Məhkəmə qərarları › İş №2-1(120)-169/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-169/2025

18.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-169/2025 18.04.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Şahəli Calal оğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi, İddiaçı, Cavabdeh İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 6 saylı Beyləqan ərazi idarəsinin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 6 saylı Beyləqan ərazi idarəsinə qarşı “xx.xx.2001-ci il tarixdə 3 nömrəli reyestr kitabında inventar işi 114 olmaqla qeydiyyat vəsiqəsi verilmiş qeyri-yaşayış binasının üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasına dair arayışın (hüququn ölmüş şəxs X9 məxsus olması haqqında) verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dаir iddiаsı üzrə işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında аçıq məhkəmə iclаsındа bахаrаq, aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 6 saylı Beyləqan ərazi idarəsinə qarşı iddia ərizəsi ilə müraciət edərək, qeyri-yaşayış binasının dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi bаrədə qərаr çıхаrılmаsını məhkəmədən хаhiş еtmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Şirvan İnzibati Məhkəməsinin 15 aprel 2025-ci il tarixli, 2-1(120)-169/2025 nömrəli qərardadı ilə iddia tələbinə “xx.xx.2001-ci il tarixdə 3 nömrəli reyestr kitabında inventar işi 114 olmaqla qeydiyyat vəsiqəsi verilmiş qeyri-yaşayış binasının üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasına dair arayışın (hüququn ölmüş şəxs X9 məxsus olması haqqında) verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” kimi baxılması qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin 24 iyun 2024-cü il tarixli, 2-1(120)-407/2024 nömrəli qərardadı ilə Beyləqan rayon Mil bələdiyyəsinin üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. Üçüncü şəxs Beyləqan rayon Mil bələdiyyəsinə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən işə üçüncü şəxs Beyləqan rayon Mil bələdiyyəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İddiaçı şifahi məhkəmə iclasında izahatında iddia tələbini müdafiə edərək, onun məhkəmə tərəfindən təmin olunması barədə qərar çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X10 şifahi məhkəmə iclasında izahatında iddia tələbini qəbul etməyərək, onun rədd olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Əsaslandırma hissəsi: Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin Baş X1 və Mülkiyyət Hüquqların Qeydiyyat İdarəsi tərəfindən verilmiş xx.xx.2001-ci il tarixli, 114 nömrəli qeydiyyat vəsiqəsinin və texniki pasportun notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Beyləqan rayonu SMD-14 qəsəbəsində yerləşən mağaza binası X6 mülkiyyətinə verilmiş, xx.xx.2001-ci il tarixdə 3 nömrəli reyestr kitabında, 5 səhifədə, 114 reyestr nömrəsi ilə qeydə alınmışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli, AZ-İİ 132199 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X11 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə olunmuş Beyləqan rayon İcra Hakimiyyətinin Başçısının Mil qəsəbəsinin inzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx.xx.2022-ci il tarixli, 547 nömrəli arayışından görünür ki, İddiaçı Beyləqan rayonu, Mil qəsəbəsində yaşayır. İş materiallarına əlavə olunmuş Beyləqan rayon İcra Hakimiyyətinin Başçısının Mil qəsəbəsinin inzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx.xx.2024-ci il tarixli, 5-37-15/2- 80/2024 nömrəli arayışından görünür ki, Beyləqan rayon İcra Hakimiyyəti Başçısının Mil qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi Sizin şifahi sorğunuza cavab olaraq bildirir ki, Beyləqan rayonu Mil qəsəbəsində qeydiyyatda olmuş, mərhum X9 Beyləqan rayon Mil bələdiyyə ərazisində bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən fərdi sahibkarlıqla məşğul olmaq üçün 30 kv.m torpaq sahəsi ayrılmış, lakin mövcud vəziyyətdə 43 kv.m torpaq sahəsi üzərində qeyri-yaşayış binası tikdirərək sahibkarlıq fəliyyəti ilə məşğul olmuşdur. Hazırda mövcud vəziyyətdə tikdirdiyi 43.kv.m qeyri-yaşayış obyekti heç bir qonşu obyektinə maneçilik törətmir və sözü gedən obyektin sənədləşdirilməsinə heç bir etirazımız yoxdur. İş materiallarına əlavə olunmuş Beyləqan rayonu Mil bələdiyyəsinin xx.xx.2024-cü il tarixli, 142 nömrəli arayışından görünür ki, Beyləqan rayon Mil bələdiyyəsi sizin şifahi sorğunuza cavab olaraq bildirir ki, Beyləqan rayon Mil qəsəbə sakini mərhum X9 Beyləqan rayon Mil bələdiyyə ərazisində bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən fərdi sahibkarlıqla məşğul olmaq üçün 30.kv metr torpaq sahəsi ayrılmış, lakin mövcud vəziyyətdə 43.kv metr torpaq sahəsi üzərində qeyri- yaşayış binası tikdirərək sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. Hazırda mövcud vəziyyətdə tikdirdiyi 43.kv metr qeyriyaşayış obyekti heç bir qonşu obyektinə maneçilik törətmir və sözü gedən obyektin sənədləşdirilməsinə heç bir etirazımız yoxdur. İş materiallarına əlavə olunmuş İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 6 saylı Beyləqan ərazi idarəsinin xx.xx.2022-ci il tarixli, **********12 nömrəli imtinasında qeyd edilmişdir ki, Beyləqan rayonu, Mil qəsəbəsi ərazisində yerləşən qeyri yaşayış binası üzərində mərhum X6 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə 19 sentyabr 2022-ci il tarixli ********** qeydiyyat nömrəli müraciətinizə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsində baxılmışdır. Bununla əlaqədar olaraq bildiririk ki, qeyd olunan qeyri yaşayış binasına dair təqdim olunmuş 18 dekabr 2001-ci il tarixli qeydiyyat vəsiqəsi barədə idarənin arxiv əsaslarında hər hansısa məlumat aşkarlanmadığından “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin tələblərinə əsasən müraciətinizin icrasından imtina edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-cü maddələrinin tələblərinə əsasən daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılmaqla qeydiyyatı aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Qeyd olunanları nəzərə alaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyetsri publik Hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsi müraciətinizdə göstərilən məsələyə hər hansısa köməklik etmək səlahiyyətinə malik olmadığından müvafiq məhkəmə instansiyasına müraciət etməyiniz tövsiyə olunur. İş materiallarına əlavə olunmuş İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 6 saylı Beyləqan ərazi idarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-45/2-2458/2023 nömrəli etirazında qeyd edilmişdir ki, iddaçı İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı “qeyri-yaşayış binasının dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə münasibət bildirilməsi haqqında məhkəmə sərəncamına Ərazi İdarəsində baxılmışdır. Bununla əlaqədar olaraq bildiririk ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinin arxiv məlumatlarında sözügedən qeyri-yaşayış binasına dair təqdim edilmiş 13 dekabr 2001-ci il tarixli qeydiyyat vəsiqəsi barədə hər hası məlumat aşkar edilməmişdir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa 9-cu maddəsinə əsasən daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılaraq hüquqların dövlət qeydiyyatı aparılır. Bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsində və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar göstərilmişdir. Həmin Qanunun 15-ci maddəsinə əsasən dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə və hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Həmin Qanunun 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Odur ki, yuxarıda şərh olunanları və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 2, 8, 9 və 15-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1-ci maddəsinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən iddaçı İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı “qeyri-yaşayış binasının dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə etiraz edirik və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş edirik. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-45/2- 7709/2023 nömrəli məktuba əlavə edilmiş mütəxəssis rəyinin nəticəsi hissəsində qeyd edilmişdir:

1. Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin 2001-ci il tarixli 114 inventar nömrəli texniki pasporta və 18 dekabr 2001-ci il tarixli,114 nömrəli qeydiyyat vəsiqəsinə əsasən mərhum X9 məxsus Beyləqan rayonu, Mil (keçmiş SMD-14) qəsəbəsində yerləşən 30 kv.m (5mx6m) ölçüdə qeyri-yaşayış binasının (mağaza) yerləşdiyi torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarını müəyyən etmək üçün ölçmə işləri araşdırma aparılmışdır. Ölçmə işləri zamanı təqdim olunmuş texniki pasportda istinad nöqtələri mövcud olmadığı üçün qeyd olunan 30 kv.m(5mx6m) ölçüdə qeyri-yaşayış binasının (mağaza) yerləşdiyi torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarını müəyyən etmək mümkün olmamışdır. Eyni zamanda ölçmə işləri zamanı müəyyən olunmuşdur ki, İddiaçı iddia etdiyi ərazidə 45.12 kv.m (4.80mx9.40m) ölçüdə qeyri-yaşayış binası mövcuddur. Ona görə də iddia olunan ərazidə yerləşən mövcud qeyri-yaşayış(mağaza) binasının yerləşdiyi 45.12 kv.m torpaq sahəsinin döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir.

2. Qərardadın birinci sualında qeyd edilən səbəblərə görə Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin 2001-ci il tarixli 114 inventar nömrəli texniki pasporta və 18 dekabr 2001-ci il tarixli, 114 nömrəli qeydiyyat vəsiqəsinə əsasən mərhum X9 məxsus Beyləqan rayonu,Mil ( keçmiş SMD-14) qəsəbəsində yerləşən 30 kv.m(5mx6m) ölçüdə qeyri-yaşayış binəsinin (mağaza) yerləşdiyi torpaq sahəsinin kateqoriyasını, növünü, təyinatını və statusunu müəyyən etmək mümkün olmadı. Eyni zamanda İddiaçı iddia etdiyi və istifadəsində olan 45.12 kv.m (4.80mx9.40m) ölçüdə qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsi mövcud baza məlumatlarının əks olunduğu X4 X8 (TEKUİS-ə) əsasən yaşayış məntəqələrinin torpaqları kateqoriyalı, tikinti altında olan bələdiyyə mülkiyyətinə aid torpaq sahəsidir.

3. Qərardadın birinci sualında qeyd edilən səbəblərə görə Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin 2001-ci il tarixli 114 inventar nömrəli texniki pasporta və 18 dekabr 2001-ci il tarixli,114 nömrəli qeydiyyat vəsiqəsinə əsasən mərhum X9 məxsus Beyləqan rayonu,Mil ( keçmiş SMD-14) qəsəbəsində yerləşən 30 kv.m (5mx6m) ölçüdə qeyri-yaşayış binasının(mağaza) texniki pasportda göstərilən vəziyyətə uyğun yerləşib-yerləşməməsini, həmin qeyri-yaşayış binasının texniki pasportda göstərilən texniki göstəricilərə uyğun olubolmamasını və təyinatı üzrə istifadəyə yararlı olub-olmamasını müəyyən etmək mümkün olmadı. Eyni zamanda İddiaçı iddia etdiyi və istifadəsində olan 45.12 kv.m (4.80mx9.40m) ölçüdə qeyri-yaşayış binası texniki pasportda göstərilən texniki göstəricilərə uyğun deyil. Belə ki, yuxarıda göstərilən sənədlərdə tikinti altı torpaq sahəsi 30 kv.m(5mx6m), qeyri-yaşayış sahəsi 25.76 kv.m (4.60x5.60) ölçüdə bir otaqdan ibarət qeyri yaşayış binası qeyd olunsa da, iddia olunan ərazidə tikinti altı torpaq sahəsi 45.12 kv.m (4.80mx9.40m), qeyri-yaşayış sahəsi 34.78 kv.m (24.28 kv.m (4.15x5.85 ) və 10.50 kv.m (3.00x3.15 )) ölçüdə 2 otaqdan ibarət qeyri yaşayış binası mövcuddur. Qeyd edilən 45.12 kv.m (4.80mx9.40m) ölçüdə qeyri yaşayış binası təyinatı üzrə istifadəyə yararlıdır.

4. Qərardadın birinci sualında qeyd edilən səbəblərə görə Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin 2001 -ci il tarixli 114 inventar nömrəli texniki pasporta və 18 dekabr 2001 -ci il tarixli, 114 nömrəli qeydiyyat vəsiqəsinə əsasən mərhum X9 məxsus Beyləqan rayonu.Mil ( keçmiş SMD-14) qəsəbəsində yerləşən 30 kv.m(5mx6m) ölçüdə qeyri-yaşayış binasının (mağaza) yerləşdiyi torpaq sahəsinin koordinatları üçüncü şəxslərin qanuni istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmadı. Eyni zamanda İddiaçı iddia etdiyi və istifadəsində olan 45.12 kv.m (4.80mx9.40m) ölçüdə qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin koordinatları üçüncü şəxslərin qanuni istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşmür.

5. Qərardadın birinci sualında qeyd edilən səbəblərə görə Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin 2001-ci il tarixli 114 inventar nömrəli texniki pasporta və 18 dekabr 2001-ci il tarixli, 114 nömrəli qeydiyyat vəsiqəsinə əsasən mərhum X9 məxsus Beyləqan rayonu.Mil ( keçmiş SMD-14) qəsəbəsində yerləşən 30 kv.m(5mx6m) ölçüdə qeyri-yaşayış binasının (mağaza) yerləşdiyi torpaq sahəsinin koordinatlarının kommunikasiya xətlərinin mühafizə zolağına düşüb-düşməməsini müəyyən etmək mümkün olmadı. Eyni zamanda İddiaçı iddia etdiyi və istifadəsində olan 45.12 kv.m (4.80mx9.40m) ölçüdə qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin koordinatları kommunikasiya xətlərinin mühafizə zolağına düşmür. İş materiallarına əlavə olunmuş Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/8325 nömrəli ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir; Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinin Yerquruluşu təşkili şöbəsinin mühəndisi Nəsimi Həsənovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən aşağıdakılar müəyyən olunur: Qərardadın birinci sualı üzrə Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş Dövlət texiki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin 2001-ci il tarixli 114 inventar nömrəli texniki pasporta və 18 dekabr 2001-ci il tarixli, 114 nömrəli qeydiyyat vəsiqəsinə əsasən mərhum X9 məxsus Beyləqan şəhəri, SMD-14 qəsəbəsində yerləşən 30 kv.metr (5mx6m) ölçüdə qeyri-yaşayış binasının (mağaza) yerləşdiyi torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarını müəyyən etmək üçün ölçmə işləri aparılmışdır. Təqdim olunmuş texniki pasportda istinad nöqtələri mövcud olmadığı üçün qeyd olunan 30 kv.metr (5mx6m) ölçüdə qeyri- yaşayış binasının (mağaza) yerləşdiyi torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarını müəyyən etmək mümkün olmamışdır. İddiaçı iddia etdiyi ərazidə 45.12 kv.metr (4.80mx9.40m) ölçüdə qeyri-yaşayış binası mövcuddur. Ona görə də iddia olunan ərazidə yerləşən mövcud qeyri-yaşayış (mağaza) binasının yerləşdiyi 45.12 kv.metr torpaq sahəsinin döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir. Qərardadın ikinci sualı üzrə Qərardadın birinci sualında qeyd edilən səbəblərə görə Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş Dövlət texiki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin 2001-ci il tarixli 114 inventar nömrəli texniki pasporta və 18 dekabr 2001-ci il tarixli, 114 nömrəli qeydiyyat vəsiqəsinə əsasən mərhum X9 məxsus Beyləqan şəhəri, SMD-14 qəsəbəsində yerləşən 30 kv.m (5mx6m) ölçüdə qeyriyaşayış binasının (mağaza) yerləşdiyi torpaq sahəsinin kateqoriyası etmək mümkün olmadı. Eyni zamanda İddiaçı iddia etdiyi və istifadəsində olan 45.12 kv.metr (4.80mx9.40m) ölçüdə qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsi mövcud baza məlumatlarının əks olunduğu X4 X8 (TEKUİS-ə) əsasən yaşayış məntəqələrinin torpaqları kateqoriyalı, tikinti altında olan bələdiyyə mülkiyyətinə aid torpaq sahəsidir. Qərardadın üçüncü sualı üzrə Qərardadın birinci sualında qeyd edilən səbəblərə görə Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş Dövlət texiki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin 2001-ci il tarixli 114 inventar nömrəli texniki pasporta və 18 dekabr 2001-ci il tarixli, 114 nömrəli qeydiyyat vəsiqəsinə əsasən mərhum X9 məxsus Beyləqan şəhəri, SMD-14 qəsəbəsində yerləşən 30 kv.metr (5mx6m) ölçüdə qeyri-yaşayış binasının (mağaza) texniki pasportda göstərilən vəziyyətə uyğun yerləşibyerləşməməsini, həmin qeyri-yaşayış binasının texniki pasportda göstərilən texniki göstəricilərə uyğun olub-olmamasını və təyinatı üzrə istifadəyə yararlı olub-olmamasını müəyyən etmək mümkün olmadı. Eyni zamanda İddiaçı iddia etdiyi və istifadəsində olan 45.12 kv.metr (4.80mx9.40m) ölçüdə qeyri-yaşayış binası texniki pasportda göstərilən texniki göstəricilərə uyğun deyil. Belə ki, yuxarıda göstərilən sənədlərdə tikintialtı torpaq sahəsi 30 kv.metr (5mx6m), qeyri-yaşayış sahəsi 25.76 kv.metr (4.60x5.60) ölçüdə bir otaqdan ibarət qeyri-yaşayış binası qeyd olunsa da, iddia olunan ərazidə tikinti altı torpaq sahəsi 45.12 kv.metr (4.80mx9..40m), qeyri-yaşayış sahəsi 34.78 kv.metr (24.28 kv.m (4.15x5.85) və 10.50 kv.metr (3.00x3.15)) ölçüdə 2 otaqdan ibarət qeyri yaşayış binası mövcuddur. Qeyd edilən 45.12 kv.metr (4.80mx9.40m) ölçüdə qeyri-yaşayış binası təyinatı üzrə istifadəyə yararlıdır. Qərardadın dördüncü sualı üzrə Qərardadın birinci sualında qeyd edilən səbəblərə görə Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş Dövlət texiki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin 2001-ci il tarixli 114 inventar nömrəli texniki pasporta və 18 dekabr 2001-ci il tarixli, 114 nömrəli qeydiyyat vəsiqəsinə əsasən mərhum X9 məxsus Beyləqan şəhəri, SMD-14 qəsəbəsində yerləşən 30 kv.metr (5mx6m) ölçüdə qeyri-yaşayış binasının (mağaza) yerləşdiyi torpaq sahəsinin koordinatları üçüncü şəxsilərin qanuni istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmadı. Eyni zamanda İddiaçı iddia etdiyi və istifadəsində olan 45.12 kv.metr (4.80mx9.40m) ölçüdə qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin koordinatları üçüncü şəxslərin qanuni istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşmür. Qərardadın beşinci sualı üzrə Qərardadın birinci sualında qeyd edilən səbəblərə görə Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş Dövlət texiki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin 2001-ci il tarixli 114 inventar nömrəli texniki pasporta və 18 dekabr 2001-ci il tarixli, 114 nömrəli qeydiyyat vəsiqəsinə əsasən mərhum X9 məxsus Beyləqan şəhəri, SMD-14 qəsəbəsində yerləşən 30 kv.metr (5mx6m) ölçüdə qeyri-yaşayış binasının (mağaza) yerləşdiyi torpaq sahəsinin koordinatlarının kommunikasiya xətlərinin mühafizə zolağına düşüb-düşməməsini müəyyən etmək mümkün olmadı. Eyni zamanda İddiaçı iddia etdiyi və istifadəsində olan 45.12 kv.metr (4.80mx9.40m) ölçüdə qeyri-yaşayış binasının kommunikasiya xətlərinin mühafizə zolağına düşmür. Məhkəmə, iddiaçının hazırkı tələblə bağlı ilkin müraciətindən cavabdehin imtinasının qanuniliyini və əsaslığını yuxarıda qeyd edilən sübutlarla yanaşı, aşağıdakı hüquq normalarına uyğun qiymətləndirməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139-1.1, 139-1.1.1-ci maddələrinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Məcəllənin 139.3-cü maddəsinə görə, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 139-1.1.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Məcəllənin 139-1.1.8-ci maddəsinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, - 6 - daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”yə (3.0.2-ci bənd) görə hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, (3.0.3-cü bənd) təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, (3.0.4-cü bənd) bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, (3.0.5-ci bənd) hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, (3.0.7-ci bənd) hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, (3.0.11-ci bənd) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələri sırasına daxildir. «Daşınmaz əmlakın dövlət reyestrinin aparılması Qaydaları»nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 14 oktyabr tarixli 135 nömrəli Fərmanına əsasən «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.4-cü maddəsinə müvafiq olaraq daşınmaz əmlakın dövlət reyestri Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən tərtib edilir və aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən qeydiyyat orqanı - daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (maddə 1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır (maddə 4.1). 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur (maddə 8.0.5). Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir (maddə 15). Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, mübahisənin qanuni və əsaslı həlli baxımından etimad hüququnun qorunması prinsiplərinin pozulması hallarının mövcudluğu ilə bağlı məsələyə də qiymət verilməlidir. Etimadın qorunması prinsipinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun davranmağa borcludur. Nəzərə almaq lazımdır ki, bir tərəfdən inzibati orqan eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün formalaşdırdığı hüquq tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə, fiziki və ya hüquqi şəxsin həmin praktikanın ona da tətbiq olunacağına dair əsaslı (legitim) gözləntiləri və həmin praktikaya etimadı yaranır. Qeyd olunmalıdır ki, şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun olaraq həll edilmiş oxşar işlərə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma, ardıcıl davranma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 13.1-ci maddəsinə əsasən İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 16.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Həmin Qanunun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 20-ci maddəsinə əsasən hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Həmin Qanunun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Beyləqan rayonu, Mil qəsəbə bələdiyyəsinin 10 yanvar 2001-ci il tarixli, 2 saylı qərarı əsasında Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin Baş X1 və Mülkiyyət Hüquqların Qeydiyyat İdarəsi tərəfindən verilmiş xx.xx.2001-ci il tarixli, 114 nömrəli qeydiyyat vəsiqəsinin və texniki pasportun notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Beyləqan rayonu SMD-14 qəsəbəsində yerləşən mağaza binası X6 mülkiyyətinə verilmiş, xx.xx.2001-ci il tarixdə 3 nömrəli reyestr kitabında, 5 səhifədə, 114 reyestr nömrəsi ilə qeydə alınmışdır. Əmlakən texniki göstəricilərinə dair texniki pasport tərtib edilmişdir. İddiaçı Beyləqan rayonu, Mil qəsəbə bələdiyyəsinin 10 yanvar 2001-ci il tarixli, 2 saylı qərarı ilə verilmiş Beyləqan rayonu SMD-14 qəsəbəsində yerləşən qeyri-yaşayış sahəsinə dair vəfat etmiş X6 mülkiyyət hüququnun qeydiyyata alınması” ilə bağlı 6 saylı Beyləqan Ərazi İdarəsinə müraciət etmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsi iddiaçıya xx.xx.2022-ci il tarixli məktub göndərərək, qeyd etmişdir ki, Beyləqan rayonu SMD-14 qəsəbəsində yerləşən mağaza binası üzərində mərhum X6 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə 19 sentyabr 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli müraciətinizə 6 saylı Beyləqan Ərazi İdarəsində baxılmışdır. Bununla əlaqədar olaraq bildirilmişdir ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinin arxiv məlumatlarında sözügedən qeyri-yaşayış binasına dair təqdim edilmiş 13 dekabr 2001-ci il tarixli qeydiyyat vəsiqəsi barədə hər hası məlumat aşkar edilməmişdir. Göstərilən səbəbdən müraciətin icrası mümkün olmamışdır. Bundan əlavə iş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsininin mütəxəssis rəyi və Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/8325 nömrəli ekspert rəyi ilə müəyyən olunur ki, Beyləqan rayonu, Mil qəsəbə bələdiyyəsinin 10 yanvar 2001-ci il tarixli, 2 saylı qərarı əsasında Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin Baş X1 və Mülkiyyət Hüquqların Qeydiyyat İdarəsi tərəfindən verilmiş xx.xx.2001-ci il tarixli, 114 nömrəli qeydiyyat vəsiqəsi əsasında mülkiyyətində olan sahəsinin iddia olunan ərazidə yerləşən mövcud qeyri-yaşayış (mağaza) binasının yerləşdiyi 45.12 kv.metr torpaq sahəsinin döngə nöqtələrinin koordinatları müəyyən edilmiş, İddiaçı iddia etdiyi və istifadəsində olan 45.12 kv.metr (4.80mx9.40m) ölçüdə qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsi mövcud baza məlumatlarının əks olunduğu X4 X8 (TEKUİS-ə) əsasən yaşayış məntəqələrinin torpaqları kateqoriyalı, tikinti altında olan bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi olması, iddia olunan ərazidə tikinti altı torpaq sahəsi 45.12 kv.metr (4.80mx9..40m), qeyri-yaşayış sahəsi 34.78 kv.metr (24.28 kv.m (4.15x5.85) və 10.50 kv.metr (3.00x3.15)) ölçüdə 2 otaqdan ibarət qeyri yaşayış binası mövcud olması, iddia olunan ərazidə tikinti altı torpaq sahəsi 45.12 kv.metr (4.80mx9..40m), qeyri-yaşayış sahəsi 34.78 kv.metr (24.28 kv.m (4.15x5.85) və 10.50 kv.metr (3.00x3.15)) ölçüdə 2 otaqdan ibarət qeyri yaşayış binası mövcud olması, qeyd edilən 45.12 kv.metr (4.80mx9.40m) ölçüdə qeyri-yaşayış binası təyinatı üzrə istifadəyə yararlı olması, mərhum X9 məxsus Beyləqan şəhəri, SMD-14 qəsəbəsində yerləşən 30 kv.metr (5mx6m) ölçüdə qeyri-yaşayış binasının (mağaza) yerləşdiyi torpaq sahəsinin koordinatları üçüncü şəxsilərin qanuni istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşübdüşməməsi, İddiaçı iddia etdiyi və istifadəsində olan 45.12 kv.metr (4.80mx9.40m) ölçüdə qeyri-yaşayış binasının kommunikasiya xətlərinin mühafizə zolağına düşməməsi müəyyən olunmuşdur. Cavabdeh inzibati orqanın imtinasında və etirazında istinad etdiyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinin arxiv məlumatlarında sözügedən qeyri-yaşayış binasına dair təqdim edilmiş 13 dekabr 2001-ci il tarixli qeydiyyat vəsiqəsi barədə hər hası məlumat aşkar edilməməməsi dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, həmin Beyləqan rayonu, Mil qəsəbə bələdiyyəsinin 10 yanvar 2001-ci il tarixli, 2 saylı qərarı əsasında Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin Baş X1 və Mülkiyyət Hüquqların Qeydiyyat İdarəsi tərəfindən verilmiş xx.xx.2001-ci il tarixli, 114 nömrəli qeydiyyat vəsiqəsinin verilməsinə əsas olan sənədlərin arxiv məlumatlarının aşkar olunmaması iddiaçının və ya onun valideyinlərinin təqsiri ucbatında baş verməmiş, bunun əksi olaraq iddiaçının valideyinləri və özü 2001-cı il tarixdən etibarən həmin sənədin mövcudluğuna ehtimad göstərərək həmin-qeyri yaşayış sahəsindən istifadə etmişdirlər. Bunun əksi olaraq cavabdeh inzibati orqan tərəfindən Beyləqan rayonu, Mil qəsəbə bələdiyyəsinin 10 yanvar 2001-ci il tarixli, 2 saylı qərarı əsasında Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin Baş X1 və Mülkiyyət Hüquqların Qeydiyyat İdarəsi tərəfindən verilmiş xx.xx.2001-ci il tarixli, 114 nömrəli qeydiyyat vəsiqəsinin mövcud olmaması, ləğv edilməsi, qüvvədə düşməsi və ya həmin qeyri-yaşayış sahəsinin başqa şəxslərə verilməsinə dair hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Bundan başqa torpaq sahəsinin Beyləqan rayon Mil bələdiyyəsinin mülkiyyətində olması müəyyən edilmiş, bələdiyyənin xx.xx.2024-cü il tarixdə məhkəməyə ünvanladığı məktubdan görünür ki, Beyləqan rayon, Mil bələdiyyəsinin müvafiq qərarı əsasında X7 fərdi sahibkarlıqla məşğul olmaq üçün 30 kv metr torpaq sahəsi ayrılmış, lakin mövcud vəziyyətdə 43 kv metr torpaq sahəsi üzərində qeyr-yaşayış binası tikilmişdir. Hazır ki, vəziyyətdə tikilmiş 43 kv metr qeyri-yaşayış binası heçbir qonşu obyektə maneə törətmir, obeyktin sənədləşdirilməsinə etirzı yoxdur. Eyni məzmunlu məktubla Beyləqan rayonu İcra Hakimiyyətinin başçısının Mil qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyidə məhkəməyə məlumat ünvanlamışdır. Məhkəmə yuxarıda qeyd edilən hüquq normalarını hazırki işin müəyyən edilmiş faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Qanunvericiliyin tələblərinə uyğun olaraq hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı isə cavabdeh inzibati orqanın iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina etməsində heç bir qanuni əsas, yəni "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsində nəzərdə tutulan əsaslardan heç biri müəyyən edilməmişdir. Bunun əksi olaraq sözügedən torpaq sahəsi üzərində hüququn qeydə alınması üçün kifayət qədər faktiki və hüquqi əsaslar müəyyən olunmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Bütün qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, xx.xx.2001-ci il tarixdə 3 nömrəli reyestr kitabında inventar işi 114 olmaqla qeydiyyat vəsiqəsi verilmiş qeyri-yaşayış binasının üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasına dair arayışın (hüququn ölmüş şəxs X9 məxsus olması haqqında) verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” barədə iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə görə, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, aparılmış tətqiqatın dəyəri 50 (əlli) manatdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 115.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir.

Nəticəvi hissə:

Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4-cü, 23.1-ci, 68-ci, 69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddiaçı iddia tələbi təmin edilsin. xx.xx.2001-ci il tarixdə 3 nömrəli reyestr kitabında inventar işi 114 olmaqla qeydiyyat vəsiqəsi verilmiş qeyri-yaşayış binasının üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasına dair arayışın (hüququn ölmüş şəxs X9 məxsus olması haqqında) verilməsi öhdəliyi cavabdeh İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 6 saylı Beyləqan ərazi idarəsinin üzərinə qoyulsun. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsinə görə 50 (əlli) manat ekspertiza tədqiqatının dəyəri cavabdeh İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsindən tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************, SFİFT BİK CTREAZ 22, Hesab №AZ43CTRE********************) köçürülsün. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələblərinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.

Sədrlik edən Şahəli Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar