Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1694/2025 05.06.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclasının katibi Əlişova Nuridə Əliverdi qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı «doğum haqqında akt qeydində düzəlişin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, doğum haqqında akt qeydində düzəlişin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-1694/25 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə, iddia tələbinə “İddiaçı barəsində xx.xx.1979-cu il tarixdə tərtib edilmiş 42 nömrəli doğum haqqında akt qeydində düzəliş edilməsi, cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Cavabdeh üzərinə uşağın ata adına düzəliş edilərək, ata adının “Məhəmməd”, uşağın ata qrafasına düzəliş edilərək “X6”, ana qrafasına isə “X3” kimi qeyd edilməklə, yeni doğum haqqında şəhadətnamə verilməsi öhdəliyinin qoyulması” qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1979-cu il tarixdə Ağcabədi rayonunun Üzeyirkənd kəndində doğulmuşdur. Bu barədə ona Ağcabədi rayon Üzeyirkənd kənd sovetliyi tərəfindən tərtib edilmiş 20 mart 1979-cu il tarixli XVİ-7KF № 306428 saylı doğum haqqında şəhadətnamə verilmişdir. Ona məxsus doğum haqqında şəhadətnamədə ata qrafasında X6 atası kimi, ana qrafasında X3 anası kimi qeyd edilmişdir. Həmçinin doğum haqqında şəhadətnamədə bu barədə doğum haqqında akt qeydləri kitabında 20 mart 1979-cu il tarixdə 72 № ilə qeydiyyat aparıldığı göstərilmişdir. X1 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir və bu barədə Cavabdehndə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2024-cü il tarixdə 124 № ilə qeydiyyat aparılmışdır. Atasının vəfat etməsindən sonra ondan qalmış miras əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq istəyərkən ona məlum olmuşdur ki, onun barəsində Ağcabədi rayon Avşar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində xx.xx.1979-cu il tarixdə tərtib edilmiş 42 saylı doğum haqqında akt qeydinin uşaq qrafasında “İddiaçı İnqilab oğlu”, ata qarafasında “X13”, ana qrafasında "X10” qeyd edilmişdir. Qeyd edilən uyğunsuzluğun ardan qaldırılması ilə bağlı tərəfindən cavabdeh inzibati orqana müraciət olunmuş, cavabdeh inzibati orqan isə xx.xx.2024-cü il tarixli məktubla müraciətinin təmin olunmasından imtina edərək məhkəməyə müraciət etməyini tövsiyyə etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı və Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmişdir və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə iddiaçı və Cavabdeh nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Əlavə olaraq bildirilir ki, hazırki işin məhkəmə aidiyyəti müəyyən edilərkən 2 ərizə növü fərqləndirilməlidir. Birincisi, qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizə; ikincisi, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan orqan tərəfindən qeydə düzəliş edilməsindən imtina olması ilə bağlı maraqlı şəxslə həmin orqan arasında olan mübahisə üzrə ərizə. birinci, ərizəyə ümumi məhkəmədə, ikinci ərizəyə isə inzibati məhkəmədə baxılmalıdır. Bu barədə izah “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Ali Məhkəmənin Plenumunun 10 aprel 2015-ci il tarixli qərarının 9.1-ci bəndində də verilib. Hazırki ərizə 2ci növ ərizəyə aiddir, çünki iddiaçı ilə qeydiyyat orqanı arasında mübahisə yaranmışdır. 1ci növə aid olan ərizə o zaman verilir ki, belə mübahisə olmasın. İddia ərizəsindən də görünür ki, iddiaçı qeydin düzgün olmamasının müəyyən edilməsini deyil, qeydə düzəliş edilməsi öhdəliyinin qeydiyyat orqanının üzərinə qoyulmasını tələb edib. Bu baxımdan, hazırkı mübahisə inzibati mübahisə hesab edilir. Bundan başqa nəzərə alınmalıdır ki, oxşar işlər üzrə formalaşmış məhkəmə təcrübəsi də bu növ iddialara baxılmasının inzibati məhkəmələr tərəfindən həyata keçirildiyini nəzərdə tutur. (Bax: Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2(102)- 360/2022 saylı, xx.xx.2022-ci il tarixli) İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır. İşdə olan AZE******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1979-cu ildə ünvan 1 kəndində anadan olmuşdur və Ağcabədi rayonu Avşar kənd ünvanında qeydiyyatdadır. İşdə olan Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli 3-16- 5/8-15-Ə-903/2024 nömrəli məktubda göstərilmişdir ki, Azərbaycan Respüblikası Cavabdehnə daxil olmuş müraciətinizə baxılmışdır. xx.xx.1979-cu il tarixdə Ağcabədi rayon Avşar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində tərtib edilmiş 42 saylı doğum haqqında akt qeydinin uşaq qrafasında “X11”, ata qrafasında “X17" və ana qrafasında “X14”, təqdim olunan sənədlərdə isə uşaq qrafasında “İddiaçı”, ata “X6”, ana “X3” qeyd edilmişdir.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 N° -li qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti akt qeydində dəyişiklik, bərpa və ləğv qaydalarının 1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydində səhvlərin düzəldilməsi və ona dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda şəxsin seçdiyi ərazi qeydiyyat şöbəsi tərəfindən həyata keçirilir. Təqdim olunan sənədlərdə uyğunsuzluq və ziddiyyət olduğu üçün xx.xx.1979-cu il tarixdə Ağcabədi rayon Avşar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində tərtib edilmiş 42 saylı doğum haqqında akt qeydinin uşaq qrafasında “X11”ndan “İddiaçı”na, ata qrafasından “X17”ndan “X6”na və ana qrafasında “X20fndan “X3”na düzəliş edilməsi rayon qeydiyyat şöbəsində mümkün deyildir. İşdə olan xx.xx.1979-cu il tarixli, XVİ-ЖГ 306428 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1979-cu ildə Ağcabədi rayonunda anadan olmuşdur. Ata qrafasında X9, ana qrafasında isə X4 qeyd edilmişdir. İşdə olan xx.xx.1979-cu il tarixli 42 nömrəli doğum haqqında akt qeydindən görünür ki, İddiaçı İnqilab oğlu xx.xx.1979-cu ildə Ağcabədi şəhərində anadan olmuşdur. Ata qrafasında X17, ana qrafasında isə X10 qeyd edilmişdir. İşdə olan Ağcabədi rayon Təhsil şöbəsi N.Abdullayev adına 2 nömrəli tam orta məktəbin xx.xx.2025-ci il tarixli, 03 nömrəli məktubunda göstərilmişdir ki, Ağcabədi rayonun Avşar kənd N. Abdullayev adına 2 nömrəli tam orta məktəbin 01 iyun 2007-ci il tarixli ll nömrəli pratakolunda İddiaçı adı, soyadı, ata adı öz əksini tapmışdır. İşdə olan Ağcabədi rayon Polis şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 60/2-32289/2024 nömrəli məktubunda göstərilmişdir ki, adı qeyd olunan vətəndaş: xx.xx.1979-cu il tarixdə ünvan 1 kəndində anadan olmuş və Ağcabədi rayonu Avşar kəndində qeydiyyatda olan İddiaçı məxsus hazırki AZE ******** (aktiv statuslu) seriya nömrəli şəxsiyyət vəsiqəsi xx.xx.2017-ci il tarixdə Ağcabədi RPŞ-nin QvŞV bölməsi tərəfindən təmin olunmuşdur. Lakin qeydiyyata alınmasına səbəb olan və şəxsiyyət vəsiqəsinin verilməsinə əsas olmuş sənədlərin, arxiv sənədlərin saxlama müddəti bitdiyi üçün məhv edilmişdir. Həmin şəxsiyyət vəsiqəsinə aid fərdi uçot kartoçkasının təsdiq olunmuş kserosurəti göndərilir. xx.xx.1979-cu il təvəllüdlü İddiaçı barəsində heç bir təqsirləndirici material (sadələşdirilmiş material, cinayət işi və s) Ağcabədi RPŞ-də aşkar olunmamışdır. İşdə olan Ağcabədi rayon İHB-nın Avşar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx.xx.2024-cü il tarixli 25 nömrəli arayışında göstərilmişdir ki, Avşar kənd sakini İddiaçı ailəlidir, Ağcabədi rayon Avşar kənd qeydiyatındadır və Avşar kəndində yaşayır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdeh məhkəməyə ünvanladığı 27 noyabr 2024-cü il tarixli 3-16-5/8-13-1374/2024 nömrəli məktubda göstərilmişdir ki, vətəndaş X18 adına tərtib edilmiş “doğum, nikah, ata və ana, bacı və qardaşlarının doğum haqqında akt qeydiləri” və müraciəti ilə bağlı ərizəinin kserosurətləri göndərilir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-16-5/2-11-11330/24 nömrəli məktubunda göstərilmişdir ki, İddiaçı Cavabdehnə təqdim etdiyi ərizənin surətinin, həmin ərizə ilə bağlı inzibati icraatın aparılıb- aparılmaması barədə məlumatın, adıçəkilən şəxsin doğumu haqqında akt qeydinin və onun tərtib edilməsinə əsas olmuş sənədlərin, habelə ata, ana, bacı və qardaşlarının doğumu haqqında akt qeydinin surətinin istənilməsinə dair müraciətinizə baxılmışdır.Araşdırma zamanı müəyyən edilmişdir ki, İddiaçı XVİ-JQ seriyalı 306428 nömrəli doğumu haqqında şəhadətnamədə X1, anası X3, Ağcabədi rayonunun Avşar icra nümayəndəliyi tərəfindən xx.xx.1979-cu ildə tərtib olunmuş doğum haqqında akt qeydində isə valideynləri X13 ilə X10 göstərilmişdir.İddiaçı notariat ofisində xidmət alarkən problemlə qarşılaşması səbəbindən o, xx.xx.2024-cü ildə akt qeydinə valideynləri haqqında məlumatlara dəyişiklik edilməsi üçün Cavabdehnə müraciət etmiş və çöbə tərəfindən ona müvafiq düzəlişin qeydiyyat şöbəsində həyata keçirilməsinin mümkün olmadığı bildirilərək, məsələ ilə bağlı məhkəməyə müraciət olunması ilə bağlı cavab məktubu verilmişdir.Həmçinin bildiririk ki, əvvəllər qüvvədə olmuş “WAQ orqanlarının sənədlərinin saxlanma müddətini göstərən siyahı”ya əsasən doğumun qeydə alınması haqqında vətəndaşların ərizələrinin, eləcə də tibbi şəhadətnamələrin saxlanma müddəti 1 il olmuşdur. Müraciətlə bağlı Nəqaib Əmraslanovun, onun Güluzə Əmiraslanova, Gülsara Əmiraslanova, Gülüdə Əmiraslanova, Gülnar Əmiraslanova, Şahsuvar Əmiraslanov, Gəray Əmiraslanov, İnqilab Əmiraslanov, Ehdibar Əmiraslanov adlı bacı və qardaşlarının doğumu haqqında akt qeydinin, habelə Cavabdehnə doğum haqqında akt qeydində dəyişiklik edilməsi ilə bağlı vətəndaş tərəfindən təqdim olunmuş ərizənin, ona verilmiş cavab məktubunun, doğumu haqqında şəhadətnamənin kserosurəti təqdim olunur. Vətəndaşlıq vəziyyətinə dair akt qeydləri Vətəndaşlıq vəziyyəti aktlarının arxivində və qeydiyyat şöbələrinin arxivində 1948-ci ildən saxlanılır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Akt kitablarının saxlanılması qaydası və müddətləri”nin tələblərinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitabları onların tərtib edildiyi vaxtdan 75 il müddətində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin qeydiyyat şöbələrində və Vətəndaşlıq vəziyyəti aktlarının arxivində saxlanılır. Bu müddət qurtardıqdan sonra qeydiyyat kitabları saxlanılmaq üçün Dövlət Arxivinə təhvil verilir.Qeyd edirik ki, İddiaçı valideynlərinin doğumu 1948-ci ildən əvvələ təsadüf etdiyindən məsələ ilə bağlı Milli Arxiv İdarəsinin Dövlət Arxivinə müraciət olunması tövsiyə edilir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Vətəndaşlıq Vəziyyəti Aktlarının Arxivi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-16-5/2-19462/25 nömrəli məktubunda göstərilmişdir ki, X2 yaxın qohumlarının (arvadı və övladları) doğumu, İddiaçı nikahı və övladının doğumu, habelə X7 və X5 doğumu haqqında akt qeydlərinin kserosurətinin və sonuncu 2 şəxsin adının və ata adının dəyişdirilməsinə dair məlumatın istənilməsi barədə müraciətə baxılmışdır. Müraciətlə bağlı “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən X12 Əmraslanova ilə nikahı, sonuncunun doğumu, Nəqait Əmraslanov ilə (Rəhimova) X8 nikahı və onların Murad, Ziyadxan və Ayxan adlı övladlarının doğumu haqqında məlumat aşkar edilmişdir. Bununla bağlı müvafiq akt qeydlərinin kserosurəti təqdim edilir. İnformasiya sistemində Məhəmməd Əmraslanovun övladının doğumunun, həmçinin 1927-ci il təvəllüdlü İnqilab Əmraslanovun və 1930-cu il təvəllüdlü Gülavər Əmraslanovanın doğumunun qeydə alınması və sonuncu 2 şəxsin soyadının, adının və ata adının dəyişdirilməsi haqqında məlumat aşkar edilmədi. Vətəndaşlıq vəziyyətinə dair akt qeydləri Ədliyyə Nazirliyinin Vətəndaşlıq vəziyyəti aktlarının arxivində 1948-ci ildən saxlanılır.Belə ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitabları onların tərtib edildiyi vaxtdan 75 il müddətində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin qeydiyyat şöbələrində və Vətəndaşlıq vəziyyəti aktlarının arxivində saxlanılır və bu müddət qurtardıqdan sonra qeydiyyat kitabları saxlanılmaq üçün Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinə təhvil verilir. Göstərilənlərə əsasən İ.Əmraslanovun və G.Əmraslanovanın doğumu barəsində müvafiq məlumatların əldə edilməsi üçün Milli Arxiv İdarəsinə müraciət etmək tövsiyə olunur. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-16-5/8-13-363/25 nömrəli məktubunda göstərilmişdir ki, vətəndaş İddiaçı nikah və övladlarının doğum, X2 nikah haqqında akt qeydlərinin kserosurətləri göndərilir. X2 övladları barədə və X13 ilə X5 doğum haqqında akt qeydləri barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və X2 övladları və X13 ilə X5 doğum haqqında akt qeydiləri barədə məlumat aşkar olunmamış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş qaydalara əsasən Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitabları onların tərtib edildiyi vaxtandan 75 il müddətində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin, Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, konsulluq idarələrinin arxivində və ya vətəndaşlıq vəziyyəti aktlarının Respublika Arxivində saxlanılır. Bu müddət qurtardıqdan sonra qeydiyyat kitabları saxlanılmaq üçün dövlət arxivinə verilir. Ona görədə xx.xx.1927-ci il təvəllüdlü X13 və 01,07.1930-cu il təvəllüdlü X5 doğum haqqında akt qeydlərinin kserosurətlərinin verilməsi mümkün olmamışdır. Məhkəmə qeyd edir ki, iddiaçının hazırki iddia tələbini irəli sürməkdə əsas məqsədi doğum haqqında akt qeydində düzəlişlərin edilməsidir ki, bu zaman məhkəmə, doğum haqqında akt qeydində səhvələrə yol verilib-verilməməsini müəyyən etməli və bu istiqamətdə qiymətləndirməni aşağıdaki qanunvericiliyin müddəaları əsasında həyata keçirməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinə əsasən hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 26.5-ci maddəsinə əsasən fiziki şəxsin doğularkən aldığı ad, habelə adını dəyişdirməsi vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı üçün müəyyənləşdirilmiş qaydada qeydə alınmalıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 51.2-ci maddəsinə əsasən uşağın hüquqlarının və qanuni mənafelərinin müdafiəsi valideynlər (onları əvəz edən şəxslər), bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda isə müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları) və məhkəmə tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 53.3-cü maddəsinə əsasən uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Məhkəmə tərəfində iddiaçı barəsində müvafiq sorğular göndərilmiş, sorğular əsasında müəyyən edilmişdir ki, xx.xx.1979-cu il tarixli 42 nömrəli doğum haqqında akt qeydindən görünür ki, İddiaçı xx.xx.1979-cu ildə Ağcabədi şəhərində anadan olmuşdur, ata adı “Məhəmməd” əvəzinə “İnqilab” yazılmışdır. Məhkəmə tərəfindən iş materialları araşdırılaraq müəyyən edilmişdir ki, İddiaçı doğum haqqında akt qeydində uşağın ata qrafasında “X6” əvəzinə “X17”, ana qrafasında isə “X3” əvəzinə “X14” kimi qeydə alınmışdır. Məhkəmə qeyd edir ki, iddiaçının hazırki iddia tələbini irəli sürməkdə əsas məqsədi doğum haqqında akt qeydində düzəlişlərin edilməsidir ki, bu zaman məhkəmə, doğum haqqında akt qeydində səhvələrə yol verilib-verilməməsini müəyyən etməli və bu istiqamətdə qiymətləndirməni aşağıdaki qanunvericiliyin müddəaları əsasında həyata keçirməlidir. Məhkəmə qeyd edir ki, qanunvericilikdə doğum haqqında akt qeydlərində düzəlişlərin edilməsi və yeni doğum haqqında şəhadətnamə verilməsi barədə qadağanedici norma mövcud deyildir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 26.5.Fiziki şəxsin doğularkən aldığı ad, habelə adını dəyişdirməsi vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı üçün müəyyənləşdirilmiş qaydada qeydə alınmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 159.2.Müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. 160.1.Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 166.1.Doğum bu barədə məlumat verən şəxsin seçdiyi, doğum faktı məhkəmə qaydasında müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. 166.3.Doğum haqqında məlumat tibb müəssisəsi tərəfindən dərhal müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən isə məlumat informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. 168.1.Doğum haqqında qeydiyyatda uşağın adı, atasının adı və soyadı, habelə onun valideynləri haqqında məlumat bu Məcəllənin 46 və 53-cü maddələrinə uyğun yazılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın: 1.1.Bu Qayda Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır və dövlət mənafeyi, ictimai mənafe üçün, vətəndaşların şəxsi, habelə əmlak hüquqlarının qorunması məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri (bundan sonra – müvafiq olaraq "Qeydiyyat şöbəsi", "konsulluq idarəsi, "icra hakimiyyətinin nümayəndəliyi") tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasını müəyyən edir. 1.4. Qeydiyyat şöbəsi və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nigahın bağlanmasının, nigahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. 2.1.Doğumun dövlət qeydiyyatı uşağın doğulduğu yerdə və ya valideynlərin, yaxud onlardan birinin yaşadığı yerdə Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır. Uşağın doğulmasının qeydə alındığı yerdən asılı olmayaraq doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə uşağın doğulduğu yer kimi onun doğum yeri göstərilir. 2.2. Doğumun qeydə alınması üçün uşağın valideyni, qəyyumu, himayəçisi və ya onların notariat qaydasında təsdiq edilmiş etibarnaməsi əsasında təyin olunmuş şəxs qeydiyyat şöbəsinə, konsulluq idarəsinə, icra hakimiyyətinin nümayəndəliyinə müraciət edirlər.Doğum haqqında məlumat (uşağın doğum tarixi və cinsi, ananın soyadı, adı, atasının adı, yaşayış yeri, şəxsiyyət vəsiqəsinin nömrəsi və verilmə tarixi) Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyindəki tibb müəssisəsi tərəfindən dərhal İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə, digər tibb müəssisəsi tərəfindən isə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə ötürülür. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən həmin məlumat informasiya sistemi vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə və oradan da avtomatlaşdırılmış rejimdə ananın yaşayış yeri üzrə qeydiyyat şöbəsinə ötürülür. 12.7. Uçot kitabları dəqiq və aydın doldurulur, buraxılmış səhvlər müvafiq qeydlərdə düzəldilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın: 1.Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir.
2. Aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır.
3. Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişikliklər aşağıdakı hallarda edilir: -vətəndaşlıq vəziyyəti aktının qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə;
5. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında ərizələr ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir.
8. Ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir.
9. Bu əsas müddəaların 4-cü bəndində sadalanan sənədlər və vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında qeydiyyat şöbələrinin və konsulluq idarələrinin rəyi toplanmış bütün materiallarla birlikdə icra üçün müvafiq qeydin olduğu yerdəki qeydiyyat şöbələrinə və ya konsulluq idarələrinə 3 gün müddətində göndərilir. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi məhkəmənin qərarı əsasında aparıldıqda, qeydiyyat şöbələrinin və konsulluq idarələrinin rəyi tələb olunmur.
10. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi qeydin olduğu yerdə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Şərh olunan qanunvericiliyin və normativ hüquqi aktların müddəalarından görünür ki uşağın doğulması müvafiq olaraq qeydə alınır və doğum haqqında akt qeydi ilə rəsmiləşdirilir. Qeyd olunmalıdır ki, əgər doğum haqqında akt qeydində səhvə yol verilərsə bu səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında ərizələr ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir.Ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir. Yuxarıda göstərilənləri hazırki iddiaya tətbiq etdikdə görünür ki, iddiaçının doğum haqqında akt qeydində həqiqətən də səhvlərə yol verildiyi müəyyən olunur. Belə ki, məhkəmənin sorğusuna cavab olaraq iddiaçının doğumu barədə tərtib olunmuş akt qeydinin təsdiq edilmiş surəti məhkəməyə təqdim olunmuşdur. Həmin akt qeydinin təhlili zamanı müəyyən olunmuşdur ki, İddiaçı barəsində xx.xx.1979-cu il tarixdə tərtib edilmiş 42 nömrəli doğum haqqında akt qeydində uşağın ata adı “İnqilab”, uşağın ata qrafasında “X17”, ana qrafasında isə “X14” kimi qeydə alınmışdır. Beləliklə məhkəmə hesab edir ki, iddiaçının doğum haqqında akt qeydində bu halı təsdiq edən kifayət qədər dəlillər olduğundan iddiaçının doğum haqqında akt qeydində düzəlişlərin edilməsindən imtina edilməsi ilə bağlı cavabdehin imtinası əsassızdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı barəsində xx.xx.1979-cu il tarixdə tərtib edilmiş 42 nömrəli doğum haqqında akt qeydində düzəliş edilsin, cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Cavabdeh üzərinə uşağın ata adına düzəliş edilərək, ata adının “Məhəmməd”, uşağın ata qrafasına düzəliş edilərək “X6”, ana qrafasına isə “X3” kimi qeyd edilməklə, yeni doğum haqqında şəhadətnamə verilməsi öhdəliyi qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) verilə bilər.
Hakim: Amilya Hüseynova