Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-17/2021 03.03.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi оğlunun sədrliyi, Məhkəmə iclas katibi X5 оğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi 5 saylı Ərazi Vergilər idarəsinə qarşı «xx.xx.2018-ci il tarixli, **********192800 nömrəli, xx.xx.2018-ci il tarixli, **********629600 nömrəli və xx.xx.2018-ci il tarixli, **********453300 nömrəli vergilərin hesablanması barədə qərarların ləğv edilməsi» tələbinə dair işə xx xxxx 2021-ci il tarixdə Şirvan şəhərində Şirvan İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi, Təsviri hissə: İddiaçı cаvаbdеh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2018-ci il tarixli, **********192800 nömrəli, xx.xx.2018-ci il tarixli, **********629600 nömrəli və xx.xx.2018-ci il tarixli, **********453300 nömrəli vergilərin hesablanması barədə qərarların ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, 2017-ci ilin fevral ayından etibarən “xxxx” MMC-nin məhsullarının alış qiymətinə cəmi 3% ticarət əlavəsi tətbiq edərək Bakı şəhərində fəaliyyət göstərən topdan satış müəssisələrinə satışını həyata keçirmişdir. Lakin 5 saylı Ərazi Vergilər İdarəsi 20% ticarət əlavəsi tətbiq edərək kameral hesablama aparmış və nəticədə dövlət büdcəsinə gəlir vergisi (2017) üzrə 5225.73 (beş min iki yüz iyirmi beş manat, iyirmi beş qəpik), ƏDV (dekabr 2017) üzrə 10656.25 (on min altı yüz əlli altı manat, iyirmi beş qəpik) olmaqla ümumilikdə 15881.98 (on beş min səkkiz səksən bir manat, doxsan səkkiz qəpik) məbləğində borc yaranmışdır. Halbuki real bazar qiymətlərinə nəzər yetirdikdə həmin mallara 20% ticarət əlavəsinin tətbiq edilməsi mümkün deyildir. Real bazar qiymətlərini nəzərə alaraq, xx.xx.2018-ci il tarixli, **********192800 nömrəli, xx.xx.2018-ci il tarixli, **********629600 nömrəli və xx.xx.2018-ci il tarixli, **********453300 nömrəli vergilərin hesablanması barədə qərarların ləğv edilməsi barədə qərar çıxarılması məhkəmədən xahiş olunmuşdur. Şifahi məhkəmə baxışı iclasında İddiaçı iddia tələbini müdafiə etdiyini bildirərək, təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi 6 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi X1 iddia ərizəsinə qarşı verilmiş etiraza uyğun izahat verərək iddia tələbini qəbul etmədiyini bildirib, iddia ərizəsinin rədd olunması barədə qərar çıxarılmasını xahiş etdi. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(086)-1443/2019 nömrəli qərardadı ilə iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə, iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2018-ci il tarixli, **********192800 nömrəli vergilərin hesablanması barədə qərardan görünür ki, fərdi sahibkar İddiaçı sahibkarlıq fəaliyyəti üzrə keçirilmiş kameral yoxlamasının nəticəsində 2017-ci il üzrə 5914,46 manat gəlir vergisi hesablanmışdır. İş materiallarında olan xx.xx.2018-ci il tarixli, **********629600 nömrəli qərarından görünür ki, fərdi sahibkar İddiaçı sahibkarlıq fəaliyyəti üzrə keçirilmiş kameral yoxlamasının nəticəsində dekabr 2017-ci il üzrə 6270,19 manat vergi hesablanmış, əlavə hesablanmış verginin məbləği 10.656,25 manatdır. İş materiallarında olan xx.xx.2018-ci il tarixli, **********453300 nömrəli qərarından görünür ki, fərdi sahibkar İddiaçı sahibkarlıq fəaliyyəti üzrə keçirilmiş kameral yoxlamasının nəticəsində 2017-ci il üzrə 5914,46 manat vergi hesablanmış, əlavə hesablanmış verginin məbləği 5225,73 manatdır. İş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyinin 5 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2019-cu il tarixli, **********128400 nömrəli və xx.xx.2020-ci il tarixli, **********538900 nömrəli eyni məzmunlu etirazında qeyd olunmuşdur ki, İddiaçı Şirvan İnzibati Məhkəməsinə müraciət edərək 5 saylı Ərazi Vergilər İdarəsi tərəfindən hesablanmış 15881,98 manat vergi məbləğinin silinməsini və İdarənin xx.xx.2018-ci il tarixli **********192800 nömrəli, xx.xx.2018-ci il tarixli **********629600 nömrəli və xx.xx.2018-ci il tarixli **********453300 nömrəli “Vergilərin hesablanması barədə” qərarlarının ləğv olunmasını xahiş etmişdir. Cavabdeh 5 saylı Ərazi Vergilər İdarəsi aşağıdakı səbəblərə görə iddiaçının iddiasını qəbul etmir və əsassız hesab edir: İddiaçı (VÖEN **********) xx.xx.2016-cı il tarixdə vergi orqanında vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. Vergi ödəyicisinin əsas fəaliyyət növü “digər qruplara daxil edilməyən sair xidmətlərin göstərilməsi”dir. Vergi ödəyicisi xx.xx.2016-cı il tarixdə ƏDV qeydiyyatına alınması üçün məktubla vergi orqanına müraciət etmiş və həmin tarixdən ƏDV qeydiyyatına alınmışdır. İddiaçı tərəfindən xx.xx.2018-ci il tarixdə 2017-ci il üçün gəlir vergisi bəyannaməsi boş təqdim edilmişdir. Aparılmış kameral vergi yoxlaması zamanı aşkar edilmiş uyğunsuzluqla əlaqədar vergi ödəyicisinə xx.xx.2018-ci il tarixli **********164600 saylı “kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktub göndərilərək Vergi Məcəlləsinin 37-ci maddəsinə əsasən 5 gün müddətində əsaslandırılmış yazılı izahat və zəruri olan sənədlərin (məlumatların) vergi orqanına təqdim olunması vergi ödəyicisindən tələb olunmuşdur. İddiaçı tərəfindən tələb olunan sənədlər qanunla müəyyən edilmiş müddətdə təqdim edilmədiyi üçün Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 55 saylı Qərarı tətbiq edilməklə kameral qaydada İdarənin xx.xx.2018-ci il tarixli **********164600 saylı “Vergilərin hesablanması barədə Qərar”ı ilə 5914,46 manat vergi məbləği hesablanmış və qərar vergi ödəyicisinə göndərilmişdir. Vergi ödəyicisi tərəfindən xx.xx.2018-ci il tarixdə 2017-ci ilin dekabr ayı ƏDV bəyannaməsi üzrə kameral vergi yoxlaması zamanı yaranmış uyğunsuzluqla əlaqədar vergi ödəyicisinə xx.xx.2018-ci il tarixli **********102700 saylı, “kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” göndərilərək Vergi Məcəlləsinin 37-ci maddəsinə əsasən 5 gün müddətində əsaslandırılmış yazılı izahat və zəruri olan sənədlərin (məlumatların) vergi orqanına təqdim olunması vergi ödəyicisindən tələb olunmuşdur. Vergi ödəyicisi tərəfindən müvafiq izahat məktubu, vergi bəyannamələri və təsdiqedici sənədlər təqdim edilmədiyi üçün İdarənin xx.xx.2018-ci il tarixli **********164600 saylı “Vergilərin hesablanması barədə Qərar”ı ilə kameral qaydada 2017ci ilin dekabr ayı ƏDV bəyannaməsi üzrə 10656,25 manat vergi məbləği hesablanaraq vergi ödəyicisinə göndərilmişdir. Vergi Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, Vergi Məcəlləsinin 37.4-cü və 50.1.1ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən vergi orqanın Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək hüququ vardır. Həmçinin, Vergi Məcəlləsinin 37.3-ci maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. Vergi Məcəlləsinin 37.3-cü və 37.4-cü maddələrinə əsasən kameral vergi yoxlaması aparmaq üçün vergi ödəyicisindən təqdim edilmiş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. Kameral vergi yoxlaması zamanı vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 gün müddətində vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Azərbaycan Respublikasının Konstitusiyasının 73.1-ci maddəsinə əsasən Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 24.0.1-ci maddəsinə əsasən vergi orqanı vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət edir. Vergi Məcəlləsinin 94.0.2-ci maddəsinə əsasən vergi orqanının hesablamalarının səhv olduğunu sübut etmək vəzifəsi vergi ödəyicisinin üzərinə düşür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bununla əlaqədar sənədləri məhkəməyə təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Göstərilənlərə əsasən İddiaçı cavabdeh 5 saylı Ərazi Vergilər İdarəsinə qarşı İdarənin xx.xx.2018-ci il tarixli **********192800 nömrəli, xx.xx.2018-ci il tarixli **********629600 nömrəli və xx.xx.2018-ci il tarixli **********453300 nömrəli “Vergilərin hesablanması barədə Qərar”larının ləğv edilməsi tələbinin rədd edilməsini məhkəmədən xahiş edirəm. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2020-ci il tarixli, **********123200 nömrəli ekspert rəyinə münasibətində qeyd olunmuşdur ki, İddiaçı (VÖEN: **********) Şirvan İnzibati Məhkəməsinə müraciət edərək 5 saylı Ərazi Vergilər İdarəsi tərəfindən hesablanmış 15881,98 manat vergi məbləğinin silinməsini və İdarənin xx.xx.2018-ci il tarixli **********192800 nömrəli, xx.xx.2018-ci il tarixli **********629600 nömrəli və xx.xx.2018-ci il tarixli **********453300 nömrəli “Vergilərin hesablanması barədə” qərarlarının ləğv olunmasını xahiş etmişdir. Qeyd edilən iş üzrə Şirvan İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərardadı ilə iş üzrə kompleks məhkəmə əmtəəşünaslıq və mühasibatlıq ekspertizası təyin edilmişdir. Qeyd edilən məhkəmə qərardadına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən ekspertiza tədqiqatının nəticəsi olaraq xx xxxxx 2020-ci il tarixli 16453 nömrəli əmtəəşünaslıq və mühasibatlıq ekspertizası üzrə ekspert rəyi tərtib edilmişdir. Cavabdeh məhkəmə ekspertizasının xx xxxxx 2020-ci il tarixli 16453 nömrəli rəyi ilə razılaşmır və bunu aşağıdakılarla əsaslandırır: Belə ki, ekspertiza qarşısında qoyulmuş suallara ekspert tərəfindən tam, ətraflı və əsaslandırlmış cavablar verilməmişdir. Ekspert özü rəydə bildirmişdir ki, malın (işin, xidmətin) bazar qiyməti müəyyənləşdirilərkən və təsbit olunarkən malın (işin, xidmətin) bazar qiymətləri və birja kotirovkaları haqqında rəsmi məlumat mənbələrindən, dövlət və yerli hakimiyyət orqanlarının məlumat bazalarından, vergi ödəyicilərinin dövlət vergi orqanlarına verdikləri məlumatdan, yaxud reklam mənbələrinin məlumatından və digər müvafiq məlumatlardan istifadə edilir. Lakin ekspert özünün sadaladığı halların heç birinə əhəmiyyət verməyərək, öz mülahizəsinə uyğun, heç bir əlaqəli məlumatlardan istifadə etməyərək, özünün də qeyd etdiyi kimi internet vasitəsi ilə axtarıb tapdığı rəsmi olmayan məlumatlardan istifadə edərək absurd hesablama aparmışdır. Qeyd etmək istəyirik ki, İddiaçı hesablanmış vergi barədə ümumiyyətlə ekspertizanın keçirilməsi lazımsızdır. Çünki, İddiaçı aldığı malların elektron vergi hesab fakturası vergi orqanının bazasına inteqrasiya olunmuşdur. Kameral vergi yoxlaması həyata keçirilən zaman da, boş bəyannamə təqdim etmiş ödəyiciyə əvvəlcə vergi Məcəlləsinin 37-ci maddəsinə əsasən əsaslandırılmış yazılı izahat və zəruri olan sənədlərin (məlumatların) vergi orqanına təqdim olunması tələb olunur. Vergi ödəyicisi lazım olan sənədləri təqdim etmədikdə, kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərini düzgün hesablamamış (vergi məbləğini az və ya artıq göstərmiş) vergi ödəyicisinə 5 iş günü müddətində vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanı tərəfindən də, İddiaçı xx xxxxxx 2018-ci il tarixdə “kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktub göndərilmişdir. Məktubda vergi ödəyicisindən, həmin dövr üçün dəqiqləşdirilmiş gəlir vergi bəyannaməsinin təqdim edilməsi istənilmişdir. Vergi ödəyicisi tərəfindəndən məktub cavablandırılmamış və tərəfimizdən kameral qaydada 2017-ci ilin gəlir vergisi üzrə 5914,46 manat əlavə vergi hesablanaraq vergi ödəyicisinə xx.xx.2018-ci il tarixli, **********629600 saylı “vergilərin hesablanması barədə Qərar”lar göndərilmişdir. Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin x xxxx 2001-ci il tarixli 55 nömrəli qərarı) əsasında hesablanır. İddiaçı barədə 2017-ci ilin gəlir vergisi üzrə 5914,46 manat əlavə vergi hesablamasını apararkən vergi orqanı, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin x xxxx 2001-ci il tarixli 55 nömrəli qərarına (xərcə uyğun) düzgün olaraq istinad etmişdir. Qeyd edilən qərarın 6.1-ci maddəsinə əsasən, vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda vergi orqanı şərti rentabellik norması əsasında onun mənfəətini (gəlirini) aşağıdakı şərti üsullardan biri ilə müəyyən edir: vergi ödəyicisinin fəaliyyəti ilə əlaqədar xərcləri əsasında, M1 = X1 : 100 x R burada: M1 — vergi ödəyicisinin mənfəəti; X1 — vergi ödəyicisinin fəaliyyəti ilə bağlı xərclər; Həmin Qərarın 6.1.3-cü maddəsinə əsasən, vergi ödəyicisinin mənfəəti şərti üsulla müəyyən edilərkən şərti rentabellik norması (R) 20 faiz səviyyəsində götürülür. Həmin Qərarın 6.1.4-cü maddəsinə əsasən, vergi ödəyicisinin (xarici hüquqi şəxslər istisna olmaqla) mənfəəti çəkilmiş xərclər əsasında şərti üsulla hesablanarkən, çəkilmiş xərclərə Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq mənfəətin hesablanması məqsədləri üçün gəlirdən çıxılan xərclər aid edilir. Həmçinin vergi orqanı tərəfindən, İddiaçı xx xxxxxx 2018-ci il tarixdə “kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktub göndərilmişdir. Vergi ödəyicisi tərəfindən məktub cavablandırılmamış və vergi orqanının bazasına inteqrasiya olunmuş elektron vergi hesab fakturalara istinad etməklə, tərəfimizdən kameral qaydada 2017-ci ilin dekabr ayı ƏDV bəyannaməsi üzrə 10656,25 manat əlavə vergi hesablanaraq vergi ödəyicisinə xx.xx.2018-ci il tarixli, **********629600 saylı “vergilərin hesablanması barədə Qərar”lar göndərilmişdir. Əgər vergi ödəyicisi göstərilən hal ilə razı deyilsə, o zaman qanunvericiliyə uyğun ona gödərilmiş məktuba vaxtında cavab verməli və lazım olan sənədləri vergi orqanına təqdim etməli idi. Ekspert də İddiaçı aid, alınmış malların dəqiq qiyməti göstərilmiş vergi orqanının bazasında olan elektron vergi hesab fakturalar olduğu halda, hansısa rəsmi olmayan, qərarda heç adını belə çəkmədiyi internet sayıtına istinad edərək mötəbər olmayan qərar çıxarmışdır. Göründüyü kimi eskpert rəyində bir çox ziddiyətli məqamlar vardır və yuxarıda qeyd edilənlər bir daha onu göstərir ki, ekspertiza tam, obyektiv və düzgün şəkildə aparılmamışdır. “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Qanunun 13-cü maddəsinə əsasən ekspertin üzərinə təqdim edilmiş obyektlərin və iş üzrə materialların tam və hərtərəfli tədqiqatını aparmaq və qoyulmuş suallar üzrə əsaslandırılmış və obyektiv rəy vermək vəzifəsi qoyulmuşdur. Eyni zamanda, həmin qanunun 26-cı maddəsinə əsasən ekspert rəyində məhkəmə ekspertizasının aparılması üçün məhkəmə ekspertinə təqdim edilmiş tədqiqat obyektləri və iş üzrə materiallar, istifadə edilən metodlar göstərilməklə tədqiqatın məzmunu və nəticələri, tədqiqatın nəticələrinin qiymətləndirilməsi, qoyulmuş suallar üzrə yekun nəticələrinin əsaslandırılması əks olunmalıdır. Göründüyü kimi ekspert tərəfindən qeyd edilən iş üzrə materiallar ümumiyyətlə araşdırılmamış, qoyulmuş suallar üzrə əsaslandırılmış və obyektiv rəy verilməmiş, adını bilmədiyimiz internet sayıtından götürülmüş və heç bir rəsmi təsdiqi olmayan rəqəmlərə əsasən əssasız rəy verilmişdir. İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Yuxarıda göstərilənləri nəzərə alaraq xx xxxxx 2020-ci il tarixli 16453 nömrəli ekspert rəyinin mötəbər sübut kimi qiymətləndirilməməsini məhkəmədən xahiş edirik. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxx 2020-ci il tarixli, 16453 saylı ekspert rəyinin nəticə hissəində aşağıdakılar qeyd olunmuşdur: Birinci və ikinci suallar üzrə: Ekspertiza tədqiqatına təqdim edilmiş məlumatlardan istifadə edilməklə “xxxx” MMC-dən alınmış malların orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 215.592,18 manat, topdansatış ticarət əlavəsi edilməklə təxminən 222.162,02 manat müəyyən olunur. Üçüncü sual üzrə: Rəyin tədqiqat hissəsində göstərildiyi kimi, fərdi sahibkar İddiaçıdövlət büdcəsinə ödənilməli olan borcu ümumilikdə 2.458,54 manat məbləğində müəyyən olunur, o cümlədən: -ƏDV üzrə: 1.164,57 (6.469,84 x 18 %) manat; - Gəlir vergisi üzrə: 1,293,97 (6469,84 x 20 %) manat. Məhkəmə araşdırması zamanı iş materiallarında olan sənədlərdən, o cümlədən tərəflərin verdiyi izahatlardan müəyyən olunur ki, İddiaçı barəsində cavabdeh 5 saylı Ərazi Vergilər İdarəsi tərəfindən xx.xx.2018-ci il tarixli **********192800 nömrəli, xx.xx.2018-ci il tarixli **********629600 nömrəli və xx.xx.2018-ci il tarixli **********453300 nömrəli “Vergilərin hesablanması barədə Qərar”lar qəbul edilmişdir. Həmin qərarlar əsasında İddiaçı dövlət büdcəsinə ödənilməli olan ümumilikdə 15.881,98 manat məbləğində vergi borcu hesablanmışdır. Eyni zamanda müəyyən edilmişdir ki, cavabdeh inzibati orqan tərəfindən vergi borcu Vergi Məcəlləsinin 83.9-cu maddəsinə istinad edilməklə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 55 saylı qərarına əsasən şərti rentabellik səviyyəsi 20% götürülərək hesablanmışdır. Hesabatın bu cür aparılmasına səbəb isə iddiaçı tərəfindən malların satışını təsdiq edən sənədlərin təqdim edilməməsi olmuşdur. İddiaçı verginin bu qaydada hesablanmasına etiraz edir və və həmin qərarların ləğv edilməsini məhkəmədən xahiş edir. Məhkəmə müəyyən edilmiş işin faktiki hallarına, iddiaçının dəlillərinə və cavabdehin etirazının əsaslarına aşağıdakı hüquq normaları baxımından qiymətləndirməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 3.2-ci maddəsinə əsasən vergilər iqtisadi cəhətdən əsaslandırılmalıdır. Həmin Məcəllənin 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Həmin Məcəllənin 3.11-ci maddəsinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən bazar qiyməti malın (işin, xidmətin) tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti deməkdir. Həmin Məcəllənin 14.3.1-ci maddəsinə əsasən barter (mal mübadiləsi), idxal-ixrac əməliyyatları aparıldıqda bazar qiyməti nəzərə alınmaqla vergilərin hesablanması həyata keçirilə bilər. Həmin Məcəllənin 36.2-ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: (maddə 67.1.1) vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; (maddə 67.1.2) vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar); (maddə 67.1.3) vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; (maddə 67.1.4) vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; (maddə 67.1.5) vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; (maddə 67.1.6) vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; (maddə 67.1.7) vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; (maddə 67.1.8) vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; (maddə 67.1.9) vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar. (maddə 67.2) Vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: (maddə 67.2.1) eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; (maddə 67.2.2) eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; (maddə 67.2.3) fəaliyyət göstərilən ərazi. Həmin Məcəllənin 67.14-cü maddəsinə əsasən bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. Həmin məcəllənin 83.2-ci maddəsinə əsasən vergi orqanının bu Məcəlləyə uyğun olaraq vergi ödəyicisinin vergi öhdəliklərini aşağıdakı məlumat mənbələrindən birinə və ya bir neçəsinə əsaslanaraq hesablamaq hüququ vardır: (maddə 83.2.1) vergi ödəyicilərinin vergi bəyannamələrində olan məlumata; (maddə 83.2.2) bu Məcəllənin 73-cü maddəsinə müvafiq ödəmələr haqqında məlumata; (maddə 83.2.3) vergi yoxlaması materiallarına; (maddə 83.2.4) vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumata, o cümlədən bu Məcəllənin 67-ci maddəsi ilə nəzərdə tutulmuş əlaqəli məlumatlara. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodunda xərclərin və daxilolmaların müddətləri və uçotu qaydasına dair bütün tələblər nəzərə alınmalıdır. Gəlirlərin və xərclərin uçotunu hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq aparırlar. Vergitutma məqsədləri üçün gəlirlər və xərclər bu Məcəlləyə əsasən müəyyən edilir. Həmin Məcəllənin 130.4-cü maddəsinə əsasən vergi ödəyicisi vergi ili ərzində eyni metodu tətbiq etmək şərti ilə vergilərin uçotunu kassa metodu və ya hesablamalar metodu ilə apara bilər. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü və Azərbaycan Respublikası mülki Məcəlləsinin 390-cı maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2012-ci il tarixli qərarında aşağıdakı hüquqi mövqe öz əksini tapır: “Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, əmlakın icarəyə verilməsindən əldə olunan gəliri verginin hesablanması məqsədlə Vergi Məcəlləsinin 14-cü maddəsində nəzərdə tutulmuş bazar qiymətinin tətbiqi Mülki Məcəllənin 152.1 və 390-cı maddələrində təsbit edilmiş mülkiyyət hüququnu və müqavilə azadlığını pozmur. Vergi Məcəlləsinin 14-cü maddəsinə əsasən bazar qiyməti vergi orqanı tərəfindən həmin maddədə təsbit olunmuş tələblərə və mərhələlərə riayət edilməklə, o cümlədən ekspertiza təyin olunmaqla müəyyən olunur. Vergi ödəyicisi tərəfindən Vergi Məcəlləsinin 67.1-ci maddəsində göstərilən və digər bu kimi qanuni tələblər yerinə yetirilmədikdə, vergitutma obyektinin müəyyənləşdirilməsi məqsədilə verginin məbləği həmin maddəyə uyğun olaraq əlaqəli məlumatlardan istifadə olunmaqla hesablanır”. Məhkəmə yuxarıda qeyd olunan hüquq normaları əsasında müəyyən etdi ki, vergi ödəyicisinin gəlirlərini müəyyən etmək mümkün olmadıqda ilk növbədə Vergi Məcəlləsinin 67-ci maddəsi ilə tələb edilən şərtlərə uyğun hesablamalar aparılmalı, yalnız bu hərəkətlər həyata keçirildikdən sonra vergi ödəyicisinin gəlirlərini və ya xərclərini yenə də müəyyən etmək mümkün olmadıqda mənfəət (gəlir) vergisi Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən hesablanmalı idi. Lakin inzibati orqan tərəfindən Vergi Məcəlləsinin 67-ci maddəsinin tələblərinə riayət edilməmiş, vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşqul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilməmiş, birbaşa Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən hazırlanmış mənfəət vergisi Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı qərarına əsasən şərti rentabellik səviyyəsi 20% götürülməklə vergi ödəyicisinin xərclərinə əsasən gəlirləri (mənfəəti) müəyyən edilmiş və vergilər hesablanmışdır. Hansı ki, belə qayda Azərbaycan Respublikası Vergi Məcəlləsində nəzərdə tutulmamışdır. Bununla da məhkəmə yuxarıda qeyd edilən hüquq normalarını hazıkı işin müəyyən edilmiş faktiki hallarına tətbiq edərək belə hesab edir ki, cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin 5 saylı Ərazi Vergilər İdarəsi tərəfindən sahibkarlıq fəaliyyəti üzrə aparılmış növbədənkənar səyyar vergi yoxlaması nəticəsində tərtib olunmuş xx.xx.2018-ci il tarixli, **********192800 nömrəli, xx.xx.2018-ci il tarixli, **********629600 nömrəli və xx.xx.2018-ci il tarixli, **********453300 nömrəli vergilərin hesablanması barədə qərarları qanunsuz və əsassızdır. Bundan başqa iş materiallarında olan iddiaçının aldığı malların siyahısından görünür ki, həmin mallar respublika daxilində fəaliyyət göstərən istənilən iri və xırda ərzaq dükanlarında (marketlərdə) satılan mallarıdır. Yəni ən sadə yolla həmin malların satış dəyərini müəyyən etmək üçün iddiaçının fəaliyyət göstərdiyi ərazidə olan istənilən ərzaq dükanlarına daxil olmaq və vizual baxışla görmək kifayət edir. Bununla belə iddiaçı məhkəmə iclasında verdiyi izahatında satdığı malları konkret olaraq kimlərə satdığını və həmin malların satışının harada (hansı ticarət obyektlərində) həyata keçirildiyini cavabdeh inzibati orqana dediyini bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxx 2020-ci il tarixli, 16453 saylı ekspert rəyindən müəyyən olunur ki, iddiaçının aldığı malların ticarət əlavəsi 6.469,84 manat təşkil edir. Yəni ekspert rəyində göstərilən orta bazar qiymətini nəzərə alsaq iddiaçının aldığı malların satılması nəticəsində 6.469,84 manat gəlir əldə etdiyi müəyyən olunur. Baxmayaraq ki, malların satış qiyməti bazarda tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapmış qiymətlər əsasında müəyyən olunur, cavabdeh inzibati orqan tərəfindən bununla bağlı yəni analoji vergi ödəyicilərinin fəaliyyəti ilə bağlı heç bir araşdırma aparılmadığından, məhkəmə iddiaçının satdığı malların əlavəsini ekspert rəyində göstərilən məbləğlə kifayətlənməyi məqbul saymışdır. Ümumiyyətlə iddiaçının satdığı malların dəyərinin müəyyən edilməsi vergi orqanı üçün əlçatan olsa da, vergi orqanı həmin məlumatları əldə etməmişdir və əldə edilməsi ilə bağlı heç bir araşdırma aparmamışdır. Vergi orqanı tərəfindən iddiaçı ilə eyni malı satan, iddiaçı kimi fəaliyyət göstərən hər hansı bir analoji vergi ödəyicisi barədə məlumat məhkəməyə təqdim edilməmişdir. Həmçinin, vergi orqanı vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmamış, yalnız vergi ödəyicisinin vəziyyətinin ağırlaşmasına yönəlmiş qaydada, yəni Vergi Məcəlləsinin 83.9-cu maddəsinə istinad edilməklə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 55 saylı qərarına əsasən şərti rentabellik səviyyəsi 20% götürülərək əsassız vergi hesablamışdır. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Məcəllənin 390-cı maddəsində müəyyən edilən müqavilə azadlığı Konstitusiyanın 29-cu və Mülki Məcəllənin 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət, eləcə də Konstitusiyanın 59-cu maddəsində təsbit edilmiş azad sahibkarlıq hüquqlarının reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Sözügedən müddəa ilə fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Müqavilə azadlığının məzmununu formalaşdıran elementlər sırasında seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən müvafiq qiymətləri müəyyən etmək azadlığını qeyd etmək olar. Həmçinin, “Tənzimlənən qiymətlər haqqında” xx xxx 2003-cü il tarixli Azərbaycan Respublikası Qanununa əsasən, qanunverici bazar qiyməti dedikdə, ekspert rəyi ilə müəyyən olunan qiyməti deyil, tələb və təklif əsasında tərəflərin qarşılıqlı razılığı ilə müəyyən olunan qiyməti nəzərdə tutur və bazar münasibətləri iştirakçıları yalnız qiymətləri dövlət tərəfindən tənzimlənən malları müəyyən olunan qiymət əsasında realizə edə bilərlər. Qalan hallarda onlar satış qiymətini müəyyən etməkdə sərbəstdirlər. Real bazar qiyməti alıcının təklif etdiyi və satıcıya sərf edən qiymətdir. Hazırki halda ekspert tərəfindən iddiaçının satdığı mallara görə müəyyən edilən ticarət əlavəsi, iddiaçının satdığı malların ticarət əlavəsinə uyğun olduğundan, iddiaçı ekspert rəyində göstərilən ticarət əlavəsi ilə razılaşmışdır. Məhkəmə hazırkı işlə bağlı təqdim edilmiş ekspert rəyini də yuxarıda qeyd edilən hüquq normalarının tətbiqi və işin faktiki halları baxımından həmin rəyi mötəbər sübut kimi qiymətləndirir. Ən azından bunun əksini təsdiq edəcək hər hansı sübut cavabdeh inzibati orqan tərəfindən təqdim edilməmişdir. Bu baxımdan məhkəmə İddiaçı dövlət büdcəsinə ödənilməli olan vergi borcunun ekspert rəyində göstərilən həcmdə yəni ƏDV üzrə 1.164,57 manat, gəlir vergisi üzrə 1.293, 97 manat olması qənaətinə gəlir. Bütün qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki iddia tələbi qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi 5 saylı Ərazi Vergilər idarəsi tərəfindən İddiaçı barəsində tərtib edilmiş «xx.xx.2018-ci il tarixli, **********192800 nömrəli, xx.xx.2018-ci il tarixli, **********629600 nömrəli və xx.xx.2018-ci il tarixli, **********453300 nömrəli vergilərin hesablanması barədə qərarlar ƏDV üzrə 1.164,57 manat, gəlir vergisi üzrə 1.293, 97 manat məbləğində istisna olmaqla qalan hissədə ləğv edilməlidir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən heç bir şəxs əldə etdiyi mənfəətdən (gəlirdən) eyni növ vergini bir dəfədən artıq ödəməyə məcbur edilə bilməz (maddə 3.5). Vergilər haqqında qanunvericilik elə tərzdə formalaşdırılmalıdır ki, hər kəs hansı vergiləri, hansı qaydada, nə vaxt və hansı məbləğdə ödəməli olduğunu dəqiq bilsin (maddə 3.9). Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları vergi ödəyicisinin xeyrinə şərh edilməlidir (maddə 3.11). Vergi orqanları vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur (maddə 24.0.2). Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur (maddə 53.3). Azərbaycan Respublikasının Vergi Məcəlləsinə 62.1-ci maddəsinə əsasən hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra– Azərbaycan Respublikasının İPM) 2.2.1-ci maddəsinə görə, inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. İnzibati icraat haqqında Azərbaycan Respublikasının Qanununun 2.0.11-ci maddəsinə görə, əlverişsiz (yükləyici) inzibati akt-maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. Azərbaycan Respublikasının İPM-nin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə görə hər kəsin sosial təminat hüququ vardır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin tələblərinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunda nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən inzibati icraatın başlanması üçün əsaslardan biri də fiziki və ya hüquqi şəxsin inzibati orqana ünvanlanmış ərizəsidir. İnzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Həmçinin, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan işin faktiki hallarının müəyyən olunması üçün yararlı və zəruri hesab etdiyi sübutları müstəqil şəkildə toplayır və nəzərə alır. Səlahiyyətli inzibati orqanda ərizənin və ya müraciətin qeydiyyata alındığı vaxtdan ən geci 30 gün müddətində həmin inzibati orqan inzibati aktın qəbul edilməsi və ya onun qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul etməlidir. İnzibati orqan yazılı inzibati aktı yazılı şəkildə əsaslandırılmalı və əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. (Qeyd edilən Qanunun 28.1, 21.2, 24.1, 45.1, 52.1, 61.1-ci mad.) «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 67.1-ci maddələrinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur (maddə 70.1). Azərbaycan Respublikasının İPM-nin 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Azərbaycan Respublikasının İPM-nin 14.1-cü maddəsinə görə mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Qanunvericiliyin qeyd edilən tələblərinə əsasən inzibati orqan inzibati aktın qəbulunu zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsini daşıyır. Lakin, cavabdeh tərəf şifahi məhkəmə baxışında qeyd edilən hallarla bağlı sübutetmə vəzifəsini həyata keçirə bilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin 1-ci bəndinə əsasən, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikasının İPM-nin 4.1-ci maddəsinə görə, inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Həmin Məcəllənin 68.1-68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırmalıdır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi 5 saylı Ərazi Vergilər idarəsinə qarşı «xx.xx.2018-ci il tarixli, **********192800 nömrəli, xx.xx.2018-ci il tarixli, **********629600 nömrəli və xx.xx.2018-ci il tarixli, **********453300 nömrəli vergilərin hesablanması barədə qərarların ləğv edilməsi» barədə iddia tələbi qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi 5 saylı Ərazi Vergilər idarəsi tərəfindən İddiaçı barəsində tərtib edilmiş «xx.xx.2018-ci il tarixli, **********192800 nömrəli, xx.xx.2018-ci il tarixli, **********629600 nömrəli və xx.xx.2018-ci il tarixli, **********453300 nömrəli vergilərin hesablanması barədə qərarları qismən yəni, ƏDV üzrə 1.164,57 manat, gəlir vergisi üzrə 1.293, 97 manat məbləğində istisna olmaqla qalan hissədə ləğv edilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tətqiqatın dəyəri 145,0 (yüz qırx beş) manatdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı 145 manat ekspertiza xərcinin ona aid edilməsi barədə məhkəməyə ərizə təqdim etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, məhkəmə xərci (145 manat ekspertiza xərci) iddiaçıya aid edilməlidir. İş üzrə digər prosessual xərclər yoxdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 115.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-ci, 69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. 5 saylı Ərazi Vergilər İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2018-ci il tarixli, **********192800 nömrəli, xx.xx.2018-ci il tarixli, **********629600 nömrəli və xx.xx.2018-ci il tarixli, **********453300 nömrəli vergilərin hesablanması barədə qərarları qismən yəni ƏDV üzrə 1.164,57 manat, gəlir vergisi üzrə 1.293, 97 manat məbləğində istisna olmaqla qalan hissədə ləğv edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə görə 145 (yüz qırx beş) manat ekspertiza tədqiqatının dəyəri İddiaçı tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ******************** SWİFT BİK CTREAZ 22. Hesab № AZ43CTRE********************) köçürülsün. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. Sədrlik edən Samir Həsənov
Məhkəmə qərarları › İş №2-1(120)-17/2021
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-17/2021
03.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver