Məhkəmə qərarları › İş №2-1(120)-1693/2022

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1693/2022

24.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-1693/2022 24.11.2022 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hаkim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X1 nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Mil-Muğan regional filialına qarşı «yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası üzrə inzibati işə 24 noyabr 2022-ci il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafıəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafıə X6 şəxsin 10 saylı regional ərazi filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmək kitabçasında qeyd olunan illəri sosial sığorta stajı kimi müəyyən edərək pensiya hüququnun yarandığı tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X6 şəxsin 10 saylı Regional Ərazi filialı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Mil-Muğan regional filialı ilə əvəz olunmuşdur. Bundan əlavə, iddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək “hərbi xidmət illəri və işlədiyi illər sosial sığorta stajı kimi nəzərə alınmaqla ona hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X1 üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx xxxxxxxx 1956-cı ildə İmişli rayonu Soltanmuradlı kəndində anadan olmuşdur. 01 aprel 1975-ci ildən 01 sentyabr 1975-ci ilə qədər "Muğanmeliosutikinti” terstinin İmişli rayon Birliyinin 3 №-li səyyar qurumunda sürücü işləmişdir. 10 sentyabr 1975-ci ildən 16 noyabr 1975-ci ilə qədər sözügedən təşkilatda 3-cü dərəcəli sürücü işləmişdir. 21 noyabr 1976-cı ildən 05 dekabr 1978-ci ilə qədər Sovet Ordusu sıralarında müddətli hərbi xidmətdə olmuşdur. 05 fevral 1979-cu ildən 28 dekabr 1984-cü ilə qədər “Azmeliosutikinti” trestinin AMP-8 qurumunda 3-cü dərəcəli çilingər və ehtiyyatda olan 3-cü dərəcəli sürücü işində işləmişdir. 28 dekabr 1984-cü ildən 14 mart 1995-ci ilə qədər sözügedən təşkilatda “KAMAZ-5511” markalı maşının sürücüsü işləmişdir. 14 mart 1995-ci ildən 29 aprel 1996-cı ilə qədər “Azmeliosutikinti” trestinin AMP-8 qurumunda “URAL-5557” markalı maşında ehtiyat sürücü işində işləmişdir. 29 aprel 1996-cı ildən Azərsutikinti “Dövlət Konsernin və İmişlisutikinti tresti”-dən işdən azad edilmişdir. 13 yanvar 1997-ci ildən 01 sentyabr 2003cü ilə qədər İmişli rayonu Kommunal Müəssisələr Kombinatında fəhlə işində işləmişdir. Bu barədə müvafiq sənədləri Dövlət Sosial Müdafiə Fondunun İmişli rayon şöbəsinə təqdim etmişdir. Əmək kitabçasında qeyd olunan illəri sosial sığorta stajı kimi müəyyən edərək pensiya hüququnun yarandığı tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün, ƏƏSMN tabeliyində DSMF-nin müvafiq qurumlarına ərizə ilə müraciət etmişdir. 08 aprel 2022-ci il tarixdə cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafıə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Fialial tərəfindən ona göndərilmiş **********1 saylı məktubda göstərilib ki, təqdim etdiyi əmək kitabçasının surətinə və hərbi biletinin surətinə əsasən, sığorta stajı ümumilikdə 20 il 09 ay 26 gün təşkil edir. Bildirir ki, sözügedən təşkilat tərəfindən 13 yanvar 1997-ci ildən 01 sentyabr 2003-cü ilə qədər İmişli rayonu Kommunal Müəssisələr Kombinatında fəhlə işlədiyi illər üzrə əmək fəaliyyəti araşdırılmışdır. Dövlət Sosial Müdafiə Fondunun X1 və İmişli rayonu Dövlət Arxivinin 04 mart 2022-ci il tarixli aktına əsasən, İmişli rayonu Kommunal Müəssisələr Kombinatında işə daxil olma əmrinin surəti və işdən çıxma əmrinin surəti aşkarlanmamışdır. Bundan əlavə sözügedən müəssisənin əmək haqlarının hesablanması cədvəlləri arxivə təhvil verilmədiyindən həmin dövrün araşdırılması və sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Yuxarıda qeyd etdiklərinə əsasən, ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Bu səbəbdən də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu PHŞ tərəfindən 28 sentyabr 2021-ci il tarixdən etibarən ona müddətsiz olaraq sosial müavinət təyin edilmişdir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X1 nümayəndəsi iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iddiaçı Q.K.Abduilayev ona yaşa görə əmək pensiyasının təyin edilməsi barədə ərizə ilə AR ƏƏSMN tabeliyində DSMF-nin 10 saylı regional ərazi filialına (hazırki Mil-Muğan regional filialı) müraciət etmişdir. Ərizə və ona əlavə edilmiş sənədlərə Filialda aidiyyəti üzrə baxılmışdır. Dövlət Sosial Müdafiə Fondunun filialı tərəfindən xx.xx.2022-ci il tarixli, **********1 nömrəli məktubla İddiaçı qanunvericiliklə tələb olunan pensiya hüququna təminat verən kifayət qədər sosial sığorta stajının və pensiya kapitalının olmaması səbəbindən yaşa görə pensiyanın təyin edilməsindən əsaslı olaraq imtina edilmişdir. İddiaçı iddia ərizəsində cavabdehin imtinasının əsassız hesab olunması və əmək kitabçasında işlədiyi dövrlərin sosial sığorta stajına daxil edilməklə yaşa görə pensiyanın təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilib. Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Qeyd olunan Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq, əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə pensiya təyin edilərkən, 2006-cı il yanvarın 1-dək sığorta stajı 25 il hesablanır. Azərbaycan Respublikası ƏƏSMN-nin Kollegiyasının xx.xx.2017-ci il tarixli, 17 saylı Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.1-ci maddəsinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilən zaman Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı nəzərə alınır. Qeyd edilən normanın məzmunundan göründüyü kimi iddiaçı Y.İ.Həsənovun pensiya hüququ 65 yaşla xx.xx.2021-ci il tarixində yaranır. Bunun üçün isə Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır: 1) fərdi hesabın sığorta hissəsində qeydə alınmıs pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta staiından asılı olmavaraq. 2) pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda. Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsasları, bu hüquqların həyata keçirilməsi qaydaları və əmək pensiyası təminatı sistemi “Əmək pensiyaları haqqında” Qanunla müəyyən edilir. Həmin Qanunun - 1.0.1-ci maddəsinə əsasən, əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 25-ci maddəsinə əsasən sosial sığorta stajı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə verdiyi sənədlə təsdiq olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” 2020-ci il 15 may tarixli Qərarında da qeyd etmişdir ki, pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir. “Əmək pensiyaları haqqında” Qanunun 21.2.3-cü maddəsinə əsasən, müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti də sığortaolunanın sığorta stajına əlavə edilir. Yuxarıda qeyd edilən müddəanın məzmunundan göründüyü kimi sığortaolunanın müddətli həqiqi hərbi xidmət dövrü də sığorta stajına daxil edilir və sığortaolunana pensiya təyin edilən zaman nəzərə alınır. İş materiallarmda olan iddiaçıya məxsus xx.xx.1975-ci il tarixli əmək kitabçası və hərbi biletin surətlərinə əsasən onun sıgorta stajı (xx.xx.1976-cı il tarixindən xx.xx.1978-ci il tarixinədək hərbi xidmət dövrü nəzərə alınmaqla) 20 il 9 ay 26 gün təşkil edir. Bundan başqa, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək İddiaçı fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Əlavə olaraq bildirirlər ki, İddiaçı adına tərtib olunmuş əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1997-ci il tarixindən xx.xx.2003-cü il tarixinədək İmişli rayon Kommunal Müəssisələr Kombinantında əmək fəaliyyəti olan dövrlərin araşdırılması zərurəti yaranmışdır. Araşdırma zamanı məlum olub ki, Fondun Mil-Muğan regional filialı ilə İmişli rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli Aktına əsasən İddiaçı xx.xx.1997-ci il tarixində İmişli rayon Kommunal Müəssisələr Kombinantına işə daxil olma əmri, xx.xx.2003-cü il tarixində işdən azad olma əmri aşkarlanmışdır. Lakin sözügedən müəssisənin əmək haqqlarının hesablanması cədvəllərı arxivə mühafizə üçün təhvil verilmədiyindən həmin dövrün araşdırılması və sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Qeyd olunanları nəzərə alaraq, əmək kitabçasında göstərilən müvafiq dövrlər əmək stajı kimi təsdiqlənmədiyindən, İddiaçı ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İmişli rayon Kommunal Təsərrüfatı İstehsalat Birliyinin xx.xx.2022-ci il tarixli, 18 saylı arayışına əsasən 1997-2003-cü illərin əmrlər kitabları və əmək haqqlarının hesablanması cədvəllərı müəssisədə saxlanılmır. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X1 nümayəndəsi iddiaya qarşı etiraza əlavə təqdim etmişdir. Etiraza əlavədə qeyd olunmuşdur ki, İddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsi barədə ərizə ilə AR ƏƏSMN tabeliyində DSMF-nin 10 saylı regional ərazi filialına (hazırki Mil-Muğan regional filialı) müraciət etmişdir. Ərizə və ona əlavə edilmiş sənədlərə Filialda aidiyyəti üzrə baxılmışdır. Dövlət Sosial Müdafiə Fondunun filialı tərəfindən xx.xx.2022-ci il tarixli, **********1 nömrəli məktubla İddiaçı qanunvericiliklə tələb olunan pensiya hüququna təminat verən kifayət qədər sosial sığorta stajının və pensiya kapitalının olmaması səbəbindən yaşa görə pensiyanın təyin edilməsindən əsaslı olaraq imtina edilmişdir. İddiaçı iddia ərizəsində cavabdehin imtinasının əsassız hesab olunması və əmək kitabçasında işlədiyi dövrlərin sosial sığorta stajına daxil edilməklə yaşa görə pensiyanın təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alırımış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilib. Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Qeyd olunan Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq, əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə pensiya təyin edilərkən, 2006-cı il yanvarın 1-dək sığorta stajı 25 il hesablanır. Azərbaycan Respublikası ƏƏSMN-nin Kollegiyasının xx.xx.2017-ci il tarixli, 17 saylı Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.1-ci maddəsinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilən zaman Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı nəzərə alınır. Qeyd edilən normanın məzmunundan göründüyü kimi İddiaçı pensiya hüququ 65 yaşla xx.xx.2021-ci il tarixində yaranır. Bunun üçün isə Qanunda göstərilmiş iki şərtdən biri movcud olmalıdır: 1) fərdi hesabın sığorta hissəsində qeydə alınmıs pensiya kapitalı əmək pensiyasınm minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq. 2) pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda. Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsasları, bu hüquqların həyata keçirilməsi qaydaları və əmək pensiyası təminatı sistemi “Əmək pensiyaları haqqında” Qanunla müəyyən edilir. Həmin Qanunun - 1.0.1-ci maddəsinə əsasən, əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra - sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 25-ci maddəsinə əsasən sosial sığorta stajı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə verdiyi sənədlə təsdiq olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” 2020-ci il 15 may tarixli Qərarında da qeyd etmişdir ki, pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir. “Əmək pensiyaları haqqında” Qanunun 21.2.3-cü maddəsinə əsasən, müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti də sığortaolunanın sığorta stajına əlavə edilir. Yuxarıda qeyd edilən müddəanın məzmunundan göründüyü kimi sığortaolunanın müddətli həqiqi hərbi xidmət dövrü də sığorta stajına daxil edilir və sığortaolunana pensiya təyin edilən zaman nəzərə alınır. İş materiallarında olan iddiaçıya məxsus xx.xx.1975-ci il tarixli əmək kitabçası və hərbi biletin surətlərinə əsasən onun sıgorta stajı (xx.xx.1976-cı il tarixindən xx.xx.1978-ci il tarixinədək hərbi xidmət dövrü nəzərə alınmaqla) 20 il 9 ay 26 gün təşkil edir. Bundan başqa, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək İddiaçı fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Əlavə olaraq bildirirlər ki, İddiaçı adına tərtib olunmuş əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1997-ci il tarixindən xx.xx.2003-cü il tarixinədək İmişli rayon Kommunal Müəssisələr Kombinantında əmək fəaliyyəti olan dövrlərin araşdırılması zərurəti yaranmışdır. Araşdırma zamanı məlum olub ki, Fondun Mil-Muğan regional filialı ılə İmişli rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli Aktına əsasən İddiaçı xx.xx.1997-ci il tarixində İmişli rayon Kommunal Müəssisələr Kombinantına işə daxil olma əmri, xx.xx.2003-cü il tarixində işdən azad olma əmri aşkarlanmışdır. Lakin sözügedən müəssisənin əmək haqqlarının hesablanması cədvəllərı arxivə mühafizə üçün təhvil verilmədiyindən həmin dövrün araşdırılması və sığorta stajına daxil edilməsi mümkün olmamışdır. İmişli rayon Kommunal Təsərrüfatı İstehsalat Birliyinin xx.xx.2022-ci il tarixli, 18 saylı arayışına əsasən 1997-2003-cü illərin əmrlər kitabları və əmək haqqlarının hesablanması cədvəllərı müəssisədə saxlanılmır. Qeyd olunanları nəzərə alaraq, əmək kitabçasında göstərilən müvafiq dövrlər əmək stajı kimi təsdiqlənmədiyindən, İddiaçı ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianı müdafiə edərək, onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 təmsil etdiyi qurumun iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı münasibətinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan iddiaçıya məxsus xx.xx.1975-ci il tarixli notarial qaydada təsdiq olunmuş əmək kitabçasının surətindən görünür ki, o, xx.xx.1975-ci il tarixli, 332 nömrəli əmrlə “Muğanmeliosutikinti” terstinin İmişli rayon Birliyinin 3 №-li səyyar qurumunda sürücü vəzifəsinə qəbul edilmiş, xx.xx.1975-ci il tarixli, 347 nömrəli əmrlə öz ərizəsinə əsasən işdən azad edilmiş, xx.xx.1975-ci il tarixli, 204 nömrəli əmrlə “Muğanmeliosutikinti” terstinin İmişli rayon Birliyinin 3 №-li səyyar qurumunda 3-cü dərəcəli sürücü vəzifəsinə qəbul edilmiş, xx.xx.1976-cı il tarixli, 93 nömrəli əmrlə öz ərizəsinə əsasən işdən azad edilmiş, xx.xx.1979-cu il tarixli, 10 nömrəli əmrlə “Azmeliosutikinti” trestinin AMP-8 qurumunda 3-cü dərəcəli çilingər və ehtiyyatda olan 3-cü dərəcəli sürücü işinə qəbul edilmiş, xx.xx.1984-cü il tarixli, 331 nömrəli əmrlə öz ərizəsinə əsasən işdən azad edilmiş, xx.xx.1984-cü il tarixli, 07/2 nömrəli əmrlə “KAMAZ-5511” markalı maşının sürücüsü işinə qəbul edilmiş, xx.xx.1995-ci il tarixdə öz ərizəsinə əsasən işdən azad edilmiş, xx.xx.1995-ci il tarixdə “Azmeliosutikinti” trestinin AMP-8 qurumunda “URAL-5557” markalı maşında ehtiyat sürücü' işinə qəbul edilmiş, xx.xx.1996-cı ildə işdən azad edilmiş, xx.xx.1997-ci il tarixli, 07 nömrəli əmrlə İmişli rayonu Kommunal Müəssisələr Kombinatında fəhlə işinə qəbul edilmiş, xx.xx.2003-cü il tarixli, 19 nömrəli əmrlə xx.xx.2003-cü il tarixdən işdən azad edilmişdir. İş materiallarında olan НЗ-3378071 saylı hərbi biletdən görünür ki, İddiaçı 21 noyabr 1976-cı il tarixdən 17 noyabr 1978-ci il tarixədək keçmiş Sovet ordusunda xidmət keçmişdir. İş materiallarında olan İmişli rayon Dövlət Arxivinin 22 sentyabr 2022-ci il tarixli, 150 nömrəli arayışından görünür ki, İmişli rayonu Kommunal Müəssisələr Kombinatının İmişli rayon Dövlət Arxivində bu müəssisənin yalnız Əmr kitabları saxlanılır. İddiaçı bu müəssisədəki 1997-2003-cü illərdəki əmək fəaliyyətini təsdiq edə biləcək üç əmr mövcuddur. İş materillarında olan İmişli rayon Dövlət Arxivinin məhkəməyə ünvanlanmış 22 sentyabr 2022-ci il tarixli, 150 nömrəli arayışına əlavə edilmiş İmişli rayonu Kommunal Müəssisələr Kombinatının 1997-ci ilin Əmr kitabından çıxarışdan görünür ki, İddiaçı xx.xx.1997-ci il tarixli, 07 nömrəli əmrlə kombinatda fəhlə işinə qəbul edilmiş, xx.xx.1999cu il tarixli, 02 nömrəli əmrlə 1997-ci ilin və 1998-ci ilin hesabına 42 iş günü hesabı ilə xx.xx.1999-cu il tarixdən xx.xx.1999-cu il tarixə kimi növbəti məzuniyyətə buraxılmış, xx.xx.2003-cü il tarixli, 02 nömrəli əmrlə öz ərizəsinə əsasən işdən azad edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2022-ci il tarixli, **********043800 saylı məktubundan görünür ki, arxiv sənədlərinə və dövlət reyestrində olan məlumatlara əsasən İmişli rayonu Kommunal Müəssisələr Kombinatı 18 iyun 1996-cı il tarixdə statistika uçotuna, xx.xx.2003-cü il tarixdə dövlət qeydiyyatına, xx.xx.1997-ci il tarixdə vergi uçotuna alınmışdır. xx.xx.2005-ci il tarixdə inventarlaşdırmadan keçərək on rəqəmli VÖEN almamışdır (VÖEN **********). xx.xx.2017-ci il tarixli hüquq şəxsin fəaliyyətinin dayandırlması ərizəsinə əsasən vergi ödəyicisinin sahibkarlıq və ya digər vergi tutulan əməliyyatları xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək dayandırılmışdır. Hazırda fəaliyyəti dayandırılmış vəziyyətdədir. Məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarətin Dövlət Vergi Xidmətinin səlahiyyətlərinə xx.xx.2019-cu il tarixdən aid edilmişdir və bu tarixdən məcburi dövlət sosial sığorta haqlarının hesablanması və ödənilməsi barədə məlumat tərəfimizdən verilə bilər. İddiaçı ona yaşa görə əmək pensiyası təyin edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, sonuncu xx.xx.2022-ci il tarixli, **********1 nömrəli məktubla bundan imtina edərək bildirmişdir ki, ‘‘Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqaa (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilib. Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəınək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq, əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə pensiya təyin edilərkən, 2006-cı il yanvarın 1-dək sığorta stajı 25 il hesablanır. Təqdim etdiyiniz xx.xx.1975-ci il tarixli əmək kitabçanızın və hərbi biletinizin surətlərinə əsasən sığorta stajınız (xx.xx.1976-cı il tarixindən xx.xx.1978-ci il tarixinədək hərbi xidmət dövrünüz nəzərə alınmaqla) 20 il 9 ay 26 gün təşkil edir. Həmçinin bildiririk ki, xx.xx.2006cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabınızın sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Əlavə olaraq bildiririk ki, əmək kitabçanızın surətində qeyd edilmiş xx.xx.1997-ci il tarixindən xx.xx.2003-cü il tarixinədək İmişli rayon Kommunal Müəssisələr Kombinantında əmək fəaliyyəti dövrünüzün araşdırılması zərurəti yaranmışdır. Bildiririk ki, Fondun Mil-Muğan regional filialı ilə İmişli rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli aktına əsasən sizin xx.xx.1997-ci il tarixində İmişli rayon Kommunal Müəssisələr Kombinantına işə daxil olma əmriniz, xx.xx.2003-cü il tarixində işdən azad olma əmriniz aşkarlanmışdır. Lakin sözügedən müəssisənin əmək haqqlarının hesablanması cədvəllərı arxivə mühafizə üçün təhvil verilmədiyindən həmin dövrün araşdırılması və sığorta stajınıza daxil edilməsi mümkün olmamışdır. Eyni zamanda bildiririk ki, İmişli rayon Kommunal Təsərrüfatı İstehsalat Birliyinin xx.xx.2022-ci il tarixli, 18 saylı arayışına əsasən 1997-2003-cü illərin əmrlər kitabları və əmək haqqlarının hesablanması cədvəllərı müəssisədə saxlanılmır. Qeyd olunanları nəzərə alaraq, əmək kitabçasında göstərilən müvafiq dövrlər əmək stajı kimi təsdiqlənmədiyindən, ümumi sığorta stajınız qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün sizə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məlumat üçün bildiririk ki, əlavə sənədlər təqdim edəcəyiniz təqdirdə sığorta stajınız qanunveriliciklə tələb olunan 25 il müddətə tamamlanarsa, əmək fəaliyyəti dövrlərinizə müvafiq qaydada araşdırılmaqla yenidən baxıla bilər. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2 maddəsinə əsasən yaşa görə müavinət əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. Qeyd olunan maddənin tələblərinə əsasən sizə xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək 130 manat, xx.xx.2022-ci il tarixindən müddətsiz olaraq 180 manat məbləğində yaşa görə müavinət təyin olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində qeyd edilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, iddiaçı xx.xx.1975-ci il tarixli, 332 nömrəli əmrlə “Muğanmeliosutikinti” terstinin İmişli rayon Birliyinin 3 №-li səyyar qurumunda sürücü vəzifəsinə qəbul edilmiş, xx.xx.1975-ci il tarixli, 347 nömrəli əmrlə öz ərizəsinə əsasən işdən azad edilmiş, xx.xx.1975-ci il tarixli, 204 nömrəli əmrlə “Muğanmeliosutikinti” terstinin İmişli rayon Birliyinin 3 №-li səyyar qurumunda 3-cü dərəcəli sürücü vəzifəsinə qəbul edilmiş, xx.xx.1976-cı il tarixli, 93 nömrəli əmrlə öz ərizəsinə əsasən işdən azad edilmiş, 21 noyabr 1976-cı il tarixdən 17 noyabr 1978-ci il tarixədək keçmiş Sovet ordusunda xidmət keçmiş, xx.xx.1979-cu il tarixli, 10 nömrəli əmrlə “Azmeliosutikinti” trestinin AMP-8 qurumunda 3-cü dərəcəli çilingər və ehtiyyatda olan 3-cü dərəcəli sürücü işinə qəbul edilmiş, xx.xx.1984-cü il tarixli, 331 nömrəli əmrlə öz ərizəsinə əsasən işdən azad edilmiş, xx.xx.1984-cü il tarixli, 07/2 nömrəli əmrlə “KAMAZ-5511” markalı maşının sürücüsü işinə qəbul edilmiş, xx.xx.1995-ci il tarixdə öz ərizəsinə əsasən işdən azad edilmiş, xx.xx.1995-ci il tarixdə “Azmeliosutikinti” trestinin AMP-8 qurumunda “URAL-5557” markalı maşında ehtiyat sürücü' işinə qəbul edilmiş, xx.xx.1996-cı ildə işdən azad edilmiş, xx.xx.1997-ci il tarixli, 07 nömrəli əmrlə İmişli rayonu Kommunal Müəssisələr Kombinatında fəhlə işinə qəbul edilmiş, xx.xx.2003-cü il tarixli, 19 nömrəli əmrlə xx.xx.2003-cü il tarixdən işdən azad edilmişdir. Göründüyü kimi cavabdeh inzibati orqan iddiaçının yalnız xx.xx.1997-ci il tarixdən xx.xx.2003-cü il tarixədək İmişli rayonu Kommunal Müəssisələr Kombinatında işlədiyi illəri mübahisələndirir. Məhkəmə cavabdehin imtina dəlilinə münasibətdə qeyd edir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Məhkəmə hesab edir ki, iddiaçının işlədiyi illər onun adına olan əmək kitabçası ilə öz təsdiqini tapdığından, cavabdeh inzibati orqan tərəfindən bunun əksi sübuta yetirilmədiyindən, əmək kitabçasında qeyd olunanlar mötəbər hesab olunur. Bununla bağlı Ali Məhkəmənin qərarlarında formalaşmış məhkəmə təcrübəsi də ondan ibarətdir ki, sənədlərinin arxivdə olmadığına görə əldə edilməməsi və ya qarşılıqlı yoxlamanın hər hansı səbəbdən baş tutmaması iddiaçının təqsiri ilə bağlı olmayan haldır və hətta bu halın mövcudluğu təsdiq olunsa belə, bu, özü-özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtinaya əsas verən hal kimi təsbit edilməmişdir. Məhkəmə tərkibi həmçinin qeyd etmişdir ki, belə məsələlərin mövcud olduğu işlər üzrə yerləşmiş məhkəmə təcrübəsi həm də ondan ibarətdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. Digər tərəfdən isə məhkəmə tərkibi qeyd edir ki, cavabdeh lazımi sübutlara əsaslanmaqla əmək kitabçasındakı və ya müəssisə tərəfindən verilmiş əmək fəaliyyətini təsdiq edən digər sənəddəki qeydlərin mötəbərliyini mübahisələndirə bilər. Bu halda, əmək kitabçasında və ya digər sənəddə göstərilən məlumatların həqiqiliyi ilə bağlı mübahisə yaranır. Belə mübahisə cavabdeh tərəfindən açıldığı üçün əmək kitabçasında ya digər sənəddə göstərilən məlumatların həqiqəti əks etdirmədiyinə dair sübutları təqdim etmək vəzifəsi də onun üzərinə düşür. Çünki qanunvericiliyin normaları əmək kitabçasındakı məlumatların həqiqiliyinə dair prezumpsiyanı təsbit edir. Prezumpsiyadan istisnaya istinad edən tərəf isə öz bildirdiklərini sübut etmək yükü daşıyır. Məhkəmə cavabdehin “iddiaçının işlədiyi İmişli rayonu Kommunal Müəssisələr Kombinatının əmək haqqı sədvəllərinin arxivdə saxlanılmaması səbəbindən iş stajının həmin dövrlər üzrə əmək haqqı sədvəllərinə əsasən yoxlanılması mümkün olmaması, bu səbəbdən iddiaçıya yaşa görə əmək pensiyası təyin olunmasından imtina olunması” barədə imtina dəlilinə münasibətdə isə qeyd edir ki, iddiaçı onun iş stajını təsdiq edən sənədləri cavabdehə təqdim etsə də sonuncu öz vəzifələrini yerinə yetirərək sənədlərin qarşılıqlı yoxlanılmasını həyata keçirə bilmədiyindən iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. Belə ki, iddiaçının işlədiyi iş yerlərinin sənədlərinin arxivə təhvil verilməməsi və ya saxlanılmaması iddiaçının təqsirindən baş verməmiş və iddiaçı buna görə məsuliyyət daşımır. Buna görə də məhkəmə hesab edir ki, cavabdehin imtina dəlilləri qanunsuz, iddiaçının tələbi isə əsaslı olduğundan iddia tələbi təmin edilməli, iddiaçının tələbi üzrə cavabdeh inzibati orqanın üzərinə öhdəlik qoyulmalıdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeydinə görə bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. İddiaçı xx.xx.1956-cı il tarixdə anadan olmuş, qanunvericiliyin tələbinə əsasən onun yaşa görə əmək pensiyası almaq hüququ xx.xx.2021-ci ildə yaranmışdır. İddiaçının hərbi xidmətdə olduğu dövr və işlədiyi illər nəzərə alınmaqla yaşa görə əmək pensiyası təyin olunması üçün qanunla tələb olunan sosial sığorta stajı vardır. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, İddiaçı hərbi xidmət illəri və işlədiyi illər sosial sığorta stajı kimi nəzərə alınmaqla ona hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X1 üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 75-ci, 78-79cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı hərbi xidmət illəri və işlədiyi illər sosial sığorta stajı kimi nəzərə alınmaqla ona hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X1 üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar