Məhkəmə qərarları › İş №2-1(120)-1676/2022

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1676/2022

25.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-1676/2022 25.11.2022 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hаkim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası üzrə inzibati işə 25 noyabr 2022-ci il tarixdə, məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının onun pensiyasının dayandırılmasına dair inzibati hərəkətinin qanunsuz hesab edilməsi və güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının bərpa edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, o, xx xxxxxxxx 1956-cı il təvəllüdlü olmaqla əmək fəaliyyətinə 04 yanvar 1982-ci ildə başlayıb, 10 noyabr 2021-ci ildə öz xahişi ilə tutduğu vəzifədən azad edilmişdir. Bu müddətin bir qismini, yəni əmək stajı güzəştli şərtlərə düşdüyü üçün müvafiq sənədlər əsasında ona 57 yaşla pensiya təyin edilmişdir. 06 aprel 2022-ci il tarixdə, ********** nömrəli məktubla ona təyin edilmiş həmin pensiya dayandırılmış və izah edilmişdir ki, 15 yanvar 1999-cu il tarixdən 05 dekabr 2014-cü il tarixə qədər olan dövür ərzində “ADYL” İnstitutunun Salyan Rayonlararası Yerquruluşu İdarəsində mühəndis vəzifəsində işlədiyi müəyyən edilmişdir. Eyni zamanda DƏK və ÜRX ona dair xx.xx.2015-ci il tarixli, 112 nömrəli arayışında tələb olunan güzəştli iş stajının 12 il 6 aydan az (10 il 4 ay) təşkil etdiyi məlum olmuşdur. Göstərilən uyğunsuzluğa baxmayaraq, ona xx.xx.2013-cü iltarixdən DSMF Salyan rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Bütün bunlara görə ona artıq pul ödənilmişdir və həmin pulu hazırda qanunsuz ödəniş kimi qəbul etdikləri üçün geri tələb edirlər. Hesab edir ki, cavabdehin hərəkəti qanunsuzdur və pensiyanın bərpa edilməsi öhdəliyi onun üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının nümayəndəsi iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, İddiaçı xx.xx.2013-cü il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş və xx.xx.2022-ci il tarixdən təyin edilmiş əmək pensiyası dayandırılmışdır. Daha sonra ərizəçiyə xx.xx.2021-ci il tarixdən Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filiali tərəfindən yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialının xx.xx.2022-ci il tarixli, **********2 nömrəli “pensiya ödənişinin dayandırılması” haqqında məktubu ilə xx.xx.2022-ci il tarixdən iddiaçıya təyin edilmiş əmək pensiyasının qanunvericiliyə əsasən dayandırıimasının səbəbləri və əsasları barədə məlumat təqdim edilmişdir. Belə ki, “Əmək pensiyaiarı haqqında” Azərbaycan Respubiikasının Qanununun 1.0.8-ci maddəsinə əsasən fərdi hesabın sığorta hissəsi - əmək perısiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər- 60 yaşına çatdıqda, azı 25 U sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar- 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli, 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün xx.xx.2006-cı tarixədək tələb olunan güzəştli iş stajına malik olmamışdır. Belə ki, Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filial Əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikasının Prezidentinin fərmanları və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarım, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X5 qərarlarını, X5 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasmın Nazirlər Kabineti tərəfirıdən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın dağmədən işləri bölməsinin (1) geologiya kəşfiyyat işləri (yerüstü) bəndində (1.3) ekspedisiyaların, qrupların, dəstələrin, sahələrin və briqadaların çöl geoloji kəşfiyyat, axtarış, topoqrafiya- geodeziya, geofizika, hidroqrafiya, meşə quruluşu və axtarış işlərində çalışan işçilər nəzərdə tutulmuşdur. Məlumat üçün bildirirlər ki, ekspedisiyaların, qrupların, dəstələrin, sahələrin və briqadaların çöl geoloji kəşfiyyat, axtarış, topoqrafiya-geodeziya, geofizika, hidroqrafiya, meşə quruluşu və axtarış işlərində çalışan işçilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş stajına yalnız çöl şəratində olan iş dövrləri daxil edilir. Araşdırma zamanı vaxtı ilə iddiaçıya pensiya təyin edilərkən təqdim edilmiş sənədlərdə qeyd olunan məlumatlara əsasən onun xx.xx.1999-xx.xx.2014-cü il tarixləri arasındakı dövr ərzində “Azərbaycan Dövlət Yerquluşu Layihə” İnstitutunun Salyan Rayonlarası Yerquruluşu İdarəsində mühəndis vəzifəsində işlədiyi müəyyən edilmişdir. Eyni zamanda Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2015-ci il tarixli, 112 nömrəli arayışında iddiaçının tələb olunan güzəştli iş stajının 12 il 6 aydan az (10 il 4 ay) təşkil etdiyi məlum olmuşdur. Göstərilən uyğunsuzluğa baxmayaraq, iddiaçıya xx.xx.2013-cü il tarixindən Dövlət Sosial Müdafiə Fondunun Salyan rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 175 Nq-İİ Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, venidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qavdası”nın 4.1.20-ci bəndinə əsasən əmək pensiyasının təyin edilməsi zamanı yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağırolan işlərdə iş müddəti - bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən nəzərə alınır. İddiaçının təqdim edtiyi xx.xx.2015-ci il tarixli, 112 nömrəli arayışda onun “Azərbaycan Dövlət Yerquluşu Layihə” İnstitutunun Salyan Rayonlarası Yerquruluşu İdarəsində mühəndis vəzifəsində işlədiyi qeyd olunmuşdur. Həmçinin 112 nömrəli arayışda qeyd olunan illəri güzəştli iş stajı kimi nəzərə alsaq belə, həmin illər üzrə hesablarna aparmaqla iddiaçının tələb olunan 12 il 6 ay sığorta stajına qarşılıq olaraq 10 il 4 ay sığorta stajına malik olduğu müəyyən edilmişdir. Azərbaycan Respubiikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsinin tələblərinə uyğun olaraq dayandırılır. Belə olan halda İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının bərpa edilməsi qanunvericiliyin tələblərinə əsasən mümkün hesab edilməmişdir. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 iddiaya qarşı etirazın məzmununa uyğun izahat verdi və iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçını və cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarından, o cümlədən iddia ərizəsindən, cavabdeh təşkilatın iddiaçıya ünvanladığı “pensiya ödənişinin dayandırılması haqqında” 06 aprel 2022-ci il tarixli,**********2 nömrəli, “yaşa görə əmək pensiyasının təyin edilməsi haqqında” 13 may 2022-ci il tarixli, **********3 nömrəli məktublarından, habelə cavabdehin iddiaya qarşı etirazından görünür ki, xx.xx.1956-cı il təvəllüdlü İddiaçı 57 yaşının tamam olduğu xx.xx.2013-cü il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmuşdur. Azərbaycan Respubiikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aparılan araşdırmalar nəticəsində İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasında qanunvericiliyin pozulması halına yol verildiyi aşkar edilmiş, iddiaçının nəinki 57 yaşının tamam olduğu xx.xx.2013-cü il tarixinə, ümumiyyətlə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı üçün tələb olunan 12 il 06 ay minimum sığorta stajına malik olmadığı müəyyən edilmiş, bu səbəbdən xx.xx.2022-ci il tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının ödənişi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsinin tələblərinə uyğun olaraq dayandırılmışdır. Bundan sonra iddiaçıya 65 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixindən ümumi əsaslarla yaşa görə əmək pensiyası təyin edilmiş və xx.xx.2013-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində ona ödənilmiş 24459,70 manat pul vəsaitinin büdcəyə qaytarilmalı olduğu bildirilmişdir. İş materiallarında olan 24 iyun 1982-ci il tarixli ZB 525450 nömrəli diplomun və 04 yanvar 1982-ci il tarixli, İT-İ ******* nömrəli əmək kitabçasının surətlərindən görünür ki, İddiaçı X1 Akademiyasında aldığı təhsil illəri 05 il 09 ay 24 gün, xx.xx.1982-ci il tarixindən əmək fəaliyyətini bitirdiyi xx.xx.2021-ci il tarixinə kimi iş stajı 36 il 04 ay 17 gün, ümumilikdə isə iş stajı 42 il 02 ay 11 gün təşkil edir. Qeyd olunan 24 iyun 1982-ci il tarixli, ZB 525450 nömrəli diplomun və 04 yanvar 1982-ci il tarixli İT-İ ******* nömrəli əmək kitabçasının surətlərinə əsasən müəyyən edilən 42 il 02 ay 11 gün ümumi iş stajının 26 il 09 ay 26 gün təşkil edən hissəsi xx.xx.2006-cı il tarixinə yaranmış iş stajıdır. İddiaçının 04 yanvar 1982-ci il tarixli, İT-İ ******* nömrəli əmək kitabçasının surətinə əsasən xx.xx.2006-cı il tarixinə olan 26 il 09 ay 26 gün ümumi iş stajının xx.xx.1999-cu il tarixindən xx.xx.2006-cı il tarixinədək Azərbaycan Dövlət Yerquruluşu Layihə İnstitutunun Salyan Rayonlararası Yerquruluşu İdarəsində işlədiyi 06 il 03 ay 14 günü güzəştli şərtlərlə pensiya təyinatı hüququ verən iş stajıdır. “Əmək pensiyaiarı haqqında” Azərbaycan Respubiikasının Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər- 60 yaşına çatdıqda, azı 25 U sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar- 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b" bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 N°-li siyahı üzrə müəyyən edilmiş 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını zərərli və ağırişlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Göründüyü kimi, İddiaçı 57 yaşının tamam olduğu xx.xx.2013-cü il tarixinə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı üçün tələb olunan 12 il 06 ay minimum sığorta stajına malik olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 175 Nq-İİ Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, venidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qavdası”nın 4.1.20-ci bəndinə əsasən əmək pensiyasının təyin edilməsi zamanı yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağırolan işlərdə iş müddəti - bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən nəzərə alınır. İddiaçının 04 yanvar 1982-ci il tarixli, İT-İ ******* nömrəli əmək kitabçasının surətinə əsasən onun Azərbaycan Dövlət Yerquruluşu Layihə İnstitutunun Salyan Rayonlararası Yerquruluşu İdarəsində xx.xx.1999-cu il tarixindən xx.xx.2015-ci il tarixinədək işlədiyi mühəndis vəzifəsi üzrə iş stajı 15 il 08 ay 05 gün qeyd olunduğu halda, iş materiallarında olan “Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin “Kadastr və X2” Məhdud Məsuliyyətli Cəmiyyətinin 15 oktyabr 2015-ci il tarixli, 112 nömrəli arayışından görünür ki, iddiaçının xx.xx.1999-cu il tarixindən xx.xx.2015-ci il tarixinədək həmin vəzifə üzrə güzəştli şərtlərlə pensiya təyinatı hüququ verən çöl şəraitində əmək dövrü 10 il 04 ay təşkil edir ki, bu da güzəştli şərtlərlə pensiya təyinatı üçün qanunvericiliyin tələb etdiyi minimum sığorta stajından, yəni 12 il 06 aydan azdır. Həmçinin, iş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli, **********26 nömrəli digər arayışdan görünür ki, iddiaçının 1999- 2015-ci illərdə ləğv edilmiş Azərbaycan Dövlət Yerquruluşu Layihə İnstitutunun Salyan Rayonlararası Yerquruluşu İdarəsində, 2015-2017-ci illərdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 13 saylı Şirvan Layihə-Tədqiqat İdarəsində və 2017-2021-ci illərdə MMC-nin Cəlilabad Layihə-Tədqiqat İdarəsində işlədiyi dövrdə çöl ezamiyyətlərində olduğu güzəştli şərtlərlə pensiya təyinatı hüququ verən müddət təqribən 8 il 06 ay təşkil edir ki, bu da güzəştli şərtlərlə pensiya təyinatı üçün qanunvericiliyin tələb etdiyi minimum sığorta stajından, yəni 12 il 06 aydan azdır. Beləliklə, iş üzrə təqdim olunmuş sənədlərlə müəyyən edilir ki, İddiaçı nəinki 57 yaşının tamam olduğu xx.xx.2013-cü il tarixinə, hətta tam əmək fəaliyyəti dövründə belə güzəştli şərtlərlə pensiya təyinatı üçün qanunvericiliyin tələb etdiyi 12 il 06 ay minimum sığorta stajını toplamamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçıya xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının ödənişinin dayandırılması və 65 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixindən ümumi əsaslarla yaşa görə əmək pensiyasının təyin edilməsində cavabdeh təşkilat tərəfindən qanunvericiliyin pozulması halına yol verilməmişdir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.3cü maddəsinin tələbinə əsasən bu Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda, təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi həmin halların yarandığı aydan sonrakı ayın 1-dən dayandırılır. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyası partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.4-cü maddəsinə görə ərizə – maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Bütün qeyd olunanların məcmusunda məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı «güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının bərpa edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması» tələbi əsassız olduğundan rədd edilməldir. İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğua istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Qanunun 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Qeyd olunan Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbi əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1-ci, 23.1-ci, 75-ci, 78-79-cu, 81-ci və 85ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar