Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-1674/2022 16.12.2022 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, xx katibliyi ilə, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Baş Vergilər İdarəsinə qarşı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə **********469900 nömrəli 05 may 2022-ci il tarixli qərarın və onun nəticələrinin ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 16 dekabr 2022-ci il tarixdə Masallı Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Baş Vergilər İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə **********469900 nömrəli 05 may 2022-ci il tarixli qərarın və onun nəticələrinin ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 2.2.1ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə **********469900 nömrəli, xx.xx.2022-ci il tarixli qərarla 2021-ci ilin bəyannamə və hesabat dövrü üçün ümumilikdə 158490,00 manat dəyərində elektron qaimə fakturalarların “Azben Supplies" MMC-nin xərclərindən silinərək 31698,00 (159490*20%=31698) manat dəyərində əlavə mənfəət vergisi hesablanmışdır. Əsaslandaırma kimi 1 yanvar 2020-ci il tarixdən qüvvəyə minmiş olan Vergi Məcəlləsinin 13.2.82-ci maddəsi riskli vergi ödəyicisi - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir) və Vergi Məcəlləsinin 175.11-ci maddəsi (əmtəəsiz və (və ya) riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər bu Məcəllənin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir) qeyd edilmişdir. Lakin Vergilər Məcəlləsinin 175-ci maddəsi əvəzləşdirilən ƏDV qaydalarına aid olduğunu, 175.11-ci maddənin 175-ci maddənin məqsədləri üçün tətbiq edilməli olduğunu və 158490 manat ümumi məbləğli dövriyyənin ƏDV-siz məbləğ olduğunu, heç bir ƏDV əvəzləşdirilməsinin aparılmadığını nəzərə aldıqda qərarın tam əsassız olduğu üzə çıxır. Tərəfimizdən dəfələrlə "riskli vergi dəyiciləri" barədə məlumatın Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 İyul 265 nömrəli Qərarının 1.3 maddəsinə əsasən Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsi https://www.e-taxes.gov.az/ebvn/risk/ əldə edə bildiklərini, həmin sahibkarlıq subyektlərinin əməliyyatlar zamanı Dövlət Vergi Xidmətinin rəsmi məlumat bazasında həmən tarixdə riskli vergi ödəyiciləri siyahısında olmaması əsas gətirilmişdir. Belə ki: "xxxx" MMC VÖEN ********** elektron qaimə faktura tarixi xx.xx.2021 ,lakin riskli vergi ödəyicisi hesab edilməsi tarixi xx.xx.2021. "xxxx"MMC VÖEN ********** elektron qaimə faktura tarixi xx.xx.2021, lakin riskli vergi ödəyicisi hesab edilməsi tarixi xx.xx.2022. "İNNOSERVİCE” MMC VÖEN ********** elektron qaimə faktura tarixi xx.xx.2021,lakin lakin riskli vergi ödəyicisi hesab edilməsi tarixi xx.xx.2021. "xxxx"MMC VÖEN ********** elektron qaimə faktura tarixi xx.xx.2021,lakin lakin riskli vergi ödəyicisi hesab edilməsi tarixi xx.xx.2021. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 53.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən hallarının və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanının üzərinə qoyulur. Vergi Xidməti tərəfindən göndərilən cavab məktublarından da göründüyü kimi cavabdeh heç bir əsalandərma etməmiş,Azərbaycan Respublikasının Qanunları-nı təhrif etməkdən belə çəkinməmişdir. Odur ki, vergilərin, sosial siğorta və işsizlik siğortası haqlarının hesablanması barədə qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 Saylı Ərazi Vergilər baş İdarəsi tərəfindən məhkəməyə iddiaya qarşı etiraz təqdim edilmişdir. Etirazda qeyd olunmuşdur ki, "xxxx" MMC-yə (VÖEN: **********) 2021-ci il üzrə kameral vergi yoxlaması ilə əlavə hesablanmış və borca çevrilmiş mənfəət vergisi məbləği aşağıdakı əsaslarla hesablanmışdır. Belə ki, "Dövlət Vergi Xidmətindən daxil olmuş xx.xx.2022-ci il tarixli **********996300 nömrəli xidməti məktubun icrası ilə əlaqədar İddiaçı MMC (VÖEN **********) 2021-ci il ərzində "xxxx" MMC-dən (VÖEN **********) xx.xx.2021-cİ il tarixdə dəyəri 13481,00 manat dəyərində, "xxxx" MMC-dən (VÖEN **********) xx.xx.2021-ci il tarixdə dəyəri 23763,00 manat dəyərində, "xxxx" MMC-dən (VÖEN **********) xx.xx.2021-ci il tarixdə dəyəri 115000,00 manat dəyərində, "xxxx" MMC-dən (VÖEN **********) xx.xx.2021-ci il tarixdə dəyəri 6246,00 manat dəyərində, ümumilikdə 158490,00 manat dəyərində elektron qaimə fakturalarla qaimələr alınmış və təqdim edilmiş mənfəət vergisi bəyannaməsinin xərclər maddəsində malın dəyərində əks etdirilmişdir. Belə ki, iddiaçı iddia ərizəsində qeyd edir ki, vergi ödəyicisi tərəfindən Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsindən əldə olunan məlumatlara əsasən "xxxx" MMC (VÖEN **********) elektron qaimə faktura tarixi xx.xx.2021-ci il, lakin riskli vergi ödəyicisi hesab edilməsi tarixi xx.xx.2021-ci il, “SELDA" MMC (VÖEN **********) elektron qaimə faktura tarixi xx.xx.2021-ci il, lakin riskli vergi ödəyicisi hesab edilməsi tarixi xx.xx.2022-ci il, "xxxx" MMC (VÖEN **********) elektron qaimə faktura tarixi xx.xx.2021-ci il, lakin riskli vergi ödəyicisi hesab edilməsi tarixi xx.xx.2021-ci il, "xxxx" MMC (VÖEN **********) elektron qaimə faktura tarixi xx.xx.2021-ci il, lakin riskli vergi ödəyicisi hesab edilməsi tarixi xx.xx.2021-ci il tarixli qərarlarla yuxarıda qeyd olunan vergi ödəyiciləri həmin tarixdə riskli vergi ödəyiciləri siyahısında olmamışdır. Bununla bağlı bildirmək istəyirlər ki, məlum olduğu kimi, 1 yanvar 2020-ci il tarixdən qüvvəyə minmiş Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə əsasən riskli vergi ödəyicisi - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilərək qeyd olunan vergi ödəyiciləri tərəfindən riskli əməliyyat üzrə təqdim edilmiş elektron qaimə-fakturalar təhlil edilmişdir. Qeyd olunan əməliyyatların ümumilikdə riskli olması və həmin əməliyyatlar üzrə sözügedən vergi ödəyicilərinin əldə etdiyi mənfəəti malların təqdim edilməsindən əldə olunan əmtəə Vergi Məcəlləsinin 13.2.81-ci maddəsində nəzərdə tutulduğu kimi yəni, əmtəəsiz əməliyyat - vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlardır. Lakin iddiaçı tərəfindən bəyan edilən xərclərə münasibətdə uyğunsuzluq, məhz onun xərclərinin faktiki olaraq mallardan ibarət olmamasıdır. Beləliklə qeyd olunan iddianın dəlillərinə dair belə bir nəticəyə gəlmək olarki iddiaçı tərəfindən əldə olunmuş qaimələrin tarixi ilə riskli vergi ödəyicilərinin əməliyyatlarının aşkar olunduğu tarix iddianın əsasları predmeti ola bilməz. Yəni qaimə faktura əldə olunan tarixədək olan müddət məhz, həmin riskli vergi ödəyicilərinin əməliyyatlarının təhlili edilir və müəyyən dövr əhatəsində araşdırılır. Həmçinin iddiaçının iddia ərizəsində qeyd etdiyi digər dəlili ondan ibarətdir ki, Vergi Məcəlləsinin 175-ci maddəsi əvəzləşdirilən ƏDV qaydalarına aid olduğunu, 175.11-ci maddənin 175-ci maddənin məqsədləri üçün tətbiq edilməli olduğunu və 158490 manat ümumi məbləği i dövriyyənin ƏDV-siz məbləğ olduğunu, heç bir ƏDV əvəzləşdirilməsinin aparılmadığını nəzərə aldıqda qərarın tam əsassız olduğu üzə çıxır. Bununla bağlı bildirirlər ki, qeyd olunan müddəa (yəni Vergi Məcəlləsinin 175.11-ci maddəsinə əsasən əmtəəsiz və (və ya) riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər bu Məcəllənin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir) büdcəyə ödəmələr müəyyən edilərkən əvəzləşdirilən ƏDV üzrə əməliyyatlara şamil olunur. Bununla da nəzərə almaq lazımdır ki, kameral vergi yoxlamasının qərarı Vergi Məcəlləsinin 175- ci maddəsinin tələbləri əsasında deyil həmin Məcəllənin 109-cu maddəsinin müddəaları əsas götürülərək hesablanmışdır. Beləliklə görünür ki, şikayət olunan qərar iddiaçının əməliyyatları həmin Məcəllənin 109.9-cu maddəsində nəzərdə tutulan qaydada, yəni əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir. Qeyd olunanları nəzərə alaraq 2021-ci il mənfəət vergisi bəyannaməsi üzrə xərclər bölməsində "xxxx" MMC-dən (VÖEN **********) xx.xx.2021-ci il tarixdə dəyəri 13481,00 manat dəyərində, "xxxx" MMC-dən (VÖEN **********) xx.xx.2021-ci İl tarixdə ümumi dəyəri 23763,00 manat dəyərində, "xxxx" MMC-dən (VÖEN **********) xx.xx.2021-ci il tarixdə ümumi dəyəri 115000,00 manat dəyərində, "xxxx" MMC-dən (VÖEN **********) xx.xx.2021-ci il tarixdə ümumi dəyəri 6246,00 manat dəyərində, ümumilikdə 158490,00 manat dəyərində elektron qaimə fakturalarların xərclərdən silinərək 31698,00 (158490*20%=31698) manat mənfəət vergisi hesablamaq nəzərdə tutulur." Qeyd edilənlərə əsasən vergi ödəyicisinə xx.xx.2022-ci il tarixli **********737100 nömrəli kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktub göndərilmişdir. Vergi ödəyicisi tərəfindən dəqiqləşdirilmiş bəyannamə və ya əsaslandırılmış izahat məktubu təqdim edilmədiyinə görə kameral vergi yoxlaması ilə 31698.00 manat mənfəət vergisi hesablanmış və xx.xx.2022-ci il tarixli **********469900 nömrəli Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə Qərar göndərilmişdir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməməsi xahiş olunmuşdur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 yazılı iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 yazılı etirazda göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 62.1-ci maddəsinə görə hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İşin məhkəmə araşdırılması ilə məlum olur ki, vergi orqanı tərəfindən iddiaçıya Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə **********469900 nömrəli, xx.xx.2022-ci il tarixli qərarla 2021-ci ilin bəyannamə və hesabat dövrü üçün ümumilikdə 158490,00 manat dəyərində elektron qaimə fakturalarların 'Azben Supplies" MMC-nin xərclərindən silinərək 31698,00 (159490*20%=31698) manat dəyərində əlavə mənfəət vergisi hesablanmışdır. Əsaslandırma kimi 1 yanvar 2020-ci il tarixdən qüvvəyə minmiş olan Vergi Məcəlləsinin 13.2.82-ci maddəsi riskli vergi ödəyicisi - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir) və Vergi Məcəlləsinin 175.11-ci maddəsi (əmtəəsiz və (və ya) riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər bu Məcəllənin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir) qeyd edilmişdir. İPM-in 8.1.2-ci maddəsinə (1-ci cümləsi) əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Cəlilabad rayonu Şirvan İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. Məhkəmə vurğulayır ki, iddiaçının hazırda inzibati orqanın 05 may 2022-ci il tarixli, **********469900 nömrəli qərarını mübahisələndirmək üzrə subyektiv hüququ olduğundan (qərar vergi ödəyicisi kimi iddiaçı üçün hüquqi nəticə yaradır), bununla bağlı müddəti buraxılmadığından, mübahisələndirilən qərar hazırkı cavabdeh inzibati orqan tərəfindən qəbul edildiyindən, habelə iddianın mümkünlüyünü istisna edən hər hansı hal mövcud olmadığından məhkəmə hesab edir ki, iddia mümkündür. Mübahisənin ərazi aidiyyəti belədir ki, mübahisəyə baxılması üçün İPM-in 8.1.2-cü maddəsinin tələblərinə uyğun olaraq mübahisə predmeti olan 05 may 2022-ci il tarixli inzibati aktı qəbul etmiş cavabdeh inzibati orqanın olduğu yer (Şirvan şəhəri) üzrə inzibati məhkəmə kimi Şirvan İnzibati Məhkəməsi səlahiyyətlidir. MPM-in 76-cı maddəsinə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. «İnzibati icraat haqqında» Qanununun 11.1-ci maddəsinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 48.1-ci maddəsinə əsasən inzibati icraatla bağlı hərəkətlər bu Qanunla və Azərbaycan Respublikasının başqa müvafiq qanunları ilə müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Həmin Qanunun 61.1-ci maddəsinə görə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Həmin Qanunun 61.2-ci maddəsinə görə əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Həmin Qanunun 61.4-cü maddəsinə əsasən inzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Həmin Qanunun 61.5-ci maddəsinə görə aşağıdakı hallarda inzibati aktın əsaslandırılması tələb olunmur: (61.5.1) inzibati orqan tərəfindən maraqlı şəxsin ərizəsi təmin olunduqda və ya maraqlı şəxsə münasibətdə əlverişli inzibati akt qəbul edildikdə, (61.5.2) inzibati orqan tərəfindən çoxlu sayda analoji inzibati aktlar qəbul edildikdə və ya inzibati aktlar texniki (avtomat) qurğuların köməyi ilə qəbul edildikdə və hər belə inzibati aktı ayrılıqda əsaslandırmağa ehtiyac olmadıqda, (61.5.3) inzibati orqan tərəfindən qəbul edilmiş ümumi xarakterli sərəncam aşkar surətdə qeyri-müəyyən sayda şəxsə elan olunduqda və ya kütləvi informasiya vasitələrində dərc olunduqda, (61.5.4) Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər hallarda. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə əsasən riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 37.1-ci maddəsinə görə kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin Məcəllənin 37.2-ci maddəsinin 1 yanvar 2022-ci il tarixədək qüvvədə olan redaksiyada tələblərinə əsasən kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra həmin bəyannamə, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. Həmin Məcəllənin 37.4-cü maddəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Həmin Məcəllənin 83.7-ci maddəsinə əsasən Vergi orqanlarında vergi ödəyicisinin vergini ödəməkdən yayınmaq niyyətində olduğunu təsdiq edən əsaslandırılmış konkret məlumat varsa və verginin tutulmasının təmin edilməsi zəruridirsə, habelə vergi ödəyicisi riskli vergi ödəyicisidirsə, vergi orqanının vergini onun ödənildiyi tarixədək hesablamaq hüququ vardır. Vergi orqanı bu barədə əsaslandırılmış qərar çıxarmalıdır. Həmin Məcəllənin 221.2-ci maddəsinə görə sadələşdirilmiş vergi üçün hesabat dövrü rübdür. Həmin Məcəllənin 221.3-cü maddəsinə əsasən sadələşdirilmiş verginin ödəyiciləri hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq ödənilməli olan verginin məbləği haqqında vergi orqanlarına bəyannamə verir və həmin müddətdə vergini dövlət büdcəsinə ödəyirlər. Vergi ödəyicisi fəaliyyətini dayandırdıqda, habelə vergi ödəyicisi olan hüquqi şəxs ləğv edildikdə və ya fərdi sahibkarın fəaliyyətinə xitam verildikdə, bu Məcəllədə müəyyən olunmuş müddətdən gec olmamaq şərtilə vergi orqanına bəyannamə təqdim edilməlidir. Bu zaman vergi dövrü hesabat dövrü sayılan müddətin əvvəlindən vergi ödəyicisi fəaliyyətini dayandırdığı, habelə vergi ödəyicisi olan hüquqi şəxs ləğv edildiyi və ya fərdi sahibkarın fəaliyyətinə xitam verildiyi günə qədər olan dövrü əhatə edir. Məhkəmə iş üzrə iddianın növünə (mübahisələndirmə haqqında) görə sübutetmə yükü daşıyan cavabdeh inzibati orqanın dəlillərinə qanunvericiliyin sadalanan müddəalarının tələbləri baxımından qiymət verərək, mübahisələndirilən əlverişsiz inzibati aktın qəbulu üzrə inzibati icraatda müəyyən edilmiş aşağıdakı xüsusatları qeyd edir: Belə ki, "Dövlət Vergi Xidmətindən daxil olmuş xx.xx.2022-ci il tarixli **********996300 nömrəli xidməti məktubun icrası ilə əlaqədar İddiaçı MMC (VÖEN **********) 2021-ci il ərzində "xxxx" MMC-dən (VÖEN **********) xx.xx.2021-cİ il tarixdə dəyəri 13481,00 manat dəyərində, "xxxx" MMC-dən (VÖEN **********) xx.xx.2021-ci il tarixdə dəyəri 23763,00 manat dəyərində, "xxxx" MMC-dən (VÖEN **********) xx.xx.2021-ci il tarixdə dəyəri 115000,00 manat dəyərində, "xxxx" MMC-dən (VÖEN **********) xx.xx.2021-ci il tarixdə dəyəri 6246,00 manat dəyərində, ümumilikdə 158490,00 manat dəyərində elektron qaimə fakturalarla qaimələr alınmış və təqdim edilmiş mənfəət vergisi bəyannaməsinin xərclər maddəsində malın dəyərində əks etdirilmişdir. Belə ki, iddiaçı iddia ərizəsində qeyd edir ki, vergi ödəyicisi tərəfindən Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsindən əldə olunan məlumatlara əsasən "xxxx" MMC (VÖEN **********) elektron qaimə faktura tarixi xx.xx.2021-ci il, lakin riskli vergi ödəyicisi hesab edilməsi tarixi xx.xx.2021-ci il, “SELDA" MMC (VÖEN **********) elektron qaimə faktura tarixi xx.xx.2021-ci il, lakin riskli vergi ödəyicisi hesab edilməsi tarixi xx.xx.2022-ci il, "xxxx" MMC (VÖEN **********) elektron qaimə faktura tarixi xx.xx.2021-ci il, lakin riskli vergi ödəyicisi hesab edilməsi tarixi xx.xx.2021-ci il, "xxxx" MMC (VÖEN **********) elektron qaimə faktura tarixi xx.xx.2021-ci il, lakin riskli vergi ödəyicisi hesab edilməsi tarixi xx.xx.2021-ci il tarixli qərarlarla yuxarıda qeyd olunan vergi ödəyiciləri həmin tarixdə riskli vergi ödəyiciləri siyahısında olmamışdır. İddiaçının riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması ilə bağlı qərar İqtisadiyyat Nazirliyi tərəfindən qəbul edilir. Lakin iş materiallarında belə bir qərar mövcud deyildir. Beləliklə sözügedən qərar olmadığı üçün iddiaçı riskli vergi ödəyicisi deyildir. Göründüyü kimi aparılan icraat zamanı cavabdeh vergi orqanı mübahisələndirilən inzibati aktın qəbul edilməsinin hüquqi əsasını və mübahisələndirilən qərarın qanuniliyini sübut edə bilməmişdir. Başqa sözlə desək, iddiaçı tərəfindəmn təqdim edilən ƏDV bəyannaməsində əksini tapmış dövriyyədən hesablanan ƏDV məbləği ilə əvəzləşdirilən ƏDV məbləğinin hansı səbəbdən düzgün bəyan edilməməsini və mübahisələndirilən qərarın qəbul edilməsini zəruri edən digər halları məhkəmədə əsaslandıra bilməmişdir. Digər tərəfdən məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Prezidentinin “Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 23 may 2011-ci il tarixli, 429 saylı Fərmanına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli, 191 saylı Qərarı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanları və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”na əsasən elektron xidmətin təşkili üçün elektron xidmət bölməsində aidiyyəti üzrə göstərilən xidmətin adının, bu xidmətin göstərilməsi üçün tələb olunan sənədlərin dəqiq siyahısının, müvafiq sənədlərin (ərizə, blank və digər) elektron formasının yerləşdirilməsi, şəxslərin bu bölmədən maneəsiz, sərbəst istifadəsinin təmin edilməsi vergi orqanlarının vəzifəsidir. Vergi ödəyicisi olan hüquqi şəxslərin riskli vergi ödəyiciləri barədə məlumat mənbəyinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 265 saylı qərarının 1.3 və 1.4-cü müddəalarına əsasən Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsi və X5. İddiaçı tərəfindən əməliyyatlar aparılan zaman digər tərəflərin riskli vergi ödəyicisi olması barədə iddiaçı tərəfindən məlumat alınacaq yeganə mənbə Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsi və X5 ki, həmin əməliyyatlar zamanı qeyd olunan vergi ödəyiciləri həmin tarixdə riskli vergi ödəyiciləri siyahısında olmamışdır. Belə ki, cavabdehin təqdim etdiyi xx.xx.2022-ci il tarixli məktuba əsasən İddiaçı MMC (VÖEN **********) ilə "xxxx" MMC (VÖEN **********) arasında olan elektron qaimə faktura tarixi xx.xx.2021-ci il, lakin riskli vergi ödəyicisi hesab edilməsi tarixi xx.xx.2021-ci il, “SELDA" MMC (VÖEN **********) arasında olan elektron qaimə faktura tarixi xx.xx.2021-ci il, lakin riskli vergi ödəyicisi hesab edilməsi tarixi xx.xx.2022-ci il, "xxxx" MMC (VÖEN **********) arasında olan elektron qaimə faktura tarixi xx.xx.2021-ci il, lakin riskli vergi ödəyicisi hesab edilməsi tarixi xx.xx.2021-ci il, "xxxx" MMC (VÖEN **********) arasında olan elektron qaimə faktura tarixi xx.xx.2021-ci il, lakin riskli vergi ödəyicisi hesab edilməsi tarixi xx.xx.2021-ci il tarixli qərarlar olmuşdur. Bununla əlaqədar olaraq məhkəmə hesab edir ki, hazırki inzibati mübahisə üzrə sübutetmə vəzifəsi iddiaçının deyil, məhz cavabdehin üzərinə düşür. - cavabdeh inzibati orqanın 05 may 2022-ci il tarixli həmin qərarı – əlverişsiz inzibati aktı yazılı şəkildə tam olaraq əsaslandırmamışdır. Belə ki, həmin aktın özündə yalnız Vergi Məcəlləsinin 59.1-ci (ödənilməmiş məbləğlərə əlavə faiz hesablanması barədə müddəalar əks olunmuş) maddəsinə, həmin Məcəllənin 62-ci və İPM-in 38.1-ci maddələrinə (qərardan şikayətlə bağlı müddəalar əks olunmuş) istinad edilmiş və inzibati məhkəmə icraatında kameral vergi yoxlamasının keçirilməsi üçün əsaslar, əlavə vergi məbləğlərinin hesablanması qaydası (düsturu), inzibati orqanın inzibati aktın qəbulunu şərtləndirən hallardan doğan qənaəti aydın şəkildə öz əksini tapmamışdır. Qanunvericiliklə («İnzibati icraat haqqında» Qanunun 61.5-ci maddəsində nəzərdə tutulmuş) inzibati aktın əsaslandırılmasının tələb olunmadığı hallara gəldikdə isə, hazırda mübahisələndirilən inzibati aktın qəbulu ilə həmin hallar uzlaşmır. Odur ki, mübahisələndirilən inzibati aktların özündə yazılı şəkildə əsaslandırılması yeterli qiymətləndirilmir. Həmçinin təqdim edilənə sənədlərə və hesablama barədə məlumatlara əsasən qərarın Vergilər Məcəlləsinin 109.9-cu maddəsi əsas götürülərək yazıldığı bildirilsə də, qeyd edilən mübahisəli aktın özündə həmin maddəyə istinad olunmamışdır. Bu isə o deməkdir ki, həmin qərarın qəbulunda «İnzibati icraat haqqında» Qanunun 48.1-ci maddəsinin tələbləri pozulmuşdur; Bununla da belə nəticəyə gəlmək olur ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 Saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2022-ci il tarixli **********469900 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı qanunsuzdir. Həmçinin məhkəmənin qənaətinə görə, mübahisələndirilən 05 may 2022-ci il tarixli inzibati akt qanuna zidd sayılmaqla yanaşı, onların qəbulu iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Çünki, qəbul edilmiş akt iddiaçıya vergi qanunvericiliyi ilə müəyyən edilməyən qaydada hesablanmış müvafiq məbləğdə vergi borclarını (əlavə faizlərlə) ödəmək öhdəliyi yaradır. Halbuki, Vergi Məcəlləsinin 3.8-ci maddəsinin tələblərinə görə heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergiləri ödəmək vəzifəsi qoyula bilməz. İPM-in 14.1-ci maddəsinə görə mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən aparılmış inzibati icraat zamanı “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq tələblərinə riayət edilməmiş, qanunvericiliyin digər normaları işin faktiki hallarına düzgün tətbiq edilməmiş, bununla da, işin faktiki və hüquqi hallarına düzgün qiymət verilməmişdir. Bu səbəbdən də, iddia tələbi əsaslı hesab edilməklə təmin edilməlidir. Əsas insan və vətəndaş hüquq və azadlıqları sırasında olan və Konstitusiyada təsbit edilmiş digər hüquqların təminatı kimi çıxış edən hüquq və azadlıqların inzibati və məhkəmə təminatı Konstitusiyanın 60-cı maddəsində təsbit olunmuşdur. Həmin maddənin İ hissəsinə müvafiq olaraq, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmə müdafiəsi hüququ yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların bərpa olunmasını təmin etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, vergi orqanı tərəfindən iddiaçı barədə keçirilən vergi yoxlamasının keçirilməsi üçün qanuni əsas olmadığından, keçirilmiş yoxlama qanunsuz olduğundan, habelə cavabdehin dəlilləri əsassız olduğundan iddia təmin edilərək cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********469900 nömrəli qərarı ləğv edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Göstərilənlərə əsaslanaraq və İPM-in 14.1, 23.1, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********798300 nömrəli qərarı və onun nəticələri ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Hilal Nəcəfov
Məhkəmə qərarları › İş №2-1(120)-1674/2022
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1674/2022
16.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver