Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1698/2025 19.06.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Şahəli Calal oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi, İddiaçı nümayəndəsi-vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “2013-cü ilin yanvar ayından 2016-cı ilin iyul ayına qədər olan üç il altı aylıq dövr üçün hərbi xidmət müddətinin İddiaçı xidmət illərinə əlavə edilməsi və həmin dövr üçün vurulmuş maddi ziyana görə pul kompensasiyasının hesablanaraq iddiaçıya ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, itirilmiş müddətin xidmət illərinə əlavə edilməsi və vurulmuş ziyana görə kompensasiyanın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İddiaçının iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı (bundan sonra İddiaçı adlanacaq) xx.xx.1994-cü ildən etibarən hərbi qulluqçu olaraq xidmət etməyə başlamış, peşəkar hərbi qulluqçu olaraq xidmət keçmiş, baş gizir rütbəsinə yiyələnmişdir. İddiaçı xx.xx.2003-cü il tarixdən xx.xx.2003-cü il tarixədək Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində fəaliyyət göstərən motoatıcı tağım komandirinin müavini kursunu, 22.09xx.xx.2003-cü il tarixdə “‘Pirqulu’” dağ təlim mərkəzində ‘‘Dağ hazırlığı” kursunun 3-cü dönəmini bitirmişdir. Vətən Müharibəsində iştirakı da daxil olmaqla xidmət illərində bir sıra fəxri fərmanlarla, 2008-ci ildə Azərbaycan Ordusunun 90 illiyi yubiley medalı, Azərbaycan Respublikasının Prezidentinin 25 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Füzulinin azad olunmasına görə” medalı, Azərbaycan Respublikasının Prezidentinin 29 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Qubadlının azad olunmasına görə” medalı, xx.xx.2020-ci il tarixdə “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı, 25 avqust 2021-ci il tarixdə “Qüsursuz xidmətə görə” 2-cı dərəcəli medalı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 aprel 2022-ci il tarixli sərəncamı ilə “Vətən Müharibəsi iştirakçısı” medalı və digər medallarla təltif edilmişdir. Müdafiə nazirinin xx.xx.2021-ci il tarixli əmri ilə xəstəliyinə görə ehtiyata buraxılmışdır. İddiaçıya qarşı yol verilmiş əsassız və qanunsuz hərəkətlər nəticəsində o, 2013-cü ilin yanvar ayında həqiqi hərbi xidmətdən “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156- cı maddəsinin “e” bəndinə əsasən (xidməti uyğunsuzluğa görə) ehtiyata buraxılmışdır. Ehtiyata buraxılmasına dair əmr verilərkən çoxsaylı qanun pozuntularına yol verilməsi ilə bağlı iddiaçının davamlı şikayətləri nəticəsində o, 2016-cı ilin iyul ayında yenidən müddətdən artıq həqiqi hərbi xidmətə bərpa edilmişdir. Şifahi şəkildə söz verilməsinə baxmayaraq qeyd edilən dövrü əhatə edən 3 il 6 aylıq müddət ərzində iddiaçının itirmiş olduğu xidmət illəri ümumi xidmət illərinə əlavə edilməmiş və həmin dövr üçün hesablanaraq ödənilməli olan vəsaitlər (maaş və əlavələr) ödənilməməklə iddiaçıya maddi ziyan vurulmuşdur. İddiaçı 05 avqust 2024-cü il tarixli ərizə ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə (bundan sonra Cavabdeh adlanacaq) müraciət edərək 2013-cü ilin yanvar ayından 2016-cı ilin iyul ayına qədər olan 3 il 6 aylıq müddətin onun xidmət illərinə əlavə edilməsini və qeyd edilən dövr üzrə hesablanaraq ödənilməli olan vəsaiti (maaş və əlavələr) hesablayaraq iddiaçıya vurulmuş maddi ziyana görə pul kompensasiyası formasında ödənilməsini xahiş etmişdir. Ərizə 06 avqust 2024-cü il tarixdə cavabdehə çatdırılsa da, hazırkı iddia ərizəsi məhkəməyə göndərilənə qədər cavabdeh tərəfindən heç bir cavab məktubu göndərilməmiş və bununla da cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciətinə münasibətdə hərəkətsizlik nümayiş etdirilmişdir. Aşağıdakılara əsasən müvafiq müddətin iddiaçının xidmət illərinə əlavə edilməsi və vurulmuş maddi ziyana görə müvafiq dövr üçün pul kompensasiyasının iddiaçıya ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Yuxarıda qeyd olunanlara əsasən və İnzibati Prosessual Məcəllənin 45-46-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmədən, 2013-cü ilin yanvar ayından 2016-cı ilin iyul ayına qədər olan üç il altı aylıq dövr üçün hərbi xidmət müddətinin İddiaçı xidmət illərinə əlavə edilməsi və həmin dövr üçün vurulmuş maddi ziyana görə pul kompensasiyasının hesablanaraq iddiaçıya ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. İddiaçının vəkili Nümayəndə şifahi məhkəmə iclasında izahatında İddiaçı izahatını müdafiə etdiyini bildirdi və iddianın təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. İddianın mümkünlüyü : İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.7 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Məhkəmə qeyd edir ki, hazırki iddia tələbi inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan hərəkətlərin edilməsinə (itirilmiş müddətin xidmət illərinə əlavə edilməsi və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsinə) yönəlib. Bu iddia ödəliyin icrası haqqında iddianın xüsusi formasıdır. İPM-in 2.2.7-ci maddəsinə görə inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanın qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş itirilmiş müddətin xidmət illərinə əlavə edilməsi və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Saatlı rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və iddiaçı Saatlı rayonunda qeydiyyatda olduğundan doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı iddia qaldırmadan əvvəl eyni məzmunlu tələblə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir (itirilmiş müddətin xidmət illərinə əlavə edilməsi və vurulmuş ziyana görə kompensasiya ödənilməmişdir). Bu iddia növünün qaldırılması ilə bağlı qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı : İddia mümkün olsa da, lakin mahiyyəti üzrə əsaslı deyildir. Belə ki, İddiaçı 2013-cü ilin yanvar ayından 2016-cı ilin iyul ayına qədər olan üç il altı aylıq dövr üçün hərbi xidmət müddətinin İddiaçı xidmət illərinə əlavə edilməsi və həmin dövr üçün vurulmuş maddi ziyana görə pul kompensasiyasının hesablanaraq iddiaçıya ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmasını tələb etməkdə haqlı deyil. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2013-cü il tarixli, 04gm № əmrindən çıxarışdan, xx.xx.2012-ci il tarixli təqdimatdan, aktdan və xidmət vərəsəqindən görünür ki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq, N nömrəli hərbi hissənin motoatıcı taborun motoatıcı bölüyünün baş çavuşu gizir İddiaçı həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. İş materiallarında olan X1 Müavini Azərbaycan Ordusunun Baş Qərargah rəisinin xx.xx.2016-cı il tarixli, 0200gm nömrəli əmrindən çıxarışdan görünür ki, İddiaçı bağlaşma əsasında könüllü olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələrində 5 il müddətinə gizirlərin həqiqi hərbi xidmətinə qəbul edilmiş və N nömrəli hərbi hissənin 7061-ci motoatıcı taborununmotoatıcı bölüyünün baş çavuşu təyin olunmuş, həmçinin təhsili 2003cü ildə Silahlı Qüvvələrin Təlim və X2 hazırlığı kursu, silahlı qüvvələrdə xidməti xx.xx.1994-xx.xx.1997, xx.xx.2001-xx.xx.2013-cü illlər qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Saatlı rayon Polis Şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 102/2-19732 nömrəli məktubunda qeyd edilmişdir ki, Saatlı rayonu Mollavaizli kənd sakini Əliyev X3 Hərbi Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 333.3-cü maddəsi ilə təqsirli bilinərək 900 manat məbləğində cərimə və Füzuli Hərbi Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 331.3-cü maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum edilmişdir. İş materiallarında olan Müdafiə Nazirliyi N nömrəli hərbi hissəsinin xx.xx.2024-cü il tarixli, 2950 nömrəli məktubundan görünür ki, ehtiyatda olan baş gizir İddiaçı xx.xx.2013cü ildən xx.xx.2016-cı ilədək xidmətdə olmadığı üçün pul təminatı və onun əlavə növləri ödənilməmişdir. İş materiallarında olan Müdafiə Nazirliyinin məhkəməyə ünvanladığı etirazında qeyd edilmişdir ki, sizin icraatınızda İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “yanvar 2013-iyul 2016-cı ilə qədər olan dövr üçün hərbi xidmət müddətinin xidmət illərinə hesab edilməsi və həmin dövr üçün vurulmuş maddi ziyana görə pul kompensasiyasının hesablanaraq ödənilməsi” tələbinə dair iddia ərizəsinə baxılır. İddia ərizəsi əsassız olduğundan təmin oluna bilməz. İddiaçı xx.xx.2016-cı ildə təkrar həqiqi hərbi xidmətə çağırılıb. Belə olan halda xidmətdə olmadığı dövrün xidmət illərinə hesablanması və xidmətdə olmadığı müddət üçün ödənilməli olan vəsaitlərin (maaş və əlavələrin) ödənilməsi tələbi təmin edilə bilməz. AR İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.” “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.9-ci maddəsinə əsasən: “hərbi qulluqçular - həqiqi hərbi xidmətdə olan şəxslərdir.” Azərbaycan Respublikası müdafiə nazirinin xx.xx.2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Ordusunun hərbi qulluqçuların pul təminatı haqqında Əsasnamə”sinin 1.2-ci bəndinə əsasən: “Azərbaycan Ordusunun hərbi qulluqçuların pul təminatı tutduğu vəzifəyə uyğun aylıq vəzifə maaşından ibarətdir.” İddiaçının isə 2013xx.xx.2016-cı il tarixlərində hərbi qulluqçu statusu olmadığından, xidmətdə olmadığı dövr üçün pul ödənilməsi hüququ da yaranmamışdır. Məhkəmə iş materiallarından görmək olar ki, ehtiyata buraxılması barədə xx.xx.2013-cü il tarixli əmr iddiaçı tərəfindən mübahisələndirilməmişdir və ləğv olunmamışdır. Yuxarıda qeyd edilənlərə əsasən və AR İPM-nin 47.2-ci maddəsini rəhbər tutaraq, məhkəmədən İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia ərizəsininin təmin edilməməsi xahiş olunmuşdur. İş materialları ilə müəyyən edilmişdir ki, iddiaçı itirilmiş müddətin xidmət illərinə əlavə edilməsi və ona vurulmuş ziyanla bağlı cavabdehin təqsirinin olmasına dair hər hansı sübut təqdim etməmiş, mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranmasının əsaslarından biri məhz təqsirin olmasıdır, hazırki iş üzrə itirilmiş illərin və vurulmuş maddi zərərə görə cavabdehin təqsirini müəyyən edən heç bir hal və sübut olmadığından mövcud olmamış zərərə görə cavabdehin üzərinə məsuliyyət qoyula bilməz. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanununun 3-cü bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının hərbi xidməti Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən və ehtiyatda xidmətdən ibarətdir. Həqiqi hərbi xidmətdə olan vətəndaşlar hərbi qulluqçular, ehtiyatda xidmətdə olanlar isə hərbi vəzifəlilər adlanırlar. Hərbi qulluqçular və hərbi vəzifəlilər Azərbaycan Respublikasının Silahlı Qüvvələrində əsgər, matros, kursant, çavuş, gizir, miçman və zabit kimi hərbi xidmət keçirlər. Həmin Qanun 7-ci bəndinə əsasən gizir və miçmanlara könüllü həqiqi hərbi xidmət keçən “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hərbi rütbələr verilən aşağıdakı hərbi qulluqçular aiddir: Azərbaycan Respublikasının Silahlı Qüvvələrində (Azərbaycan Ordusunun və sərhəd mühafizə orqanlarının hərbi gəmiləri (katerləri) və bu gəmilərin (katerlərin) döyüş təminatını həyata keçirən sahil hissələri istisna olmaqla) və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) - kiçik gizir, gizir, baş gizir; Həmin Qanun 14-cü bəndinə əsasən həqiqi hərbi xidmətin başlanğıcı aşağıdakı günlər sayılır. q) gizirlərin və miçmanların həqiqi hərbi xidmətində: müddətli və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları üçün — gizir və ya miçman hərbi rütbələrinin verilməsi haqqında əmr imza edilən gün; ehtiyatda olan əsgərlər, matroslar, çavuşlar və qadınlar üçün — hərbi komissarlığın sərəncamında göstərilmiş xidmət yerinə getmək günündən tez olmayaraq, gizir və ya miçman hərbi rütbələrinin verilməsi haqqında əmr imza edilən gün; ehtiyatda olan gizirlər və miçmanlar üçün — hərbi komissarlığın sərəncamında göstərilmiş xidmət yerinə gedilən gün; Həmin Qanun 156-cı maddəsinə əsasən hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar: e) xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa); “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun: 27-ci maddəsinə əsasən hərbi qulluqçular və toplanışa çağırılmış hərbi vəzifəlilər aşağıdakı hallarda hərbi xidmət vəzifələrinin icrasında sayılırlar. 7.1.1. döyüş əməliyyatlarında iştirak edərkən; 27.1.2. hərbi vəziyyət dövründə, yaxud silahlı münaqişələr zamanı müəyyən edilmiş vəzifələri yerinə yetirərkən; 27.1.3. döyüş növbəsini (döyüş xidmətini) apararkən, daxili xidmət naryadlarında, qarovulda və qarnizon növbələrində olarkən; 27.1.4. təlimlərdə və təlimlə bağlı səfərlərdə iştirak edərkən; 27.1.5. vəzifə borclarını, yaxud komandir (rəis) tərəfindən verilmiş əmr, sərəncam və ya göstərişi yerinə yetirərkən; 27.1.6. günün nizam qaydaları ilə müəyyən edilmiş xidmət vaxtında və ya xidməti zərurətlə əlaqədar günün digər vaxtlarında hərbi hissənin (müəssisənin) ərazisində olarkən; 27.1.7. ezamiyyətdə olarkən; 27.1.8. müalicədə olarkən və müalicə yerinə gedib-gələrkən; 27.1.9. toplanışlar keçərkən; 27.1.10. hərbi xidmət yerinə gedib-gələrkən; 27.1.11. əsirlikdə olarkən (düşmən tərəfinə könüllü keçmə hallarından başqa); 27.1.12. xidməti vəzifəsini icra edərkən xəbərsiz itkin düşdükdə – şəxs qanunla müəyyən olunmuş qaydada xəbərsiz itkin düşmüş və ya ölmüş elan edilənədək; 27.1.13. vətəndaşların həyat və sağlamlıqlarını, şərəf və ləyaqətini müdafiə edərkən; 27.1.14. insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi, qayda-qanunun, ictimai təhlükəsizlik və ictimai qaydanın qorunub saxlanılması işində dövlət orqanlarının əməkdaşlarına köməklik göstərərkən; 27.1.15. fövqəladə halların və ya təbii fəlakətlərin və texnogen xarakterli qəzaların qarşısının alınması və nəticələrinin aradan qaldırılmasında iştirak edərkən. Həmin Qanun 36.1-ci maddəsinə əsasən həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada bağlaşma əsasında aşağıdakı həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar. Həmin Qanun 38.1-ci maddəsinə əsasən dinc dövrdə həqiqi hərbi xidmətin müddətləri təqvim hesabı ilə aşağıdakı kimi müəyyənləşdirilir: Həmin Qanun 38.1.4-cü maddəsinə əsasən gizirlər və miçmanlar üçün – 5 il. Sonra bu müddət tərəflərin razılığı ilə həqiqi hərbi xidmətdə olmağın son yaş həddi çatanadək hər dəfə 5 ilədək müddətə uzadılır; «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Həmin Qanunun 1.1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 1.2-ci madəsinə görə bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 89.1-ci maddəsinə görə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Həmin Qanunun 89.2-ci maddəsinə görə maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 -ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2013-cü il tarixli, 04gm № əmrindən çıxarışdan, xx.xx.2012-ci il tarixli təqdimatdan, aktdan və xidmət vərəsəqindən görünür ki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq, N nömrəli hərbi hissənin motoatıcı taborun motoatıcı bölüyünün baş çavuşu gizir İddiaçı həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Bundan əlavə X1 Müavini Azərbaycan Ordusunun Baş Qərargah rəisinin xx.xx.2016-cı il tarixli, 0200gm nömrəli əmrindən çıxarışından görünür ki, İddiaçı bağlaşma əsasında könüllü olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələrində 5 il müddətinə gizirlərin həqiqi hərbi xidmətinə qəbul edilmiş və N nömrəli hərbi hissənin 7061-ci motoatıcı taborununmotoatıcı bölüyünün baş çavuşu təyin olunmuş, həmçinin təhsili 2003-cü ildə Silahlı Qüvvələrin Təlim və X2 hazırlığı kursu, silahlı qüvvələrdə xidməti xx.xx.1994-xx.xx.1997, xx.xx.2001xx.xx.2013-cü illlər qeyd edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Saatlı rayon Polis Şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 102/2-19732 nömrəli məktubunda qeyd edilmişdir ki, Saatlı rayonu Mollavaizli kənd sakini Əliyev X3 Hərbi Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 333.3-cü maddəsi ilə təqsirli bilinərək 900 manat məbləğində cərimə və Füzuli Hərbi Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 331.3-cü maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum edilmişdir. Həmçinin İş materiallarında olan Müdafiə Nazirliyi N nömrəli hərbi hissəsinin xx.xx.2024-cü il tarixli, 2950 nömrəli məktubundan görünür ki, ehtiyatda olan baş gizir İddiaçı xx.xx.2013-cü ildən xx.xx.2016-cı ilədək xidmətdə olmadığı üçün pul təminatı və onun əlavə növlər ödənilməmişdir. Məhkəmə qeyd edir ki, xx.xx.2013-cü il tarixli, 04gm № əmr qəbul edilməzdən 2 (iki) ay əvvəl xx.xx.2012-ci il tarixli söhbət vərəqəsi ilə müəyyə edilir ki, iddiaçı ilə söhbət aparılmış, iddiaçı “razıyam, ehtiyata getmək istəyirəm” qeyd etmişdir. Bundan sonra 04 dekabr 2012-ci il tarixdə onun barəsində N saylı hərbi hissənin komandiri tərəfindən təqdimat verilmiş, xx.xx.2013-cü il tarixli əmrlə xidmətə uyğunsuzluğa görə hərbi xidmətdən ehtiyata buraxılmışdır. Tərtər Hərbi Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 333.3-cü maddəsi ilə təqsirli bilinərək 900 manat məbləğində cərimə edilmişdir. İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2013-cü il tarixli, 04gm № əmrindən məlumatlı olmuş, həmin əmri mübahisələndirməmişdir. Bundan sonra İddiaçı yenidən müraciət edərək Azərbaycan Respublikası X1 müavini-Azərbaycan Ordusunun Baş Qərargah Rəisinin 0200 gm №-li, 05 iyul 2016-cı il tarixli əmrinə əsasən bağlaşma əsasında Azərbaycan Respublikası Silahlı Qüvvələrində 5 (beş) il müddətinə gizirlərin hərbi xidmətinə qəbul edilmişdir. Yəni 05 iyul 2016-cı il tarixli əmrlə xx.xx.2013-cü il tarixli əmrin qüvvədən düşməsi və ya İddiaçı xx.xx.2013-cü il tarixdən xidmətə qəbul edilməsi halı müəyyən edilməmişdir. İddiaçının 2016-cı ilin iyul ayında yenidən müddətdən artıq həqiqi hərbi xidmətə bərpa edilməsi müəyyən edilmişdir. İddiaçı 0200 gm №-li, 05 iyul 2016-cı il tarixli əmrlə tanış olmuş, hərbi xidmətdə olmanın əvvəlini xx.xx.2013-cü il tarixdən hesablanmasını tələb etməmişdir. 5 il müddətinə bağlaşma ilə razılamış 2021-ci ilin avqust ayınadək xidmət etmişdir. Məhkəmə yuxarıda sadalanan hüquq normalarını hazırkı işin müəyyən edilmiş faktiki hallarına tətbiq edərək qeyd edir ki, ehtiyatda olan baş gizir İddiaçı xx.xx.2013-cü ildən xx.xx.2016-cı ilədək xidmətdə olmadığı üçün pul təminatı və onun əlavə növlər ödənilməmişdir. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan normalarını işin bütün faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, iddiaçının 2013-cü ilin yanvar ayından 2016-cı ilin iyul ayına qədər olan üç il altı aylıq dövr üçün hərbi xidmət müddətinin İddiaçı xidmət illərinə əlavə edilməməsi ilə bağlı cavabdeh inzibati orqanın hərəkətləri qanuna zidd sayıla bilməz. Odur ki, cavabdehin hərəkətləri qanunsuz olmadığından, iddiaçının 2013-cü ilin yanvar ayından 2016-cı ilin iyul ayına qədər olan üç il altı aylıq dövr üçün hərbi xidmət müddətinin İddiaçı xidmət illərinə əlavə edilməsi və həmin dövr üçün vurulmuş maddi ziyana görə pul kompensasiyasının hesablanaraq ödənilməsi tələbi də əsassızdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər (maddə 68) . Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “2013cü ilin yanvar ayından 2016-cı ilin iyul ayına qədər olan üç il altı aylıq dövr üçün hərbi xidmət müddətinin İddiaçı xidmət illərinə əlavə edilməsi və həmin dövr üçün vurulmuş maddi ziyana görə pul kompensasiyasının hesablanaraq iddiaçıya ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərc yoxdur. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “2013-cü ilin yanvar ayından 2016-cı ilin iyul ayına qədər olan üç il altı aylıq dövr üçün hərbi xidmət müddətinin İddiaçı xidmət illərinə əlavə edilməsi və həmin dövr üçün vurulmuş maddi ziyana görə pul kompensasiyasının hesablanaraq iddiaçıya ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması” barədə iddia ərizəsi təmin edilməsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələblərinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Şahəli Musayev
Məhkəmə qərarları › İş №2-1(120)-1698/2025
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1698/2025
19.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver