Məhkəmə qərarları › İş №2-1(120)-168/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-168/2025

04.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-168/2025 04.03.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Abdullayev Cavid Tariyel oğlunun katibliyi, İddiaçının nümayəndəsi X22, Cavabdehin nümayəndəsi X7, Üçüncü şəxs X14 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı “Beyləqan rayon X3 Beyləqan rayonu Yuxarı Çəmənli kənd ərazi vahidi üzrə inzibati ərazisində yerləşən mübahisəli torpaq sahəsi ilə Beyləqan rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli, 03 saylı qərarı və müvafiq dövlət aktları əsasında X15 və ailə üzvlərinə ayrılmış 4,82 ha (2,67 ha və 2,15 ha) torpaq sahəsinin, X8 və ailə üzvlərinə ayrılmış 3,12 ha (1,51 ha və 1,61 ha) torpaq sahəsinin, X19 və ailə üzvlərinə ayrılmış 2,56 ha (1,49 və 1,07 ha) torpaq sahəsinin, X23 və ailə üzvlərinə ayrılmış 1,26 ha (0,74 ha və 0,52) torpaq sahələrinin koordinatlarının faktiki istifadəyə uyğunlaşdırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçı Beyləqan rayon Qaradağlı bələdiyyəsinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı “Beyləqan rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci tarixli, 03 saylı qərarı ilə Beyləqan rayonu Yuxarı Çəmənli kənd sakinlərinə Dövlət aktları əsasında verilmiş pay pay torpaq sahələrinin Plan və Ölçüsü sənədlərindəki koordinatların Beyləqan rayonu Qaradağlı Bələdiyyəsinə verilmiş 5,2 ha torpaq sahəsinin koordinatları ilə dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə X9, X5, X16 və X28 və məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə X20 üçüncü şəxslər siyahısından çıxarılmış və X29 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddiaçı Beyləqan rayon Qaradağlı Bələdiyyəsinin nümayəndəsi X34 məhkəməyə ərizə təqdim edərək, tələbinə “Beyləqan rayon X2 rayonu Yuxarı Çəmənli kənd ərazi vahidi üzrə inzibati ərazisində yerləşən mübahisəli torpaq sahəsi ilə Beyləqan rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli, 03 saylı qərarı və müvafiq dövlət aktları əsasında X15 və ailə üzvlərinə ayrılmış 4,82 ha (2,67 ha və 2,15 ha) torpaq sahəsinin, X8 və ailə üzvlərinə ayrılmış 3,12 ha (1,51 ha və 1,61 ha) torpaq sahəsinin, X19 və ailə üzvlərinə ayrılmış 2,56 ha (1,49 və 1,07 ha) torpaq sahəsinin, X23 və ailə üzvlərinə ayrılmış 1,26 ha (0,74 ha və 0,52) torpaq sahələrinin koordinatlarının faktiki istifadəyə uyğunlaşdırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia üzrə tələb dəqiqləşdirilmişdir. İddiaçı Beyləqan rayon Qaradağlı Bələdiyyəsinin nümayəndəsi X34 məhkəməyə ərizə təqdim edərək, Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında Azərbaycan Respublikasının Qanununa əsasən Beyləqan rayon Qaradağlı bələdiyyəsi Beyləqan rayon X18nə birləşdirilmişdir. Odur ki, iddiaçı Beyləqan rayon Qaradağlı Bələdiyyəsinin əsl iddiaçı X18 ilə əvəz edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə iddiaçı Beyləqan rayon Qaradağlı bələdiyyəsi əsl iddiaçı X18 ilə əvəz edilmiş və tələb üzrə qeyd edilən Qaradağlı Bələdiyyəsi sözü X18 sözü ilə əvəz edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Beyləqan rayon Qaradağlı bələdiyyəsinin xx.xx.2014-cü il tarixli qərarı ilə 5.2 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsi X36 kitabında xx.xx.2014-cü il tarixdə 1457 nömrə ilə AN-518204 nömrə ilə uçota alınmışdır. Beyləqan rayonunun Yuxarı Çəmənli kəndində yerləşən həmin 5.2 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün 27 aprel 2022-ci il tarixli, ********** qeydiyyat nömrə ilə 6 saylı Beyləqan Ərazi İdarəsinə müraciət edilmişdir. Azərbaycan Respublikasımın İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmət Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli cavab məktubuna əsasən müraciətlərindən imtina edilmişdir. Əsas kimi də qeyd edilmişdir ki, ləğv edilmiş DT və XK-sı tərəfindən tərtib edilmiş AN518204 saylı “Torpaq sahəsinin planı və ölçü” sənədində və yerquruluşu sxemində göstərilən torpaq sahəsinin bir hissəsi üzərində Beyləqan rayon Qaradağlı bələdiyyəsinin bir hissəsi üzərində isə ayrı-ayrı vətəndaşların mülkiyyəti hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Beyləqan rayonu Yuxarı Çəmənli kənd sakini- X15 və onun ailə üzvlərinə xx.xx.2002-ci il tarixli JN:0040 saylı Dövlət Aktına əsasən verilmiş pay torpaq sahəsi kəndin ayrı-ayrı yerlərində olmaqla iki yerdə verilmişdir. Beyləqan rayonu Yuxarı Çəmənli kənd sakini X24 ona və ailə üzvlərinə iki yerdə verilmiş torpaq sahəsinin bir hissəsindən özü və ailə üzvləri istifadə edir, bir hissəsini isə başqa kənd sakininə satmışdır. Beyləqan rayonu Yuxarı Çəmənli kənd sakinləri- X8 və onun ailə üzvlərinə verilmiş xx.xx.2002-ci il tarixli JN:-0041 saylı, X19 və onun ailə üzvlərinə verilmiş xx.xx.2002-ci il tarixli JN:0042 saylı və X23 və onun ailə üzvlərinə verilmiş xx.xx.2002-ci il tarixli JN:0043 saylı Dövlət Aktlarına əsasən verilmiş pay torpaq sahələrindən isə onlar özləri istifadə etməkdədirlər. Bu torpaq sahələrinin isə Beyləqan rayonunun Yuxarı Çəmənli kəndində yerləşən həmin 5.2 ha torpaq sahəsinə heç bir aidiyyatı yoxdur. Lakin sənədlər üzrə isə torpaq sahələri üstüstə düşdüyünə görə 5.2 ha torpaq sahəsinin sənədləşdirilməsində çətinliklər yaranmışdır. Sənədlərin üst-üstə düşməsinə baxmayaraq torpaq sahələri naturada üst-üstə düşmür. Biz bu gün də mübahisəsiz olaraq 5.2 ha torpaq sahəsində istifadə edirik. Lakin hansısa bir texniki səhv ucbatından 5.2 ha torpaq sahəsininin üzərində mülkiyyət hüququnu əldə edə bilmirlər. Qeyd olunanları nəzərə alaraq iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq üçüncü şəxslər X24, X30 və X28 məhkəmə iclasına gəlməmişdirlər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə üçüncü şəxslər X24, X30 və X17 iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X34 iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X25 iddianı qəbul etmədiklərini bildirərək, iddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X1 rayonu Çəmənli kəndində yerləşən, halhazırda istifadəsində olan torpaq sahəsi barədə heç bir narazılığının və şikayətinin olmadığını bildirdi. İddianın mümkünlüyü : İddia mümkün iddiadır. Belə ki, iddiaçı baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti İnzibati məhkəmələrə aiddir. Daşınmaz əmlak (torpaq sahəsi) isə Beyləqan rayonu ərazisində yerləşir. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Beyləqan rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı : İddia mümkün olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iddiaçı Beyləqan rayon X2 rayonu Yuxarı Çəmənli kənd ərazi vahidi üzrə inzibati ərazisində yerləşən mübahisəli torpaq sahəsi ilə Beyləqan rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli, 03 saylı qərarı və müvafiq dövlət aktları əsasında X15 və ailə üzvlərinə ayrılmış 4,82 ha (2,67 ha və 2,15 ha) torpaq sahəsinin, X8 və ailə üzvlərinə ayrılmış 3,12 ha (1,51 ha və 1,61 ha) torpaq sahəsinin, X19 və ailə üzvlərinə ayrılmış 2,56 ha (1,49 və 1,07 ha) torpaq sahəsinin, X23 və ailə üzvlərinə ayrılmış 1,26 ha (0,74 ha və 0,52) torpaq sahələrinin koordinatlarının faktiki istifadəyə uyğunlaşdırılmasını tələb etməkdə haqlıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İş materiallarında olan Beyləqan rayonu Qaradağlı bələdiyyəsinin xx.xx.2014-cü il tarixli, 10 nömrəli qərarından çıxarışın surətindən görünür ki, Qaradağlı bələdiyyəsinin mülkiyyətində olan kontur 1-3 yerləşən 52000 kv.m və ya 5,20 ha bələdiyyənin ehtiyat fondu torpaq sahəsinin kənd təsərrüfatı məhsulları məqsədli təyinatı ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi lahiyyəsinə uyğun olduğundan və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və icarəsinə verilmədiyindən, habelə elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalzasiya və digər kommunikasiya xidmətlərinin mühafizə zolağında və sürüşmə zolağında yerləşmədiyindən, həmin torpaq sahəsinin kənd təsərrüfatı məqsədi ilə bağlı hərracın keçirilməsi üçün torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Beyləqan rayonu Qaradağlı bələdiyyəsinin xx.xx.2014-cü il tarixli, 10 nömrəli qərarı ilə 52000 kv.m kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. İş materiallarında olan Beyləqan rayon Qeydiyyat şöbəsinin xx.xx.2020-ci il tarixli, AZ-İİ 090749 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X20 26 may 2020-ci ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2020-ci ilin may ayının 26 günündə 244 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan JN-0040 KOD 60712018 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktının surətindən görünür ki, Beyləqan rayonu Yuxarı Çəmənli kənd sakini X15 və ailə üzvlərinə Beyləqan rayonu Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli, 03 nömrəli qərarına əsasən 4.82 hektar torpaq sahəsi mülkiyyətlərinə verilmişdir. İş materiallarında olan JN-0041 KOD 60712018 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktının surətindən görünür ki, Beyləqan rayonu Yuxarı Çəmənli kənd sakini X8 və ailə üzvlərinə Beyləqan rayonu Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli, 03 nömrəli qərarına əsasən 3.12 hektar torpaq sahəsi mülkiyyətlərinə verilmişdir. İş materiallarında olan JN-0042 KOD 60712018 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktının surətindən görünür ki, Beyləqan rayonu Yuxarı Çəmənli kənd sakini X19 və ailə üzvlərinə Beyləqan rayonu Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli, 03 nömrəli qərarına əsasən 2.58 hektar torpaq sahəsi mülkiyyətlərinə verilmişdir. İş materiallarında olan JN-0043 KOD 60712018 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktının surətindən görünür ki, Beyləqan rayonu Yuxarı Çəmənli kənd sakini X21 və ailə üzvlərinə Beyləqan rayonu Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli, 03 nömrəli qərarına əsasən 1.26 hektar torpaq sahəsi mülkiyyətlərinə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin Beyləqan rayon Qaradağlı bələdiyyəsinə ünvanladığı xx.xx.2022-ci il tarixli, **********04 nömrəli məktubundan görünür ki, ünvan 3ində yerləşən 5.2 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə 27 aprel 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli müraciətinə 6 saylı Beyləqan Ərazi İdarəsində baxılmışdır. Bununla əlaqədar olaraq bildiririk ki, daxil olmuş müraciət əsasında Ərazi idarəsinin mütəxəssisləri tərəfindən sözügedən torpaq sahəsinə baxış keçirilərək müvafiq inventarlaşdırma (çöl ölçmə) işləri aparılmışdır. Baxış zamanı sözügedən torpaq sahəsinin faktiki vəziyyətinə uyğun təyin edilmiş döngə nöqtələrinin koordinatları müraciətinə əlavə etdiyi ləğv edilmiş DT və XK-si tərəfindən tərtib edilmiş A№ 518204 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədi ilə eyniləşdirilən zaman torpaq sahələri arasında uyğunsuzluq olması müəyyən edilmişdir. Belə ki, aparılmış inventarlaşdırma (çöl ölçmə) işləri zaman sözügedən torpaq sahəsinin faktiki vəziyyətinə uyğun təyin edilmiş döngə nöqtələrinin koordinatları müraciətinə əlavə etdiyi ləğv edilmiş DT və XK-si tərəfindən tərtib edilmiş A№ 518204 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədi ilə eyniləşdirilən zaman torpaq sahələri arasında 593.0 metr məsafə və konfiqurasiya fərqinin olması müəyyən edilmişdir. Sözügedən torpaq sahəsinin faktiki vəziyyətinə uyğun təyin edilmiş döngə nöqtələrinin koordinatları ünvan 3inə aid islahatın kompleks yerquruluşu xəritəsi ilə eyniləşdirilən zaman döngə nöqtələrinin koordinatlarının başqa şəxslərin xüsusi mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşməsi müəyyən edilmişdir. Həmçinin bildiririk ki, müraciətinə əlavə etdiyi ləğv edilmiş DT və XK-si tərəfindən tərtib edilmiş A№ 518204 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədində və yerquruluşu sxemində göstərilən torpaq sahəsinin bir hissəsi üzərində Beyləqan rayon Qaradağlı bələdiyyəsinin bir hissəsi üzərində isə ayrı-ayrı vətəndaşların mülkiyyəti hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri” haqqında Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılaraq hüquqların dövlət qeydiyyatı aparılır. Odur ki, yuxarıda qeyd edilənləri nəzərə alaraq “Daşınmaz əmlakın dövlət reyestri” haqqında Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin tələblərinə uyğun ünvan 3ində yerləşən 5.2 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə 27 aprel 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli müraciətinin icrasından imtina edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Beyləqan rayonu Qaradağlı bələdiyyəsinin ehtiyat fondu torpağından ünvan 3ində 2.68 ha torpaq sahəsi X10 xx.xx.2022-xx.xx.2042-ci il tarixədək Füzuli rayon XNK-nun 3M-49 saylı xx.xx.2022-ci il tarixli icarə müqaviləsi ilə verilməsi daşınmaz əmlak dövlət reyestrində 122 nömrəli reyestr kitabının 28 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Beyləqan rayon Dövlət Arxivinin məhkəməyə ünvanladığı xx.xx.2022ci il tarixli, 1/181 nömrəli məktubunda qeyd edilmişdir ki, İmişli və Beyləqan rayon Aqrar İslahat Komissiyası arxiv sənəd materiallarını mühafizə üçün Beyləqan rayon Dövlət Arxivinə təhvil verməmişdir. Bu səbəbdən İmişli rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli 03 sayı qərarı əsasında Beyləqan rayonu Yuxarı Çəmənli kəndi sakinləri X15 verilmiş xx.xx.2002-ci il tarixli, JN:0040 saylı X8 verilmiş xx.xx.2002-ci il tarixli, JN:0041 saylı, X19 verilmiş xx.xx.2002-ci il tarixli JN:0042 saylı və X26 verilmiş xx.xx.2002-ci il tarixli JN:0043 saylı “torpağa mülkiyyət hüququna dair dövlət aktı barədə Beyləqan rayon Dövlət Arxivində məlumat və ya sənəd aşkar edilməmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki və yerqurluşu ekspertizaları təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/3998 nömrəli ekspert rəyi tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Ekspert rəyindən aşağıdakılar bildirilir: Qərardadın birinci sualı üzrə: Beyləqan rayonu Qaradağlı bələdiyyəsinin 10 saylı xx.xx.2014-cü il tarixli qərarı və "Torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd olunan Beyləqan rayonu Yuxarı Çəmənli kənd ərazi vahidinin ərazisində yerləşən Qaradağlı bələdiyyəsinə aid 5.20 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir. Torpaq sahəsi 2014-cü ildə ayrılan zamanı bələdiyyə mülkiyyətində olmaqla, kənd təsərrüfatlı təyinatlı torpaqlar kateqoriyası aid əkin sahəsi olmuşdur. Hazırda qeyd olunan torpaq sahəsi bələdiyyə mülkiyyətində olmaqla, kənd təsərrüfatlı təyinatlı torpaqlar kateqoriyasına aid əkin sahəsidir. Torpaq sahəsi faktiki olaraq X6 icarəsində olmaqla və təyinatı üzrə istifadə edilir. Qərardadın ikinci sualı üzrə: Beyləqan rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli 03 saylı qərarı və "Torpağa mülkiyyət hüququna dair JN-0040, KOD 60712018 nömrəli dövlət aktı əsasında Yuxarı Çəmənli kənd ərazi vahidinin ərazisində yerləşən X24 və ailə üzvlərinin xüsusi mülkiyyətinə verilmiş 4.82 ha torpaq sahəsinin 2.15ha hissəsinin yerləşdiyi ərazidə mübahisə olduğuna görə 2.15 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları naturada müəyyən edilmişdir. “Torpaq islahatı” aparılan zamanı (2000-ci ildə) Beyləqan rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli 03 saylı qərarı ilə torpaq qanunvericilinə uyğun olaraq qeyd olunan 4.82 ha (2.67 ha və 2.15 ha) torpaq sahəsi X24 və ailə üzvlərinin xüsusi mülkiyyətinə verilmişdir. Hazırda da qeyd olunan 4.82 ha (2.67 ha və 2.15 ha) torpaq sahəsi xüsusi mülkiyyətdə olmaqla kənd təsərrüfatlı təyinatlı torpaqlar kateqoriyasına aid əkin sahəsidir. X24 və ailə üzvləri tərəfindən 4.82 ha torpaq sahəsinin 2.67 ha hissəsi faktiki olaraq “Torpaq islahatı” aparılan zamanı tərtib olunmuş kompleks yerquruluşu planında olan 15 nömrəli çevrəsində və 2.15 ha hissəsi isə 5 nömrəli çevrənin dövlət aktında göstərilən ərazisindən deyil, həmin çevrənin başqa hissəsində olan ərazidən istifadə olunur. Dövlət aktında qeyd olunan 2.15 ha torpaq sahəsinin yerləşdiyi ərazi isə Qaradağlı bələdiyyəsi tərəfindən əkin sahəsi kimi istifadə olunur. Qeyd olunan ərazilər əkin sahəsi kimi təyinatı üzrə istifadə edilir. Qərardadın üçüncü sualı üzrə: Beyləqan rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli 03 saylı qərarı və "Torpağa mülkiyyət hüququna dair"JN-0041 ,KOD 60712018 nömrəli dövlət aktı əsasında Yuxarı Çəmənli kənd ərazi vahidinin ərazisində yerləşən X20 və ailə üzvlərinin xüsusi mülkiyyətinə verilmiş 3.12 ha torpaq sahəsinin 1.61 ha hissəsinin yerləşdiyi ərazidə mübahisə olduğuna görə 1.61 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları naturada müəyyən edilmişdir. "Torpaq islahatı" aparılan zamanı (2000-ci ildə) Beyləqan rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli 03 saylı qərarı ilə torpaq qanunvericilinə uyğun olaraq qeyd olunan 3.12 ha (1.51 ha və 1.61 ha) torpaq sahəsi X20 və ailə üzvlərinə verilmişdir. Hazırda da qeyd olunan 3.12 ha (1.51 ha və 1.61 ha) torpaq sahələri xüsusi mülkiyyətdə olmaqla kənd təsərrüfatlı təyinatlı torpaqlar kateqoriyasına aid əkin sahəsidir. X20 və ailə üzvləri tərəfindən 3.12 ha torpaq sahəsinin 1.51 ha hissəsi faktiki olaraq "Torpaq islahatı" aparılan zamanı tərtib olunmuş kompleks yerquruluşu planında olan 15 nömrəli çevrəsində və 1.61 ha hissəsi isə 5 nömrəli çevrənin dövlət aktında göstərilən ərazisindən deyil, həmin çevrənin başqa hissəsində plan prazidən istifadə olunur. Dövlət aktında qeyd olunan 1.61 ha torpaq sahəsinin yerləşdiyi ərazi isə Qaradağlı bələdiyyəsi tərəfindən əkin sahəsi kimi istifadə olunur. Qeyd olunan ərazilər əkin sahəsi kimi təyinatı üzrə istifadə edilir. Qərardadın dördüncü sualı üzrə: Beyləqan rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli 03 saylı qərarı və "Torpağa mülkiyyət hüququna dair JN-0042, KOD 60712018 nömrəli dövlət aktı əsasında Yuxarı Çəmənli kənd ərazi vahidinin ərazisində yerləşən X28 və ailə üzvlərinin xüsusi mülkiyyətinə verilmiş 2.56 ha torpaq sahəsinin 1.07 ha hissəsinin yerləşdiyi ərazidə mübahisə olduğuna görə 1.07 ha döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir. "Torpaq islahatı" aparılan zamanı (2000-ci ildə) torpaq qanunvericilinə uyğun olaraq qeyd olunan 2.56 ha (1.49 ha və 1.07 ha) torpaq sahəsi X28 və ailə üzvlərinə verilmişdir. Hazırda qeyd olunan 2.56 ha (1.49 ha və 1.07 ha) torpaq sahəsi xüsusi mülkiyyətdə olmaqla kənd təsərrüfatlı təyinatlı torpaqlar kateqoriyasına aid əkin sahəsidir. X28 və ailə üzvləri tərəfindən 2.56 ha torpaq sahəsinin 1.49 ha hissəsi faktiki olaraq "Torpaq islahatı" aparılan zamanı tərtib olunmuş kompleks yerquruluşu planında olan 15 nömrəli çevrəsində və 1.07 ha hissəsi isə 5 nömrəli çevrənin dövlət aktında göstərilən ərazisindən deyil, həmin çevrənin başqa hissəsində olan ərazidən istifadə olunur. Dövlət aktında qeyd olunan 1.07 ha torpaq sahəsinin yerləşdiyi ərazi isə Qaradağlı bələdiyyəsi tərəfindən əkin sahəsi kimi istifadə olunur. Qeyd olunan ərazilər əkin sahəsi kimi təyinatı üzrə istifadə edilir. Qərardadın beşinci sualı üzrə: Beyləqan rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli 03 saylı qərarı və “Torpağa mülkiyyət hüququna dair” JN-0043, KOD 60712018 nömrəli dövlət aktı əsasında Yuxarı Çəmənli kənd ərazi vahidinin ərazisində yerləşən X32 və ailə üzvlərinin xüsusi mülkiyyətinə verilmiş 1.26 ha torpaq sahəsinin 0.52 ha hissəsinin yerləşdiyi ərazidə mübahisə olduğuna görə 0.52 ha döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir. “Torpaq islahatı” aparılan zamanı (2000-ci ildə) torpaq qanunvericilinə uyğun olaraq qeyd olunan 1.26 ha (0.74 ha və 0.52 ha) torpaq sahəsi X20 və ailə üzvlərinə verilmişdir. Hazırda da qeyd olunan 1.26 ha (0.74 ha və 0.52 ha) torpaq sahəsi xüsusi mülkiyyətdə olmaqla kənd təsərrüfatlı təyinatlı torpaqlar kateqoriyasına aid əkin sahəsidir. X32 və ailə üzvləri tərəfindən 1.26 ha torpaq sahəsinin 0.74 ha hissəsi faktiki olaraq “Torpaq islahatı” aparılan zamanı tərtib olunmuş kompleks yerquruluşu planında olan 15 nömrəli çevrəsində və 0.52 ha hissəsi isə 5 nömrəli çevrənin dövlət aktında göstərilən ərazisindən deyil, həmin çevrənin başqa hissəsində olan ərazidən istifadə olunur. Dövlət aktında qeyd olunan 0.52 ha torpaq sahəsinin yerləşdiyi ərazi isə Qaradağlı bələdiyyəsi tərəfindən əkin sahəsi kimi istifadə olunur. Qeyd olunan ərazilər əkin sahəsi kimi təyinatı üzrə istifadə edilir. Qərardadın altıncı sualı üzrə: Beyləqan rayonu Qaradağlı bələdiyyəsinin 10 saylı, xx.xx.2014-cü il tarixli qərarı və “Torpaq sahəsinin planı və ölçüsü” sənəində qeyd olunan Beyləqan rayonu Yuxarı Çəmənli kənd ərazi vahidinin ərazisində yerləşən Qaradağlı bələdiyyəsinə aid 5.20 ha torpaq sahəsinin koordinatları aidiyyəti qanunvericilik aktlarında, o cümlədən elektron kadastr xəritəsində düzgün olaraq qeyd edilmişdir. Torpaq sahəsi qərarda qeyd olunan torpaq sahəsinin koordinatları daxilində yerləşir. Torpaq sahəsinin sahəsinin faktiki istifadə vəziyyətinin döngə nöqtələrinin koordinatlarında texniki səhv mövcud deyildir. Qərardadın yeddinci sualı üzrə: Beyləqan rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli 03 saylı qərarı və “Torpağa mülkiyyət hüququna dair” JN-0040, KOD 60712018 nömrəli dövlət aktı əsasında X15 və ailə üzvlərinə verilmiş Yuxarı Çəmənli kənd ərazi vahidinin ərazisində yerləşən 4.82 ha torpaq sahəsinin 2.67 ha hissəsinin yerləşdiyi ərazinin koordinatları aidiyyəti qanunvericilik aktlarında, o cümlədən elektron kadastr xəritəsində düzgün olaraq qeyd edilmişdir. Qeyd olunan 4.82 ha torpaq sahəsinin 2.15 ha hissəsi isə "Torpaq islahatı" aparılan zamanı tərtib olunmuş kompleks yerquruluşu planında olan 5 nömrəli çevrənin dövlət aktında göstərilən ərazisində deyil, həmin çevrənin başqa hissəsində yerləşir. Ona görə də "Azərbaycan Respublikasında Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016-cı il tarixli 818 saylı Fərmanına əsasən X11 X12 (TEKUİS) yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı torpaqlara dair hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluğun aradan qaldırılmasını təmin etmək məqsədi ilə Yuxarı Çəmənli kənd ərazi vahidinin ərazisində ölçü işləri aparılan zamanı X24 və ailə üzvlərinin xüsusi mülkiyyətində olan 2.15 ha torpaq sahəsi naturada faktiki olaraq istifadə vəziyyətinə görə uyğunlaşdırılmışdır. Hal hazırda faktiki olaraq X24 və ailə üzvləri tərəfindən istifadə olunur. X24 və ailə üzvlərinin xüsusi mülkiyyətində olan 4.82 ha torpaq sahəsinin 2.67 ha hüssəsi qərarda qeyd olunan torpaq sahəsinin koordinatları daxilində, 2.15 ha hissəsi isə faktiki olaraq istifadədə olan Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016-cı il tarixli 818 saylı Fərmanına əsasən, X11 X13 qeyd olunan ərazidə yerləşən torpaq sahəsinin koordinatları daxilində yerləşir. X24 və ailə üzvlərinin xüsusi mülkiyyətində 4.82 ha (2.67 ha və 2.15 ha) torpaq sahəsinin faktiki istifadə vəziyyətinin döngə nöqtələrinin koordinatlatında texniki səhv mövcud deyildir. Qərardadın səkkizinci sualı üzrə: Beyləqan rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli 03 saylı qərarı və "Torpağa mülkiyyət hüququna dair" JN-0041, KOD 60712018 nömrəli dövlət aktı əsasında X20 və ailə üzvlərinin xüsusi mülkiyyətinə verilmiş Yuxarı Çəmənli kənd ərazi vahidinin ərazisində yerləşən 3.12 ha torpaq sahəsinin 1.51 ha hissəsinin yerləşdiyi ərazinin koordinatları aidiyyəti qanunvericilik aktlarında, o cümlədən elektron kadastr xəritəsində düzgün olaraq qeyd edilmişdir. Qeyd olunan 3.12 ha torpaq sahəsinin 1.61 ha hissəsi isə “Torpaq islahatı” aparılan zamanı tərtib olunmuş kompleks yerquruluşu planında olan 5 nömrəli çevrənin dövlət aktında göstərilən ərazisində deyil, həmin çevrənin başqa hissəsində yerləşir. Ona görə də “Azərbaycan Respublikasında Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016-cı il tarixli 818 saylı Fərmanına əsasən X11 X12 (TEKUİS) yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı torpaqlara dair hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluğun aradan qaldırılmasını təmin etmək məqsədi ilə Yuxarı Çəmənli kənd ərazi vahidinin ərazisində ölçü işləri aparılan zamanı X20 və ailə üzvlərinin xüsusi mülkiyyətində olan 1.61 ha torpaq sahəsi naturada faktiki olaraq istifadə vəziyyətinə görə uyğunlaşdırılmışdır. Hal hazırda faktiki olaraq X20 və ailə üzvləri tərəfindən istifadə olunur. X20 və ailə üzvlərinin xüsusi mülkiyyətində olan 3.12 ha torpaq sahəsinin 1.51 ha hüssəsi qərarda qeyd olunan torpaq sahəsinin koordinatları daxilində, 1.61 ha hissəsi isə faktiki olaraq istifadədə olan Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016-cı il tarixli 818 saylı Fərmanına əsasən, X11 X13 qeyd olunan ərazidə yerləşən torpaq sahəsinin koordinatları daxilində yerləşir. X20 və ailə üzvlərinin xüsusi mülkiyyətində 3.12 ha (1.51 ha və 1.61 ha) torpaq sahəsinin faktiki istifadə vəziyyətinin döngə nöqtələrinin koordinatlatında texniki səhv mövcud deyildir. Qərardadın doqquzuncu sualı üzrə: Beyləqan rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli 03 saylı qərarı və “Torpağa mülkiyyət hüququna dair” JN-0042, KOD 60712018 nömrəli dövlət aktı əsasında X19 və ailə üzvlərinin xüsusi mülkiyyətinə verilmiş Yuxarı Çəmənli kənd ərazi vahidinin ərazisində yerləşən 2.56 ha torpaq sahəsinin 1.49 ha hissəsinin yerləşdiyi ərazinin koordinatları aidiyyəti qanunvericilik aktlarında, o cümlədən elektron kadastr xəritəsində düzgün olaraq qeyd edilmişdir. Qeyd olunan 2.56 ha torpaq sahəsinin 1.07 ha hissəsi isə "Torpaq islahatı" aparılan zamanı tərtib olunmuş kompleks yerquruluşu planında olan 5 nömrəli çevrənin dövlət aktında göstərilən ərazisində deyil, həmin çevrənin başqa hissəsində yerləşir. Ona görə də "Azərbaycan Respublikasında Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016-cı il tarixli 818 saylı Fərmanına əsasən X11 X12 (TEKUİS) yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı torpaqlara dair hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluğun aradan qaldırılmasını təmin etmək məqsədi ilə Yuxarı Çəmənli kənd ərazi vahidinin ərazisində ölçü işləri aparılan zamanı X28 və ailə üzvlərinin xüsusi mülkiyyətində olan 1.07 ha torpaq sahəsi naturada faktiki olaraq istifadə vəziyyətinə görə uyğunlaşdırılmışdır. Hal hazırda faktiki olaraq X28 və ailə üzvləri tərəfindən istifadə olunur. X28 və ailə üzvlərinin xüsusi mülkiyyətində olan 2.56 ha torpaq sahəsinin 1.49 ha hissəsi qərarda qeyd olunan torpaq sahəsinin koordinatları daxilində, 1.07 ha hissəsi isə faktiki olaraq istifadədə olan Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016-cı il tarixli 818 saylı Fərmanına əsasən, X11 X13 qeyd olunan ərazidə yerləşən torpaq sahəsinin koordinatları daxilində yerləşir. X31 və ailə üzvlərinin xüsusi mülkiyyətində 2.56 ha (1.49 ha və 1.07 ha) torpaq sahəsinin faktiki istifadə vəziyyətinin döngə nöqtələrinin koordinatlatında texniki səhv mövcud deyildir. Qərardadın onuncu sualı üzrə: Beyləqan rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli 03 saylı qərarı və “Torpağa mülkiyyət hüququna dair” JN-0043, KOD 60712018 nömrəli dövlət aktı əsasında X32 və ailə üzvlərinin xüsusi mülkiyyətinə verilmiş Yuxarı Çəmənli kənd ərazi vahidinin ərazisində yerləşən 1.26 ha torpaq sahəsinin 0.74 ha hissəsinin yerləşdiyi ərazinin koordinatları aidiyyəti qanunvericilik aktlarında, o cümlədən elektron kadastr xəritəsində düzgün olaraq qeyd edilmişdir. Qeyd olunan 1.26 ha torpaq sahəsinin 0.52 ha hissəsi isə "Torpaq islahatı" aparılan zamanı tərtib olunmuş kompleks yerquluşu planında olan 5 nömrəli çevrənin dövlət aktında göstərilən ərazisində deyil, həmin çevrənin başqa hissəsində yerləşir və X23 və ailə üzvləri tərəfindən istifadə olunur. Ona görə də "Azərbaycan Respublikasında Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016-cı il tarixli 818 saylı Fərmanına əsasən X11 X12 (TEKUİS) yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı torpaqlara dair hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluğun aradan qaldırılmasını təmin etmək məqsədi ilə Yuxarı Çəmənli kənd ərazi vahidinin ərazisində ölçü işləri aparılan zamanı X33 və ailə üzvlərinin xüsusi mülkiyyətində olan 0.52 ha torpaq sahəsi naturada faktiki olaraq istifadə vəziyyətinə görə uyğunlaşdırılmışdır. Hal hazırda faktiki olaraq X15 və ailə üzvləri tərəfindən istifadə olunur. X32 və ailə üzvlərinin xüsusi mülkiyyətində olan 1.26 ha torpaq sahəsinin 0.74 ha hüssəsi qərarda qeyd olunan torpaq sahəsinin koordinatları daxilində, 0.52 ha hissəsi isə faktiki olaraq istifadədə olan Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016-cı il tarixli 818 saylı Fərmanına əsasən, X11 X13 qeyd olunan ərazidə yerləşən torpaq sahəsinin koordinatları daxilində yerləşir. X32 və ailə üzvlərinin xüsusi mülkiyyətində 1.26 ha (0.74 ha və 0.52 ha) torpaq sahəsinin faktiki istifadə vəziyyətinin döngə nöqtələrinin koordinatlatında texniki səhv mövcud deyildir. Qərardadın on birinci sualı üzrə: Beyləqan rayonu Qaradağlı bələdiyyəsinin 10saylı, xx.xx.2014cü il tarixli qərarı və "Torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd olunan Beyləqan rayonu Yuxarı Çəmənli kənd ərazi vahidinin ərazisində yerləşən Qaradağlı bələdiyyəsinə aid 5.20 ha torpaq sahəsi ilə Beyləqan rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci iltarixli 03 saylı qərarı və "Torpağa mülkiyyət hüququna dair" dövlət aktları əsasında X15 və ailə üzvlərinə ayrılmış 4.82 ha (2.67 ha və 2.15 ha)torpaq sahəsinin, X8 və ailə üzvlərinə ayrılmış 3.12 ha (1.51 ha və 1.61 ha) torpaq sahəsinin, X19 və ailə üzvlərinə ayrılmış 2.56 ha (1.49 və 1.07 ha) torpaq sahəsinin, X23 və ailə üzvlərinə ayrılmış 1.26 ha (0.74 ha və 0.52 ha) torpaq sahələrinin koordinatlarının faktiki istifadəyə uyğunlaşdırılacağı təqdirdə üçüncü şəxslərin qanuni istifadəsində olan torpaq sahələri ilə bağlı mülkiyyət hüquqlarının pozulmayacağı müəyyən edilmişdir. İş materiallarında olan Bakı şəhəri 16 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş X9 xx.xx.2025-ci il tarixli, **********73 nömrəli ərizəsindən görünür ki, ona ayrılmış və halhazırda istifadəsində olan ünvan 3i ünvanında yerləşən torpaq sahəsinin yerləşdiyi ərazidən narazı deyil, heç bir şikayəti yoxdur, razıdır. İş materiallarında olan Beyləqan rayon 1 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş X16 xx.xx.2025-ci il tarixli, **********179 nömrəli ərizəsindən görünür ki, ünvan 3ində yerləşən, hal-hazırda istifadəsində olan torpaq sahəsi barədə heç bir narazılığı və şikayəti yoxdur. Məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsində təsbit olunmuşdur ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19-cu maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (maddə 139.1). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. (maddə 139-1.1.5). Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (maddə 152.1). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun əsasən qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (maddə 1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir (maddə 15). Həmin Qanunun 8-ci maddəsinə əsasən : 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə (3.0.2-ci bənd) görə, hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, (3.0.3-cü bənd) təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, (3.0.4-cü bənd) bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, (3.0.5-ci bənd) hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, (3.0.7-ci bənd) hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, (3.0.11-ci bənd) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələri sırasına daxildir. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarından göründüyü kimi, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir. Həmin maddəsinin tələbinə əsasən bələdiyyə orqanları tərəfindən müvafiq olaraq daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair qəbul olunmuş aktlar (qərarlar) və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyata alınması əsasları sırasına daxildir. İddiaçı hüquqmüəyyənedici sənədləri (Aqrar qərarları) həm inzibati orqana, həm də məhkəməyə təqdim etmişdir. Beyləqan rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli, 03 saylı qərarı və müvafiq dövlət aktları əsasında X15 və ailə üzvlərinə ayrılmış 4,82 ha (2,67 ha və 2,15 ha) torpaq sahəsinin, X8 və ailə üzvlərinə ayrılmış 3,12 ha (1,51 ha və 1,61 ha) torpaq sahəsinin, X19 və ailə üzvlərinə ayrılmış 2,56 ha (1,49 və 1,07 ha) torpaq sahəsinin, X23 və ailə üzvlərinə ayrılmış 1,26 ha (0,74 ha və 0,52) torpaq sahələrinin koordinatlarında qeyd edilən uyğunsuzluq digər şəxslərlə mübahisələrə səbəb olmuş və tərəflərin hüquqlarını pozmuşdur. Başqa sözlə, qeyd olunan torpaq sahəsinə dair sənədlərin elektron kadastr məlumat bazası ilə eyniləşdirilməsi zamanı ilkin torpaq ayrılma sənədlərində qeyd edilən koordinatlarla elektron məlumat bazasında həmin torpaq sahəsinin koordinatlarının yanlış göstərilməsi iddiaçının və üçüncü şəxslərin mövcud hüquqlarının pozulması ilə nəticələ bilməz. Qeyd edilən səbəbdən iddiaçının və üçüncü şəxslərin mülkiyyət hüququ məhdudlaşdırıla bilməz. Həmçinin iş üzrə məhkəmə iclasına cəlb edilən üçüncü şəxslər məhkəməyə ərizə təqdim edərək iddiaçı tərəflə aralarında mübahisə olmadıöğını və iddia tələbinə etiraz etmədiklərini bildirmişdirlər. Məhkəmə, eyni zamanda Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16- 16/2-10/3998 nömrəli ekspert rəyini mötəbər sübut kimi qəbul edir. Qeyd edilən ekspert rəyinə əsasən torpaq sahələrinin koordinatlarında və faktiki istifadə vəziyyətində uyğunsuzluqların olduğu və Beyləqan rayonu Qaradağlı bələdiyyəsinin 10 saylı, xx.xx.2014-cü il tarixli qərarı və "Torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd olunan Beyləqan rayonu Yuxarı Çəmənli kənd ərazi vahidinin ərazisində yerləşən Qaradağlı bələdiyyəsinə aid 5.20 ha torpaq sahəsi ilə Beyləqan rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli 03 saylı qərarı və "Torpağa mülkiyyət hüququna dair" dövlət aktları əsasında X15 və ailə üzvlərinə ayrılmış 4.82 ha (2.67 ha və 2.15 ha) torpaq sahəsinin, X8 və ailə üzvlərinə ayrılmış 3.12 ha (1.51 ha və 1.61 ha) torpaq sahəsinin, X19 və ailə üzvlərinə ayrılmış 2.56 ha (1.49 və 1.07 ha) torpaq sahəsinin, X23 və ailə üzvlərinə ayrılmış 1.26 ha (0.74 ha və 0.52 ha) torpaq sahələrinin koordinatlarının faktiki istifadəyə uyğunlaşdırılacağı təqdirdə üçüncü şəxslərin qanuni istifadəsində olan torpaq sahələri ilə bağlı mülkiyyət hüquqlarının pozulmayacağı müəyyən edilmişdir. Qeyd olunmalıdır ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 64.2-ci maddəsinə görə inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 65.1-ci maddəsinə görə aşağıdakı inzibati aktlar etibarsız sayılır: hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt, müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt, qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt, maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt, faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt, kimə ünvanlandığı aydın olmayan inzibati akt. Həmin Qanunun 67.6-cı maddəsinə əsasən maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda, səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda, inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 19 noyabr 2021-ci il tarixli «X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» qərarında «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 64.2-ci maddəsinə istinad edərək vurğulamışdır ki, qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, «İnzibati icraat haqqında» Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qüvvədə olan inzibati aktın qəbul edilməsi zamanı iştirak xarakterli sənədlərin olmadığı hallarda məsələ inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir. Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir. İnzibati ədliyyə mərhələsində isə, məhkəmələr inzibati aktın məqsəd və xarakterini, inzibati icraat mərhələsində yol verilmiş pozuntuların bu aktın qəbul edilibedilməməsinə göstərəcəyi təsiri nəzərə alaraq, şəxsin qanuni gözləntiləri ilə publik maraqların nisbətinin qorunması və Konstitusiyanın müdafiə etdiyi dəyərlər arasında ədalətli tarazlığın təmin edilməsi məqsədi ilə işdə olan bütün sübutları qiymətləndirməklə və bütün prosessual imkanlardan istifadə etməklə şəxsin hüquqlarının qeydiyyata alınması vəzifəsinin müvafiq inzibati orqanın üzərinə qoyulub-qoyulmaması barəsində ədalətli qərar qəbul etməlidir. Beyləqan rayonu Aqrar İslahat Komissiyasının qərarına münasibətdə «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 67.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadığından və həmin Qanunun 65.1-ci maddəsində göstərilən inzibati aktlar sırasına daxil olmadığından (inzibati orqan bunu təkzib edən sübut, dəlil təqdim etməmişdir), eləcə də başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurulmadığından, iddiaçı etimadın qanunla qorunması hüququna malikdir. Bundan başqa, sözügedən qərar tərəflərə aid hissədə geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən, qüvvədə olma müddəti qurtardığından və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilmədiyindən hüquqi qüvvədədir və hüquqi cəhətdən etibarlıdır. Belə ki, “Beyləqan rayonu Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli, 03 nömrəli qərarı, “Torpağın mülkiyyət hüququna dair” JN 0040, KOD 60712018 nömrəli, JN 0041, KOD 60712018 nömrəli, JN 0042, KOD 60712018 nömrəli və JN 0043, KOD 60712018 nömrəli dövlət aktlarına əsasən sahiblərinin istifadəsindədir, lakin faktiki istifadə vəziyyətlərinin döngə nöqtələri yanlış qeyd edilmiş və uyğunsuzluqlar yaranmışdır. Araşdırma nəticəsində qeyd edilən torpaq sahələrinin hüquqmüəyyənedici sənədlərə əsasən koordinatlarının uyğunlaşdırılması zərurəti yarandığı, faktiki vəziyyətin isə tərəfin hüquqlarının pozulması ilə nəticələndiyi müəyyən edilir. Eləcə də, iş materiallarında olan və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin yerquruluşu texniki tərəfindən tərtib edilərək mütəxəssis rəyinə əlavə edilən sxemə nəzər yetirilən zaman qeyd edilən uyğunsuzluq halının aşkar olduğu daha aydın müəyyən edilir. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin imtinasında göstərilən dəlillər hüquqların reyestrdə qeydiyyatından imtina üçün əsas ola bilməz, bu dəlillər formal mülahizələrə əsaslanır. İddiaçının müraciəti üzrə torpaq sahəsinə hüquqların reyestrdə qeydiyyata alınması ilə bağlı «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində nəzərdə tutulmuş “imtina üçün əsaslar” müəyyən edilmir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçının torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından əsassız olaraq imtina etmişdir. Başqa sözlə, cavabdehin imtinası qanunazidd və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 68.1-68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikasının İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək, İddiaçı Beyləqan rayonu Yuxarı Çəmənli kənd ərazi vahidi üzrə inzibati ərazisində yerləşən mübahisəli torpaq sahəsi ilə Beyləqan rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli, 03 saylı qərarı və müvafiq dövlət aktları əsasında X15 və ailə üzvlərinə ayrılmış 4,82 ha (2,67 ha və 2,15 ha) torpaq sahəsinin, X8 və ailə üzvlərinə ayrılmış 3,12 ha (1,51 ha və 1,61 ha) torpaq sahəsinin, X19 və ailə üzvlərinə ayrılmış 2,56 ha (1,49 və 1,07 ha) torpaq sahəsinin, X23 və ailə üzvlərinə ayrılmış 1,26 ha (0,74 ha və 0,52) torpaq sahələrinin koordinatlarının faktiki istifadəyə uyğunlaşdırılması öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, prosessual xərclər iddiaçı tərəfə aid edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 115.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Beyləqan rayon X3 Beyləqan rayonu Yuxarı Çəmənli kənd ərazi vahidi üzrə inzibati ərazisində yerləşən mübahisəli torpaq sahəsi ilə Beyləqan rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli, 03 saylı qərarı və müvafiq dövlət aktları əsasında X15 və ailə üzvlərinə ayrılmış 4,82 ha (2,67 ha və 2,15 ha) torpaq sahəsinin, X8 və ailə üzvlərinə ayrılmış 3,12 ha (1,51 ha və 1,61 ha) torpaq sahəsinin, X19 və ailə üzvlərinə ayrılmış 2,56 ha (1,49 və 1,07 ha) torpaq sahəsinin, X23 və ailə üzvlərinə ayrılmış 1,26 ha (0,74 ha və 0,52) torpaq sahələrinin koordinatlarının faktiki istifadəyə uyğunlaşdırılması öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin üzərinə qoyulsun. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki və yerquruluşu ekspertizasının keçirilməsinə görə 50 manat ekspertiza tədqiqatının dəyəri İddiaçındən tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (SAP hesabı: X4, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ******************** SWİFT BİK CTREAZ 22. Məhkəmə Ekspertiza Mərkəzi: VÖEN **********, Hesab № AZ34CTRE********************) köçürülsün. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar