Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-17/2020 11.11.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Allahyarov Zaur Mirzağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlinizam qızının katibliyi, İddiaçı nümayəndəsi X1 (Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Rəşid İsmayılov küçəsi, 70 ünvanında qeydiyyatda olmaqla yaşayan) iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı «qərarın ləğv edilməsi» tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh tərəfindən qəbul olunmuş xx xxxx 2016-cı il tarixli **********013900 saylı «vergilərin hesablanması barədə» qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq icraata qəbul edilmiş sayılmışdır. İddiaçı nümayəndəsi X2 şifahi məhkəmə baxışı iclasında iddianı müdafiə edərək izahatında göstərdi ki, hüquqi şəxs İddiaçı (VÖEN **********) hüquqi ünvanı Füzuli rayonu, Füzuli şəhəri, Fin şəhərciyi olmaqla xx.xx.2010-cu il tarixdə vergi ödəyicisi kimi dövlət qeydiyyatına alınmış, xx.xx.2010-cu il tarixdən ƏDV qeydiyyatına alınmış və əsas fəaliyyəti «əmtəə betonunun istehsalı (hazır beton qarışı) və təmir-tikintidən» ibarət olmuşdur. Cəmiyyətin vergi uçotu hesablama metodu olmuşdur. Cəmiyyətin qarşılıqlı fəaliyyəti ancaq «xxxxxx» ASC (VÖEN: **********) ilə olmuşdur. «xxxxxx» ASC ilə bağlanmış xx.xx.2014-cü il tarixli KL/İ/T-023/14 nömrəli müqaviləyə əsasən 2014-cü ilin fevral ayında 251826,30 manat, may ayında 159241,82 manat, oktyabr ayında 155488,60 manat, dekabr ayında 102000,00 manat olmaqla, ümumilikdə 668556,72 manat (ƏDV-siz) məbləğində təmir-tikinti işləri görülmüş və görülmüş işlərin müvafiq aylarda təhvil verilməsi barədə forma 2-lər tərtib olunaraq «xxxxxx» ASC-yə təqdim edilmişdir. Lakin 2014-cü ilin fevral ayından başqa digər aylar üzrə görülmüş işlərə görə tərtib olunmuş elektron vergi hesab-fakturaları «xxxxxx» ASC-yə 2015-ci ilin aprel, oktyabr və noyabr aylarında təqdim edilmişdir. Həmçinin cəmiyyət tərəfindən yuxarıda qeyd olunmuş müqaviləyə dair xx.xx.2014-cü il tarixli əlavə razılaşma üzrə «xxxxxx» ASC-yə 2015-ci ilin mart ayında 93310,25 manat (ƏDV-siz) dəyərində təmir-tikinti işləri görülmüş və görülmüş işlər forma 2-yə əsasən mart ayında təhvil verilmiş, lakin həmin ay üzrə cəmiyyət tərəfindən tərtib olunmuş və «xxxxxx» ASC-yə təqdim edilmiş elektron vergi hesab-fakturada görülmüş işlərin məbləği 67796,61 manat göstərilmişdir. Müəssisə tərəfindən «xxxxxx» ASC-yə 2015-ci ilin mart ayında təqdim edilmiş forma 2 və elektron vergi hesab-faktura arasında yaranmış 25513,64 manat fərq 2015-ci ilin aprel, oktyabr və noyabr aylarında təqdim edilmiş elektron vergi hesab-fakturalarda göstərilmiş məbləğlərə daxil edilmişdir. «xxxxxx» ASC-də maliyyə problemləri olduğu üçün cəmiyyət tərəfindən 2014-cü ilin may ayında 159241,82 manat, oktyabr ayında 155488,60 manat, dekabr ayında 102000,00 manat məbləğində görülmüş və forma 2-lərə əsasən müvafiq aylar üzrə təhvil verilmiş təmir-tikinti işləri üzrə ödənişlər 2015-ci ilin aprel, oktyabr və noyabr aylarında «xxxxxx» ASC tərəfindən müəssisənin bank hesabına ödənilmişdir. 2014-cü ildə görülmüş və təhvil verilmiş işlərin nəticələri üzrə vergi orqanının xx.xx.2015-ci il tarixli **********888684 saylı qərarına əsasən «xxxxxxxxxxxxxxxx» MMC-də xx.xx.2013-cü il tarixdən xx.xx.2015-ci il tarixinə kimi olan dövr üzrə səyyar vergi yoxlaması keçirilmişdir. Lakin vergi orqanı buna əhəmiyyət vermədən kameral vergi yoxlaması ilə «xxxxxx» ASC-nin sifarişi üzrə 2014-cü ildə görülmüş və təhvil verilmiş işlərə görə 2015-ci ilin oktyabr ayı üzrə 142696,53 manat və noyabr ayı üzrə 195310,25 manat cəmiyyətin bank hesabına «xxxxxx» ASC-dən daxil olmuş pul vəsaitinə görə 2015-ci ilin dekabr ayı ƏDV bəyannaməsi üzrə xx.xx.2016-cı il tarixdə kameral vergi yoxlaması ilə 56248,71 manat qanunsuz və əsassız vergi hesablanmışdır. Bununla bağlı olaraq vergi idarəsi «Vergilərin hesablanması barədə xx.xx.2016-cı il tarixli **********013900 nömrəli qərar qəbul etmiş və qeyd olunmuş qərarı xx.xx.2018-ci il tarixində poçt rabitəsi vasitəsi ilə müəssisənin hüquqi ünvanına göndərmişdir. Vergi orqanı kameral vergi yoxlaması zamanı Vergi Məcəlləsinin və inzibati icraat haqqında qanunun tələblərini kobud şəkildə pozmuşdur. ƏDV-nin elektron vergi hesab-fakturası və ödənişlər işlərin görüldüyü və xidmətlərin göstərildiyi vaxtdan bir il sonra olmuşdur. Yəni, vergi tutulan əməliyyatın vaxtı 2014-cü ildə olmuş və həmin dövr üzrə səyyar vergi yoxlaması keçirilmişdir. Göstərilənlərə əsasən, göstərilmiş iş və xidmətlərə görə elektron vergi hesab-fakturanın gec təqdim edilməsinə görə əlavə vergilərin hesablanması Vergi Məcəlləsində nəzərdə tutulmamışdır. Həmçinin xx.xx.2015ci ildən hal-hazırkı vaxta kimi cəmiyyətin heç bir sahibkarlıq fəaliyyəti olmamışdır. Yuxarıda qeyd edilən qərarların tələblərini rəhbər tutaraq 2015-ci ilin dekabr ƏDV bəyannaməsi üzrə qanunsuz olaraq hesablanmış verginin azaldılması və vergi orqanının «Vergilərin hesablanması barədə xx.xx.2016-cı il tarixli **********013900 nömrəli qərarının ləğv edilməsi və şəxsi hesab vərəqəsinə düzəliş edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin Cavabdeh xx xxxxxx 2020-ci il tarixli etiraz məktubunda qeyd edilmişdir ki, İddiaçı (VÖEN **********) xx xxxx 2010-cu il tarixdə vergi orqanında qeydiyyata alınmışdır. MMC-nin AZ1130, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, ev, un dəyirmanı ilə üzbəüz (Biləcəri-Binəqədi şossesi) ünvanında yerləşən, Beton sexi adlı təsərrüfat subyekti qeydiyyata alınmışdır. İddiaçı MMC tərəfindən 2015-ci il üzrə təqdim etdiyi EVHF məlumatları ilə 2015-ci il üzrə cəmi ƏDV bəyannamələrindəki dövriyyə məbləğləri müqayisəli şəkildə təhlil edilərkən kənarlaşmaların olduğu aşkar edilmişdir. Belə ki, araşdırma zamanı 2015-ci il üzrə təqdim edilən cəmi E-VHF məlumatlarında görülmüş işin dəyərinin 510040,68 (ƏDV-siz) manat olduğu, cəmi ƏDV bəyannamələrindəki dövriyyə məbləğlərinin isə 197547,87 (ƏDV-siz) manat olduğu müəyyən edilmişdir. Nəticədə 2015-ci il üzrə ümumi vergi tutulan dövriyyədə 312492,81 manat fərqin yarandığı aşkar edilmişdir. Hesablamanın aparıldığı dövrdə qüvvədə olan Vergi Məcəlləsinin 166.1-ci maddəsinə əsasən bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutulan əməliyyatın vaxtı həmin əməliyyat üçün ödəmə 30 gün müddətində həyata keçirildikdə ödəmənin həyata keçirildiyi, ödəmə 30 gündən sonra həyata keçirildikdə isə ƏDV-nin elektron vergi hesab-fakturasının verildiyi vaxt sayılır. Vergi Məcəlləsinin 166.1-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar olaraq yaranmış uyğunsuzluqla bağlı Cəmiyyətə xx.xx.2016-cı il tarixdə **********912800 saylı məktub göndərilmiş, kameral vergi yoxlamasının başa çatdırılması üçün zəruri sənədlərin təqdim olunması tələb olunmuşdur. Göndərilmiş uyğunsuzluq məktubuna vergi ödəyicisi tərəfindən münasibət bildirilmədiyindən (dövriyyə məbləğləri dəqiqləşdirilərək müvafiq bəyannamə və izahedici məktub təqdim edilmədiyindən) xx.xx.2016-cı il tarixdə Cəmiyyətə kameral yoxlama ilə 56248,71 manat əlavə dəyər vergisi hesablanmış və Cəmiyyətə **********013900 saylı «Vergilərin hesablanması barədə» qərar göndərilmişdir. Göründüyü kimi, İddiaçı xx.xx.2016-cı il tarixli **********013900 saylı «Vergilərin hesablanması barədə» qərarının ləğv edilməsinə dair iddiası əsassızdır. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin Cavabdehnə şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materialında olan Azərbaycan RespublikasıVergilər Nazirliyinin vergilərin hesablanması barədə xx xxxx 2016-cı il tarixli **********013900 nömrəli qərarından görünür ki, İddiaçındə kameral vergi yoxlaması keçirilmiş və 56248,71 (əlli altı min iki yüz qırx səkkiz manat yetmiş bir qəpik) manat ƏDV hesablamışdır. İş materialında olan vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx xxxx 2015-ci il tarixli **********917249 nömrəli qərarının surətindən görünür ki, 8 saylı X4 İddiaçındə səyyar vergi yoxlaması keçirilmiş və İddiaçınə 72199,98 manat maliyyə sanksiyası hesablanmışdır. İş materialında olan Cavabdeh tərəfindən İddiaçı MMC-yə ünvanladığı yaranmış uyğunsuzluq barədə xx.xx.2016-cı il tarixli məktubda qeyd olunmuşdur ki, İddiaçı MMC (VÖEN **********) tərəfindən 2015-ci il üzrə təqdim etdiyi EVHF məlumatları ilə 2015-ci il üzrə cəmi ƏDV bəyannamələrindəki dövriyyə məbləğləri müqayisəli şəkildə təhlil edilərkən kənarlaşmaların olduğu aşkar edilmişdir. Belə ki, araşdırma zamanı tərəfinizdən 2015-ci il üzrə təqdim etdiyiniz cəmi EVHF məlumatlarında görülmüş işin dəyəri 510040,68 (ƏDVsiz) manat olmuş, cəmi ƏDV bəyannamlərindəki dövriyyə məbləği isə 197547,87 (ƏDVsiz) manat olmuşdur ki, nəticədə dövriyyədə 312492,81 manat fərq yaranmışdır. Bununla əlaqədar olaraq kameral vergi yoxlamasının başa çatdırılması üçün aşağıdakı zəruri sənədləri təqdim etməyiniz tələb olunur; - Dövriyyə dəqiqləşdirilməklə müvafiq dövr üzrə dəqiqləşdirilmiş ƏDV bəyannaməsi və əsaslandırılmış izahat məktubu. – Təqdim etdiyiniz vergi bəyannaməsi üzrə kameral vergi yoxlamasının başa çatması üçün 5 (beş) gün ərzində əsaslandırılmış yazılı izahat və zəruri olan sənədləri vergi orqanına təqdim etməyiniz tələb olunur. Bildiririk ki, kameral vergi yoxlamasının başa çatdırılması üçün zəruri olan sənədlər məktubda göstərilən müddətədək təqdim edilmədiyi halda Vergi Məcəlləsinin 37, 67 və 83-cü maddələrinin müddəalarına əsasən, vergi orqanının sizin vergi öhdəliklərinizi yenidən hesablamaq hüququ vardır. İş materialında olan İddiaçı kameral hesablamaları haqqında rəydən görünür ki, aparılmış araşdırma zamanı İddiaçı MMC (VÖEN **********) tərəfindən 2015-ci il üzrə təqdim etdiyi EVHF məlumatları ilə 2015-ci il üzrə cəmi ƏDV bəyannamələrindəki dövriyyə məbləğləri müqayisəli şəkildə təhlil edilərkən kənarlaşmaların olduğu aşkar edilmişdir. 2015-ci il üzrə təqdim etdiyi EVHF məlumatları ilə 2015-ci il üzrə cəmi ƏDV bəyannamələrindəki dövriyyə məbləğləri müqayisəli şəkildə təhlil edilərkən kənarlaşmaların olduğu aşkar edilmişdir. Belə ki, araşdırma zamanı 2015-ci il üzrə təqdim edilən cəmi E-VHF məlumatlarında görülmüş işin dəyərinin 510040,68 (ƏDV-siz) manat olduğu, cəmi ƏDV bəyannamlərindəki dövriyyə məbləğlərinin isə 197547,87 (ƏDV-siz) manat olduğu və nəticədə 2015-ci il üzrə ümumi vergi tutulan dövriyyədə 312492,81 manat fərqin yarandığı aşkar edilmişdir. Vergi Məcəlləsinin 166.1-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar olaraq yaranmış uyğunsuzluqla bağlı cəmiyyətə xx.xx.2016-cı il tarixdə **********912800 saylı məktub göndərilmişdir. Göndərilmiş uyğunsuzluq məktubuna vergi ödəyicisi tərəfindən münasibət bildirilmədiyindən (dövriyyə məbləğləri dəqiqləşdirilərək müvafiq bəyannamə və izahedici məktub təqdim edilmədiyindən) xx.xx.2016-cı il tarixdə Cəmiyyətə kameral yoxlama ilə 56248,71 manat əlavə dəyər vergisi hesablanmış və Cəmiyyətə **********912800 saylı «Vergilərin hesablanması barədə» qərar göndərilmişdir. İş materialında olan Cavabdeh Şirvan İnzibati Məhkəməsinə daxil olmuş xx xxxxxx 2020-ci il tarixli **********723700 nömrəli iddia ərizəsinə qarşı etiraz ərizəsinə əlavədə qeyd olunmuşdur ki, iddiaçı iddia ərizəsində kameral vergi yoxlamasının Vergi Məcəlləsinin 37.2.1-ci madəsinin tələbləri (kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir) pozulmaqla keçirilməsini qeyd etmişdir. Bununla əlaqədar olaraq bildiririk ki, qeyd olunan 37.2-1-ci maddə 2017-ci il yanvar ayının 1-dən qüvvəyə minmiş “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” xx xxxxxx 2016-cı il tarixli 454-VQD nömrəli Qanun ilə Vergi Məcəlləsinə əlavə olunmuşdur. xx.xx.2016-cı il tarixli “Vergilərin hesablanması barədə” qərar qəbul edilərkən qüvvədə olan Vergi Məcəlləsində qeyd olunan tələblər (vergi ödəyicisinə 5 iş günü müddətində bildirişin göndərilməsi) mövcud olmadığından kameral yoxlamanın Vergi Məcəlləsinin tələblərinin pozulması barədə iddiaçının tələbi əsassızdır. Vergi orqanı kameral vergi yoxlamasını keçirdiyi dövrdə qüvvədə olan qanunvericilik formasının tələblərinə uyğun keçirmişdir. Vergi Məcəlləsinə gələcəkdə olunacaq dəyişikliklərin tələblərinə əməl edilməməsi, kameral vergi yoxlamasının nəticəsi ilə bağlı qəbul edilmiş qərarının məhkəmə tərəfindən ləğv edilməsi üçün əsas ola bilməz. İddiaçı iddia ərizəsində İddiaçı MMC-də xx.xx.2013-cü il tarixdən xx.xx.2015-ci il tarixə kimi olan dövr üzrə səyyar vergi yoxlamasının keçirilməsini əsas gətirərək qeyd etmişdir ki, göstərilmiş iş və xidmətlərə görə elektron vergi hesab-fakturanın gec təqdim edilməsinə görə əlavə verginin hesablanması Vergi Məcəlləsində nəzərdə tutulmamışdır. Bununla əlaqədar olaraq bildirilir ki, müəssisə tərəfindən xx.xx.2014-cü il tarixli KL/L/023/14 saylı müqavilə əsasında «xxxxxx» ASC-nin (VÖEN **********) sifarişi ilə 2014-cü ilin may ayında Forma 2 ilə 159241,82 manat, oktyabr ayında 155488,60 manat, dekabr ayında 102000,0 manat və 2015-ci ilin mart ayında 93310.25 manat olmaqla cəmi 510040,67 manat dəyərində iş və xidmətlər göstərilmişdir. Lakin vergi ödəyicisi tərəfindən 2014-cü ildə görülmüş işlər barədə işlərin başa çatdırıldığı tarixdə VHF-si təqdim edilməmiş, bank və depozit hesabı vasitəsilə ödənişlər aparılmamışdır. Həmin dövr üzrə aparılan səyyar vergi yoxlamasına iş və xidmətlərin başa çatdırılması barədə forma 2-lər təqdim olunmamışdır. Ona görə vergi ödəyicisi tərəfindən 2015-ci ilin aprel, oktyabr və noyabr ayları üzrə rəsmiləşdirilmiş VHFdə göstərilmiş 510040,67 manat dövriyyə səyyar vergi yoxlaması ilə əhatə edilməmişdir (**********891188 nömrəli SVY aktı əlavə olunur). Göründüyü kimi, iddiaçı konkret olmayan ifadələrlə qeyd olunan səyyar vergi yoxlaması aparılarkən hesablanan ƏDV-nin vergi ödəyicisinə xx.xx.2013-cü il tarixdən xx.xx.2015-ci il tarixinə kimi olan dövr üzrə etdiyi əməliyyatlara və ödənilən məbləğlərə görə hesablanmasına baxmayaraq, 2015-ci ilin aprel, oktyabr və noyabr ayları üzrə rəsmiləşdirilmiş VHF-da yoxlama dövrünə aid etməklə məhkəmədə yanlış fikir formalaşdırmağa cəhd göstərir (xx.xx.2013-cü il tarixdən xx.xx.2015-ci il tarixinə kimi olan dövr üzrə vergi ödəyicilərinin satdığı mallar barədə məlumat əlavə olunur). Bundan başqa vergi ödəyicisinin mübahisələndirilən kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin azaldılması barədə Vergilər Nazirliyinə ünvanlanmış inzibati şikayətinin araşdırılması zamanı təqdim etdiyi izahatında da ƏDV üzrə 56232,0 manat kənarlaşmaya aydınlıq gətirə bilməmişdir. Belə ki, MMC tərəfindən təqdim edilmiş bəyannamə məlumatlarına əsasən 2013-cü ilin fevral ayından 2015-ci ilin dekabr ayına kimi ƏDV məbləği 218998,0 manat qeyd edilməsinə baxmayaraq, həmin dövr üzrə təqdim edilmiş elektron vergi hesab fakturalar və həmin fakturalara görə ƏDV depozit hesabına 27522,56 manat vəsait daxil olmuşdur ki, 56232,0 manat kənarlaşma yaranmışdır. Bununla bağlı nə deyə bilərsiniz sualına iddiaçı tərəfindən konkret olmayan 2015-ci ilin martına qədər gördüyü işlərlə bağlıdır cavabı verilmişdir. (Vergilər Nazirliyi tərəfindən qəbul edilmiş qərar və vergi ödəyicisinin izahatı əlavə olunur). Beləliklə, vergi ödəyicisi tərəfindən 2015-ci ilin aprel və noyabr ayları üzrə ümumilikdə 510040,67 manat dövriyyəyə görə rəsmiləşdirilmiş VHF-nə, bank və depozit hesabı vasitəsilə aparılmış ödənişlərə görə əvvəlki tarixlərə əlavə dəyər vergisinin bəyan edilməsi və dövlət büdcəsinə ödənilməsi qeyri-mümkündür və iddiaçının iddiası tam əsassızdır. İddiaçı MMC tərəfindən 2015-ci il üzrə təqdim etdiyi EVHF məlumatları ilə 2015-ci il üzrə cəmi ƏDV bəyannamələrindəki dövriyyə məbləğləri müqayisəli şəkildə təhlil edilərkən kənarlaşmaların olduğu aşkar edilmişdir. Belə ki, araşdırma zamanı 2015-ci il üzrə təqdim edilən cəmi E-VHF məlumatlarında görülmüş işin dəyərinin 510040,68 (ƏDV-siz) manat olduğu, cəmi ƏDV bəyannamələrindəki dövriyyə məbləğlərinin isə 197547,87 (ƏDV-siz) manat olduğu müəyyən edilmişdir. Nəticədə 2015-ci il üzrə ümumi vergi tutulan dövriyyədə 312492,81 manat fərqin yarandığı aşkar edilmişdir. Hesablamanın aparıldığı dövrdə qüvvədə olan Vergi Məcəlləsinin 166.1-ci maddəsinə əsasən, bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutulan əməliyyatın vaxtı həmin əməliyyat üçün ödəmə 30 gün müddətində həyata keçirildikdə ödəmənin həyata keçirildiyi, ödəmə 30 gündən sonra həyata keçirildikdə isə ƏDV-nin elektron vergi hesab-fakturasının verildiyi vaxt sayılır. Vergi Məcəlləsinin 166.1-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar olaraq yaranmış uyğunsuzluqla bağlı Cəmiyyətə xx.xx.2016-cı il tarixdə **********912800 saylı məktub göndərilmiş, kameral vergi yoxlamasının başa çatdırılması üçün zəruri sənədlərin təqdim olunması tələb olunmuşdur. Göndərilmiş uyğunsuzluq məktubuna vergi ödəyicisi tərəfindən münasibət bildirilmədiyindən (dövriyyə məbləğləri dəqiqləşdirilərək müvafiq bəyannamə və izahedici məktub təqdim edilmədiyindən (dövriyyə məbləğləri dəqiqləşdirilərək müvafiq bəyannamə və izahedici məktub təqdim edilmədiyindən) xx.xx.2016-cı il tarixdə Cəmiyyətə kameral yoxlama ilə 56248,71 manat əlavə dəyər vergisi hesablanmış və Cəmiyyətə **********013900 saylı “Vergilərin hesablanması barədə” qərar göndərilmişdir. Göründüyü kimi İddiaçı MMC-nin həmin qərarın ləğv edilməsinə dair iddia tələbi əsassızıdır. İş materialında olan Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxxxx 2020-ci il tarixli 5397 nömrəli ekspert rəyinə əsasən, təqdim edilmiş sənədlərə və Vergi Məcəlləsinin yuxarıda göstərilən tələblərinə əsasən, «xxxxxxxxxxxxx» MMC (VÖEN:**********) haqqında qəbul edilmiş xx.xx.2016-cı il tarixli **********013900 saylı “Vergilərin hesablanması barədə” qərarla müəyyən edilmiş əlavə dəyər vergisinin düzgünlüyü müəyyən edilmir. Yəni kənarlaşma müəyyən edilmədi. Əsaslandırıcı hissə: Məhkəmə mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsi) hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – Azərbaycan Respublikasının İPM) 2.2.1-ci maddəsinə görə, inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. İnzibati icraat haqqında Azərbaycan Respublikasının Qanununun 2.0.1-ci maddəsinə görə, əlverişsiz (yükləyici) inzibati akt - maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. Azərbaycan Respublikasının İPM-nin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldıra bilər. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, cavabdeh inzibati orqan xx.xx.2016-cı il tarixli məktubunda təqdim olunmuş vergi bəyannaməsi üzrə kameral vergi yoxlamasının başa çatması üçün 5 (beş) gün ərzində iddiaçıdan əsaslandırılmış yazılı izahat və zəruri olan sənədləri vergi orqanına təqdim etməyi tələb etmiş, xx xxxx 2016-cı il tarixdə isə qərar qəbul edərək İddiaçınə 56248,71 (əlli altı min iki yüz qırx səkkiz manat yetmiş bir qəpik) manat ƏDV hesablamışdır. Hazırda iddiaçı həmin qərarın ləğvini tələb edir. Məhkəmə ilk növbədə iddianın mümkünlüyü məsələsini araşdıraraq müəyyən edir ki, cavabdeh tərəfindən yoxlama nəticəsində qəbul edilmiş qərarların (bildirişlərin) iddiaçıya təqdim edilməsi barədə heç bir sübut təqdim edilməmişdir. Buna görə də, iddiaçı tərəfindən İPM-nin 38-ci maddəsində müəyyən edilmiş iddia müddəti buraxılmamışdır. Məhkəmə hesab edir ki, mübahisələndirilən inzibati aktlar formal hüquqi baxımdan «İnzibati icraat haqqında» Qanunun tələblərinə cavab versə də, maddi hüquqi baxımdan əsaslı deyil. Belə ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 37.1-ci maddəsinə əsasən, kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin Məcəllənin 37.2-ci maddəsinə görə, kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra həmin bəyannamə, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. Yenə həmin Məcəllənin 37.3-cü maddəsinə görə, kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edir. Bundan əlavə, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 37.4-cü maddəsinə əsasən, kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Yuxarıda qeyd edilən qanun normalarının mənasından görünür ki, vergi orqanı kameral yoxlamanı vergi ödəyicisi tərəfindən təqdim edilən hesabatlar, habelə vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər əsasında keçirilir və vergi orqanı o vaxt vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edir ki, vergi ödəyicisindən təqdim olunmuş bəyənnamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edilsin. Həmçinin Vergi Məcəlləsinin 67.1-ci maddəsinə görə vergi ödəyicisi verginin hesablanması üçün zəruri olan hesabat məlumatlarını bu Məcəllə ilə müəyyən edilən müddətdən sonra vergi orqanının xəbərdarlıq etdiyi gündən 5 gün müddətində əsas olmadan təqdim etmədikdə vergi orqanının əlaqəli məlumatlar əsasında vergi hesablamaq hüququ vardır. Göründüyü kimi, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 37.4-cü maddəsində istinad edilən, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 67-ci maddəsində vergilərin hesablanması zamanı tətbiq edilməli olan üsulların ciddi ardıcıllığı nəzərdə tutulmuşdur. Cavabdeh inzibati orqan qanunvericiliyin tələblərinə əsasən, o cümlədən özünün xx.xx.2016-cı il tarixli məktubunda təqdim olunmuş vergi bəyannaməsi üzrə kameral vergi yoxlamasının başa çatması üçün 5 (beş) gün ərzində əsaslandırılmış yazılı izahat və zəruri olan sənədləri vergi orqanına təqdim etməyi tələb etmiş, əks halda Vergi Məcəlləsinin 37, 67 və 83-cü maddələrinin müddəalarına əsasən, vergi orqanının vergi öhdəliklərini yenidən hesablamaq hüququ olduğunu göstərsə də, 5 günlük xəbərdarlıq müddəti bitmədən iddiaçının vergi öhdəliklərini yenidən hesablamışdır. Bu da məhkəmədə iddiaçıya kameral vergi yoxlaması zamanı əlavə vergilər hesablanarkən qanunvericiliyin tələblərinə düzgün əməl edilmədiyini göstərir. Məhkəmə araşdırması və ekspertiza tədqiqatı zamanı həmçinin, müəyyən olunmuşdur ki, İddiaçı MMC-yə 2015-ci il üzrə təqdim edilmiş E-VHF məlumatları ilə 2015ci il üzrə cəmi ƏDV bəyannamələrindəki məlumatların arasındakı fərqin olması səbəbindən vergi orqanı tərəfindən əlavə olaraq hesablanmış və müvafiq qərarda öz əksini tapmış ƏDV-nin düzgünlüyü təqdim edilmiş sənədlərə əsasən hazırkı tədqiqatla təsdiq edilmir. Belə ki, ekspertiza tədqiqatına təqdim edilmiş ƏDV sub-uçot hesabından çıxarış məlumatlarından göründüyü kimi, müəssisəyə əlavə olaraq hesablanmış ƏDV məbləğləri həmin sub-uçot hesabından çıxarışda öz əksini tapmış və qeyd edilən məbləğlər müvafiq qaydada köçürülmüşdür. Bundan başqa iş materiallarında vergi ödəyicisinin təqdim etdiyi ƏDV bəyannamələri mövcud olmamışdır. İş materiallarında vergi ödəyicisi tərəfindən təqdim edilmiş mənfəət vergisi bəyannaməsi öz əksini tapmışdır ki, həmin bəyannamədə vergi orqanının göstərdiyi 510.040,68 manat dövriyyə məbləği göstərilmişdir. Yəni vergi ödəyicisinin təqdim etdiyi mənfəət vergisi bəyannaməsindəki dövriyyə ilə vergi orqanının müəyyən etdiyi dövriyyə arasında fərq müəyyən edilmir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 166-cı maddəsinə əsasən; 166.1. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutulan əməliyyatın vaxtı təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin aparıldığı vaxtdır. Ödəmə aşağıdakı vaxtda aparılmış sayılır: 166.1.1. nağd pul vəsaitini aldığı, nağdsız ödəmədə isə pul vəsaitinin bankda onun hesabına və ya sərəncamçısı ola biləcəyi hesaba, yaxud göstərilən vəsaiti almaq hüququna malik olacağı hesaba daxil olduğu vaxt; 166.1.2. qarşılıqlı hesablaşmalar aparıldıqda öhdəliyin ləğv edildiyi və ya ödənildiyi vaxt; 166.1.3. malların (işlərin, xidmətlərin) təqdim edilməsi üzrə yaranan debitor borclar üzrə – iddia müddətinin bitdiyi vaxt; 166.1.4. natura şəklində aparıldıqda, habelə barter edildikdə – aktivlərin əldə edildiyi (barter edildiyi) vaxt; 166.1.5. əvəzsiz təqdim edildiyi hallarda təqdimetmənin həyata keçirildiyi vaxt; 166.1.6. tələb hüququ güzəşt edildikdə – güzəşt edilən məbləğ üzrə tələb hüququnun güzəşt edildiyi vaxt. 166.2. Bu Məcəllənin 159.5-ci maddəsi tətbiq edildikdə, malların (işlərin, xidmətlərin) qeyri-kommersiya məqsədləri üçün verildiyi vaxt, malların itməsi, əskik gəlməsi, xarab olması, tam amortizasiya olunmadan uçotdan silinməsi və ya oğurlanması baş verdiyi vaxt (gün) vergi tutulan əməliyyatın vaxtı sayılır. 166.3. Bu Məcəllənin 159.6-cı maddəsi tətbiq edildikdə, ləğvetmənin qüvvəyə minməsindən bilavasitə əvvəlki vaxt (gün) vergi tutulan əməliyyatın vaxtı sayılır. 166.4. Vergi ödəyicisi tərəfindən təqdim edilən və dəyəri ödənilməyən mallar (işlər, xidmətlər) üzrə həmin malların (işlərin, xidmətlərin) alıcısı tərəfindən malları (işləri, xidmətləri) təqdim edən vergi ödəyicisinə borc vəsait verildikdə, ƏDV tutulan əməliyyatın vaxtı aşağıdakı vaxt hesab edilir: 166.4.1. mallar (işlər, xidmətlər) təqdim edildikdən sonra verilmiş borclar üzrə (kredit təşkilatları və bank əməliyyatları aparan şəxslər tərəfindən verilmiş borclar istisna olmaqla) – borcun verildiyi vaxt; 166.4.2. mallar (işlər, xidmətlər) təqdim edilənədək verilmiş borclar üzrə (kredit təşkilatları və bank əməliyyatları aparan şəxslər tərəfindən verilmiş borclar istisna olmaqla) – malların (işlərin, xidmətlərin) təqdim edildiyi vaxt. 166.5. Vergi tutulan əməliyyat üzrə iki və ya daha çox ödəmə aparılırsa, hər ödəmə ödəniş miqdarında ayrıca əməliyyat sayılır. 166.6. Ödəmə malların (işlərin, xidmətlərin) təqdim edilməsinədək həyata keçirildikdə, vergi tutulan əməliyyatın vaxtı ödəmənin həyata keçirildiyi vaxt sayılır. Vergi tutulan əməliyyat üçün iki və ya daha çox ödəmə aparılırsa, hər ödəmə ödəniş miqdarında ayrıca əməliyyat üçün həyata keçirilmiş sayılır. Alınmış avans ödəmələri üzrə elektron qaimə-faktura verilməsinə yol verilmir. 166.7. Bu maddənin məqsədləri üçün ödəmə dedikdə, təqdim edilmiş malların (işlərin, xidmətlərin) ƏDV-siz dəyərinin ödənilməsi nəzərdə tutulur. Göründüyü kimi, Vergi Məcəlləsinin 166-cı maddəsinin tələblərinə əsasən, 56.248,71 manat ƏDV düzgün hesablanmamış və nəticədə iddiaçının hüquqları pozulmuşdur. Azərbaycan Respublikasının İPM-nin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Yenə həmin Məcəllənin 14.1-ci maddəsinə görə, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Azərbaycan Respublikasının İPM-nin 14.3-cü maddəsinə əsasən, inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinin İ hissəsinə, 71-ci maddəsinin İX hissəsinə əsasən hər kəsin dövlət orqanlarının ona münasibətdə özbaşınalığı istisna edən vicdanlı davranışına hüququ vardır. Dövlət orqanları yalnız bu Konstitusiya əsasında, qanunla müəyyən edilmiş qaydada və hüdudlarda fəaliyyət göstərə bilərlər. Vergi Məcəlləsinin 1.3-cü və 3.11-ci maddələrinə əsasən bu Məcəllə ilə müəyyən olunan anlayışlar və qaydalar vergitutma məqsədi ilə müəyyən edilir və müstəsna olaraq bu Məcəllə və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktlar ilə tənzimlənən vergitutma və vergi nəzarəti ilə bağlı münasibətlər hüdudlarında tətbiq olunur. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Azərbaycan Respublikasının İPM-nin 68.1-68.2-ci maddəsinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Həmçinin məhkəmə prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İPM-nin 69.5-ci maddəsinin tələbinə görə məhkəmə qərarının nəticəvi hissəsində, həmçinin prosessual xərclər də göstərilməlidir. Həmin Məcəllənin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Yenə həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən, prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçının nümayəndəsi məhkəmə iclasında ərizə təqdim edərək iş üzrə təyin edilmiş ekspertiza xərclərinin İddiaçı MMC-dən tutulmasını xahiş etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, ekspertiza tədqiqatının dəyəri 145 (bir yüz qırx beş) manat İddiaçındən tutulmalıdır. Azərbaycan Respublikası İPM-nin 115.1-ci maddəsinin tələbinə görə mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İPM-nin 68, 69, 81, 85 və 110-cu maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçınə vergilərin hesablanması barədə Cavabdeh xx xxxx 2016-cı il tarixli **********013900 nömrəli qərarı ləğv edilsin. Ekspertiza tədqiqatının dəyəri 145 (bir yüz qırx beş) manat İddiaçındən tutularaq Dövlət Xəzinədarlığı Agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ**********0000003944, SWİFT BİK CTREAZ22, Az.MEM, VÖEN **********, hesab AZ34CTRE******************** hesaba keçirilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Zaur Allahyarov
Məhkəmə qərarları › İş №2-1(120)-17/2020
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-17/2020
11.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver