyasının təyin olunmasından imtina etməklə düzgün hüquqi nəticəyə gəlmişdir. Bu səbəbdən Mərkəzi Filialın imtinası qanunauyğundur. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianı müdafiə edərək, onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X8 təmsil etdiyi qurumun iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı münasibətinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əsasən hazırki iş üzrə İddiaçı xx.xx.1958-ci il tarixdə Cəlilabad rayonunun Fərzili kəndində doğulmuş və həmin kənddə qeydiyyatda olmaqla yaşayır. İş materiallarında olan ББ 146099 nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək 2 il 18 gün Sovet Ordusu Silahlı Qüvvələri sıralarında hərbi xidmətdə olmuşdur. İş materiallarında olan xx.xx.1982-ci il tarixdə xx.xx.1958-ci ildə doğulmuş İddiaçı adına tərtib edilən ИТ-İ ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1975-ci il tarixli, 49 nömrəli əmrlə Cəlilabad rayon “M.S.Ordubadi” adına üzümçülük sovxozuna fəhlə qəbul edilmiş, xx.xx.1976-cı il tarixli, 50 nömrəli əmrlə hərbi xidmətə getdiyi üçün sovxoz fəhləliyindən azad edilmiş, 1 il 2 ay 18 gün iş stajı toplamışdır. xx.xx.1979-cu il tarixli, 35 nömrəli əmrlə hərbi xidmətdən qayıtdığı üçün sovxoza fəhlə qəbul edilmiş, xx.xx.1979-cu il tarixli, 122 nömrəli əmrlə sovxozun texnika parkına mexanizator təyin olunmuş, 10 avqust 1983-cü il tarixli, 53 nömrəli əmrlə sovxozun şərab zavoduna laboratoriya müdiri vəzifəsinə təyin olunmuş, xx.xx.1985-ci il tarixli, 16 nömrəli əmrlə başqa işə keçməyilə əlaqədar işdən azad olunmuş, 5 il 10 ay 20 gün iş stajı toplamışdır. xx.xx.1985-ci il tarixli, 28 nömrəli əmrlə Cəlilabad rayon “Nizami” adına üzümçülük sovxozunda şərab zavoduna baş şərabçı təyin olunmuş, xx.xx.1986-cı il tarixli, 130 nömrəli əmrlə vəzifəsində saxlanılmaqla 1 nömrəli üzüm emalı zavodunun tərkibinə keçirilmiş, xx.xx.1989-cu il tarixli, 101 nömrəli əmrlə müvəqqəti olaraq direktor əvəzi təyin olunmuş, xx.xx.1989-cu il tarixli, 128 nömrəli əmrlə tutduğu vəzifədən azad olunaraq əmək məzuniyyəti yerinə baş şərabçı keçirilmiş, xx.xx.1995-ci il tarixli, 1 nömrəli əmrlə 1 nömrəli üzüm emalı zavodunun Cəlilabad rayon keçmiş “M.S.Ordubadi” adına üzüm istehsalı və emalı müəssisəsinə birləşdirilməsi ilə əlaqədar olaraq zavodun şərabçılıq sahəsi üzrə baş mühəndis vəzifəsində (baş şərabçı) saxlanılmış, xx.xx.1997-ci il tarixli, 1 nömrəli əmrlə müəssisənin fəaliyyətinə xitam verilməsi ilə bağlı vəzifəsindən azad edilib yerli aqrar islahat komissiyasnın üzvü keçirilmiş, xx.xx.2000-ci il tarixli, 01 nömrəli əmrlə yerli Bələdiyyə seçkilərində bələdiyyə üzvlüyünə seçildiyi üçün yerli aqrar islahat komissiyasının üzvlüyündən azad edilmiş, bu vəzifələrdə 14 il 10 ay 22 gün iş stajı toplamışdır. xx.xx.2000-ci il tarixli, 02 nömrəli əmrlə Fərzili kənd bələdiyyəsinin sədri təyin edilmiş, xx.xx.2005-ci il tarixli, 04 nömrəli əmrlə səlahiyyət müddəti başa çatdığı üçün bələdiyyə sədri vəzifəsindən azad olunmuş, 5 il 14 gün iş stajı toplamışdır. xx.xx.2005-ci il tarixli, RK-13 nömrəli əmrlə "xxxx" ASC-nin idarə heyətinin sədri vəzifəsinin icrası ona həvalə edilmiş, xx.xx.2005-ci il tarixli, 01 nömrəli əmrlə "xxxx" ASC-nin idarə heyətinin sədri təyin edilmiş, xx.xx.2014-cü il tarixli, 06 nömrəli əmrlə ərizəsinə əsasən həmin vəzifədən azad olunmuş, 9 il 9 ay 16 gün iş stajı toplamışdır. xx.xx.2015-ci il tarixli, 01 saylı protokola əsasən Astanlı bələdiyyəsinin sədri vəzifəsinə seçilmiş, xx.xx.2015-ci il tarixdə öz ərizəsinə əsasən həmin vəzifədən azad edilmiş, 10 ay 02 gün iş stajı toplamış, xx.xx.2019-cu il tarixdə stajçı kimi Cəlilabad RİHB-nin Astanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini vəzifəsinə təyin olunmuş, xx.xx.2019-cu il tarixdə sınaq müddəti ilə dövlət qulluğuna qəbul olunmuş və Cəlilabad RİHB-nin Astanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini vəziləsinə təyin olunmuş, xx.xx.2019-cu il tarixdə isə həmin vəzifədə daimi dövlət qulluğuna qəbul edilmiş və hal hazırda da işləyir. Beləliklə, iş üzrə təqdim edilmiş sənədlərlə müəyyən olunur ki, İddiaçı hərbi xidmət (2 il 18 gün) və əmək fəaliyyəti (27 il 10 ay 19 gün) illəri nəzərə alınmaqla xx.xx.2006-cı il tarixədək ümumilikdə 29 il 11 ay 7 gün sosial sığorta stajına malik olmuşdur. Bundan başqa, iş materiallarında olan Cəlilabad rayon Dövlət Arxivinin xx.xx.2024cü il tarixli, 3-48-12RA/2-Ə-257/2024 saylı Cəlilabad rayon Dövlət Arxivində mühafizə olunan “Nizami və Ordubadi” adına sovxozların əmr kitablarından (1975-1986-cı illər üzrə) iş stajı barədə Arxiv Cıxarışından görünür ki, İddiaçı - xx.xx.1975-ci il tarixli, 49 nömrəli əmrlə “Ordubadi” adına üzümçülük sovxozuna 1 nömrəli briqadaya fəhlə qəbul edilmiş, İddiaçı - xx.xx.1985-ci il tarixli, 16 nömrəli əmrlə “Ordubadi” adına üzümçülük sovxoz şərab zavodunda işləyən, başqa yerə işləməyə getdiyi üçün işindən azad edilmiş, İddiaçı – xx.xx.1985-ci il tarixli, 28 nömrəli əmrlə “Nizami” adına üzümçülük sovxozuna fəhlə qəbul edilmiş və şərab zavoduna baş şərabçı təyin edilmiş, İddiaçı “Nizami” adına üzümçülük sovxozunda işdən çıxma əmri aşkar edilməmiş, İddiaçı “Ordubadi” adına üzümçülük sovxozuna işə girmə əmri aşkar edilməmiş, İddiaçı- xx.xx.1998-ci il tarixli, 7 ömrəli əmrilə Ordubadi” adına sovxozun fəaliyyətinə xitam verildiyi üçün vəzifələrindən azad edilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdən ona yaşa görə əmək pensiyası təyin edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, sonuncu xx.xx.2024-cü il tarixli, 3-17-1/2-Ə-140521/2024 nömrəli məktubla bundan imtina edərək bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2020-ci il tarixindən pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilib. Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakiıniyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunana yaşa görə əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilsrkən, onun fərdi şəxsi hesabının sığorta hissəsinds 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2025-ci illərdə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) 2006-cı il yarıvarın 1dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Təqdim etdiyiniz sənədlərin surətlərinə və Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən xx.xx.2000-ci il tarixindən xx.xx.2005-ci il tarixinədək əmək fəaliyyəti dövrünüz nəzərə alınmaqla sığorta stajınız 18 il 5 ay 12 gün təşkil edir. Eyni zamanda fərdi şəxsi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixinədək 14 il 6 ay 12 gün sığorta stajınıza uyğun olaraq 13460 manat (2023-cü il tarixinə indeksləşdirilmiş), xx.xx.2019-cu il tarixindən 31,12.2023-cü il tarixinədək 9431,48 manat (2023-cü il tarixinə indeksləşdirilmiş) olmaqla, ümumilikdə 22891,48 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 40320 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (280 manat) az olmayan pensiya təminatına imkan vermir. Həmçinin, Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən sizin xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi şəxsi hesabınızın sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Əlavə olaraq bildiririk ki, təqdim etdiyiniz əmək kitabçanızın surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1985-ci il tarixindən xx.xx.2000-ci il tarixinədək və xx.xx.2005-ci il tarixindən xx.xx.2014-cü il tarixinədək olan əmək fəaliyyəti dövrlərinizin araşdırılması zərurəti yaranmışdır. Fondun 2 saylı Lənkəran-Astara regional filiaiı ilə Cəiilabad rayon Dövlət Arxivinin birgə tərtib etdiyi xx.xx.2023-cü il tarixli akta əsasən Cəlilabad rayon 1 nömrəli üzüm emalı zavodunun, “Ordubadi” adına üzüm istehsalı və emalı müəssisəsinin əmək haqqı cədvəllərində adınıza əmək haqqı hesablanması barədə məlumat aşkar edilməmişdir. Bu səbəblə sözügedən dövrlərin sığorta stajınıza daxil edilməsi mümkün hesab edilmir. Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumatlara əsasən xx.xx.2006-cı il tarixindən xx.xx.2014-cü il tarixinədək fərdi şəxsi hesabınızın sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığı üçün xx.xx.2005-ci il tarixindən xx.xx.2014-cü il tarixinədək olan əmək fəaliyyəti dövrünüzün sığorta stajınıza daxil edilməsi mümkün hesab edilmir. Bildiririk ki, xx.xx.1985ci il tarixindən 14.01,2000-ci il tarixinədək və xx.xx.2005-ci il tarixindən xx.xx.2014-cü il tarixinədək əmək haqqı almağınızı təsdiq edən sənədləri (əmək haqqı arayışları) və əmrlərdən çıxarışları təqdim etdikdən sonra həmin dövrlərin sığorta stajınıza daxil edilməsinə baxıla bilər. Qeyd olunanları nəzərə alaraq, ümumi sığorta stajınız qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün sizə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericüiyin tələbləri baxımından mümkün hesab edilməyib. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə sosial müavinət almaq hüququ vardır. Qeyd olunan maddənin tələblərinə əsasən bildiririk ki, Cəlilabad Rayon İcra Hakimiyyəti ilə qüvvədə olan əmək müqaviləniz olduğu üçün sizə yaşa görə sosial müavinətin təyin edilməsi də qanunvericiliklə nəzərdə tutulmayıb. Əlavə olaraq bildiririk ki, əmək müqavilənizə xitam verildikdən sonra təkrar müraciətiniz əsasında yaşa görə sosial müavinət hüququnuza qanunvericiliyin tələblərinə uyğun olaraq yenidən baxılacaqdır. Məlumat üçün bildiririk ki, əlavə sənədlər təqdim edəcəyiniz təqdirdə müvafiq qaydada araşdırıldıqdan sonra sığorta stajınız qanunvericiliklə tələb olunan göstəricilərə uyğun gələrsə pensiya təminatı hüququnuza yenidən baxıla bilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, o, 1983-cü ilin yay aylarında '‘M.S.Ordubadi” adına üzümçülük sovxozunda fəhlə kimi işə başlamışdır. O, işə başlayanda İddiaçı həmin sovxozda laboratoriyada işləyirdi, sonra mühəndis keçdi. O, 1997-ci ildə işdən çıxmış, lakin İddiaçı hələ də orada mal-materialın qəbulu şöbəsində işləyirdi. Həmin sovxoz 2006-cı ilədək fəaliyyət göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, o, 1978-ci ildən 1997-ci ilədək '‘M.S.Ordubadi” adına üzümçülük sovxozunda işləmişdir. O, işlədiyi müddətdə İddiaçı orada işləyirdi. O, sovxoza 1978-ci ildə fəhlə işinə qəbul olunmuşdur. O, 1997-ci ildə işdən çıxanda İddiaçı sovxozda mühəndis işləyirdi. İddiaçı əvvəllər fəhlə, laboratoriya müdiri və.s işləmişdir. Beləliklə, iş üzrə təqdim edilmiş sənədlərə əsasən xx.xx.1958-ci il tarixdə doğulmuş İddiaçı xx.xx.2023-cü il tarixdə 65 yaşı tamam olmuş, iddiaçı ərizə ilə cavabdeh inzibati orqana müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmiş, lakin cavabdeh iddiaçıya yaşa görə əmək pensiyası təyinatından imtina etmiş, buna səbəb kimi iddiaçıya xx.xx.2006-cı il tarixə 14 il 6 ay 12 gün sığorta stajının olmasını və fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalının 13460 manat təşkil etdiyini qeyd etmiş, xx.xx.2006-cı il tarixindən xx.xx.2014-cü il tarixinədək fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmadığını, xx.xx.1985-ci il tarixindən xx.xx.2000-ci il tarixinədək və xx.xx.2005-ci il tarixindən xx.xx.2014-cü il tarixinədək əmək haqqı almasını təsdiq edən sənədlərin (əmək haqqı arayışlarının) təqdim olunmamasını bildirərək həmin dövrün sığorta stajınıza daxil edilməsini mümkün hesab etməmişdir. Məhkəmə İddiaçı yaşa görə əmək pensiyasının təyin olunmasından imtina edilməsi üçün cavabdeh təşkilatın gətirdiyi dəlilləri əsassız hesab edir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, İddiaçı xx.xx.1985-ci il tarixli, 28 nömrəli əmrlə Cəlilabad rayon “Nizami” adına üzümçülük sovxozunda şərab zavoduna baş şərabçı təyin olunması, xx.xx.1986-cı il tarixli, 130 nömrəli əmrlə vəzifəsində saxlanılmaqla 1 nömrəli üzüm emalı zavodunun tərkibinə keçirilməsi, xx.xx.1989-cu il tarixli, 101 nömrəli əmrlə müvəqqəti olaraq direktor əvəzi təyin olunması, xx.xx.1989-cu il tarixli, 128 nömrəli əmrlə tutduğu vəzifədən azad olunaraq əmək məzuniyyəti yerinə baş şərabçı keçirilməsi, xx.xx.1995-ci il tarixli, 1 nömrəli əmrlə 1 nömrəli üzüm emalı zavodunun Cəlilabad rayon keçmiş “M.S.Ordubadi” adına üzüm istehsalı və emalı müəssisəsinə birləşdirilməsi ilə əlaqədar olaraq zavodun şərabçılıq sahəsi üzrə baş mühəndis vəzifəsində (baş şərabçı) saxlanılması, xx.xx.1997-ci il tarixli, 1 nömrəli əmrlə müəssisənin fəaliyyətinə xitam verilməsi ilə bağlı vəzifəsindən azad edilib yerli aqrar islahat komissiyasının üzvü keçirilməsi, xx.xx.2000-ci il tarixli, 01 nömrəli əmrlə yerli Bələdiyyə seçkilərində bələdiyyə üzvlüyünə seçildiyi üçün yerli aqrar islahat komissiyasının üzvlüyündən azad edilməsi, bu vəzifələrdə 14 il 10 ay 22 gün iş stajı toplaması, habelə xx.xx.2000-ci il tarixli, 02 nömrəli əmrlə Fərzili kənd bələdiyyəsinin sədri təyin edilməsi, xx.xx.2005-ci il tarixli, 04 nömrəli əmrlə səlahiyyət müddəti başa çatdığı üçün bələdiyyə sədri vəzifəsindən azad olunması və 5 il 14 gün iş stajı toplaması, xx.xx.2005-ci il tarixli, RK-13 nömrəli əmrlə "xxxx" ASC-nin idarə heyətinin sədri vəzifəsini icrasının ona həvalə edilməsi, xx.xx.2005-ci il tarixli, 01 nömrəli əmrlə "xxxx" ASC-nin idarə heyətinin sədri təyin edilməsi, xx.xx.2014-cü il tarixli, 06 nömrəli əmrlə ərizəsinə əsasən həmin vəzifədən azad olunması və bu müddət ərzində 9 il 9 ay 16 gün iş stajı toplaması, beləliklə, hərbi xidmət (2 il 18 gün) və əmək fəaliyyəti (27 il 10 ay 19 gün) illəri nəzərə alınmaqla xx.xx.2006-cı il tarixədək ümumilikdə 29 il 11 ay 7 gün sosial sığorta stajına malik olması iş materialları ilə tam təsdiq olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Həmçinin, “Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydalarının 3.1.1-ci maddəsinə görə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Bununla bağlı Ali Məhkəmənin qərarlarında formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, sənədlərin arxivdə olmadığına görə əldə edilməməsi və ya qarşılıqlı yoxlamanın hər hansı səbəbdən baş tutmaması iddiaçının təqsiri ilə bağlı olmayan haldır və hətta bu halın mövcudluğu təsdiq olunsa belə, bu, özü-özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtinaya əsas verən hal kimi təsbit edilməmişdir. Məhkəmə tərkibi həmçinin qeyd etmişdir ki, belə məsələlərin mövcud olduğu işlər üzrə yerləşmiş məhkəmə təcrübəsi həm də ondan ibarətdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. Digər tərəfdən isə məhkəmə tərkibi qeyd edir ki, cavabdeh lazımi sübutlara əsaslanmaqla əmək kitabçasındakı və ya müəssisə tərəfindən verilmiş əmək fəaliyyətini təsdiq edən digər sənəddəki qeydlərin mötəbərliyini mübahisələndirə bilər. Bu halda, əmək kitabçasında və ya digər sənəddə göstərilən məlumatların həqiqiliyi ilə bağlı mübahisə yaranır. Belə mübahisə cavabdeh tərəfindən açıldığı üçün əmək kitabçasında ya digər sənəddə göstərilən məlumatların həqiqəti əks etdirmədiyinə dair sübutları təqdim etmək vəzifəsi də onun üzərinə düşür. Çünki qanunvericiliyin normaları əmək kitabçasındakı məlumatların həqiqiliyinə dair prezumpsiyanı təsbit edir. Prezumpsiyadan istisnaya istinad edən tərəf isə öz bildirdiklərini sübut etmək yükü daşıyır. Məhkəmə hesab edir ki, İddiaçı tərəfindən xx.xx.1985-ci il tarixindən xx.xx.2000-ci il tarixinədək və xx.xx.2005-ci il tarixindən xx.xx.2014-cü il tarixinədək əmək haqqı almasını təsdiq edən sənədlərin (əmək haqqı arayışlarının) təqdim olunmaması və ya müəyyən dövrlər üzrə ona əməkhaqqı hesablanmaması və əməkhaqqından sosial sığorta haqlarının tutulmaması iddiaçının təqsiri ilə bağlı hal kimi qiymətləndirilə bilməz və bunun məsuliyyətinin onun üzərinə qoyulması qanunvericiliyin tələblərinə ziddir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehin imtina dəlilləri qanunsuz, iddiaçının ona yaşa görə əmək pensiyası təyinatının aparılması tələbi isə əsaslı olduğundan iddiaçının tələbi üzrə cavabdeh inzibati orqanın üzərinə öhdəlik qoyulmalıdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qeyd olunduğu kimi, xx.xx.1958-ci ildə doğulmuş İddiaçı xx.xx.2023-cü il tarixdə 65 yaşı tamam olmuş, əmək kitabçasına və hərbi biletinə əsasən o, yaşa görə əmək pensiyası təyin edilməsi üçün qanunvericiliyin tələb etdiyi minimum 25 il sığorta stajını toplamış və onun yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində qeyd edilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, İddiaçı hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 75-ci, 78-79cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar