Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1696/2025 19.12.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi yanında Dövlət Sosial Müdafiə X12 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiya hüququnun yarandığı tarixdən güzəştli şərtlərlə pensiya təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair GİRİŞ HİSSƏ Şirvan İnzibati Məhkəməsi Hakim Musayev Şahəli Calal oğlunun sədrliyi, Məhkəmə iclas katibi Kərimli Fidan Rauf qızının katibliyi, İddiaçının, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X1 iştirаkları ilə, İddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin tabeliyində Dövlət Sosial Müdafiə X12 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiya hüququnun yarandığı (xx.xx.2023-cü il, 60 yaşdan) tarixdən güzəştli şərtlərlə pensiya təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi üzrə inzibati işə 19 dekabr 2025-ci il tarixdə, məhkəmənin binasında (Şirvan şəhəri, H.Z.Tağıyev küçəsi 10), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İşin halları: İddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin tabeliyində Dövlət Sosial Müdafiə X12 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiya hüququnun yarandığı tarixdən güzəştli şərtlərlə pensiya təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1963-cü il tarixdə Lənkəran rayonu, Göyşaban kəndində anadan olmuşdur. Hazırda da ailə üzvləri ilə birlikdə həmin kənddə yaşayır. xx.xx.1981-xx.xx.1983-cü illər hərbi xidmətdə olmuşdur. Hərbi xidməti başa vurduqdan sonra xx.xx.1983-cü il tarixdən xx.xx.1984-cü il tarixə kimi Lənkəran 1 nömrəli tərəvəz tədarük və satış bazasının soyuducu sexində fəhlə işləmişdir. Bundan sonra xx.xx.1984-cü il tarixdən 01 mart 1993-cü il tarixə kimi SMU-nun Tikinti- Montaj idarəsində müxtəlif işlərdə işləmiş. Daha sonra xx.xx.2005-ci il tarixdən xx.xx.2007ci il tarixə kimi "McDermott X8" şirkətində qaynaqçı işləmişdir. Bundan sonra xx.xx.2009cu il tarixdən xx.xx.2010-cu il tarixə kimi "xxxx" MMC-də quraşdırma çilingər işində işləmişdir. Daha sonra yenidən xx.xx.2011-ci il tarixdən xx.xx.2012-ci il tarixə kimi həmin MMC-də qaynaqçı işində işləmişdir. Bundan sonra xx.xx.2012-ci il tarixdən xx.xx.2013-cü il tarixə kimi "xxxx" MMC-də qaynaqçı işləmişdir. Daha sonra xx.xx.2013-cü il tarixdən xx.xx.2014-cü il tarixədək "xxxx" MMC-də qaynaqçı işləmişdir. Bundan sonra xx.xx.2015-ci il tarixdən xx.xx.2016-cı il tarixədək "xxxx" MMC-də qaynaqçı işləmişdir. Daha sonra xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixə kimi "AS inşaat” MMC-də qaynaqçı işləmişdir. Bundan sonra xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixə kimi "xxxx" MMCdə dəmirçi işində işləmişdir. Daha sonra xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixə kimi "X9 Elektrik, Elektronik və Sağlık Teknelojileri DİŞ Ticaret Limited" Şirkətində qaynaqçı işində işləmişdir. Bundan sonra xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixə kimi "xxxx" MMC-də qaynaqçı işində işləmişdir. Daha sonra isə xx.xx.2019-cü il tarixdən hazıki, günə kimi Milli Aerokosmik Agentliyinin Xüsusi Konstruktor Texnoloji Bürosu Texniki Təminat və Təsərrüfat fəaliyyətinin təşkili şöbəsində qaynaqçı işində işləyir. Onun yuxarıda qeyd etdiyi yerlərdə işləməyini əmək kitabçası təsdiq edir. Əmək kitabçasını da iddia ərizəsinə əlavə edir. Beləliklə, işlədiyi bütün illər onun əmək kitabçasında qeyd edilmişdir. Beləliklə də onun iş stajı 25 ildən çoxdur. Hazırda o, pensiyaya çıxmaq üçün lazımi sənədləri toplayıb, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına təqdim etmiş, lakin onlar şifahi olaraq rədd cavabı vermişlər. Baxmayaraq ki, sığorta stajı əmək kitabçasına əsasən hesablanılır. Ona görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2025-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı münasibəti (etiraz): İddiaçı iddia ərizəsində ona xx.xx.2023-cü il tarixdən (60 yaşından) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ötən dövr üçün ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Belə ki, iddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün ərizə ilə Mərkəzi Filiala müraciət etmişdir. Mərkəzi Filial tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli 3-17-1/2-D-214396/2024 nömrəli məktubla güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etməkdən imtina edilmişdir. İmtinanın əsası kimi iddiaçının qüzəştli iş stajının olmaması göstərilmişdir. Bundan narazı qalan iddiaçı Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. Hesab edirlər ki, cavabdehin imtinası qanuni və əsaslı olduğundan İddiaçı iddia tələbi aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir: "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra Qanun) 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilər fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış qadınların həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Həmçinin bildirilir ki, Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin əmr və sərəncamlarını, X10 qərarlarını, X10 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. Bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın Filizin hazırlanması, zənginləşdirilməsi, tikələnməsi (aqlomerasiya, briketləşdirmə, kəsəklənmə), emalı, filiz və filiz olmayan qazıntıların yandırılması bölməsinin (2) Aqlomerasiya kombinatları, fabrikləri, sexləri, bölmələri, qurğuları, okatış istehsalı, zənginləşdirmə fabrikləri və filizin, kömürün şistin və tərkibində 3-cü sinif təhlükəli zərərli maddələr olan digər filiz olmayan qazıntıların zənginləşdirilməsi üzrə qurğular, briketləşdirmə, ağırlaşdırıcılar istehsalı, şaxtalarda kəsmələrdə (karxanalarda) çeşidləmə, filizlərin və filiz olmayan qazıntıların yandırılması, filizin emalı, zənginləşdirmə, sona çatdırılma fabrikləri, filizin zənginləşdirilməsi üzrə sexlər, qurğular, əlvan və qiymətli metalların, almazların qumdan ayrılması, kömürün susuzlaşdırılması, dənəvərləşdirilmiş kömür ovuntusu və toza oxşar kömür fabrikləri bölməsinin (2.3) fəhlələr bəndində (a) qaynaqçılar vəzifəsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası"nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin sözügedən Qaydada göstərilənlərə uyğun hazırlanmış arayışına əsasən müəyyən edilir. Bununla əlaqədar olaraq bildirilir ki, iddiaçı tərəfindən təqdim edilmiş Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyinin Xüsusi Konstruktor Texnoloji Bürosunun xx.xx.2024-cü il tarixli arayışında onun xx.xx.2019-cu il tarixdən bugünədək sözügedən müəssisədə qaynaqçı peşəsində işlədiyi qeyd olunmuşdur. Sözügedən arayışda iddiaçının işlədiyi vəzifənin yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və vəzifəyə uyğun olması, gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) barədə hər hansı məlumat göstərilməyib. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlara əsasən, güzəştli iş stajı yoxdur. Əlavə olaraq bildirilmişdir ki, iddiaçının ümumi iş stajı 28 il 6 ay 18 gün (xx.xx.2006-cı il tarixədək 13 il 1 ay 18 gün (xx.xx.1981xx.xx.1983-cü il (hərbi xidmət dövrü), xx.xx.1983-xx.xx.1984-cü il, xx.xx.1984-xx.xx.1994cü il, xx.xx.2005-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər), xx.xx.2006-cı il tarixdən sonra 15 il 5 ay), fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı isə xx.xx.2024-cü il tarixinə 66023,58 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Beləliklə, yuxarıda qeyd edilən əsaslara görə və qanunvericiliyin tələbləri baxımında İddiaçı "qüzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddiası təmin edilməməlidir. Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbi əsassızdır, cavabdeh orqanın müvafiq qərarı qanunauyğun olmuşdur. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X2 iddia tələbini qəbul etmədiyini bildirərək, onun rədd olunması barədə qərar çıxarılmasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Lənkəran rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir. xx.xx.1963-cü il təvəllüdlü iddiaçı konstitusion hüquqlarından istifadə edərək hazırkı tələb üzrə məhkəmədə iddia qaldırmaq üçün mülki hüquq normalarına uyğun olaraq tam fəaliyyət qabiliyyətlidir. Məhkəmə hesab edir ki, onun hazırki iddianı qaldırmağa subyektiv hüququ vardır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı əvvəlcə eyni məzmunlu tələblə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddia mümkündür. Faktiki hallar və sübutlar: AZE ******** seriyalı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən edilir ki, İddiaçı xx.xx.1963-cü il tarixdə Lənkəran rayonu, Alxovka kəndidndə anadan olmuşdur. NT-İ seriyalı, ******* nömrəli əmək kitabçasının surətindən müəyyən olunur ki, İddiaçı 12 iyun 1984-cü ildə əmək fəaliyyətinə başlamışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli, 3-17-1/2-D-214396/2024 nömrəli “Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” məktubdan görünür ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra -Qanun) 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda bildirilmişdir ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərancamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativhüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X10 qərarlarını, X10 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə ərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın Filizin hazırlanması, zənginləşdirilməsi, tikələnməsi (aqlomerasiya, briketləşdirmə, kəsəklənmə), emalı, filiz və filiz olmayan qazıntıların yandırılması bölməsinin (2) Aglomerasiya kombinatları, fabrikləri, sexləri, bölmələri, qurğuları, okatış istehsalı, zənginləşdirmə fabrikləri və filizin, kömürün, şistin və tərkibində 3-cü sinif təhlükəli zərərli maddələr olan digər filiz olmayan qazıntıların zənginləşdirilməsi üzrə qurğular, briketləşdirmə, ağırlaşdırıcılar istehsalı, şaxtalarda, kəsmələrdə (karxanalarda) çeşidləmə, filizlərin və filiz olmayan qazıntıların yandırılması, filizin emalı, zənginləşdirmə, sona çatdırılma fabrikləri, filizin zənginləşdirilməsi üzrə sexlər, qurğular, əlvan və qiymətli metalların, almazların qumdan ayrılması, kömürün susuzlaşdırılması, dənəvərləşdirilmiş kömür ovuntusu və toza oxşar kömür fabrikləri bölməsinin (2.3) fəhlələr bəndində (a) qaynaqçılar vəzifəsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası"nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair İşəgötürənin sözügedən Qaydada göstərilənlərə uyğun hazırlanmış arayışına əsasən müəyyən edilir. Bununla əlaqədar olaraq, zərərli əmək şəraitində işlədiyiniz dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması, gördüyü iş, tutduğunuz vəzifə və malik olduğunuz peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğunuz vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) iş yerinin arayışında dəqiq göstərilməlidir. Mərkəzi Filiala təqdim edilən sənədlərdə qeyd olunan məlumatlara əsasən, güzəştli iş stajı yoxdur. Əlavə olaraq bildiririlmişdir ki, Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyinin Xüsusi Konstruktor Texnoloji Bürosunun iddiaçıya dair arayışlarında xx.xx.2019-cu il tarixindən bugünədək sözügedən müəssisədə qaynaqçı peşəsində işlədiyi qeyd olunmuşdur. Sözügedən arayışlarda işlədiyi dövrlərin yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və vəzifəyə uyğun olması, gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti barədə hər hansı məlumat göstərilməyib. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciətə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığı təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququnun olduğu qeyd olunmuşdur. Şəxsin “güzəştli şərtlərlə əmək pensiyası hüququ verən işdə çalışması”na dair Arayışın surətindən görünür ki, MSN-nin Milli Aerokosmik Agentliyi Xüsusi Konstruktor Texnoloji Bürosunda İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən peşədə (vəzifədə) qaynaqçı xx.xx.2019-cu il ƏMR №55k hal-hazıra kimi işləmişdir. İşlədiyi vəzifə üzrə sosial sığorta stajı 5 il, 2 gün təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il, 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 2,3 a bəndinə vəzifə koduna uyğundur. Şəxsin “güzəştli şərtlərlə əmək pensiyası hüququ verən işdə çalışması”na dair Arayışın surətindən görünür ki, "xxxx" AMG-da İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən peşədə (vəzifədə) qaynaqçı xx.xx.2015-ci il ƏMR № 24, xx.xx.2016-cı il ƏMR № 10 işləmişdir. İşlədiyi vəzifə üzrə sosial sığorta stajı 10 ay təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il, 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 2,3 a bəndinə vəzifə koduna uyğundur. Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Milli X4 Konstruktor Texnoloji Bürosunun 27 noyabr 2024-cü il tarixli, 3-26-16-13/2-90/2024 nömrəli məktubun surətindən görünür ki, sabiq əməkdaş İddiaçı işlədiyi dövrdə (xx.xx.2019-xx.xx.2024-cü ilə qədər) – müəssisədə istehsal olmamışdır; -müəssisədə tikinti-quraşdırma işləri aparılmamışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli, 3-17-1/2-267890/2024 nömrəli İddiaçı dair müvafiq məlumatların göndərilməsi haqqında məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın Filizin hazırlanması, zənginləşdirilməsi, tikələnməsi (aqlomerasiya, briketləşdirmə, kəsəklənmə), emalı, filiz və filiz olmayan qazıntıların yandırılması bölməsinin (2) Aqlomerasiya kombinatları, fabrikləri, sexləri, bölmələri, qurğuları, okatış istehsalı, zənginləşdirmə fabrikləri və filizin, kömürün, şistin və tərkibində 3-cü sinif təhlükəli zərərli maddələr olan digər filiz olmayan qazıntıların zənginləşdirilməsi üzrə qurğular, briketləşdirmə, ağırlaşdırıcılar istehsalı, şaxtalarda, kəsmələrdə (karxanalarda) çeşidləmə, filizlərin və filiz olmayan qazıntıların yandırılması, filizin emalı, zənginləşdirmə, sona çatdırılma fabrikləri, filizin zənginləşdirilməsi üzrə sexlər, qurğular, əlvan və qiymətli metalların, almazların qumdan ayrılması, kömürün susuzlaşdırılması, dənəvərləşdirilmiş kömür ovuntusu və toza oxşar kömür fabrikləri bölməsinin (2.3) fəhlələr bəndində (a) qaynaqçılar vəzifəsi nəzərdə tutulmuşdur. Eyni zamanda bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası"nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan İşlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair İşəgötürənin sözügedən Qaydada göstərilənlərə uyğun hazırlanmış arayışına əsasən müəyyən edilir. Bununla əlaqədar olaraq, zərərli əmək şəraitində işlədiyi dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması, gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) iş yerinin arayışında dəqiq göstərilməlidir. İddiaçı Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlara əsasən, güzəştli iş stajı yoxdur. Əlavə olaraq bildirilmişdir ki, İddiaçı ümumi iş stajı 28 il 6 ay 18 gün (xx.xx.2006-cı il tarixinədək 13 il 1 ay 18 gün (xx.xx.1981-xx.xx.1983-cü il (hərbi xidmət dövrü), xx.xx.1983-xx.xx.1984-cü il,xx.xx.1984-xx.xx.1984-cü il, xx.xx.2005-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər), həmin tarixdən sonra 15 il 5 ay), fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı isə xx.xx.2024-cü il tarixinə 66023,58 manat təşkil edir. "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xx.xx.2025-ci il tarixli “şəxsin güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair Arayışdan görünür ki, İddiaçı Azərbaycan Respublikasının əmək pensiyaları qanunvericiliyə uyğun olaraq, güzəştli şərtlə yaşa görə pensiya hüququ verən Qaynaqçı (elektrik-qaz qaynaqçısı) vəzifəsində "xxxx" MMC gəmi təmiri müəssisəsində (xx.xx.2019-cu il tarixdən etibarən "xxxx" QSC fəaliyyət istiqaməti gəmi təmiri və onlara texniki xidmət) xx.xx.2013-6-cı dərəcə verilməklə qaynaqçı peşəsinə qəbul edilib-xx.xx.2013-cü il tarixli 56-K saylı ƏMR. xx.xx.2014-ARƏM-nin 68-ci maddəsinin 2 “a” bəndinə əsasən –öz xahişi ilə əmək müqaviləsinə xitam verilibxx.xx.2014-cü il tarixli 28-K saylı ƏMR. İşlədiyi vəzifə üzrə sosial sığorta (və ya iş) stajı 0 il 7 ay 3 gün təşkil edir. İşlədiyi vəzifənin güzəştli pensiya hüququna əsas olan xüsusiyyətləri: -Oksigen, propan balonlardan istifadə etməklə polad löhvələrin, məhəccərlərin, çənbərlərin, şpillərin, sükanın və s.-nin xarab olmuş metal hissələrinin dəyişdirilməsi, dəyişdiriləcək yerlərin kəsilməsi və qaynaq işlərinin görülməsi; Əl ilə dəmirdən, çuqundan, əlvan metallardan olan detalların, birləşmələrin, konstruksiyaların, boru sistemlərinin qaynaq edilməsi; oksigen-propan qaz qaynağı vasitəsi ilə gəmi obyektlərində müxtəlif qaynaq işlərinin yerinə yetirilməsi; Avar vallarının, kronşteynlərinin, dirsəkli valların, mühərriklərin və s.-nin qaynaq edilməsi; metal təbəqələrin qaynaq vasitəsilə kəsilməsi; təzyiq altında işləyən qazanxana aqreqatlarının qaynaq edilməsi; Qaynaq avadanlıqlarının texniki vəziyyətinin yoxlanılması; Yanacaq üçün bölmə və rezervuarlarının qaynaq edilməsi. Diametri 1500 mm-dən çox olan metal təbəqədən olan silindirlərin əyilməsi və düzəldilməsi. Vəzifə üzrə işin xüsusiyyətləri ibarət olmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 35-ci (bəndinə/yarımbəndində) müəyyən edilmiş sahənin və vəzifənin xüsusiyyətləri ilə (rezervuarların, bakların, sisternlərin və gəmi bölmələrinin daxili işlərində məşğul olan qaz qaynaqçıları, rezervuarların, bakların, sisternlərin və gəmi bölmələrinin daxili işlərində məşğul olan əl ilə qaynaq elektrik qaynaqçıları) eynidir. Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi Milli Aerokosmik Agentliyi Xüsusi Konstruktor Texnoloji Bürosunun xx.xx.2025-ci il tarixli Arayışından görünür ki, Aşağıda İmza edənlər - Xüsusi Konstruktor Texnoloji Bürosunun əməkdaşları Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, mülki müdafiə, yanğından mühafizə və səfərbərlik üzrə aparıcı mühəndis vəzifəsində işləmiş hal hazırda kadrlar üzrə mütəxəssis vəzifəsində işləyən Siyavuş Əliyev mühasib -Zakirə Kərimova, Regional ekoloji tədqiqatlar şöbəsinin rəisi - Mübariz Heydərov imzaları təsdiq edirlər ki, Xüsusi Konstruktor Texnoloji Bürosunun sabiq qaynaqçısı İddiaçı 2024-cü ilin iyun ayına qədər müəssisədə işlədiyi dövr ərzində öz şəxsi elektrik qaynaq cihazı ilə müəyyən qaynaq işləri görmüşdür. Müəssisədə aparılan təmir zamanı gördüyü qaynaq işləri aşağıdakılardır: Müəssisənin ümumi su xəttinin, metal borularının qismən dəyişdirilməsi və təmiri, Çardaq hissəsində yerləşən su çənində yaranmış nasazlıqların təmiri və bərpası: X5 otağının tələblərə uyğun olaraq hazırlanmasında, metal seyf qapı və pəncərə məhəccərinin hazırlanması və quraşdırılması: Müəssisənin ərazisində mövcud olan su qurğusunda yerləşən su nasosunun qurulması və dəmir borularının qaynaqla çəkilməsi. "xxxx" MMC-nin Arayışının surətindən görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixindən xx.xx.2019-cu il tarixinədək "xxxx" MMC-də qaynaqçı vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2025-ci il tarixli, 3-17-1/2-205626/2025 nömrəli müvafiq məlumatların göndərilməsi haqqında məktubun surətindən görünür ki, X3 Fondun Nizami rayon şöbəsi tərəfindən 11 dekabr 2016-cı il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Adıçəkilən şəxsə pensiya təyin olunarkən “MCDermott X8” şirkətində işlədiyi dövrlər ümumi stajına (xx.xx.2002-xx.xx.2004-cü il və xx.xx.2007-xx.xx.2008-ci il) daxil edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: 38-ci maddəsinin İİİ hissəsinə müvafiq olaraq qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. Pensiya hüququ sosial təminatın tərkib hissəsi və onun qanunla müəyyən olunmuş ən mühüm formasıdır. Hər kəsin pensiya hüququ sosial təminat hüququnun subyektiv hüquq növü kimi çıxış edir. 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğun olaraq normativ hüquqi aktlar hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı, qanunlar Konstitusiyaya zidd olmamalıdır. 149-cu maddəsinin Vİ hissəsinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının aktları Azərbaycan Respublikası Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır. 149-cu maddəsinin Vİİ hissəsinə görə fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil olunur. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil olunmur. Göründüyü kimi, yalnız fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilə bilər. Bununla yanaşı, qeyd edildiyi kimi qərar mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunun: Qanunun 9.8-ci maddəsində qeyd edilir ki, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Məhkəmə mübahisənin yarandığı zaman qüvvədə olan «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının qanununun maddi hüquq normalarını nəzərdən keçirməyi məqsədəmüvafiq hesab edir. Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə ərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın Filizin hazırlanması, zənginləşdirilməsi, tikələnməsi (aqlomerasiya, briketləşdirmə, kəsəklənmə), emalı, filiz və filiz olmayan qazıntıların yandırılması bölməsinin (2) Aglomerasiya kombinatları, fabrikləri, sexləri, bölmələri, qurğuları, okatış istehsalı, zənginləşdirmə fabrikləri və filizin, kömürün, şistin və tərkibində 3-cü sinif təhlükəli zərərli maddələr olan digər filiz olmayan qazıntıların zənginləşdirilməsi üzrə qurğular, briketləşdirmə, ağırlaşdırıcılar istehsalı, şaxtalarda, kəsmələrdə (karxanalarda) çeşidləmə, filizlərin və filiz olmayan qazıntıların yandırılması, filizin emalı, zənginləşdirmə, sona çatdırılma fabrikləri, filizin zənginləşdirilməsi üzrə sexlər, qurğular, əlvan və qiymətli metalların, almazların qumdan ayrılması, kömürün susuzlaşdırılması, dənəvərləşdirilmiş kömür ovuntusu və toza oxşar kömür fabrikləri bölməsinin (2.3) fəhlələr bəndində (a) qaynaqçılar vəzifəsi nəzərdə tutulmuşdur. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən “əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 3.1.1-ci maddəsinə görə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Həmin Qaydaların 3.4-cü maddəsinə əsasən əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda, sığortolunanların (o cümlədən qaçqın və məcburi köçkünlərin) sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilir. Həmçinin məhkəmə qeyd edir ki, mübahisənin yarandığı zaman qüvvədə olan «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən “əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na 13 nömrəli əlavədə əmək pensiyasının təyin olunması üçün tələb edilən sənədlərin siyahısı göstərilmişdir. Həmin Siyahıya əsasən yaşa görə pensiya növü üzrə – pensiya təyin edilməsi üçün müraciət edən şəxsin yaşını təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi), ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər və s. təqdim olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı: 2.3 Aglomerasiya kombinatları, fabrikləri, sexləri, bölmələri, qurğuları, okatış istehsalı, zənginləşdirmə fabrikləri və filizin, kömürün, şistin və tərkibində 3-cü sinif təhlükəli zərərli maddələr olan digər filiz olmayan qazıntıların zənginləşdirilməsi üzrə qurğular, briketləşdirmə, ağırlaşdırıcılar istehsalı, şaxtalarda, kəsmələrdə (karxanalarda) çeşidləmə, filizlərin və filiz olmayan qazıntıların yandırılması, filizin emalı, zənginləşdirmə, sona çatdırılma fabrikləri, filizin zənginləşdirilməsi üzrə sexlər, qurğular, əlvan və qiymətli metalların, almazların qumdan ayrılması, kömürün susuzlaşdırılması, dənəvərləşdirilmiş kömür ovuntusu və toza oxşar kömür fabrikləri bölməsinin (2.3) fəhlələr bəndində (a) qaynaqçılar vəzifəsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmənin mövqeyi: Beləliklə, məhkəmə iş materiallarından müəyyən etdi ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, təvəllüdü xx.xx.1963-cü ildir, iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, lakin ona güzəştli iş stajının kifayət etməməsi əsas gətirilərək, müraciətindən imtina olunmuşdur. İş materiallarından müəyyən edildi ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, təvəllüdü xx.xx.1963-cü ildir, 12 iyun 1984-cü il tarixdən əmək fəaliyyətinə başlamış, fasiləsiz əmək fəaliyyətini davam etdirmiş və xx.xx.2024-cü il tarixədək işləmişdir. İddiaçı 60 yaşında güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmişdir. İşin mübahisələndirilməyən halı odur ki, İddiaçı iş stajı 28 il 6 ay 18 gün (xx.xx.2006-cı il tarixinədək 13 il 1 ay 18 gün (xx.xx.1981-xx.xx.1983-cü il (hərbi xidmət dövrü), xx.xx.1983-xx.xx.1984-cü il,xx.xx.1984-xx.xx.1984-cü il, xx.xx.2005-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər), həmin tarixdən sonra 15 il 5 ay), fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı isə xx.xx.2024-cü il tarixinə 66023,58 manat təşkil edir. İşin hallarından görünür ki, cavabdehin mübahisələndirdiyi məsələ məhz iddiaçının 12 il 6 ay güzəştli iş stajının olmamasına əsaslanmışdır. İddiaçı inzibati orqana əmək pensiyası təyin edilməsi ilə bağlı müraciət edərkən, o cümlədən məhkəməyə yalnız MSN-nin Milli Aerokosmik Agentliyi Xüsusi Konstruktor Texnoloji Bürosunda qaynaqçı xx.xx.2019-cu il ƏMR №55k hal-hazıra kimi işlədiyi, İşlədiyi vəzifə üzrə sosial sığorta stajı 5 il, 2 gün sığort satajına dair, "xxxx" AMG-da qaynaqçı xx.xx.2015-ci il - xx.xx.2016-cı il tarixdə işləmişdir. İşlədiyi vəzifə üzrə sosial sığorta stajı 10 ay sığort satajına dair və "xxxx" Qapalı Səhmdar Cəmiyyətində Qaynaqçı (elektrikqaz qaynaqçısı) vəzifəsində "xxxx" MMC gəmi təmiri müəssisəsində (xx.xx.2019-cu il tarixdən etibarən "xxxx" QSC fəaliyyət istiqaməti gəmi təmiri və onlara texniki xidmət) qaynaqçı xx.xx.2013-cü il tarixdən xx.xx.2014-cü il tarixədək işlədiyi vəzifə üzrə sosial sığorta (və ya iş) stajı 0 il 7 ay 3 gün sığort satajına dair güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin arayışını təqdim etmişdir. İddiaçının iş materiallarına əlavə etdiyi (eyni zamanda inzibati orqana təqdim etdiyi) arayışlardan başqa hər hansı güzəjtli arayış məhkəməyə təqdim etməmişdir. Belə olduğu təqdirdə iddiaçının sübut olunan güzəştli stajı 6 (altı) il, 5 (beş) ay, 5 (beş) gün müəyyən edilmişdir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra -Qanun) 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”na 2 nömrəli Əlavədə nəzərdə tutulmuş “Şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair” arayış deyil, həmin arayışın forması (arayışda hansı məlumatların göstərilməli olması) qanunvericiliklə tənzimlənir. Onun işlədiyi vəzifələr şəxsə güzəştli şərtlə əmək pensiyası hüququ verən vəzifədir. Qeyd edilən məsələlərin araşdırılması üçün məhkəmə tərəfindən iddiaçının işlədiyi müəssisəyə sorğu göndərilərək göstərilən məsələlər bir daha dəqiqləşdirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydasına əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti - bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən müəyyən edilir. -4.1.20. yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti – bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən. "İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1 -ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının işlədiyi dövrlərin yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və vəzifəyə uyğun olması, gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti barədə hər hansı məlumat göstərilməmişdir. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin tabeliyində Dövlət Sosial Müdafiə X12 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiya hüququnun yarandığı (xx.xx.2023-cü il, 60 yaşdan) tarixdən güzəştli şərtlərlə pensiya təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və İPM-in 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 75-ci, 78-ci, 79-cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin tabeliyində Dövlət Sosial Müdafiə X12 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiya hüququnun yarandığı (xx.xx.2023-cü il, 60 yaşdan) tarixdən güzəştli şərtlərlə pensiya təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) verilə bilər. Hakim: Şahəli Musayev
Məhkəmə qərarları › İş №2-1(120)-1696/2025
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1696/2025
19.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver